hissəsi isə bütün bu vaxtda Bakı qalasını mühasirəyə almıĢdı. Xəbərlərdən mə‟lum olurdu ki,
Qazi bəyin arvadı, Fərrux Yasarın gəlini qalanı təslim eləmək istəmir. Nəhayət o, Ġlyas bəyə
kömək olaraq Xadim bəy Xulafanı göndərdi, özü də tab gətirməyib Bakı qalasına gəldi.
Boz, quru təpələrin arasındakı qala dənizə sığınmıĢdı. Möhkəm bürcləri vardı. Uzaqdan
baxanda möhtəĢəm Qız qalası görünürdü və o qalanın üstündə həmiĢə adam görmək mümkün
idi. Ona danıĢdılar ki, həmin o adı bilinməyən Ģir ürəkli qadın Qız qalasının üstündə dayanıb
baxır, bürcləri gəzir, hamını ürəkli olmağa çağırır. Qadının igidliyi neçə aydan bəri mühasirədə
olan kiĢiləri də qeyrətə gətirir.
Zamanın sahibinin gəlməyi qızılbaĢ qoĢununu da həvəsləndirdi. Neçə vaxtdan bəri
qazdıqları lağıma barıt doldurub quzey tərəfdəki bürclərdən birini partlatdılar. Amma üç gün bu
uçuqdan Ģəhərə girə bilmədilər. ġəhər əhli həmin yerə keçə tutmuĢdu. Yaxına gedənlərin üstünə
qaynar qır tökür, bardaqlara doldurulan neftə od vurub aĢağı tullayırdılar.
DöyüĢə baxan ġeyx Ġsmayıl Xətai Lələ bəyə dedi:
– Bura oddu-alovdu. Bu gəlin qayınatasından igid və cəsarətlidir. Ġndidən ona aman
verirəm. ġəhər alınanda onun ləyaqətinə toxunan bir hərəkəti kim eləsə baĢı bədənindən
ayrılmalıdır.
– Bəs?!!
Ġsmayıl tərs-tərs Lələyə baxdı.
– Gəlindəki bu qəhrəmanlıq əsl sərkərdələrə layiqdir. Düzdür, o mənim elçimi də öldürüb.
Amma o cəzaya yox, ənam verilməyə layiqdir. Əhsən onu doğan anaya.
– Belədirsə onda bu bir qalaya görə niyə bu qədər qoĢunu güdaza veririk?
– ġirvanın möhkəm qalası Bakı alınmalıdı. Fərrux Yasarın əsas xəzinəsi də buradadır. Onu
ələ keçirməsək sonrakı iĢlərimiz fəna olar.
Üçüncü gün günortadan sonra qızılbaĢ qoĢunu qalaya girdi və axĢama yaxın ġirvanĢahlar
sarayı da, Qız qalası da onların əlində idi. Xəzinə də ələ keçmiĢdi. Qala qapıları taybatay açıldı.
Ġsmayıl Qızılqanadın üstündə Ģəhərə girdi. Burada da onu Ģəhər ağsaqqalları qarĢıladı. Duz-çörək
gətirdilər. Damlardan onun atının ayaqları altına neçə örpək, çadra atdılar. O, ġirvanĢahlar
sarayını gəzdi, sarayın yanındakı məsciddə namaz qıldı. Ġlk dəfə bu məsciddə Bakı üləmalarının
yanında “Məhəmmədin Rəsul illah, Əliyən Vəliyullah” nidaları eĢidildi.
Bu vaxt Bakı axundu yerindən qalxdı, özünü saxlaya bilməyib əllərini yuxarı qaldırıb
qıĢqırdı.
– Dinimizə toxunmayın, Əli Məhəmmədin valisi deyil.
– Bu, Bakı axundu Mirzə Xəlilullah idi.
Namaz, ibadət pozulmuĢdu. Lələ bəy göstəriĢ verdi, həmin üləmanı məsciddən çıxarıb
divanxanaya apardılar. Sanki bütöv bir daĢdan tökülmüĢ divanxananın hər tərəfə açıq eyvanları
vardı və aĢağıda dayanan qızılbaĢlar, Bakı əyani-əĢrəfləri burada baĢ verənləri görürdü. Axundun
baĢı divanxananın zirzəmisindəki deĢikdən çıxarılmıĢdı. Lələ bəyin, qızılbaĢ ruhanilərinin
ayaqları altında görünən bu ağ saç-saqqallı axundun ağarmıĢ dodaqları tərpənir, o Qur‟andan
surələr oxuyurdu. Lahicanda olarkən Ġsmayıla Ģəriət dərslərini keçən Qazi ġəmsəddin Gilani onu
istintaq eləyirdi. Onların ikisi də bir yaĢda idilər, saç-saqqalları da bir-birinə bənzəyirdi. Amma
birinin baĢı çox hündürdəydi, o birinin baĢı çox aĢağıda.
– Qayıt Allah yoluna, Əlini vali bil, Ģiəliyi qəbul elə, Yezidə, Müaviyəyə lə‟nət oxu, yenə
də Bakı qazisi ol. Yoxsa...
206 www.sarigelin.net
– Saqqalımın bu vədəsində dinimi, yolumu, ərkanımı dəyiĢən deyiləm.
– Bir də deyirəm, qayıt yola.
– Yox. Sünnü doğulmuĢam, sünnü kimi də öləcəm.
– Onda öl! Cəllad, iĢini gör!
Cəllad iĢini görəndə hamı üzünü döndərdi, ağlayanlar, sıtqayanlar oldu.
Elə həmin gün günahlarını bağıĢlamaq üçün Bakı əhli min tümən pul toplayıb verdi, həm
də Ģiəliyi qəbul elədi.
Ġsmayılın qəlbində bir arzu vardı. ġəhəri ərinin yerinə idarə eləyən, mühasirədə mərdi-
mərdanə dayanan gəlini uzaqdan da olsa görmək istəyirdi. Amma onun yerini xəbər verən yox
idi. ġirvanĢah sarayının əndərun hissəsindən də xəbər gəlmiĢdi ki, orada da yoxdur.
“Onda yəqin ki, Qız qalasındadır”.
Bu qəribə biçimli qalanı o görmək istəyirdi. Sərkərdələri ilə bərabər qalaya getdi. Divarın
içindəki daĢ pillələrlə yuxarıya qalxırdılar. Hər mərtəbədə qurulu evlər, yüklər, qab-qacaq, silah,
pal-paltar vardı. O qalanın lap üstünə çatanda bir dəstə göyərçin uçdu. O dönüb dənizə baxdı.
Qalanın dəyirmi gövdəsindən ayrılan divar dənizə tərəf uzanmıĢdı və onun dibində dənizin
ləpələri oynayırdı. Orada, divarın lap kənarında bir cəngavər dayanmıĢdı. Əlindəki qılıncın yarısı
qırılmıĢdı.
Dəbilqənin altından çıxan qara saçları isə çiyinlərinə tökülmüĢdü. Ġsmayıl döĢünə çatan
divara yaxınlaĢıb dedi:
– Ey cəngavər, pəhləvan ürəkli qadın, yaxına gəl. Sən amandasan. Heç kimin kipriklərini
qaldırıb sənə baxmağa belə haqqı yoxdur. Bu qədər igidliyin qarĢısında nə istəyin varsa, ona
yetirəcəyəm.
Onun sifətində qəribə bir kədər və nifrət vardı. Dinmədi.
– And içirəm bir Allaha, babam peyğəmbərin ruhuna və on iki imama. Sən azadsan. Qazi
bəyin yanına səni göndərərəm, nə istəyin varsa...
– Mənim bir istəyim var, cavan oğlan. O istək də bax budur. O bu sözləri deyərək, əllərini
yuxarı qaldırıb sanki qanad açdı. Ġsmayıla elə gəldi ki, Ərcivandan onunla baĢlayan, sür‟ətlə
keçən zaman dayandı. Ürəklər də döyüntüdən qaldı. Gözlər də bir nöqtəyə həddən artıq çox
baxdı, külək kəsdi, qalanın məhvərinə dəyib göyə qalxaraq parçalanan iri dalğalar mirvari kimi
xırdalandı, yumrulandı və bir daha qayaların üstünə, sulara tökülmədi. Hamısı öz yerində donub
qaldı. Bu dayanmıĢ zaman içində hərəkətdə olan təkcə zirehli geyimdə olan bu cəngavər gəlin
oldu. Əlindəki zamanın sındırdığı qılıncla bərabər aĢağıya, donub qalmıĢ, mirvariləĢmiĢ
dalğalara tərəf qartal uçuĢu ilə, xanım hərəkəti, xanım gözəlliyi ilə ehmallıca uçdu, uçdu, sulara
çatdı. Onun düĢdüyü yerdən yüzlərlə qızıl balığın ağzından çıxan qabarcıqlar qalxandan sonra
əvvəlki dalğalar yenə baĢladı, göydə donub qalmıĢ mirvari damlaları ucuz bir Ģey kimi səpələndi.
Onun bu mərdanə hərəkəti Ġsmayıldan ötrü zamanı dayandırıb saxladı. Ġgidliyini,
cəngavərliyini yadigar qoyub getdi. Təkcə adını özü ilə apardı. Onun adını Ġsmayıl tarixçilərə
qızıl suyu ilə yazdırardı. Amma heç kəs onun adını demədi. “Qadının adı yad kiĢilərin dilində
çəkilsə, qəbahət olar, binamusluq olar. Deməyin mənim adımı”. Hamıya belə göstəriĢ vermiĢdi.
Bir də ki, o ərinin zirehini geyirdi, dəbilqəsini baĢına qoyurdu, onun adından danıĢırdı.
“Necə də anama oxĢadı. Onun kimi düĢmən əlinə keçməmək, abır-ismətini qoruyub
saxlamaqdan ötəri belə yol seçdi. Əhsən, bərəkallah belə yurd qızına, qadınına”.
Ġsmayıl oturub baĢını əlləri arasına qoyub xeyli fikrə getdi.
ġƏRUR SƏFƏRĠ
QızılbaĢlar Cəbanidə ġirvan qoĢununu darmadağın etsə də, Bakı qalasını alsa da, nə
ġamaxının üstündəki Gülüstan qalası, nə də Ağsu çayı vadisindəki Buğurd qalası təslim
olmamıĢdı. Bakıdan qoĢun yenidən ġamaxıya qayıtdı və Xınıslı kəndində düĢərgə salıb Qız
207 www.sarigelin.net
qalası və Pirdirəyi dağları arasındakı dərəni kəsdi, bir də Qız qalası dağı üstündən Gülüstanı
mühasirəyə aldı.
Günlər ötür, həftələr keçir, amma Gülüstan qalasının təslim olacağı gün görünmürdü. Onun
divarlarının yanına qalxmaq belə mümkün deyildi. Oradakıları yalnız və yalnız aclıq hesabına
təslim eləmək olardı, o da hələlik mümkün deyildi. Hər səhər, hər günorta, hər axĢam qala
bürcünə qalxan carçı gur səslə qızılbaĢları söyür, bürclərdən qala müdafiəçilərinin süfrələrindən
artıq qalan yeməkləri aĢağı tökürdülər.
Ġsmayıl da ümidini üzmüĢdü. Bir gün o vəziri - “Azərbaycanın açarı” Zəkəriyyə Keçəçini
və Lələ bəyi götürüb ova çıxdı. Kəklikotu ətri bürümüĢ qayalıqlarda kəklik ovlamaq həvəsinə
düĢmüĢdü. Onlar hündür qayanın üstünə qalxdılar. Yaxında haradasa kəklik oxuyurdu. Amma
Ġsmayıl onu vurmaq üçün tələsmədi. GöstəriĢ verdi, süfrə saldılar. Hər üçü süfrə baĢında oturdu.
Ġndi Zəkəriyyə Keçəçi də, Lələ də gördü ki, onun fikri özgədir. Ova yox, onlarla məsləhətə gəlib.
Çörək kəsdi, dürmək eləmək istədi, amma dayanıb birdən-birə Keçəçinin sifətinə baxdı.
– Sənə “Azərbaycanın açarı” ləqəbini vermiĢəm. Göstər öz ləqəbinə layiq olduğunu,
Azərbaycan bağlı kiliddi. Onu necə açım?
Keçəçi sağ əlini saqqalında gəzdirib dedi:
– Mənim fikrim hazırdı.
– Buyur görüm.
– Əlvənd Mirzə ən yaxın dostunu, həmkarını itirdi. Ona Murad kömək durmayacaq.
ġirvanı fəth eləmisən.
– Hanı fəth eləmiĢəm. Bu Gülüstan bizə cəhənnəm zəbanəsi verir. Paslanıb qalmıĢıq
burada.
– Düzdür. Ġndi bizə Gülüstan qalası lazımdırmı? ġirvanĢahmı olmaq istəyir böyük
mürĢüdümüz? Əlvəndin üstünə yeriməliyik. Vaxtı, fürsəti düĢmənə veririk. Əlvənd çürük
qozdur. Onu diĢimizə salsaq, diĢimiz yox, o sınacaq.
Lələ bəy dedi:
– MürĢüdüm, bura gəlməmiĢdən qabaq xəbər gəldi, Əlvənd Naxçıvanda qoĢun toplayır.
– Bəs niyə mənə demədin?
– Ovdan qabaq mübarək fikrini yayındırmaq istəmədim.
– Sərkərdəsi kimdi?
– Məhəmməd Qorçu bəy.
– Yengəsi Gülüm olanın gözünə külüm olar. – Ġsmayıl güldü. Amma Zəkəriyyə Keçəçi
gülmədi.
– Qorçu bəy igid sərkərdədi. Onun gücünü gözümüzdən qaçırmayaq gərək.
Onlar xeyli məsləhətləĢəndən sonra geri qayıtdılar. AxĢamı yatdılar, səhər açılan kimi
Ġsmayıl sərkərdələrini yanına çağırdı. Sərkərdələr gəlib bir-bir oturdular. Ġsmayıl bir-bir onlara
baxdı. Nazik tül pərdənin arxasından o çox yaxĢı görürdü. Onu isə görmürdülər. Ġki qalibiyyət
onları daha da qürurlu eləmiĢdi. Hamısı da yanıb qaralmıĢdı. Daha da yaĢlaĢmıĢ,
müdrikləĢmiĢdilər. Hamısı sevincli, gülərüz idi, təkcə Dədə bəydən baĢqa.
– Dədə bəy çox fikirlidir, görünür elatın fikrini çəkir.
– Yox, Ģahım, mürĢidim. Heyfimizi aldıq, dostum ġeyx Heydərin intiqamını aldıq. Amma
əlimdən bir xəta çıxıb.
– O nə xətadır?
– Murad bəyi tanıyırdınız? ġəmasə müsibətindən qabaq bizə xəbər çatdıran Murad bəyi
deyirəm. Tanımayıb nizəni kürəyinə sancdım!
– Əbih Sultanı gətirən?
– Bəli.
– Allah rəhmət eləsin, goru nurla dolsun. Xəta, bəli, böyük xətadı.
Bir an fikrə getdilər.
– Hər il ona ehsan verəcəm, heç kimi yox idi.
208 www.sarigelin.net
– YaxĢı, bu boyda qələbə qurbansız olmazdı, ruhu Ģad olsun. Mən sizi buraya bir məqsəd
üçün çağırmıĢam. Gecə babam cənabi Əmir yuxuma girmiĢdi.
Onlar hamısı salavat çevirdi.
– Mübarək olsun, mübarək olsun.
– Həzrət Mürtəza Əli, yaranmıĢların ən gözəli dedi ki, ya zamanın sahibi, niyə oturub bu
Gülüstan qalasının yanında qalmısan. Təbriz taxtı səni gözləyir. Ġndi mən sizdən soruĢuram: bizə
hara lazımdı? Gülüstan, ya Azərbaycan?
– Azərbaycan, – deyə hamı bir ağızdan dilləndi.
ġamaxıdan çıxanda QızılbaĢ qoĢunu tək bir əsir aparırdı. – Əbih Sultanı. Zamanın sahibi
əsir düĢən Ģirvanlıları pulla alıb azad eləmiĢdi. Bu qədim adət idi. DöyüĢdə əsir düĢənləri kənar
adamlar da savab qazanmaq üçün alıb buraxırdılar. Amma bu dəfə Ġsmayıl heç kimə bu icazəni
verməmiĢ, hamını özü azad etmiĢdi. Pullar isə qızılbaĢ qoĢunlarına çatmıĢdı. Azad edilən
qulların xeyir-duasından əlavə camaat arasında hörmət qazanmaq üçün bu böyük xeyirxahlıq
sayılırdı. Əbih Sultanı isə hələ də aparırdılar. Vaxtında yemək-içməyini verir, amma əllərindən,
ayaqlarından kündələri açmırdılar.
QoĢun Naxçıvana çatmıĢdı. ġəhərə daxil olmadılar. Əlvənd Mirzənin ordugahının
günbatan tərəfdə, ġərur düzündə, Arpa çayın kənarında salındığı xəbərini alan kimi sür‟ətlə
buraya yola düĢdülər. Bütün yol boyu qoĢundan qabaq Qara Piri bəyin atlıları gedir, onların
qaldırdığı toz qızılbaĢlara niĢangah olurdu. Ona görə də Ġsmayıl Qara Piri bəyə “Tozqoparan”
ləqəbi vermiĢdi.
Qızılqanadın yəhərində oturan Ġsmayıl qəribə fikirlərə dalmıĢdı. “Elə bilirdim bəs
ġirvanĢahı bassam, atamın intiqamını alsam, məndən xoĢbəxt adam yoxdur. Ġndi elə bil heç nə
etməmiĢəm. Ġstəyirəm Təbrizi tutam, taxtı ələ keçirəm. Bundan sonra nə olacaq? Acgözlük
eləmirəm görəsən? Yox, bu acgözlük deyil, tayfaları birləĢdirmək, möhkəm ölkə yaratmaq üçün
hələ nə qədər iĢlər görmək lazım gələcək”.
Onlar dərədən qalxdılar. Dikin üstünə çıxanda baĢı qarlı, nəhəng, bir az da qozbel görünən
Ağrı dağı onun gözləri qarĢısında dayandı. Göyçə gölünün yanından enəndə görməmiĢdi,
qayıdanda Ağrı dağı dumanda olmuĢdu. Ġndi onu apaydın görürdü. Zirvədən yuxarıda bir dilim
ay, baĢı üstündə günəĢ vardı.
– Lələ, bu əlamətlərə fikir verirsənmi? GünəĢ mənim baĢımın üstündə dayanıb, ay isə
Əlvənd Mirzədən də o tərəfdə.
– Bəli. Bu gözəl əlamətdi. Əlvənd Mirzə də heç özünə yaxĢı yer seçməyib. O görünən Ağrı
dağıdı, bu yerə ġərurdan baĢqa ġəril də deyirlər. Yəqin ki, ġər el deməkdi. Quzeydəki dağlar
Əyircə yaylaqlarıdı. Ağrı, Ģər, əyricə...
– Hələ Arpa çayını demirsən. Arpanın aĢan-daĢan, qan-qan deyən vaxtları keçib. QızılbaĢ
qoĢunu Əlvəndi süpürüb Araza tökəcək.
Qabaqda bir-birinə söykənən səkkiz dairədən ibarət türbə, türbənin qarĢısındakı iki uca
minarə göründü. Türbənin kaĢı naxıĢları uzaqdan oxunurdu. Orada “Allah” yazılmıĢdı.
Minarələrin birinin üstündə isə leyləklər yuva qurmuĢdu. O quĢlar qoĢunu da görüb uçub
getmədilər. Biri dimdiyini Ģaqqıldadırdı.
– Bu hansı kənddir?
– Qarabağlar. Görünür bu türbədə yatan kimdisə onun ruhunu əziz tutub kənd əhli həmiĢə
qara geyinib, qara bağlayıb. Kəndin də adı belə qalıb.
Uzaqdan toz qalxdı. Atlılar çapa-çapa gəlirdilər.
– Tozqoparan gəlir.
Doğrudan da gələn Qara Piri bəyin özü idi.
– ġahım, mürĢüdüm, gürcü bəyləri öz qoĢunları ilə Çuxur Səəddə dayanıb, sənin mübarək
qədəmlərini ġərur torpağına basmağını gözləyirlər.
Ġsmayıl ġirvandan tərpənəndə Axalsxa knyazı Gorquram bəyə (Kvarkvareyə), Axalkala
knyazı Ġsgəndər bəyə (Aleksandr bəyə), bir də Mirzə bəyə məktub göndərib yazmıĢdı ki, əgər
209 www.sarigelin.net
Əlvəndlə vuruĢmada mənim tərəfimdə olsanız, onda padĢah keçəndən sonra sizi vergilərdən azad
edəcəyəm.
O, hələ Ərzincandan qayıdanda o knyazlara öz gücünü göstərmiĢdi, amma köməyə
gələcəklərinə ümidi yox idi. Budur gəliblər. Demək bu knyazlar Əlvənd Mirzədən çox onun
uğuruna inanırlar.
– Qüvvələri nə qədərdir?
– Hər biri üç min atlı ilə gəlib.
– Lələ bəy, eĢidirsənmi?
Lələ bəy bütün məsələlərə ehtiyatla yanaĢırdı. Bu doqquz min atlı döyüĢdə böyük bir
qüvvəyə çevriləcəkdir. Amma bilmək olmaz. Hazırda hakimiyyət Əlvənd Mirzənin əlindədir.
Əgər o, bu knyazlara məktub göndərib Ġsmayıl kimi təklif etsə, vergiləri almayacağını desə, onlar
öz fikirlərindən dönməzlərmi? Bəlkə də artıq Əlvənd Mirzə öz iĢini görüb, bu bir hiylədir.
Doqquz min atlı yeddi mindən az qızılbaĢ müridinə qarıĢandan sonra onları qılıncdan
keçirməzmi. Alınan mə‟lumata görə Əlvənd Mirzənin yaxĢı silahlanmıĢ otuz minə yaxın qoĢunu
vardı. Ona qalib gəlmək bir o qədər də asan iĢ deyildi.
Lələ bəy o qoĢunun içərisinə əvvəldən öz adamlarını göndərmiĢdi. Silahlı müridlər qoĢun
arasında Ġsmayılın Allah tərəfindən göndərilməsindən, onun mö‟cüzələrindən danıĢır, çoxlarının
ürəyinə qorxu salırdılar.
Əlvənd Mirzə isə Əli bəy Cəyirlinin məsləhətlərinə qulaq asıb Məhəmməd Qorçu bəydən
ĢübhələnmiĢdi. Onun Ġsmayıl tərəfinə keçməsindən qorxurdu. Ona görə də bu igid sərkərdəyə əl-
qol açmağa imkan vermirdi. QoĢunla bərabər buraya yüzlərlə dəvə gətirmiĢdilər. Bütün ġərurdakı
dəvələri də toplamıĢ, qoĢunun gündoğan tərəfindən bu dəvələri düzdürüb onları zəncirlə bir-
birinə bənd etdirmiĢdi. QoĢunun günbatan tərəfində Arpa çayının hündür sahili, arxasında isə
Araz çayı dayanmıĢdı.
DöyüĢdən əvvəl Qorçu bəy Əlvənd Mirzəyə yalvarırdı:
– Mənə inan hökmdar. Qəfəsə salınan qoĢundan qalibiyyət gözləmə. DüĢmən yuxarıdan
gəlir, biz isə aĢağıdayıq. Ġzin ver qoĢunu öz bildiyim kimi düzüm.
– Öz bildiyini evində, hərəmxananda eləyərsən. Burada mən deyən olacaq. Yeddi min
Ərdəbil səfili nədir ki, ondan qorxasan. Elə buradaca iĢlərini bitirərik.
– Onlar da ağılsız adamlar deyillər. Süvarilərin tərpənməyinə yer qalmayıb. Dəvələri
götürək.
– Dəvələri götürsəm, sənin satqın süvarilərin hərəsi bir tərəfə qaçacaqlar.
Qorçu bəy onun sözündən çıxa bilmədi, döyüĢün də taleyini bu sıxlıq, qoĢunun qəfəsə
salınması həll etdi.
Tozqoparan Piri bəy Qacar dağ seli kimi igidlərini yerindən tərpənməyən qoĢuna
çatdıranda Əlvənd Mirzənin qəfəsə salınmıĢ ordusu can verən əjdaha kimi çabalamağa baĢladı.
Qılınclar qalxanlara dəyəndə dəvələr anqırır, yanlarındakı adamlara, atlara ağız atırdı. Qorxuya
düĢən qoĢun özünü dəvələrin arasına vurub zəncirləri yarıb keçmək istədi. Bir piyada zəncirə
dolaĢdı. Ürkən dəvələr dartıb onu zəncir arasında əzdilər. Bir sözlə, qoĢuna bir çaxnaĢma düĢdü
ki, onun qabağını heç nə ilə almaq mümkün olmadı. Əlvənd Mirzə otuz minlik qoĢununu pərən-
pərən düĢən görüb Əli bəy Cəyirli ilə bərabər atlarına minib aradan çıxdılar.
Təbrizin Nəsriyyə məscidinin hündür minarəsində əzançı iĢini qurtarıb yerini carçıya verdi.
Carçı aĢağıdakı meydana yığılanlara üzünü tutub uca səslə deyirdi:
– Səfəvilərin ən qəddar düĢməni, zamanın sahibi, cənnətməkan ġah Ġsmayıl Xətainin
qardaĢlarının qatili, atasının ölümünə fitva verən, ölkəni qurd kimi parçalayan, dağıdan Əbih
Sultan indi e‟dam olunacaq. Bu e‟damı ölkənin əhalisi çoxdan gözləyir. Onun dağ çəkmədiyi
sinə qalmayıb. ġah Ġsmayıl Xətai həzrətləri buyurub ki, cəzası bu müqəddəs, yüksək minarədən
günahkar torpağa atılmaqdır. Ona bundan yaxĢı cəza tapmaq mümkün deyil.
Carçı səsini kəsdi. Ġki mürid əl-ayağı bağlı Əbih Sultanı minarənin eyvanına çıxartdılar.
Onu soyuq tər basmıĢdı və görürdü ki, bu daha onun sonudur. Buradan onu heç bir qüvvə xilas
eləyə bilməz. “Namərd dünya, məni belə namərdliklə öldürürsən, nə olar, bu heyif yerdə
210 www.sarigelin.net
qalmaz”. Bu sözlər onun sayıqlamaları idi. Bilirdi ki, ölkədə bir nəfər də onun tərəfdarı
qalmayıb. Hamı ona nifrət eləyir. Odur, buradan düĢəcəyi yerə adamlar daĢ diyirləyib gətirib.
“Mən də çox daĢ düzmüĢəm. Ġntiqamımı sağlığımda almıĢam...”
Müridlərdən biri onun çiynindən, o birisi ayaqlarından tutub yellədilər, minarədən aĢağı
atdılar. Ömrünün son anlarını o bağırdı, bədəni daĢlara dəyib yastılanandan sonra birdəfəlik səsi
kəsildi.
Səhərisi gün ġah Ġsmayıl Xətai taxta çıxacaq. Artıq zərbxanalarda onun adı ilə pullar
kəsilir, məscidlərdə ona xütbələr oxunurdu.
Fərman Kərimzadə.
Xudafərin körpüsü (roman),
B., “Ağrıdağ”, 2002.
Dostları ilə paylaş: |