Sara xatun sifətini açıb onlara baxdı və dedi:
– KiĢi qadının yolunu kəsməz. Mən Sultanla danıĢığa gedən hökmdar anasıyam.
Onlar tez yoldan çəkildilər və onları müĢayiət eləməyə baĢladılar.
Uzaqdan Qızıltəpə görünəndə baĢçı onlardan yavaĢ-yavaĢ gəlməyi rica edib özü atını
ordugaha çapdı.
Qızıltəpə ətrafı su dolu çuxurla əhatə olunmuĢ bir hündür, bir də alçaq təpədən ibarət idi ki,
monqollar bu kiçik qalanı dağıdıb yerlə yeksan etmiĢdilər. Təpənin üstündə keĢikçilər qaralırdı.
Amma ordugah aĢağıda salınmıĢdı və göz iĢlədikcə çadırlar düzülmüĢdü. At kiĢnərtisi düzləri
baĢına götürmüĢdü. Hardansa qalxana dəyən qılınc səsi gəlirdi. Görünür məĢq keçirdilər. Sara
xatun görürdü ki, sultanın qoĢunu oğlununkundan xeyli çoxdur.
Bir dəstə atlı ordugahdan çıxıb onlara tərəf çapırdı.
Yolun sağında onlardan az aralıda iri, nəhəng Hindistan fili dayanıb xortumunu yellədir, at
kimi elə bil milçəyini qovurdu.
– Fili görürsənmi, ay nənə?
– GörmüĢəm, ay bala. Teymur Anqaraya bunlardan düz otuz səkizini gətiribmiĢ. Rəhmətlik
anam danıĢardı. Mən fili sonralar gördüm.
– Ġndi də Əbu Səid bizim üstümüzə fillə gəlib.
– Özünü qorxuzma. Allah kərimdi.
Dəstə çatdı, onları salamladılar. Özləri atdan düĢdülər. Hökmdar sarayına bir ox mənzili
qalmıĢ atdan düĢüb piyada getmək adət idi. ġeyx Heydər atdan düĢüb nənəsinə də kömək eləmək
istədi, amma geyim-kecimindən, bəzək-düzəyindən sarayın böyük adamına oxĢayan razı olmadı.
– Sara xatun atdan düĢməyəcək.
Sara xatunun atının yüyənindən tutub Sultan çadırının yanına qədər apardılar. Orada
üzəngini basdılar, bu yaĢlı, kök qadın çox yüngüllüklə atdan düĢdü, çadrasını düzəltdi, bayaqkı
adama baxdı.
– Buyurun, Sultan səni elə indi qəbul eləyir.
Ə‟yan onlardan əvvəl çadıra girib diz çöküb tə‟zim elədi, torpağı öpəndən sonra baĢını
qaldırıb Sara xatunun gəldiyini xəbər verdi.
– Buyursun. KiĢilər qorxularından gizlənib, arvadları qabağa veriblər... Bu sözü yavaĢ dedi
ki, eĢitməsinlər
Əyan qayıdıb onları içəri çağırdı. ġeyx Heydərə tapĢırdı ki, əyilib torpağı öpsün. Heydər
ona narazılıqla baxdı. Ə‟yan bu baxıĢı gördü.
– Mən deyənə bax.
Heydər dinmədi.
Sara xatun baĢını əyib çadıra girdi. Bu çadır onun oğlunun alaçığına oxĢayırdı. Dirəkləri
də, tənəflərinin mıxları da qızıldan idi. Bu ağ çadırın çöldən görünən qübbəsi də məscid günbəzi
kimi qızıldan idi. Ġçəri də çox zəngin idi. Sultanın səfər taxtına iki göz lazım idi tamaĢa eləsin.
Sultan Əbu Səid özü sadə geyinmiĢdi. Amma belə deyilmiĢ. O, altdan zireh qurĢamıĢ, üstündən
xələt geymiĢdi. Xələti zirehin üstündən geyirdilər ki, günəĢ zirehi qızdırıb yayın istisində yeddi-
səkkiz saatlıq vuruĢmada onlara əziyyət verməsin.
Sara xatun çadırın ağzında dayanmıĢdı. Sultanın əynində zirehi görəndə azacıq baĢı gicəldi,
sonra da yüngülcə ağrı baĢladı. Demək o artıq döyüĢə hazırdır. ġəxsən özü qılınc çalmağa
hazırdır. Amma yox, bu təkbətək onun oğlu Uzun Həsənlə döyüĢsə çox dözə bilməz. Bunun
8 www.sarigelin.net
qoĢunu və var-dövləti çoxdur. Çox olar da! Teymur Hindistanın almasına, lə‟l-cəvahiratına,
qızılına, Osmanlıların neçə yüz il yığdıqları xəzinəsinə sahib olmadımı?
Sultan Əbu Səid Sara xatunun çadırın ağzında dayandığını görüb ixtiyarsız yerindən qalxdı.
YavaĢ-yavaĢ ona tərəf gəlməyə baĢladı. Sara xatun möhtəĢəm qadın və ana heykəli kimi
dayanmıĢdı. Örpəyinin altından çıxmıĢ ağ birçəkləri onu daha da nuraniləĢdirmiĢdir. Sultan Əbu
Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmıĢdı. Nə edəcəyini bilmirdi. KiĢi elçilər onun təbəələri
kimi əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır...
– XoĢ gəlmisən. Məni bir sirdən hali elə. Fateh Sultan Məhəmməd səni necə qarĢılamıĢdı?
– Necə lazımdı. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi.
Sultan Əbu Səid Fateh Sultan Məhəmmədi kiçildən söz demək istədi. Amma sözlərini
uddu.
– Xatunların elçi getməyi sizinlə baĢlayıb. O necə qarĢılayıbsa biz də elə etməliyik. Çünki
adət artıq yaranıb. O, Sara xatunun əlindən öpdü.
– Buyur əyləĢ, ana...
– Çox sağ olun. Siz də çox lütfkar hökmdarsınız.
Sara xatun sultanın taxtı yanında qoyulmuĢ kürsüdə oturmağa gedəndə Əbu Səid uĢaq
sifətli ġeyx Heydərə baxdı. Heydər ona yüngülcə baĢ əydi. Bu Əbu Səidi haldan çıxardı.
– Sizə deməyiblar ki, Xorasanın, Mavərənnəhrin, Ġranın yarısının hökmdarı qarĢısında
torpağı öpməlisiniz?
– Dedilər. Ancaq, ey hikmətli sultan, mənim dodaqlarım Qur‟anı öpməyə öyrənib.
Qurandan əvvəl və ya sonra torpaq öpmək günahdır. Heç siz də müzayidə eləməmisiniz ki,
Qur‟ani Ģərifə – əstəğfürullah hörmətsizlik eləyək.
– Əstəğfürullah! – deyən Sultan təəccüblə bu cavan Ģeyxə baxdı. – Sən hara Ģeyxisən?
– Ərdəbil.
Bu sözdən sonra deyəsən Sultan Əbu Səid bir az ağardı da. Onun qıyıq gözləri bir neçə
dəfə qırpıldı.
– Ya Ģeyx, buyurun əyləĢin. Mən istəyərdim ki, babam Teymurla, Allah onun gorunu nurla
doldursun, baban ġeyx Əlinin arasındakı o möcüzəli əhvalatı danıĢasan.
– Allah hər ikisinə rəhmət eləsin, – deyə ġeyx Heydər onun səhvini düzəltdi və Sultan da
onun dediklərini təkrar etdi.Bundan sonra taxtına tərəf getdi. O yeridikcə elə bil araba
cırıldayırdı. Əynindəki zireh geyim sürtülür, dəmir səsi çıxırdı. Deyəsən bunu özü də hiss elədi.
Əl çaldı, xidmətçilər hazır oldu.
– Çağırın bura bütün üləmaları, saray ə‟yanlarını.
Bir azdan onlar çadırda, döĢəkçələrin üstündə bardaĢ qurub oturmuĢdular. Amma Sultan
getmiĢdi. Bir azdan o da çadırın arxasındakı yoldan-qapıdan girdi. Hamı ayağa qalxdı. Sultan
qırmızı qumaĢdan yaxalığı, qollarının ağzı, ətəkləri iĢləməli bahalı əbasını geyinmiĢdi. Daha
onun bədəni dəmir səsi vermirdi.
Sara xatun yanındakı ġeyx Heydərə baxıb gülümsədi. Bu o demək idi ki, artıq zirehli döyüĢ
paltarını soyundurmuĢuq. Bu böyük irəliləyiĢdi.
Əbu Səid əli ilə iĢarə verib oturanlara ġeyx Heydəri göstərdi. O, ayağa qalxdı.
– ġeyx Heydər Ərdəbildə ziyarət elədiyimiz Darül ĠrĢad türbəsinin Ģeyxidir. Özü də ġeyx
Səfiyəddinin nəvələrindəndir. Hamınız bilirsiniz ki, ulu babam, Əmir Teymur o türbədə namaz
qılar, oruc tutardı. Özü də nəzir kimi o türbəyə on kənd bağıĢlayıb.
– Rəhmətlik anasının pulu ilə – deyə ġeyx Heydər düzəliĢ verdi.
– Bunun fərqi varmı?
– Var. Əmir Teymur, özü anasına məxsus olan pulla o kəndləri alıb ki, həmən pul halaldır.
Oturanlar heyrətlə ona baxır, ağ saqqallı üləmalar onu sanki gözləri ilə yemək istəyirdilər.
– Ya ġeyx,bayaq dediyim əhvalatı danıĢ. Sizin kitablarda o daha səhih olar. Heydər söhbətə
baĢladı.
– Əmir Teymur Darül ĠrĢadı dağıtmaq üçün bə‟zi üləmaların fitvası ilə Ərdəbilə gəlmiĢdi.
Çünki mənim ulu babamın əqidəsi, təriqəti və məzhəbi onların xoĢuna gəlmirdi. Amma Əmir
9 www.sarigelin.net
Teymur, Allah onun ruhunu Ģad eləsin, Darül ĠrĢada gələndə ürəyində üç niyyət tutmuĢdu. Birinci
niyyəti bu idi ki, ġeyx Əli məni qarĢılamağa çıxmama-lıdır. Mə‟lumdur ki, ġərqin hökmdarını
qarĢılamamaq mümkün olmayan iĢdi. Ġkinci niyyəti o idi ki, əmirə burada dağ keçisinin
südündən aĢ biĢirib verməlidilər. Nə üçün plov yox, südlü aĢ? Üçüncü niyyəti də bundan ibarət
idi ki, ġeyx Əliyə bir cam Ģərbətin içində zəhər verilməlidir. Ölməsə Əmir Teymur bu türbəyə
biyət eləyəcək, onu dağıtdırmayacaqdı.
Ziyarətgahın qapısında, Əmir Teymuru qarĢılayanların arasında ġeyx Əlini görmür.
– Hanı ġeyx Əli?
– Ziyarətlə məĢğuldur, – deyirlər.
Birinci niyyəti baĢ tutur. Xoca Əli gəlir, böyük hökm-darı türbənin hücrələrini gəzdirir,
pəncərədən təpədəki dağ keçiləri görünürmüĢ. O piĢxidmətlərə deyir:
– O keçiləri sağın, südündən Əmir Teymura südlü aĢ biĢirin. Mə‟lumdur ki, müqəddəsləri
ziyarət eləyənlər ağ libas geyirlər. Xoca Əli də, Darül ĠrĢaddakı bütün Ģeyxlər də ağ, kəfən rəngli
xirqə geyirdilər. Əmir Teymur əmr edir ki, Xocaya Ģərbət gətirsinlər.
ġərbəti gətirirlər, Ģeyx baĢını qaldırıb göylərə baxır, ürəyində nəsə oxuyub zəhər qarıĢıq
Ģərbəti içir. Bundan sonra hücrədə gəĢt gedir. O qədər gedir ki, əynindəki ağ xirqə yamyaĢıl olur.
Deyir:
– Əmir Teymur, Ģərbətdəki zəhər də Allahın köməyi ilə tərlə gəlib çıxdı. Ġndi keçək imam
övladını ziyarət eləyək.
– Bərəkallah – deyən səslər eĢidildi. – Belə ocaqdan da belə Ģeyx çıxar.
Elə bil sultan Əbu Səid ayıldı.
– Ya Ģeyx, sən niyə Uzun Həsənin elçisi kimi gəlmisön?
– Deyəcəm. Əmir Teymur Anadoluya, Ġldırım Bayazidin üstündə gedəndə xeyir-duanı da
mənim babalarım vermiĢdi. Onun silahı qalib gəldi. Ġndi bizim ocağımız Uzun Həsənin
tərəfindədir. Uzun Həsən mənim dayımdır.
Əbu Səid bu sözlərdən sonra çıxılmaz vəziyyətdə qaldı. Onu bu vəziyyətdən çıxaran ağ
saqqallı, batıqgözlü doxsan, yüz yaĢını haqlamıĢ üləma oldu.
– Ġndi sizdə o güc qalmayıb. Atan ġeyx Cüneyd, düzdür, Sara xatunun qızı ilə evlənib, sən
də onun oğlusan. Amma o nəsil bununla üçüncü dəfə tərsa qızı ilə evlənir. Qan dəyiĢib. Buna nə
deyirsən, Ģeyx?
– Tərsanı müsəlman eləmək böyük savabdı.
– Bəs imam övladının qanına tərsa qanı qatmaq necə?
– Mən cavabımı verdim.
Əbu Səid yüngülləĢdi, əlini qaldırıb mübahisəni kəsdi.
Üzünü Sara xatuna tutdu:
– Ana, səni eĢidirəm.
Sara xatun yerindən qalxmadı. Alçaq, lakin hamının eĢidə biləcəyi bir səslə qətiyyətlə
danıĢmağa baĢladı.
– Sultan, burada bir neçə dəfə Əmir Teymurun ruhuna rəhmət oxunub. Amma onun yoluna
əməl olunmur. Niyə? Sözümü kəsməyin, mən bir-bir aydın eləyim. Ġranda Teymur qarĢısına
çıxan, onunla vuruĢan, qaçan, Teymur çəkiləndə yenə gəlib həmin torpaqları tutan kim idi?
Deyəcəksən Qaraqoyunlu Qara Yusif. Cahan Ģah kimdi? Qaraqoyunlu Qara Yusifin oğlu,
Anadoluda, Diyarbəkrdə Teymurun dəstəsinə qoĢulan, ona öz köməyini, sədaqətini əsirgəməyən
kim idi? Qara Yuluk Osman. Uzun Həsən kimdi? Qara Yuluk Osmanın nəvəsi. Ağqoyunlu.
Teymurun dostları onun düĢmənlərinə qalib gəliblər. Teymurun nəvəsi isə babasının
düĢmənlərinə görə onun dostlarıyla cəng eləməyə gəlib. Ġndi dostluğu, düĢmənliyi necə baĢa
düĢək.
Sara xatun yaranan vəziyyəti yaxĢı baĢa düĢürdü.
ġərqdə Teymurun əsasını qoyduğu imperiya ġahruxdan sonra parçalanmıĢdı. Əvvəlki
əzəməti, qüdrəti saxlamaq üçün bundan əlveriĢli fürsət ola bilməzdi. Qaraqoyunlular əvvəllər
onlardan asılı olsalar da, CahanĢahın vaxtında qüvvətlənmiĢ, o Sultan ləqəbi qəbul etmiĢdi. Ona
10 www.sarigelin.net
daha Teymur oğullarının diĢi batmırdı. Belə qüvvətli bir düĢməni artıq Ağqoyunlular aradan
qaldırıb. Ağqoyunluların isə qüvvətlənmasi üçün vaxt lazım gəlirdi. Əbu Səid buna imkan verə
bilməzdi. Cahan Ģahın qanını alıb, onun yerinə baĢqa Qaraqoyunlu keçirməyi bəhanə gətirirdilər.
Əsas qorxulu düĢmən Uzun Həsən, onun Bayandur tayfası, bir sözlə Ağqoyunlular idi. Əgər o,
aradan götürülsə Azərbaycan, Arran, Ġran, Ġraqi Ərəb, Ġraqi Əcəm Əbu Səidin əlinə keçəcəkdi.
Əbu Səid vəziri bayaqkı ə‟yanla pıçıldaĢdı. Bundan sonra Sultan qalın, uca səslə danıĢmağa
baĢladı.
– Biz Yuluk Osmanın nəsilləri Bayandurlar, Ağqoyunlularla dost idik, onların ata-baba
mülkü Diyarbəkrdə. Onlar bizə tərəf yaxınlaĢanda, böyük bir ölkənin hökmdarını öldürəndə,
bizim də sümüyümüz sancır. Ona görə də vuruĢmağımız labüddür. Çıxın gedin Diyarbəkrə,
siznən həmiĢə dost olarıq.
– YaxĢı dostluqdur, – deyə Sara xatun öz-özünə deyindi.
– Ana, bu yerlər heç vaxt Ağqoyunluların olmayıb. Qaraqoyunluların torpaqlarını niyə
tutmaq istəyirsiniz?
– Bu il Diyarbəkrdə quraqlıq keçib, mal-heyvanımızı bu tərəfə qovmuĢuq. Əgər Ġranın,
Ġraqi Əcəmin, Ġraqi Ərəbin, Rey mülkünün qəhrini çəkirsinizsə, onlarda bizim gözümüz yoxdur.
– Bəs Azərbaycan?
– Öz yurdumuzdan da çıxaq?
– Azərbaycan əmim MiranĢah Mirzənin mülküdür.
Sara xatun Əbu Səidə güzəĢt etməyə gəlmiĢdi. O, Ağqoyunlu nəslini bu çətin anda xilas
etməli, döyüĢdən çəkindirməlijdi.
– YaxĢı, onda Sultan razılıq versə bu qıĢı Qarabağda qalar, yazda Diyarbəkrə qayıdarıq.
Yəqin ki, buna e‟tirazınız olmaz.
Əbu Səid çiynini çəkdi. Dejəsən bu fikirlə razılaĢmağa hazır idi. Amma vəzir qalxıb yenə
onun qulağına nəsə pıçıldadı. O, danıĢdıqca Əbu Səidin gözləri qıyılır, bir-birinə yaxınlaĢan göz
qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. Qızıl, daĢ-qaĢla bəzənmiĢ tac qoymuĢ baĢını
tərpədib razılığını bildirdi. Sonra üzünü Sara xatuna döndərdi:
– Köhnə, babaların dostluğu naminə mən Həsənlə vuruĢmaqdan vaz keçirəm. Ancaq baba
ruhu əziz olur. Əmir Teymur həmiĢə qıĢı Qarabağda keçirərdi. Mən də bu qıĢı Qarabağda
keçirmək istəyirəm. Hələ ki, yağıĢlar baĢlamayıb, çıxın kedin Diyarbəkrə. Sonra gec olar.
Sara xatun ürəyinin dərinliyində bu danıĢıqdan razı qaldı. Oğlu sağ-salamat idi. Gəlinləri
üzüklərdən istifadə etməyəcəkdilər. Azacıq qoĢunları da dağılıĢmayacaqdı. Demək heç olmasa
fürsət gözləməyə ümid var. Ölümün pəncəsindən qurtarırdılar.
Sara xatun Sultandan icazə alıb getmək istədi.
– Bu saat sizi yola salarlar.
Sultan iĢarə verdi. Açıq qolları və əzələli çiyinləri yağlanmıĢ kimi parıldayan qara həbəĢ
əllərində üstünə zərxara örtük salınmıĢ bir nimçə gətirdi. Sultanın qarĢısında diz çökdü.
Sultan örtüyü qaldırdı. Qızıl nimçədə incilərlə dövrələnmiĢ, iri firuzə qaĢlı nəfis bir qolbaq
vardı. Sultan onu götürdü.
– Ana, bu hədiyyəni kiĢilərin iĢini boynuna kötürən Sara xatuna mənim anam göndərib. Bu
ona görə qiymətlidir ki, onu Əmir Teymur özü Təbriz ustalarına düzəltdirib.
Sara xatun hədiyyəni kötürüb Sultana öz təĢəkkürünü bildirdi.
Ġkinci qara qul ovcunda yanaĢı tutduğu qılıncı Sultana uzatdı.
Bu qılınc da qızılla iĢlənmiĢdi. Qəbzəsində almaslar da parıldayırdı.
– Bu qılıncı isə biz dostlara bağıĢlarıq. Mənim hədiyyəm kimi Həsən bəyə verərsiniz.
O, “bəy” kəlməsini xüsusi bir vurğu ilə deyirdi. “Bəy” ləqəbi Sultandan sonra gələn altıncı-
yeddinci dərəcəli titul idi.
Sultan Əbu Səid ġeyx Heydəri də yaddan çıxarmamıĢdı. Qabaqda cavan, saqqalından,
əmmaməsindən və libasından ruhaniyə oxĢayan Ģəxs qara örtüyə bürünmüĢ bir əĢya gətirdi.
Sultan Əbu Səid onu aldı, örtüyü açdı, qızıl qabda dəri cildli kitab vardı.
– Ya Ģeyx, yaxına gəl.
11 www.sarigelin.net
Heydər yaxına getdi. Sultan Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaĢdırandan sonra
onu ġeyx Heydərə uzatdı.
– Qahirə Abbasi xəlifəsinin babama göndərdiyi Qurani Ģərifin bir mübarək nüsxəsidir. Bu
nüsxə Darül ĠrĢada nəzirdir, onu sənə verməklə özümü xoĢbəxt bilirəm. Cəd-diniz köməyimizdə
olsun.
ġeyx Heydər də, Quranı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı, qara örtüyə büküb
götürdü.
Onlar mürəxxəs oldular.
Uzun Həsən anası və bacısı oğlu ilə bərabər alaçığında oturmuĢdu. Sara xatun danıĢığın
gediĢini olduğu kimi danıĢdıqca oğlu əsəbiləĢirdi. O, iri barmaqlarını dodaqlarına dayamıĢdı.
Hirsləndikcə yumruğunu gürz kimi dizinə endirirdi.
Anası onu sakitləĢdirirdi.
– Döz, oğlum. Hökmdarın birinci üstünlüyü onun səbridir. Səbrlə dünyanı tutmaq olar –
səbrsizliklə ayağının altındakı bir qarıĢ torpağı da uduzarsan. Biz ondan vaxt oğurladıq. VuruĢ
olmayacaq. Biz Qarabağdan çıxırıq. Bilmək olmaz beĢ gündən sonra nə baĢ verəcək. Bizi çox
lütflə qarĢılayıb, lütflə də yola saldı. Amma ġeyx Heydər, onun hədiyyələrindən ağlım bir Ģey
kəsmədi.
– Mənim də.
– Sən nə fikirləĢdin?
– O qolbaq ki, var, onu gərək açıq verəydilər, bağlı verdilər. Bu o deməkdi ki, siz mənim
əlimdə bu qolbaq kimi mühasirədəsiniz. Mənə də nəzir verdiyi hədiyyə o demək idi ki, sən bu
iĢlərə qarıĢma, get kitabını oxu. Bircə dayıma göndərdiyi qılıncı baĢa düĢə bilmədim. Özü də
deyir ki, bu qılıncı dosta bağıĢlayırıq.
Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmıĢ qılıncı götürdü. Dəstəyi ovcunda itdi. Əlini
qına atdı. Qılıncı siyirmək istədi. Amma tiyə qından çıxmadı. Bir də güc elədi, yenə çıxmadı. Bu
qılıncın tiyəsi yox idi.
– Demək belə, mənə də demək istəyir ki, sənin qılıncının tiyəsi yoxdur. Qılıncın qında pas
atacaq. Ana, mən onunla vuruĢmaq istəyirəm.
– Oğul, cavansan, beynin hələ qandı. Hər Ģeyi ölçüb biçmək lazımdır. Çağır sərkərdələrini,
yaxın adamlarını, ağsaqqalları məsləhətləĢək. Sənin bu döyüĢün diri gözlü ölümə getməkdir.
– Dayı, mənim də bir məsləhətimə qulaq asın da.
– Buyur, ġeyx. Cəddini köməyimizə çağır görək necə olacaq.
– Biz ona kələk gəlməliyik. Biz buradan çəkilək. Qoy Əbu Səid Arazı keçsin. O, Arazı
keçib Qarabağa gəlsə iĢlər düzələcək. Onda biz Arazı o taya keçərik. Qarabağda bu qıĢ ot yoxdu.
Quraqlıq keçib, taxıl da yoxdu. Qırx-əlli minlik ordunu, bir o qədər atı, filləri, dəvələri saxlamaq
mümkün deyil. Biz də Arazın o tayında yolları kəsərik. Əbu Səidin özü düĢəcək o qolbağın
arasına.
Uzun Həsənin fikri harasa getmiĢdi. ġeyx Heydərin dediklərinin yarısını eĢidə bilməmiĢdi.
Ona görə də xahiĢ elədi ki, təkrar danıĢsın. Təklif olunan ağlına batdı. Üzünü anasına çevirdi.
– Sən nə deyirsən?
– Çox ağıllı fikirdi. Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur.
– Arazın o tayına keçsək Ərdəbil də bizim olacaq. QoĢunu elə Darül ĠrĢaddan gələn ehsanla
saxlayarıq. Hər gün yüzlərlə mürid gəlir. Onları silahlandırıb qoĢunun sayını artırarıq.
Xorasandan gələn yolları kəsib qoĢununun bütün ərzaq yolunu bağlayarıq.
Uzun Həsən gecənin bu vaxtı elə bildi günəĢ doğur. Onun düĢdüyü zirzəmilər iĢıqlaĢır,
qapılar, pəncərələr taybatay açılır. O, bütün varının, dövlətinin hamısını bacısı oğluna
bağıĢlayardı. Daha söhbəti də uzatmağı lazım bilmədi. Heç kimi də çağırmadı. Ayrı təkliflər olsa
fikirlər haçalanacaqdı. Bu fikrin üçünün arasında qalacağını sözləĢdilər. Sonradan Uzun Həsən
özü hərəkət edəcəkdi.
– Gedin, yatın. AxĢamın xeyrindən, səhərin Ģəri yaxĢıdır.
12 www.sarigelin.net
ġeyx Heydər də, Sara xatun da öz çadırlarına getdilər. O, bir an fikirləĢdi. Hansı xatunun
yanına getsin? Müqayisə elədi, ölçdü, biçdi. Ürəyi onu Dəspinə xatunun yanına çəkib apardı.
Xəbər göndərdi kn, hökmdar onun yanına gəlir.
Uzun Həsən baĢını əyib alaçıqdan girəndə yan-yana iki gözəl dayanmıĢdı. Biri Dəspinə
xatun, o birisi də anasını təkrar eləyən qızı AləmĢahbəyim. Onun keyfi kök idi. Əvvəl qızının
alnından öpdü. Əyildi, qızı baĢını onun çiyninə qoydu.
– Mənim gözəl qızım gözümə bikef dəyir.
– Yaqub saçımdan tutub dartıb. Deyir sənin saçların niyə qızılıdı?
– Deyəydin qızıldandı da, a qardaĢ. Eyb eləməz.
O qızının baĢını qaldırıb gözlərinə baxdı. AləmĢah-bəyim on beĢ yaĢa keçmiĢdi. Birdən-
birə ürəyinə bir niyyət gəldi. “Heydərin tədbiri baĢ tutsa, AləmĢahbəyimi ona verəcəyəm”.
Amma o bilmirdi ki, gənc Heydəri neçə vaxtdı elə buraya bağlayan AləmĢahbəyimdir.
Üç gün idi ki, yağıĢ baĢlamıĢdı. Bütün göy üzü bulud idi. Amma o buludların səddi-
sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aĢağı enmiĢdi. Narın, kor yağıĢ kəsmək
bilmirdi. Yayın quraqlığından çat-çat olub ayrılmıĢ muğan torpaqları sudan doymurdu. Su
dənəvərlənmiĢ torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuĢdu. Üçüncü gün Araz daĢıb
bərəni də götürüb aparmıĢ, Qaradonlu kəndindən neçə çovustanı yumuĢdu. YağıĢ isə kəsmirdi ki,
kəsmirdi.
Uzun Həsənin alaçığı indi Qızıltəpənin yanında qurulmuĢdu.
ĠĢ elə gətirmiĢdi ki, Sultan Əbu Səid Qarabağa keçmiĢ, Uzun Həsən isə Arazın sağ sahilinə
adlamıĢdı. ĠĢlər ġeyx Heydərin tökdüyü tədbir kimi gedirdi. Bu tərəfdən də yağıĢ baĢlamıĢdı.
YağıĢ da Uzun Həsənin köməyinə çatmıĢdı. Payızda Muğana, Milə yağıĢ yağanda ot cücərir,
göbələk də çıxırdı. Amma payızdan çox ötmüĢ, havalar soyumuĢdu. Bundan sonra otun
cücərməyinə ümid yox idi. Sultan Əbu Səid özünü çətin vəziyyətə salmıĢdı. Uzun Həsən
alaçığında tək oturmuĢdu. Xidmətçi onun qarĢısında süfrə salmıĢdı. Çadırın yanında üstündə
talvar qurduqları ocağın səngiyən közünü dağıdan xidmətçi Ģor motalına oxĢayan dərini çıxartdı.
Qoyunu doğrayıb duzlamıĢ, ədviyyə vurub təzədən dəriyə doldurmuĢ, tikib odun içinə
basdırmıĢdılar. Ġndi oddan çıxartdılar. Dərinin tükü tamam yanmıĢdı. Yanan yunun kəskin iyi
ətrafa yayılmıĢdı. Artıq dəri ütülmüĢdü. Ġki nəfər dərini götürüb iri məcməyiyə qoydu. Bıçaqla
motalı cırdılar, dəri açıldı. Qalxan buxar hər iki adamı görünməz etdi. Onları kəklikotu, zəncəfil,
sarıkök iyi vurdu. Sonra yeməyi ayırıb bir məcməyiyə yığıb buğlana-buğlana alaçığa apardılar.
Uzun Həsənin kefi kök idi. Yeməyin ətri ona çox xoĢ gəldi.
– Bəh-bəh, – deyə aĢbazları tə‟riflədi.
Süfrəyə yumĢaq ağ lavaĢ qatlanıb yığılmıĢ, ĢüĢə qabda nar, heyva, sinidə qarpız kəsilib
düzülmüĢdü.
O, çox vaxt yeməyi tək yeyərdi. AĢbazlar gedəndən sonra iri qara gözlü, kirpikləri əyilib
sifətinə kölgə salan rumlu qız ĢüĢə qabdan kasaya Ģərbət süzdü.
Hökmdar yeməyə giriĢdi. Bir azdan qoyundan yalnız sümüklər qalmıĢdı. Qız aftafa-ləyən
gətirdi. Su tökdü, o əllərini yudu.
– ġükür sənə, ilahi – dedi – Qıza iri bardağı göstərdi. O, bardaqdan böyük çini parça su
süzdü. Uzun Həsən suyu da içəndən sonra qalxıb alaçıqdan çıxdı. Rumlu kəniz süfrəni
yığıĢdırmaqla məĢğul oldu.
O, qapıda görünən kimi xidmətçilər, sərkərdələr, ə‟yanlar onun ətrafına yığıldılar.
– YağıĢ kefinizi pozmayıb ki?
– Nur yağır, nur.
– Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu. YaxĢı, mənə at gətirəcəkdilər...
– Hazırdır, – deyə Əmiraxur dilləndi. Bir ilxı at sizin ixtiyarınızdadı, böyük hökmdar.
Atları yəhərləmiĢdilər. Yüyən vurmuĢdular. Birinci atı gətirdilər. Bu uzun boyunlu, nazik
ayaqlı, sivri sağrılı türkmən atı idi.
Uzun Həsən yüyəni yalın üstündən keçirdi, ayağını üzəngiyə qoymamıĢ tullanıb yəhərdə
oturdu. Amma yəhər yatdı, atın ayaqları qabağa sürüĢdü, dal ayaqları çökdü. O, tullanıb yəhərdən
13 www.sarigelin.net
yerə düĢdü. Sara xatun da dayanıb oğlunun özünə at seçməsinə baxırdı. Atın beli oğlunun
ağırlığına tab gətirməyib az qala qırılmıĢdı. Uzun Həsən günahkar-günahkar anasına baxdı.
– Ana, məni tutsa bu bədbəxt atların ahı tutacaq.
Atın gözləri irilmiĢdi. Əmiraxur yaxınlıqda dayanan əsgərin nizəsini alıb türkmən atının
Dostları ilə paylaş: |