Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə42/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sərçəyə  söz  verirlər.  Sərçə  çixır  meydana,  gözünü 



yumub  ağzını  açır,  ürəyini  boşaldır,  heç  kim  də  heç  nə 

anlamır. Ovçu Əhməd soruşur ki, bəs bayquş hanı? 

Deyirlər,  bayquş  endir  eləyib  gəlmədi.  Ovçu  Əhməd 

deyir,  -  gedin  ona  çatdırın  ki,  ömrü  boyu  gündəlik 

yeməyini alacaq, gəlsin. 

Yüz  minnətlə  bayquşu  gətirib  gəlirlər.  Ovçu  Əhməd 

soruşur  ki,  hə,  neyniyə  billik,  nə  deyə  bilərsən?  Bayquş 

atdanıb yerini dəyişir. Ovçu Əhməd soruşur: 

-Niyə  belə  elədin,  sən  ki,  ağır  oturub,  batman 

gəlirsən?  

Bayquş deyir: 

-Yurd yurddan sayalı gərək... 

Ovçu Əhməd deyir: 

-Yaxşı  neyniyək,  Padşah  ölkədəki  bilicilərin  boynun 

vurduracaq?!  

Bayquş  gözlərini  yumub  xeyli  fikrə  gedir...  Belə 

deyirlər  ki,  bayquş  çox  yatağandı,  tez-tez  yatıb  oyanır, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gözlərini  açanda  da  dünyanı  dəyişmiş  görür,  indi  də 



oyanır, xeyli dörd yanına nəzər salır: 

-Onda gərək quşlar qırıla, -deyir. 

Ovçu Əhməd soruşur: 

-Nece bilirsən,  bilicilərmi qalsın, quşlarmı? 

Bayquş deyir: 

-Bilicilər azdı, bilicilər qalsın... 

Quş sümüyündən bir ev tikdirib padşahın arvadını da 

oturdurlar  içində.  Arvad  evin  içindən  bayırı  görür, 

bayırdan evin içi görünmür. 

Bayquşa  da  o  vaxtdan  gündə  üç  sərçə  verirlər.  Elə 

indi də deyirlər, bayquş gündə üç sərçə yeyir. Yeyib çəkilir 

bir qırağa, başlayır dünyanın fikrini eləməyə...  

Belə  bir  deyim  var:  “Bayquş  hər  yatıb-  duranda 

dünyanı dəyişmiş görər

   


 

 

 



III hekayət 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Ovçu  Əhməd  gördü  səs  gəlir,  ayaq  saxlayıb  göy 

üzünə  baxdı.  Heç  nə  yox  idi,  quş  da  uçmurdu.  Yan-

yörəsinə boylandı, səs lap yaxından gəldi. 

-Ovçu Əhməd! 

-Ovçu Əhməd!... 

Ovçu Əhməd elə bildi kəndin qızlarıdı. 

-Ay uşaq, kimsən? 

Yenə dörd yanına boylandı. Uzaqlarda yaşıl təpəliklər 

görünürdü... 

-Ooy, kipriklərimi yoldular!... 

Balaca  qız  uşağının  səsiydi.  Ovçu  Əhməd  güllərin 

çiçəklərin  arasında  quruyub  qalmışdı.  Öz  qızları  yadına 

düşdü, fikirləşdi ki, yəqin oyun qurublar. 

-Oy, əzildim! 

-Ooy sürməm sıyrıldı... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ovçu  Əhməd  qanrılıb  kəndə  sarı  baxdı;  “gülül”, 



“südüyən”,  “yemşan”  komalıqlarının  dibləri  qaranlıq, 

görünməz idi. Elə qarasına qızlarının səslədi: 

-Ay qız, Yasəmən, Nərgiz, qayıdın evə, döyərəm sizi! 

Gülüş  səsləri  çölü-çəməni  bürüdü,  Əhməd  qonum-

qonşunun qızlarını da səslədi: 

-Ay  qız  Çiçək,  Bənövşə,  Süsən,  Lilpar,  ay  şeytanlar, 

çıxın  görüm  hardasız?  Ax  Lalə,  babana  deyəcəm,  çıx 

kolluqdan, utanma. 

Allı-yaşıllı  çəmənlik  boyu  yenə  gülüş  səsləri  yayıldı, 

sonra bayraq küləyi kimi bir əsim yel əsdi, güllər-çiçəklər 

dalğalanıb yelləndilər... 

-Ooy, biz-biz idik, Ovçu Əhməd

Bir çəmənlik qız idik.   

Bizi əzdilər, Ovçu Əhməd, 

Çəmənliyə düzdülər... 

Səs Ovçu Əhmədin ayaqlarının ucundan gəlirdi.Ovçu 

Əhməd    yavaş-yavaş  otluğa,  çiçəkliyə  çökdü;    quş 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

civiltisinə oxşar yüzlərlə səs bir-birinə qarışa-qarışa aləmi 



bürümüşdü.  Əzilib  qırmızısı  qan  kimi  ləçəyinə  dağılmış 

çiyələk Ovçu Əhmədlə üz-üzəydi: 

-Ayağını qaldır, Ovçu Əhməd, Laləni əzdin... 

Ovçu Əhməd gözlərini çiyələyin qanamış yanaqlarına 

dikdi,  çiyələyin  xallı,  dəmgilli  baxışları  Ovçu  Əhmədə 

zillənmişdi, səs çiyələkdən gəlirdi. 

-Məni  də  sən  əzdin,  Ovçu  Əhməd,  hələ  çox  yaşaya-

caqdım, sənin qızın payızağzı dərib meyvəmi yeyəcəkdi. 

Ovçu  Əhməd  ayaqlarının  ucuna  qalxdı,  ayağını 

qaldırdığı yerdən də Lalənin səsi gəldi: 

-Ovçu  Əhməd  yaxın  dur,  cənə  söykənim,  yıxılacam 

indi. 


Ovçu  Əhməd  ayaqları  altına  baxdı,  təzəcə  buta 

bağlamaqda olan Lalə başını torpağa qoymuşdu. Ləçəkləri 

balaca quş qanadları təki cırpınırdı. 

-Anam  bu  yamacdandı,  Ovçu  Əhməd,  atam  o 

yamacdan. Bununla min dönəmdi gəlirəm... 

Ovçu Əhməd Laləni dikəltdi... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Çox  sağ  ol,  Ovçu  Əhməd,  kökümü  də  bərkit,-dedi 



Lalə.-Min birinci kərə də gələcəm. 

Ovçu Əhməd Lalənin dibini bərkitdi. 

Bayaq  nəfəsini  içinə  çəkmiş  kimi  görünən  çəmənlik 

təzədən səs-səsə verib oxumağa başladı... 

-Oy, ooy, Ovçu Əhməd, bu gün sevgi günüdü ... 

Bir çırpım külək əsdi, bu sevgi küləyiydi, o yamacdan 

bu  yamaca  sevgi  qoxusu  gəldi,  Nərgiz  bu  yamacdan  o 

yamaca    duyduğu  sevgi  qoxusuna  açıldı,  dəmgillərinə, 

xallarınacan sığallanıb nazlandı: 

-Ooy,  Ovçu  Əhməd,  nə  yaxşı  ki,  gəldim  yer  üzünə,- 

dedi. 

Ovçu  Əhmədin  başı  üstündə  quşlar  sevinə-sevinə 

qanad  döyürdü,  sular  çöllərin  sazını  çalıb,  sözünü  oxuya-

oxuya  keçib gedirdi. Hər şey bir-birinə bağlı, bir-birindən 

asılı  olduğundan  varlıq  qurulu  bir  tamaşa  kimi  göz 

qabağındaydı... 

Kəndin camaatınınsa bundan xəbəri yox idi; öküzləri, 

kəlləri qoşub yer əkirdilər. Kotanlar yeridikcə ordan bura 

nəyinsə  yavaş-yavaş  səs  eləyə-eləyə  cırıldığı  hiss 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

olunurdu.  Ovçu  Əhməd  bilmirdi  bu  çağacan  hardaymış, 



otların,  çiçəklərin,    quşların,  heyvanların  dilini  bilənəcən 

nə  ömrü  yaşayırmış.  Yer-göy  başdan  ayağa  duyğuymuş, 

indi  bilmirdi  ayağını  hara  qoysun.  Gəlib  bir  daşın  üstünə 

çıxdı.  Birdən-birə  qavrayıb  alışa  bilmədiyi  duyğuların 

çoxluğundan  özündən  gedib  daşın  üstə  uzandı...Aradan 

nə qədər keçmişdi bilmirdi, gözlərini səsə açdı. 

-Bacılı, bacılı, tanıyırsanmı bu adamı? 

-Tanıyıraım, Adam atanın oğludu. 

-Hə,  toruna  ceyran  düşdü,  açdı  buraxdı.  Çaya  daş 

atmadı  ki,  balığa  dəyər,  göyə  daş  atmadı  ki,  quşa  dəyər. 

Oxu  oxdanında,  yayı  çiynində,  kəməndi  qolunda,  xəncəri 

qınında...Ona görə də bütün canlıların dilini bilir indi... 



Amma  Vaxt  gələcəyə  yalançı  çiçəklər  hazırlayırdı, 

Vaxt  yalançı  quşlar  yaradacaqdı...Yalanınsa  dili  yox  idi. 

Ona  görə  də  gələcəkdə  heç  nəyin  dilini  anlamaq 

olmayacaqdı... 

Ovçu  Əhməd  dikəlib  daşın  üstündə  oturdu,  başını 

qaldırdı ki, iki ağ göyərçin nar koluna qonub danışırlar. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Baclı,bacılı, o bizim qardaşımızdı, yatmışdı, oyatdıq. 



Saya sal, gedək. 

Hərəsi qanadından bir ağ lələk saldı, lələklər uça-uça  

gəlib  Ovçu  Əhmədin  üstünə  düşdü...Gələcəyə  yaxşı  ki, 

hələ çox vardı... 

Güllər-çiçəklər,  süsənlər-sümbüllər  yenə  səs-səsə 

verib oxyurdular... 

Ooy, oy Ovçu Əhməd

Çiçəklərin qardaşı. 

Bıçağı qan görmədi, 

Xəncəri gün görmədi. 

Tor atdı balıqlara, 

Toruna özü düşdü. 

Çıxdı, kəklik ovuna, 

əlinə qan izi düşdü. 

Ooy, Ovçu Əhməd 

Çiçəklərin qardaşı.... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

IV hekayət... 

 

Səhər  tezdəndi,  sərçələr  dil-dil  ötür,  dünən 

dediklərini bu gün də çeynəyib tökür, balaca bağçada ağız 

deyəni  qulaq  eşitmirdi.  Ovçu  Əhməd  də  yuxudan  təzəcə 

oyanmışdı,  daha  çox  şüşə  qırıntılaına  bənzəyən  quş 

səslərindən  bir  şey  anlamağa  çalışırdı.  Hələlik  heç  nə 

anlaşılmırdı,  dayanıb  səslərin  durulmağını  gözləyirdi. 

Qaraboyun,  daha  çox  torağaya  oxşayan  ata  sərçə,  uçub 

onunla üz-üzə budağa qondu: 

-Salamlaşırıq  bayaqdan...  Üstümüzdən  gecə  keçib, 

balaca  iş  deyil,  bu.  Sənin  də  sabahın  xeyir,  Adam!  Hara 

gedirsən yenə?  

-Arvad  axşamnan  atası  evinə  getmək  istəyir,-dedi, 

Ovçu Əhməd. 

Həyətin  o  başında  göylüyə  hörüklənmiş  atlar 

başlarını  döndərib  oxrandılar;  bu  atların  soruşmağıydı: 

“Gedirik yenə?” 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Alapaça  daylaq  həyətin  bu  başından  o  başına 



anasının yanına qaçdı: 

-Gedirik! Gedi-irik! 

Ala  it  komasından  çıxıb silkələndi, uzun  ala tüklərini 

çırpıb  həyətə  göz  gəzdirdi...  Bir  azdan  hər  şey  onun 

umuduna qalacaqdı.  Qorxusuzluqdan,  işsizlikdən  korşalıb 

ağırlaşmış səsiylə astadan hürdü, bu onun: 

-Bur-rr-dayam... -deməyi idi. 

Arvad  getdikləri  üçün  qazları  qaz  damından 

çıxartmadı, üstəlik qapısının ağzına bir ağac yenə keçirdi. 

Qapının o üzündən : 

-Batdıq, -dedi, erkək Qaz. -Acından qırılacağıq. 

-Səni görüm, məni kimi tükün  əllərdə qalsın... -Anaş 

Qaz  dimdiyini  doldurub  yenə  nəsə  demək  istəyirdi 

arvada. Erkək Qaz: 

-İşin yoxdu, -dedi. -Əri bizim dili bilir, eşidər ayıbdı... 

Qarğış  eləmə,  yenə  hər  nədi,  yiyəmizdi.  Mən  yiyəsiz 

qalmağı görmüşəm, bunnan da pisdi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ovçu  Əhməd  qaz  damının  qapısına  sarı  gəldi,  istədi 



qapını açsın, dönüb arvada baxdı: 

-Yazıqdılar, qırma bunları acından, burax çölə. 

Arvad hikkə içində əllərini belinə qoydu: 

-Sən  indi  birdən-birə  mal  qədri  bilən  oldun?  Mən 

özüm nə yeyirəm ki, onlara da nə verəm... 

Ana  Qaz  hirsindən  qapının  taxtasını  dimdiklədi,  o 

birilər  də  yaxınlaşdılar,  analı-balalı  qapını  çeynəməyə 

başladılar.  Deyinə-deyinə,  söylənə-söylənə  dimdiklərini 

taxtaya döydülər. Tıqqıltı həyəti başına götürmüşdü... 

Arvad  yır-yığış  eləyirdi,  daha  doğrusu,  atası  evinə 

aparmaq üçün bir şey tapmadığına görə əlinə keçəni ora-

bura  tullayırdı.  Boynu  ponpullu  anaş  toyuq  da  arvadın 

yan-yörəsində küllənirdi, dimdiyinin ucunda qığıldadı: 

-Yumurtam  var,  məni  belə  qoyub  hara  gedirsən?  -

dedi. 

Arvad  əlindəkini  əl  ayağına  dolaşan  toyuğa  tərəf 



atıb: 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Kiş, kiş, xeyirsiz, mən kimnən yarımışam ki... -Ərinə 



söz atırdı. 

Bunu  toyuq  da  başa  düşdü,  gözlərini  süzdürə-

süzdürə Ovçu Əhmədə baxdı: 

-Ər  deyil  ki,  elə  bil  dən  torbasıdı,  -  dedi,  aralandı.-

Arvadağız... 

Toyuğun  sözü  doğrudan  da  Ovçu  Əhmədə  toxundu, 

dümələnə-dümələnə  Xoruza  sarı  gedən  toyuğun  ardınca 

baxdı. Xoruz boğazını arıdıb qanad çırpa-çırpa xoruzlandı: 

-Gündüz dalaşdıqlarını baxma, -dedi, -gecə bir-birinin 

qucağınnan çıxmır.  

Toyuq  gözlərini  o  yandan  belə  dolandırıb  yenə 

süzdürdü,  bir  anlığa  bozumtul  pərdə  gözlərini  örtdü, 

sonra da qanadlarını qaldırıb özünü yellədi... 

Arvad  elə  bil  toyuğu  indi  gördü,  toyuq  burcuda-

burcuda özünə yer eşirdi. 

-Bu yoluq bostanı eşəcək, -dedi, arvad, toyuğu ərinə 

göstərdi.  -Sən  atları  yəhərlə  mən  bunun  ayağının 

patavasını- papucunu geyindirim.  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

  Toyuq qorxusunda az qaldı uçub getsin, özünü ora-



bura  vurdu.  Arvad  qayım  parçadan  tikdiyi  şapşapları 

gətirib bərkdən: 

-Yass,yass,-dedi. 

Toyuq  qanadlarını  gərib  hardaydısa  orda  çöküb 

arvadı  gözlədi.  Arvad  papucları  toyuğun  ayaqlarına 

geydirib, ora-burasını əlləşdirdi. 

-Ymurtası var ki, bunun...-Elə ehtiyatla yerə qoydu ki, 

elə bil doğrudan da əlindəki yumurtaydı.  

Ovçu Əhməd də dedi: 

-Yazıq  bayaqdan  ayaqlarına  dolaşa-dolaşa  onu 

deyirdi... 

Toyuq hinə sarı getdi ki, yumurtlasın, amma onu da 

bilirdi  ki,  hələ  tezdi.  Boğazını  uzadıb  hinə  baxdı; 

yumurtaya  bənzər  bir  şey  vardı  hində.  Gözlərinin 

qabağında  ağlı-qaralı  xeyli  cücə  canlandı.  Yumurta 

üstündə  həmişə  gözlərinə  belə  şeylər  görünərdi.  Elə  bu 

cür  də,  yəni,  gözləriniun  önündə  ağlı-qaralı  cücələr  hinə 

yatdı. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Evdə  adam  olmadığından  ala  itin  itliyi  tutmuşdu. 



Qulaqlarını şəkləyib hər səsə hürürdü. Qazlar arakəsmədə 

qığıldaşır, ana baladan, bala atadan soruşurdu: 

-Nolub? 

İtin səsində qorxu yox idi, eləcə, burdyam, deyirdi... 

Yumurta  anaş  toyuğun  içiylə  Ay  goy  üzüylə  süzdüyü 

kimi  süzə-süzə  yol  gəlirdi.  Bunun  azacıq  acısı  olsa  da 

toyuğa ləzzət eləyirdi. 

Kənddə səssizlik idi. Bir quşlardı, itin səsinə, qazların 

qığıltısına bağlı yumurtadan çıxandan nə deyirdilərsə indi 

də  onu  deyirdilər.  İt  seyrək-seyrək  hürürdü.  Elə  bu  səsə 

görə  də  Ovçu  Əhmədin  həyəti  “ala  itdən  manşır”  idi. 

Obanın o başından ala itin səsini tanıyırdılar. 

Amma qazların da Ala itin də, Anaş toyuğun da, hələ 

evin  künc-bucağında    yuva  qurmuş  həyət  quşlarının  da 

gözü yoldaydı ki, Ovçu Əhmədin arvadı Sarı Sarıca nə vaxt 

gələcək, əlindən-ovcundan düşəni dənləyib yeyəcəklər. 

Yaddaşlarının  qurtaracağında  bir  balaları,  bir 

yuvaları, bir də Sarı Sarıcadan özgə heç nə yox idi. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Anaş  toyuq  yumurtlayan  kimi  yüp-yüngül  oldu. 



Atdanıb tara çıxdı: 

-Bir yumurta-aaa yumurtlamışam!... 

Həyətdə  heç  kəs  yox  idi.  Toyuğun  səsini  qonum-

qonşu eşidirdi. Ovçu Əhmədlə arvadı onda atların belində 

yol gedirdilər... 

 

 

V hekayət... 

 

Ovçu  Əhməd  arvadı  Sarı  Sarıcayla  qonşu  kəndə 

gedirdilər.  Hərəsi  bir  ata  minmişdilər.  Arvadın  atı 

daylaqlıydı.  Yanaşı  addımlayırdılar.  Yamacda  adamlar 

göründü, ocaq qalamışdılar... 

-Yandıı-ım!... 

Güllərin-çiçəklərin  səsi  gəlirdi.  Ocağın  istisindən, 

tüstüsündən  kollar-komalıqlar  içini  vururdu.  Nar  ağacı 

öskürüb üstündən narlarını saldı, çəkilib dərisinə-qabığına 

sığındı, yəqin ki, bu onun ağlamağı idi. Yaxınlıqda ox atıldı, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

oxdan  lap  tüfəng  səsi  gəldi.  Yal-yamac  bərkdən  içini 



çəkməyə başladı... 

Ovçu Əhmədin üz-gözü qırış-qırış olmuşdu. 

-Niyə  ağlayırsan,  ağlarqalmış,  nolub?  Qan-yaş 

tökərmi  kişi  də?  Ayrı  arvad  istəyirsən,  açığını  de?!  -  Sarı 

Sarıcaydı. 

Ovçu Əhməd başını qaldırıb: 

-Kimdi ağlayan? -dedi. 

-Bə  nəyin  fikrini  eləyirsən?  Mən  fikir  eləməliyəm  ki, 

sənin kimi ərim var. Nə əynim geydi, nə qarnım doydu... 

Ətrafdakı  ağaclardan,  otlardan,  çiçəklərdən  gülüş 

səsləri  gəldi.  Ovçu  Əhmədin  kefi  duruldu,  yan-yörəsinə 

baxıb  gülümsədi.  Onun  belə  gülümsəməyi  arvadı  lap 

özündən çıxartdı, atın üstündən əllərini ərinə sarı uzatdı: 

-Kül dəli başına, bu da mənə ər olub, dilbilməz! 

Elə bu vaxt daylaq kişnədi: 

-Ana-aa, yorulmuşam. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

At Sarı  Sarıcanın  altında boynunu döndərib oxrandı: 



(“oxranmaq”  sözünü  yadınızda  saxlayın,  sevin,  həmişə 

lazım  olacaq,  hər  heyvanın  özünün  istəyini  bildirmək 

ifadəsi  var;  it  cənsiyər,  yalmanar,  şırvanar,  bu  hürmək 

deyil,  nəsə  istəməkdir,  eləcə  də  qoyun  imrənər,  at  da 

oxranar):  

-Özün gəl, -dedi, - neynim yorulmusan. Gör nə qədər 

yüküm  var,  biri  belimdə,  biri  belimdəkinin  qarnında,  biri 

də öz qarnımda, səni harama götürüm?! 

Ovçu  Əhməd  daha  özünü  saxlaya  bilmədi,  bərkdən 

güldü. 


Sarı  Sarıca  acığından  özünü  didişdirdi,  sonra  atdan 

düşüb yalı yolu,yəni tərsinə getdi. 

-Sənnən  bir  addım  da  atmaram  daha,-dedi.-Sənin 

fikrin məni dəli eləməkdi. 

-Qayıt yaxşı, bir də gülmərəm. 

Kəhər at Ovçu Əhmədn altında oxranıb ana ata, yəni 

madyana baxdı: 

-Bunların gününə bax. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Özləri bilər,-dedi madyan.-İnsan nə elədiyini nə vaxt 



bilib ki. Otunu otla, biz onların işinnən baş açammarıq... 

Ovçu Əhməd atdan enib arvadının ardınca getdi. 

-Qayıt, yaxşı, sənə gülmürdüm. 

Azca  aralıda  sürü  otlayırdı.  Bir  qoyunla  bir  qoç 

sürüdən çıxıb Sarıcaya tərəf  gəldilər. Qoç imrənib: 

-Bu dəfə quzun mənə oxşayacaq,-dedi. 

Qoyun sürüdəki qoçlara baxdı: 

-Onu hələ bilmək olmaz, -dedi, atdanıb dərənin o biri 

tayına keçdi. -Gəl dalımca... 

Qoç burma buynuzlarını silkələyə-silkələyə dedi: 

-Mən  sənə  Ovçu  Əhməd  deyiləm  ki,  arvad  dalınca 

düşəm... 

Ovçu  Əhməd  arvadına  çatmışdı,  qoçun  dediyini 

eşitdi,  təzədən  gülüb  geri  qayıtdı.  Atını  minib  yolunu 

getməyə  başladı.  Sarı  Sarıca  qışqıra-qışqıra  onun  ardınca 

qaçırdı.  Qoyun  da  qayıdıb  dərəni  keçdi,  burmabuynuz 

qoçun ardınca düşdü...  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

VI hekayət... 



 

Ovçu Əhməd həyətdəki kirkirə daşının üstündə otur-

muşdu, arvadının deyintisindən üzünün tükləri biz-biz ol-

muşdu. İstəyiridi, arvadının cavabını versin, desin ki, mən 

neynim sən var-dövlət istəyirsən. İstəyirsən, xan arvadının 

evi  kimi  evin  olsun,  sən də  olasan  xan  arvadı.  Mən  bunu 

bacarmıram,  neynim...  Bayaqdan  istəyiridi  belə  desin, 

amma bir anaç qazı vardı, qazların arasından ayrılıb gəlib 

Ovçu  Əhmədlə  üz-üzə  durmuşdu,  kipriksiz  göy  gözlərini 

süzdürə-süzdürə deyirdi: 

-Ovçu  Əhməd,  aadı  (qətiyyən)  arvadını  qınama, 

arvadın  düz  deyir.  Mən  də  bayaqdan  öz  kişimə  deyirəm. 

Deyirəm, boynunu yoğnudub yanımda nə qazdanırsan, on 

baş  külfətik,-Anaş  qaz  burda  qanadının  birini  gərib 

lələklərini  göstərdi.-Düz  on  baş,  saxla  bizi,  yedirt,  ot  tap, 

dən  tap.  İnsanlar  elə  doğru  deyirlər  ki,  mal  yiyəsinə 

oxşayar...Sənə oxşayıb daa. 

Ovçu  Əhməd  qazın  belə  deməsinə  bərkdən  güldü. 

Ərinin öz-özünə gülməsi yenə arvadı özündən çıxartdı: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nəyə gülürsən, -dedi, - may gülü kimi?!   



Ovçu  Əhməd  çöllüyə-çəmənlyə  doğru  boylandı  ki, 

görsün maygülü arvadının dediyini eşitmədi ki. amma tez 

də  yadına  düşdü  ki,  payıza  yaxındı,  maygülü  qayıdıb 

gedib.  Qaymaq  çiçəyininsə  lap  söz  anlayan.yetişmiş, 

anlaqlı vaxtıydı, ləçəyini şeşəldib qulaq asırdı: 

-Qoy maygülü gəlsin, xəbər verəcəm hamısını. -dedi 

qaymaq çiçəyi. -Gör bir, dalca danışır. 

Ovçu  özünü  saxlaya  bilmədi,  yenə  güldü.  Arvad 

əllərinin içini göstərdi: 

-Belə  arsız  olduğun  üçün  evin-eşiyin  qaz  örüşü  kimi 

qupquru qalıb... 

Arvad  belə  deyəndə  anac  qaz  boğazını  irəli  uzadıb 

erkək tayına tərəf getdi: 

-Görürsən, səni deyir, utan, adın alaitdən manşırdı. 

Alait  komasına  girib  yatmışdı,  bunu  eşidib  çıxdı, 

yuxulu-yuxulu bir-iki ağız hürdü: 

-Məndə işin olmasın... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin