22
olunmasını zəruri edən tədbirlər. Cəmiyyətdə rəqabətəmüqavimətli
mütəxəssis kimi gözəl yazılı və şifahi nitqə malik mütəxəssis
olmağın
əhəmiyyəti, effektiv ünsiyyətə girməyi bacarmaq üçün
nitqin təsiretmə, inandırmaq üsulları. Müasir dövrümüzdə
cəmiyyətin fəal üzvü kimi həyatda öz bilik və bacarığı ilə uğur
qazanmaq istəyən hər kəsin şüurlu sürətdə milliyətindən asılı
olmayaraq doğma Azərbaycan dilini öyrənməsinin vacibliyi.
Cəmiyyətin qabaqcıl mütəxəssisinin
səviyyəsi və mədəniyyətini
şərtləndirən amillər: ən əvvəl onun şifahi və yazılı nitqi; danışıq və
yazı üslubu; bu obrazı tamamlayan səliqəli, zövqlü geyim, təmkinli,
mülayim davranış, yüksək intellekt, bilik və s.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”
fənni müasir dövrümüzdə ictimai münasibətlərin hüquqi cəhətdən
tənzimlənməsi, sosial normaların dövlət mühafizəsi və qanunla
təmin edilməsi üçün müəyyən olunmuş normaların əsasları kimi.
Azərbaycan Respublikasında yaşayanların ana dilinin ictimai-siyasi
həyatın bütün sahələrində tətbiqinə imkanı olmamasının, ölkə
ərazisində Azərbaycan dili işlənsə də,
onun işgüzar üslubunun
formalaşmasında yaranan çətinliklərin, idarə və təşkilatlarda
sənədləşmələrin, rəsmi-işgüzar üslubun Azərbaycan dilində zəif
inkişaf etməsinin səbəbləri. Rəsmi-işgüzar, eləcə də rəsmi üslubun
Azərbaycanda nisbətən cavan sahə hesab olunduğu və bəzən bu
üslubların fərqli sahələrə xidmət etdiyi qarışdırıldığı
üçün hər iki
üslub haqqında müəyyən məsələlərin şərh edilməsi. Bu məsələlərlə
bağlı biliklərin mənimsənilməsi bilavasitə Azərbaycan cəmiyyətinin
bütün sosial təbəqələrini əhatə etdiyi üçün Azərbaycan dili, onun
zənginliyi,
imkanları,
realizə
formaları
haqqında,
nitq
mədəniyyətinin nəzəri əsasları, Azərbaycan ədəbi dil normaları,
onun variantları, funksional üslubları, natiqlik sənətinin sirləri ilə
bağlı biliklərin verilməsinə yaranan ehtiyac, onların bir-biri ilə
əlaqəli şəkildə şərhİ. Bu istiqamətdə
əsas yük ali məktəb
müəllimlərinin, xüsusilə filoloqların üzərinə düşdüyü üçün məhz ali
23
məktəbdə mühazirə deyən, öz dil kimliyi ilə başqalarından seçilən
müəllimlərin – akademik lektorların borcu və vəzifəsi, eyni zamanda
yeni elmi baxış bucağından şərh olunmaqla qədim Azərbaycan
dilinin tarixi, mənşəyi haqqında tarixi həqiqətlərin nəinki
gənclərimizə, ictimai həyatın çox müxtəlif sahələrində çalışan
mütəxəssislərə çatdırılması, məsələnin ictimai-siyasi əhəmiyyəti.
Azərbaycan cəmiyyətinin ictimai və sosial həyatında çox önəmli yer
tutan rəsmi və rəsmi-işgüzar sənəd növlərinin tərtibində dövlət və
beynəlxalq
standartlara
uyğun
kommunikativ
ünsiyyətin
normalarının, işgüzar və akademik kommunikasiyanın
spesifik
xüsusiyyətləri.
İşgüzar ünsiyyət bacarığının formalaşdırilmasında effektiv
ünsiyyət vasitəsi olan nitq alətinin öyrənilməsi
. İşgüzar ünsiyyət –
kommunikasiyanın formaları: yazılı və şifahi nitq. İşgüzar
kommunikasiyanın
yazılı forması dövlət orqanları, təşkilatlararası və
təşkilatdaxili, təşkilatlarla fiziki şəxslər arasında hüquqi və istehsalat
fəaliyyətindəki yazışmalar və dövlət, qeyri-dövlət və ya özəl
olmağından asılı olmayaraq idarə, müəssisə, təşkilat və qurumlarda
idarəetmə prosesində əhatə olunan müxtəlif sənədlər. Rəsmi-işgüzar
üslubun
şifahi forması, rəsmi-işgüzar nitqin müəyyən dairələrdə iş
maraqları olan, işgüzar münasibətləri
qurmağa və işgüzar
məsələlərin həllinə səlahiyyətli şəxslər tərəfindən istifadə olunması,
bu zaman işgüzar ünsiyyət qurulması. Buna görə rəsmi-işgüzar dilin
yazılı və şifahi formalarının hər biri haqqında məsələlər ayrıca şərh
olunmalıdır. İstənilən sahə ilə bağlı elmi biliklərin ali məktəbdə
qazanılması üçün ali məktəb natiqliyi olan
akademik
kommunikasiyanın funksional səciyyəsinin şərhi. Bu bilik və
bacarıqlara yiyələnmək cəmiyyətin bütün sahələrini əhatə edən
mütəxəssislərin
mədəni
və
kommunikativ
səriştəliliyinin
formalaşdırılması. Məsələlərin şərhində
dilin tətbiq sahələrinin
nəzərə alınması.
Dostları ilə paylaş: