Giriş
Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) və onun
xarakterik cəhətləri. Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu)
bu fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və ona doğru
istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən
konseptual sənəddir. Bu sənəd hazırlanarkən cəmiyyətimizin ehtiyac və
tələbləri, şagirdlərin imkanları, meyil və maraqları nəzərə alınmışdır. Burada
fənn
üzrə ümumi təlim nəticələri, məzmun standartları, müəllim və şagird
fəaliyyətinə aid texnologiyalar və qiymətləndirmə məsələləri əhatə edilmişdir.
Bu, dərslik və dərs vəsaitiləri müəlliflərini, müəllimləri, qiymətləndirmə
mütəxəssislərini və Azərbaycan dili təlimi ilə
məşğul olan digər təhsil
işçilərini istiqamətləndirməyə xidmət edir.
Azərbaycan dili təliminin məzmunu nəticəyönümlü standartlar əsasında
hazırlanmışdır. Nəticələrin əvvəlcədən müəyyən olunması onlara doğru
yönəlmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün ardıcıl
qiymətləndirmə aparılmasına imkan yaradır.
Məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ-
kommunikativ və qeyri-iradi fəaliyyətlərinin əhatə olunması, düşünmə,
emosional və psixomotor bacarıqlarının inkişaf etdirilməsi nəzərdə
tutulmuşdur. Bütün standartlar fəaliyyətlərə aid bacarıqlar
şəklində ifadə
olunmuş, şagirdlərin bilik və bacarıqları ilə bağlı nailiyyətlərini
müəyyənləşdirmək diqqət mərkəzində saxlanılmışdır.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Ümumtəhsil məktəblərində
ana dilinin tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlərdən
biri hesab edilir. Dünya ölkələrində ana dilinin öyrədilməsi milli təfəkkürün
formalaşmasında mühüm vasitə kimi yüksək dəyərləndirilir.
Milli
Kurikulumlar bir qayda olaraq, ana dili ilə başlanır. Təhsilin ümumi inkişaf
səviyyəsini müəyyənləşdirmək üçün keçirilən beynəlxalq və milli
qiymətləndirmələrdə ana dili üzrə standartların mənimsənilməsinə xüsusi
diqqət yetirilir. Bütün bunlar isə bir fənn kimi
ana dilinin şəxsiyyətin
formalaşmasındakı müstəsna rolu ilə bağlıdır. Firudin bəy Köçərlinin fikrincə,
“Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu
kimi, ana dili də ruhun qidasıdır”.
Azərbaycan dilinə yiyələnmə ailədən başlayır. Uşaq məktəbə gələnədək
ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir. Bu
onun lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir, əşya və hadisələr haqqında
fikirlərini formalaşdırır, başqalarının dediklərini anlamağa imkan yaradır.
Məktəbdə isə həmin iş sistemli, ardıcıl, mütəşəkkil davam etdirilir. Məhz buna
görə də ana dilinin öyrənilməsi Milli Kurikulumda özünəməxsus yer tutur.
Azərbaycan dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını
genişləndirir, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı,
düşünmə, öyrənmə
və
danışma bacarıqlarını formalaşdırır. Nəticədə bu dil düşünmə, öyrənmə,
danışma vasitəsinə cevrilir.
Azərbaycan dili ümumtəhsil məktəblərində tədris
olunmaqla şagirdlərdə
nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər bu fənnin vasitəsilə
milli mədəniyyət nümunəsi kimi ana dilini öyrənir, onun səs sisteminə, lüğət
ehtiyatına, üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii,
publisistik və digər üslublarda yaradılmış ədəbiyyat nümunələri ilə tanış olmaq
imkanı qazanırlar. Eyni zamanda, bu dildən istifadə edərək öyrənəcəkləri digər
fənlərin daha yaxşı mənimsənilmə potensialını genişləndirirlər.
Orta məktəbi başa vuran gənclər təhsilini davam etdirmək,
müxtəlif
sahələrdə işləmək üçün müasir dövrün iqtisadi, hüquqi və texnoloji
çətinliklərinə hazır olmalı, onların aradan qaldırılmasında təşəbbüskarlıq və
fəallıq göstərməlidirlər. Bunun üçün təkcə elmi-nəzəri hazırlıq deyil, həm də
yüksək əxlaqi-mənəvi keyfiyyətlər, o cümlədən dil və ünsiyyət bacarıqları əldə
olunmalıdır. Hər bir şəxs müxtəlif formalı və məzmunlu mətnləri səlis, şüurlu
oxumağa, yazılı və şifahi şəkildə səmərəli və yaradıcı ünsiyyət qurmağa qadir
olmalıdır. Bu baxımdan, Azərbaycan dilinin bir
fənn kimi təlim əhəmiyyəti
böyükdür.
Ana dili qüdrətli tərbiyə vasitəsidir. Şagirdlər onun vasitəsilə milli-
mənəvi sərvətlərimizi öyrənir, əxlaqi dəyərlərə və yüksək insani keyfiyyətlərə
yiyələnirlər.
Ümumtəhsil məktəblərində Azərbaycan dili təliminin
məqsədi ümumi
nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin
nitq mədəniyyətinə
yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna görə də:
nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafına nail
olmaq;
Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasını
dərk etmək;
davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial
bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir.
Ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi vasitəsilə
aşağıdakıların həyata kecirilməsi nəzərdə tutulur:
Dostları ilə paylaş: