Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə48/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Biri başını səs gələn tərəfə tutub... 



-Mənim alma yallısına deyinim var. 

-Mənim də... 

-İstəyirəm oğlum “Deyin yallısı”nda qız seçsin...! 

Yastı  balabanda  doğrudan  da  elə  bil  kimisə 

çağırırlar...  Balabanda  “Sarı  gəlin”  mahnısının  sədaları 

eşidilir. 

Saçın ucun hörməzlər, 

        Sarı gəlin... 

Orta  yaşlarında  bir  adam  musiqini  eşidib  harasa 

qaçır, görünməz olur... 

Onu  qiyafəsini  dəyişmiş  halda  görürük,  milli 

geyimdə,  çiyinindən  qotazlı  qamçı  asılıb,  əlində 

nağıllardan çıxmış kimi, qırmızı yanaq iri bir alma tutub. 

Alma görünən kimi mahnı sədaları yenidən yayılır. 

Səslər eşidilir: 

-Saç hörüləcək... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qızlar baş-başa verib sevindiklərini bildirirlər. 



 

                             Yara qurban, yara qurban, 

                             Yara qurban olum... 

 

Almanı al eylərəm,                                   



Örpəyi şal eylərəm. 

Tək yarım gələn olsun                                  

Yolları gül eylərəm...                               

  

                            Aşıq arada məni, 



            

     


Tutma qarada məni... 

                           Alma qurbanın olum,                                                                                                                                       

                 Çatdır murada məni...  

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qızlar oxuya-oxuya almaya tərəf gedirlər... 



Oğlanlar da o biri tərəfdən oxuya-oxuya yaxınlaşırlar: 

                                                                                                                                                                  

Alma atana qurban, 

                           Atıb tutana qurban. 

                           Məxmər döşək, naz balış, 

                           Yalqız yatana qurban...   

                                                                                           

Yeddi  oğlan  yeddi  qız  oynaya-oynaya  almanın 

önündə  dua  eləyirmiş  kimi  bir  anlığa  dayanırlar,  əllərini 

yüngülcə  almanın  üstünə  qoyub  baş  əyib  keçirlər.        

 

 

Yallının  ən  qaynar  vaxtıdı,  Toybabası  əlindəki 



qamçıyla istədiyi işarələri verir, bu işarələrlə yallı düzlənir, 

yeni nizam qurur, bükülür, açılır...  

  Oğlanlarla  qızların  rəqsləri  tez-tez  dəyişir,  ritmik 

hərəkətlər  bir-birini  əvəz  edir...  Əlində  alma  tutmuş 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Toybəyinin  qamçısının  kəskin  işarələriylə  yallıdan  yallıya 



keçirlər. 

Qamçının  səsi  də  nəsə  demək  üçündü,  belə  də 

anaşılır,  bu  dəfə,  qamçının  səsi,  dur,  deyir,  oğlanlar  da, 

qızlar  da  dayanırlar...  Toybəyi  qamçısını  oynada-oynada 

yenidən işarələr verir, bu dəfəki işarə sakitlik yaradır...  

Toy babası qamçısını boynundan asıb almanı ovcuna 

götürür,  əllərini qoşalayıb  irəli  uzadır,  sağda qızlar,  solda 

oğlanlar, yallının arasıyla o biri başa keçir. Kəskin dönüşlə 

çevrilib  almanı  oğlan  yallısının  birincisinə  atır...  Alma 

kimin əlindən düşdü oyundan çıxmalıdı. 

Bütün  bu  hərəkətləri  musuqi  sədaları  izləyir,  daha 

doğrusu, musiqi nə deyirsə ona da əməl olunur. 

Oğlan  almanı  göydə  tutur,  başının  üstə  qaldırır, 

sümüyə  düşən  bir  havanı  oynayırlar...  Alma  əldən  ələ 

dolaşır,  biri  əlindən  salır,  tez  də  sıranı  tərk  edir,  yerinə 

hazır  olan  bir  başqası  qatılır.  Alma  birinin  əlində  qərar 

tutur. 

Qızlar  üz-üzə  əl  çalmaqla  ritm  altında  xırda 



hərəkətlərlə  oynaya-oynaya  oğlanları  müşayət  edirlər. 

Alqışlar  musiqi  sədalarına  qarışır...  Oğlan  almanı  hansı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qıza atacaq, hamı narahatlıq içindədi, ən çox narahat olan 



da qızlardı... 

Baxışırlar...  alma  ritmə  uyğun  olaraq  sürətlə  oğlan 

yallısı boyu əldən-ələ keçir... Bir neçəsinin əlindən düşür, 

almanı  salanlar  peşimançılıq  içində  dəstədən  çıxırlar, 

tamaşaçılar  arasında  analar  yenilərini,  -öz  qızlarını, 

oğlanlarını  hazır  saxlayıblar,  onları  meydana  ötürürlər, 

eyni  ritmlə  yeniləri  qatılır.  Qız  yallısı  hərəkətə  başlayır, 

oğlanlara üz tutaraq: 

                          

Ağ alma, qızıl alma, 

Yallıya düzül alma, 

Vaxt keçdi, vədə gəldi, 

Budaqdan üzül alma... 

 

Oğlanlardan  biri  alma  əlində  bir  addım  irəli  çıxır, 



oxuyur, yallı onu müşayət eləyir: 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

                     Bağçalar bar gətirər, 



                    Gül açar bar gətirər, 

                    Almam bəxt almasıdı, 

                    Tez gedib yar gətirər. 

 

Oxuya-oxuya almanı seçdiyi qıza atır... 



Hiss olunur ki, qız bunu gözləmirdi, alma əlini yandı-

rırmış kimi o əlindən bu əlinə ötürür.... 

Nəqarət oxunur... 

                     Yara qurban, yara qurban... 

                     Mən yara qurban olum, 

                     Bağçada bir gül bitib, 

                     Bu gülə qurban olum... 

                     Yarım yallı boyunca, 

                     Tez gələ qurban olum...                                                                                                                      


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

                                                                                                                                                                                                                                              



Yallı  ortada  üz-üzə  dayanmış  oğlanla  qızın  başına 

dolanır... Oğlan qızdan cavab gözləyir. 

 

Yara qurban, yara qurban, 



 Yara qurban olum...  

Qız almanı geri oğlana atır... 

Hamı  çaşqınlıq  içində  boylanır,  oğlan  diksinən  təki 

olur,  oğlan  almanı  tutub,  kəskin  hərəkətlərlə    yallının 

başına dolanır.  

Nəqarət oxunur: 

                                                                                

Saçın ucun hörməzlər, 

Gülü sulu dərməzlər, 

Səni mənə verməzlər,  

Neynim aman Sarı gəlin... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ölsün nənən, Sarı gəlin... 



 

Oğlanlar da qızlar da heç nə olmamış kimi yallını poz-

madan  hamısı  bir  yerdə  əllərini  irəli  uzadıb  oxuya-oxuya 

oğlanı  rəqsə  dəvət  edirlər  ki,  buna  da  “Qamçıyla  tək 

oyun...”  deyirlər.  Toybəyi  qamçını  oğlana  atır,  oğlan  da 

almanı  Toybabasına  atır,  qamçını  tutub,  qamçının  eninə-

uzununa  bir-iki  uyğun  hərəkət  edir,  qamçıyla  rəqsə 

başlayır. (Qamçı rəqsi)  

Çox  mənalarla  dolu  olan  bu  Qamçı  rəqsi  bitəndən 

sonra  bütün  musiqi  alətləri  səs-səsə  verir,  hərəsi  öz 

dilində,  öz  ifadəsində  deyir,  daha  doğrusu  xahiş  edir: 

barışmaq lazımdı,qızın istəyini anlamaq və barışmaq... 

 

                            Yara qurban, yara qurban, 



                            Yara qurban olum... 

 

Nağara  da  xırdalıqlarıyla  bunu  tamamlayır...  oğlan 



təzədən qıza yaxınlaşır, nəqarətin müşayətiylə. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

                            Aşıq nişana gəlməz, 



                            Gedər nişana gəlməz, 

                            Ovçu ovun seçməsə, 

                            Oxu nişana gəlməz... 

 

Oğlan  barışmaq  üçün  yaxınlaşır,  qız  bunu  belə  də 



anlayır,  əlini  ona  doğru  uzadır,  oğlan  indiyəcən 

dinlədiyimiz  bütün  musiqi  alətlərinin  uyğun  sədaları 

altında qızın əlini öpmək üçün əyilir, qız əlini çevirir, oğlan 

onun  ovcundan  öpür,  yəni,  biz  qardaş  bacı  ola  bilərik... 

Oğlan qızla qoşa oynaya-oynaya onu qızlar yallısına təhvil 

verir. 


Biri almanı tuta bilmir, əlindən salır, musiqini də elə 

bil  qəsdən  saxlayırlar,  melodiya  kəsilir,  bu  da  o  deməkdi 

ki,  almanı  əlindən  salan  oyundan  çıxmalıdı,  həmin  qız 

yallıdan çıxmalı olur. 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yara qurban, yara qurban, 



Yara qurban olum... 

Gül əkdim yollarına, 

Yar gələ qurban olum... 

Bu gül mənim gülümdü, 

Bu gülə qurban olum  

 

Alma əldən ələ keçir, biz üz-üzə durmuş yallıda qızla 



oğlanın  gizlicə  gözləşməsinin  şahidi  oluruq.  Qız  oğlanın 

işarələrini anlayıb almanı ona atır, oğlan almanı alıb öpür, 

yenidən  qıza  atır,  qız  da  almanı  öpür,  bununla  da 

alqışsədaları yayılır...  

 

Yara qurban, yara qurban, 

Yara qurban olum, 

Bu elin yazısıyla,                                         

Qoyunlar quzusuyla, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Mən sənə hə, demişəm,   



Tanrının yazısıyla... 

 

Oğlanla  qız  oynaya-oynaya  dövrə  vururlar,  hər 



yandan onları təbrik edirlər, ətrafdan təbrik sədaları gəlir. 

Oğlan  qamçını  Toybabasına  qaytarır...  Toybabası 

qamçının  hərəkətləriylə işarələr  edir,  iki  yallı bir olur; bir 

oğlan bir qız halında düzülürlər. 

 

   


Yara qurban, yara qurban, 

   


Mən yara qurban olum...       

                                                                                                             

“Sarı gəlin” mahnısı oxunur: 

 

Səni mənə verərlər, 



Sarı gəlin. 

Gülü sulu dərərlər, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Saçın ucun hörərlər, 



Qoy anan anam olsun, 

Sarı gəlin, 

Hörüyüm hörən olsun, 

Sarı gəlin... 

 

Oğlanla qızı yuxarı başda oturdublar... 



Gümüş  qabda  almanı  gətirirlər,  oğlan  almanı 

götürüb qıza verir, qız almanı dişləyib oğlana qaytarır, oğ-

lan  da  dişləyir...  Toybabası  qamçının  qayışını  oğlanın 

başına  dolayır,  qamçının  sapı  oğlanın  boynunun  ardına 

düşüb,  qotazları  alnında  qəribə,  amma  əzəmətli  bir 

görkəm  yaradıb.  Qızın  hörüyünü  açıblar,  darayıb,  ayırıb 

saçlarını  yenidən  oğlanın  başına  dolanmış  qamçının 

qayışına  hörürlər...  Onlar,  -qız  oğlan  hörüklərinin  ucları 

bir-birinə  hörülmüş  halda  yanaşı  oturub  gülümsəyirlər. 

Yallı onların başına dolana-dolana oxuyur: 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Səni mənə verdilər, Sarı gəlin, 



Gülü sulu dərdilər,   

Saçın ucun hördülər, 

Qoy anan anam olsun, Sarı gəlin... 

Hörüyüm hörən olsun, Sarı gəlin... 

           

 

                                                                                               



Ağaclarımız... 

 

Eldə-obada  deyərlər,  dağdağan  ağacı  “pis  gözü,  pis 

nəzəri  kəsir,  qaytarır.  “Deyərlər,  dağdağan  su  səsi 

eşidilməyən  yerlərdə  bitir.  Tərəkəmələr  yarar  inəklərin 

boynundan  dağdağan  asarlar  ki,  göz  dəyməsin.  “Yarar” 

sözü  aydın  olsun  deyə  belə  bir  misal  çəkim,  deyərlər: 

“Filankəsin  inəyi  yarar  inəkdi”,  yəni,  südü  yağlıdı. 

Dağdağan həm də bəzək ağacıdı,... 

Nar  ağacı  el  arasında  istək,  sevgi  ağacıdı.  Palıd, 

fındıq,  arçan  ağacları  sayılan,  seçilən  ağaclar  olub. 

Deyərlər,  Arçan  ağacının  şirəsi  dərdlərə  dərmandı. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Barama  qurdunu  Arçan  ağacının  tüstüsüylə  sağaldarlar. 



Arçan  ağacının  ocağında  bişən  süd  çürüyüb  kəsməz.  Bar 

saxlamayan ağacın dibinə paslı dəmir sancarlar. Yaz başı 

tumurcuq  açmayan  ağacı  səksəndirməklə,-qorxutmaqla 

sağaltmaq  olur...  Balta  götürüb  üstünə  yüyür,  -vurdum 

səni,  de,  amma  vurma,  azacıq  yarala,  sonra  yarasına  su 

tök,  sarı,  sığallaya-sığallaya,  de:  niyə  gəlmirsən  de,  ağac 

bacım,  yeminmi  az  oldu,  suyunmu  az  oldu,  bax,  hamı 

gəlib, sən də gəl! Beləcə de, gözlə, tumurcuqlayacaq.  

Göyrüc ağacı inam ağacı sayılır.  

El  arasında  “köp  ağacı”  deyilən  ağac  olur.  Nar 

ağacının  çubuğundan  düzəlir,  düzəldəndə  gərək  elə 

eləyəsən ki, çubuq torpağa toxunmasın. Mal-qara köpəndə 

bu çubuqla vura-vura qaçırdırlar... 

Söyüd  ağacının  kölgəsi,  deyərlər,  meyvəsidi.  Söyüd 

ağacının  çubuğunu  axmayan  suya  at,  uzun  müddət  keçsə 

də iylənməz. 

Təzə  ağac  basdıranda,  təzə  bostan  əkəndə  qayqanaq 

bişirirlər... 



Adamın nağılı... 

 

Belə  deyirlər  ki,  Adam  yaxşı  dolana  bilmirmiş. 

Günlərin  birində  düşünür  daşınır,  deyir:  -Gedib  harda 

olur-olsun  arayıb-axtarıb  Allahı  tapacam,  soruşacam  ki, 

məni niyə yaratmısan? Niyə eşitmirsən səsimi? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Elə bu fikirlə də evdən çıxır; az gedir, uz gedir, dərə-



təpə  düz  gedir,  dərələrdən  sel  kimi,  təpələrdən  yel  kimi 

gethaget,  iri  bir  armud  ağacına  rast  olur,  deyir:  -  Elə 

bunun altında dincəlim, qalxıb gedərəm...  

Yenicə  dincini  alırdı  ki,  səs  eşitdi,  başını  qaldırdı, 

heç  kəs  yox  idi.  Ora  boylandı,  bura  boylandı,  kimsəni, 

görmədi. 

“Bilirdim  gələcəksən,  səni  gözləyirdim.  Çox  uzun 

çəkdi...”  Başını  qaldırdı,  yenə  heç  kəsi  görmədi.  Səs 

ağacın içindən gəlirdi: - hə, mənəm, -dedi, Ağac. -Bilirəm 

Allahın  yanına  gedirsən,  mənim  də  dərdimi  deyərsən. 

Cavabsız gəlmə... 

-Dərdin nədi, sənin? 

-Meyvəmi  saxlaya  bilmirəm,  neçə  illərdi  meyvəm 

qalmır,  elə  çiçəkdə  tökülür.  Allaha  de,  dərdimə  əlac 

eləsin. 

-Yaxşı,-deyib yola düzəlir.  

Nağıl dili yüyrək olar; nece deyirlər elə, aranda ayla-

illə,  dağda  küləklə-yellə,  aşağıda      yağışla-sellə,  yolda 

şirin  dillə,  Allahı  kimdən  soruşur,  gördüm,  deyən 

olmur...gəlir bir kimsəsizliyə düşür. 

“Hardasan, 

bilirsən 

gəlirəm, 

bə 


niyə 

görünmürsən?!”-fikrində  Allahla  danışa-danışa  gəlirdi, 

gördü. təpənin başında bir Bozqurd quyruğu üstə şöngəyib 

onu gözləyir. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Oturub  səni  gözləyirəm,  -dedi,  Bozqurd.  -  Bilirdim 



gələcəksən,  Allaha  deyərsən,  başım  ağrıyır,  ulaya-ulaya 

qalmışam, bir çarə eləsin. 

 -Yaxşı,-dedi, 

Adam- 


gözlə  burda,  cavabını 

gətirərəm. 

Az getdi, çox getdi, dərə getdi, dağ getdi, qara getdi, 

ağ  getdi,  sol  getdi,  sağ  getdi,  günəşli  isti  bir  gündü,  iri 

damcılı ağ yağış başladı. Adamın ürəyinə damdı ki, Allah 

buralardadı,  hardaymışsa  yağışla  gəlib  çıxıb.  Yan-

yörəsinə  baxdı,  nə  vardısa  hər  şey,-ot,  çiçək  ayağının 

ucuna  qalxmışdı,  ilıq,  işıqlı,  ağ  yağışa-Allaha  yəni, 

dartınırdı.  Adam  da  ayağının  ucuna  qalxdı,  Yağışdan  səs 

gəldi, ağyağış Allahın səsini gətirmişdi: 

-Ey  Adam,  sənin  qismətini  verdim,  hardan  gəlmisən 

ora  qayıt.  Ağaca  de  ki,  dibində  yatır  (xəzinə)  var,  onu 

çıxartdırsın, sağalacaq. Bozqurda de ki, yanına bir axmaq 

adam  gələcək,  onun  beyini  dərmanındı.  Get,  Adam,  elə 

beləcə  de.  Sənin  qismətini  anadan  olanda  da  vermişdim, 

görmədin  qismətini,  indi  görərsən,  get  qismətin  qarşına 

çıxacaq... 

Adam  sevinə-sevinə,  daha  doğrusu,  tələsə-tələsə 

getdiyi  yolu  qayıdırdı  ki,  qismətinə  çatsın.  Armud  ağacı 

onu gözləyirdi, görən kimi yüz yerindən gərildi: 

-Noldu, -dedi, -Allahı görə bildinmi? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Gördüm,  Allah sənin  dərdini  bilirmiş, dərmanını da 



dedi.  Dedi  ki,  dibində  yatır-xəzinə  var,  çıxartdır, 

sağalacaqsan. 

Ağac elə sevindi, az qaldı kökündən çıxsın:  

-Sən özün çıxart, xəzinə də sənin olsun. 

-Yox,-dedi,  Adam,  -  sənin  dibini  qazmaq  ağır  işdi. 

Allah  mənim  öz  qismətimi  verib,  gedib  öz  qismətimi 

tapacam, -dedi də getdi. 

Ağac Adamın ardınca baxa-baxa qaldı... 

Bozqurd Adamı gözləyirdi: 

-Gəldinmi, -dedi, - Allahı gördünmü?! 

-Gördüm,  bir  axmaq  adamın  beyni  onun  dərmanıdı, 

dedi  Allah,  -  yesə  sağalacaq.  Get  bir  axmaq  adam  tap, 

beyinini ye. 

Qurd soruşdu: 

-Ağaca nə dedi? 

-Ağacın,  -dedi,  -dibində  xəzinə  var,  xəzinəni 

çıxartsalar sağalacaq, dedi. 

-Çıxartdınmı? 

-Yox, -dedi Adam. 

-Niyə? -soruşdu Qurd 

-  Allah  mənim  öz  qismətimi  verib,  gedirəm  onu 

tapmağa. 

Bozqurd  gördü  bunnan  axmağını  tapa  bilməyəcək, 

Allahın  göndərdiyi  dərman  elə  budu...Adam  aralanmışdı, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dörd yanına baxa-baxa gedirdi ki, görsün Allah qismətini 



hara qoyub. Amma Bozqurd artıq ona çatmışdı...  

*** 


 

Məsəl var,  deyərlər: “Qurd anıldığı yerə gələr”. Ona 

görə  də  qurdun  adını  çəkməzlə,  həmişə  “ağzıyanmış” 

deyərlər. Qurdun bir adı da börüdü, “məşədi börü”... Uşaq 

vaxtı “kor duman” gələndə dumana üz tutub oxuyardıq:  

 

 



 

 

Börü-börü, meşədə börü. 



 

 

 



İt gördü üşüdü börü

 

 



 

At gördü üşüdü börü. 

 

 

 



Yemək-içmək dalınca 

 

 



 

Düz bizim kəndə gəldi, 

 

 

 



Oldu, Məşədi börü... 

 

“Qurd  üzü  müarəkdi”,  deyərlər.  Yazı  boyunca  yeri 



gəldikcə  “bu  mübarək  üz”  anılacaq,  qurdla  bağlı  xalqın 

bildiklərini,  baxışlarını-görüşlərini  qeyd  edəcəyəm.  İndi 

isə... 

 

Üzlü qonaq... 



 

Belə  deyirlər  ki,  günün  birində  bir  evə  qonaq  gəlir. 

Allah  qonağıdı,  bu  gün  gəlib  sabah  da  gedər,  deyib  içəri 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

alırlar, yeməyini-içməyini veririlər, hörmətlərini eləyirlər. 



Səhər  açılır,  sabah  olur,  qonaq  gedənə  oxşamır.  Yenə 

qulluğunu  eləyirlər,  eybi  yox,  bu  gün  getmədi,  sabah 

gedər,  deyib  yeməyini-içməyini  verirlər.    Bir  belə,  beş 

belə,  görürlər  yox,  qonaq  yaman  ağır  oturub,  tərpənmək 

fikrində  deyil.  Ev  yiyəsi  anlaqlı  adam  idi,  baxdı,  qonaq 

evin  yuxarı  başında,  -  dör,  deyilən  yerdə  “yeddi 

mərtəbədən”  əyləşib  yeyib-içib  indi  də  evin  pişiyiylə 

məzələnir,  pişiyə  də  nə  var,  qılıq  kimin  üzündədi,  yiyəsi 

odu, deyərlər.  Ev yiyəsi yenə şeytana lənət deyir, qonaqla 

bağlı  nə  qədər  məsəllər,  atalar  sözü  bilirsə  fikrindən 

keşirir:  “Qonaq  ruzudu”,  “  Qonaq  özüylə  ruzusunu  da 

gətirər”, “Qonaq qonağı istəməz, ev yiyəsi də heş birini”, 

“Qonaqsız  ev  suyu  soğulmuş  dəyirmandı”.  Nə  isə,  ev 

yiyəsi  bir  gün  yenə  səbr  edir.  Bir  gündən  sonra  görür 

qonaq mütəkkəyə dirsəklənib uzanıb taxtın üstünə burdan-

ora,  çay  istəyir.  Ev  yiyəsi  işi  belə  görüb  pişiyi  qucağına 

götürür, qonağa baxa-baxa oxuyur: 

 

 



 

 

Pişiyim, pişik ovuna, 



 

 

 



Siçan düşər ovuna. 

 

 



 

Qonaq bu gün burdadı, 

 

 

 



Sabah  gedər evinə. 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin