Dezinfektologiya


Haloidtərkibli birləşmələr



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Haloidtərkibli birləşmələr – bunlar tərkibində fəal təsiredici maddələr (FTM) 
xlor, brom, yod olan praparatlardır. Xlortərkibli preparatlar profilaktik və ocaq 
dezinfeksiyada daha geniş istifadə edilir. Xlor və digər xlortərkibli preparatlar təsir 
mexanizminə görə oksidləşdiricilərə aiddir. Onlar geniş yayılan dezinfektantlar olub, 
ən geniş antimikrob aktivlik spektrinə, nisbətən sürətli təsirə malikdirlər və 
ucuzdurlar. Xlortərkibli preparatlar 2 böyük qrupa bölünür: xlorun qeyri –üzvi və 
üzvi birləşmələri. Birinci qrupa xlor qazı,kalsium, natrium və litium hipoxlorit 
preparatlar aiddir. Kalsium hipoxlorit tərkibli preparatlara a.ağıdakılar aiddir: 
- xlorlu əhəg 
- ağardıcı termostabil əhəng 
- kalsium-hipoxloritin ikiəsaslı duzu (KHİD) 
- kalsium – hipoxloritin iki-üç əsaslı duzu (KHİÜD) 
- texniki kalsium - hipoxlorit (TKH) 
- neytral kalsium – hipoxlorit (NKH)
Göstərilən preparatlar kəskin xlor iyinə malik ağımtıl tozdurlar, suda tam həll 
olmurlar. 
Xlorlu əhəng - sarımtıl çalarlı və kəskij xlor iyli ağ rəngdə quru tozdur. O, 
sönmüş əhəng və kalsium hipoxlorit əlavəsi olan xlorit turşusunun kalsium duzlarının 
qarışığından ibarətdir. Xlorlu əhəng suda qismən həll olur, amma orada suspenziya 
əmələ gətirir. Bu zaman məhlula kalsium hipoxlorit keçir, ondan isə fəal xaric olur. 
Hazırda tərkibində 26, 32 və 35 % fəal xlor olan üç növ xlorlu əhəng istehsal olunur. 
Satış üçün buraxılan xlorlu əhəngin tərkibində azı 25% fəal xlor olmalıdır. Xlorlu 



əhəng mikroorqanizmlrin vegetativ və spor formalarına qarşı çox aktivdir. Bu 
preparat dezinfeksiya məqsədilə bağırsaq, tənəffüs və digər infeksiyalarda: vərəm, 
qarayara və s. zamanı müxtəlif formalarda tətbiq olunur. Dezinfeksiya praktikasında 
xlorlu əhəng 3 formada istifadə olunur:
1. Quru xlorlu əhəngdən maye ifrazatları və kanalizasiya olmayan ayaqyolu 
quyusunu dezinfeksiya etmək üçün istifadə olunur.
2. Məhlul qarışıq şəklində 10-20%li konsentrasiyada həyətdəki sanitar qurğuları 
torpağı, zibillikləri, tullantıları dezinfeksiya etmək üçün istifadə olunur.
3. Quraçdıırılmış məhlullar şəklində 0,2 – 0,5% konsentrasiyalarda - bağırsaq və 
tənəffüs yollarının infeksiyaları, 3-5% və 10% konsentrasiyalarda isə digər 
infeksiyalar zamanı otaqların dezinfeksiyasında istifadə edilir.
Xlorlu əhəngin nöqsanları: 1) suda pis həll olma; 2) fəal xloru itirməklə sürətlə 
parçalanma; 3) metalları korroziyaya uğratması və parçaların dağılması və 
rəngsizləşməsi; 5) selikli qişalara və tənəffüs yollarına qıcıqlandırıcı təsiri. 
Bununla bərabər xlorlu əhəngin bir sıra üstünlükləri də var: 1) bütün infeksion 
xəstəlikər zamanı dezinfeksiya məqsədilə istifadə olunması; 2) müxtəlif 
formalarda istifadə olunması; 3) ucuz olması.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin