1.4. Fəaliyyət xətləri
Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı
fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:
Problemin həlli
Mühakiməyürütmə və əsaslandırma
Ünsiyyət
Tədqiqetmə
Tətbiqetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
dinlədiyi sadə fikrə münasibət bildirir;
müşahidələrə əsaslanan danışığında, dialoji nitqində sadə nitq etiketlərindən və
mimikalardan istifadə edir;
mətndəki yaxınmənalı sözləri izah edir və cümlədə işlədir;
kiçikhəcmli mətni düzgün oxumaqla məzmununu nəql edir, əsas fikri
müəyyənləşdirir;
nəzm və nəsri fərqləndirir;
hərfləri sözləri və kiçikhəcmli mətnləri hüsnxət qaydalarına uyğun yazır,
müşahidə xarakterli mətn qurur əməli yazılar yazır;
səs və hərfi fərqləndirir, sözləri hecalara ayırır, böyük və kiçik hərfi
fərqləndirir, ad, əlamət, hərəkət bildirən sözləri, məqsəd və intonasiyaya görə
cümlələri tanıyır və fərqləndirir.
Dostları ilə paylaş: