2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bir il də keçdi, 1964-cü ilin sentyabr ayında DTK
gizlin fəaliyyətimizdən xəbər tutdu.
1964-cü ilin payızı idi. Universitetin Yasamalda
yerləşən yataqxanasında səhər tezdən qapımız döyüldü,
tanımadığımız adamlar içəri girdilər.
- Balakişiyev kimdir?
- Mənəm, - dedim.
- Gəl!
Məni araya aldılar, pilləkəni endik… Jurnalistika
fakültəsinin tələbəsi Hüseyni də mənim kimi araya
almışdılar. İki qara maşın dayanmışdı, hərəmizi bir maşina
qoyub apardılar.
Hara
getdiyimizi
bilirdim.
Keçən
həftə
yoldaşlarımızdan bir neçəsini aparmışdılar. Gedib
qayıdanlar artıq bizə yaxınlaşmırdılar. Münasibətlər
qapanıb ətrafa anlaşılmaz dərin vahimə çökmüşdü.
Səhər tezdən, qaranlıq düşənəcən məni müxtəlif
otaqlarda dindirdilər.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qaranlıq çökmüşdü, saat 9-10 radələriydi. Uzun, ala-
qaranlıq dəhliz boyu dolana-dolana xeyli getdik (bəlkə də
mənə belə gəlirdi), bir otağın qapısında dayandıq. Qapını
ehtiyatla və ehmalca açıb məni içəri saldılar.
Qapının ağzında dayanıb otağa göz gəzdirdim,
özümü itirmişdim, fikrimdə-düşüncəmdə heç nə yox idi.
Çox güclü, şaqraq gülüş səsinə özümə gəldim. Otaq
çox böyükdür, yuxarı başda saçlarını arxaya daramış,
enlikürəkli bir adam oturmuşdu.
- Yaxın gəl..!
Bir neçə addım gedib yenə dayandım.
- Yaxın gəl..!
Stolun üstündə iri vazada alma qoyulmuşdu. Yaxın-
laşdım.
- Alma ye!
- Yemirəm, - dedim, dodağımın altında.
- Otur, görüm!- Səs dəyişmişdi. Elə zəhimli idi ki, elə
bil məni divara çırpdılar.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qorxulu-qorxulu başımı qaldırıb baxdım. Elin-obanın
«komissar» dediyi əmimi xatırladım, kövrəldim… Burdan
çıxıb qurtaracağıma inanmırdım, ümidim üzülmüşdü
artıq.
- Neynəmisiz?
Susmuşdum…
- Düzünü de, görüm, neynəyibsiz!
- Heç nə, – dedim. – Yığışıb Cənubi Azərbaycan
haqda danışmışıq.
- Cənubi Azərbaycanın nəyindən danışmısız?
Tanıyırsız Cənubi Azərbaycanı?!
Dinmədim.
- Sonra neynəmisiz?
- Heç nə…
- Onsuz da məlumdur hər şey… Keçini keçi
ayağınnan, qoyunu qoyun ayağınnan asacayıq.
Sözə başımı qaldırdım, çoxdandır bu məsəli
eşitmirdim.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-
Hardansan,
danışığınnan
bir
şey
ayırd
edəmmədim.
Hardan olduğumu dedim…
Bir az ara verdi, bu səssizliyi anlamaq üçün başımı
qaldırdım… Mənə baxırdı… O vaxtdan qırx il keçib, mən o
baxışları bütün dərinliyiylə indi də xatırlayıram. Bayaq
sərtliyinə, zəhminə tab gətirmək mümkün olmayan
göyümsov, daha çox yaşıla çalan gözlərində doğmalıq hiss
olunurdu.
- Kimin var, sənin?
- Atam davadan qayıtmayıb, anam var.
- Harda işləyir anan?
- Kolxozda…
- Sizə zəhmət çəkənlərin əməyini itirməyin, təhsil
alın, biliyinizi artırın. Ağıllı, bilikli gəncliyə xalqın indi daha
böyük ehtiyacı var. Sən bilirsənmi, başqa vaxt olsaydı,
sizin başınıza nə oyun açardılar? Güllələyərdilər…
hamınızı!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Mən artıq özümə gəlmişdim, olanları, olacaqları
anlayırdım. Başladığımız işin belə uşaqcasına qırıldığının
göynərtisi yenidən oyansa da bu doğma adamın hissləri,
duyğuları qarşısında baxa-baxa qalmışdım.
- Mənim bu sözümü unutmayın, bunu mən sizin
hamınıza demişəm. Ağlınızı başınıza yığın, bu xalqa, bu
millətə xeyir verin, elmini ucaldın, tarixini yazın. Rus dilini
öyrənin, başqa dillərə yiyələnin. Nə elədiyinizdən
xəbərimiz var. Bilmirsiz ki, bu işin ziyandan başqa bir xeyri
olmayacaq?! İndi Moskva nəticəsini soruşacaq bizdən!
Hamısını eşidiblər, bilirlər. Amma mən sizi Moskvaya
təqdim etməyəcəyəm. Bunun nə demək olduğunu
anlayırsızmı?!
O vaxtdan qırx il keçib. Mən o görüşü həmişə
xatırlamışam. Bərkə-boşa düşdükcə, yaxını-uzağı dərk
etdikcə bunun nə demək olduğunu anlamışam…
60-cı
illərin
sağlam
mühitini,
ali
məktəb
müəllimlərinin dilə gətirdikləri milli duyğuların hardan
gəldiyini,
qarşısıalınmaz
oyanışın
kökünün
hara
bağlanıldığını
bildim,
Azərbaycanın
ictimai-siyasi
mühitində yaranmış milli hisslərin, özünüdərkin, sətraltı
çağırışların oyanmasının səbəbini, mənasını anladım.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dövlət Təhlükəsizliyi Komitəsinin qorxulu nağıllara
bənzəyən qaranlıq, qapalı həyatına Heydər Əliyevin
gəlişiylə işıq düşmüşdü və bu işıq nəhayət, bizim də milli
düşüncələrimizi işıqlandırmışdı, bu işıqda biz bir-birimizi
görməyə başlamışdıq, birliyə səslənirdik.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-in
I katibi vəzifəsinə təyin olunması milli oyanışın daha geniş
vüsət almasına səbəb oldu.
Xalq ən yüksək tribunadan nəhayət ki, öz səsini
eşitməyə başladı. Respublikanın birinci şəxsi onun doğma
dilində danışır, milli hisslərə, duyğulara geniş yer verir, öz
dilini gözəl, səlis bilməyiylə ümidi üzülmüş ziyalılarımızı
təəccübləndirir, xalqsa sevindiyindən kövrəlirdi.
Yadımdadır, 70-ci illərin ortalarıydı, Novruz bayramı
ərəfəsində böyükdən kiçiyə hamı Şıx çimərliyi səmtində
ağac əkməyə çıxmışdı. Yazıçılar İttifaqının ayrıca sahəsi
vardı, orda ağac əkirdik. Heydər Əliyev sahələri dolaşıb,
adamlarla görüşüb axırda yazıçıların yanına gəldi. Həmişə
olduğu kimi səmimiydi, ərki çatanlarla zarafat edir,
gənclərlə maraqlanırdı.
Şair Qabil yenə özünəməxsus orijinallığı ilə seçildi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
- Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl
danışırsınız!
Heydər Əliyev astadan gülüb dedi:
- Qabil, sən niyə mənim rusca gözəl danışmağıma
təəccüb etmirsən, azərbaycanca danışmağıma təəccüb
edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili
bilməliyəm! Eləcə də hamımız.
Bu söz, bu fikir elə ordaca alqışlarla qarşılandı…
Amma onunla bitmədi, çoxlarımızın xəbəri olmadan bu
söz, bu fikir kiçik məcrasından çıxdı. Uzun müddət milli
tərbiyəmizdə iş gördü.
Rus
məktəblərinin
get-gdə
genişlənən
və
şirnikləndirici perspektivlər vəd edən qapılarının taybatay
açıq olduğu vaxtda, yüksək vəzifə yiyələrinin öz dilini
unutduğu bir zamanda deyilmiş bu söz, bəlkə də bir neçə
günün içində Azərbaycanımızın bütün künc-bucağına
yayıldı, öz doğma dilinə xor baxan vəzifə sahiblərinin
yadına çox şeyləri saldı.
Onları dönüb arxaya baxmağa vadar etdi… Arxadakı
isə taleyi tükdən asılı olan Azərbaycan idi… Bu da faktdır
ki, bir az əvvəl yuxarı səviyyələrdə Azərbaycan dilində
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ümumiyyətlə danışıq getmirdi, rus dilini pis bilənləri işə
götürmürdülər, ona pis baxırdılar və s.
Adi bir iməcilik günündə deyilmiş bu söz, bu fikir və
ümumiyyətlə Heydər Əliyev fəaliyyəti doğma dilimizə
olan soyuq münasibəti dəyişdirdi. Yeri gəldi-gəlmədi rus
dilində danışan və danışmağa can atan kütləviliyin qarşısı
alındı. Gələcəyi bu cür anlayanlar ayaq saxladılar və
düşünməyə məcbur oldular.
Rəhmətlik
Rəsul
Rza
danışırdı
ki,
(Anarın
dediklərindən) Azərbaycan KP MK-nin I katibi H.Əliyevin
qəbulunda oldum…
Novruz bayramıyla bağlı fikirlərimi bildirdim. Mənə
dedi, - Rəsul müəllim, gəlin gedək bizim evə, görək
Novruz bayramını siz yaxşı keçirirsiniz, yoxsa biz. Əgər
bizim ziyalılarımız Novruz bayramını mənim tapşırığımla
keçirəcəklərsə bu heç də yaxşı deyil… Qoy ürəkləri
istədikləri şəkildə keçirsinlər.
O zaman 70-ci illərin əvvəlləri idi, bu söz də dildən-
dilə düşdü…
Yaz bayramımız öz səmənisiylə evlərdən bayıra
çıxdı, yaxınlı-uzaqlı yurdumuzu dolaşdı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
1976-cı ildə Azərbaycan Yazıçılar İttifaqının VII
qurultayı keçirilirdi. Qurultayda Respublikanın I katibi
Heydər Əliyev iştirak edirdi. Gənc yazıçıların – mənim
yaşıdlarımın iştirak etdiyi ilk qurultay idi və orda
mübahisələrə, müzakirələrə səbəb olan söhbətlər indi də
yadımızdadır…
Heydər Əliyev prezidiumda oturmuş Süleyman
Rüstəmə və başqa qocaman şair, yazıçılara müraciətlə
dedi:
- Süleyman müəllim, mən hələ orta məktəbdə ikən
dərsliklərdə sizin şeirlərinizi oxuyurdum, 60 il keçib,
dərsliklərdəki yenə sizin şeirlərinizdir. Bu çox yaxşıdır.
Bəs, bu 60 ildə heç gənc şair yetişmədimi?.. Gənclər hanı
bəs?!
O vaxtın gurultulu alqışları hələ də qulaqlarımdan
getməyib.
Yekun iclasında bir sıra məsələlərlə yanaşı İraqın
Kərbəla şəhərində uyuyan Məhəmməd Füzulinin qəbrinin
Azərbaycana gətirilməsi haqda məsələ qaldırıldı. Heydər
Əliyevin dediyi sözləri yəqin ki, iştirakçılar yaxşı xatırlayır.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
- Siz istəyirsiz bu məsələni mən qaldırım. Ancaq bilin
ki, elə şeylər var, mənə qədər həll olunmalıdır. Siz öz
tərəfinizdən bu istəyinizi, arzunuzu bildirsəniz daha yaxşı
olar. Çünki, mən bunu etsəm hallandıracaqlar,
mənalandıracaqlar, başqa rəng verənlər olacaq…
Vaxt-zaman özü bunu təsdiq etdi. Biz bunu yaşadıq,
bu gerçəkliyi gözümüzlə gördük, başımıza gəldi…
Həmin illərdə Yazıçılar İttifaqının qonağı olan gürcü
şair-tərcüməçi Zezva Medulaşvilini Bakının görməli
yerləriylə
tanış
edirdim,
Yazıçılar
İttifaqından
tapşırmışdılar… Nağıllarımızın, «Koroğlu» dastanının
gürcü dilinə tərcüməsiylə məşğul idi. Azərbaycan və
erməni dillərini yaxşı bilirdi.
İçəri şəhəri dolaşdıq, Dağüstü parkdan Bakını seyr
etdik… Bakı doğrudan da bir neçə ilin içərisində
dəyişmişdi…
Qonaq baxdı-baxdı, gözləmədiyim halda dedi:
- Bilirsiz, siz niyə belə sürətlə inkişaf edirsiz?!
- İnkişaf edirik ki, bəyəm?! – təəccübümü gizlədə bil-
mədim.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
- Siz görməsəniz də böyük inkişaf mərhələsi
keçirirsiniz, - dedi.
– Uzaqdan hər şey yaxşı görünür.
- Bəs, inkişafımızın səbəbi nədir? – soruşdum.
- Sizin birinci katibiniz millətçidir, budur səbəb.
Dedim:
- Hörmətli Zezo, hamı sizə millətçi deyir, sizsə…
Dedi:
- Hamının millətçi olmağı başqa şeydir. Bir də ki, bi-
zimkilər ancaq danışarlar, iş görməzlər. Sizinki isə danışır,
amma dilindəki işi yox, ürəyindəki işi görür.
Bu söz gözlənilməz olsa da mən fəxr etdim və qürur
duydum…
Biz çox vaxt uzaqların-qonşuların belə yaxşı gördüyü
bu həqiqəti görmək istəmirik. Ancaq görməmək mümkün
deyil, sadəcə görüb göz yumuruq… olsun! Amma fakt
faktlığında qalır. Zaman keçir, hər şey durulur və Heydər
Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün müstəqillik
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
təntənəsini yaşayan Azərbaycanımızın əsasını təşkil edir.
Biz desək də, deməsək də Azərbaycanda inkişaf etmiş,
böyümüş, artmış, tikilmiş, yenidən qurulmuş hər nə varsa
onun adıyla bağlıdır! Bunu danmaqsa mümkün deyil… Bu
tarixdir!
1983-cü illərdə Əbülfəz Elçibəyin bir söhbətini xatır-
layıram: «Türkiyə radiosunu dinləyirdim, veriliş Heydər
Əliyevə həsr olunmuşdu. Jurnalist belə bir cümlə işlətdi:
«Azərbaycanda doğulmuş türk cocuğu Haydar Aliyev
Kremli fəth ediyor…» Sonra əlavə elədi, XX əsrdə türk
dünyası iki böyük şəxsiyyət yetirib. Mustafa Kamal
Atatürk və Heydər Əliyev. Çoxlarımız bunun fərqinə
varmırıq, amma onlar çox uzaq görəndirlər, həm də
sərkərdədirlər. Türk dünyasının sərkərdələri…
1970-ci illərin sonlarına yaxın Heydər Əliyevin
iştirakı ilə Bərdə rayonunda zona müşavirəsi keçirilirdi.
Yazıçılar İttifaqının sədri İmran Qasımovun başçılığı ilə
gənc yazıçı və şairlər də iştirak edirdi. Mən də onların
arasındaydım…
Hər yanda səliqə-sahman, işgüzarlıq duyulur, hər
şey sözün əsl mənasında üzə gülürdü!.. «İttifaq daxilində»
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bu görüntünün, mənzərənin özü də yazılası, maraqlı
mövzulardandır…
Zona müşavirəsinin birinci günü sona yetdi…
Heydər Əliyev bizi unutmamışdı, Bərdə rayon
partiya komitəsinin I katibinə üz tutdu:
- Səfərəliyev, yazıçılarla özün məşğul ol! – Onun bizə
ayırdığı diqqət həmişəlik yaddaşlarda qalacaq. Bu gün 60
yaşını haqlamış, Azərbaycan ədəbi mühitində əsaslı yer
tutan yazıçı və şairlərimiz o günü, o anı bütün ömrü boyu
xatırlayacaqlar.
- İmran müəllim, gənc yazıçıları təqdim et, tanış
olaq!
Vaxt o vaxt idi ki, yazdığımız şeirləri, hekayələri milli
soyadımızla yaza bilməzdik, gizli qadağa qoyulmuşdu. Və
gizli qadağaların əslində daha qorxulu olduğunu nəzərə
alsaq o günlərin sıxıntılarını anlamaq o qədər də çətin
deyil.
Müşavirədə iştirak edən Rüstəm və Maqsud
İbrahimbəyov qardaşları elə o zamanlar da tanınırdılar,
İttifaq miqyasında məşhur idilər. Azərbaycan Yazıçılar
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İttifaqının sədri İmran Qasımov bizi tanış etdi. Bir-bir
qalxıb özümüzü təqdim etdik:
- Nüsrət Kəsəmənli.
Mətbuat
nümayəndələri,
ittifaqın
müxtəlif
yerlərindən gəlmiş qonaqlar, jurnalistlər, kinooperatorlar,
teleoperatorlar maraq içindəydilər. Bir anlıq sükutdan
sonra Nüsrətin soyadını Heydər Əliyev də təkrar etdi.
- Həə, Kəsəmənli… Nə deməkdir Kəsəmənli?
- Kəndimizin adıdır.
- Oldu, Kəsəmənli…
Sıraylı oturmuşduq. Sabir qalxdı:
- Sabir Rüstəmxanlı!
Heydər Əliyev Sabirin soyadını da təkrar etdi.
- Hə, Rüstəmxanlı!
Mətbuatda «oğlu», «xanlı», «lı-lü» soy-famil
sonluğunu yaxın buraxmayanların bəziləri də müşavirədə
iştirak edirdilər. Çoxunu hətta tanıyırdıq da… Onların
hamısı ləzzət içində gülümsəyirdilər. Yəqin düşünürdülər
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ki, indi ciddi şəkildə tapşırılacaq ki, yığışdırın, bu cür
familiyaları. Hamı gərginlik içində gözləyirdi.
- Səyavuş Sərxanlı.
Heydər Əliyev gülümsədi:
- Hə, Sərxanlı – xanlı!
Mən ayağa durdum:
- Mövlud Süleymanlı.
- Oldu, sağ olun, əyləşin!
Müşavirədən bir müddət sonra İmran müəllim bizi
qəbul etdi.
- Mən, yoldaş Heydər Əliyevin tapşırığıyla sizi bir də
çağırtdırdım. İstəyirəm onun sözünü sizə çatdırım. Heydər
Əliyev dedi ki, müşavirədə iştirak edən gənc yazıçılardan
muğayat ol, nə problemləri olsa həll et. Yaxşı uşaqlardır.
Doğrudan da elə o ərəfədə evlə təmin olunduq,
maşın aldıq, hərəmiz bir yerdə işləyirdik. Bir yazmaq
qalırdı…
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Və doğrudan da böyük həvəslə, ruh yüksəkliyilə
yazılarımızı yazırdıq…
Yeni ab-hava yeni də düşüncə tərzi tələb edirdi…
İstər-istəməz milli duyğular canlanır, ağlı başında
olan hər bir qələm əhli özünü dərk etməyə çalışır, onu
əhatə edən sıxıntıları, yad-yabançı münasibətləri
ədəbiyyata gətirir, özünü təsdiq edirdi.
Heç, şübhəsiz, «Dəyirman» povesti də bu sağlam,
duru, doğma ab-havanın məhsulu kimi meydana çıxdı.
Əsər 1979-cu ildə «Azərbaycan» jurnalında dərc olunan
kimi hücumlara məruz qaldı. Antisovet əsər adıyla
hallandırıldı. Mərkəzə məktublar yazıldı. Elə həmin ilin
payızında Yazıçılar İttifaqı, Natəvan adına klubda
«Dəyirman» povestinin müzakirəsini «məhkəməsini»
keçirməli oldu.
Qaragüruh bu əsərə qarşı, - mənə qarşı çox aqressiv
idi… bu münasibəti mən indii təhlil edib göstərmək
fikrində deyiləm. Fikrim məni qoruyan, məni sınmağa,
məhv olmağa qoymayan insanlara minnətdarlığımı
bildirməkdir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
«Dəyirman» əsərinin müzakirəsi, ona qarşı olan
hücumlar böyüyüb bütün Azərbaycanı bürüdü, Moskvaya
teleqramlar vuruldu… Burda da, orda da kitablarım
plandan çıxarıldı. Hamısı üstümə qaytarıldı.
Belə sıxıntılı günlərimin birində gənclərin dostu,
xeyirxahı olan mərhum İmran Qasımov Əkrəm Əylisliylə
məni yanına çağırdı, dedi:
- Yoldaş Heydər Əliyev indi mənimlə telefonda
danışdı. Soruşdu ki, bu nə «Dəyirman»dı belə? Toyda da
dəyirman, yasda da dəyirman. Mən povest haqda qısaca
fikrimi bildirdim.
- Göndər. – dedi – mən də baxım.
Və mən, sizin xəbəriniz olmadan «Azərbaycan»
jurnalını göndərdim. Budur, oxuyub fikrini bildirdi, hətta
akademik Həsən Əliyev də oxuyub, onun da fikrini dedi.
«Əsər istedadla yazılmış əsərdir, müəllifi qorumaq
lazımdır. Sadəcə onun həyata baxışını, görüşlərini
müəyyənləşdirmək lazımdır. Anlasın ki, həyatımızda yalnız
tünd boyaları yox, işıqlı tərəfləri də görsün»…
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sonra dedi ki, müəllifi də, əsəri nəşr edən redaktor
Əkrəm Əylislini də vaxt tapan kimi qəbul edəcəm.
Mən köməyi – dəstəyi dərhal bütün varlığımla hiss
etdim… Dediyim qaragüruh məni uçurum qarşısınacan
sıxışdırmışdı. Əllərini çəkdilər.
Heydər Əliyevin qəbulunda da olmuşdular artıq. O
dəstənin arasından bir nəfər mənə danışdı:
- Hərəmizin əlində «Dəyirman» povestinin nəşr
olunduğu
«Azərbaycan»
jurnalı
Heydər
Əliyevin
qəbulunda olduq. Bizi görən kimi, - nolub, - dedi, - nə baş
verib?!
- Yoldaş Əliyev, bu əsərdə bizim quruluşumuza
böhtanlar atılıb, qara yaxılıb, söyüşlər yağdırılıb!
- Nə söyüş? – soruşdu.
- Söyüşlərin altını qırmızı karandaşla cızmışıq…
Sayını da bilirik. Yetmiş üç söyüş var.
Heydər Əliyev əsəri vərəqlədi, altından xətt çəkilmiş
söyüşün birini oxuyüb bərkdən güldü, dedi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |