2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Başınnan teli sallanır
Səni görcək xəyallanır,
Gəl-gəl bənövşəli yarım,
Əcəb tamaşalı yarım.
Bənövşəsi tutam-tutam,
Gülü bənövşəyə qatam.
Aradığım haçan tapam
Gəl-gəl bənövşəli yarım,
Boyu tamaşalı yarım.
Bənövşəsi üç yarpaqdan,
Getməz xınası barmaqdan
Öldüm səni aramaqdan,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gəl-gəl bənövşəli yarım,
Boyu tamaşalı yarım...
***
Əslində axtarıb, işləyib bərpa etdiyim bu “Yaylaq
dərslikləri” çoxlarına Qreta Qəhrəmanovaya cavab kimi
yazılmışdı. Amma indi bütün dünyaya aid hesab edirəm.
Minilliklər
boyu
türk
çobanlarının
dahiyanə
kəşvlərindəndir.
...Bunu da bildirim ki, bir neçı il sonra təxminən 1989-
cu il hadisələrində Qreta Qəhrəmanova çox qorxmuş
halda özünü redaksiymıza saldı, ardınca da bir dəstə
adam. O vaxt mən “Azərbaycan” jurnalında işlıyirdim.
Bakı Soveti, -İçərişəhər metrosuyla üz-üzə olan binada
yerləşirdik. Redaksiya əməkdaşlarıyla bir yerdə onu
qoruduq. O vaxt mən onun yazdığı məqaləni misal
çəkdim: - Bu, Aşıq Ələsgərdən məqalə yazan qadındı...
Həmin gün Yazıçılar İttifaqının köməyiylə onu hava
alanından yola saldıq...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
1988-89-cu illər hərəkatını, daha doğrusu, Xalqın
ayağa qalxmağını, Qırmızı İmperiya ilə üz-üzə durduğunu
görüb qorxmuşdu, sarsıntılar içindəydi: -Biz, -dedi, - sizin
xalqı tanımaqda səhv etmişik, elə bilirdik, azərbaycan
xalqı heç vaxt ayağa durmaz...
Bu, Qreta Qəhrəmanovanın dilindən çıxan sözlərdi.
Qarabağın da ermənilərin olacağına inanmırdı,
bununla belə dediyini də deyirdi: - Heç nə eləyə bilməsək
də, sarsıda biləcəyik, əlinizi işdən soyudacagıq, yazanınız
yazmayacaq, oxuyanınız oxumayacaq... - bu da onun
sözləridir.
Bunlar Qretanın zaman-zaman öz içində gəzdirdiyi
bizimlə bağlı mətləblər idi. Doğrudan da sarsıntıları
yaşadıq, toparlananacan itgilər, qurbanlar verdik. Bütün
ermənilərin, onların içində də Qretanın qorxduğu dahi
Xalq zamanında öz dahianə fəhmiylə çıxış yolunu tapdı.
Qırx ilin yeddi görüşü...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dahilərin yaranmasından heç kəsin xəbəri olmur,
hətta onun özü də dahi olduğunu bilməz. «Ehtiyac olanda
dahiləri zaman özü yetirir»… O, tarixi yaradır, tarixin yeni
səhifələrini açır, hara getdiyini anlamayan xalqın yönünü
– istiqamətini dəyişir, el diliylə desək, xalqın «başını
qaytarır»,
istilalara,
təcavüzlərə,
ən
əsası,
assimilyasiyalara məruz qalmaqdan qoruyur. Özünü
anlamağa səsləyir və öz dəmir məntiqi, dərin zəkası ilə
onu düşünməyə məcbur edir.
Cəmiyyəti düşündürməyi bacarmaq, əslində onu
tərbiyə etmək deməkdir. Düşünə bilən cəmiyyətsə bütün
inkişaflardan keçməyə qadirdir. Azadlıq da belə
qazanılır…
Düşünə bilməyən, daha doğrusu, düşünmək
istəməyən xalqlar bir millət kimi, imzasızdır və köləlikdən
qurtula bilməzlər.
1802-ci ildə alman filosofu Hegel yazırdı: millətlər
nəyə qadirdirlərsə ona da layiqdirlər.
Xalqın – millətin taleyində bir çox tarixi mərhələlər
böyük şəxsiyyətlərin adıyla bağlıdır. Xalq onun adıyla
tanınır, çağırışına qoşulur, səsinə səs verir və bu birlik –
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Xalq, Şəxsiyyət birliyi qarşısıalınmaz gücə çevrilir,
qələbələr, uğurlar qazanılır, xalq dikəlir, neçə boy ucalıb
özünü göstərir.
Xalqın fəhmi – hiss etmə qabiliyyəti böyükdür. Xalq
yaxşını pisdən tez seçir və seçimində yanılmır. Xalqın
tərkibində yalnış yollara düşən, tamahının dalınca gedən,
yalnız öz mənfəətini güdən ayrı-ayrı fərdlər – insanlar olsa
da, kim onun sözünü doğru və təmənnasız deyə bilirsə,
kim ona düzgün yol göstərirsə, öz dahiyanə fəhmiylə ona
inanır, ölümdən, qandan belə çəkinmədən yaralarını
sağaldanacan onun ardınca gedir.
Son bir neçə yüzilliklərə nəzər salsaq Azərbaycan
xalqının taleyində əvəzsiz xidmətləri olan Heydər Əliyev
belə tarixi şəxsiyyətlərdəndir.
Heydər Əliyev Sovet İttifaqının hüdudları daxilində
belə, o qədər də yaxşı tanınmayan Azərbaycan xalqını
zaman-zaman ucalara qaldıran və onu inkiaşf etmiş dünya
xalqları sırasına gətirən liderdir.
Bu tarixi vəzifəni öz xalqını yaxşı tanımadan, onu
sevmədən və irəlini görmədən yerinə yetirmək mümkün
deyil.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Xalq məvhumu öz mənası – anlayışıyla təbiətə çox
bənzəyir.
Belə ki, əgər təbiətə laqeyd olsaq, qayğısına
qalmasaq, qorumasaq, əksinə, söküb dağıtsaq, intiqamını
heç kəsdən yox, bizim özümüzdən alacaq, nəticədə
ağrısını özümüz çəkməli olacağıq!
Xalq da belədir, onu anlamadınsa, o da səni
anlamayacaq, sevmədinsə, o da səni sevməyəcək.
Bir anlıq tarixə nəzər salaq. Son 40 il müddətində
Azərbaycan
xalqıyla
Heydər
Əliyevin
səmimi
dostluğunun, birliyinin, ata-oğul istəyinin şahidi
olacağıq…
Bu faktdır… Sağlam tarixsə belə faktlara söykənir!
Bunu qeyd etməklə biz hər halda tarixin dönə-dönə
təsdiq etdiyi həqiqətləri ifadə etmiş oluruq.
Bu gün bu sözü demək istəməyənlər də yox deyil,
var, ancaq onlar bu tarixi həqiqətlər qarşısında susmağa
məcburdurlar. Ona görə ki, tarix güclüdür, yalanları,
böhtanları silib atır, haqsızlıqların cavabını özü verir, hər
şeyi yerinə qoyur, – duruldur, arada qalır mahiyyət,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gerçəklik. Bu isə siyasi dillə desək sağlam ictimai mühitin
yaranmasıdır.
Xalq – kütlə hələ millət deyil… xalqın özünün
yetirdiyi dahilər, xalqın millət olması üçün özlərindən asılı
olmadan fəaliyyətdə bulunurlar; çalışırlar, döyüşürlər,
işgəncələrə, əzab-əziyyətlərə dözürlər və xalq onların
fəaliyyəti nəticəsində özünü dərk edir, layiq olduğu
dəyəri-qiyməti anlayır, başını qaldırıb sağını-solunu görür,
dostunu düşməndən seçir, bütün bunlar istər-istəməz
onu birliyə – bir olmağa səsləyir, maariflənir və inkişafın
bütün mərhələlərində nailiyyətlər qazanır!
Əslində bu proses bir tarixi şəxsiyyətin adıyla bağlı
olur ki, Azərbaycan xalqı da Heydər Əliyevin rəhbərliyi
dövründə bu tarixi şəraiti – prosesi yaşadı və
yaşamaqdadır.
Bu dövr, həm də Heydər Əliyevin dahiyanə siyasi
yaradıcılıq tarixinə çevrildi.
1983-cü ilin yayında yazıçı dostlarım Anar və
Ə.Əylisliylə Ermənistanın Kalinino rayonunun Qızılşəfəq
(Cücəkənd) kəndinə getmişdik. Bu elə zaman idi ki,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
erməni paxıllığı, erməni deyintisi, yalançı göz yaşları yenə
qaynamaqdaydı.
Heydər Əliyev Sovet İKP MK Siyasi Bürosuna üzv
seçilmişdi. Kalinino rayonunun mərkəzi küçəsindən Siyasi
Büro
üzvlərinin
sırayla
portretləri
asılmışdı.
Azərbaycanlılar yaşayan kəndlər bayram içindəydi.
Eşitdik ki, ermənilər Heydər Əliyevin portretini
cırıblar… Bütün obalara xəbər yayıldı. Bir, deyən kimi
qapılar çırpıldı, bütün kənd-kəsək yığışdı və rayona
axışdılar!
İyirmi il bundan qabağın bu tarixi hadisəsi çoxlarının
yadındadır.
Moskvadan
belə
yüksək
dairələri
narahatlıqlar bürümüşdü.
Bu, bizim Xalqın neçə yüzilliklərdə ilk dəfə olaraq
özünü dərk etməyi, cəmiyyətin düşünməyiydi! Yalnız öz
hasarının içini, evini-eşiyini yox, bütün kəndi, eli-obanı
fikirləşməyiydi.
Bir xalqın millət olaraq inkişaf edib təşəkkül tapmağı
bu hisslərdən başlayır.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bir vaxtlar heç nəyin üstə – bir çəngə otun, bir ovuc
torpağın üsütndə dava-dalaş salan kənd camaatı artıq
özünün ləyaqətini anlamışdı və bu ləyaqəti qorumaq üçün
ayağa qalxmışdı.
Bu milli hisslərin oyanması və xalqın ucalmağı idi!
Həm də xalqın – bir millət olaraq inkişaf
mərhələsinə başlamağı idi. Bu başlanğıcı əslində
qarşısıalınmaz təbii hadisələr, proseslər kimi anlamalıyıq.
Bu inkişafı görüb vahiməyə düşənlər, gözü götürmə-
yənlər meydana çıxdı və ciddi şəkildə mane olmağa
başladılar, gizli, açıq mübarizəyə qalxdılar. Azərbaycan
xalqına yönəlmiş bu ölüm-dirim mübarizəsi isə birbaşa
Heydər Əliyevə qarşıydı və ona tuşlanmışdı.
Niyə?
Ona görə ki, Heydər Əliyev şəxsiyyəti artıq
Azərbaycan xalqıyla bir idi, xalqın bu inkişafı əslində onun
uzaqgörən fəaliyyətinin nəticəsiydi, şübhəsiz. Bunu
bilənlər, anlayanlar var idi. Mane olmağa çalışırdılar.
Xalq böyük şəxsiyyətin çağırışıyla dikəlir, uzaqlara
baxır, pisi yaxşıdan, dostu düşməndən seçir, sabaha
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
atacağı addımlarını ölçüb-biçir, daha qətiyyətlə, daha
inamla öz yolunu gedirdi.
Bu bizim gözümüz qarşısında baş verən, yaşadığımız
tarixdir. Biz bu tarixin əzablarla, mərhumiyyətlərlə dolu
olduğunu da gördük, xəyanətlərin, satqınlıqların, millət
deyə-deyə döşünə döyənlərin əslində yad, ögey, yağı
olduqlarının şahidinə çevrildik.
Dediyimiz kimi, bu milləti sevməyənlər millətə zərbə
vurmaq üçün hər yerdə birinci növbədə Heydər Əliyevi
axtardılar. Bilirdilər ki, Heydər Əliyevin çəkdiyi ağrı,
əslində Azərbaycan millətinin ağrısıdır, onun büdrəməyi
Azərbaycan xalqının büdrəməyidir.
Heydər Əliyev bu zərbələrə dözdü, xalqın ağrılarını
öz ağrıları kimi yaşadı və tarixi çıxışlarının birində – artıq
Müstəqil Azərbaycanın bayrağı önündə dedi: – …Bu vaxta
kimi öz xalqımın yolunda heç nəyi əsirgəməmişəm, qalan
ömrümü də onun yolunda qurban verməyə hazıram!
İnsan hardan və necə tərbiyə olunduğunun fərqinə
varmaz. Bunu, tarixi prosesi öz uzaqgörənliyi, dərin
zəkası və güclü məntiqiylə xalqın taleyində rolu olan
şəxsiyyətlər yerinə yetirirlər. Çoxları gəlib gedər, ən
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yüksək vəzifələrəcən qalxar, amma xalqın yaddaşında izi
qalmaz və yaxud qara ləkələrlə görünər, zaman-zaman üz
qaralığı gətirən pislikləri xatırlanar.
Necə ki, bütün bunları yaxın zamanlaracan
yaşamışıq.
Fikir verin, bir millət olaraq bizə dəyən zərbələr
Heydər Əliyevin xalqın taleyindən uzaq qaldığı,
uzaqlaşdırıldığı zamanlar baş vermədimi?
1988-ci ildə Sovet imperatorluğunun ən uca
nöqtəsindən düşmən qüvvənin dediyi:
– Heydər Əliyev yoxdur, indi kimi gözləyirsiniz? –
ifadəsi yadınızda deyilmi?!
Və biz bu tarixi yoxluqda talan olmadıqmı,
torpaqlarımız
yağmalanıb,
insanlarımız
yerindən-
yurdundan didərgin düşüb, ərazilərimizin 20%- işğal
olunub, əhalimizin bir milyondan çoxunun qaçqına-
köçkünə çevrilməsiylə nəticələnmədimi?!
1994-cü il oktyabr ayının 4-ü gecəsini xatırlayaq.
Azərbaycan dövlətinin və dövlətçiliyinin ölüm-dirim
məsələsi həll olunurdu… İllər boyu fürsət axtaran düşmən
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
əllərini içimizə uzada bilmiş, aramızdakı satqınlarla işini
qurmuşdu… qarşıda onlara mane ola biləcək bir qüvvə
qalmamışdı, hamı, demək olar ki, Heydər Əliyevi
meydanda tək qoyub, qaçıb dağılmışdı.
O, dahiyanə fəhmiylə vəziyyəti çox düzgün və
vaxtında qiymətləndirib, gücünün harda olduğunu doğru
anlayıb, xalqa üz tutdu…
Gecə yarıydı…
Minilliklər boyu xatırlanacaq şərəfli bir tarix!
…Əziz həmvətənlərim! Bacılar, qardaşlar! Oğullarım,
qızlarım! Vətənimizin üstünü qara buludlar alıb!
Dövlətimiz-dövlətçiliyimiz təhlükə altındadır…
O gecə əli çatan, ünü yetən hər kəs onun səsinə səs
verdi…
Ayağı yer tutan yola çıxdı, avtobuslarla, maşınlarla,
metro ilə, piyada, ayaqyalın, başıaçıq Prezident
Aparatının qarşısına axışdılar…
Bir-birini
ruhuyla
anlamış,
tarixin
bütün
dönəmlərində bir-birinə səmimi, sadiq və həyan olmuş iki
qüvvə: Xalq və Heydər qüvvəsi birləşmişdi, bütün
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
təhlükələri,
xəyanəti
tapdayıb bayrağını
yenidən
ucaltmağa, dövlətini-dövlətçiliyini qorumağa gəlmişdi.
Bu, yazın gəlişi, sellərin oyanması kimi təbii idi. Bunu
ancaq təbiət hadisələriylə müqayisə etmək olardı, ona
görə də qarşısıalınmaz gücdə idi.
Heydər Əliyev bel bağlayıb arxalandığı gücü hiss et-
mişdi… 1994-cü il oktyabrın 4-ü gecəsinin ziddiyyətlərlə
dolu qoynunda yenidən ucalara qalxmış üç rəngli
bayrağımızın fövqündə onun əzablardan, təhlükələrdən
sıyrılıb çıxmış, yorğun, amma ümidlərlə, sevgi və istəklərlə
dolu, bir az da kövrək səsi eşidildi.
...Əziz həmvətənlərim! Əziz qardaşlarım, bacılarım!
Əziz atalar, analar..!
Səhərə yaxın idi…
Bu, – onun səsinə səs vermiş, Onu meydanda tək
qoymamış Xalqına minnətdarlıq çıxışı idi…
Xalq münasibətində – yəni nifrətində də, sevgisində
də yanılmaz. Onu dəqiq tanıyıb, onun dilində danışıb, onu
sevib qoruyanları unutmaz, nəsildən-nəsilə ötürər,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qadağalar qoyulsa belə yaddaşında gizləyib saxlayar, ən
ümidsiz anında ona ümid bağlayar.
Bu, Xalq ömrüdür, xalqın yaşamağıdır!
Və Heydər Əliyevin bütün fəaliyyətinin yaddaşlarda
qalması dediyim anlayışa, mənaya görə, – Xalqın seçiminə
görədir, təsadüfi deyil…
Bu gün Azərbaycanda 1960-cı illər sərbəstliyindən,
milli oyanışdan, azadlıq duyğularının artmasından söz
açanlar var.
Haqlıdırlar… Altmışıncı illər o biri onilliklərə
bənzəməz. Dərindən izləyib araşdırsaq, demək olar ki,
əksər sahələrdə özünə qayıdışın, özünü anlamağın, ədəbi
proseslərdəki sətiraltı mənaların, yeni ab-havanın
yarandığını görərik. Bakı küçələrində çox zəif halda
eşidilən Azərbaycan dilinə yeni münasibətin, yeni,
nisbətən canlı səslənmənin şahidi olarıq.
Artıq DTK qorxusunu unudub auditoriyalarda milli
mənliyimizdən,
azadlıq
duyğularından
danışan
müəllimlərimiz yaranmışdı. Tələbələrin, ümumiyyətlə,
ziyalılarımızın birliyini, görüşlərini, anlaşmasını təmin
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
edən çayxanalar aşıb-daşmaqdaydı… Ordan-burdan etiraz
səsləri eşidilməyə başlamışdı hətta.
Doğrudur, bu ab-hava bütün SSRİ miqyasında hiss
olunmaqdaydı. Amma heç kəsə sirr deyil ki, Azərbaycana
bu tərkibdə, yəni, o biri respublikalardan seçilən xüsusi
baxış və nəzarət vardı. Adətən DTK-ya əksər hallarda
Azərbaycan xalqına yad münasibətilə seçilən insanları işə
götürürdülər.
60-cı illərdə bu münasibət və tənasüb nisbətən
dəyişmişdi…
Mən bunun səbəbini çox sonralar anlaya bildim…
DTK divarları arasından yayılan qadağalar, yasaqlar,
qanlar-qadalar xofu-qorxusu səngimişdi… Elə bil kimsə
qapalı
bacaları,
pəncərələri
qapıları
aralamışdı,
cəmiyyətin düşüncəsinə təmiz hava sızmağa başlamışdı.
Bu hava 60-cı illərin tələbə mühitinə öz təsirini daha
tez göstərdi…
Cənubi Azərbaycan mövzusu qəzet səhifələrində
görünürdü artıq. Azadlıq, İstiqlaliyyət sətiraltı mənalarla
xatırlanırdı…
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Əsas, düşüncələrə işığın düşməsi idi. Əsas o idi ki,
toxum atılsın, atıldısa cücərməli idi. Belə də oldu…
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinin II kurs tələbəsiydim. Əksəriyyətimiz
rayon və kəndlərdən gəlmişdik.
Yadımda deyil, necə seçildik, bir-birimizi necə
anladıq.
Günlərin
birində
ADU-nun
4
nömrəli
yataqxanasının bir gizli guşəsində yığışdıq… Hələlik, adsız
bir təşkilatın bünövrəsi qoyulurdu.
İlk növbədə Güney Azərbaycan məsələsi idi.
Çıxış yolları araşdırıldı, daha doğrusu ümidsizliyi
qırmaq, Azad olmaq ruhuna böyümək, bir-bir, iki-iki olsa
da artıb çoxalmaq üçün addım atmaq, təməl daşı
qoymaq. Bir olmağın, birləşməyin əhəmiyyətini və
Azadlığın nə olduğunu anlayıb, anlatmaq.
Yəni, bu taydan o taya gözləri yaşara-yaşara şeir
yazmaq, ağlayıb sıtqamaq bəsdir, iş görmək lazımdır.
İkinci məsələ, çox sadəlövh görünsə də, Sovet
İttifaqının tərkibindən çıxmaqdan ibarət idi…
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Günün müəyyən vaxtlarında, müəyyən yerlərdə
yığışmağa başladıq, təxminən bir-iki aydan sonra hərə öz
proqramını hazırladı. Nə isə, hələlik planlar tökülür,
müzakirələr, mübahisələr aparılırdı.
Bir il təşkilatlandıqdan sonra o zaman müəllimimiz
olan Bəxtiyar Vahabzadənin yanına getdik.
Üniversitetin uzun dəhlizində Bəxtiyar müəllimin
başına yığışmışdıq. Çox həyəcanlanmışdı.
– Bura gəlin – Bəxtiyar müəllim belə deyib, bizi boş
auditoriyaya apardı. O vaxt onun hər sözü, hər addımı göz
qabağındaydı, daha doğrusu, göz qabağında olmalıydı.
Bir neçə dəqiqə heç kəs dinmədi. Bəxtiyar müəllim
başını aşağı salıb susmuşdu.
Elə bildik ağlayır…
Başını qaldırdı, doğrudan da gözləri nəmli idi.
– Zindanlarda çürüyərsiniz, - dedi. – Məsləhət
görmürəm. Neynəmək olar. Şərait yetişsin gərək…
Bəxtiyar müəllimi bir daha narahat etmədik.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |