1.3.Məzmun xətləri üzrə təlim nəticələri
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Dinləyib-anlama və danışma
Şagird:
müsahibinin fikrinə münasibət bildirir və öz mövqeyini əsaslandırır;
müxtəlif informasiyaları seçib
təhlil edir, ümumiləşdirir
və bunlara münasibət
bildirir;
müşahidə etdiyi şəkil, əşya, mənzərə və hadisə əsasında hekayə qurur;
məktəb tədbirlərində müstəqil çıxış edir;
dinləyəni inandırmaq üçün fikrini müxtəlif vasitələrlə əsaslandırır;
danışarkən nitq etiketlərindən (salamlaşmaq, təbrik etmək, təşəkkür etmək, üzr
istəmək) istifadə edir.
Oxu
Şagird:
mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur;
müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur;
oxuduğu mətnlərin məzmununa münasibət bildirir;
mətnin hissələri arasında məna əlaqələrini müəyyənləşdirir;
bədii və elmi – kütləvi mətnləri fərqləndirir.
Dostları ilə paylaş: