2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qonaq da himə bənd imiş, mütəkkədən azacıq dikəlib
pişiyi çağırır: -piş-pişş. Pişik də elə gəldiyi gündən qonağa
işləyirdi. Dırmaşıb girdi qonağın qucağına. Qonaq pişiyi
tumarlaya-tumarlaya oxudu:
Pişiyim pişik izlə, ha,
Siçan tutdun gizlə, ha.
Qonaq bu il burdadı,
Gələn ili gözlə, ha...
***
Dədələr deyər,yer üzündə bircə qarış yerin də
“əyəsi” var, yəni yiyəsi. Buna da bizdən yeylər”deyirik,
yəni bizdən yaxşılar. Indinin özündə də aramızda belə bir
inam yaşayır: “Yurdu biz tərk etsək də bizdən yeylər, yəni
yaxşı ruhlar yurdu tərk etməz”. Ona görə də kimsəsiz
yurdlara,- evlərə gedəndə salam ver:-Salam, ey bu yurdun
əyəsi. İnancımıza görə qapının ağzına qaynar su
tökməzlər, çünki gördüklərin qədər də görmədiklərin var.
Axşamüstü qapı süpürülməz, çünki o vaxt astanalara
hər ailənin öz ruzusu bərəkəti gəlir, deyərlər, qapılar bu
vaxtlar bərəkət ətəyinə dönür. Bərəkəti süpürmə, deyərlər.
Qırt yatan anaş toyuğun üstünə güllə gəlməzlər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gülü solduranda yerə atma, suya at ki, ömründən
olmasın.
Deyərlər, hər yetənə sirrini açma, özün üstü açıq
qalarsan...
Çoban Məmməddən gözəlləmə...
Aşıq Ələsgərin qardaşı çoban Məmmədin də sinədən
söz deməyi vardı. Kasıb idi, bir bölük də oğul uşağı vardı,
bir qarına ac, bir qarına tox yaşayırdılar. Arvad bir gün
ərinə deyir: -Dananı sat, əynimə paltar al, kənd bir yana,
artıq öz uşaqlarımdan da utanıram.
Çoban Məmmədin çarəsi qalmır, görür arvad düz
deyir, dananı yedəkləyib aparır bazara. Düşərinə-
düşməzinə yenicə satıbmış ki, borclular tökülüşür üstünə,
əlindəkinin hamısını alırlar. Məmməd də neynəsin, suyu
süzülə-süzülə qayıdır evə. Arvad elə dana gedəndən
qapıda gızləyirdi, gördü, əri gəlir, özü də əli ətəyindən
uzun gəlir, istədi daşı-kəsəyi başına yağdırsın, amma
düşündü ki, bunun da xeyri yoxdu. Deyərlər “gəlin ocağa
çəkər, kömbə bucağa”, arvad da sinədən deyənmiş. Saz
divardan asılıydı, götürüb görək nə dedi, necə dedi:
Dedim paltar gəti, yaşıldan-aldan,
Əbrüdən-atlasdan, tirmədən, şaldan,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Alışdım-yandımnan, bahalı maldan
Gün vermərəm, günü qara düşərsən.
Çoban Məmməd bazardan çıxandan qorxu içindəydi,
elə bilirdi ki, arvad ağac götürəcək, saz yox. Qılığa keçdi:
Paltar allam, qızıl düymə taxılar,
Onu görən nəfsin salar, yıxılar.
Ocağım qaralar, evim yıxılar,
Nə bilirsən bəxtəfərə düşərsən.
Arvad səsini daha da qaldırdı, fikrində dedi, ağzım
açılmışkən ürəyimi boşaldım.
Mənnən gözəl kimdi qızda-gəlində,
Ağkilsə kəndində, Göyçə elində,
Gedərəm qalarsan yetim əlində
Ah çəkibən ahu-zara düşərsən.
Məmməd gördü, “xına o xınadan deyil”, qılığ keçmə-
yəcək, üzünü bozartdı.
Axmaq oldum, niyə düşdüm felinə,
Dana getdi, əlin qoydun belinə.
Indi budu çatammıram dilinə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Üz çevirrəm, qapılara düşərsən.
Söz arvada əsər elədi, bir az özünə gələn kimi oldu.
Demədim ki, yüz ver, yüzdən al gəti,
Elə belə, ağdan-bezdən al gəti,
Gücün çatan çoxdan-azdan al gəti
Vaxtı gələr bahalara düşərsən.
Çoban Məmməd gördü arvad yumşalır, o da
yumşaldı.
Çoban Məmməd de neynəsin yoxunan,
Əyir yunnan özünə don toxuynan.
Bacarmazsan lap o qədər çoxunan
Bezikərsən min bazara düşərsən...
Söz tamama yetişdi...
***
Elə bu cür saza-sözə görə də el arasında deyim var:
Aclıq olsun, kef olsun”, “Kasıbam, dediyinə baxma,
gündə toy-düyündədi”... Ona görə də deyərlər: “kasıbın
əkdiyi bitməz,.... bitər”.
Məsəl var: “Cavan oğlan cavan qızdan həyalı gərək”.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Deyərlər, suyu durultmaq üçün ağac salmısansa, bu,
suyu bulandırmaqdı, çünki “dəyənəklə su durulmaz”.
Deyərlər: “Əl comərddi, göz namərd”...
Qız anasıının bəd öyüdü...
Bir arvad qızını gəlin köçürürdü.Yengəli, sağdışlı,
soldışlı, təmtaraqla yola salırdı. Nə demişdi, nə
deməmişdi, qapıdan çıxanda son öyüdünü deyirdi:
“Qızım, anadan olannan üzün ər evinədi. Bunu Dədələr
deyib, “ qız üzü ər evinə doğular”. Gedirsən, bu gündən
ər evində olacaqsan, yadında saxla, qarşına üç arx
çıxacaq, əgər bu arxları bir deyəndə atdana bildin,ər
sənindi, mindin boynuna, yox, atdana bilmədin onda
özünnən küs. Qız dedi: - Can ana, açıq de, bir şey anlaya
bilmədim...
Anası dedi: - Qızım, birinci arx odu ki, ərin sənnən
su istəyəcək. Onda de: -Odu səhəng get iç, birin də mənə
gətir. İkinci arx odu ki, deyəcək, -paltarımı ver, geyinim.
Deyərsən, paltarını da mənmi geyindirim. Onunçünmü
gəlmişəm,de, qaş-qabağını salla, dinib danışma.
Üçüncüdə deyəcək: - Çaydan- çörəkdən gətir, yeyək.
Yeməyə bir şey olsa da deynən, nə gətirmisən, nə də olsun.
Beləcə, hay-harayla qızını köçürdü, ər evinə. Səhər
açıldı, bəyin də nece deyərlər, təzə çağı; ağır otur, yüngül
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
dur. Dedi:-Paltarımı ver geyinim. Gəlin ürəyində dedi: -
Aha, birinci arxa çatdım. Qayıdıb,- paltarını da mənmi
geyindirəcəm, -dedi-get, geyin. Əri qalxdı,sakitcə
paltarını geyinib getdi işinin ardınca. Günorta gəldi: -Su
ver, içim, -dedi. Gəlin dedi: -Odu, shəng, get nə qədər
istəyirsən iç. Yenə əri heç nə demədi, qalxıb su götürüb
içdi. Axşam düşdü, əri gəldi: - Nəyin var, çaydan-
çörəkdən, -ded, - gətir yeyək... Gəlin də üçüncü arxı
gözləirdi: -Nə gətirmisən, nə də olsun, -dedi. - Get, bir şey
tap, ye...! Əri qalxıb onu döydü, qolunun birini qırıb
yanına saldı.
Xəbər çatdı anasına, başı alovlu özünü yetirdi. İstədi,
çığır-bağır salsın, qöz qoymadı: -dinmə, - dedi, -mənim
qolumu sən qırdın, sənin sözünə baxdım, birinci arxı
atdandım, ikincini atdandım, üçüncünü atdananda qolum
sındı...
***
Bütün zamanların gerçəyi budur ki, Xalq min il
qabaq olduğu kimi həmişə də öz sözünü deyir,
yaratdıqlarını yaradır və yaratmaqdadır. Heç nəyi
nəzərindən yayındırıb gözündən qoymaz, o an da
münasibətini bildirər, desə də deməsə də, hər şeyi, olanları
da olacaqları da qiymətləndirər. Bütün bunlar xalqın milli
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
səmtindən, özünü dərk edib anladığı yöndən gəlir. Yəni
bu münasibət xalqın millət olmağından bəhrələnir. Heç
nədən asılı deyil; nə siyasətdən, nə dindən...
Elin həndi...
Bir kənddə bir molla yaşayırmış, amma bu molla
gündüz mollalıq, gecə oğurluq eləyirmiş. Payız ayı, bar-
bəhər vaxtıymış. Molla gecənin bir yarısında: ya Allah,
deyib zəmiyə taxıl oğurluğuna gedir. Çatan kimi
yavaşcadan deyir:
-Salam əleyküm, eey elin həndi...! - Zəminin yerinə
də özü cavab verir:
-Ay əleykümə salam, Molleyi Rəcəb əfəndi.
Qayıdıb deyir:
-Nə deyirsən, çin götürüb qırpınmağa gəlmişəm.
Çırpınımmı, qırpınımmı?!
Yenə zəminin yerinə özü cavab verir:
-Xoş gəlib səfalara gəlmisən,
Çırpınna da, qırpınna da...
Molla beləcə, torbasını doldurur, evinə qayıdır.
Deyərlər, tamarzıdan al,dadanmışa ver. Bununla bağlı
belə məsəl də var: dadanan dadda qalar,bir gün gələr
yadda qalar. Molla dadanmışdı, bir getdi, iki gedti, axırda
zəmi yiyəsinin dalağı sancdı, bildi ki, taxıla dadanan var.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yeddi qotazlı qamçısı vardı, açılanda elə bil tüfəng
açılırdı. Bunu da götürüb getdi, zəminin içində gizləndi...
Molla yola elə öyrəşmişdi ki, artıq qımqını çala-çala
gedirdi. Zəmiyə çatıb həmişəki kimi dedi:
-Səlamün əleykümə, eyy elin həndi.
Yenə özü cavab verdi:
-Ay əieyküm-əssəlam, molleyi-Rəcəb əfəndi.
Zəmi yiyəsi kirimişcə qulaq asır, yeddi mərtəbəli
qamçısını hazırlayırdı, Molla yenə dedi:
-Çin götürüb qırpınmağa gəlmişəm, izin ver, qırpım
səni!
Sözün bu yerində zəmi yiyəsi gizləndiyi yerdən çıxıb
dedi:
-Həə, Molleyi-Rəcəb əfəndi, sən bura çırpılmağa gəl-
misən. İzin ver, çırpım səni! - Belə deyib doğrudan da
Mollanı çırpmağa başladı...
Toy-düyün tapmacası...
Deyir günlərin birində gəlini atdandırdılar, toy-düyün
karvanı yola düşdü, kənddən çıxa-çıxdaydı, kəndin
ağsaqqalı durdu ayağa ki, toyun qarşısını kəsəcəm,
bağlama deyərəm, açmasını bilərlər yol onlarındı, yox,
bilməzlər, yol mənimdi. Elə də elədi. Toyun qarşısına
çıxıb əl qaldırdı. Toy igidləri gülüb dedilər:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Baba deyəsən güləşmək istəyir.
Ağsaqqal dedi:
-Bir bağlama deyəcəm, cavabını tapsanız yol sizindi,
tapmasanız mənim. Nə vaxt istəsəm o vaxt da yol
verərəm.
Dedilər:
-Buyurun...
Ağsaqqal dedi:
O nədi ki,
Ataya dəyməz,
Babaya dəyər,
Xalaya dəyməz,
Əmiyə dəyər.
Dəyərə dəyməz,
Dəyməzə dəyər.
Toy-düyün adamları qaldılar baxa-baxa... Cavabı
tapa bilmədilər. Gəlin hər şeyi duvaq altından görürdü,
duvağı üzündən çəkib dedi:
Baba o dodaqdı...
Dəyərə dəyməz,
Dəyməzə dəyər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağsaqqal baş endərib:
-Düzdü, - dedi, - qızım, halal olsun səni doğan anaya,
buyurun, uğurlar olsun, yol sizindi...
***
Bığ yağı...
Belə deyirlər ki, bir ər, bir arvad varmış, bunların da
xeyrə-şərə yaramaz bir oğulları. Bir təhər yaşayırmışlar.
Amma kişi özünə baxanmış, üzünə-gözünə, taxımına fikir
verənmiş. El diliylə desək, şenliyə-kəndin içinə çıxanda
həmişə bığını yağlayarmış. Günlərin birində görür ki,
küpədə yağ qurtarha-qurtardı, yağdan bir qaşıq götürüb
qoyur bir yana ki, kəndə-kəsyə çıxanda bığını yağlasın. Nə
isə,bığını yağlayıb yenə çıxmışdı şenlyə, adam arasına.
Görən də deyirmiş ki, kişi ya quymaq yeyib, ya da plov...
Günlərin birində kişinin oğlu bərk acıbmış, evdə də
heç nə yox. Ora baxır, bura baxır, əlinə bir şey keçmir,
götürüb kişinin bığ yağını yeyir, çıxır bayıra. Görür ki,
dədəsi camaatı arasındadı, bığı da par-par parıldayır.
Qaça-qaça gəlir ki, bəs, ay dədə, pişik bığ yağını yedi
“Bığ yağı”ifadəsi belə yaranıb...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
***.
Türklərin su, işıq, külək (hava) kimi azad, sərbəst
dövrləriydi, torpağın harası yumşaqdı ora axırdılar,
rüzgarlara qatılıb keçib gedirdilər, işıq tək getdiyi yerlərı
aydınlada-aydınlada öz milli mədəniyyətini-kültürünü
yayıb yaşayıb, yaşatdığı zamanlar idi...
Yerüzündə çox geniş anlamda yer-yurd adlarının türk
mənşəli olduğu faktı da ona görə danılmazdır...Bu cür
danılmaz faktlarsa onun yaddaşının yaşamasıdı. Daha
doğrusu, yaddaşlarda yaşamagıdı... İşıq göstərdikləriylə
göründüyü kimi TÜRK də yaddaşıyla görünür. Özü fikrini
yaratdığı hekayətlərlə belə bildirir...
Dodaqqaçdılar...
Biri varmış, biri yoxmuş, bir dəvəymiş, bir qurdmuş,
bir də tülkü. Dünyanın harasıymışsa yol gəlirlərmiş. Bir
kökyə (kömbə çörəyi) rast gəlirlər. Dəvə deyir: - Kökəni
bölməliyik. Tülkü deyir: - Bölməyək, bölsək nə düşəcək
bizə. Hərə öz yaşını desin, kimin yaşı çox olarsa, kökə də
onun olsun...
Deyirlər, yaxşı. Qurd önə çıxır, deyir: - Anamın
birçəyi haqqı, dünya binə olanda mən vardım.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Tülkü tez onun sözünü kəsir: - Nə danışırsan sən,
arsız-arsız hələ bir and da içirsən, dünya binə olanda mən
vardım, bir də bir oğlum vardı, adını da Binəli
qoymuşdun. Sən vardınsa , bə niyə görmədim səni?!.
Sıra çatır dəvəyə. Dəvə işi belə görüb əyilib kökəni
götürür, atır ağzına, gövşəyə-gövşəyə deyir: -Hə, onda
dəvə uşaq olarmış...
***
Amma bir şey var ki, tarixlərin bütün dönəmində
niyəsə, hansı istila nə göstərdisə, nəyini göstərdisə,
istədik, istəmədik, mənimsəməyə çalışdıq. Amma heç nə
bizim olmadı, arada da bizim olmayan yad şeylər qaldı,
özümüzün
olanlar
unuduldu...
Böyük
Hun
imperatorluğunu,
Göytürk
imperatorluğunu
Kiçik
Midiyanın, - Qızılbaş Midiyasının adını düşünmədən
dəyişib babamızın adına Səlcuq, Osmanlı, Səfəvi dövləti
qoyanda buna da şükür deməkdən başqa çarə qalmır.
Tərəkəmə öynəsi, sınanclar...
Ağsaqqallar deyər: uca boylu, nazik buynuzlu,
göyümsov, yekəqarın, sağ yanından ön qabırğası aralı
olan inəklər süddü olar; amma südü yağlı-yararlı olmaz.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qara rəngli, gödək buynuzlu, tökmə, yəni ağır sığırın südü
az, amma yağlı-yararlı olar. Belə inəklər, dədələr sözü,
qışa da dözümlüdü. Elə inək var ki, boynu gödək, həm də
yoğundu. Başıda yasdıdı. Belə inəklər süd verməz,
yeməyini bol eləsən də xeyri yoxdu. Adına öküz inək
deyərlər, daha çox ətliyə saxlayarlar. Belə deyirlər ki, ağ
inəklərin südü cır olar, yəni bir az turş. Nə istiyə dözümlə-
ri olar, nə soyuğa. Çox yaxşı bala bəsləyirlər.Belə
inəklərə yuxa mal deyirlər.... Qara, ala mallar südlü olur,
həm də qılığa gedəndilər, eydirmə de, qılıqla. Nəyi var
versin sənə. Amma çox yeyicidi, kəndin diliylə desək,
boğazlı olurlar. Ona görə də ot az olan yerlərdə belə inək
saxlamırlar. Məsəl var: Deyərlər, qızıl inək qaraqabaq
gəlinə südün verməz.
Bayatılar...
Bağça bara bağlıdı,
Heyva nara bağlıdı.
Viran qalmış mahnının
Hamsı yara bağlıdı.
Damları dam üstədi,
Qırğısı qol üstədi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Suya hardan gedim mən,
Nişanlım yol üstədi.
Düşən ağlar,
Yıxılıb düşən ağlar.
Qoy düşsün yad gözünə
Zülfünə düşən ağlar...
***
Mən əslinə qalsa bu fikirləri bildirmək istəyirəm;
yazının əvvəlində də dedim, biz tarixi səliqəylə, yəni
yalnız tarix kimi yox, təbiət hadisəsi kimi yaratdıq, amma
tarixi yaratdığımız kimi yazmaqda, yaşatmaqda səliqəli
olmadıq... Yazsaq da əlimizdə saxlamağı bacarmadıq,
unutduq, itirdik. İndi özümə məxsus bir ifadəylə bu fikri
belə təqdim edərdim: əsil tarix yazılmaq üçün
yaradılmasa da tarixi yazmaq lazımmış; bir həqiqət var ki,
bizim əsil tariximiz özümüzün xəbərimiz olmadan
xalqımızın yaddaşına, içinə yazıldı. Xalqın iç dünyasına,
yaddaşına yazılanlar; məsəllərimiz, atalar sözləri, nağılla-
rımız, dastanlarımız yaşayışımızda, məişətimizdə, həyat
tərzimizdə bizi indinin özündə də dahiyanə üstünlüklərlə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
idarə edən və idarə etməkdə olan adət-ənənələrimiz elə
bizim TARİXİMİZdir.
“Qorqud Atanın kitabı” dastanı haqda belə bir fikrim-
qənaətim var. Qorqudşünas alimlərimizdən üzr istəyərək,
bir yazıçı kimi hisslərimi, duyduqlarımı bidirim: Mənə belə
gəlir ki, “Koroğlu”, “Əsli Kərəm”, “Aşıq Qərib” və sair
dastanlarımız kimi “Kitabi-Dədə Qorqud” dastanı
yaddaşın, şifahi ədəbiyyatın məhsulu deyil. “Dədə Qorqud
dastanı” daşıdığı fikrə, düşüncəyə, əsasən bu düşüncənin
ifadəsinə, özü də yüksək səviyyədə obrazlı ifadəsinə görə
yazılı abidə, islam dininə qədər mövcud olmuş hansısa bir
yazılı qaynaqdan köçürülmüş olduğu iddiasındayam.
Əlbətdə bu mənim öz subyektiv fikrimdir. Dastanın
özünün yazılış dili, dilin ifadə gücü, bir cümlə ilə anlaşılan
və açılan geniş mənzərə, əsərin əhatə tutumu bu fikri
müdafiə etməyə imkan verir.
Milli oyunlarımızdan – Beş daş...
Bu
oyunu
oynamaqçün
beş
dənə
daş
götürülür...Vacib deyil ki, mütləq daş olsun... İndiki
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |