2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
özündə də hücumlar ara vermir. Fərq budur ki,
abidələrimiz əl çatan, göz görən olduğu üçün dağıdıldı,
xarabalıqlarına qədər yer üzündən silindi; müsəlman-
çılığımızdan ustalıqla istifadə olundu, - xristiyan
abidələridir, deyə ad qoydular, mənimsədilər, mənimsəyə
bilmədiklərinisə, - kafir ocağıdı, məhv edin, -dedilər. Biz
də yüzilliklər boyu, -Urra, deyib hücuma keçdik, nə
yaratmışdıqsa əlimizə keçəni məhv elədik: dəvə, qoç, at
qəbrüstü abidələri sındırıb içində qızıl axtarmağa
başladıq, çünki yaxın qonşular ortaya belə bir fikir
atmışdılar; bu heykəllərin içində qızıl gizlədilib.
Təpə dediyimiz kurqanlarımızı bir tərəfdən də biz da-
ğıtdıq, -yiyəsi yoxdur, ya da Şaman yuvasıdır, deyə-deyə
gözdən saldıq. Amma yaratdıqlarımız təkcə bunlardan
ibarət deyildi, BÖYÜKLƏRİMİZ, USTADLARIMIZ tərəfindən
iç dünyamıza, yaddaşımıza yazılmış tariximiz özümüzdən
asılı olmadan yaşadı və bizi də yaşatdı...Qonşuların əli
yaddaşımıza çatmadı, saz da, muğam da yaddaşımızda,
ruhumuzda olduğu üçün məhv etmək mümkün olmadı...
Həmişə yaratdıq, yaşamağa davam etdik!
Yeri gəlmişkən bir məsləni də açıqlayım. El arasında
belə qarğışlar, söyüşlər qalmaqdadır: “Kül təpənə”,
“Təpənə küllər”,”Babanın təpəsinə...” bu kimi misal yenə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
də tapmaq mümkündür. Fikrimcə bu ifadələr də elə belə
yaranmayıb, çox köklü, əsaslı mənalara söykənir. Mənim
qənaətimə görə bu söyüş, qarğış ifadə edən “təpə” sözü
təpəliklər
anlayışından
başqa
mənada
da
işlədilir.İslamdan öncə bir çox türk tayfaları dəfn
mərasimini fərqli yerinə yetirirdilər. Dünyasını dəyişən-
lərin qəbri yerdən seçilənəcən qaldırılırdı, kiçik təpəcik
olana qədər torpaq, kül tökülürdü. Bu adət Çar skiflərdə
geniş yayılmışdı. Hörmətli alimimiz Zaur Həsənov çox
dəyərli “Çar skiflər” əsərində olan-qalan mövcud dünya
elminə əsaslanaraq bu haqda geniş, dəyərli bilgilər
vermişdir. Yeri gəldikcə bu mövzuya qayıdılacaq...
Qonaq və xəsis arvad...
Günlərin birində biri uzaq yoldan gəlirdi, bir kəndin
ucqarında bir qapını döyür, -bəs, Allah qonağıyam, qonaq
almazsanmı? Ev yiyəsi çıxır, buyur, qardaş, buyur. Qonağa
da qurban gəldiyi yollara da...Ev yiyəsinin də bir
arvadıymış, bir özü. Arvad da qonağın bəxtindən çox göy-
bərk, yəni xəsismiş, “armud qurusunnan su çıxarmış,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ondan yox...” Nə isə...arvad qazanda qaz bişirirmiş.
Qonağı görən kimi qazanı qaz qarışıq gizlədir. Çac asıb
buğda çörəyi bişirirmiş, onu da gizlədir. Qonaq dediyimiz
kimi ağıllıydı, gözünün ucuyla bunları gördü, ürəyində
dedi, yaxşı...
Arvad çar-naçar süfrə açdı, süfrəyə darı çörəyi
qoydu. Qonaq ac idi, boğula-boğula bir-iki qismət yedi,
artıq yeyə bilmədi. İlan vuran yatar, ac yatmaz, deyərlər,
yata bimədi. Gecənin bir aləmində gördü səs-səmir
yoxdu, kişi də, arvad da yatıb. Durdu ayağa, zil qaranlıq
idi, divardan tuta-tuta getdi, çörəyi çıxardıb dağarcığına
qoydu, qazandan qazı çıxardıb onu da qoydu dağarcığa.
Qapının küncündə bir pipiyi qanlı xoruzları vardı, onu da
götürdü. Ev yiyəsi özünə təzə çarıq tikib xoruzun çıxdığı
tardan asmışdı, açıb ayağına geyindi, çarığın üstündə biz
vardı, onu da çıxardıb yaxasına taxdı. Gördü hər şey qay-
dasındadı, fikirləşdi ki, belə getmək yaxşı olmaz, kişini
oyadım, sağollaşım gedim. Bir sağa öskürdü, bir sola,
kişini oyatdı. Kişi baxdı, gördü qonaq ayaq üstədi:
-Qonaq, niyə tez durmusan, nolub?
Qonaq dedi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Sözdən-söhbətdən eləyək, bəsdi yatdıq.
Kişi dedi:
-Gecənin yarısıdı, nə söhbət?
Qonaq dedi:
-Neçə yaşın var, bayaqdan fikirləşirəm, bilmirəm,
sənmi böyük olarsan, mənmi?
Kişi dedi:
-Əşşi, qoy yataq, yuxuluyam mən, deyəmmərəm.
Qonaq dedi:
-Yaxşı, Qaz xan Qazan qalasınnan çıxıb Dağar
qalasına gedəndə sən vardınmı?
Kişi dedi:
-Yox əşi, o vaxt heç nənəmin nənəsi də olmayıb.
Qonaq dedi:
-Onda mən divardan tuta-tuta təknədən çörək
götürürdüm. Hə, mən sözümü dedim, sən deyəmmədin,
indi izin ver mən gedim.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Qonaq, sən ala-bula danışırsan, bir şey anlamıram,
belə yaxşı deyil, gözlə, heç olmasa qoy xoruz banlasın,
xoruz banında gedərsən.
Qonaq dedi:
-Xoruz banlayar-banlayar, banlamaz gedib yolda
banlayar. Mən getdim, salamat qal. Axtararsan bizi,
tapmasan bizi, halal elə bizi.-deyib yola düşdü.
İşıqlaşar işıqlaşmaz kişi arvadı səslədi ki, qonaq
gedib, dur qazanı as, axşamnan acıq.
Arvad dedi:
-Qoy xoruz banlasın.
Çox gözlədilər, gördülər xoruzun səsi çıxmır.
Durdular, baxdılar ki, xoruz yoxdu, tavaya baxdılar, çörək
yoxdu, qazana baxdılar qaz yoxdu. Kişi istədi təzə çarığını
geyinsin qonağın ardınca yola çıxsın, çarığını da tapmadı,
arvadına dedi:
- Qonaq apardı, Gedəndə də halallıq istəyirmiş
mənnən... halal xoşu olsun. “Malını yeməzin malını
yeyərlər”.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Tap tapmaca,
Gül qoqqaca,
Dizi bayırda,
Buynuzu haça... açması çəyirtgə.
Ay doğdu Alıstannan,
Gün doğdu Gülüstannan,
Bir gün bir meyvə tapdım
Yeddi illik bostannan... açması
yeralması...
Yer küpə,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yeriməz küpə.
Min il qala çürüməz küpə... açması addır,
dağa- daşa, insana verilən Ad.
Ellər yuxarıda,
Sellər aşağıda,
Su qurşaqda,
Toz qopur, amma... açması dəyirman...
***
Təəssüflə də olsa etiraf edək ki, bizdən,-nəsil
nəcabətimizdən, soyumuzdan keçib gedən rus-sovet
məktəbləri hardasa yaddaşımıza da yol tapdı, müəyyən
mənada bizi bizdən ayırıb yaddaşsızlığa gətirib çıxarda
bildi...Əlimizdə olanlara, yaddaşımızda qalanlara dəyər
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
vemədik, başımızı qaldıran kimi qonşuya cumduq. O
məktəb öz işini yaxşı bilirdi. Bilirdi ki, bizə nəyi
öyrətməlidi; daha doğrusu nəyi öyrətməməlidi. Proqramı
vardı, özünə dediklərini bizə demək olmazdı; onun
dərsliyi ayrı idi, bizim dərsliyimiz ayrı. Ona deyirdi: “hər
şey sənindi, bütün gördüklərini sən yaratmısan, sən də
sahib durmalısan”. Bizə: “Sən yoxsan, deyirdi. Gəlməsən,
hər yerə gəlməsən”. Məktəblərimizin hamısında dərsliklər
bunu dedi: “Adı yox, yazısı yox”... Öz müəllimlərimizə də
bunu dedirtdilər. Bunu deməyənlər Sibirə sürgün olundu,
güllələndi, ac qaldı, xalq düşməni adlandırıldı: “De, de ki,
türk deyiləm, de ki, heç türk olmamışam, olmaq da
istəmirəm de. De ki, müsəlmanam!” ...Bir türkün
“müsəlmanam” deməyi onun sağ qalması üçün yetərli idi.
Özünə türk demirsə, bəsimizdi; sovet məktəbində dərs
deyə bilər. Dedirtdilər...sonra da, indi dərs deyə bilərsən,
buyur, keç! Məktəb qapıları açıqdı...
Bizim
heç
nəyimiz
yoxmuş...Doğrudan
da
varımızdırsa, indi, lap müstəqillik dövrümüzdə də
tikdiyimiz obyektlərə, ticarət mərkəzlərinə şadlıq
saraylarımıza niyə ad tapa bilmirik? “Fovorit”, “Monte
Karlo”,
“Monte
Kristo”,
“Flaminqo”,
“İmperial”,
“İmperator” və s...və ilaxır, minlərlə bu cür misallar çəkə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bilərik, çünki biz rus-sovet məktəbini bitirmişik, təsdiq et-
məliyik ki, hər yerə hardansa gəlmişik...Özünə, sözünə
yiyəlik etməyənin, sayqı göstərməyənin heç vaxt, heç
yerdə hörməti olmaz.
Qaşqa Sərdar təpəsi-kurqanı...
1950-ci illərin ortaları olardı...Atlı-arabalı Oy
dərəsiylə (əslində Ov dərəsidi, eşitdiyim kimi yazmaq
istədiyim üçün bu variantı götürdüm) gedirdik. Mən
arabada Nənəmin dizinin dibində oturmuşdum.
-Bax o görünən, -dedi, Nənəm, bizdən bir az aralı,
əllə düzəldilmiş kimi səliqə sahmanlı balaca bir təpəni
göstərdi, -Sərdar təpəsidi, nağılını danışım eşit, gör
niyə adına Qaşqa Sərdar təpəsi deyirlər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Həə, vaxtın nə vaxtıdı, deyə bilmərəm, amma çox da
uzun zamanların sözü deyil. Mənim nənəmin nənəsinnən
də qabaqların sözüdü...
Nə isə, söz vaxtına çəkər, yayın son ayıydı, yaylaqdan
bir köç enirdi, elə bizimki kimi balaca köç idi, kəl
arabasında oğul -uşaq gedirdi. Atlılar vardı, naxırlar,
sürülər sürülüb yol gedirdi. Axşam çağıydı, elə bu Oy
dərəsinnən keçirdilər. Oy dərəsi də indiki kimi deyildi,
adam boyunnan da hündür asırğalları, baldırğanları olan,
böyürtikənli, qaratikanlı, sarmaşıqlı, kol-kos içində bir yer
idi. Nə cür desən ov olardı, addı-sannı ovçular da gəlib
burda ov eləyərdilər. Köç Oy dərəsinnən keçəndə araba-
dan südəmər bir oğlan uşağı yatdığı yerinnən sürüşüb
otluğa düşür, heç kəsin xəbəri olmur. Araba uzaqlaşır,
yaylaq qaranlığı düşür, gecənin bir vaxtında uşaq oyanıb
ağlayır...Yenicə doğduğu balasını itirmiş bir ana maral
uşağın səsini balasının səsinə oxşadır, ağacların, kolluğun
arasından çıxıb gəlib düz uşağın yanındaca yatır, uşaq elə
bilir anasıdı, iməkləyə-iməkləyə gəlib maralın qoynuna
girir...Beləcə, Oy dərəsinin cəngəlliyində ana-bala
yaşamağa başlayırlar...
...Belə deyirlər ki, günlərin birində ovçular uşaqla
maralı görürlər...Maral qaçıb canını qurtarmaq istəyir,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
amma uşağı qoyub gedə bilmir. Beləcə, elə-obaya xəbər
yayılır. Maralı izləməyə başlayırlar. Amma incitmirlər, vaxt
keçir, oğlan ayaq tutur, böyüyür, elə olur ki, anasınnan da
bərk qaçır...
El-oba gənəşiyə-məsləhətə yığışır...Qərara alırlar ki,
Marala dəyməsinlər, oglanı tutsunlar, ev uşagı eləyib
əhilləşdirsinlər...
Günlərin birində bir dəstə atlı kəmənd atıb uşagı
tuturlar. Görürlər ki, uşağın alnınnan başının ortasınacan
tük yoxdu. Maral tez-tez yaladığına görə tük bitməyib.
Adına Qaşqa deyirlər; Qaşqa Sərdar...
Maral uşaqdan əl çəkmir, uşağın ardınca kəndə gəlir,
heç kəs marala toxunmur, kəndin ot tayasının dibində
günlərlə uşağı gözləyirmiş...
Qaşqa Sərdar böyüyür, iğid oglan olur, eldə-obada
ad-san qazanır, ona analıq eləmiş Maralı da unutmur, öz
evində saxlayır. Maralın xətrinə Oy dərəsindəki maralların
da qış,yaz otunu suyunu verir...
Bax, bu təpəcik Qaşqa Sərdarın dünyasını
dəyişənnən sonra yatdığı yerdi. Elə-obaya yaxşılıqları çox
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
olduğuna görə yığışıb ona təpə qurdular...Yadında saxla,
bu qurulu təpənin yanınnan elə belə keçmə...
Nənəm belə deyib əlini üzünə çəkib salavat çevirdi...
Beləcə, hamımız səfə düzülüb kurqana baş əydik...
***
Biz əslində yerinə- yurduna quş kimi bağlı olan
insanlarıq. Evimizi-eşiyimizi quş kimi dimdiyimizdə daşıyıb
qurub yaradanıq. Ona görə də yaşadığımız hər qarış yerin
də adı var. Əlimizi hara uzadırıq, tarixin hansı yerinə ayaq
qoyuruq tanış gəlməyi də təsadüfi deyil.
Minilliklər boyu çox acılar yaşasaq da bu gün
ağrılarımızı azaldıb əsəblərimizi sahmana salan,
çiyinlərimizdəki yiyəsizlik yükünü götürüb başımızı
dikəldən, aldığımız nəfəsə belə dinclik gətirən
Müstəqilliyimizə, Üçrəngli Bayrağımıza şükür!
Bununla belə klassik yaradıcılığımızda da ayrıca
Azərbaycana aid əsərlər çox azdır, o qədər azdır ki,
yoxdur,
demək
mümkündür.
Bəzi
qaynaqlarda,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
mənbələrdə adı çəkilib, vəssalam. Belə də olmalıydı; min
illiklər boyu indiki biz, yəni müasir azərbaycan türkləri
bir zamanların imperatorluqlarını idarə edən güc
birləşmələrinin tərkib hissəsi idik, ara-sıra bu şəkildə də
xatırlanırıq... Tarixin müxtəlif dövrlərində, hətta b.e. öncə
1V-X-XX- minilliklərdə müstəqil dövlətlər kimi mövcud
olmuşuq. Quttubilər, lullubilər, Midiya-Maday, Manna,
Atrapatena, Xəzər İmperatorluğu, Alban dövləti, Qafqaz
Albaniyası... sonuncu imperatorluğumuz olan Səfəvilər
dövlətidir ki, bəzi tarixi qaynaqlarda adına Qızılbaş
Midiyası və yaxud Kiçik Midiya da deyilib. Məqsədim
bütün bunlar haqda yazmaq deyil. Yalnız onu qeyd etmək
istərdim; bu qədər imperatorluqlardan indiyə çox az iz
qalıb, daha doğrusu, o çağlardan qalan izləri itirməyə,
məhv etməyə niyə məcbur olmuşuq...
Amma bir gerçəyi dərk etməliyik ki, bizi əhatə edən
qonşu xalqların dünyagörüşündə, yaşam tərzində,
danışdığı dildə, geydiyi geyimdə, yediyi yeməkdə özünü
göstərən izimiz, dəyərlərimiz, bir sözlə Böyük təsirimiz
düşünürəm ki,elə o çağların, islamdan öncəki zamanların
təsiridir. Bunu bu gün qanlar bahasına qazandığımız
Müstəqillik dövrümüzdə anlamalıyıq. Bu danılmaz
faktdır ki, uzun yüzilliklər, minilliklər boyu islam dininin
təsiri altında yaşadıq və yaşamaqdayıq. Təsir altda
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yaşamaqla təsir etmək mümkün olsa da çətin məsələdir.
Bu da faktdır!
Bu da faktdır ki, mübarək islam dinini anlayıb, sevib
ruhumuzla itaət etsək də bilməliyik ki, biz bir xalq kimi
iclam dininə qədər də yüksək səviyyələr yaşamışıq,
istər siyasi, istər ictimai mənalarda, yaşayıb
yaratmışıq,
yaratdıqlarımızla
istilalarda
itib-
batmaqdan qorunub yad tapdağından sağ-əsən
çıxmışıq...
Bu mövzu da yer üzünə yazılası çox vacib məktub-
lardandır ki, hələ də yolunu gözləyir. Doğrudan da adına
istila,-dini istila desək də MÜBARƏK İSLAM DİNİ
TÜRK DÜNYASINA,-türk olaraq harda varıq ora, özüylə
gətirdiyi tarixi yeniliklərlə bizi istədiyi şəkildə dəyişə-
dəyişə yaşadı və indi də yaşamaqdadır. Yeniliklərsə
köhnəliyi məhv etməsə, ayağını olanların xarabalıqları
üzərinə qoymasa yaşamır. İslam dini istila kimi gəlsə də
işıq, hava, su təki hamımızın ola bildi, çünki o da təbiyət
hadisəsiydi, o da varlıqdan doğmuşdu, minilliklər boyu
yaratdığımız mədəniyyət qatlarını da öz içinə alıb
gücləndi, mahiyyətimizdə, mənamızda bizim üçün doğma
olsa da özünə yad olan və yad görünən hər şeyi dəyişdi,
düşüncəmizdən tutmuş adımıza, geyimimizəcən dəyişdi.
Bütün bunlarla yanaşı dini baxışlarımız demək olar
ki, Tanrıçılığın əsaslarından o qədər də yayınmadı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Tanrıçılığın sağlam anlayışlarını, tanrıçılıqla bağlı
inanclarını qoruyub saxladı. Tanrıya necə inanırdısa
Allaha da elə inandı. Tanrıçılığa görə Su onun and
yeriydi, Ucalıq and yeriydi; məsələn, uca dağlara
tıapınmağı vardı, görəndə bağır basıb baş əyirdi. İslamı
qəbul edəndən sonra isə əlini yzünə çəkib salavat cevirdi...
Ona elə gəldi əslində heç nə dəyişməyib YARADANIN
sadəcə adı dəyişib, vəssalam...Amma hər halda Tanrıyla
Allahın arasında az da olsa fərq vardı, o fərqi Xalq elmi
izahlarla yox, ruhuyla hiss etdiyinə görə bütün bunları
yaşada bildi, indi də yaşatmaqdadır...
Ustad aşıq Hüseyn Saraclını da yuxarıda ona görə
xatırladım...Məlumdur ki, vaxtın müəyyən vaxtlarında
islam dini tərəfindən çalıb oxumaq, aşıqlıq eləmək
qadağan olundu; dediyim fərq bu cür məsələlərdə,
mənalardaydı. Bu fərqlərsə islam dininin kökündən-
mahiyyətindən yox, bizi sevməyən hər hansı bir din
xadimindən gəlirdi...
Bu Xalq öz yaşam tərzini də islam dini qaydaları
üzrə demək olar ki, dəyişmədi, dini dairələri nəzərə
almasaq min illiklər boyu necə yaşamışdısa elə də
yaşamağında oldu...
Çobanla minbər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Günlərin birində bir çoban sürüsünü yaylaqdan
endərdi. Kənddə gördüyünə məətəl qaldı. Minbəri birinci
kərə görürdü; o yaylaqda olanda obada minarəli məscid
tikmişdilər, görməmişdi. Ona görə sürünü də saxlayıb
mat-məətəl minbərə baxırdı. Ondan bundan soruşdu.
-Bu nədi? Nəyin nəsidi?
Dedilər:
-Minbərdi.
Dedi:
-Bəs minbərdəki kimdi? Nə deyir? Oxuduğu nədi?
Dedilər:
-Molladı, əzan çəkir.
-Əzandı, nədi, onun dediklərinin mənim qoyunlarıma
bir ziyanı yoxdu ki?
-Heç bir ziyanı yoxdu,-dedilər,- əksinə xeyri var.
-Onda qoy nə qədər istəyir oxusun,- dedi Çoban,
sürüsünü çəkib uzaqlaşdı...
***
Bir adam uzaq yoldan gəlirdi, bərk yorulmuşdu,
mənzilə çatmağa da hələ xeyli vardı...Allaha yalvardı ki,
bir atlı göndər, məni tərkinə alsın, artıq yeriyə bilmirəm.
Bir dedi, iki dedi, gördü budu, bir atlı gəlir, yanında da
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
daylağı. Atlı çatan kimi kişini heç ağzını açmağa
qoymadı:-Daylaq yorulub,-dedi,- götür dalına! Kişi nəsə
demək istəyirdi, Atlı qılıncını azacıq qınından çıxardıb
tiyəsini göstərdi. Kişi çar-naçar daylağı aldı dalına,
başını qaldırıb göyə baxdı dedi:-Saqqalı yanmış da
yetirəndə tərsinə yetirir...
***
Bu cür hekayətlərlə, detallarla(qırıntılarla) Xalq
zaman-zaman
özü
öz
münasibətlərinə
aydınlıq
gətirməliydi, gətirirdi də, çünki Xalq ayrı-ayrı adamlarıyla
yox, bütöv halında vaxta-zamana bənzəyir, içini-çölünü
aydınlatmalı, yaşayışının hər anına düzən verməlidir;
dinini dəyişsə də öz işindəydi, sürüsünü artırırdı,
dolanışığını düzəldirdi, oğul-uşaq böyüdürdü. Bütöv halda
götürsək, din öz möhtəşəm gücüylə ona təsir edə bilmirdi.
Yuxarı təbəqələrdə məscidlər inşa edilib, dini mərasimlər
keçirilsə də xalq əslində öz işindəydi. Onun fikrini-düşün-
cəsini yalnız təbiət hadisəsi dəyişdirə bilərdi. Adət-
ənənələri də bu cür köklənmişdi, yəni yazla, güzlə
(payızla), bir söz, fəsillərlə bağlı idi. Toy-düyün adətləri
əslində yazın –payızın tərkib hissəsi kimiydi. Bütün
düyünlər qız görməkdən, qız seçməkdən, “hə”ni almaqdan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |