Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə45/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

VI məktub 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“Yüyət günü”nün düzgüsü 



 

Yüyət günü deyəndə nəyi nəzərdə tuturuq? 

Yüyət  günü,  təmizlik  günü  deməkdir.  İndi  də  bəzi 

kəndlərimizdə,  evlərimizdə-ailələrimizdə  az  da  olsa 

yaşamaqdadır.  Yəni  hər  evin  özünün  təmizlik  günü, 

yuynma-yüyət günü olardı. 

Bizim  ailənin  yüyət  günü  adna  günüydü,  yəni  cümə 

günü, beşinci gün. 

O  günün  salamlaşmağı  da  başqa  cür  idi.  Hamı  bir-

birinə: “Günün yağlı olsun”-deyərdi... 

Paltar  yuyan,  qazan  asan,  su  qızdıran,  uşaq 

çimizdirən qadınlarla ancaq belə salamlaşardılar: 

-Günün yağlı olsun! 

 

Analarımız  bizi  yuyub-yaxıyanda  su  qarışıq  “Yüyət 



düzgüsü”  oxuyardı,  bununla  da  bizi  arıdar-duruldardılar. 

Bu  düzgüləri  bizim özümüz də  əzbərləyər,  başımızdan  su 

töküldükcə  deyərdik: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ağırlığım, yağırlığım,  



Dağdan axan sellərə, 

Küləklərə, yellərə, 

Qarğış deyən dillərə

Yalan, talan əllərə, 

Haram yeyənlərə... 

Dənizlərə, göllərə, 

Öküzlərə, kəllərə, 

Axsı-ıın, getsin... 

 

Ağırlığım, yağırlığım, 



Göydə uçan quşlara, 

Qara-qara daşlara, 

Geridə qalmışlara, 

Cinə yoluxmuşlara, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Oğruya, oğraşlara, 



Axsı-ıın getsin... 

 

Ağırlığım, yağırlığım 



Bizə hürən itlərə, 

Minilməyən atlara, 

Yeyilməyən otlara, 

Yağılara, yadlara, 

Pis arvadlara 

Axsıı-ıın, getsin... 

Son uğurlamağı (son suyu) analarımız oxuyardı: 

 

Bu su böyütsün səni, 



Yusun, eyitsin səni, 

Öysün, öyütsün səni... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sən ananın balası, 



İmarəti, qalası, 

Su səni təmiz yusun, 

Yanınnan axmasın, 

Canınnan axsın...  

 

*** 


 

Yaylaq dərslikləri... 

 

Yarıyaşını 

çoxdan 

ötmüş 


bir 

ağsaqqaldan 

soruşdular:-Nə  var,  nə  yox?  Səhhətiniz  necədi?  Dedi:  - 

Yaxınlar uzaq olub. Birlər iki olub. Ikilər də üç. 

Ağsaqqalın  nə  demək  istədiyini  anlamaq  üçün  xeyli 

düşünməli  olduq.  Axır  ki,  tapdıq.  Yəni  qocalmışam, 

yaxınları  seçə  bilmirəm.  Hər  şeyi  iki  görürəm.  Ayaqlarım 

da əlimdəki əsayla bir yerdə olub üç... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

*** 



 

El  arasında  “qurd  fəndi”deyilən  ivadə  var. 

Qurdun“Oğru  kölgəsi”nə  girmək  fəndiylə  tanış  olduq.  Bir 

fəndi  də  Gün  şüalarının  düşdüyü  vaxtlarda  “işığa 

girməklə” bağlıdır... 

Bunu bilən ağıllı çobanlar axşam üstü sürünü kəndə, 

obaya  gətirəndə  adətən  elə  gələr  ki,  Gün  arxadan 

düşsün...Günəşə  qarşı  gələrsə,  yəni  günün  işığı  qarşıdan 

düşərsə  sürü  heç  nə  görməz,  çobanın  da  gözü  qamaşar, 

qoyun-quzunun  da...  Canavar  bilir  bunu,  çoban  qarışıq, 

sürünü  güdür,  Günəş  əyilir,  dağların  qaşından  düşən 

şüalarla sürüyə girir, sürü də, çoban da, çobanın iti də heç 

nə görməz, gözləri qamaşar...Günəşin bata-batda olduğu 

qürub  vaxtı  bir  an  çəksə  də  bu  andan  qurd  ustalıqla 

istifadə eləyə bilir, yararlanır. Ona görə də Dədələr deyib; 

sürünü günə qarşı aparma... “işığı qurd gətirər”. 

 

*** 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Qurdun  bir  fəndi  də  çoban  itləriylə  bağlıdır...Belə 



deyirlər  ki,  tayı  ölüb  yalquzaq  olmuş  canavarlar  yaylaq 

itlərini səslərindən tanıyırlar. Səslərindən bilirlər ki, hansı 

itə  yaxın  düşmək  olar,  hansı  it  sərtdi,  hansı  it  yumşaqdı. 

Beləliklə,  istədikləri  vaxt  yalquzaq  canavarlar  çoban 

itlərini  yoldan  çıxarda  da  bilirlər.  Yaylaq  diliylə  desək 

taylaşırlar,  birgə  yaşamağa  başlayırlar.  Yalquzaq  itin 

bələdçiliyiylə  sürüyə  düşür.  Ağıllı  çobanlar  itdən  tez 

şübhələnməyə  başlayırlar.  Bunu  ilk  öncə  qoyunların  özü 

bildirir.  İt  canavarla  yaxın  olub  qayıdanda  canavarın 

qoxusunu  gətirir,  qoyunlar  hürkür.  Ona  görə  ki,  itdən 

canavarın iyi gəlir... 

Yaylaq  həyatında  belə  hadisələr  çox  olub.  Bu  cür 

dönük,  satılmış  itləri  elə  yerdən  asırlar  ki,  canavara  görk 

olsun.  Canavara  görk  olur,  amma  o  gündən    yalquzaqla 

çobanların arasında açıq müharibə başlayır... 

70-ci  illərin  əvvəllərində  yazdığım  “Qaraca  kişinin 

yaylaqları” hekayəsini bu mövzuya həsr etmişəm... 

Nə  qədər  yırtıcı  olsa  da    eldə-obada  qurda  hörmət, 

sayqı  azalmır.  Ona  görə  ki,  qurdun  elədikləri  açıq- 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

açığınadı, mərdanədi. El-oba deyimindən də bilinir: “Qurd 



üzü  mübarəkdi”,  “Qurdla  qiyamətə  qaldı”,  “Qurd  anıldığı 

yerə gələr”, “Qurd əniyindən it olmaz, yenə qurdoğlu qurd 

olu...”, “Qurd kimi ağız-ağıza yatırlar...” 

 Deyilənlərə  görə  bir  ağ  canavar  Oğuz  xana  döyüş 

yolunu 

göstərərmiş, 

həmişə 

də 

qələbələrə 

apararmış...Əmir  Teymur  döyüşlərdə  “qurd  fəndi” 

işlədərmiş...Qurdun 

adını 

çəkməzlər, 

“ağzıyanmış” 

deyərlər... 

 

*** 


 

Deyərlər, “küçüyü  mahmızından,  ili  yazınnan  tanı”... 

Mahmız  küçüyün  qabaq  pəncələrinin  arxasında  olan 

çıxıntıdı.  Usta  çobanlar  küçük  seçəndə  mahmızına  baxıb 

seçərlər... 

Küçüyü  böyütmək  üçün,  daha  doğrusu,  yaylaq  iti 

eləmək  üçün  yaylağın  öz  dərslikləri  var.  Öncə,  dediyim 

kimi,  küçük  vaxtından  gərək  seçilsin.  Sonra  gözləri 

açılmadan    yeraltı  qazmaya  salınmalıdır...  Ona  görə  də 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

məsəl  var:  “Gəlini  gərdəkdə,  küçüyü  deşikdə  (dəməkdə) 



saxla...”  

Bu  da  çox  yəqin  ki,  iti  küçük  vaxtından  qaranlığa 

öyrəşdirmək  üçündür.  Yeməyini  də  elə  orda  deşikdə 

verirlər.  Adına  öyrəşsin  deyə  adını  çağırıb  vaxtında 

yeməyini,  suyunu  deşiyə  qoyurlar.  Gözləri  açılandan 

sonra  küçüyün  qorxusunu  çıxartmaq  qalır...Qorxu 

çıxartmaq  nədir?  Küçük  hələ  qazmada  ikən  kimisə 

bəzəyib-düzəyirlər,  yəni  qalın  geyimlərdən  geyindirirlər, 

qorxunc  hala  gətirirlər.  Yiyəsi  əlləriylə  küçüyün  gözlərini 

örtür  ki,  işığa  birdən-birə  baxmasın.  Dünyaya  gözlərini 

açanda  da  ilk  dəfə  qorxunu  görsün.  Küçük  qorxa-qorxa, 

hürkə-hürkə  ətrafına  baxır,  istəyir  çıxdığı  yerə  qayıtsın, 

deşiyin  ağzı  bağlıdı,  artıq.  Yiyəsinə  sığınmaqdan  başqa 

çarəsi  qalmır...Elə  bu  vaxt  bəzənib-düzənmiş  Adam 

qorxunc səslə küçüyün üstünə yeriyir. Küçük çığırıb özünü 

yiyəsinin  üstünə  salır.  Bu,  küçüyün  qorxunun  nə  demək 

olduğunu  bildiyi  andır.Yiyəsi  də  neçə  müddətdi  bu  anı 

gözləyirdi,  ağacını  götürüb    Qorxuya    hücum  edir,  Qorxu 

qaçır,  küçüyün  yiyəsi  də  dalınca:  -Paraq  tut,  -bu  səs 

küçüyə  bəs  edir.  Yerin  altında  yaşadığı  günlər  ərzində 

adını  eşitdiyi  doğma  səssin  nə  dediyini  anlayır,  yerindən 

götürülür. “Arxalı köpək qurd basar” məsəlini də ona görə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

deyiblər.  Qorxuya  çatır,  Qorxulu  qaraltı  da  özü  bilə-bilə 



yıxılır, küçük elə bilir bu boyda qorxunu özü yıxdı, daha da 

qızışıb  onu  didişdirməyə  başlayır.  Yiyəsi  qorxunu  onun 

əlindən  alır,  başını  tumarlayıb,  tərifli  sözlər  deyir... 

Bununla da it gələcəyin bütün qorxularına hazır olur... 

 

*** 


 

Yaylaq  yerində  alaçıqların  çox  zaman  qapısı  bacası 

açıq  olur,  ya  da  heç  qapısı  olmur.  İt  qaba-  qaşığa  baş 

vumasın deyə küçük vaxtından ağzını yandırırlar... 

“Hələ 

ağzı 


yanmayıb” 

deyimi 


də 

təsadüfi 

yaranmayıb.  Dediyim  kimi,  birinci  dərs  ayağındakı 

mahmıza  baxıb  küçüyü  seçməkdi,  ikinci  dərs  qazma 

həyatıdı,  üçüncü  qorxu  dərsini  qorxusunu  keçirtmək... 

Sonra ağzını yandırmaq gəlir. Mis qabı odda qızdırıb, içinə 

yemək töküb alaçığın qapısı ağzına qoyurlar. Küçük özünü 

salıb  yeməyi  yeyəndə  ağzını  yandırır,  zigildəyə-zingildəyə 

uzaqlaşır. 

Acından ölsə də bir də başını qaba salmır... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qurdbasan  itləri  xışa  öyrədirlər;  yəni,  üstünə  xırda 



bıçaqlar  bərkidilmiş  xalta  keçirdirlər  boynuna.  Boynunda 

xış,  bu  cür  təlim  görmüş  itlər  özlərini  çırpmaqla 

qarşılarına nə çıxdı yaralaya bilirlər... 

1990-cı illərdə Amerikada çalışan türk tədqiqatçı-jur-

nalist Əhməd Arslan “Oğuz eli” qəzeti”nə bir məqalə ver-

mişdi,  yazırdı  ki,  arxeoloqlar  hindular  yaşayan  ərazilərdə 

iri,  çox  böyük  boyun  bağı  tapmışdılar.  Mətbuatda  bu 

haqda çox yazdılar dərc olundu, mübahisələr, dartışmalar 

getdi.  Əgər,  deyirdilər,  qadın  boyunbağıdırsa,  bunu 

gəzdirən qadının üç metrdən artıq boyu olmalıdır... Mən, 

-deyir,  -  Əhməd  Arslan,  –  boyunbağının  şəklini  qəzetdə 

gördüm, tanıdım ki, xışdı, Qars kəndlərində döyüş itlərinin 

boynuna  taxılan  xalta-xış.  Getdim  redaksiyaya  belə  də 

dedim, inanmadılar. Redaksiyadan bir müxbir də qoşdular 

mənə, getdik Qarsa, elə öz kəndimizdən bir neçə dənə  xış 

götürüb qayıtdıq Amerikaya... 

Məsəl var: “At qarnından üşüyər, it burnundan”. Ona 

görə  də  atlar  ayaq  üstə  yatarlar,  itlər  də  quyruqlarıyla 

burunlarını 

örtəndən 

sonra. 

Böyüklərimiz 



itlərin 

quyruqlarını  da  bu  səbəbdən  kəsirdilər  ki,  yatmasınlar, 

sürüləri qorusunlar...Quyruqsuz itlərə də xola deyərdilər.. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Çox  vaxt  da  quyruqlarının  ucunu  qatdayıb  qırla  ya-



pışdırırdılar. Bu cür itlərə Çəmbər adı verərdilər. Deyərlər, 

iti  aldatma;  bir  dəfə  çağırdın,  gəldi,  bilsin  ki,  nəyə  görə 

çağırdın,  yanında  verməyə  yemək  olmasa  da  başını 

tumarla ki, bir də çağıranda nəyə  gəldiyini bilsin. 

Türk  həyat  tərzində,  anlayışında  atla  it  insanın  ən 

yaxın  dostudur.  Bu  onun  düşüncəsində,  yaratdıqlarında, 

adət-ənənəsində sazında-sözündə yaşamaqdadır...     

  

Arı otu... 



 

Deyərlər,  arı  beçə  verəndə  əsgi  yandırıb  tüstüsünü 

arıya  verərlər,  yanında  tütəkçi  tütək  çalar,  beçələr  səsə 

yığışıb bir-birinə sarına-sarına asılıb qalarlar. 

Beçə  qaçanda  tənəkə  döyürlər,  göyə  papaq  atırlar. 

Ana  arı  hardadı,  beçələr  ora  yığılar.  Arı  otu  var,  o  otdan 

dərib  əlində  tutsan  ana  arı  üstünə  qonacaq,  beçəsi  də 

ardınca... 

Belə  deyirlər  ki,  kandalaşın  meyvəsi  qaralanda  balı 

çəkməyə  başlayırlar.  Adətdi,  təzə  gəlini  əlində  bir  qab 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

balla  gətirərlər.  Gəlin  əlini  bala  batırıb  keçdiyi  qapıya 



vurur.  Qaynana  gəlinin  başı  üstündə  çörəyi  ailənin  sayı 

qədər  bölür,  evdəkilərə  verir,  hərə  qismətini  gəlinin 

əlindəki bala batırıb yeyir ki, arada şirinlik olsun... 

Baxmayaraq  el  arasında  belə  bir  ifadə  də  işlədilir:  “ 

Elə  gəlin  var,  qapıdan  bir  batman  balla  girsə  də  xeyri 

yoxdur”. 

Deyərlər,  Günəş  çıxanda  da,  batanda  da  yer-yurd 

üzünü  Günəşin  ardınca  çevirər.  Gün  batandan  sonrakı 

vaxtın adı “Darçağı”dır. 

Dədələr deyər,  “vaxtdan  giley  eləmə,  vaxtın  gedər”. 

“Torpaq qızıl quşdu, deyərlər, əlindən uçurtma”. 

Deyərlər  “dar  vaxtı”nda  itini  açma,  qonağın  gələ 

bilər. 

Deyərlər, “ilin-ayın da yeləni var, bələni var, gəzi var, 



yayı, yazı, qışı, küzü var”.  

“Yelən”  burda  sınır-sərhəd  mənasındadır,  yəni,  ilin 

əvvəli,  qırağı.  Misal  üçün,  xalçanın  yeləni.  Yelən  ən  çox 

gəlağayılar  və  xalçalar  üçün  işlədilir.  Deyərlər,  yelənsiz 

xalça olmaz. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“İlin  yeləni..”  deyəndə,  yəni,  işini  vaxtında  gör. 



“Bələni var”, yəni aşırımları, çətinlikləri. “Gəzi var”, burda 

dövr-dövran mənasında işlədilib. Yəni işini vaxtında gör ki, 

bəhrəsini də görəsən... 

 

   



                   Bayatılar...     

 

     



            Dağların göy çəməni, 

 

 



Göyərər göy çəməni. 

 

 



Ya mən yarı taparam, 

 

 



Ya vurar, oyçu (ovçu) məni... 

 

 



 

Xoruzun dan səsinə, 

 

 

Oyandım ban səsinə. 



 

 

Yarım çağırdı məni, 



 

 

Demədim can səsinə...   



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 



 

Verdiyinə... 

 

 

Şükr olsun verdiyinə. 



 

 

Verirsə Tanrı versin, 



 

 

Qul nədi, verdiyi nə?! 



 

*** 


 

Bütün  bunlara  görə  qısaca  son  qənaətimi  deyim; 

bizim  yaşayış  tərzimiz,  baxışlarımız,  yəni,  özümüz 

yaratmış  kimi  təbiət  hadisələrinə  ərk  eləməyimiz,  bizə 

üstünlük  gətirib  həmişə.  Yuxarıda  dediyim  bəşəri,  insani 

münasibətlərlə  yanaşı,  -  qaranlığı,  işığı,  gecəni-gündüzü, 

yeri-göyü  canlı  duyğu  kimi  anlayıb  söz  deməyimiz, 

mahnılar  bəstələməyimiz  əslində  bizim  xalqın  yaratdığı 

fəlsəfədir. 

Bizim 

fəlsəfəmizdir, 



bunu 

belə 


dəyərləndirməliyik...  Ona  görə  də  folklorumuz,  onun 

xüsusi qolu olan aşıq yaradıcılığı,-SAZ, minilliklər boyu bir 



çox  xalqların,  bizi  əhatə  edib  bizə  xor  baxanların,  istər 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

içimizdə olsun, istər çölümüzdə, yaddaşını incidən, onu  öz 

milli hikkəsinə sıxışdırıb dəyişikliklərə uğradan gücümüzün 

ifadəsidir. 

   

 

 

Alaşa... 

 

Bir kişinin bir atı vardı, dolanışını bu atnan çıxardırdı, 

bazarda işlədirdi , ora yük aparırdı, bura yük aparırdı. Kişi 

qocalmışdı,  artıq,  necə  deyərlər,  beş-beş  çıxıdığını  bir-bir 

enirdi.Arpa bahaydı, atı samanla saxlayırdılar. Saman  atı 

da elə gendən manşırdı, canını gəzdirirdi. Birdən-birə dilə 

gəlmiş  olsaydı,  birinci  sözü  arpa  olardı.  Ata  da  ,  oğul  da 

bir  balaca  sinədən  söz  deyən  idi,hərəsinin  bir  sazı  vardı, 

dara  düşəndə  deyişirdilər.  Günlərin  birində  anası  oğluna 

dedi: 

-Oğul, gələndə bazardan bir batman duz al, gətir. 

Oğlu da qayıdanda bar batman duz aldı, qoydu atın 

üstünə. Gəlhagəl, yolun yarısında atın dizləri qatdandı, bu 

ilmi ölübsən, bildirmi... Oğlanın əli bir yana çatmadı, alaşa 

canını  tapşırdı.  Çulunu,  alığını  belinə  götürüb  gəldi  evə. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Atası  da  həyətdəydi,  oğlunu  görgəc,  bildi  ki  at  ölüb. 

Dönüb  arvadına  dedi:  -  Sazı  gətir.  Arvad  sazı  gətirdi.  Kişi 

sazın  kökünü  yoxladı,  gördü  elə  “Urfanı”  üstədi,  aldı 

görək, nə dedi, necə dedi:  

Oğul, 

   

Günün bu çağında səni xoş gördük, 

   

Aldınmı canını boz alaşanın? 

   

Bayaq çul üstəydin, indi çul altda, 

   

De, nəydi dərmanı boz alaşanın. 

Oğlu  bir  istədi,  atasına  cavab  verməsin,  daha  da 

qızışdırmasın  aranı,  baxdı  yox,ürəyinə  bir-iki  qatar  söz 

kəlib, gərək deyə. Bir anasına baxdı, bir atasına, dirəkdən 

sazı asılmışdı, götürüb dedi: 

   

Yüyəni sürüşüb çıxdı ağzınnan, 

   

Götürüb qaldırdım qantarğasınnan. 

   

Gərək yaxşı çıxaq onun yasınnan, 

   

Bu oldu “fərmanı” boz alaşanın. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Kişi acığındanmı, nədənsə, oğlunun nə dediyini yaxşı 

anlaya bilmədi, istədi sazı atıb sınmazı götürsün. Şeytana 

ləənət, sazı basdı sinəsinə görək day nə dedi: 

   

Sənnən oğul olmaz, mənnən də ata, 

   

Heç dəyişərdimmi onu Qırata. 

   

Götürüb sınmazı vurasan yata 

   

Alasan qanını boz alaşanın. 

Oğlu  gördü,  atası  daha  da  hirslənib,  sözdən  yan 

keçir, sınmaz-zad deyir, sazı da düz vurmur. Dedi: 

   

Qışda verəmmədik ələfdən, otdan, 

   

Bizə əziz idi, qohumnan, yaddan. 

   

Arpa deyə-deyə getdi həyatdan, 

   

Az oldu samanı boz alaşanın... 

Arvad  bayaqdan  baxırdı,  gördü  atalı-oğullu  çox 

uzatdılar. Əri sinədən söz deyən, oğlu söz deyən, arvad da 

öyrənmişdi,  arada  bir  onun  da  deməyi  vardı.  Deyimmi, 

deməyimmi; ömründən-günündən də narazıydı. Bir addım 

irəli yeriyib: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   

-Dayanın!-dedi. 

Əri  də  əl  saxladı,  oğlu  da.  İstədi  birinin  sazını  alıb 

sazla  desin,  ustadlar  sözü,  saçından  üç  tel  ayırıb  basdı 

sinəsinə, ərinə üz tutub görək nə dedi: 

   

Axşamnan  bilirdim, çıxmaz səhərə, 

   

Mən nə gün görmüşəm, o nə gün görə. 

   

Öldürdün acınnan göz görə-görə, 

   

Sən oldun yamanı boz alaşanın... 

Söz  tamama  yetişdi,  onlar  yedi-içdi  yerə  keçdi,  biz 

dörə keçək... 

 

*** 

 

 Saz  da,  bir  çox  muğam  əsərlərimiz  də,  bizə    adi 

görünən  qala  divarlarımız  da,  dəvə,  at,  qoç  qəbirüstü 

heykəllərimiz də milli abidələrimizdəndir, daş üstə qalmış 

yazımız 

kimi  daşıdığımız, 

yaşadığımız 

məna 


və 

mahiyyətimizdir.  Ona  görə  bu  səmtə  -  bu  yönə  indinin 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin