sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir;
müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur,
bədii və elmi-kütləvi
mətnləri fərqləndirir, mətnin məzmununu tərtib
etdiyi plana uyğun nəql edir,
əsas fikri həyatla əlaqələndirir;
hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa
və sadə əməli yazılar yazır;
sait və samit səsləri xüsusiyyətinə görə fərqləndirir,
sözlərin böyük hərflə
yazılmasına dair qaydaları tətbiq edir,
yeni sözlərin mənasını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından
istifadə edir;
qrammatik mənalarına görə sözləri qruplaşdırır;
cümlədə sözlərin düzgün ardıcıllığını müəyyənləşdirir,
baş və ikinci dərəcəli
üzvlərin rolunu sadə şəkildə izah edir;
məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi fikirləri müqyaisəli təhlil edir.
1.1.2. Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını
müqayisə etməklə nəql
edir.
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq şəklində təqdim edir.
1.2.3. Ədəbi-bədii nümunələri ifa edərkən müvafiq situasiyaya uyğun jest və
mimikalardan istifadə edir.
Dostları ilə paylaş: