Dezinfektologiya


Dezinfeksiyanın metodları və vasitələri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

 
Dezinfeksiyanın metodları və vasitələri:
Dezinfeksiyanın 4 əsas metodu vardır: mexaniki, fiziki, kimyəvi və bioloji. 
Bundan başqa, onların birgə kombinasiyalarından da istifadə edilir.
Mexaniki metod - təmizləmə, yaş üsulla təmizləmə, yuma, çırpma və s. ibarətdir. 
Törədiciləri ətraf mühitdə davamsız olan qızılça, su çiçəyi, məxmərək, qrip kimi 



tənəffüs yolları infeksiyalarıının və digər yoluxucu xəstəliklərin profilaktikasında 
otağın havasının dəyişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, otağın 
havasının 15 dəqiqə müddətində dəyişdirilməsi zamanı mikroorqanizmlərin miqdarı 
kəskin surətdə azalır, 30 dəqiqədən sonra isə demək olar ki, yox olurlar. Havanın,
suyun və digər mühitlərin bakterial çirklənməsini azaltmaq üçün ventilyasiya və 
süzmədən də istifadə etmək olar. Bu vasitələrlə bir çox əşyaları və səthləri tozdan və 
çirkdən və onlarla birlikdə çoxlu miqdarda mikroorqanizmlərdən azad etmək olar.
Fiziki metod – bunlara termiki və şüa təsirli dezinfeksiyaedici vasitələr aiddir. 
Termiki və şüa təsirli vasitələr dedikdə yüksək və alçaq temperaturdan istifadə 
edilməsi, müxtəlif bakterisid şüalarla şüalandırma, ultrasəs, ultrayüksəktezlikli 
cərəyan, həmçinin radiaktiv şüalanma, qurutma və s. kimi təsiri nəzərdə tutulur ki, 
bunlar müəyyən parametrlərdə bakterisid təsir göstərir. 
Sterilizasiya - (latınca “sterilis” – dölsüz) – mikroorqanizmlərin hamısının, bütün 
formalarının, onların spor formaları da daxil olmaqla, fiziki və kimyəvi vasitələrin 
köməyilə məhv edilməsidir.
Pasterizasiya - müxtəlif ərzaq məhsullarının 30 dəqiqə müddətində
70-80
C temperatura qədər qızdırılmasıdır ki, bu da mikrobların vegetativ 
formalarının məhvinə səbəb olur, lakin sporlu formalar qalır. Digər pasterizasiya 
rejimləri də mövcuddur, məs: 3 saniyə müddətində 90 C –yə qədər qızdırma. 
Tindalizasiya- (təkrar, hissəvi pasterizasiya) zülali materialın 5-6 gün ərzində 
56- 58 C temperaturda 1 saat müddətində qızdırılmasıdır. Nəticədə yetişməkdə olan 
sporlar təkrar qızdırma zamanı məhv olur. Bu üsul duru qidalı mühitlərin, 
həlledicilərin zərərsizləşdirilməsi məqsədilə işlədilir.
Qaynatma – asan üsul olub əsasən vegetativ formaların məhvinə gətirib çıxarır. 
Parogen bakteriyaların vegetativ formaları qaynar suda və ya 2 – 5 dəqiqə ərzində 
məhv olurlar. Spor formalar isə daha davamlıdırlar. Məs: qarayara törədiciləri 45 – 
60 dəq, tetanus – 3 saat, botulizm – 6 saat sonra məhv olurlar. Bu üsuldan cərrahi 
alətlərin, qab-qacağın, paltarların, qida qalıqlarının, xəstələrin ifrazatının 
zərərsizləşdirilməsində istifadə edilir. Zərəsizləşdirilən obyektdən asılı olaraq 
ekspozisiya müddəti 30- 90 dəqiqə davam edir.
Yandırma – epidemioloji göstərişlər zamanı, məs: taun, təbii çiçək xəstəliyindən 
ölən insanların əşyaları, qarayaradan, quş qripi və s. təhlükəli zoonozlardan ölən 
heyvanların cəsədləri, lazımsız bərk tullantılar, zibil qalıqları bu üsulla 
zərəsizləşdirilir. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin