2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
kimi dövlətlər asan ələ gəldikləri üçün ermənilərdən öz
siyasi maraqları üçün istifadə etməkdədirlər. Yəni, dovşan
hələ çox qaçacaq; həmişə də kirpi oynaşıyla mənzil
başında olacaq...
Balığın susuz yaşaması...
(El arasında deyilənlərə görə)
Balıqçı gəmilərində o zamanlar ki, soyuducular yox
idi, ovlanan balıqlar xarab olmasın, diri qalsın deyə,
gəmidə ac pişiklər saxlayırdılar. Tutulan balıqları diri-diri
göyərtənin əl çatmayan yerindən asardılar, ac pişikləri
buraxardılar üstünə. Amma pişiklərin əli balıqlara
çatmazdı. Pişiklər yemək gördükləri üçün balıqlar
qorxusundan sağ qalardılar...
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bu gün şadlıq saraylarında keçirtdiyimiz toylar
görün nə kökdədir! Elə bil dünyaya yenicə gəlmişik;
yenicə gəlmiş kimi kasıbıq, nə musiqimiz var, nə sazımız,
nə sözümüz...Görün, ağabəyimizi, xatun gəlinimizi indiki
toylarımızla nə günlərə qoymuşuq...heç biri özünə yer
tapa bilmir, çünki o quruluşda bəylə gəlinə yer
düşünülməyib, ayrıca masa ayrılsa da, heç özümüzə də
yer yoxdur, özümüzə oxşamamağımız da ona görədir. Toy
evində başımıza yağan səs-küyü,- oxunan mahnıları,
çalınan musiqiləri, hətta alxış-xeyir-dua adına deyilən
sözləri belə yaşadığımız minilliklərin heç birində
eşitməmişik... Mən bu halımıza çox yer ayırmaq
istəmirəm, çünki bu hala düşməyimizin səbəbləri o qədər
üzdədir ki, yanımızda, özümüzdə, aramızdadır, deyə
bilərik. Yəni, biz yox, VAXT-ZAMAN bizə toy tutur, toy
çaldırır. Biz özümüzü atdıq bir qırağa, özümüzdə olanları
bəyənmədik,
kimlərəsə
bənzəməyə
çalışdıq
və
çalışmaqdayıq, yuxarıda dediyim kimi bu bizim
soyunmağımız idi. Bu ifadəylə sözün hərfi mənasında
fiziki soyunmağı nəzərdə tutmuram, iç çılpaqlığı, mənəvi
kasadlıq olduğunu anlamağımızı istəyirəm. Düşünək...
Son onilliklərəcən toylarımızın quruluşu bu millətin
dərk etdiyi öz fəlsəfi görüşlərinə, milli anlayışına
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
əsaslanan mərhələlərdən ibarət idi; yəni, qız bəyənmək,
oğlan seçmək, elçilik, yeni qohumluqda bir-birini
anlamaq, evlilik, yeni ailənin qurulması, ailə anlayışı da
yuxarıda dediyim kimi təbiət hadisələrinə bağlıydı, hər
şey
bir-birini
təbiətdə-Yaranışda
olduğu
kimi
tamamlayırdı; yəni, bu xalq döyüş, savaş havalarını,
nəğmələrini unutmamışdı, döyüşməsə də oxuyurdu, bu
nəğmələr, çalğılar onu kökdən düşməyə qoymurdu, ona
görə də həmişə döyüşə hazır idi... Yaylağın yaylaq, Aranın
aran havaları olduğu kimi, At-Cıdır havaları da var idi ki,
kənddə bu havaya kəhərlər qanadlanardı. Güləşəngi
adlanan ayrıca güləşmək havası vardı, doğrudan doğruya,
xüsusən də yenyetmələri havalandırırdı, suya, işığa
böyüyəntək böyüdürdü. Əkin-səpin nəğmələri, çalğısı
olduğu kimi, toy nəğmələri, çalğısı da vardı ki, bu haqda
danışmağımız bu günlər üçün çox vacibdir...
Sevib-sevilməkdə bütün minilliklərboyu sərbəstlik,
genişlik, cəmimilik hökm sürüb. Bu gün xalqın
yaratdıqlarında bunu aydın şəkildə görüb anlamaq
mümkündür...
Minilliklərdən misal...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
(elçilik)
Maday şahı qızını ərə vermək istəyirdi. Gözünün ağı-
qarası bir dənə qızı vardı. Qızın adı da elə Bircəydi. Şah
qızına elə belə də dedi:
-Bircəm,Vaxtdı, ərə getmək haqda nə düşünürsən?
Qız dedi:
-Sevəcəyim oğlanı özüm bəyənib seçməliyəm...
Maday şahının qızı ağıllı, bilikli, tədbirliydi; şah onsuz
bir iş görməzdi... Ona görə də qızın sorağı ətraf ölkələrə
də yayılmışdı. Adı dillərdə əzbər idi...
Günlərin birində belə bir əmr oxundu:
-Maday şahının qızı Bircəylə kim evlənmək istəyirsə
şah meydanına gəlsin... Bircə meydanda sevgilisini özü se-
çəcək...
Beləliklə, nəinki Maday elindən dünyanın bütün
ölkələrindən igid oğlanlar Şah meydanına at sürdülər,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yarışdılar, döyüşdülər, amma Bircənin tapmacalarından
heç kəs sağ çıxa bilmədi...
Aradan
illər
keçmişdi,
amma
atlılar
yenə
gəlməkdəydi...
At yarışı təyin edilmişdi. Bu at yarışının qaydasını
Bircə özü bildirdi; kimin atı birinci yox, sonuncu kəlsə o
mənim ərim olacaq...birinci yox, sonuncu.
Birinci yox, sonuncu...necə ola bilər?!
Ağ, qara, kəhər atlardı...Çaparlar eyni cür geyiniblər,
bir birindən seçilmirlər, ancaq atlara görə seçilirlər; ağatlı,
qaraatlı, kəhər atlı...
Dəmir dəbilqələr, polad üzlüklər geyib, qılınc-qalxan
taxmış üç igid bir yedə ilişib qalmışdılar, irəli çıxan atının
başını çəkirdi ki, sona qalsın. Çünki, ancaq sona qalan
Bircənin sevgilisi olacaqdı...
Atlılar çaş-baş halda bilmirdilər neyləsinlər...Şah
vəzir-vəkilləriylə, Bircə qırx incəbel qızla meydanın yuxarı
başında, el-elat aşağı ayaqda tamaşaya durmuşdular.
Meydanda atlılar gedə bilmədikləri üçün atlarından enib
çarə fikirləşirdilər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bu vaxt dəvənin belində bir ağsaqqal cıdır yoluna
çıxdı, atlıları bu halda görüb məsələdən agah oldu, elə
ordaca atlılara nə dedisə atlılar tələsik atlara minib
çapdılar...Ag at sonuncu yeri tutdu, ag atın yiyəsi
Birdənənin svgilisi oldu...
Tapın görək, ağsaqqal atlılara nə deyə bilərdi?
***
Döl məktəbi...
Döl ayı qoyun-quzunun doğum ayına deyilir...Döl
məktəbi də döl ayında açılır. Döl ayında, deyərlər,
kənddən-kəsəkdən süd qoxusu gələr. Döl ayı əsasən boz
aya düşür, yəni yanvarın yarısından martın yarısınacan
uzanır. El arasında deyərlər, döl ayında analar balalarını
çox ictəyər. Uşaq mehirli, yəni uşağını çox istəyən gəlinlər
uşagının ardınca dolananda deyərlər, döl ayınamı
düşmüsən, uşağı ərkəsöyün böyüdəcəksən... Ona görə də
məsəl var, “ ağacı kökündən qoru, uşağı ərköyünlükdən...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Döl ayı tərəkəmə məktəbinin sınaq, təcrübə ayıdır,
əgər bir tərəkəmə döl ayının nə demək olduğunu
bilmirsə, tərəkəmə deyil. Tərəkəmə suyu, torpağı, otu-
çiçəyi necə anlayırsa dölü də elə anlayır; həmişə ona
hazırdı, səhv etsə dölü baş tutmaz, o bu dərsi keçməlidir...
Bu həm də qoyunların yelin çağıdır, yelin çağında
qoyunları soyuqdan qoruyurlar. Deyərlər, döl çağı
qoyunun yelini soyuğa açıqdır, soyuqdan gözlə.
Quzulayandan sonra həlim içirdərlər, südü durulanacan.
Çünki doğuşdan sonra qoyunun südü qatı olur, buna ağız
bulaması deyirlər, arpa həlimi qoyunun südünü
duruldur...
Quzu doğulan kimi gərək anası yalayıb quruda, anası
yalamasa quzunun dərisi açılmaz. Elə qoyunlar olur,
quzusunu yalamır, onda deyərlər, quzu quru qaldı, yəni
yalanmadı. O zaman qoyunu duzla aldadırlar; quzunun
üstünə azacıq duz səpirlər, ana balasının üstündən duz
yaladıqca öz iyini, içinin qoxusunu tanıyır, quzunu
qurudur…
Döl ayında ölüm-itim çox olur. Bu da hər hansı bir
tərəkəmə üçün, tərəkəmə dolanışığı üçün itgidir, çox ağır,
çox ağrılı bir işdir həm də… Bir qoyunun balası ölür, bir
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
quzunun anası. Onları ana-bala etməkçün teləkçi çağırılır.
Tərəkəmələr arasında teləkçilər vardı, daha doğrusu,
teləkçi mütləq olmalıydı. Əgər bir qoyun balasız, bir quzu
anasız qalırdısa, bu artımın dayanmasıydı. Anasız quzunun
sağ qalma etmalı az idi. Balasız qoyunsa azından süd
vermirdi, süddən kəsilirdi. Ona görə də onları, yad ana-
balanı bir-birinə bağlamaq üçün teləkçi çağırılardı…
Teləkçi gələn kimi birinci göstərişi bu olardı:
-Bunları qarıblığa aparın, (qəribçiliyə) təkliyin, tək
qalsınlar, darıxmalıdılar.
Mən yazının bu yerində çox sevdiyim bir xalq
mahnısını xatırladım...
Aman kəklik əlindən,
Zülüm kəklik əlindən.
Baş götürüb gedəydım,
Mən bu təklik əlindən..
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Deməli düzgün anlaşılsa, yalqız, tənha, tək qalmaq
da bu xalqın düşüncəsində mənalar, anlayışlar daşıyır...
Amma çox təəssüf ki, indi bu mahnının sözlərini düzgün
oxumurlar; təklik əvəzinə kəklik deyirlər:
Baş götürüb gedəydim,
Mən bu kəklik əlindən, -bu cür oxuyurlar. Əgər
müğənni bu iki beytin fərqini anlamırsa oxuduğu nə
olmalıdır?
***
Maday şahının qızı Bircənin tapmacasının açması;
Ağsaqqal atlılara deyir:
–
Atları dəyişin!...
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sözümüzü unutmayaq, yeri gəlmişkən bu fikri
aydınlaşdırmaq üçün qardaşımla bağlı bir görüşü də
danışım...
Azərbaycan Dövlət Universitetində oxuyurdum,
1960- illərin ortalarıydı, yay tətilində kəndə getdim, ordan
da qardaşımın yanına,-yaylağa qalxdım... Bir neçə gün
keçəndən sonra şəhər üçün darıxmağa başladım,
dözülməz bir darıxmaq tutdu məni, kənd üçün də yox,
şəhər üçün. Bunu qardaşıma da dedim:
-Yaman darıxmaq tutub məni. Bəlkə qayıdam mən.
Qardaşım yan-yörəni göstərib:
-Başını qaldır, yan-yörənə bax, -dedi, -gör nələr var,
əgər sən başımızın üstündə oynayan bu qara buludları,
sağına gələn sağmalları, ayaq döyən ilxıları, bu gülü-çiçəyi
qoyub darıxırsansa doğrudan da sənə nəsə olub, şəhər
nəsə eləyb sənə.
O vaxt qardaşımın sözü mənə təsir etdi, inandım,
indi də inanıram ki, darxmaq dah çox boşluqdan, özünə
yer tapmamaqdan yaranır...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Nə isə... sözümüzü unutmayaq, balası ölmüş qoyunu
sürüdən ayırıb bir səmtə, anası ölmüş quzunu başqa
səmtə aparırlar. Elə yerə ki, bir-birini eşitməsinlər.
Teləkçinin işarəsiylə ayağı yer tutan teləkçün ayrılmış
meydana axışır. Atı olan atını minir, biri qazan gətirir ki,
səs eləsin, qazan dibi döysün, biri tonqal çatır ki, lazım
olanda havaya od səpələsin, tüfəngi olan tüfəng
atmalıdır. İtlər gətirirlər ki, bu hay-küyə hürüb aranı daha
da qatsınlar.
Çıx hörmət etdiyim tarixçi alim Zaur Həsənov “Çar
skiflər” əsərində yazır: “Qədim türklərdə ovsunlama
mərasimi göyə od atmaqla keçirilirdi. Menandr 568-ci ildə
türklərin qonağını xanın yanına buraxmazdan əvvəl onu
odla nece bəd ruhlardan təmizlədiklərini təsvir edir. Hətta
bu ölkələrə gəlib çıxmış ilk avropalıları da iki yanan tonqal
arasından keçirməklə odla təmizləyirdilər.”
Telək mərasiminin keçirildyi meydanda da tonqallar
qalanır, qoyuna da, quzuya da ovsunlamaq, -təlqin, təsir
etmək üçün havaya od- qığılcım səpələyirdilər...
Hamısı ona görədir ki, qoyun da quzu da harda
olduğunu unutsunlar; sürünü unutsunlar, yiyəsini,
çobanını, yeri-yurdu unutsunlar... Belə də olur, öncə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
meydana
qoyunu
gətirirlər.
Biri
qoyunu
başı
hərlənənəcən fırlayır, biri qoyunun təninə,- uşaqlığına
duzlu su vurur, qoyunun uşaqlığı doğanda olduğu kimi
acışmağa, yanmağa başlayır, biri nar qırıb qoyunun gözlə-
rinə yaxır. Bunların hamısı ona görədir ki, qoyun təzədən
doğmağına inansın, elə bilsin doğur. Həə, qoyun axşam
ölmüş quzunu doğanda da buna oxşar ağrılar keçirmişdi,
indiki kimi hər yanı qan rəngində görürdü. Elə bu zaman
Teləkçi quzu da qucağında görünür, quzu bağrı yarıla-
yarıla mələməkdədi. Qoyun yaşadığı, keçirtdiyi bu
ağrıların, bu hay-küyün içində özünü eşitdiyi bu doğma
səsin üstünə salır. Amma gözləri doğanda olduğu kimi
qıpqırmızı qan içindədi, Teləkçini də, quzunu da yaxşı
seçmir. Kimsə gözlərinə yenə nar suyu çiləyir. Teləkçi
artıq qoyunu yenidən doğmağına inandırdığını hiss eləyir,
quzunu qoyunun duzlu sudan alışıb yanan təninə- uşaqlı-
ğına sürtüb qarşısına qoyur. Bu hay-küydən dəliyə
dönmüş qoyun öz içinin qoxusunu tanıyıb quzunu
yalamağa başlayır... Quzudan başqa nə istəyirsən olsun,
qoyun elə biləcək öz içindən çıxıb. Qoyun bu minvalla
papağa da telənir... “Köç” romanında belə bir mənzərə
var; Bəkil oğlunu gözləyir, əhd edir, “...oğlum gəlsin,
papağımı qoyuna teləyəcəm, qoy papağım quzu olsun.”
Elə də eləyir, oğlu Alay gəlib çıxanda papağını qoyuna
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
teləyir... “Erməni adındakı hərflər” əsərində də təsvir
olunub.
Səhərdən bağrı yarıla-yarıla mələyən quzu da anasını
tapır... Yan-yörə sakitdi, səs-küy çəkilib. Teləkçi qoyunun
başını sığallayır, onun da üzü-gözü işıq içindədir,
gülümsəyir. Qoyun öz səmtini yaxınlaşdırır, başıyla
quzunu yelininə sarı itələyir, -həə, yelininə süd gəldi
təzədən, indi əmizdirəcək,- bunu Teləkçi deyir.
Qumral qoyun təzəcə doğduğuna inanıb ləzzət içində
balasını yedirdir, hamı telək mərasiminin baş tutduğunu
görüb gülümsəyir...
***
Xalq yaşam tərzinə çevrilmiş bu adət-ənənələrə görə
də YARANIŞI-TƏBİƏTİ özünün yaratdığı kimi qavrayır.
Bizim xalqın Təbiətə ərki də ona görə böyükdür. Belə
ifadələr var, bir-birini çox istyənlərə deyərlər: “elə bil
teləkdən çıxıblar”, “elə bil teləkçi teləyib, gör bir-birindən
ayrılırmı...” “Telək quzusudu elə bil, dalımcan düşüb”.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Quzu doğulandan iki-üç gün sonra, çobanın özünün
dediyi kimi ayaqlanıb, dırnaqlanandan sonra anasından
ayırırlar.Çox qalsa deyərlər, “südə düşə bilər; yəni süd
artıqlıq edər. Bir də q ış vaxtıdır, quzu çənəsinə qoyun
dayanmaz. Həm də deyərlər, quzu yun götürər. Yəni yun
udar... Sərkər çobanlar deyərlər ki, quzunun yatdığı yeri
qaranlıq eləmə, ciyəri xallı böyüyər...
Yaz açılanda sərkər çobanlar bir-birinin quzularına
baş çəkməyə gedərlər ki, görək kim necə quzu çıxardıb
yaza. Yeri qaranlıq olan, qaranlıqda böyüyən quzuları
görən kimi tutqun yunlarından tanıyarlar. Quzuları çox
yatmağa qoymazlar, çox yatan quzu öhvə (övkə) olar,
deyərlər, tez-tez quyruqla hürküdürlər ki, qırışığını açsın.
Quyruq da nədir? Quzuları ağacla, ya da qamçıyla
vurmazlar, deyərlər, bərk şeylə vurarsan ətinə dəyər,
qarası qalar, sümüyünə dəyər göyü qalar. Ona görə dana
dərisi tapan kimi quyruğunu kəsib quzu qamçısı
düzəldirlər. Quzuları elə bu qamçıyla gündə azı üç kərə
səksəndirərlər ki övkə xəstəliyinə tutulmasınlar.
Adətə görə nənələr döl üstündə corab toxumazdılar,
babalar çarıq tikməzdilər, dəri aşıyıb, köşə çəkilməzdi. Bir
də deyərlər, döl düşdümü yatağa ayağı yalın getmə.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qaydadır, quzuları birdən-birə qara çıxartmazlar. Küləkli-
yelli havalarda çıxartsan yelqursaq olar. Hərdən quzular
çox atdanmaqdan bağırsağı dolaşır, bu xəstəliyə də elə öz
adyla deyərlər: “quzu bağırsaq oldu”. Onda bilici çoban
quzunun dal ayaqlarının arasından əlini salıb qabaq
ayaqlarını tutut, dartıb quzunun qatını açır, bununla da
bağırsaqlarının dolaşığı açılır. El arasında ifadə var, “quzu
bəndi”, bu, döl çağı quzulara düşən xəstəliyin adıdı.
Deyərlər, bu xəstəliyin dərmanı canavar sümüyüdü.
Canavarı öldürüb dizindən aşıq sümüyünü çıxardırlar,
asırlar quzunun boynundan, ya da yatağın, küzün
qapısından. Deyərlər, qoyunlar canavarı yalnız qırxılanda,
qırxılıq altında olarkən unudurlar...
Su...
Xalq suyu oğlu, qızı kimi tanıyır, suyu canlı bildiyi də
ona görədir. Yaratdıqlarında, deyimlərində də su canlıdır,
loğman və bilicidir, ona görə də deyir, “...dəlini suyla
döy...”, “su suya qarışmaz...” deyir. Suyu canlı, atası-anası
kimi sayqılı, doğma bildiyinə görə “...suya tüpürməzlər”,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
deyir. Su onun həm də inanc yeridir, islamı qəbul
edəndən sonra Qurana and içdiyi tək suya da and içir;
“...bu su haqqı”, Suyla dost kimidir, kirli suya baxıb ərklə
deyər: “Su murdar götürməz, canı sağdı, axıb özünü
duruldacaq”, “Su özünü durultmaqçün axır...”, “Su özünə
axar”, “Su kimi getdiyin yolu bil ”, “Su axar, çuxurun
tapar”, “Dərdini suya söylə...” Ata sözü adlandırılan bu
deyimlər Ötükən yaylalarında yaşayan uyğurçün də
aydındır, Qafqazda yaşayan azərbaycan türkü üçün
də...Bütün bunlara əsaslanıb deyə bilərəm ki, türklər eyni
yerdən, eyni fövqəlbəşər mərkəzdən təbiətin qanunlarıyla
idarə olunurlar... Çox təəssüf ki, bunu, -bu idarə
olunmanı, onun əlindən müəyyən mənada ala bildilər.
Bəlkə də təbiətin özü kimi asanlıqla hamının ola bilmələri
də ona görədir. Onun özünü yox, yönünü-səmtini
dəyişmək asandır... Doğrudur, səmtini dəyişir, ona görə
su kimi altını, -getdiyi yeri hiss edəndir, hara yumşaqdır,
hara ilıq və gülümsərdir, məmuniyyətlə ora hopar, yox
olduğundan xəbər tutmaz... Dediyim kimi yalnız dəyişil-
məyi mümkün olmayan xarakteri, - qanındakı qorxmazlığı,
igidliyi, ayıqlığı və təbəti anlamağıyla əhatəsində olan
xalqlardan seçilə-seçilə minilliklər boyu azala-azala da
olsa yaşayar, mənşəyini, kökünü adicə bir dəstə yemşan
bitgisiylə, kək otu- kəklik otuyla da tanıyıb özünə gələ
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |