Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə12/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   8   9   10   11   12   13   14   15   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
2. Oxu 
Şagird: 
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir. 
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin adlarını müvafiq məna qrupuna 
aid edir. 
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri fərqləndirir. 
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah edir. 
2. 2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur.
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir. 
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir. 
 
3.Yazı 


Şagird: 
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət və orfoqrafiya normalarına riayət edir. 
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır. 
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (məktub, 
açıqca, elan) yazır. 
 
4. Dil qaydaları 
Şagird: 
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sait və samit səsləri fərqləndirir. 
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir. 
4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar) 
məqamına uyğun tətbiq edir.
4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək 
üçün lüğətdən istifadə edir. 
4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır. 
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir. 
4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə qurur və müvafiq durğu 
işarələri ilə tamamlayır. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin