Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə53/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
    Bu səhifədəki naviqasiya:
  • Yaylaq

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bilər,  ya  da  bir  saz  havasının,  bir  muğam  tapşırmasının 



ardına  düşüb  dünyanın  axırına  gedib  çıxar...  Sovetlər 

Birliyi dövründə də belə oldu... Savad, bilik aldıqca niyəsə 

tələsə-tələsə  başqalarına  bənzəməyə  başladı...  Bir  neçə 

ilin  içində  rus  dilini  rusdan  yaxşı  mənimsədi.  Amma  özü 

bilirdi;  özü  daha  dəqiq  deyib  “...hər  şeyə  bənzəyən  heç 

nəyə  oxşamaz...”.  Özü  yaranışı  boyu  hamı  üçün  xırdalıq-

larınacan  aydın  olub,  “su  yerin  yumşağına  hopar,  su 

açıqdan  qayıtmaz...”  Bu  cür  deyimləri  ona  görə  yarada 

bilib  ki,  özü  də  elə  su  kimi  mövsümlərə-  fəsillərə  qarışıb 

yaşayıb,  “su  kimi  üzü  yola  ol”,  doğrudan  da  su  kimi  üzü 

yola  olub,  dövləti  kağız  üstündə  qurulan  bolşeviklərin 

yalanına uyub hara çəkirdilərsə ora getmirdimi? O boyda 

imperatorluqlar  yiyəsi  Türkiyə  türkləri  Avropanın  bir 

barmağının  işarəsiylə  özündən,  keçmişindən  yəni,  nece 

məmuniyyətlə  uzaqlaşdı,  hələ  də  uzaqlaşmaqda  davam 

etmirmi?    Nə  qədər  uzaqlaşdığından  xəbəri  yoxdu, 

qayıtmaq  istəsə  belə  nəinki  özünü,  heç  geyimini  tapa 

bilməz  ki,  kəndisinə  bənzəsin,  üstünü  örtə  biilsin  ki,  ayıb 

yerləri  görünməsin...  Günlərin  birində  sorsalar:  -Kimsin 

sen?    Maləsəf:  -Müslümanım,  -  söyləməkdən  ayrı  söz 

bulamaz.    


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İki  min  il  bundan  qabaq  da  elə  beləydi,  üzü  yola, 



hardan işıq gəlirdi ora, yerin harası yumşaqdı ora, tabqaç-

çin  xanımlarının  ipək  dilinə  aldana  –aldana,  bütün 

yaratdıqlarını da özgəninmiş kimi unudulmaqçün gözdən-

könüldən  uzaqlarda  qoyub  məhv  etdi.  ...Güntəkin, 

Tanyukuk,  Bilgə  xaqanın  daş  abidləri  də  iki  min  ildi  ona 

görə  bağırır:  “Ey  Türk  xalqı,  çox  sayda  öldün,  Çin 



xalqının(Tabqaç  bəylərinin)  yağlı  dilinə,  ipək  qumaşına 

aldandın, ey Türk xalqı, öleceksən! Güneydə Çuğay dağla-

rına, Tögültün obasına qonum deyirsən, ey Türk xalqı, ölə-

cəksən!...  Aclığı toxluğu  düşünməzsən,  (tox  olanda  aclığı, 

ac 

olanda 

toxluğu) 

bir 

doyarsan, 

aclığı 

heç 

düşünməzsən...!”  (Tələt  Təkinin,  “Orxon  Yazıtları” 

kitabından, Gül Təkin yazısı, güney üzü.)  

Minilliklər  boyu  türklərə  qarşı  yaşanan  acıq-qisas  izi 

var... Düşünək, görək nə acıqdır bu? Nə vaxtın qisasıdır ki, 

minilliklərə qalıb?! Ozü demiş, “qisası qiyamətə qaldı”. Nə 

qisasıdır bu? Yuxarıda qeyd etdim ki, türklər, azərbaycan 

türkləri də içində üstün və çatışmayan cəhətləriylə yanaşı 

daha  çox  tabiət  hadisəsidir.  Yəni,  qazanmış  olduğu 

uğurlarla  da,  uğursuzluğuyla  da  ancaq  təbətlə  müqayisə 

oluna  bilər...  Doğrudur,  irili-xırdalı  bütün  dünya  xalqları 

da  təbiət  hadisəsindən  başqa  bir  şey  deyillər,  amma 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yaşayış 


tərzindən, 

dünyaya 



baxışlarından, 

düşüncəsindən,  görünənlərlə  yanaşı,  görünməyənlərə  də 

bəslədiyi  münasibətindən  asılı  olaraq  bir-birindən  əsaslı 

fərqlənirlər...  Daha  doğrusu,  təbiətdə,  təbiətə  qarışmış 

halda,-payızında payızı, qışında qışı, yazında yazı, yayında 

yayı  yaşayanlar,  (mən  türkləri  bura  aid  edirəm)  təbiətə 

qarışmayıb ayrıca,- təbiətlə üzə duraraq yaşayanlar, misal 

üçün, Avropalılar kimi təbiəti öz hökmü altında saxlamaq 

istəyənlər...  Bütün  bunlar,  bu,  fərqli  yaşam  tərzi  insanın 

nəinki  sözünə-söhbətinə,  hətta  onun  görkəminə-

görünüşünə  də  təsir  edib,  dəyişdirə  bilir.  Ona  görə  də 

aran  adamıyla  dağ  adamı,  şəhərliylə  kəndçi  mövcuddur

Burdan  çıxış  etsək,  deyə  bilərik  ki,  həyatda  görünən  və 

görünməyən  yönlər  və  yöndəmlər  var,  bu  yöndəmlərin-

tərəflərin izahı  xalqları bir- birindən kəskin surətdə fərqli 

göstərir... 

 

 



 

Qoç... 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Tərəkəmə,  döltutma  vaxtı  olsa  da,  olmasa  da  qoçu 



həmişə  sürüdən  ayrı  saxlayar.  Çoban  sözüdür,  ayrı 

saxlanılmasa  qoç  həmişə  qoyunun  yadında  olar,  çünki 

yanındadı.  Tərəkəmənin  düşündüyünə  görə  əslində  qoç 

qoyunun yadından çıxsa  yaxşıdı; həm südün yaxşı verər, 

həm  də  iştahla  otlayar.  Belə  deyərlər  ki,  tərəkəmənin 

yaşayışı  davar  eşiylə,  yəni  saxladığı-becərdiyi,  yoldaşlıq 

etdiyi sürüylə, mal-davarla dəyərləndirilər. 

İçində  vaxtlı-vaxtsız  qoçu  olan  sürü  gendən  tanınar. 

Ona  görə  biri  o  birinin  sürüsünə  baxıb  deyər:-Sürü  sınıq 

görükür, içində qoç var, deyəsən. Bunu ona görə deyirlər 

ki, qoç qoyuna dinclik verməz; həm özü həm qoyun ətini 

tökər. Bir də döl ayı olmasa da qoç yalan yerdən qoyunun 

belinə qalxır, ona görə də qoyunların sağrı yunu (ətəyinə 

yaxın yerlər) həmişə çirkli olar.   



Deyirlər,  iki  çoban  varmış,  bir-birinə  qonşu 

yaylaqlarda  sürü  saxlayırmışlar.  Çobanın  biri  bilənmiş,  o 

biri  el  diliylə  desək,  quruca  ağac  tutan,  yapıncı 

geyinənmiş.  Usta  çoban      qışın  ağır  gələcəyini  hiss  edir, 

qoçu  ayırır  sürüdən,  o  birinə  də  deyir  sən  də  ayır.  -Nə 

danışırsan, - deyir, o biri ,- qoçsuz qoyun olarmı? 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yaylaqdan  enirlər.  O  il  doğrudan  da  ağır  qış  gəlir, 

evdən  eşiyə  çıxmaq  olmur.  Usta  çobanın  sürüsündə  quzu 

yox  idi,  çünki  vaxtında  qoçu  ayırmışdı.  Sürüsünü  bir 

təhərliklə  yaza  çıxardır.  O  biri  çobanın  qoyunları 

quzuluydu.  Quzulu  qoyun  da  deyərlər,  xanım  qulluğu 

istəyər.  Ona  görə  də  hamısı  tələf  olur.  İşi  belə  görənlər 

axışıb  ağıllı  çobanın  yanına  gəlirlər:  -Hardan  bildin,  qış 

ağır gələcək, qoçu qoyunnan ayırdın?! Ağıllı çoban deyir: - 

Bulud  yumurlandı  dedi,  su  damarlandı  dedi,  sürü  xumar-

landı dedi, dilbilməz anlamadı, dedi, dilbilən anladı, dedi... 

 

*** 


 

80-ci illərin sonlarında C.Cabbarlı adına “Azərbaycan-

film”  kinostudiyasında  çalışırdım.  Dağlıq  Qarabağda 

doğulub  böyümüş  erməni  mənşəəli  qadın  yazıçı-jurnalist 

Qreta  Qəhrəmanova  da  mənimlə  işləyirdi...  O  da 

Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. Son vaxtlar, yəni 

“Yer  üzünə  məktubu”  yazdığım  ərəfələrdə  onu  bir  neçə 

kərə  xatırlamalı  olmuşam.  Hər  şeydən  əvvəl  ona  görə  ki, 

bu  maraqlı  qadın  mənim  indi  ifadə  etmək,  açmaq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

istədiyim  bəzi  milli  mətləbləri  öz  xarakterində  daşıyırdı; 



azərbaycan  dilini  bilirdi,  amma  bildiyini  çox  böyük 

ustalıqla  gizlədirdi  ki,  biz  ondan  soruşaq:  -Azərbaycan 

dilini niyə bilmirsən, burda doğulub böyümüsən, burda da 

işləyirsən.  Ancaq  soruşan  olmurdu.  Onu  əhatə  edən 

xanımlarımızın heç ağllarına gəlməzdi, soruşsunlar.  

Mən  Qretanı  Aşıq  Ələskər  haqqında  yazdığı,  səhv 

etmirəmsə,  “Durna  çırağı”  adında  bir  məqaləsiylə 

tanımışdım,  Anarın  redaktorluq  etdiyi  “Qobustan” 

jurnalında nəşr olunmuşdu, gözəl bir yazıydı...Mənim indi 

təqdim etdiyim folklor nümunələrinə, - xalq düşüncəsinə, 



xalqın  yaratdıqlarına  yaxın  olmayan,  onu  dərindən  hiss 

etməyən,  sevməyən  Aşıq  Ələskəri  duyub,  belə  yazı  yaza 

bilməzdi.  Mən  o  vaxt  da  indi  də  bu  fikirdəyəm.  Amma 

Qreta  bunu,  bizə  olan  bu  sevgini  heç  vaxt  bildirmədi, 

bildirməzdi  də.  Onun  hərəkətlərində,  davranışlarında,  - 

bütün  bunlar  niyə  mənim  deyil,  ifadəsi  oxunurdu. 

Aramızda belə bir mübahisə oldu... 

-Biz  bu  gün  tarixlərə  qayıtsaq,  mən  gedib  filosoflara 

çıxacam,  erməni  filosoflarına,  sən  çobana  çıxacaqsan, 

bunu yəqin ki, bilirsən, elə deyimi? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Doğrusu,mən  bir  az  duruxdum,  gözləmədiyim  sual 

idi: 

-  hə,  dedim,  elədi.  Sən  gedib  yalançı  tarixçilərə,  hay 

adlanan  bir  məzlum  xalqı  aldadıb  avara-qaraçı  eləyən 

yalançı  filosoflara,  saxtakar  din  adamlarına  çıxacaqsan, 

mən  çobana  çıxacam,  bütün  Qafqazın  hər  qarışına  öz 

adını  verən,  Sibirdən  Balkanacan,  Uzaq  Şərqdən  Xəzər 

qıyılarınacan  qalalar  yapan,  şəhərlər,  kəndlər  tikən, 

dünyanın  o  başından  bu  başına  “İpək  yolu”çəkən  öz 

dastanlarını yazıb, musiqisini yaradan izi itirmək üçün rus 

tədqiqatçılarının  işquz-quz-oğuz  adını  qəsdlə  Skif  kimi 

şifrələyən,  yazan  sak-oğuz  çobanlarına  çıxacam,  doğ-

rudur. Bilməmiş deyilsən ki, çobanlıq da minilliklər siviliza-

siyasının əsas mərhələlərindən-dönəmlərindən biridir. Hə-

yat məktəblərindən də demək olar. Yurdsuzdan çoban ol-

maz.  Çoban  yeri-yatağı,  Aranı-dağı  olanlara  lazımdır; 

çobanlıq  ev,  el-oba,  -kənd,  şəhər,  -Vətən  bağlarından 

biridir  ki,bununla  yaşadığın  ömrə-günə  bağlana  bilırsən, 

həyatını, gedişatını, inkişafını qurursan, Təbiətə qarışıb öz 

düşüncəndə  yaranan  düzənlə,  qayda-qanunlarla  aradakı 

boşluqları doldurub yurd salırsan, quş yuvasını dimdiyində 

daşıdığı  kimi  özünə  Vətən  tikib  böyüdürsən,  oğul-uşaq 

böyütdüyün  kimi.  Indi    əlimdəki  “...məktub”  boyu  təqdim 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

etdiyim  nümunələr  də  onun    yaratdıqlarıdır  ki,  tarixim, 

tarixi faktlarım kimi fəxarətlə başımın üstə qaldırıb qürur 

duyuram... 

Bugün siz nəyə görə özünüzə yer tapa bilmirsiz, qapı-

qapı  düşüb  çörək  axtarırsız?!  Ona  görə  ki,  o  mərhələni 

yaşamamısız... Elədi, elə deyil?! 

 

Yaylaq  dərslikləri... 

 

Belə  deyimlər  var:  “Çobanın  bildiyini  bilici  bilməz. 

Çünki  o,  dilbilməzi  danışdırandı.”    “Şoban  dilbilməzlə  dil 

tapandı” . Məsəl var: Oğlunu çoban qoy adam olsun, çox 

qoyma  ki,  cüdam  olar.  Addı-sanlı  usta  çobanlara  sərkər  

deyərlər, sürünün sərkəri. 

Sərkər  çoban  dan  sökülər-sökülməz:-  havada  süd 

sazağı var, yaxşı ot günüdü-dedi. - Sürünün yönünü çəkdi, 

tərpənişindən bildi ki, axşamnan acdı. Çünki ayağa duran 

kimi yanını, -arxacı otlamağa başlamışdı. Usta çoban ona 

görə  də  sürüyə  acıqlandı:  -  Arxac  ətəyi,  arxalıq  ətəyidi, 

arxac otuyla qarın doymaz, -dedi. - Yürü, yamaca. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sürünü dağın qılıcına ( zirvəyə qalxan dik) sarı apardı. 



Səhərin sazaqlı çağında sürününki dağ qılıcıdı.  

Aradan  dağ  çayı  keçirdi;  belə  tezdən  sürünü  çaydan 

keçirməzlər;  qoyun  tufana  dözər,  səhərin  dağ  çayına 

dözməz, deyərlər: “sürünü üşü vurar”... 

Dağın qılıcına çatıb çöksüyüb, yəni, sancılıb otlayar. 

Gün  qalxdı,  sürünün,  belə  deyərlər,  “dırnağı  isindi, 

ağzı  durdu”,  yəni  doydurdu  özünü.  Sürünü  “xam  vurdu” 

ifadəsi  də  var.  Sərkər  çobanlar  həmişə  sürüyə  “xam 

saxlayarlar”.  Bəlli  bir  yeri  qoruyub  qoruq  edərlər,  mal-

heyvan buraxmazlar, xam saxlayarlar ki, arada bir sürünü 

orda  otarsınlar.  Xam  saxlanan  yerdə  yonca,  yoncaya 

bənzər  kimi  ağır  yem  otları  olur  ki,  sürü  çox  yesə  həzm 

edə bilməz, ona görə də sürünü xamnan tez keçirdirlər ki, 

dayanıb  özünü  doydurmasın,  doydursa,  sürü  vaxtsız 

gövşəməyə başlayır, onda deyərlər, sürünü “xam vurdu”. 

Sürünün  gövşək  vaxtı  günortadı.  Tezdən  heç  bir  heyvan 

gövşəməz. Belə olanda, yəni qoyunu “xam vuranda” qara 

çıxardarlar.  Dağların  qüzeyində  illərdən  qalma  qar 

qalaqları olur, sürü qara yığılır. Bu, həm gənəsini tökmək 

üçündü,  qarın  soyuğundan  gənələr  tökülür,  sürü 

çəkiləndə  qarın  üstü  gənəylə  örtülmüş  olur...  həm  də 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qoyun  qar  yeyir,  xamda  otlayandan  sonra  xarlanmış  qar 



yoncanın, xam otunun həzmini yüngülləşdirir. 

Sağından  qabaq  qoyunu  sulamazlar,  deyərlər  ki, 

südünə su yığar. Səhər otunun şehiylə, günortaüstü qara 

çıxmağı  sürüyə  bəs  edir.  Bütün  bunlardan  sonra  sürü 

sağına gəlir, sağmalı subayı ayrılır. Sağmal sağın bərəsinə 

keçir,  sağıncı  çobanlar  bərənin  ağzında  yerlərini  tutub 

sağına  başlayırlar.  Bütün  bunları  bərəçi  tənzim  edir... 

Budur, minilliklərin dəyişməz yaylaq qaydaları... 

Sağın  növlərindən  ən  əsası  oyşar  sağınıdı,  buna 



sıxma sağın da deyilir. Çirtma sağın da var, tək məmə də 

adlanır. 

Sağın  qurtarandan  sonra  quzuçunu  səsləyirlər. 

Niyəsə  quzuçunu  adıyla  çağırmazlar.  Mən  o  vaxtlar  çox 

soruşdum çobanlardan, aydınlaşdıra bilmədilər. mənə elə 

gəlir  ki,  quzuçunun  tanınmaması  üçün  adsız  çağırırlar. 

Qardaşım da elə dedi: quzuçinin adını bilməsələr yaxşıdı. 

Mindən  çox  sağmalı,  yəni  ana  qoyunu  olan  sürünü 

becərmək, bəsləmək  çətin-ağır sayılır, ən yaxşısı beş yüz 

sağmalı  olan  sürüdü.  Bu  sayı  döndərmək,  qatdamaq, 

becərmək asandı. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sağı n qurtaranda Quzu



ç

unu səsləyirlər. Quzu

ç



quzunu səsə gətirir; beş y



ü

z ananı n beş y

ü

zdən 


ç

ox 


balası  bir-birinin səsinə qaçı rlar. G

ö

zləri ayaqları nı n 



altı nı  se

ç

mədiyi 



üçü

n nə qoyun, nə quzu bir-birini 

g

ö

rm



ü

r, ancaq səsi tanı yı rlar; hərə 

ö

z doğma səsinə 



doğru qaçı r... Beləcə yaylaq diliylə desək, b

ö

y

ü



tapı şma (T

ü

rkiyə t

ü

rkcəsində buluşma) anları  

yaşanı r. Ana balanı n, bala ananı n səsini aramağa 

başlayı r. Bu yaşı ma qədər d

ü

nyanı n he



ç

 bir 


yanı nda buna bənzər mənzərə g

ö

rmədim. Bir daha 



g

ö

rməyəcəyim duyğusu daha kədərlidir. S



ü

r

ü



 -qoyun 

hər yerdə var, amma o yaylaqlar, o adətlər, o 

d

ü

zənlər ki, indi mən təsvirini verməyə 



ç

alı şı ram, 

işğal altı ndadı r. Ermənilər   Rus-Sovet hərbi 

q

ü



vvələrinin k

ö

məyiylə ələ ke



ç

irti, indi T

ü

rkiyə 


sərhəddi boyu o yaylaqlarda rus hərbi düşərgəsi 

yerləşdirilib. Qrda he

ç

 kəs yaşamı r; yaylaqlar da 



yaşamı r, dağlar da yaşamı r. Orda indi dağları  dağ 

kimi g


ö

rən yoxdur, daş-torpaq yı ğı nı  kimi g

ö

rən var. 



Dağlar ordakı lara ona g

ö

rə lazı mdı r ki, arxası nda 



gizlənsinlər, ya da ayaqları nı n altı na qoyub 

ü

st



ü

nə 


çı xsı nlar ki, g

ö

rs



ü

nlər, t



ü

rklər hardadı r... Beləcə, 

orda hər şey səssizlik i

ç

ində qaldı , lal-kar. Yaylaqlar 



həyatı nı  itirdi, bulaqlar adı nı ... T

ü

rklərin 



düşüncəsində, anlayı şı nda g

ö

zdən axan yaş su 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

olmadı ğı  kimi, bulaqlardan axan da su deyil... 



Təbiətlə 

ü

zə duranlar, təbiətlə istədiyi təki rəftar 

edənlər bu hissləri yaşamazlar.   

 

*** 



 

Yaylaq həyatı  haqqı ndakı  s

ö

hbətimə 


qayı dı ram.1950-ci illərə qədər yaylaqda he

ç

 nə 



dəyişməmişdi, 

üç

 min il bundan qabaq neceydisə 



eləydi. Minilliklər boyu quzular əmiş zamanı  anası na 

tərəf nece qaçı rdı sa indi də elə qaçı rdı ... Xalq 

arası nda buna “sərdən s

ü

rmək” də deyilir. Sərdən 

s

ü



rmək beş y

ü

z quzunun hamı sı nı n 



ö

z anası nı  

tapmağı dı . Bu boyda səsin i

ç

ində anası nı  



tapmayanlar 

ç

ox olur, Sərdən



ç

i ananı  balaya 

qovuşdurana deyirlər. Quzular da qoyunlar da 

Sərdən


ç

iyə 


ö

yrəşdiyindən bir-birini bulmayanda onun 

yanı ndan ayrı lmı rlar; Sərdən

ç

i onları n hamı sı nı  



bir-birinə qovuşdurur, bununla da ətrafa səssizlik 

çö

-



k

ü

r, yaylağa 



çö

kən bu səssizlik də b



ö

y

ü



qovuşmanı n, -tapı şmanı n yaratdı ğı  mərhəmət, 

dinclik duyğusundan, yağı şı n yağı b kəsdiyi kimi 

təbiət hadisəsindən başqa bir şey deyil.  

Ustadlar deyər: Qoyunu nece sağı rsan sağ, 



balası na s

ü

d saxlayacaq. 

Ç

obanlar bir-birinə bunu 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

da deyərlər: Səhərdən deyirdin başı m ağrı yı r, 



sərdənə çı x, ağrı n kəssin... 

Sərdəndən sonra dələmə tutmaq vaxtı  gəlib 

ç

atı r. Qoyun sağı ldı qca s



ü

d

ü



 s

ü

z



ü

b palı d çəlləklərə 

doldururlar. Bu işi də ən 

ç

ox Sərdən



ç

i g


ö

r

ü



r. 

Ç

obanları n 



ö

z

ü



n

ü

n hazı rladı ğı  dələmə mayası  olur: 



dəqiq yadı mda qalmayı b, qoyunun 

ö

z qursağı yla 



hansı  turşunusa qatı b d

ü

zəldirdilər, bununla da  



çəlləkdəki s

ü

d



ü

 mayalayı b uyuyşmağa (məktubda 

ü

yüşməyə” yazı lmı şdı ) qoyurlar...  



Min-min illər qabaq bərə, bərəçi nə demək idisə 

indi də o demək idi. Sağı n n

ö

vləri; oyşar, çı rtma 

sağı m, təkməmə sağı m indi də vardı . Dələməni indi 

də,yəni 

üç

 min ildən sonra da palı d çəlləkdə ağ 

yapı ncı ya b

ü

k

ü

b “qı mqı nı ”yla yatı rdı rdı lı r ki, 

uyuşsun: 

   

 

Qum kimi quyrul, yat, 

   

 

Saman kimi soyrul, yat. 

   

 

Al, s

ü

d

ü

m sənin olsun 

   

 

Yat yuxun dərin olsun. 

   

 

Sayaçı  gəlib saya gəlib, 

   

 

Yel babası  paya gəlib, 

   

 

Sən də gəl... Sən də gəl! 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin