Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   27   28   29   30   31   32   33   34   35
eləyəndən sonra demiĢdi. 
– Biləsuvar tərəfdənəm, qadan alım. 
– Bəs bu nə iĢdi, sən tutursan? O körpə uĢağın nə günahı var?  
– O uĢaq mənim belimdən gəlib, qadan alım. Sahibi zamana qurban demiĢəm.  
– Nəyə görə? 
–  Necə  yə‟ni nəyə görə? Zülm ərĢə dayanıb.  Onnan evdə onu da var. Hamısı  da acından 
ölür. Ən gözə gələnini qurban deyib gətirdim. Qoy biri qurban getsin, o biri uĢaqlar heç olmasa 
zamanın sahibinin kəramətindən çörək tapsınlar. 
– Bir qoç gətirin, – deyə Lələ göstəriĢ vermiĢdi. 
Qoçu  gətirmiĢ,  Lələ  məcbur  etmiĢdi  ki,  atası  uĢağını  qurban  kəsdiyi  yerdə  qoçu  qurban 
kəssin. Bundan sonra ona pul da vermiĢdi. 
Ġndi get uĢaqlarını dolandır, zamanın sahibinin kəraməti onların ruzusunu yetirər. 
–  Yox,  qadan  alım.  Heç  yerə  gedən  deyiləm.  Bu  lap  Ġsmayıl  qurbanına  oxĢadı.  Bundan 
sonra mən onun qurbanıyam. Özümü qurban verməsəm gözümə yuxu getməz. 
Həmin kiĢini düĢərgənin aĢpazlarına qəssab vermiĢdilər. Qoyunları kəsir, soyur, doğrayırdı. 
Hamı bu fikirdəydi ki, onun kimi sadiq ürəklə Ərcivana gələn olmayıb. Öz iĢindən əlavə, odun 

187  www.sarigelin.net 
 
yarır, qazanların altını yandırır, su daĢıyır, xırım-xırda iĢləri də cani-dildən görürdü. Təmizliyinə, 
səliqə-səhmanına görə ona yeməkləri daĢımağı da ümid eləmiĢdilər. 
Bu  yağıĢlı  gündə  aĢpaz  çardağın  altında  dəm  almıĢ  plovu  ocaqdan  düĢürüb,  o  birisi 
nimçələrdən fərqlənən çini qaba aĢ çəkdi. BaĢı nəyəsə qarıĢdı. Amma o qabın yanından kiminsə 
qaraltısının keçməyinə əhəmiyyət vermədi. Amma qayıdanda özündə nəsə bir narahatlıq duydu. 
Ürəyi  nədənsə  döyünməyə  baĢladı.  BaĢını  qaldırıb  odun  doğrayan  kiĢini  gördü.  Deyəsən  o  da 
nədənsə narahat idi və gözucu aĢpaza baxırdı. AĢpaz onu əlinin hərəkəti ilə yanına çağırıb, çini 
qabı  aparmağı  ona  tapĢırdı.  KiĢi  bir  an  tərəddüd  elədi,  sonra  aĢ  çəkilmiĢ  qabı  götürdü.  Plovun 
istisi  keçəndə  əlləri  əsdi.  Bir  an  duruxdu  və  yeridi.  Amma  elə  bil  hər  ayağına  bir  putluq  daĢ 
bağlanmıĢdı. Gedə bilmirdi. AĢpaz da bunu hiss eləmiĢdi. Ocağın yanından ucu qırğı burnu kimi 
qabağa  əyilmiĢ  dəhrəni  götürüb  yavaĢ-yavaĢ  onun  dalınca  getdi.  Çadıra  çatmamıĢ  birdən-birə 
dedi: 
– Dayan! 
KiĢi  dayandı.  AĢpaz  qabın  rənginə  fikir  verdi.  Bu,  Mirzə  Məhəmməd  xanın  Ġsmayıla 
bağıĢladığı mərtəbeyi idi və onun rəngi açıq yaĢıldan dönmüĢ, qaralmıĢdı. AĢpaz özünü saxlaya 
bilməyib qıĢqırdı: 
– Lələ, özünü çatdır! 
Bir anda Lələ çöldə idi. AĢpaz baĢı üstünə qaldırdığı dəhrəyə və qozbel, çəp kiĢinin əlində 
əsən  qaba  baxdı.  Qozbel  Lələni  görəndə  əlindəki  qab  düĢüb  çilik-çilik  oldu  və  plov  palçığa 
qarıĢdı. 
Lələ,  məsələnin  nə  yerdə  olduğunu  baĢa  düĢüb  qılıncını  siyirdi.  Xadim  bəy  Xulafanı  da 
çağırtdırıb elə oradaca məhkəmə qurdu: 
– Bu kimin günahıdı? – O, əvvəl aĢpazdan soruĢdu. 
– Onun, – deyə aĢpaz çəpgöz qozbeli göstərdi. O, çəpgözə baxdı. 
– O plova zəhəri kim qatıb? 
Ġldırım vurmuĢ kimi yerində quruyub qalmıĢ çəpgöz baĢı ilə aĢpazı göstərdi. Amma birdən 
diz üstə düĢüb palçığın içindən plovu ovuclayıb ovurduna təpməyə baĢladı. 
– Dayan, səni bura kim göndərib? 
– ġirvanĢah. Bu gün mənə min tümən verdilər, bir də bu zəhəri. Dedilər ədviyyə kimi səp. 
– Kim verdi? 
– Tanımıram. 
– Bizim müridlərdəndi? 
– Hə. 
– Görsən tanıyarsan?  
– Hə. – O artıq hər sözü eĢidirdi. Karlığı yox idi. 
Beli isə qozbel idi. Əlini atıb plovu palçıqqarıĢıq götürüb ağzına təpirdi. – Allah, itin olum, 
Allah,  piĢiyin  olum.  Gör  mən  nə  günah  iĢlətmiĢəm.  Tez  öldür  məni,  elə  bildim  heç  kəs  baĢa 
düĢməz. Yox, Ġsmayıl zamanın sahibidi. Ona Ģəkk eləyənə min arxa lə‟nət. Heç kəs görməmiĢdi. 
Qab satdı məni. Allahın qabı da dil bilirmiĢ, ona qulluq göstərirmiĢ. 
Getdikcə  onun  səsi  kallaĢırdı.  Lələ bir Ģeyi  də dürüstləĢdirmək istəyirdi. AĢpazın  bu iĢdə 
günahı olub-olmadığını bilməliydi. 
– AĢpazın bu iĢdən xəbəri var? Ölüm ayağında düzünü de. 
– Yox, – o baĢını buladı. 
– Bəs sən Ġsmayılın ayağı altında oğlunu qurban kəsirdin? 
– Mənim oğlum deyildi. OğurlamıĢdım.  
Lələ qılıncın iti ucuyla onu dümsüklədi. 
– O mürid hardadır, adı nədir? 
– Adını bilmirəm. Sağ gözündə titə var. – Artıq o plovu yeyə bilmirdi. Bayaqdan palçığın 
içində iməkləyən uĢaq kimi dayanmıĢdı, ayaqları arxaya, əlləri qabağa sürüĢdü, o üzü üstə yerə 
gəldi.  Beli  qırılmıĢ  ilan  kimi  qıvrıldı.  Sifətini  palçığa  sürtdü.  Zarıdı,  öyüdü  və  birdən-birə 

188  www.sarigelin.net 
 
çarmıxdakı  adam  kimi  dartıldı  və  quruyub qaldı. Lələnin bir iĢi də artmıĢdı.  Gözü titəli adamı 
tapmalıydı. Hələlik isə baĢını qaldırıb aĢpaza baxdı. Amma aĢpaz oturub uĢaq kimi ağlayırdı.  
– Sən necə oldu ki, belə adama inandın? 
– Bilmirəm. Ona hamı inanmıĢdı. Nə yaxĢı ki, Ģübhələndim. Elə bil ki, mənə kimsə dedi, 
agah oldu. 
Lələ zamanın sahibinə zəhər vermək istəyən adamın bu hala düĢməyini də yaymaq, hamıya 
bildirmək istəyirdi. “Mö‟cüzə”nin biri də artırdı. 
 
 
ÇUXUR SƏƏD1 SƏFƏRĠ 
 
BaĢındakı  sədəf  rəngli  buzlaqlar  parlayan  dağların  əhatəsinə  kainatın  ən  böyük  zümrüdü 
düĢmüĢdü. Bu zümrüd yaz günəĢinin altında parıldayırdı, qırçınlanırdı. O, zümrüd üzüklərdəki, 
taclardakı, qolbağ və bilərziklərdəki, xalxal və bazubəndlərdəki zümrüddən daha zərif rəngdəydi. 
Onun közəlliyini heç bir Ģeylə müqayisə eləmək mümkün deyildi. Ġsmayıl çadırın qabağında da- 
yanıb  bu  gözəlliyə  baxırdı.  Ayağı  altına  isə  təbiətin  elə  bir  xalçası  salınmıĢdı  ki,  onu 
ayaqlamağa insanın ürəyi gəlmirdi. Züm- 
----------------------- 
1. Orta əsrlərdə Ġrəvanın və Ararat vadisinin adı. 
rüddən daha yaĢıl otların arasında sarı çiçəklər bitmiĢdi. BeĢ ləçəkli bu qaymaq çiçəklərinin 
ləçəklərini təbiət-zərgər ən son həddə qədər cilalamıĢdı. Çox xırda, barmaqlar arasına götürmək 
mümkün olmayan, rəngi göylərdən mavi çiçəklər açmıĢdı. 
Ağ  çadırdan  bir  az  yuxarıda  qar  xarlayıb  qalmıĢdı.  Və rəngi  elə bu çadır kimi,  Ġsmayılın 
mindiyi Qızıl qanad kimi ağappaq idi, ayrı-ayrı danələri parıldayırdı. O qar topasının aĢağısında 
sarımtıl rəng vardı. Qar əridikcə damcı-damcı sular torpağa hopurdu və elə buradaca novruzgülü 
iki nov yarpağının arasından qalxıb boylanırdı. 
Onun ürəyində misralar dolanmağa baĢladı. 
QıĢ getdi, yenə bahar gəldi,  
Gül bitdivü laləzar gəldi. 
Elə gözəl bir gün, elə gözəl təbiət, elə gözəl əhvali-ruhiyyə vardı ki, insanın qəlbinə zərrə 
qədər də pis fikir gəlmirdi. Tale də yaddan çıxmıĢdı, düĢdüyü xətalar da, baĢına gələn müsibətlər 
də, irəlidə onu gözləyən iĢlər də. 
Həyatda, dünyada hər Ģey niyə belə gözəl  və həmahənk deyil. Dünyanın  bir tərəfinə belə 
gözəllik, o birisi tərəfinə səmum yelinin göylərə qaldırdığı qum tufanları düĢür. 
Lələ isə bu gözəlliyi görmürdü. Bu yaĢıllıqdan, çiçəklərdən, bahardan xəbər tutmamıĢ kimi 
qırmızı,  üstündə  mamır  da  bitməmiĢ  qayanın  dibindəki  buğlanan,  isti  gölməçənin  kənarında 
oturub  fikrə  getmiĢdi  və  hərdən  bir  yerdəki  ağ,  kövrək  daĢları  suya  salır,  onların  qaynamağına 
baxıb tullayırdı. 
Yaz gələn kimi o məsləhət görmüĢdü ki, Ərcivandan tərpənsinlər. Orada düĢərgənin yerini 
hamı  bilirdi  və  hər  gün  sui-qəsd  gözləyirdilər.  Həm  də  üz-üzdən  utanır.  Rumlu  və  Ģamlı 
tayfalarına özləri dəyib müridlərin sayını artırmalıydılar. 
Ölkənin,  səltənətin  iki  yerə  bölünməsi  nə  qədər  ağır  və  acı  olsa  da,  onların  məqsədə 
çatmağını  asanlaĢdırırdı.  Əlvənd  Mirzə  güclü  deyildi.  Fərrux  Yasar  da  təklənmiĢdi.  Yenə  də 
onların fikri ilk dəfə ġirvan üstünə yerimək idi. Bunun üçün də Ģərait yetiĢmiĢdi. 
Ərcivandan  tərpənməmiĢdən  əvvəl  o,  müridlərin  arasında  sağ  gözü  titəlini  axtarmıĢ,  bu 
nəm-niĢanda  səkkiz  nəfər  tapmıĢdı.  Onların  arasında  isə  ġirvanĢahın  göndərdiyini  ayıra 
bilməmiĢ,  əvvəl  hamısını  e‟dam  elətdirmək  istəmiĢ,  amma  Ġsmayıl  onların  hamısına  aman 
vermiĢ, müridlikdən çıxarmaqla kifayətlənmiĢdi. 
Çox  da  böyük  olmayan  dəstələri  artıq  Göyçə  gölünün  kənarındaydı.  Qarabağı  adlamıĢ, 
Tərtər çayının vadisi ilə isti sular qaynayan Dəlidağa gəlmiĢ, Sarı yer yaylağından Göyçə gölünün 

189  www.sarigelin.net 
 
sahilinə  çıxmıĢdılar.  Buradan  isə  Cığın  vadisi  ilə  Çüxur  Səədə  enəcək,  Arazı  keçib  Ərzincana 
gedəcəkdilər. 
Artıq Əyricə yaylağına köçlər düĢmüĢ, alaçıqlar qurulmuĢdu. 
Lələ birdən bir məsələyə məəttəl qaldı. Onun suya saldığı yüngül, kövrək, ağ daĢlar qayaya 
dəyəndə yapıĢıb orada qalırdı. Bu ki, mö‟cüzədi. O, yenə də daĢı isladıb baxdı. Ġsti su dəyən kimi 
ağ  daĢda  köpük  əmələ  gəlirdi.  DaĢı  qayaya  tulladı.  Bu  da  yapıĢıb  qaldı.  DaĢı  suya  batırmamıĢ 
atdı, qayaya yapıĢmadı. 
Geri qayıdıb Ġsmayılın yanına gəldi. Onun yenə də Ģe‟r aləminə cumduğunu görüb dinmədi. 
Arxada  dayanıb  qollarını  qoynuna  qoydu.  Əyricə  yaylaqlarına  tərəf  baxdı.  YaĢıl  təpələrin 
üstündən  göyümtül  dağ  görünürdü  və  o  dağın  yamaclarında  qar  Ģırımları  yuxarıya  getdikcə 
nazilən ağ, iti diĢlər kimi dayanmıĢdı. AĢağıdakı təpələrdə sürülər, ilxılar görünürdü. Düzənlikdə 
isə yaz yerdə iĢaran bulaqların qarıĢıb artırdığı ilan kimi əyri, gümüĢ kimi parıltılı bir çay axırdı, 
həmin çayın  da hər iki tərəfində baldırğanlıqlar görünürdü. Buraya axĢam çatmıĢdılar. DüĢərgə 
qurmuĢ,  yatıb  dincəlmiĢdilər.  Bu  gün  də  atlarını  yemləyib,  dinclərini  alandan  sonra  səhər  yola 
düĢəcəkdilər. 
Ġsmayıl dönüb Lələni gördü. 
– Lələ, 
QıĢ getdi, yenə bahar gəldi,  
Gül bitdivü laləzar gəldi. 
 
– bəli, mürĢüdüm. Təbiətin bahar, günahsız vaxtıdır. Dünyanın ən acizi olan gül-çiçəklərin 
belə xətrinə toxunmur təbiət.   
– Gözəl yerlərdi. Bu hansı dəryadı? 
– Bu Göyçə gölüdür. Suyunu bulaqlardan alır. Bu isə bal kimi Ģirindi. Onun Tirrix1 balığı 
kimi dünyada dadlı balıq yoxdu. On- 
dan xeyli tutdurmuĢam. Amma daha bir mö‟cüzə də var. 
– Nədir o mö‟cüzə? 
-------------------- 
1. Tirrix– (qızıl xamı balıq-ərəbcə) 
Lələ Ġsmayılı isti gölün kənarına gətirib daĢın qayaya yapıĢmağını danıĢdı, göstərdi. 
– Doğrudan da mö‟cüzədir. 
– Bu mö‟cüzəni isə zamanın sahibinə Allah təala əta eləyib. 
O,  bu  mö‟cüzədən  istifadə  eləməyin  yolunu  öyrənmiĢdi.  Uzun  yolda  yorulub  deyinənlər, 
ġirvana yox, yolu özgə səmtə çevirəndə narazı qalanlar vardı ki, onları inandırmaq lazım gəlirdi. 
Bu fikrini Ġsmayıla danıĢandan sonra geri qayıtdılar. O, müridlərin arasında olan Dədə bəyi, Qara 
Piri  bəy,  Xadim  bəy  Xulafanı,  Bayram  bəy  Qaramanlını  çağırtdırdı.  Hər  on  müriddən  birini 
ayırmağı tapĢırdı. Mö‟cüzə baĢ verəcəyini dedi. Amma sirri onlara da açmadı. 
Hər on nəfərdən biri ayrılıb isti gölün kənarına gələndən sonra, o üzünü bu adamlara tutub 
soruĢdu: 
– DaĢ-daĢa yapıĢar? 
– Yox, – deyə Dədə bəy cavab verdi. 
– Düzdür, bir-birindan ayrılan daĢların hələ yapıĢdığını heç kəs görməyib. Amma zamanın 
sahibi  burada  sizə  möcüzə  göstərmək  istəyir.  DaĢ  qayaya  yapıĢacaq.  Mən  ürəyimdə  bir  niyyət 
tutmuĢam.  Bu  niyyət  də  ondan  ibarətdir  ki,  əgər  mənim  götürüb  o  qayaya  atdığım  daĢ  dəydiyi 
yerə yapıĢıb qalsa, onda bizim getdiyimiz niyyət baĢ tutacaq və bizim zəfər sancağımız hər yerdə 
dalğalanacaq. 
Hamı  təəccüblə  ona  baxırdı.  Lələ  əyilib  yerdən  bir  ağ  daĢ  götürdü.  Burada  ağ  daĢdan 
qeyrisi də yox idi. Dua oxudu, onu suya salıb nələrsə dedi, sonra çıxaran kimi qayaya atdı və o 
daĢ yapıĢıb qayada qaldı. Heyrət nidaları eĢidildi.   
– Ġndi o daĢdan birini Dədə bəy atsın. Dədə bəyin atdığı daĢ da yapıĢdı. 
Lələ dedi: 

190  www.sarigelin.net 
 
– O qayaya yapıĢanlar isə zamanın sahibinin atdığı daĢlardı. Qara Piri bəy də, Xadim bəy 
də, Bayram bəy də daĢlarını atsınlar, gedin hamıya danıĢın. Gətirib hamıya göstərin. Nəbadə ora 
daĢ atasınız. 
– BaĢ üstə, baĢ üstə, – deyə səslər eĢidildi. Müridlərdən biri dedi: 
– Niyə atmayaq? 
– Zamanın sahibi belə buyurub. 
Onu yoldaĢları dürtmələyib susdurdular. Hamısının kefi duruldu. QızılbaĢ ağsaqqalları isə 
Ġsmayılın yanına qayıtdılar. Bu mö‟cüzənin tə‟sirindən danıĢdılar. Ona dualar elədilər. 
Bu vaxt müridlər bir nəfəri sürüyə-sürüyə gətirdilər. Lələ soruĢdu: 
– Deyir ilxıları buraxıb otlaqlarımızı otarırsınız. Bilmir ki, bu kimin atlarıdı. 
Lələ bəy əmr etdi ki, onunla iĢləri olmasın, onu mehribanlıqla dilə tutdu: 
– Sən kimin adamısan?  
– Mən? 
– Bəli. 
– Sultan Hüseyni tanıyırsan?   
– Yox tanımıram. – Lələ doğrudan belə adam tanımırdı. 
– Necə? Göydən-zaddan gəlmisən? O kiĢi bu yerlərin ağasıdır. 
– Elə göydən gələn kimiyik. Bu Sultan Hüseyn kimlərdəndi? 
Qaraqoyunlu  hökmdarı  Cahan  Ģah  Həqiqi  vardı  ha,  Allah  ona  min  rəhmət  eləsin,  onun 
dost-doğma nəvəsidi. 
– Biz də qonağıq, torpaq basdı haqqını verərik. 
–  Onun  heç  nəyə  ehtiyacı  yoxdu.  Çəmənlərini  tapdamısınız.  Belə  Ģeydən  xoĢu  gəlmir.
 
 
Lələ məsələnin ciddiliyini baĢa düĢürdü. Cahan Ģahın nəvəsi indiyə qədər Ağqoyunluların 
əlindən qurtarıb qalıbsa güclü adamdır. Yəqin ki, köhnə kin-küdurət hələ də onun ürəyində qalıb. 
Ġndi  də  əlinə  imkan  düĢəcək,  düĢmənçiliyini  eləyəcək.  Axı  ġeyx  Heydər  də  Cahan  Ģah 
öldürüləndə  iĢtirakçı  olub.  Bunu  da  bilməmiĢ  deyil.  Ona  görə  də  buradan  tez  uzaqlaĢmaq 
məqsədəuyğun olar. Lələ Sultan Hüseynin adamlarına pul verdi. Özünə də dedi: 
–  Gedərsən  ağanın  yanına,  deyərsən  burada  köç  salan  zamanın  sahibidi.  Allah  onu  yer 
üzünə  göndərib.  Heç  bir  qüvvə  onun  qarĢısında  dayana  bilmir.  Vaxtı  varsa  onun  ziyarətinə 
gəlsin. Yoxsa gec olar. YaxĢı, de görüm Sultan hüseynin mülkləri hardan haradı? 
–  Mülkləri  çoxdu.  Bu  Cığın  dərəsinin  baĢında  onun  ata-baba  kəndi  var,  Qaraqoyunlu. 
Oradan da o yana Çuxur Səədə qədər nə qədər kəndləri var, bu qədər də yaylaqları. 
– YaxĢı, indi get, mən deyəni çatdır. 
– BaĢ üstə. 
 
Demək onların keçəcəkləri yollar onun mülkləridir. Buna görə də iĢlər çətinləĢirdi. Amma 
bilmək  olmaz.  Bəlkə  də  Ġsmayılın  Ağqoyunlular  əleyhinə  olduğunu  bilsə,  fikrini  dəyiĢər,  ona 
kömək eləyər. Hər halda qazdan ayıq olmaq lazımdır. 
– Ya mürĢüdüm, mö‟cüzə göstərdiyin yerə ad qoymalıyıq. 
– Ad. Tut niyyəti, at daĢı. 
 
– At daĢı! 
Onların qayaya daĢ atdıqları yerin adı “At daĢı”* qaldı. 
Gün əyiləndə Sultan Hüseynin adamları gəldi. Onlar uzaqda atdan düĢdülər. Piyada gəlib 
Lələnin qabağında baĢ əydilər. 
– Biz Sultan Hüseynin adamlarıyıq. Onun yazdığı naməni sahibi əz zamana gətirmiĢik. 
– Özü gələ bilmədimi? 
– Özü tədarük görür.   
Lələ naməni almıĢdı. Diqqətlə onların sifətinə baxdı. 
– Nə tədarük? 

191  www.sarigelin.net 
 
– Onun mülklərinə bu cür müqəddəs qonaq gəlib. Bir sürü qoç kəsdirir. Xörək hazırlatdırır. 
AxĢama  hamınızı  qonaq  çağırır.  Bayram  eləmək  istəyir.  Sultan  Hüseynin  bu  gün  qaĢqabağı 
açılan gündür. Xəbəri eĢidən kimi gülümsədi. Hələ onun gülümsəməyini heç kim görməyib. 
“Onun qaĢqabağı niyə tutqundu? Nə üçün qaraqabaqdı? Bunun səbəbi nədir?” Həyat Lələni 
elə  imtahanlara  çəkmiĢdi,  elə  sınaqlardan  keçirmiĢdi  ki,  o  artıq  heç  kimə,  heç  nəyə  inanmırdı. 
Çox vaxt  xoĢ təbəssümdən, ürəkdən qopan gülüĢdən belə Ģübhələnirdi. Hələ sifətini görmədiyi 
Qaraqoyunlu  hökmdarlarının  qohumlarından  da  Ģübhələnməyə  baĢlamıĢdı,  qaraqabaq  adamın 
gülməyi onu heç açmırdı. 
O, elçiləri Ġsmayılın yanına aparmadı. Çadırın ağzında, keĢikçilərin yanında gözlətdi. Özü 
girib naməni Ġsmayıla oxudu. YavaĢ səslə oxuyurdu eĢitməsinlər. 
Sultan Hüseyn Pərani naməsində Ġsmayıla öz itaətini bildirir, onu zamanın sahibi kimi, əsl 
Təbriz taxtının padĢahı kimi tanıdı- 
------------------------ 
* Ermənistan SSR, Martuni rayonunda qəsəbə. 
ğını yazırdı. Çox böyük nəzakətlə onu öz obasına-Sultan yurduna* də‟vət eləyirdi. 
– Sənin məsləhətin nədir, – Ġsmayıl Lələdən soruĢdu. 
– Nə dostun, nə düĢmənin al dilinə aldanmaq olmaz. 
Qonaqlığa Piri bəylə, Bayram bəy getsinlər. Dədə bəy qalsın, mən də qalacam, Xadim bəy 
qalsın. Üzr istəyib deyərlər zamanın sahibi soyuqlayıb. Gələ bilmədi. 
 
Belə  də  elədilər.  ÇeĢt  vaxtı  Piri  bəy  Qacarla  Bayram  bəy  Qaramanlı  yüzə  qədər  mürid 
götürüb Sultan Hüseyn Pəraniyə qonaq getdilər. 
 
Onların  atlarını  tutdular.  Özlərini  bu  qonaqlıq  üçün  tikilmiĢ  iri  mağar  evinə  çağırdılar. 
Süfrədə quĢ südü də tapmaq mümkün idi. BaĢ tərəfdə sol ayağını qatlayıb, sağ dizini qaldıran, iri 
gözlərindən  nə  desən  oxunan  Sultan  Hüseyn  oturmuĢdu.  Deyəsən  bu  gözlər  kimi  isə  hərisliklə 
axtarırdı.  Amma  istədiyini  tapmadığına  görə  heç  kimə  marağı  qalmamıĢdı.  Laqeydliklə  “xoĢ 
gəlmisiniz” dedi. Qonaqlar oturdu. Piri bəyi isə onun yanında oturtdular. 
– Bəs mən zamanın sahibini görmürəm axı. 
– Zamanın sahibi laməkandı. O həm burdadı, həm də burda deyil. O eyni vaxtda iki yerdə 
görünə bilir. 
– Necə, necə? 
– Bəli, bunu bütün ölkə bilir. Nə yaxĢı xəbər tutmamısan? – Kötük kimi möhkəm, gur səsli 
Qara Piri bəy cavab verdi. 
– Xəbər indi tutmuĢam, indi də bizi saymadı. 
– Ay Sultan Hüseyn, onun piĢvazına hökmdarlar gəlib, görməyib geri qayıdırlar. Bu gün bir 
mö‟cüzə göstərib. Bundan sonra o heç kəsə görünmür. 
– Nə mö‟cüzə? 
– DaĢı atır daĢa, yapıĢır biri-birinə. 
– Elə Ģey olmaz. 
– ġahidi bizik, – müridlər də bir yerdə səslərini qaldırdılar. 
– Yə‟ni bu Ġsmayıl ġeyx Heydərin oğlu deyil? 
– Bəli – deyə Bayram bəy baĢladı – Məhəmməd Əleyhəsalam  
peyğəmbəriydi,  atası  peyğəmbər  deyildi  ha.  Özünə  də  peyğəmbərlik  nə  az,  nə  çox,  qırx 
yaĢında əta olunmuĢdu. Düzdü, ya düz-  
----------------------- 
* Bu ad indiyə qədər yaĢayır. 
deyil? 
– Düzdü, – Sultan Hüseyni  də belə tezlikdə inandırmaq çox çətin iĢ idi. O belə bir günü 
çoxdan axtarırdı. Babasını öldürmüĢ Uzun Həsənin nəvəsi gəlib onun torpağına çıxmıĢdı. Köhnə 
qan  intiqamını  almaq  onun  ən  müqəddəs  arzusu  idi.  Amma  heç  vaxt  fikirləĢməzdi  ki,  belə bir 
imkan düĢəcək. Belə fürsəti isə heç cür əldən vermək fikrində deyildi. 
– YaxĢı, indi zamanın sahibinin məqsədi nədi? 
 

192  www.sarigelin.net 
 
Qara Piri bəyin gur səsi eĢidildi.  
– Onu biz bilmərik. Ona vəh yuxuda gəlir. O vəhdə nə buyurulubsa, o da elə hərəkət eləyir. 
Bircə onu bilirəm ki, üzünə bağlı qapı yoxdur. 
 
– YaxĢı, bismillah eləyin. 
 
Hamı  “bismillah”  deyib  yeməyə  giriĢdi.  Sultan  Hüseyn  Pərani  də  uzun,  iri,  kök 
barmaqlarını sinidə təpə kimi qalanmıĢ, qarlı dağa oxĢar plova endirib bir tərəfini uçurdu, iri-iri 
tikələri  əli  qabdan  ayrılmamıĢ  açılan  yekə  ağzına  apardı.  Bu  yeməyi  o  Ġsmayılın  ehsanı  kimi 
ürəkdən,  cani  dildən  və  iĢtahla  yeyirdi.  “Eybi  yoxdu,  qoy  o  gəlməsin,  səhərə  yaxın  onu  öz 
çadırına  büküb  gətirmək  mənə  borc  olsun.  Qurban  olum  tanrının  iĢlərinə  heç  kimi  heç  kimə 
borclu qoymur. Səbri çox geniĢdi. Hərləyir, fırlayır, gətirib məqamı yetiĢdirir”. 
Onun  ata  babasını  qaraqoyunlu  sultanı  Cahan  Ģah  öldürüb.  Uzun  Həsən  taxta  çıxanda  o, 
Əmir  Teymurun  nəvəsi  Sultan  Əbu  Səidin  sayəsində  taxta  çıxmağa  çalıĢsa  da  bacarmamıĢ, 
nəhayət,  onun  yolu  kəsilib  əsgərləri  xəstəlikdən  və  aclıqdan  öləndə  adamlarını  yığıb  aradan 
çıxmıĢ, var-dövləti, xəzinəni yığıb Çuxur Səəd tərəfə qaçmıĢdı. 
Göyçə gölü yaylaqlarından Ağrı dağının vadisinə enən çayın lap baĢlandığı yerdə kiçik bir 
kənd  salıb  adını  da  Qaraqoyunlu  qoymuĢdu.  Vedidən  buraya  ensiz  bir  cığır  qalxırdı.  Kəndin 
ətrafında qala, istehkam qurulmamıĢdı. Nəhəng bir qayanın kölgəsinə sığınan kənd elə qala kimi 
möhkəm  idi.  Kənddən  yuxarıya  qalxanda  isə  dağların  piyaləsində  gözəl  bir  göl  insanı  heyran 
qoyurdu. Bu göl isə onların qətl yeriydi. DüĢmənlərini diri-diri bu gölə atardı. Ona görə də gölün 
adı “Qanlı göl” qalmıĢdı. 
Vedi çayının baĢlanğıcında Kolanlı tayfasına yer vermiĢdi, onlar kənd salmıĢdılar. Burada 
oturaq  həyat  keçirən köçəri tayfası  Ağqoyunlulardan qaçaq düĢən qoluydu. Yayda heyvanlarını 
yarım mənzillik yoldakı Əyircə yaylaqlarına qaldırar, qıĢda buraya endirərdilər. 
AĢağılarda isə CamıĢbasan, Məngük, Dəhnəz, Qarabağlar adlı kiçik kəndlər vardı. Atla bir 
günorta yol sürəndə Ağrı dağının ətəyindəki Çuxur Səəd düzənliyi baĢlayırdı ki, burada da Vedi 
kəndi  vardı.  Amma  onun  ixtiyarı  bu  yerlərə  çatmırdı.  Vaxtilə  ġərqin  yarısını  tutan  Əmir 
Teymurla baĢ-baĢa gələn Qaraqoyunluların son nəsli kiçik bir çay vadisinə sığınmıĢdı. 
Bütün bunları fikirləĢəndən sonra Sultan Hüseyn öz-özünə dedi: 
Fil  ən  böyük  heyvandı.  Siçan  da  dünyanın  ən  gücsüz  məxluğudu.  Ancaq  fil  onun  əlində 
acizdi.  Qulağına  girib  onun  beynini  didib  dağıdır.  Bu  gün  bayram  günümüzdü.  Babam  Cahan 
Ģahın heyfini nəvəsi onun düĢməni Uzun Həsənin nəvəsindən alacaq. O zamanın sahibini qanlı 
gölə atıb boğmaq mənim boynuma. 
Gecə düĢmüĢdü. Qonaqlıq qurtaranda o qızılbaĢları çıxıb özü yola saldı. Təpənin üstündən 
uzaqda iri tonqallar qalanmıĢ Ġsmayılın düĢərgəsinə baxdı. 
“Eybi yoxdu, iĢığının sönməyinə çox qalmayıb”-dedi. 
O  bütün  obalardakı  əli  silah  tutan  adamlarını  yığmıĢ,  dərənin  birində  hazır  olmağı 
tapĢırmıĢdı.  Səhərə  yaxın,  yuxunun  Ģirin  vaxtı  atları  çapıb  çadırlarda  yatanları  qılıncdan 
keçirəcək, Ġsmayılı diri tutacaqdı. 
–  Həmin  gecə  Sultan  Hüseyn  yatmadı.  Tonqalların  sönməsini  gözlədi.  Tonqallar  isə 
sönmək, öləzimək bilmirdi. Dan yeri sökülməyə baĢlayanda o atına süvar oldu. 
– Ya Allah, səndən mədəd, – deyib atını sürdü. 
Çadırlara çatanda onun adamları qıyya çəkə-çəkə çadırların tənəflərini doğramağa baĢladı. 
Tənəf  kəsiləndə  çadır  yatır,  içəridəkilər  oradan  çıxmağa  macal  tapmır.  Özü  isə  Ġsmayılın  ağ 
çadırına  cumdu.  Qılıncla  çadırı  doğrayıb  özünə  yol  açdı.  Ġçəriyə  düĢən  tonqal  iĢığında  heç  nə 
görmədi. Qurulu çadırların heç birində bir ins, bir cins yox idi. 
Lələ  hazırlığını  çoxdan  görmüĢdü.  Qonaq  gedənlər  qayıdan  kimi  çadırlar  boyda  qaladığı 
tonqallara təzədən odun atdırıb bələdçinin dalınca sakitcə Vedi çayının vadisinə enib sür‟ətlərini 
artıraraq  Çuxur  Səədə  tərəf  çapmıĢdılar.  Aldandığını  görən  Sultan  Hüseyn  bığlarını  çeynəyir, 
qılıncla çadırın dirəyini doğrayırdı. 
Çadırın  qapısı  açıq  idi.  KeĢikçilərin  arasından  qəribə  bir  mənzərə  görünürdü.  Böyük  bir 
çiçəklik  idi.  Elə  çiçəklik  ki,  heç  Göyçə  gölü  kənarından  geri  qalmırdı.  Amma  orada  hər  Ģey 

193  www.sarigelin.net 
 
zümrüd rəngindəydi. Burada isə bütün düzənlik və təpələr qırmızı rəngdə lalədən baĢqa heç nə 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin