Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh


Yağlı  məhsullarla  qidalanmada  yaranan  patologiyalar



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix21.03.2017
ölçüsü3,91 Mb.
#12068
1   ...   24   25   26   27   28   29   30   31   32

        Yağlı  məhsullarla  qidalanmada  yaranan  patologiyalar. 

Qida  ilə  daxil  olan  üçatsilqliserolların  təxminən  40%-i  nazik 

bağırsaqlarda  hidroliz  olunaraq  qliserinə  və  yağ  turşularına 

çevrilirlər,  onların  3-10%-i  parçalanmayaraq  sorulurlar, 

qalanları isə monoatsil qliserollar şəklində qana keçirlər.  

Mədəaltı 

vəzin 

ifraz 


etdiyi 

lipaza 


fermentinin 

çatışmamazlığı  patologiyaların  yaranmasına  səbəb  olur. 

Həmçinin  bu  səbəblərə  qaraciyərin,  ödün  və  öd  yollarının 

funksiyalarının aşağı düşməsini aid etmək olar. 

Hidrofob 

birləşmələr 

kimi 

yağlar 


molekullarüstü 

komplekslər–lipoproteinlər 

şəklində 

qanla 


orqanlara 

çatdırılırlar.  Lipoproteinlərin  tərkibinə  təkcə  üçatsilqliserollar 

yox,  həm  də  xolesterol  və  fosfolipidlər  də  daxildirlər.  Qan 

plazmasında  yağların  normal  miqdarı  500-1500  mq/l.  Qidada 

yağlı  məhsulların  həddən  artıq  çox  istifadə  olunması  nevrotik 

sindrom,  hipoterioz,  sümüklərin  qırılması,  alkoqolizm  kimi 



 

429 


 

 

xəstəliklərdə  onların  konsentrasiyasının  artması  daha  çox 



müşahidə  olunur.  Bunlar  ən  geniş  yayılmış  ateroskleroz 

xəstəliyinin əsas səbəbləridir.  

Qan  damarlarının  divarlarında  baş  verən  dəyişikliklər 

onun  xarakterik  cəhəti  sayılır.  Damarların  divarlarında 

sıyığabənzər  yağlı  yığıntılar  formalaşır  və  sonradan  onların 

bərkiməsi  prosesi  baş  verir.  Bu  yığıntıların  əsas  komponenti 

xolesteroldur  və  ya  xolesterindir.  Aterosklerozun  xarakterik 

cəhətlərinə  ürəyin  işemik  xəstəliyini,    miokarda  infarktını, 

insultu, qan təzyiqi və trombozları aid etmək olar.  

Đşemik  sindrom  həm  də  qan  hüceyrələrinin  zədələnməsi 

zamanı yaranır. Eritrosit membranlarında xolesterolun artması, 

membranla  bağlı  fermentlərin  funksiyalarının  pozulmasına 

gətirib  çıxarır.  Bu  zaman  eritrositlərin  aqreqasiya  sürəti  və 

ölçüləri  böyüyür:  hüceyrələrin  deformasiya  olunması  aşağı 

düşür, onların reoloji xüsusiyyətləri pisləşir.  

Ancaq 


xolesterol 

insan 


orqanizminin 

maddələr 

mübadiləsində  böyük  rol  oynayır.  O,  hüceyrə  membranlarının 

mühüm komponenti, D vitamininin, hormonların, öd turşuları-

nın  mənbəyi  sayılır.  Buna  görə  də  orqanizmin  normal  həyat 

fəaliyyəti  üçün  xolesterolun  müəyyən  miqdarda  olması 

zəruridir. Yalnız onun çoxluğu aterosklerozun inkişafına səbəb 

olur.  


Qida  məhsullarında  heyvani  yağların  həddindən  artıq 

istifadə olunması qanda xolesterinin, o cümlədən, doymuş yağ 

turşularının  miqdarca  artmasına  şərait  yarasır.  Təyin  olunmuş 

normadan  artıq  xolesterinlə  zəngin  qida  məhsulları  insan 

orqanizmində xoşagəlməyən fəsadların əmələ gəlməsinə səbəb 

olur.  Bu  barədə  “Xolesterinin  qidalanmada  əhəmiyyəti”  

bölməsində geniş məlumat verilmişdir.  

Aterosklerozun müalicəsində və profilaktikasında düzgün 

tərtib  olunmuş  və  fərdi  seçilmiş  pəhriz  xörəkləri  xüsusi 

əhəmiyyət kəsb edir.  



 

430 


 

 

Bəzi insanlarda orqanizm üçün qidalanma zamanı zərərli 



vərdişlər  yaranmışdır–həddən  artıq  çox  qida  qəbulu,  həddən 

artıq  heyvani  yağların  istifadə  edilməsi  və  s.  Həddindən  artıq 

qidalanma  yağların  hüceyrələrdə  həddindən  artıq  yığılmasına 

səbəb  olur.  Bu  da  orqanizmdə  müxtəlif  xoşagəlməyən 

fəsadların  əmələ  gəlməsinə  şərait  yaradır.  Qidalanmada 

heyvani  yağla  yanaşı  mütləq  bitki  yağlarının  istifadə  edilməsi 

olduqca  vacibdir.  Gün  ərzində  orqanizmə  doymamış  yağ 

turşuları və ya bitki yağları qəbul edilməlidir.  

Qidada  doymuş  yağ  turşularının  doymamış  yağ 

turşularına  olan  nisbəti  94-ə  bərabər  olanda,  xolesterolun 

miqdarı gün ərzində 300-400 mq arasında tərəddüd edir. Bu da 

insanların  sağlamlığına  müsbət  təsir  göstərir.  Doymamış  yağ 

turşuları  nazik  bağırsaqlarda  qida  xolesterolunun  sorulmasını 

məhdudlaşdırır, 

qaraciyərdə 

öd 


turşularının 

sintezini 

tənzimləyir.  Qidada  sellülozanın,  hemisellülozanın,  pektin 

maddələrinin  olması  onların  xolesterolla  kompleks  birləşmə 

yaratmasına və orqanizmdən xaric olunmasına şərait yaradır.  

Yağ  mübadiləsinin  pozulması  ilə  bağlı  patoloji  hallar  ən 

yüksək  əlilliyə  səbəb  olur.  Hal-hazırda  ateroskleroz  problemi 

tibbi  yox,  sosial  problemə  çevrilmişdir.  Bu  xəstəlik  kortəbii 

sürətdə  qida  maddələri  ilə  həddindən  artıq  uzun  müddət 

qidalandıqda baş verir.  

Belə  xəstəliyin  qarşısını  almaq  üçün  insanlar  heyvan 

mənşəli  məhsullara  nisbətən  bitki  mənşəli  məhsullarla  daha 

çox qidalanmalıdırlar. Yuxarıda qeyd olunduğu kimi bəzi bitki 

mənşəli  məhsullar  xolesterinlə  kompleks  birləşmə  əmələ 

gətirərək,  onun  xaric  olunmasına  şərait  yaradır.  Bu  da  qanda 

xolesterinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.  



Alkoqolizm.  Alkoqolizm–alkoqolun və  ya spirtli içkilərin 

uzun  müddət  və  mütəmadi  istifadə  edilməsi  nəticəsində 

orqanizmdə  yaranan  patoloji  dəyişiklikdir.    Bu  da  insanlarda 

mənəviyyatın,  şəxsiyyətlərarası  münasibətlərin,  sosial  və 

iqtisadi durumun pozulmasına şərait yaradır.  


 

431 


 

 

Tədqiqatçıların  məlumatlarına  görə  dünyada  alkoqolu 



istifadə edən insanlar əhalinin təxminən 70-80%-ni təşkil edir. 

Buna baxmayaraq kişilərin yalnız 5-7%-i, qadınların isə 0,5%-i 

alkoqolizm  xəstəliyinə  düçar  olmuşdur.  Göründüyü  kimi  bu 

rəqəm  kifayət  qədər  böyükdür.  Ona  görə  də  dünyada 

alkoqolizm ən geniş yayılmış xəstəliklərdən biri sayılır.  

Alkoqolizm  xəstəliyi  insanlarda  əsasən  uzun  müddət 

spirtli  içkilərin  qəbul  olunması  nəticəsində  əmələ  gəlir.  Bu 

zaman  qanda  etil  spirtinin  miqdarı  artır.  Bu  proses  uzun 

müddət  davam  etdikdə  orqanizmdə  spirtə  qarşı  ummunitet 

yaranır.  

Belə  ki,  qanda  spirtin  miqdarca  aşağı  düşməsi  insan 

orqanizminin  narahatlığına  səbəb  olur.  Belə  xəstələr  alkoqolu 

qəbul  etmədikdə  onlarda  güclü  əzələ  ağrıları,  qıcolmalar  və 

qarabasmalar 

(hallüsinasiyalar) 

yaranır. 

Bu 

xəstəliyin 



sağalması  üçün  uzun  müddətli  müalicə  və  insanlarda  özünə 

qarşı  yüksək  iradə  olmalıdır.  Alkoqolizm  xəstəliyi  insan 

orqaniminin daxili orqanlarının fəaliyyətlərinə tədricən pis təsir 

göstərir. 

Orqanizmdə 

maddələr 

mübadiləsi 

prosesinin 

tənzimlənməsinə  mane  olur.  Orqanizmdə  fermentlərin, 

zülalların,  hormonların  və  qeyrilərin  normal  sintezi  pozulur. 

Ən  nəhayət,  insan  orqanizmində  xoşagəlməyən  xəstəliklərin 

əmələ gəlməsinə şərait yaranır.  

Hal-hazırda  alkoqolun  insan  orqanizminin  müxtəlif 

orqanlarına  təsiri  metabolizmi  yaxşı  öyrənilmişdir.  Lakin 

fizioloji 

funksiyaların 

hansı 

dəyişikliklərinin 



alkoqola 

alışmasına  və  ondan  fiziki  asılılığın  formalaşmasına  səbəb 

olduğu tam müəyyən edilməmişdir.  

Đnsan  orqanizmində  daima  etil  spirti  əmələ  gəlir. 

Orqanizmdə  qida  maddələrinin  parçalanması  zamanı  əlavə 

məhsul  kimi  etil  spirti  sintez  olunur.  Bu  zaman  insan  qanında 

endogen  etanolun  (etil  spirtinin)  normaya  görə  miqdarı 

0,001÷0,01q/l həddlərində tərəddüd edir.  



 

432 


 

 

Az  miqdarda  etanol  (gün  ərzində  4-5  q)  bəzi  qida 



məhsulları  ilə  orqanizmə  daxil  olur.  Bu  konsentrasiyanın  10-

100  dəfə  artması  insanlarda  sərxoşluğa  səbəb  olur.  Qanda 

etanolun  miqdarı  0,4-0,7%  çatanda  komatoz  vəziyyət  yaranır 

və  tənəffüs  prosesinin    fəaliyyətini    çətinləşdirir.  Həddindən 

artıq  etil  spirtinin  qəbulu  (1-2  litr  araq)  insanların  çox  zaman 

ölümünə səbəb olur. 

Orqanizmə  daxil  olan  etanol  mədə-bağırsaq  sistemindən 

keçərək  qana  sorulur.  O,  az  miqdarda  böyrəklərdə  və  ağ 

ciyərdə  toplanır,  əsas  hissəsi  isə  (99%)  qaraciyərdə 

oksidləşməyə  məruz  qalaraq,  qana  sovrulur.  Buna  görə  də, 

aydınca  təsəvvür  etmək  olar  ki,  qaraciyər  etanolun  və  onun 

metabolitlərinin toksiki təsirinə daha çox məruz qalır. Ona görə 

də  uzun  müddət  alkoqollu  içki  qəbul  edən  insanlarda 

qaraciyərin patologiyası prosesi baş verir.  

Alkoqoldehidrogenaza  fermentinin  təsiri  ilə  etanol 

qaraciyərdə daha yüksək toksiki təsirə malik asetaldehidə və ya 

sirkə aldehidinə çevrilir.  

Bu proses sxematik olaraq aşağıdakı kimi gedir:                                   

CH

3

–CH



2

–OH  + NAD → CH

3

–COH + NAD·H



2

                             

Đkinci  oksidləşmə  isə  spesifik  oksigenaza  fermenti  ilə 

həyata keçirilir: 

                                    O 

         CH

3

–CH


2

–OH+NADP·H

2

 → CH


3

–C     + 2H

2

 +NADP 


                                     H 

Bundan  başqa  qaraciyərdə  etanolun  parçalanması 

hidrogen peroksidin iştirakı ilə də baş verir.  

                                                                     O 

           CH

3

–CH



2

–OH + H


2

O

2



 → CH

3

–C      + 2H



2

                                                                     H 



Sonra 

əmələ 


gəlmiş 

asetaldehid 

qaraciyər 

mitoxondriyalarında  NAD-tərkibli  alkoqoldehidrogenazanın 

təsiri ilə sirkə turşusuna çevrilir:                  

                                

 

              CH



3

–COH + H


2

O + NAD → CH

3

–COOH+ NAD·H



2

                         



 

433 


 

 

Asetat  turşusunun  müəyyən  hissəsi  qana  keçir  və 



toxumalarda  CO

2

  və  H



2

O  qədər  parçalanır,  qalan  hissəsi  isə 

ATF-in  iştirakı  ilə  asetil-KoA  sintezində  iştirak  edir.  Bu  da 

məlumdur ki, Krebs tsikli üzrə və yağ turşularının oksidləşməsi 

prosesində iştirak edərək, üçatsilqliserolların və başqa yağların, 

həmçinin xolesterinin sintezində istifadə olunur.  

Uzun müddət fasiləsiz spirtli içkilərlə (araq, konyak və s.) 

qidalanmada istifadə olunduqda qaraciyərin yağla örtülməsi də 

müşahidə  olunur,  bu  da  qaraciyərin  fəaliyyətinin  pisləşməsinə 

səbəb  olur.  Bu  onunla  izah  olunur  ki,  metabolizm  prosesində 

asetil-KoA  orqanizmdə  normadan  çox  əmələ  gəlir,  onun 

müəyyən  hissəsi  Krebs  tsiklində  iştirak  edir,  qalan  hissəsi  isə 

əlavə  yağların,  xolesterinin,  lipoproteidlərin  və  qeyri-yağ 

birləşmələrinin normadan artıq olmasına səbəb olur.  

Xroniki  alkoqolizmdə  qaraciyərin  serrozu  yaranır.  Bu 

xəstəliyin  müalicəsinin  əsas  əlaməti  kimi  insanlar  spirtli 

içkiləri  qəbul  etməməlidirlər.  Xəstəliyin  müalicəsində  spirtli 

içkilərin başqa preparatlarla birgə (apomorfin və emitin) qəbul 

olunması  nəticəsində  nail  olmaq  mümkündür.  Bu  preparatlar 

ürəkbulanması  verir.  Bunlardan  başqa  teturamanın  implanta-

siya  olunmuş  dərman  formasında  (esperal)  istifadə  olunması 

psixoloji  effekt  verir,  çünki  onun  qanda  miqdarı  çox  cüzi 

olduğundan alkoldehidrogenazanın aktivliyini aşağı sala bilmir. 

Teturamanın  dozasını  artırmaq  məsləhət  görülmür,  belə  ki,  o 

orqanizmə  toksiki  təsir  göstərir.  Daima  qəbul  edilməni  və 

nəzarəti  tələb  etməyən  dərman  vasitələrinin  alınması 

perspektivli məsələ sayılır.  

 

 



Hal-hazırda  respublikamızda  ərzaq  təhlükəsizliyi  və  ərzaq 

müstəqilliyi  şəraitinin təmin  olunması məsələlərinə  xüsusi  olaraq 

fikir  verilir.  Bu  məqsədlə  ölkəmizdə  son  zamanlar müasir  texno-

logiya əsasında qida məhsulları istiqaməti üzrə müəssisələr tikilib, 

istifadəyə  verilmişdir.  Belə  müəssisələrə  misal  olaraq  tullantısız 

texnologiya  əsasında  işləyən  Đmişli  şəkər  zavodunu  və  onun 



 

434 


 

 

nəzdində  fəaliyyət  göstərən  bitki  mənşəli  yağ  emalı  zavodunu, 



qarışıq  quru  yem  zavodunu,  melas  emalı  zavodunu  göstərmək 

olar.  Melas  emalı  zavodu  tibb  sənayesinin  və  digər  sahələrin 

tələbatını ödəmək üçün 96%-li etil spirti istehsal edir. Đmişli şəkər 

zavodu  nəinki  əhalimizin  şəkərə  olan  tələbatının  ödənilməsində, 

hətta  bir  çox  qida  sənayesinin  (konserv,  qənnadı  və  s.)  fəaliyyət 

göstərməsinə  də  köməklik  göstərir.  Bundan  başqa  ölkəmizdə 

müasir  tələblərə cavab  verən  Qəbələ,  Xaçmaz  konserv  zavodları, 

Bakı  şəhərində  yağ  və  qida  sənayesi  zavodu,  çay  fabrikası, 

qənnadı  fabriki  və  qeyriləri  fəaliyyət  göstərirlər.  Bundan  başqa 

ölkəmizin  digər  rayonlarında  da  qida  sənayesinin  müxtəlif 

sahələri  üzrə  müasir  tələblərə  cavab  verən  müəssisələr  tikilib 

istifadəyə  verilmişdir.  Yuxarıda  qeyd  olunan  müəssisələrin  və 

qeyrilərinin  fəaliyyəti  nəticəsində  iqtisadiyyatımızın  daha  da 

inkişaf etdirilməsinə və on minlərlə yeni iş yerlərinin yaranmasına 

nail  olunmuşdur.  Bu  müəssisələrdə  insanların  sağlamlığı 

baxımından  müxtəlif  çeşiddə  yüksək  keyfiyyətli  qida  məhsulları 

istehsal  olunur.  Məlumdur  ki,  insanların  düzgün  qidalanmaması 

nəticəsində  onlarda  müxtəlif  formalı  xəstəliklərin  əmələ 

gəlməsinə şərait yaranır. Bu baxımdan insanlar keyfiyyətsiz, eko-

loji  cəhətdən  qeyri-təmiz  qida  məhsulları  ilə  uzun  müddət 

qidalandıqda,  bu  onlarda  müxtəlif  xəstəliklərin  əmələ  gəlməsinə 

səbəb  olur.  Bu  xəstəliklərin  qarşısının  alınması  üçün  ekoloji 

cəhətdən  təmiz  qida  məhsulları  ilə  qidalanmaq  daim  ön  plana 

çəkilməlidir.  Qeyd  etmək  lazımdır  ki,  ölkəmizə  bəzi  xarici 

dövlətlərdən  ekoloji  cəhətdən  qeyri-təmiz,  mutasiya  olunmuş, 

yəni  geni  dəyişdirilmiş  bitki  və  heyvan  mənşəli  qida  məhsulları 

idxal  olunur.  Bu məhsulların  xarici  görünüşünün  yaxşı  olmasına, 

qablaşdırılmasına  gözəl  tərtibatın  verilməsinə  baxmayaraq, 

onların qidalılıq dəyəri olduqca keyfiyyətsiz olmaqla yanaşı, həm 

də  insan  orqanizmi  üçün  təhlükə  mənbəyidir.  Ona  görə  də 

ölkəmizdə  ərzaq  təhlükəsizliyini  və  ərzaq  müstəqilliyini  təmin 

etmək  üçün  əhalimizi  yerli  şəraitdə  becərilmiş  bitki  və  heyvan 

mənşəli  xammalla  və  ondan  istehsal  olunan  qida  məhsulları  ilə 

təmin etmək vacib şərtdir.  



 

 

435 


 

 

ƏDƏBĐYYAT   SĐYAHISI 



 

1.  Анисимов  А.А.  и  другие.  Основы  биохимии–М: 

Высшая школа, 1986–551 стр. 

2.  Арасимович  В.В.,  Балтага  С.В.,  Панамарёва  Н.П. 

Биохимия  винограда  в  онтогенезе.  Кишинёв, 

Штинца, 1975–152 стр. 

3.  Баранов  В.С.  и  др.  Технология  производства 

продукции 

общественного 

питания. 

Москва, 

Экономика-1986. 

4.  Бекер М.Е. и др. Биотехнология–М: Агропромиздат, 

1990–334 стр. 

5.  Берёзов Т.Т., Коровкин Б.Ф. Биологическая  химия. 

Учебник. М., Медицина, 2007, 704 стр.  

6.  Бокучава 

М.А. 


Биохимия 

чая 


и 

чайного 


производства. М: Изд–во АН СССР, 1958–587 стр. 

7.  Браунштейн  А.Е.  На  стыке  химии  и  биологии.  М: 

Наука, 1987, 239 стр.  

8.  Брухман  Э.Э.  Прикладная  биохимия–М:  Лёгкая  и 

пищевая промышленность, 1981–294 стр. 

9.  Валуйко  Г.Г.  Биохимия  и  технология  красных  вин. 

М: Пищевая промышленность, 1973–295 стр. 

10. Гогия  В.Т.  Биохимия  субтропических  растений.  М: 

Колос, 1984–288 стр.  

11. Датунашвили  Е.Н.  Ферментные  препараты  в 

пищевой 

промышленности. 

М: 

Пищевая 


промышленность, 1975–307 стр. 

12. Дженеев  С.Ю.  Иванченко  В.И.  Сокращение  потерь 

винограда  при  хранении  и  транспортировке. 

Садоводство  и  виноградарство,  М:  1991,  №  7,  стр. 

15–19. 

13. Дженеев  С.Ю.  Хранение  столового  винограда  в 



хозяйствах. Москва, Колос, 1978, 128 стр. 

 

436 


 

 

14. Донченко  Л.В.,  Надыкта  В.Д.  Безопасность 



пищевой продукции. Москва, ПП, 2001, 528 стр. 

15. Дурмишидзе  С.В.  Дубильные  вещества  и  антоциа-

ны виноградной лозы и вина. М: Изд–во АН СССР, 

1955–324 стр. 

16. Дурмишидзе  С.В.,  Шалашвили  А.Г.  Превращение 

(+)  катехина  в  ягодах  винограда.  Сообщения  АН 

Груз. ССР, 1978, том 91, № 2, стр. 449–451. 

17. Елизарова Л.П. Экспертиза чая. М., 1999-39 стр. 

18. Жеребцов Н.А. и др. Биохимия. М., 2002-696 стр. 

19. Запрометов 

М.И. 

Метаболизм 



фенольных 

соединений  в  растениях.  Ж.  «Биохимия»,  Москва, 

1977, т. 42, вып. 1, стр. 3-20. 

20. Карашарлы А.С. Гранат и его использование. Баку, 

Изд–во АГУ, 1979. 

21. Кишковский  З.Н.  Технология  вина.  М.,  1984  –  504 

стр. 

22. Кишковский  З.Н.,  Скурихин  И.М.  Химия  вина–М: 



Агропромиздат, 1988–254 стр.  

23. Коробкина  З.В.,  Страхова  С.А.  Товароведение  и 

экспертиза вкусовых товаров. М., 2003-352 стр. 

24. Кретович  В.Л.  Биохимия  растений–М.:  Высшая 

школа, 1986–503 стр. 

25. Кретович  В.Л.  Техническая  биохимия.–М:  Высшая 

школа, 1973–456 стр. 

26. Кругляков  Г.Н.,  Круглякова  Г.В.  Товароведение 

продольственных 

продуктов. 

Учебник-Ростов, 

2000-448 стр. 

27. Кучеренко  Н.Е.  и  др.  Биохимия–Киев:  Высшая 

школа, 1988–432 стр. 

28. Ленинджер А. Биохимия–М: Мир, 1974–957 стр. 

29. Марх  А.Т.  Биохимия  консервирования  плодов  и 

овощей–М: Пищевая пром-сть, 1973–326 стр. 


 

437 


 

 

30. Матюхина  З.П.,  Королькова  Э.П.  Товароведение 



пищевых товаров. М., 2003-272 стр. 

31. Метлицкий  Л.В.  Основы  биохимии  плодов  и 

овощей. М: Экономика, 1976–348 стр.  

32. Набиев  А.А.  Биохимические  основы  хранения 

винограда.  Дисс.  доктора  биол.  Наук,  Тбилиси, 

1993–280 стр. 

33. Набиев  А.А.  Различные  технологии  получения  вин 

из  хурмы.  Ж.  «Аграрная  наука»  №3,  Москва,  1998, 

19-20 стр. 

34. Набиев  А.А.,  Касумов  Д.П.  Пути  повышения 

хранения  винограда.  Тезисы  докладов.  Кишинёв, 

1978, часть II, стр. 131–132.  

35. Назаров  Н.И.  и  др.  Общая  технология  пищевых 

производств. М., 1981-280 стр. 

36. Нусубидзе  Н.Н.,  Гулбани  Д.И.  Флавонолы  в 

виноградной лозе. Сообщения АН ГССР, 1964, том 

36, № 2, стр. 345. 

37. Плешков  Б.П.  Биохимия  сельскохозяйственных 

растений–М: Колос, 1980–496 стр. 

38. Пруидзе  Г.Н.  Окислительно–восстановительные 

ферменты  чайного  растения  и  их  роль  в  биотехно-

логии. Мецниереба, Тбилиси, 1987–186 стр. 

39. Пруидзе  Н.Г.  Биотехнология  производства  раство-

римого  чая  и  сырого  листа.  Авт.  канд.  биол.  наук, 

Тбилиси, 2003-25 стр. 

40. Рабинович А.М. Лекарственные растения. М., 1998-

330 стр. 

41. Риберо–Гайон  П.,  Пейно  Е.  Руководство  по 

виноделию–М:  Пищевая  промышленность,  1971–

416 стр. 

42. Родопуло  А.К.  Основы  биохимии  виноделия–М: 

Лёгкая и пищевая промышленность, 1983–240 стр. 



 

438 


 

 

43. Скорикова  С.Ю.  Хранение  овощей  и  плодов  до 



переработки. Москва, 1982-196 стр. 

44. Скурихин  И.М.  и  др.  Химический  состав  пищевых 

продуктов. Москва, 1987–318 стр. 

45. Сопромадзе А.Н. Фенольные соединения некоторых 

культурных  и  дикорастущих  растений  Грузии. 

Тезисы докладов, Тбилиси, 1985, стр. 59–61. 

46. Страйер  Л.  Биохимия–  Пер.  с  англ.  языка  М:  Мир, 

1984, том I–227 стр. 

47. Страйер  Л.  Биохимия–  Пер.  с  англ.  языка  М:  Мир, 

1985, том 2–307 стр. 

48. Строев  Э.А.  Биологическая  химия–М:  Высшая 

школа, 1986–479 стр. 

49. Технология  пищевых  производств  (под  ред. 

Л.П.Ковальская и др.), М., 1997, 752 стр.  

50. Филиппович Ю.Б. Основы биохимии. Москва: 1999, 

512 стр. 

51. Хачидзе  О.Т.  Азотистые  вещества  виноградной 

лозы. Тбилиси, Мецниереба. 1976–195 стр. 

52. Химический  состав  пищевых  продуктов  (под 

редакцией  проф.  И.М.Скурихина).  Москва,  1984-

328 стр.  

53. Хитрон  Я.Н.,  Люблинская  Н.А.  Повышение 

эффективности  хранения  столового  винограда. 

Кишинев: 

Садоводство 

и 

виноградарство 



Молдавии. 1991, №7, стр. 19-21. 

54. Щербаков  В.Г.  Биохимия  пищевых  продуктов.  М., 

2003-456 стр. 

55. Яровенко  В.Л.  и  др.  Технология  спирта.  М.,  1999-

464 стр. 

56. Əhməd-Cabir  Đ.Ə.  Ərzaq  mallarının  əmtəəşünaslığı. 

Bakı, 1996-324 səh. 

57. Əhməd-Cabir  Đ.Ə.  Tamlı  məhsulların  əmtəəşünaslığı. 

Bakı, 1993-300 səh. 


 

439 


 

 

58. Fətəliyev  H.K.  Şərabçılıq.  I  və  II  hissə.  Gəncə-1996, 



240 səh. 

59. Fətəliyev H.K. Alkoqollu içkilərin texnologiyası. Bakı, 

2007, 516 səh. 

60. Həsənov Ə.S. və başqaları. Bioloji kimya. Bakı, Maarif, 

1989–564 səh. 

61. Xəlilov  Q.B.  Heyvan  biokimyasının  əsasları.  Bakı, 

Maarif, 1987–285 səh. 

62. Đbrahimov N.A. Azərbaycan şərablarının texnologiyası. 

Bakı, 1998-320 səh. 

63. Nəbiyev  Ə.Ə.  Yeyinti  məhsullarının  biokimyası. 

Gəncə, 1996-180 səh. 

64. Şərifov F.H. Azərbaycan üzümü. Bakı, 2005-224 səh. 

 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin