2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
tarix bir daha yaşanmasın. Çünki tarixin yazılmağında “əl
olduğu” üçün və bir adam yazdığı üçün arada “barmaq
yalanının” olması etimalını qəbul etməliyik... müasir İran
alimi Nasir Pur Pirar son illərdə nəşr etdirdiyi və Güntay
tərəfindən dilimizə çevrilən “On iki əsr sükut” əsərində
yazır ki, Dara Bisutin Qayaüstü yazı lövhəsini sökdürüb
öz adını və qələbələrini ora həkk etdirdi...
Gəlin düşünək... Pozulanlarsa Böüyk Midiya
tarixindən, adlarından, qələbələrindən, uğurlarından başqa
nə olmalıydı...
Ermənilər minillər boyu yazmış olduqları tarixi elə
min illərdi də axtarırlar, min-min illər də keçsə
tapmayacaqlar, çünki onlar tarixi olduğu kimi yox, yalan
yazıblar, öz istədikləri kimi, özlərinə necə lazımdırsa elə
yazıblar, tarixə “barmaq” eləyiblər... Tarixsə daha çox
keçmişdir, şərəfli, ya şərəfsiz olsa da yaşanmış keçmişdir,
gələcək deyil. Yaxşı ki, belədir...yoxsa, gələcəyi istənilən
vaxt dəyişmək mümkün olardı...necə ki, qonşularımız
həmişə buna cəhd ediblər.
Bununla belə, çox təəssüf ki, saxta tarixlərlə iş
görmək, gələcəyi dəyişmək, yer üzünün təbii quruluşuna
saxtalıqlar gətirmək mümkünmüş. Təəssüf ki, yalanlarla,
saxta yazılarla da cəmiyyəti inandırmaq, ən azı
düşüncələrdə istilalar mövcudmuş. Tarixdə belə faktlar
təəssüf ki, çoxdur...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Adını çəkdiyim İran alimi Nasir Pur Pirar özünün “On
iki əsr sükut” əsərində tarixin atası sayılan Herodota
şübhəylə yanaşır. Deyir ki, Daranın hakimiyyətindən sonra
farslar Heredotu müxtəlif yollarla ələ aldılar. Ona görə də
Herodot öz “Tarix” əsərində tarixi gerçəklikləri gizlədib
farsları,-onların hakimiyyətlərini, döyüşlərini, adət-
ənənələrini şişirdib tərənnüm etdi.
Halbu ki, Midiya kimi azman bir imperatorluq yenicə
çökmüşdü... Midiya ordusunun sərkərdəsi Qarpaqın
midiya ordusuyla bir yerdə üsyan qaldırmış mehtər
farsların, -atlara baxanların tərəfinə keçməsiylə Astiyaq
məğlub olmuşdu. Tarixdə şah Astiyaqın üsyançılar
tərəfinə keçmiş sərkərdəsinə dediyi sözlər, doğrudan da
bütün dövrlər üçün xarakterikdir. Heredot midiyalılar
haqqında çox qısqançılıqla yazsa da mühüm mətəblərə
toxunub... Astiyaq Qarpaqa deyir:
-Sən bir yox, bir neçə dəfə axmaqsan. Birinci,
axmaqsan ona görə ki, sən öz oğlunun qisasını tək
məndən almalıydın, amma bütün Midiya xalqından aldın.
İkinci, axmaqsan ona görə ki, öz xalqını qul elədin, qulları
başa çıxartdın. Üçüncü, axmaqsan ona görə ki, özün şah
ola biləcəyin halda bir köləni şah etdin, və s...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Midiya özünün böyüklüyünün və təmizliyinin
qurbanı oldu. Onu hiylə çökdürdü, hiyləylə də
hakimiyyətə gəldilər.
Mərkəzdən uzaqlara sürgün edilmiş, oralarda Nineva
atlarına baxan farslar elə Midiya ordusunun gücüylə
qonşu dövlətləri də Midiyalı sərkərdə Qarpağın başçılığı
ilə bir-birinin ardınca məğlub etdi.
Bu mənada doğrudur, klassik yaradıcılığımızda elə bir
şey yazılmayıb... Hara baxasan? Nəyə baxasan? Bu haqda
lazımım ola biləcək elə bir şey yoxdur... Çox şükür ki, xalq
var, öz yaratdıqları üstündə bərqərardı, sağlamdı, yenə də
yaratmağındadı.
Xalça bayatıları...
Dilimin andı hana,
Dizimin bəndi hana,
Yaxşı toxun, tez kəsil,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dolanım kəndi hana.
Darağım ay darağım,
Həvək dəstə yarağım,
Can kitabım oxunub
Qalıb bircə varağım.
Cehizim gəvədəndi,
Yunu yüz dəvədəndi,
İlmələr çiçək-çiçək
Kirkitdən, həvədəndi.
Maralın izi hanı,
O qara gözü hanı.
Kirkit, sən buynuzusan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bəs maral özü hanı?
***
Vaxt özünü bir də nəsillərin dəyişməsində göstərir.
Nəsillərin dəyişməsi əslində Vaxtın dəyişməsidir. Belə bir
ifadə işlətmək olar; məsəl var, “qardaşını tanıyırsanmı?
Deyir, yoldaşlıq eləməmişəm”...Bu mənada nəsillər də
Vaxtın yol yoldaşıdı. Vaxt yoldaşlıq etdiyi neçə belə
nəsillərdən keçib gedər, ayaq izlərini, görüşlərini,
baxışlarını, ən əsası, qanunlarını-qaydalarını qoyub gedər,
əgər bir-birini əvəz edən nəsillər öz yaşadıqları tarixi həm
də anlayırlarsa və yaşada bilirlərsə, biz də nəsillərin
yaşadıqları tarixi izləri oxüya biliriksə bu TARİXDİR.
Bu mənada gənc nəslin, yəni cavanların yazılarını, -
şerlərini, nəsr əsərlərini oxumağa başladım, düşüncələrini
izlədim ki, bəlkə mən də öz yazımın yeni havasını ala
bildim...yox, gənclərimizin çoxu hələlik özlərindən başqa
heç kəsi görmürlər, daha doğrusu, görə bilmirlər, çoxu
ayağının ucundadı, səsə-küyə boylanırlar ki, görsünlər
harda nə var. Görmək üçünsə düşünmək lazımdı, bizim
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gənclikdəsə
özünü
soyundurmaq
meyli
yaranır,
hisslərinin, duyğularının, dünyagörüşünün, ən acısı,
ağrılısı tərbiyəsinin üstünü açmaq... elə bilir, bununla
nəyisə görə biləcək... Bu meylə, bu düşüncəyə görə də
çox gənc adamın yaddaşını bom-boş gördüm, bu
yaddaşsızlığa görə də onların üstündə Vaxt ilişib qalmır,
onların oxuduğum yazılarında da Vaxtı görə bilmədim.
Bunu təxminən də olsa özləri də bilməmiş deyil. Boş
yaddaşla, yəni yaddaşsız yaşamaqsa olmaz, tələsə-tələsə
nə gəldi yaddaşlarına doldurduqları da ona görədi...
Yaddaş dediyimizsə əslində milli ruhumuzdu, yaddaşımız
necədisə elə də görünürük. Bu cür şeylərdən danışanda
da başlarını tutub qaçırlar. Amma hələ bilmirlər ki, heç
yana yox, özlərinə qaçırlar. Çünki insanın özündən başqa
yana gedən bütün yollar bağlıdır...
Midiyanın sonuncu şahı Astiyaqın öz sərkərdəsi
Qarpağa dediyi “axmaqlıqlar”sa anlayan üçün dərslikdən
başqa bir şey deyil...
Mən, əlbətdə, milli ruhlu, yəni, yaddaşı olan
gənclərimizi də gördüm və sevindim, dərindən nəfəs
dərib yazıya başlaya bildim... Yaddaşı-milli ruhu olan
gəncliyimizin nəfəsini-ritmini duydum.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağlım kəsəndən özümüz haqda belə eşidirəm: “biz
triximizi yazmamışıq”. Millət haqqında söz düşəndə
həmişə belə deyiblər, “biz tarixi yaratmışıq, amma tarixi
yazmamışıq”. Mən belə düşünmürəm. Tarix yalnız yazıya
alınmaq üçün, yazıya alınmanın xətrinə yaradılmır. Söhbət
yalançı tarixlərdən gedə biməz. Biz hamımız, -yer üzünün
insanları, asanca razılaşarıq ki, belə tarix yazanlar və belə
yazılmış tarixlər var.
İndi bu haqda fikirlərimi, özümü səsi batmış kimi hiss
eləsəm də, anlayanların olacağına inanıb yazıram.
Bədiilikdən qaçmaq... düşünürəm ki, bu gün bər-bəzəyin
yeri deyil, yazdıqlarımı və yazılanları, ümumiyyətlə
gördüyüm üzləri, tele-şoulardakı burcutmaları unudub
yazmaq.
Dediyim kimi tarix yalnız kağıza yazılmır, tarix daşlara
da yazılır. Yalnız daşlara da yox, dağlara, sulara, torpağa
yazılır. Daha dərinlərə və dəqiqliyə getsək xalq tarixini
həm də öz içinə yazır. Bunu əsas götürərək belə bir
qənaətə gələk: tarix hər şeydən əvvəl içlərə yazılır. İnanaq
ki, şərəfli, şərəfsiz tarixlər milli xarakterləri dəyişə
bilir.Xalqın yaratdığı tarixin xalqın xarakterində də dərin
izlərlə yaşadığı təsadüfi deyil. Cürət edib çəkinmədən
deyə bilərəm ki, əsil Tarixi xalq yaradır. Belə desək də
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
doğru olar; tarixi güclü xarakteri olan, mənəviyyatca
zəngin, istedadlı xalqlar yaradır və yaşadır.
Su yatağından çıxanda daha asanlıqla axar, çünki
ətrafına yayılır, yayıldıqca dayazlaşır, yeni, yad torpaqlara
hopa-hopa axır, bilmir ki, bu onun yox olmağıdır. Özünün
də xəbəri olmadan bir zaman döğrudan da yoxa çıxır.
Tarix də belədir, “yatağından” çıxdı, yox olur, çünki artıq
gerçəyi ifadə etməyəcək...
Yer
üzündə
hər
şeyiylə,
-
ədəbiyyatıyla,
incəsənətiylə, musiqisi, adət ənənəsi-gələnəkləriylə
maraqlı xalqlar çoxdur. Bütün bu maraq axır üstümə, bu
da dünyagörüşüdür ki, adına TARİX də demək olar və elə
belə də deyilir.
Tarix yalnız ölümlərlə, qırğınlarla, qan-qadayla bağlı
deyil. Tarix yaratmaq, qurmaq təntənəsiylə də bağlıdır.
Bunu da etiraf edək ki, tarixdən qıraqda qalan,
dediyimiz zidddiyətlər, qırğınlar, təntənələr axınında adı
çəkilməyən xalqlar da olub, indi də var. Bu xalqlar tarixin
içində olmasalar da elə qıraqdaca oğrun-doğrun özlərinə
tarix düzəldiblər... Tarixləri öz istəklərinə uyğun söküb
dağıdan, yazılanları, yapılıb yaradılanları yenidən quran və
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qurmağa cəhd edən, bir sözlə tarixi saxtalaşdıran xalqlar
zaman-zaman gözə kül üfürüblər ki, gerçəyi görən
olmasın, xalqın özü demiş “bulanıq suda balıq tutmaq
asandır...” çox sular bulandırıblar... (Biz bu mənzərəni bir
çox qonşu xalqların tarixçilərinin yaradıcılığında gördük)
Bütün bunlara görə dedim, əsil tarix xalqın iç aləminə
yazılanlardır.
Ona görə də bir daha qeyd edim ki, tarixi
saxtalaşdıran xalqlar olub və var, amma deməliyəm ki,
saxtalıqları əslində xalq etməz, xalqın arasında olan
ictimai-siyasi tamahkarlıq, paxıllıq, ayrılıqlar, mövqelər,
mənafelər, münasibətlər törədir; xalq adına mənəvi, siyasi
terrora cəlb edilən öyrədilən insanların münasibəti
saxtalıqlar yaradır, yalnız bir idioloji qurumun öyrətdikləri
yox...
Bu işi bütün dünyada olduğu kimi Qafqazda da
əsasən dini məktəblər həyata keçirtdi. Yəni kilsələr və
məscidlər...
bizim
eranın
Y1-Y11
yüzilliklərindən
başlayaraq Azərbaycan ərazisində bütün mənaların,
mahiyyətin, - geyimdən tutmuş, ada, soyadacan, -
dəyişməsi yönündə məscidlər çalışdı, iş gördü, demək olar
ki, müəyyən mənada istədiyinə də nail oldu... minilliklər
boyu yaratdıqlarımızdan elə üz döndərdik ki, indi bizim
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
olduğuna belə inanmırıq. Amma bizim eranın başlanğı-
cında artıq azərbaycan türkcəsi ən azından bütün
Qafqazda ana dili səviyyəsindəydi. Kəndlər-kəsəklər, ellər-
obalar türkcə səslənirdi. Midiya-Maday kimi qüdrətli bir
dövlət demək olar ki, elə öz əli, öz qılıncıyla doğranıb
Nineva atlarına baxan mehdərlərin əlinə keçmişdi. Min
ildi... yəni bizim eradan əvvəl V əsrdən min il keçmişdi,
amma istilalara, qarətlərə, dağıntılara, baxmayaraq
Midiya dövləti tarixi fakt kimi hələ də aradaydı; yəni, özü
çöksə də, yaratdıqları qalıb yaşayırdı, - tərbiyələrə,
müxtəlif xalqların milli əxlaqınacan təsir edib onu
dəyişdirirdi; tikililəri, qalaları yaşayırdı, Qğuz-Quz-Kas-Qız
adında əbədi, pozulmaz, əvəzedilməz varlığı-görkəmiylə
anlayanlara hələ də ozünü olduğu kimi təqdim edirdi,
indi də etməkdədir. Şumerdən üzü bu yana yuxarıda adını
çəkdiyim dövlətlərimizin mahiyyətini özündə saxlayan və
ehtiva edən qüdrətli, möhtəşəm Midiya elə belə yox olub
getməzdi; düşüncələrdə, yaddaşlarda özündən asılı
olmadan mənimsədiyi, özününküləşdirdiyi başqa xalqların
belə yaşam tərzində hələ də vardı, dağların, daşların,
yerlərin, yurdların adında yaşamaqdaydı. Midiya
mağlarının-kahinlərinin
yaratdıqları
ayinlər
əslində
dəyişməmişdi, sazın ruhunda el-el, oba-oba dolaşırdı,
şaman, qam, ozan, varsaq, yanşaq, aşıq adında ruhları
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
dindirirdi. Muğamlarımız Maday kahinlərinin yaratdıqları
Tanrı əsərləriydi, belə anlaşıqlı, bu cür içəbağlılığı da,
qaibanəliyi də ona görədi...İndi XX1yüzilliyin bu
məssəbsizliyində muğamlarımızın adına moltanıca, farsca
nə gəldi dediyimizə baxmayaq, hamısı ruhumuzun minil-
liklərdən qalma səslənməsidir. Əlbəttə bu şəkildə,
mənimdi, deməklə deyil. Amma faktdır ki, bu Tanrı
əsərlərinin tamını-bütövünü biz bilirik, bizim onu
yaratdığımızı, başqalarınınsa ancaq öyrənə bidiyini sübut
etmək olar. Başqa xalqlarda bu dahiyanə əsərlər öz
dəstgahı-tapşırmasıyla
deyil,
parçalar,
fraqmentlər
şəkilində yaşayır. Bizim üçünsə bütün dövrlərdə hər hansı
bir muğam əsərinin elə belə, necə gəldi yox, sözün əsl
mənasında sirri-sehriylə ifa olunması təbiyət hadisəsi kimi
təsirli olub... Sadəcə, indi bizim özümüzün öz yaratdıqları-
mızdan xəbərimiz yoxdur...olanlarımızın da əsl mənasnı
itirmişik... Biz indi bilmirik ki, ayrı-ayrı saz havalarımız,
muğamlarımız da abidələrimizdir; Kas-Quz-Qız, Koroğlu
qalaları kimi, suyu, torpağı, işığı, havası kimi, yüz illiklərdir
başqalarının ola bilməyən yurdlarımız kimidirlər... Neçə
yüz illərdir Sibir rusun ola bilmir, daha doğrusu, rus
siyasəti Sibiri özünə oxşada bilmir, ayıq, sağlam heç nə
qalmasa belə Sibir elə Sibirdir... Yaxın tariximizə baxın,
yüz illərdir Rusiya dövlətinin müstəmləkəçilik siyasəti
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
cənublu şimallı Qafqazın başına nə oyunlar açdı, yenə heç
nə edə bilmədi. Bəlkə də yaxşısı budur, çünki Yaradan nə
yaratdığının fərqindədir. Təbiətin də üzü yaratdıqlarına
görə gülür...
Amma biz minilliklər boyu yaratdıqlarımızın çox vaxt
mənasını anlamadığımızdan onu qorumaq haqda
düşünməmişik. Çünki su kimi yatağından çıxıb gerçəkləri
ifadə etməkdən uzaqlaşan TARİX artıq siyasiləşib siyasətə
qulluq etməyə başlamışdı...Bir şeyi dəqiq anladıq, gec də
olsa əmin olduq ki, siyasətsiz heç nə yoxmuş, anladıq ki,
hər şeyin, ən kiçik hadisənin belə siyasi məntiqi, düşüncəsi
var. Nəinki hər hansı bir xalqın, adicə bir ailənin, bir evin
də öz siyasəti mövcudmuş.
Səhv etmirəmsə siyasət sözü ərəb sözü olub quruluş
mənasına yaxındır. Siyasət-siyasi düşüncə həm qura bilər,
həm yıxa bilər. Uğurlar da, uğursuzluqlar da, savaş da,
barışıq da siyasi bacarıqdan, siyasi anlamdan asılıdır.
Baxmayaraq, bir çox yazıçılarımızdan soruşsan, deyər, -
yox, mən siyasi əsər yazmıram və yazmamışam. Amma
mən düşünürəm ki, siyasətdən uzaq heç nə yoxdur, bir
cümlənin belə əsaslandığı siyasət var. Dediyimiz sözün
canı elə onun siyasətidir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Fikrimi davam etdirib onu da deyə bilərəm ki, zəif
əsərlər də ona görə zəifdir ki, siyasi məntiqi səviyyəsizdir.
Obyektiv deyil, haqqı arada görmür, gerçəkdən uzaqdır...
Kirpiylə Dovşanın yarışması...
Günlərin birində kirpi dovşana deyir, gəl ötüşək, kim
mənzil başına tez çatsa uduzan gündə iki kərə yeməyini
ona versin. Dovşan sevindiyindən əlini-əlinə sürtüb
razılaşır, ötüşürlər. Dovşan bir, deyəndə mənzil başına
çatır, görür ki, kirpi ordadı. Məətəl qalır, çığır-bağır salıb
bir də ötüşək deyir. Ötüşürlər, dovşan bu dəfə daha bərk
qaçır, gedir görür ki, kirpi yenə mənzil başındadı, onu
gözləyir. Bu minvalla dovşan nə qədər qaçdısa kirpini
mənzil başında gördü. Belə də olacaqdı; çünki kirpi
oynaşını mənzil başına qoymuşdu, hərəsi mənzilin bir
başındaydı.
Bu məsəldən sonra erməni hərəkatına diqqət edək...
Fikir verin, tarixdə “erməni məsələsi” kimlərə lazım
olub. Bu məsələ zaman-zaman niyə ortalıqdadır və niyə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
aradan çıxmır? Daha doğrusu, erməniləri hansı siyasi
meydanlarda oynadıblar və oynadırlar. Rus imperiyası öz
işğalçı məqsədləri üçün ermənilərdən niyə istifadə edib,
niyə indi də öz oyunlarından əl çəkmir. Artıq bu suallar
gizlində deyil, cavabı da bütün aydınlığıyla üzdədir.
Məsələ burasındadır ki, kim onu necə anlayır...Təxminən
iki yüz il öncə rus dövləti erməniləri niyə Qarabağa
yerləşdirdi, bu bicliyi – bu siyasi uzaqgörənliyi anlaya
bildikmi. Anlaya bilsəydik, altını, ağrısını çəkməzdik.
Düşünək... Niyə biz? Niyə İrandan, Turandan
erməniləri bizim torpaqlara-yurdlara köçürdülər? Niyə
ancaq bizim torpaqların hesabına Ermənistan dövləti
quruldu. “Zəncir zəif halqasndan qırılar”, biz bu oyunları
zamanında anlaya bilmədik, milli təəsübkeşliyimizin
zəifliyindən üstümüzə atılan addımların heç birinə ağılla
cavab verə bilmədik. Xalqın öz diliylə deyək:“Ac başım,
salamat başım”, “azacıq aşım, ağrımaz başım”, ona görə
də “mənnən ötdü, qardaşıma dəydi”... Osmanlı dövləti
səviyyəsində də bu məsələyə düzgün yanaşılmadı. İranda
Qacarlar sülaləsi hakimiyyətdəydi, Çar Rusiyasının atdığı
siyasi addımların güddüyü məqsədi düzgün qiymət-
ləndirmədilər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qafqazı Türkiyənin təsirindən qurtarmaq, onsuz da
xanlıqlara bölünmüş Azərbaycanı parçalamaq, özünün
nəhəng ayaqlarını qoymaq üçün yer açmaq lazım idi
Rusiyaya
ki,
ermənilərin
vasitəçiliyiylə
bu
işi
gördü...Ermənilərin bu yerlərə köçürülməsi Rusiya üçün
hər cəhətdən əlverişli idi. Ermənilərin yeri-yurdu yox idi
ki, sınırını-sərhəddini qorumaqla məşğul olaydı, torpağı
yox idi ki, əkib becərəydi, şəhəri yox idi ki, “başı bir yerə
bağlanaydı”. Ona görə də gözü orda-burdaydı, bununla
bağlı çox iri dövlətlərə əl açmışdı; kilsə kitablarındakı
yalançı tarixin Dənizdən Dənizə dediyi yeri-yurdu hələ də
arayıb axtarırdı. Kilsə onu o qədər inandırmışdı ki,
dənizdən dənizə böyük Ermənistanın yoxluğuna inanmaq
istəmirdi. Bilmirdi ki, yalanın heç vaxt ayağı yerdə olmur,
ona görə də yalanı tapmaq mümkün deyil.
Onu deyək ki, yurd yarananda onun qalası, şəhəri,
kəndi yaranır, sözü-sovu yaranır; nağılları dastanları
yaranır, içlərə-xalqın daxili aləminə yazılmış yalanlardan
uzaq etnoqrafik duyğuları, baxışları doğulub formalaşır.
Ona görə də su oxşarlığı, torpaq oxşarlığı anlayışı var,
yurd başqasının ola bilmir, onu zəbt eləsə, işğal eləsə də
özünə oxşada bilmir. Bəs, boş yerə deyilmir ki,
ermənilərdə Qafqaz xarakteri yoxdur. Onunçün də Rusiya
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |