Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Cari dezinfeksiya ocaqda törədicinin xəstə və ya törədicigəzdirənin 
orqanizmindən xaric olmasından sonra məhv edilməsi məqsədilə bilavasitə xəstənin 
ətrafında aparılır. Cari dezinfeksiya xəstənin hopitalizasiyası ləngidildiyi zaman o, 
evdə saxlandıqda, yaxud epidemioloqun icazəsi ilə xəstə evdə müalicə edildikdə onun 
yatağı yanında, infeksion və ya vərəməleyhinə stasionarlarda, evakuasiya 



gözlənilərkən somatik xəstəxananın və ya uşaq müəssisəsinin uzolyatorunda 
rekonvalisentin və ya sağlam törədicigəzdirənin ətrafında, poliklinikalarda, 
vərəməleyhinə və ya dəri-zöhrəvi dispanserlərdə, uşaq müəssisələrində, doğum 
evlərində və digər obyektlərdə aparılır. Cari dezinfeksiyanın məqsədi – törədicilərin 
yoluxma yolları boyunca, ocaqda və ondan kənara yayılmasının qarşısının alınması 
və məhv edilməsidir. Cari dezinfeksiyanın epidemioloji əhəmiyyəti xəstənin 
ifrazatının hər yeni porsiyasının zərərsizləşdirilməsi və ya ətraf mühitə düşən 
törədicilərin məhv edilməsi ilə müəyyən olunur. Cari dezinfeksiya sistematik şəkildə 
aparılır.
Cari dezinfeksiya uzunmüddətli (stasionarlarda, xronik ocaqlarda aparılır) və 
qısa müddətli olur. 
Yekun dezinfeksiya epidemik ocaqda infeksiya mənbəyinin (xəstənin) 
kənarlaşdırılmasından sonra (xəstənin hospitallaşdırılması, sağalması, ocaqdan 
getməsi, ölməsi), həmçinin müalicə müəssisəsinin şöbələrinin profili dəyişdirildikdə 
aparılır. Yekunlaşdırıcı dezinfeksiyanın vəzifəsi yoluxma amillərində törədicilərin 
tam məhv edilməsidir. Yekunlaşdırıcı dezinfeksiya planlı və vəziyyətə görə olur. 
Onun məqsədi infeksiya mənbəyi kənarlaşdırıldıqdan sonra müxtəlif obyektlərdə 
həyat qabiliyyətini saxlamış patogen və şərti patogen mikroorqanizmlərin məhv 
olunmasıdır. Yekun dezinfeksiya bir dəfə aparılır və ocağın tam zərəsizləşdirilməsini 
nəzərdə tutur. Bu isə o zaman mümkündür ki, xəstəlik törədicisi infeksiya mənbəyi 
kənarlaşdırıldıqdan sonra uzun müddət həyat qabiliyyətini saxlama müddəti 24 
saatdan az olmamalıdır. Ocaqda yekun dezinfeksiyanı “Təcili bildiriş” alındıqdan 
sonra dezinfeksiya xidmətinin işçiləri xəstənin hospitallaşdırılması anından etibarən 
3-12 saat ərzində həyata keçirilir. 
Yekun dezinfeksiyanı törədiciləri ətraf mühitdə davamlı olan infeksiya 
ocaqlarında aparırlar. O, taun, vəba, qayıdan yatalaq, epidemik səpkili yatalaq, Brill 
xəstəliyi, Kü qızdırması, qarayara, hemoqqrafik qızdırmalar, qarın yatalağı, parafitlər, 
salmonelyozlar, vətrəm, cüzam, ornitoz, difteriya, tük, dəri və dırnağın göbələk 
xəstəlikləri (mikrosporiya, trixofitiya, rubrofitiya, favus) zamanı mütləq şəkildə 
həyata keçirilir. Digər xəstəlikərdə yekun dezinfeksiya epidemik şəraitdən asılı olaraq 
epidemioloqun qərarı əsasında aparılır.
Yekun dezinfeksiyanı 2-3 nəfərdən ibarət olan briqada (həkim – dezinfektor) 
yerinə yetirir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin