2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Deyərlər,
ölünü
dəfn
edib
qayıdanda
-
qəbrstanlıqdan çıxanda geri baxmazlar. Geri baxılsa
kəndin öləni çox olar...
İki xanlı kənd...
(Şərur bölgəsinin Qarabağlar kəndindən məktub.
1971-ci il)
Belə deyirlər ki, bir kəndin iki xanı varmış. Indi görün,
nece olar iki xanlı kənd. Bu xanın birinin adı Usub
ağaymış, birinin adı Cabbar xan. Qurd deyərlər, ağız-ağıza
yatar, bunlar da elə göz-gözə yatarlarmış. Bir-birinin
ağzından gözlərini çəkməzmiş ki, görsün kimin ağzından
nə keçdi. Görənnən göz kirəsi, deyənnən söz kirəsi
istəyərlərmiş. Kənddə deyərdilər: əkinnən gələn xeyir
Cabbarnan Usubun, gedən kasıbın. Payları artıq
düşdüyündən günlərin birində Usub ağa vurub Cabbarı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
öldürür... Cabbarın adamları yasa ağıçı aparmaq
istəyirlər. Elə həmin kəndin də bir ağı deyəni varmış,
gəlib onu yasa aparırlar. Ağıçı arvadın bir qısqanc əri
varmış, toyda da qısqanarmış, yasda da. Kişinin həm də
Usub ağadan da, Cabbar xandan da zəhləsi gedirmiş.
Istəyir, gələnlərə yox desin, arvada izin verməsin. Yenə
eldən-obadan ayıbdı, deyir, razılaşır. Amma arvadına
tapşırır ki, dediklərinə fikir ver, artıq-əskik bir şey desən
özünnən küs. Nə isə, arvadı ağıçı kimi, özü də elə belə,
arvadın yanıyla, gedirlər Cabbar xanın yasına. Arvad
başlayır ağı deməyə.
Gül açıbdı, “Dəmilər”in çiçəyi,
Qana batıb Cabbar xanın birçəyi.
Yığılıbdı Qarabağlar göyçəyi...
Ağının elə bu yerində kişi özünü saxlaya bilmir,
əlində də ağac girir ağı deyilən yerə, arvadının qolundan
tutub aparır evə: Belə-şelə qızı, sən indi özünə göyçək
deyirsən? Cabbar xanın hansı yaxşılığına yaraşır bu sözlər.
Getsin, dalınca da qara daş.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Camaat da onların dalınca dağılışırlar. Cabar xanın
dəfni qalır ailəsinin umuduna. El Cabbar xanı yerdən
götürmür.
***
Şəril aşıqlarının yaratdıqları saz havaları var: “Şərili”,
“Ağır şərili”, “Yüngül şərili”, “Baş şərili”, “Şəril çuxuru”...
***
Belə deyirlər ki, Şəril bölgələrinin birində Əsəd oğlu
Zal adında bir igid varmış. İgidin də deyərlər, adı olar,
varı-dövləti olmaz. Əsəd oğlu Zal da kasıbmış.Bir
halalıymış(arvadı), bir də özü. bir-birilərini çox
istəyirmişlər.
Günlərin birində harda var, harda yox, pristav
bunlara qonaq gəlir. Pristavın belə bir xasıyyəti vardı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
kimin arvadı gözə gəlimlidi, onlara qonaq getməyi
xoşlayardı. Kənd camaatı bunu bilirdi...Nə isə keçən
söhbətdi. Əsəd oğlu başdı (ağıllı) adam idi, bilirdi ki,
pristav xeyirliyə gəlməyib, gözlədi. Gördü arvada əl
uzatmaq istəyir. Qalxıb dinməz- söyləməz Pristavı
öldürdü. Gəlib onu tutdular. El-oba yığılıb ona vəkil tutdu.
Dindiriş vaxtı vəkil qaçdı. Belə deyirlər ki, el böyükü-kiçikli
yeridi qol zoruna Əsəd oğlunu azad elədi. Ürəyi soyumadı,
belə bir qoşma da qoşdu.
Araz aşdı deyirlər,
Qum qaynaşdı deyirlər.
Əsəd oğlu kasıbdı,
Vəkili qaçdı deyirlər...
***
Motal-motal oyunu...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Oğlanlar ya qızlar, dəstəylə oturub ayaqlarını
uzadırlar, Motalçı-Başçı əlindəki çubuqla yüngülcə onların
ayaqlarına vura-vura oyunun mahnısını oxuyur.
Motal-motal dərzi motal,
Ellər atar, qaymaq tutar,
Çillə çilik, yeddi milik.
Əmim oğlu, çinar boylu,
Bir ağac aldı,
Haldırım, dedi, huldurum dedi,
Ye,iç dedi, qurtul dedi,
Vur nağara, çıx qırağa...
Sonuncu söz kimə düşərsə, deyərlər:
-Qarğasanmı? Quzğunsanmı?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qarğa desə qarr, eləməlidi, quzğun desə qurr
eləməlidi... Beləcə, dəstə ayağa durana kimi oyun davam
edir...
***
Məsəl var: “suyun üzü düzdü” yəni su, əyri qalmaz,
əyri qabda da düz dayanır. Xalq da, cəmiyyət də elədir,
yaratdıqları bir tərəfli, daha doğrusu, bir yanlı deyil,
yaşadığı, dolaşdığı yerlərə, torpaqlara, ərazilərə özününkü
edib ata-anası kimi sevməsə ad verməz, yurd-yuva bilib
sazına-sözünə
gətirməz.
Sazında-sözündə
hansı
ucalıqlarda dayanırsa, dünyaya baxışlarıyla, görüşləriylə
hansı səviyyədədisə, mətbəxində də o səviyyədədir...
Bütün ömrüm boyu bunları, bu dediklərimi, bu
qeydlərimi bilən adamlarla oturub durmuşam. Başımı
qaldıranda çoxunu sağ görmədim, onlar mənim bu
səpgidə
bilmədiklərimi
bilənlər
idi;
bilmədiyimi
öyrənəcəydim, ama heç birini tapa bilmədim... İtgi,
gecikmək, yuxarıda dediyim kimi vaxtında görmədiyim bu
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
iş Molla Nəsrəddinin küləkli havada qovud yeməyi kimi
bir şey oldu, çox şeyləri sonacan öyrənə bimədim...
El arasında belə bir deyim var: “mən ölü, siz qalı...”
yəni mən də dünyanı tutub durmayacam, günlərin birində
“köçümü çəkəcəm”, Siz, Azərbaycan türkləri kimi
əbədisiniz, -həmişə yaşarsınız, bütün səmimiyətimlə
deyim ki, bunlarsız,- qeyd etdiyim bu həyat yaradıcılığını
bilməsək pis görükəcəyik; pis görükəcəksiz! Axıra-sona
əliboş çıxacaqsız. Heç kəs əlində, dilində olanı Sizə
verməyəcək, versə belə, heç vaxt verdiyi sənə
bənzəməyəcək. Onun istədiyi sənin ona bənzəməyindi.
Sən məni düzgün anla, bu gün sən nehrə çalan deyilsən,
ayran alan deyilsən, motal tutan deyilsən, çünki Vaxt o
vaxt deyil. Bir onu bil ki, sən ancaq özündə güclüsən,
özünə sığın. Səni əhatə eləyən qonşular bunu bilir, bütün
çalışdıqları səni səndən uzaqlaşdırmaqdır. Bildiklərini
unutdurmaq, yaddaşını silməkdi. Sən ərəb minilliyində
ərəb oldunmu, bu keçən iki yüz ilin içində rus ola bildinmi
ki, indi də avropalı olmaq haqqında düşünənə oxşadırsan
özünü?!
Bir də deyirəm ki, gündən günə gözəlləşən iri
addımlarla gələcəyə qoşan baş şəhərimizdə yeni tikilən
binalara, şadlıq saraylarına, ticarət mərkəzlərinə, mühüm
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
obyektlərə bu nə adlardı qoyuruq, nə olsun ki, Bakı şəhər
icra hakimiyyəti fikir vermək iştəmir, nə olsun ki, Bakı
Şəhər İcra hakimiyyətində anlaşılmaz əllər var. Belə
olmasaydı üstümüzə yürüyən bu cür yabançı adların
qarşısı alınardı. Cox zaman belə şeylərə, xırda
məsələlərdi, deyib fikir verilmir. Amma bilək ki, sonda baş
verənlər; göz görə-görə əriyib yox olmalar, azalıb az
qalmaq, milli xarakterin ölməsi-itməsi, öz yurdunda
özünü yad hesab etmək, özünə özününkülər arasında yer
tapmamaq,
ataya-anaya,
dədə-babaya
həqarət,
bəyənməmək, doğma dilini unutmaq kimi zədələrə,
ağrılara gətirib çıxardır; nece ki, bunun nəticələrini görə-
görə gəlirik...
Deyir, “bazara girdin, gözü qıpıq, sən də ol gözü
qıpıq”. Mən bu dədələr sözünü hər yerdə, hər zaman ayıq
ol, vaxtı anla, keçən hər bir ana dəyər ver, mənasında
anlayıram...
Xalqın yaratdıqları da yurd yerlərimiz, yaylağımız,
qışlağımız, çiçəyimiz, otumuz kimi bizə qalandır, heç
şübhəsiz bizdən də keçib gedəcək və bilək ki, xalqın sənət
əsərləri də təbiətin yaratdıqlarına bənzədiyinə görə
əbədidir...Amma doğru olan odur ki, yerindən oynayan
hər şeyin, təzədən yerinə qayıtmağı çətindir, qayıtsa da
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
öz yerində görünmür; həmişəki şax yerişi axsamağa
başlayır, bizim milli tariximiz haqda yazdığımız əsərlər,
etdiyimiz tarixi gedişlər kimi. Yad hay-küylərə aldanıb
gedirsən, səs özünü ifadə etmir, xəbərimiz olmadan yad
havalar çalıb, yad havalara oynayırıq. Qıraqdan baxanlar
da rahatlaşıb, - həə, bunlar artıq onlar deyil, - belə deyib,
gülümsəyib əl çalırlar ki, oynamağımız uzun çəksin...
Beləcə, bizi yerimizdən oynatdılar. -Siz gəlməsiz. Qafqaza
da gəlməsiz, Sibirə də. Volqa - İtil çayı sahillərinə də,
Ötükən yaylalarına da, Xəzər qıyılarına, Balkana,
Anadoluya...Hər yerə gəlməyik. Bəs, hər yerə hardan
gəlmişik? Bu yaratdıqlarımızı harda yaratmışıq? Bəs, niyə
yer üzünün yarıdan çoxu hələ də bizim dildə adlanır?
Dünya dillərindəki türkcə izlər niyə var?!
XI əsrin gürcü tarixçisi Leonti Mraveli yazır ki, üç min
ildi, Kartlidə xəzər dilində danşılır (xazarauli) Xəzər dili de-
yəndə hörmətli tarixçi hansı dili nəzərdə tutur?
Düşünək... Əgər xəzər dili bizim indiki azərbaycan türkcəsi
deyil, başqa dildisə başqa dilin niyə izləri qalmayıb. Belə
deyildisə, bizim eradan da min-min illər o yandan
başlayaraq bu yaxın zamanlaracan, elə indinin özünəcən
niyə Qafqazda, anlaşma dili, ortaq danışıq dili azərbaycan
türkcəsiydi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bir sözlə, bu gün etiraf etməliyik ki, qısqanclıqla
yanaşdığı doğru tarixləri oğurlayan xalqlar var, olub, elə
zənn edirəm ki,olacaqdır.
Tarixi hadisələrin məzmununda yaşayan, daha
doğrusu, bu hadisələri, bu hekayətləri yaradanlarsa
təəssüf ki, yaratdıqlarını qorumaq haqda düşünmür.
Bilmir ki, bu yaratdıqları elə əslində onun Tarixidir.
Tarix bir başa keçmişlə bağlı olsa da daha çox
gələcək deməkdir... ayağını qoyduğun yerdə hələ tarix
yoxdur, tarix bir addım qabaqdadır. Sən xalq olaraq bu
addımı necə atırsan? Bu arada, atılan tarixi addımların
arasında yapılıb, qurulanların yıxılması da var, tikilməsi
də. Bütün hallarda bu tarixi addımlar yer üzünün
mənzərəsini dəyişdiyi kimi mənasına da əl gəzdirib və
gəzdirməkdədir...
Yüzilliklər, minilliklər boyu saxtakarlıqlara qarşı
çıxmış, obyektiv söz demiş, haqqı arada görmüş bəşər
dahilərinin,- yer üzünün böyüklərinin olduğunu bilirəm,
zaman-zaman tarixi həqiqətləri qoruyanların yazdıqlarını
oxumuşam, tanıyıram və indi onlara üz tutub bidirirəm ki,
bu mənada yer üzünün ən çox talanan-yağmalanan, içi,
dəyərləri qarət olunan, adına böhtanlar deyilən, indinin
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
özündə də yalanların, haqsızlıqların əsirinə çevrilən, kağız
üzərində tikilmiş Şura hökümətinin azərbaycanlılar dediyi
Azərbaycan türkü adında möhtəşəm bir xalq var...
Təbiyət-Varlıq-Yaranış bütün hallarda öz qanunauy-
ğunluqlarıyla bərqərardır, bu qanunauyğunluqlarsa
əslində bir sirr məktəbidir ki, adına fərqinə vardıq,
varmadıq həyat məktəbi deyilir. Sirrlərin açılması isə tarix
oğrularının ziyanına, sirr yiyəsininsə xeyirinədir? Gərək bu
srri anlamağa çalışasan, gərək bu həyat məktəbindən
keçməyi bacarasan...
Mən bu qənaətdəyəm ki, Azərbaycan türkləri
minilliklər boyu bu mənada çox ciddi məktəblər yaradıb;
tərbiyə, əxlaq dünyagörüşü, münasibətləri dərk etmək
baxışları, təbyəti-yaranışı anlamaq dərslikləri var. Onun
yaratdıqları da təbiətin yaratdıqlarına oxşayır... Bu xalq
Yaranışın həmişə hərəkətdə olduğunu bilir və özünü də
bu hərəkətin-getməyin-ritmin-döyüntünün bir hissəsi, bir
vintciyi hesab edir, bu anlayışla da işini görür... Həmişə də
belə olub, miniliklər boyu belə yaşamağı bacarıb. Ona
görə də yer üzünün qüzeyində yaşayan türklə güneyində
yaşayan türkün yaşam tərzində o qədər fərq yoxdur, çün-
ki onları birləşdirən danışdığı dildən, tapındığı, ibadət et-
diyi dindən başqa arada daha əsas olan TƏBİƏT-təbiətin
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qanunları dayanır, dindən öncə özünü təbii qanunlarla
idarə etməyi bacarıb... Göy üzünü Günəşiylə, Ayı,
ulduzuyla bir yerdə, yer üzünü bütün olanlarıyla-dağı,daşı,
suyu, torpağıyla, aranı, yaylağıyla bir yerdə anlayıb
yaşayıb ki, bu da harda, hansı məkanda ömür sürürlərsə
sürsünlər bu duyğular onları bir-birilərinə bağlı bir və
bütün saxlaya bilir...
SON
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
KİTABDA
Redaktordan
...................................................................................................
səh. 3-8
Ön söz: Zəlimxan Yaqub “Dərslik kitabı”
..................................
səh. 9-21
“Erməni adındakı hərflər” roman
...................................................
səh. 22-221
“Teymurlar” povest
.............................................................................
səh. 222-274
“Yer üzünə məktub” tarixi-fəlsəfi-etnoqrafik
yaşantılar
...................................................................................................
səh. 275-525
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Mövlud Süleymanlı
And olsun, əsrə...
Bakı, “Elm və təhsil”, 2013, 526 səh
Kompüter dizaynı:
Şəmsiyyə Əliyeva
Korrektor:
Xatirə Bəşirli
Dostları ilə paylaş: |