181 www.sarigelin.net
“Demək artıq Əlvənd Mirzə Hüsaməddini də qudurtdu. Onun zəncirini açıb buraxıb.
Beləsinin qabağından qaçmasan, səni parça-parça eləyər. Deyir arxalı köpək qurd basar. Onun
qabağından qaçsan da iĢlərin günü-gündən pisləĢəcək. DiĢi Ģirəyə batacaq”. Mirzə Məhəmməd
xan düĢündü, əlini qaldırıb onun sözünü yarımçıq kəsdi.
– YaxĢı, sən dedin, mən eĢitdim. Ġkincisi də nə vaxtdan Hüsaməddin Əlvənd Mirzənin
adından danıĢır? Kim onu vəkil eləyib. Əlvənd Mirzə bütün ölkənin padĢahıdı, özünün mirzələri,
çaparları, elçiləri var, lazım gəlsə məktub da yazar, elçi də göndərər. Onun adından danıĢıb mənə
qara-qorxu gəlməyin heç bir xeyri yoxdu. KiĢi gərək öz adından danıĢsın, özündən güclünün
adından yox. Çünki belə Ģeyləri çox görmüĢük. ġükür xudanın kərəminə, hərə öz evinin sahibidi,
öz evində ağalıq da eləyir, nökərlik də. Evində oturub baĢqasına nökərçilik eləmək isə kiĢiyə
yaraĢan sifət deyil. O ki qaldı Əlvənd Mirzə ilə mənim münasibətimə, onu özümüz bilərik. Yə‟ni
qaĢıq qazana çömçədən yaxın oldu? QardaĢın Hüsaməddinə de ki, ətlə dırnağın arasına girməsin.
Çünki ətlə dırnağın arasına girən tikanı çıxarıb atarlar, yara bir gün, iki gün ağrıyar, sonra
sağalar. Yenə yamanlıq da, pislik də tikanın özünə qalır. Əziyyəti də sonradan çəkən, çürüyüb
gedən elə tikan olur.
Sədrəddin özünü itirdi. QardaĢına qarĢı Mirzə Məhəmməd xanın ittihamlarını
gözləmədiyinə görə pörtüb-qızardı.
– Bəli, düz deyirəm. Adam gördüyü pis iĢ üçün sonra lap qızarınca, əvvəldən xəcalətdən
qızarsa daha yaxĢı olar.
– Demək Ġsmayılı vermək istəmirsən?
– Hüsaməddinin yanında uzaqdan gəlmiĢ hörmətli adam var?
Sədrəddin elə bildi ki, Mirzə Məhəmməd xan onları ələ salır. Demək istəyir ki, sizin
qonaqlarınız da olmur. O, cavab verməyə tələsdi.
– Niyə yoxdu, Əli bəy Cəyirli gəlmiĢdi, özünün bütün əsabələriynən. Bu sözləri deməyi də
mənə o tapĢırdı.
– Əli bəy Cəyirli. BaĢa düĢdük. Onda Əli bəy Cəyirlini gətirəydin, əvəzində Ġsmayılı
aparaydın.
– Necə? Xan sağ olsun, o əvvəla sədr əzəmdi, sonra da qonağımızdı?
– Bəs onda necə bilmisən? Ġsmayıl Sahib zaman mənim nökərimdi? O da mənim
qonağımdı da. Belə çıxır ki, Hüsaməddin kiĢidi, qonağını vermir, Mirzə Məhəmməd xan nakiĢidi
qonağını pay verir? Heç fikirləĢib iĢ tutursunuz?
Xanın sözləri qarĢısında Sədrəddin yenə də söz tapmadı. BaĢqa bir səmtdən yanaĢmağa
çalıĢdı.
– Bu ona bənzəyir ki, biri canavar balasını gətirib saxlayır, böyüdür. Elə bilir ki, insan
əlindən yemək alandan sonra canavar xasiyyətini yerə qoyacaq. Onun diĢləri bərkiyənə qədər
qalır, gücü-qüvvəsi artanda yaxĢılıq eləyənin bütün qoyun-quzusunu boğub qaçıb gedir. Ġsmayıl
da belə bir qurd balasıdı. Hələ qoltuqdadı, amma onun əlindən Astaradan keçib buraya gəlmək
olmur. Yolumuzu Qazan köĢkündan salmıĢıq. Biz elə bilirdik TalıĢın bir xanı var, deməyəsən
ikiymiĢ.
– Arxayın ola bilərsiniz, üçüncü xan olmayacaq. Ġsmayıl hələ heç kimin torpağını
basmayıb, TalıĢ torpağından baĢqa. Buna görə də məndən icazə alıb. O, gəlib babası Zahid
Gilaninin türbəsini ziyarət eləməyə.
O fikirləĢmiĢdi ki, iki od arasına düĢüb. Amma Hüsaməddin də bu yandan çıxmıĢdı. Onun
iĢləri pis gətirə bilərdi. Təkcə bir ümidi vardı. Havalar soyuyurdu. QıĢ yaxınlaĢırdı. Qar
düĢəndən, çöllərdə ot qar altında qalandan sonra heç bir ağıllı hökmdar qoĢun çəkib vuruĢmağa
getməz. Yazda isə Ġsmayıl Ərcivandan çıxıb gedəcək. Ġsmayıl uğursuzluğa düĢsə, onda bu üç
düĢmən TalıĢı tikə-parça eləməyəcəkmi? Fərrux Yasar da, Hüsaməddin də çox kinli adamdılar.
Heç nəyi yaddan çıxarmırlar. Onların kini dəvənin kinindən də betərdi. Uğur qazanandan sonra
necə, Mirzə Məhəmməd xanın qədrini biləcəkmi? Ġnsan övladı çiy süd əmib. Nə qədər ki, iĢi
düĢür, köməksizdir, məhəbbətini əskik eləmir. Elə ki, geniĢliyə çıxdı, əli hər yerə çatdı, o çətinlik
də, ağır günlərdə kömək duranlar da yaddan çıxır. Elə bilir elə öz gücünə qalxıb, yüksəlib. Yəqin
182 www.sarigelin.net
ki, Ġsmayıl da belə olacaq. O, indidən lovğalanır. UĢaq olsa da xanın görüĢünə gəlmədi və onu öz
yanına çağırmadı. Belə eləyər də, əli Allahın ətəyindədir. Gözü rəiyyətləri görmür.
Yox, bu iĢlərin heç biri Mirzə Məhəmmədi açmır, onu elə bil çarmıxa çəkib tarım
saxlayırdı. Nə qədər bu gərginliyə dözmək olar?
Hökmdarlıq da bir köpəyoğluluq deyil. Öz ürəyin istədiyini eləyirsən, baĢqalarına ziyan
olur, baĢqalarının xeyrini güdürsən, özünə ziyandı. O, hökmdar kimi bu elçilərin hamısını
boğazından asardı. Amma sabahı var bu günün. Gərək buna görə nə qədər qırğın verə. Bilmək də
mümkün deyil, özü salamat qalacaq, ya yox.
Bu elçiləri də dincəlməyə göndərəndən sonra vəziri çağırdı məsləhətə.
– Nə deyirsən, ay dünya görmüĢ qoca? Nə eləyək? Fərrux Yasar ordan, Əlvənd Mirzə o
tərəfdən, Hüsaməddin də bu yandan. Nə eləyək?
– Çətin sualdı, Məhəmməd xan. Ġsmayıla icazə verdin, yaxĢı da elədin. Sahibi zamandı,
bizim də axirət günümüz var. Ancaq bu günümüz də var axı. Hər iĢimizi axirətə bağlasaq, onda
gərək elə əlimizi-ayağımızı uzadıb ölək.
– Hə, eĢidirəm məsləhətini.
– ġirvanĢahın elçisi qiyməti qaldırıb min tümənə. Hüsaməddinin elçisi isə o barədə heç
söhbət də salmır.
Mirzə Məhəmməd qızardı.
– Deyəsən, qonağımızı bazara çıxartmıĢıq axı.
– Yox, qonaq qalır qonaq yerində.
– Bəs necə? Hamısı istəyir ki, bizdən razı qalsın. Əvvəla mən qonağı vermərəm, ikincisi də
verməli olsaydıq belə, o tək, müĢtəri üç. Üç yerə bölməyəcəkdik ki?!
– Yox, biz onu verə bilmərik. Bütün TalıĢ camaatı onun yanındadır. Hamı ziyarətə gedir.
Gündə yüzlərnən qurban kəsilir. Hər gedən neçə qoyun, cöngə, düyə aparıb bağlayır Ġsmayılın
düĢərgəsinə. Ziyarətçi onun müridlərindən çoxdu. Onu bu adamların əlindən almaq qeyri-
mümkündür. Deyillər onda bir zəhm var ki, heç kim həndəvərinə də düĢə bilmir. Gecə-gündüz
yüzlərlə adam onu qoruyur. Heç kimin ona əli çatmayacaq. Biz ġirvanĢahın, Əlvənd Mirzənin və
Hüsaməddinin yanında yaxĢı olmaq üçün onlara deyək ki, icazə veririk, adamlarınızı göndərin,
oğurlatdırıb aparsınlar. Göndərsinlər də adamlarını. Onsuz da zamanın sahibinin hər iĢdən xəbəri
olur,– deyə vəzir çox mə‟nalı-mə‟nalı gülümsədi. Həm min tüməni alarıq, həm də yaxĢı adam
olarıq.
Mirzə Məhəmmədin kefi duruldu.
Kəməndə sarınan atlı yəhərdən çıxdı və tappıltı ilə yerə dəyib süründü. Ayaqları baĢından
aĢıb yerə dəydi, o arabadan düĢən un çuvalı kimi yastılanıb qaldı. Sonra kəndiri dartdılar, atlını
sürüyüb apardılar. At da uzağa getmədi. Yüyənindən tutub gətirdilər.
Kəməndə sarınmıĢ adamı ayağa durğuzdular. O, bir ayağını çəkə-çəkə yeriyirdi və üz-
gözünü turĢutmuĢdu. MeĢənin içi ilə keçən cığırla dağa çıxartdılar. Burada köhnə, bir tərəfi
uçmuĢ qala vardı. Oraya gətirdilər. Həyətdən keçirib içərisindən tüstü çıxan binaya apardılar.
– ”Yeri”, “özünü əzib büzmə”, “tələs” kəlmələrindən baĢqa heç nə söhbət olmamıĢdı. Nə
kəməndlə qolları bədəninə sarılan bilirdi onu kim aparır, nə də aparanlar bilirdilər ki o kimdir.
Qalada qoyunlar mələĢirdi, bir tərəfə bir dəvə bağlanmıĢdı. Yerdə yüklər yan-yana
düzülmüĢdü. Bürclərdə adamlar görünürdü.
Ġki silahlı adam qolları bədəninə sarılmıĢ adamı iri otaqdan keçirib xırda bir hücrəyə
gətirdilər. Burada yerə qoyun dəriləri döĢənmiĢdi. Yerdə bir xalça da vardı və əllərini baĢının
arxasında çarpazlayan adam uzanıb fikrə getmiĢdi. Onun iri bığları görünürdü. Qapıda səs
eĢidiləndə o qalxıb dirsəkləndi. Bu Murad idi. Gözlərinə sataĢan sifət onu heyrətləndirdi və
təəccübləndirdi. Qolları bədəninə sarınan adam Əbih Sultan idi. Muradı görən Əbih Sultan da
qorxudanmı, heyrətdənmi gözləri irildi.
Onlar axırıncı dəfə bir-birini ġəmasə kəndi yanında görmüĢdülər. Onda üz-üzə gəlmiĢdilər,
bir-birilərinə qılınc çalmıĢdılar. DüĢməni çox görən Murad aradan çıxmıĢ, kürəyinə sancılan
oxdan sonra ağır yaralanmıĢ, Uba arvad onu sağaltmıĢdı. Zəmanənin qarıĢdığını görüb o təzədən
183 www.sarigelin.net
köhnə iĢinə qayıtmıĢdı. Çünki onunla mağarada yaĢayan müridlərin çoxu üzə çıxa bilmirdi.
Məcbur olub bu qalaya sığınmıĢdılar. Yolla keçən karvanları, tacirləri soyurdular. Təbrizlə
Ərdəbil arasındakı bu qalanı özlərinə məskən seçmiĢdilər. Murad dəstənin baĢçısı olmuĢdu.
Əbih Sultan dedi:
– Sən salamatsan?
– Salamatam. Görürsən ki, hələ ölməmiĢəm. Sənin adamlarının atdığı ox da məni öldürə
bilmədi. Ġndi növbə mənimdi.
Əbih Sultanın kürəyinin arasından soyuq tər damcıları birləĢib onurğa sümüyünün
üstündəki çökəklə aĢağıya axmağa baĢladı. O görmüĢdü ki, Fərrux Yasar artıq TalıĢ xanı ilə
əlaqə yaradıb. Artıq Əbih Sultan ona lazım deyil və onun gürzələrin arasına atılacağı gün
yaxınlaĢır. Ona görə də bir dəfə Fərrux Yasarla ova gedəndə atını cüyür dalınca salıb uzaqlaĢmıĢ,
onu izləyən fərraĢları azdırmıĢ, qaçıb aradan çıxmıĢdı. Yolda baĢına çox müsibətlər gəlmiĢdi.
Amma o bütün düyünlərdən qurtarmıĢ, özünü Xudafərin körpüsünə çatdırmıĢdı. Buradan birbaĢa
Diyarbəkrə, qardaĢı Nurəlinin yanına getmək istəyirdi. Budur artıq qaçaq Murada rast gəlib.
Murad qalxıb dizlərini qatladı, iri əllərini dizlərinin qabağında biri-birinin üstünə qoydu.
Onu gətirənlərdən soruĢdu:
– Bunu harada tutubsunuz?
– Təbriz yolunda.
– Tək gedirdi?
– Bəli.
– Bir Ģeyi yoxdur?
– Heç nəyi. Cibində bir axça pulu da yoxdu. Bir atı var, bir xəncəri, vəssalam.
– Yox, siz bilmirsiniz. Bu adamı mən yaxĢı tanıyıram. O, Rüstəm Mirzənin əmir əl ümarası
Əbih Sultandı. Mən də onun sahibi xəbəriydim.
Əbih Sultanı tutub gətirənlər nə edəcəklərini bilmədilər. YaxĢımı, pismi iĢ gördükləri
onlara bəlli deyildi. Biri baĢını aĢağı saldı, o birisi günahkar-günahkar Murada baxıb gözlərini
döydü.
– Qəbahət iĢ görmüĢük, deyəsən.
– Yox, buna görə hər ikinizə böyük ənam düĢür.
O, əl atıb yastığın altından bir kisə pul çıxartdı.
– Gəl götür. Aparın bölün. Əmirin atı da sizindi. Onlar təəccüblə Əbih Sultana və Murada
baxıb çıxıb getdilər.
– Yenə qayıtmısan yol kəsməyə? – Əbih Sultan onu acıladı.
– Bəli, Əbih Sultan. Yol kəsmək sənin saraydakı iĢlərindən daha abırlı sənətdi. Sən hamını
ucdantutma soyursan, xoĢuna gəlmirsə, canını alırsan, gözünü çıxarırsan, ən yaxın dostunun
düĢməninin qabağında baĢını kəsirsən. Amma mən sənin əlindən dağa-daĢa düĢən adamlarla
keçən tacirlərdən çörəyimizin haqqını alıb yolda vəhĢi quldur-qaçaqdan qoruyuruq. Bu adamların
evlərindən-eĢiklərindən didərgin düĢməyinin səbəbi sənsən, mən deyiləm. Hələ gör Ərdəbildə nə
qədər cinayətlər elədin, qanlar axıtdın, uĢaqları yetim qoydun. Elə bilirdin onların baĢı üstündə
Allah yoxdu? Onların ahını heç kim eĢitməyəcək? Budur, yola tək çıxırsan, səni həmiĢə əhatə
eləyən əyan-əĢrəf də üz çevirib. Cibində bir axça pulun da yoxdur. Allah barmağını uzadıb
adamın gözünü çıxartmır ki, belə eləyir. Hamının gözündən salır. Yəqin ki, həm də acsan.
Görürəm, gözlərinin ağı da saralıb. Yox, mən əclaf adam deyiləm. Sənə doyunca yemək də
verəcəklər. Meylindən nə keçirsə də hazırlatdırım.
Bu eyhamların arxasında nə gizləndiyini Əbih Sultan yaxĢı baĢa düĢürdü. Artıq Muradın
əlindən qurtarmağa heç bir imkan yox idi. Görünür artıq onun öz sonu da gəlib yetiĢib.
– Bir Ģərtlə, Murad bəy, yeməyi sənnən bir yerdə yeyəcəm.
– Yox!
– Ölüm cəzasına məhkum olanın axırıncı arzusunu soruĢurlar və yerinə yetirirlər. – Əbih
Sultan gülümsədi də.
184 www.sarigelin.net
– Bilirsən, mən daha o Murad deyiləm. Sənin elədiklərini görəndən sonra daha mənim heç
kimə inamım qalmayıb.
– YaxĢı, gəl necə deyərlər, əyri oturaq, düz danıĢaq. Mən sənə nə pislik eləmiĢəm?
RastlaĢmıĢıq, Rüstəm Mirzəni taxta çıxarandan sonra səni eləmiĢəm sahib xəbər. Sən də mənim
sirrimi qızılbaĢlara çatdırmısan. Belədi, belə deyil?
– Bəli, elədi.
– Bəs onda niyə məni günahlandırırsan?
Murad fikrə getdi. “Əbih Sultan düz deyir, onun mənə heç bir pisliyi keçməyib. Amma...”
– Əbih Sultan, dediklərin düzdür. Mənnən kəsdiyin çörəkdən sonra mənim özümə xəyanət
eləməmisən. Amma Murad tək özünü fikirləĢsəydi, indi onun xanimanları vardı. Mən sənin
ikiüzlülüyünü görmüĢəm. Sən Sultanəlini öldürdün, balaca qardaĢını öldürdün, analarını
öldürdün, Ərdəbil qazısını asdırdın, nə qədər müridlərin boğazına kəndir keçirdin. Nəyə görə?
Rüstəm Mirzəyə görə. Rüstəm Mirzəni neylədin? Gödək Əhmədin qabağında quzu kimi qurban
kəsdin. Bunlar elə adamlardı ki, mən onların heç birinin dırnağı da deyildim. Əgər mən də sənə
mane olsaydım belə eləyərdin. Bütün bunları görəndən sonra demiĢəm, ey çörək, sənə deyirik
Qur‟andan irəlisən, yox, sənin heç gücün yoxmuĢ. Yox, indi görürəm ki, çörək çox güclüymüĢ.
Elə bilirdin o qədər günahı soruĢan olmayacaqdı. Allah məni göndərib sənin kimi adamları da
mən cəzalandıram. Bilirsən bunun nə qədər savabı var?!
– Min savabdan bir torba qızıl irəlidi.
– Sənnən ötəri hə, mənnən ötəri yox.
– Murad bəy...
Murad onun sözünü kəsdi.
– Mən bəy deyiləm, qaçaq Muradam. Mənə sənin verdiyin bəylik də lazım deyil. Əgər
məni taxta çıxarıb baĢıma tac qoysaydın, səni tanıyandan sonra o tacı ayaqlarımın altına salıb
əzik-əzik eləyərdim.
– Ay uĢaq! – Muradın səsi çox gur idi. Çağıran kimi ağacdan yonub düzəltdikləri təzə qapı
açıldı, bayaqkı adamlar içəri girdi.
– Açın bunun sarığını. Biriniz də aĢbaza deyin yaxĢı bir Ģüyütlü plov biĢirsin. Çünki əmir əl
ümara Ģüyütdü plovu bütün plovlardan çox xoĢlayır.
Onlardan biri Əbih Sultanın sarğısını açdı.
– Otur görüm.
Əbih Sultanın sifəti siyrilmiĢdi. Sağ ayağı da möhkəm ağrıyırdı. Birtəhər aĢağı tərəfdən
oturdu.
– DanıĢ görüm hardan gəlib hara gedirsən?
– Diyarbəkrə gedirəm.
– Hardan gəlirsən?
Əbih Sultan Fərrux Yasarın yanında olmağını danıĢmadı. Bu da Muradın əlində təzə bir
dəstəvuz olardı.
– Qarabağdan. Bir dostumun yanındaydım.
– Dostun səni niyə pulsuz-parasız, adamsız yola salıb?
– Murad bəy, tərəqqinin tənəzzülü də olur. Vaxt vardı yuxarı qalxırdım, indi də aĢağı
enirəm. Kim bu dünyanı tutub durub axı? Heç kim. Onsuz da bundan sonra mən bir də saray üzü
görməyəcəm. Qayıdıb gedirəm öz mülkümə, qardaĢımın yanına. Gəl sən də məni yolumdan
qoyma.
– Bircə bunu eləyə bilməyəcəm.
– Mən insafsızam. Sən insaflı ol. Havayı demirəm. Rüstəm Mirzənin xəzinəsi mənim
əlimdədi. Yarısını sənə bağıĢlayaram.
– Yox!
– Hamısı sənin olsun. Tutaq ki, məni öldürdün. Buna görə heç kim sənə sağ ol deyib, o
qədər ən‟am verməyəcək. Götür xəzinəni, bu adamları da burax, qayıt get öz elinin içinə, Ģah
kimi yaĢa ömrünün axırına kimi. Evlən, hələ qocalmamısan. Axır günündə sənə sahib duran
185 www.sarigelin.net
olsun. BeĢ il, üç il dağlarda yuva qurub yol kəsəcəksən, sonra da Əlvənd Mirzə güclü qoĢun
göndərib hamınızı quĢ kimi ovlatdıracaq. Meyitinizi dağda-daĢda çaqqal, canavar dağıdacaq. Ġndi
özün bil. Mən dünyada bir adama ürəkdən yaxĢılıq eləmiĢəm, o da sənsən. Ġndi o adamın əlində
ölmək məni ağrıdır. Qoy heç olmasa düĢmənlərim məndən intiqam alsınlar.
Murad dediyinin üstündə dayanmıĢdı:
– Nə olar, ölümünü özün seçərsən. DüĢmənlərini tapmaq məndə.
Qapı açıldı, otağa iri məcməyidə Ģüyütlü plov gətirdilər.
– Otur ye. Mən toxam. – Səninlə bir daha duz-çörək kəsəsi deyiləm.
TalıĢ dağlarının baĢına buludlar toplanmıĢdı. O buludlar Xəzər dənizinin üstündən sıralanıb
buraya axıĢırdı. Ağır tutqun buludlar Kirkan meĢəsinin dəmirağaclarına iliĢib dayanır, ya dağı
dərdli görüb əylənirdilərsə, ya nədi, buludlar bir yerə toplaĢırdı. Onlardan yağıĢla bərabər qar
ələnirdi. Yerə çatan kimi qar əriyir, yağıĢ isə həmiĢə yağdığı bu qara torpağı horraya döndərirdi.
Ərcivan meĢəsində yağıĢ ağaclardan çox yerdəki xəzəllərə yağırdı. Ağacların nəhəng
gövdələri islanıb qaralmıĢdı. Neçə gündən bəri yağan yağıĢ onları elə islatmıĢdı ki, o nəmi, o
suyu ağacların canından ancaq yay günəĢi çıxara bilərdi.
Zahid Gilaninin məqbərəsi ətrafında qurulan çadırların üstünə yağıĢ düĢdükcə sacda
qovrulan qarğıdalının səsini verirdi. Ağ çadırın içərisinə isə bu yağıĢ un kimi, toz Ģəklində
tökülürdü, Ġsmayıla elə gəlirdi bu nurdu, iĢıqdı. Amma gecə-gündüz onun çadırı ətrafında keĢik
çəkən müridlər yağıĢın əlindən cana gəlmiĢdilər. Onlar da ağac kötükləri kimi islanmıĢ, su, soyuq
iliklərinə iĢləmiĢdi. Onlardan biri lap cana gəlmiĢdi. Ürəyində bircə fikir dolandırırdı.
– Allah kömək olmuĢ, bir baĢını qaldırıb tanrıdan iltimas eləyə bilməz ki, bu yağıĢı kəs.
Axı onu zamanın sahibi eləyən qurban olduğumdu da. Yə‟ni desə sözü yerə düĢər?
Mürid yoldaĢları heç kimə baxmaz, onun dilini kəsərdilər.
Bu günlər Lələnin də iĢi çox idi. Lap çox. Gecə qurtarırdı, o isə bir çimir eləməyə vaxt
tapmırdı.
TalıĢdan, Muğandan, Gilandan, Ərdəbildən, Mazandarandan belə korlar, Ģillər, xəstələr
sürünə-sürünə axıĢıb bura gəlir, öz dərdlərinə əlacı Ġsmayılda görürdülər. Amma Lələ Ġsmayılı
heç kimlə görüĢməyə qoymurdu. Çadırda, adamların arasında o laməkan olmuĢdu. Görünsə,
adamların arasına çıxsa, Lələyə elə gəlirdi ki, sehr itər. Bu xəstələri isə birtəhər geri qaytarırdı.
Onu düĢündürən bu xəstələrin taleyi deyil, silah götürə bilən müridlərin sayı idi.
ġam Ģəhəri yanında məskən salmıĢ Ģamlı tayfasına, Ərzincan ətrafındakı rumlu tayfalarına,
Vaysaq, Boyat, Ustaclı, Qacar və ƏfĢar tayfalarına o, carçılar göndərmiĢdi. Elə bil ki, dünyanın
ən hündür yerində dayanan carçı əlini qulağının dibinə qoyub ucadan səsləyirdi.
– Zamanın sahibi peyda olub. Kimin günahı yoxdursa, yığılıb gəlsin. Onunla bərabər bütün
günahları yer üzündən süpürüb atsın. EĢidirsinizmi, eheyy...
Bu carçının səsini isə hər yerdə eĢidirdilər. Ona hay verirdilər.
Artıq ilk carçı qayıtmıĢdı. Lələyə danıĢırdı:
– Əbdi bəyin yanında oldum. Sevindiyindən çiçəyi çıtladı. Dedi mənim elim hamısı yazda
at belində olacaq.
– Necədi Əbdi bəy?
– Sazdı. Əjdaha kimi. Saçı-saqqalı bir az çallaĢıb. Lələ özü Ģamlı tayfasından idi. Neçə illər
bundan əvvəl gəlmiĢdi və bir daha o tərəflərə ayağı düĢməmiĢdi, Əmir Teymur Ģamlı qəbiləsini
Səmərqənd tərəfə aparanda Lələnin babası ġeyx Səfi türbəsinin mücövürü, ġeyx Əlinin yanına
gəlmiĢ, onu Əmir Teymura minnətçi salmıĢdı. Xacə Əlinin xahiĢini eĢidən Əmir Teymur ġamlı
tayfasının geriyə, öz torpaqlarına qayıtmağına icazə vermiĢdi. O vaxtdan da bu tayfa Ərdəbil
Ģeyxlərinə, onların əqidə və təriqətinə bağlanmıĢdı. Lələnin atası isə oğlunu bu ocağa nəzir
demiĢdi. Böyüyəndə onu ġeyx Heydərə tapĢırmıĢdı.
– Bunu pirimizə nəzir demiĢəm. Nökərindi, qulundu.
Amma onlar dost olmuĢdu. ġamlı qəbiləsi onlara indiyə qədər sədaqətliydi, ona görə də ilk
çaparı elə ora göndərmiĢdilər.
186 www.sarigelin.net
Tək-tək gələn müridləri birləĢdirmək, onları nizamlı qoĢun halına salmaq da çətin iĢ idi.
Böyük tayfalar öz silah götürən oğullarını bir yerdə gətirməsə, gələcək döyüĢlərdə uğur
qazanmağa da ümid az idi. Düzdür, özünə mürid adı götürən indidən bilir ki, ölüm-dirimə gedir
və bu döyüĢlərdə öz canından keçməlidir. Bununla belə mütəĢəkkillik daha vacib,
məsələlərdəndi. Həm də müridlərin arasında düĢmənlər də gələ bilər. ĠĢin baĢlanğıcında onlara
elə bir xəta yetirə bilərdi ki, onu heç nə ilə düzəltmək olmazdı.
Artıq TalıĢ xanı ona xəbər çatdırmıĢdı. Fərrux Yasarın və Hüsaməddinin müridlər arasına
sui-qəsdçilər göndərəcəyindən xəbərdardılar. Amma o sui-qəsdçilər kim ola bilərdi? Yüzlərlə
adam gəlir, hamısı da sahibi zamanın tərəfində ölümə hazır olduğunu deyir. Heç birinin də
alnında düĢmən olduğu yazılmayıb.
Lələ bircə iĢ görə bilmiĢdi. Təzə gələnlərə düĢərgədən xeyli aralı çadırlar qurulur, onlar
Ġsmayılın düĢərgəsinə buraxılmırdı. Bəs necə? Onlar gizlincə yaxınlaĢıb çadırda yatan Ġsmayılı
öldürə bilməzdimi? Çadırın ətrafında ən inanılmıĢ adamlardan keĢikçi qoyulurdu. Bir də
Ġsmayılın yeri tez-tez dəyiĢdirilirdi. Ġkinci gecə bir yerdə yatmırdı.
Lələ baĢqa bir tədbir də görmüĢdü. Bu sirri isə ondan və ən yaxın iki-üç adamdan baĢqa heç
kəs bilmirdi. Ərdəbil müridlərindən birinin Ġsmayıl yaĢda, Ġsmayılla bir üz almaya oxĢayan Xızır
adlı oğlu vardı. Lələ Xızıra da eyniylə Ġsmayılın paltarından tikdirmiĢdi. Hər gün hər ikisinə eyni
libas geydirilirdi. Amma bundan onların heç birinin xəbəri yoxdu. Bunu iki məqsəd üçün
eləmiĢdilər. Birincisi ona görə ki, əgər düĢmən düĢərgəyə yol tapsa çaĢıb qalsın. Ġkincisi də bir-
iki dəfə eyni vaxtda onları düĢərgənin ayrı-ayrı səmtlərində adamlara uzaqdan göstərmiĢdi. Hər
ikisi də namaza dayanmıĢdı. Bu da ziyarətə gələnlərdə qəribə bir mö‟cüzə tə‟siri yaratmıĢdı.
Sözü-sovu hər tərəfə yayılmıĢdı. Ġsmayılın eyni vaxtda iki yerdə görünməyi ən böyük mö‟cüzə
tə‟siri bağıĢlamıĢdı.
Onlar insanları yalnız bu cür mö‟cüzə pərdəsi altında öz arxalarınca apara bilərdilər.
Bir gün düĢərgəyə qulaqları eĢitməyən, gözləri çəp, qozbel bir adam oğlunun əlindən tutub
gəlmiĢdi. Ona nə qədər demiĢdilərsə, baĢa sala bilməmiĢdilər ki, Ġsmayılın yanına heç kəsi
buraxmırlar. O, öz dediyinin üstündə dayanıb durmuĢdu. Nəhayət, Ġsmayılın həmiĢə namaz
qıldığı yerə gətirmiĢdilər. O, zamanın sahibinin dayanıb namaz qıldığı Yeri öpmüĢ, yalamıĢ,
sonra ona inamsızlıqla baxan adamların yanında cibindən bıçağını çıxarıb itiləmiĢ, çəp
gözlərindən yaĢ axa-axa, on-on iki yaĢındakı oğlunu yerə yıxıb qibləyə döndərmiĢ, bıçağı onun
boğazına çəkmək istəyəndə, qolundan tutub güclə saxlamıĢdılar.
Qorxudan nitqi qurumuĢ uĢağı alıb buraxmıĢ, onu isə Lələnin yanına gətirmiĢdilər.
Əhvalatı da olduğu kimi ona danıĢmıĢdılar.
– Sən kimsən? Hardan gəlmisən?
Əlini qulağına aparıb kar olduğunu, eĢitmədiyini bildirmiĢdi. Bir də sözləri bərkdən təkrar
Dostları ilə paylaş: |