– Əbu Səid bizim əlimizdən heç yana qaçıb qurtara bilməyəcək. Mən hamının fikrini
bilmək istəyirəm. Süleyman Bicanoğlu, söz sənindir.
Süleyman Bicanoğlu onun cavan sərkərdələrindən idi.
BardaĢ qurub oturmuĢdu. Hökmdarın sözündən sonra ayağa qalxdı.
– DüĢməni basmıĢıq, kəsmək bir göz qırpımının iĢidi. Ġndi biz nə eləməliyik? Əlimizi
saxlamalıyıq, yoxsa?.. Elə bilirəm ki, Teymur övladına əl qaldırmaq günahdı. Onu hörmət-izzətlə
yola salmaq yaxĢı olardı.
Süleyman Bicanoğlu oturan kimi onun yanında, bığ yeri təzə tərləyən, amma boy-buxunda
nataraz Əbih Sultan söz istədi. Onun da atası Diyarbəkr bəylərindən idi. Böyük bir dəstə ilə Uzun
Həsənin xidmətinə gəlmiĢdi.
– Həsən bəy, biz Əbu Səidi əhli-əyati ilə Xorasana göndərsək, oradan üstümüzə yüz minlik
ordu gələcək. Əgər tək baĢına göndərsək, onda ağlaĢma səsiylə göz yaĢından özgə heç nə
eĢitməyəcəyik.
DanıĢanlar çox oldu. Hamısı da bu iki fikirdən birinin tərəfini saxlayırdılar. Sara xatun
oturduğu yerdən danıĢmağa baĢladı.
– Ey Ağqoyunlu övladları. Cahan Ģah basılanda hamınız sevinirdiniz. Sevindiniz ki, qədim
qan düĢmənindən intiqam aldınız. Hələ, heç biriniz Qaraqoyunlu səltənətinin dönüb ağqoyunlu
səltənəti olduğuna inanmırdınız. Çünki Teymur nəvəsi Əbu Səid üstümüzə gəlirdi. Onu ġeyx
Heydərin ağıllı, müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi vardı. Amma bu gün o
sülalənin oğlu Uzun Həsənin qarĢısında sultanlıq taxtı boĢdur. Ağqoyunlular hələ belə yüksək
məqama çatmamıĢdı. Burada oturan bəylərin hamısını böyük iĢlər gözləyir. Hər biriniz bir
vilayətin hökmdarı olacaqsınız. Dərbənddən baĢlamıĢ Bağdada, Diyarbəkrdən tutmuĢ Xorasana
qədər olan bir ölkə sizin ixtiyarınızdadır. Onu əldə möhkəm saxlamaq igidliyinizdən,
sədaqətinizdən çox asılı olacaq. DüĢmən əlinizdədir. Bir hücumla ələ keçirə bilərsiniz və
keçirməlisiniz. DüĢməni əldən qaçırsanız sonra çox qan töküləcək. Mən deyirəm ki, Sultan Əbu
Səid tutulub girov saxlanmalıdır. Onu ġeyx Heydərin müridləri Ərdəbildə saxlayar. Qoy ömrünü
ibadətlə baĢa vursun.
Uzun Həsən anasının sözlərinə qüvvət verdi.
– Axırıncı döyüĢü ġeyx Heydərə və onun qazi-müridlərinə tapĢırıram. Bacım oğlunun
mükafatı böyükdür. Ən böyük mükafat isə... – O bir an susdu. – Qızım AləmĢahbəyimlə ġeyx
Heydərin toyu Əbu Səid tutulandan sonra baĢlayacaq.
Əbih Sultan yerində qurcuxdu. O, AləmĢahbəyimi görmüĢdü və gözəlliyinə heyran
qalmıĢdı. Həm də Uzun Həsənin damadı-kürəkəni olmaq ona daha geniĢ yollar aça bilərdi.
Amma bu imkan əldən çıxdı.
ġeyx Heydər qızardı və baĢını aĢağı dikdi. Sonra ayağa qalxıb dayısına baĢ əydi.
– Müridlərim hazırdı. Əbu Səid sənin qulluğunda qolubağlı qul kimi dayanacaq...
Bu qələbəni ġeyx Heydərlə AləmĢahbəyimin toyu ilə Ģənləndirdilər. Uzun Həsənin qızı əri
ilə Ərdəbildə qaldı.
Ġki atlı dağlardan enib Ərdəbilə gedirdi. Onlardan biri ġeyx Heydər idi ki, xeyli
yaĢlaĢmıĢdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüĢdü.
Sifətindəki uĢaqlıq cizgiləri itmiĢ, o kiĢiləĢmiĢdi. Qətiyyət indi onun çöhrəsinə daha çox
yaraĢırdı. Qiyafəsində də dəyiĢiklik vardı. ġeyxliyi təkcə çalmasından bilinirdi. O, daha çox
pəhləvana və cəngavərə oxĢayırdı. Çiyinləri enləĢmiĢ, əlləri irilib kobudlaĢmıĢdı. Qollarının
əzələsi böyümüĢdü.
Bu on ildə çox dəyiĢiklik olmuĢdu. Sara xatundan sonra Ağqoyunlu dövlətini yaradıb və
möhkəmləndirən, Avropada fütuhatla məĢğul olan Fateh Sultan Məhəmmədlə belə iki dəfə
böyük meydan müharibəsi aparan Uzun Həsən ölmüĢdü. Taxta da oğlu Xəlil keçmiĢdi.
ġeyx Heydər elə bu barədə fikirləĢirdi. Dayımın hər iĢdə bəxti gətirsə də övladda, ələlxüsus
oğlanlarda bəxti gətirmədi. Böyüyü Uğurlu Məhəmməd əvvəllər atası ilə danıĢanda qız kimi
20 www.sarigelin.net
pörtüb qızarırdı. Sonra onun sağ əli, sərkərdəsi oldu. Yaman yeyənin olsun, yaman deyənin
olmasın. Acı, zəhərli ilan dillər onu yolundan çıxartdı. Atasının üzünə ağ oldu. Qaçıb Fateh
Məhəmmədə sığındı. Onun qızı ilə evləndi. Uzun Həsənin ürəyi partlamasın, nə eləsin? Qırxı
çıxmamıĢ SəlcuqəĢahbəyim oğlu Xəlili taxta çıxartdı. Rəhmətlik Sara xatun deyərdi ki, bu
səltənəti SəlcuqəĢahbəyim dağıdacaq. Budur, bu gün də müridləri ġeyx Heydərə xəbər
gətirmiĢdilər ki, SəlcuqəĢahbəyimin kiçik oğlu Yaqub qardaĢı Xəlili öldürüb, onun yerinə keçib.
Anası da bir gözü ilə Ģəhid olmuĢ oğluna ağlayır, bir gözü ilə isə kiçik oğlunun qurğusuna görə
gülür. Yaqub Mirzə indi olub Sultan Yaqub.
Hələ cavanlıqda onunla Yaqubun söhbəti tutmamıĢdı. Dayısı oğluna əlifba öyrədir, təhsil
verirdi. Heç vaxt da onun tapĢırıqlarına əməl eləmirdi.
– Dayıoğlu, oxu, öyrən, lazım gələr.
– Mən sultan oğluyam. Əvvəl-axır, mən taxta çıxacağam. ġah, hökmdar oğlu
doğulmayanlar dərd çəksin.
Heç vaxt onun sifətində özünə qarĢı mehribanlıq görməmiĢdi. Ġndi o, qardaĢ qatili
hakimiyyətə keçib. Bundan sonra bibisi oğluna da kəm baxacaq.
ġeyx Heydər isə öz iĢini bilən adam idi. O, gününü hücrələrdə keçirmirdi. Bilirdi ki, vaxt
gələr, onu da atası Cüneyd kimi Ərdəbildən didərgin salarlar. Çünki bu nəslin hörməti çox vaxt
hökmdarların hörmətindən üstün olub. Hökmdarlar onların ayağına gəlib, onların əllərini öpüb,
onlardan xeyir-dua istəyib. Bə‟zi hökmdarlar isə onları sevməyib, səltənət içində səltənətə öyrəĢə
bilməyib. Qaraqoyunlular ġeyx Cüneydi buradan didərgin salma-mıĢdılarmı? Məcbur olub
Diyarbəkrə, oradan Qaramana, Zülqədər oğullarına getmiĢdi. Uzun Həsənin atası Cahangir bəy
onunla ülfət bağlayıb qızını da ona vermiĢdi. Bu on ildə ġeyx Heydərin hörməti də, Ģöhrəti də
xeyli artmıĢdı. Uzun Həsən Fateh Sultan Məhəmməddən sonra dünyanın ən böyük dövlətinin
baĢçısı idi. Onunla qonĢu ölkələrin hökmdarları qohum olmaq üçün hər Ģeydən keçərdilər. O isə
qızını Ərdəbil Ģeyxinə vermiĢdi. Həm səltənət, həm də baba Ģöhrəti onun hörmətini, Ģanını-
Ģöhrətini artırır, səfəviyyəyə qoĢulan müridlərin sayı gündən günə artırdı. Darül ĠrĢada yığılan
nəzir-niyaz padĢah xəzinəsinə yığılan gəlirlərə yaxınlaĢırdı. Bu qədər əmlakı kasıblara, fəqir-
füqəraya paylamaqla qurtarmaq mümkün deyildi. ġeyx Heydər həmin pulla çoxlu silah alıb
yığırdı. Özünün nəhəng qurxanası vardı ki, onunla bir dəfəyə iyirmi min müridi silahlandıra
bilərdi. Ġlxıları alıb artırırdı ki, süvarinin sayı çox olsun.
Ġndi də dağlardakı düĢərgədən qayıdırdılar. Müridlər orada məĢq keçir, silah oynadır, at
çapır, ox atır, hərbin sirlərini öyrənirdilər.
Heydərlə yanaĢı gedən adam onun dostu Hüseyn bəy idi. O da Ģeyx yaĢda, ancaq ondan bir
az arıq, dirigözlü, qırğıbaxıĢlı cavan idi. ġeyxin müridləri ordusunun əsas sərkərdələrindən idi.
Hüseyn bəy dilləndi:
– Nə fikrə getmisən, ġeyx.
– Dünya gözlərimdə beĢ qara axçadan da dəyərsiz görünür. Deyirəm, gör kimin yerinə kim
gəlir. Ağac ağacdı, kəsirsən, pöhrə verib yenə elə həmin ağac olur. Meyvəsi, barı da həmin.
Amma insan niyə belədi. Oddan kül törəyir. Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasına,
elinə-gününə satqın çıxır. Bir qardaĢ taxt üstündə o birisini öldürür.
– ġeyx, sən ki dünyanın gərdiĢini yaxĢı bilirsən. Odur, Teymurun övladları da atalarına
oxĢaya bilmədilər.
– Bunun sirri nədədir?
– Qadında, – deyə Hüseyn bəy dilləndi. KiĢi nə qədər kamil, güclü olsa da, o qadın zəifliyi
ilə birləĢir. Bu ikisinin birliyindən yaranan nə qədər ataya oxĢayırsa, bir o qədər də anaya
oxĢayacaq.
– Sənin sözlərində də həqiqət var. Doğrudan da SəlcuqəĢahbəyim Uzun Həsənin tayı
deyildi. Yaqub Mirzə də, atasından çox anasına çəkib. BaĢlayacaq bizi burunlamağa. Darül
ĠrĢadın Ģöhrəti onu dəli eləyəcək. Onsuz da mənim atamın qatili ġirvanĢahla qohumdur.
– Bəli, acıdı, ancaq həqiqətdi.
21 www.sarigelin.net
ġeyx Heydər yorulmuĢdu, tezliklə evə qayıtmaq, AləmĢahbəyimin keyfini soruĢmaq, oğlu
Sultanəli ilə oynamaq, yorğunluğunu unutmaq istəyirdi. Amma bu xəbərdən sonra keyfi pozuldu.
Atın baĢını çəkdi:
– Geri qayıdıb Ģəhərdən çıxaq – dedi.
Hüseyn Lələ bəy bir Ģey demədi. Onlar dar küçələrdən çıxıb gəldikləri yolla qayıtdılar, bir
cığıra dönüb təpədəki qayanın üstündə bitən palıd ağacının yanına gəldilər. Atlardan düĢdülər.
Daha doğrusu Heydər nə edirdisə Hüseyn bəy də onun hərəkətlərini təkrarlayırdı. Heydər qalxıb
palıdın altında, qayanın üstündə oturdu. Buradan Ərdəbil ovuc içi kimi görünürdü. Uzaqda Darül
ĠrĢadın kaĢı günbəzində günəĢin iĢığı bərq vururdu. Heydər bir az fikirləĢib belindən xəncərini
çıxardı. BaĢ barmağına çəkdi. Qan çıxdı.
– Kəs barmağını.
Hüseyn bəy də öz xəncəri ilə eynilə barmağını kəsdi. Qan axıb getdi.
Heydər saqqalından bir neçə tük çəkdi, Hüseyn bəy də. Sonra Heydər həmin tükləri bir-
birinə düyünlədi. Hər ikisinin qanında islatdı. Qayanın yarığını gözləri ilə axtarıb tapdı və sözə
baĢladı:
– Ġndiyə qədər biz əməl yoldaĢıydıq. Bu gündən oluruq qardaĢ, dost. Qoy bizim
dostluğumuz bu tüklərin düyünü açılana qədər, qanlarımız biri-birindən ayrılan günə kimi davam
etsin.
– Amin.
– Hüseyn bəy, bu gündən səni oğlanlarıma lələ seçirəm. Onların tə‟limini, tərbiyəsini sənə
tapĢırıram. Sultanəlinin, Ġbrahimin, Ġsmayılın.
Bu, dostluqda ən yüksək məqam idi. Hüseyn bəy qədim oğuzların andını təkrar elədi:
– Bu dostluğa dönük çıxsam qılıncıma doğranım, oxuma sancılım.
– Ġndi səni babam ġeyx Səfinin batini fikirləri ilə tanıĢ eləyə bilərəm. O deyir ki, dünya
nurdan yaranıb. Allah da nurdu, onun yaratdıqları da nurdu. Demək insan da nurdan ibarətdir.
Hüseyn Lələ bəy (artıq o ləqəb qəbul etmiĢdi) dostunun sifətinə baxıb orada sanki qəzəblə
alovlanan nur, iĢıq görürdü.
– Ġnsan da nurdan ibarətdirsə, demək o, nurun, Allahın əksidir. Söz yox ki, insan – nur,
əməli təmiz, qəlbi pak insanlardır. Onlar öz yaradıcıları ilə birləĢirlər ki, bu da insanı bir-biri ilə
bərabərləĢdirir. Ġnsan da iki cürdür. Kamil və qeyri-kamil. Qeyri-kamillər nur parçası ola bilməz.
Nur olması üçün o, əslən də, mə‟nən də, daxilən də, xaricdən də pak olmalıdır. O nur-insanlar öz
tərəfdarlarını artırmaq üçün iĢ görməlidir. Bu, yalnız kökünü açdığım sirr batindir və onu bizim
ocağa sənin kimi ən yaxın olan dostlara açıram. Bunu ilk eĢidən də sən olmusan.
Hüseyn Lələ bəy onunla mübahisəyə giriĢmədi. Çünki indi Səfəviyyənin mə‟nəvi baĢçısı
odur, onun dediyi həqiqətdir və bu sirri dərk etmək üçün hələ çox düĢünmək lazım gələcək.
– Ġndi biz tədbir görməliyik.Sultan Yaqub bizə güc gəlməmiĢ, öz iĢimizə baĢlamalıyıq.
ĠĢlər ki, belə gedir, Ağqoyunlu xanədanı dağılacaq. Onun çox ömür sürməsinə heç nə kömək edə
bilməz. Xanədanın dağılması bədbəxtlik deyil. Ölkəni, xalqı xilas eləmək vacibdir.
– MürĢidimiz bizə o yolu göstərsin, biz canımız, qanımız bahasına həmin yolu axıra qədər
getməyə hazırıq.
– Dərbənd qalası. Atam ġeyx Cüneyd də bu yolu tutmuĢdu. Dərbənd qalası ölkənin
qüzeyində ən möhkəm qaladır və oradan baĢlayıb bu ölkəni birləĢdirmək olar. ġirvanĢahlar
qocaman xanədan olsa da, onları tabe eləmək çətin deyil. BaĢa düĢdün məni?
–
Bəli.
– Müridlərə də elə buna görə tə‟lim veririk. Din yolunda döyüĢə hazırlayırıq.
Hüseyn Lələ bəyin dilinin ucunda bir sıra suallar vardı. Onlardan biri də elə bu “din
uğrunda” sözünə aid idi. Axı Ģirvanlılar da müsəlman idi, dərbəndlilər də. Amma ġeyxin fikri
açıq-aydın deyilmiĢdi. Görülən hər iĢə hamının qəbul edəcəyi bir don geydirməsən, o baĢa
gəlməz.
22 www.sarigelin.net
ġeyx Heydər xidmətçinin açdığı darvazadan ağ atın üstündə geniĢ həyətə girəndə onu
qızılgüllərin ətri vurdu. Həyətin hər tərəfində növbənöv, cürbəcür qızılgüllər açmıĢdı. O atdan
düĢdü. Xidmətçi atı çəkib apardı. O, hovuzun ətrafına dolandı və iplərlə dırmaĢan səbagülü
kolunun arxasında AləmĢahbəyimlə üz-üzə dayandı. Qaranlıq düĢmüĢdü. Göydə iri ulduzlar
parıldayırdı. Amma o sevimli arvadının ətrindən onu tanımıĢdı. Bu qədər güllərin arasında onun
öz ətri vardı ki, Heydər onu ayıra bilmiĢdi. QarĢısında dayandı. Əllərini əllərinin içinə aldı.
Baxdı, baxdı. Amma onlar biri-birilərini güclə görürdülər. Amma baxıĢlarını, gözlərini,
təbəssümlərini yaxĢı seçirdilər. Heydər onu bağrına basdı. Dodaqları, onun gül qönçəsinə
oxĢayan dodaqlarını tapdı. Hər ikisi məst oldu.
Bu evdə əndərun yox idi. ġeyx Heydər and içmiĢdi ki, AləmĢahbəyimdən özgə bu dünyada
onun ikinci arvadı olmayacaqdı. AləmĢahbəyim də öz taleyindən çox razı qalmıĢdı. Hər hansı bir
Ģahzadəyə versəydilər o bir neçə ildən sonra yenə dul qalacaqdı. Çünki Ģahzadələr hələ
hakimiyyətə keçməmiĢ qanlarına qəltan olurdular. Ya da hərəmxanadakı arvadlarına vaxt
ayıranda belə onlardan hər birini bir həftədən tez görmürdülər. Bu evdə isə nə saray çəkiĢməsi
vardı, nə hərəmxana qeybəti. Onun sevimli əri təpədən dırnağa qədər ona mənsub idi.
– Mənim gəldiyimi nədən bildin?
– Hər dəfə sən yaxınlaĢanda Ülkər kiĢnəyir. Mənə muĢtuluq verir. Bəs sən mənim yerimi
hardan bildin?
– Ətrindən.
– Ġnanmaram. Həyətdə bu qədər qızılgül var. Onların arasında...
Heydər barmağını onun dodaqlarının üstünə qoydu:
– Mənim ən böyük, ən ətirli qızılgülüm sənsən. Ətrinlə səni cənnət bağında taparam.
AləmĢahbəyim qollarını onun boynuna dolayıb yanaqlarını onun yumĢaq saqqallı sifətinə
söykədi.
– Gedək, mənim günüm-dirliyim. Gözümün nuru. Mənim nur parçam. Gedək uĢaqların
yanına. Onlardan ötəri bu gün elə darıxmıĢam ki.
Onlar evə girdilər. Sultanəli bardaĢ qurub qarĢısındakı rəhildəki kitabı oxuyurdu. Ġbrahimlə
Ġsmayıl yatmıĢdı. Sultanəli atasını görüb ayağa qalxdı. Qaça-qaça onun üstünə getdi. ġeyx
Heydər onu qolları arasına aldı. Üzündən öpdü. Sinəsinə sıxdı.
– Sultanəli, sənə lələ tapmıĢam. Sənə də, Ġbrahimə də...
– Kimdi lələmiz, atacan?
– Hüseyn Lələ bəy. Bundan sonra o səninlə məĢğul olacaq.
Sultanəlinin on iki yaĢı tamam olmuĢdu. BeĢ il idi ki, təhsilə baĢlamıĢdı.
Otaq fərĢlə döĢənmiĢdi. Divar dibində qotazlı mitəkkələr, iri balıĢlar, qalın döĢəklər
qoyulmuĢdu. Divardakı ləmədə mis, çini qablar düzülmüĢdü.
ġeyx Heydər də əbasını soyundu, gəlib dizini qatlayıb oturdu. Kəniz Səkinə aftafa-ləyən
gətirdi. O əllərini yudu.
– Var ol səni, Səkinə. Allah qoysa Gürcüstan tərəfə gedəndə səni də aparacam, qohum-
qardaĢlarını tapıb onlara qovuĢduracam.
– Allah ömrünü uzun eləsin, ağa. Mən heç yerə getmək niyyətində deyiləm. Sənin kimi
Allah adamının evinə düĢmüĢəm, elə bilirəm elə öz ata evimdəyəm.
– Yox, ay Səkinə, ata evi ayrıdı. Bəlkə də onları da köçürüb Ərdəbilə gətirdik, inĢallah.
Səkinə ürəyində sevinə-sevinə aftafa-ləyəni apardı. Elə bil quĢ idi, ona qanad vermiĢdilər.
ġeyx dediyini eləyər. Heç olmasa bircə dəfə atasını görəydi, onun oxuduğu “hurufatını” eĢidəydi.
Onda ölsə də dərdi qalmazdı.
Ərinin qarĢısında süfrəni AləmĢahbəyim özü açdı. Heç bir hökmdar qızı hələ süfrə
açmamıĢdı. Amma onun qəlbinin, ürəyinin hökmdarı o idi. Bu iĢi görəndə özünü xoĢbəxt hesab
eləyirdi.
Səkinə yeməyi gətirdi. Bağırbeyin biĢirmiĢdilər. ġeyx Heydər Sultanəlini də çağırıb özü ilə
süfrədə oturtdu. AləmĢahbəyim də oturdu. Lakin o hələ indiyə qədər ərinin yanında çörək
yeməmiĢdi. Lakin oturub onun yeməyinə heyranlıqla baxırdı. Onun yeyib-içməyində atasını
23 www.sarigelin.net
xatırladan cəhətlər vardı. Amma buna görə baxmırdı. Ona baxdıqca elə bil bütün dünyanı ona
verirdilər. Əri də onun ürəyindən keçənləri oxuyur, özünü o yerə qoymur, onun doyunca
baxmağına imkan yaradırdı.
Yemək yığıĢdırıldı. O, qısa bir dua oxudu. Qalxıb canamazını götürdü, yan otağa keçib
namazını qıldı. Qayıdanda yataq otağına keçdi. Soyunub yerinə girdi. AləmĢahbəyim də Ģamı
söndürəndən sonra paltarının xıĢıltısından hiss olunurdu ki, soyunur. Ġpək paltarı sürüĢüb ayaqları
altına düĢdü. O, özünü sevimli ərinin qolları arasına atdı.
Gecədən xeyli keçmiĢdi. Amma onlar yatmamıĢdı.
– Gözümün nuru, qardaĢın mənim üstümdən qələm çəkməyə hazırlaĢır.
– Niyə?
– Qorxur. Taxtından qorxur. FikirləĢir ki, həmin taxta onun kimi sənin də haqqın çatır. Ona
görə də Əbih Sultanın, Süleyman Bicanoğlunun fitvası ilə mənim qaramca danıĢır. Bir məclisdə
də deyib ki, atam böyük səhv eləyib, bizim sümüyümüzü dərviĢlərin sümüyünə calayıb. Onlarla
qohum olduğumu fikirləĢəndə xəcalət çəkirəm.
Bu sözlərdən sonra ġeyx Heydər AləmĢahbəyimin bədənində titrəyiĢ duydu:
– Nədən qorxursan? Qorxma, sənin ərin onlara can verənlərdən deyil. Mən istəyirəm bir
müddət Ərdəbildən uzaqlaĢım. Qoy görsün ki, mən onun yolunda duran əngəl deyiləm. Vaxt
gəlsə mən ona daha çox kömək eləyərdim, nəinki onun ətrafındakılar.
– Mən sənin səhər gedib axĢam gəlməyinə dözə bilmirəm. Üç-dörd ay getməyinə necə
dözəcəyəm?!
– Bu lazımdı. GetməmiĢdən qabaq gərək sən qardaĢından icazə alasan. Deyəsən ki, ġeyx
Heydər qəzavata gedir. Dağıstanda müsəlmanlığı qəbul eləməyənlər var, gedir din yolunda
vuruĢmağa.
AləmĢahbəyim onu bərk-bərk qucaqlamıĢdı. Sanki əri elə indi yola düĢür, o da tutub
saxlamaq üçün bütün gücünü sərf eləyir.
– Yenə vuruĢma, yenə ġirvan? Bu ġirvandan doymadınız?
AləmĢahbəyimin səsi titrədi. Deyəsən o ağlayırdı. O, ərinin atası Cüneydin ġirvanĢah
Ġbrahimxəlil tərəfindən öldürüldüyünə iĢarə vururdu. Ġndi isə hakimiyyətdə Fərrux Yasar idi.
Cüneydin ölümünü onlar da yaddan çıxarmamıĢdılar.
– Getməsəm onda gərək burada Sultan Yaqubla kəllə-kəlləyə gəlim. Mən isə bunu
istəmirəm...
Sultan Yaqubun icazəsini alandan sonra ġeyx Heydər yeddi min muridlə səfərə çıxdı. Kür
çayını ƏrəĢ mahalında, Mingəçevir kəndi yanından keçib ġirvanın dağ dibi yolları ilə Dərbəndə
yol almıĢdılar.
Fərrux Yasar müridlərin hərəkətini hər gün izlətdirir, qoĢunlarını döyüĢə hazırlayırdı.
Amma ġeyx Heydərin müridləri əkinlərə, kəndlərə, mal-qaraya toxunmur, lazım olan hər Ģeyi
satın alırdılar. Ərdəbildən çıxdıqlarının iyirminci günü Samur çayı kənarındakı Quryan1 kəndinə
çatdılar. Gün günorta yerində idi. MeĢə yolundan çıxıb Samurun kənarına çıxdılar. ġeyx Heydər
atını saxladı.
– Burada düĢərgə salacağıq. Xəbər verin çadırları qursunlar.
Hüseyn Lələ bəy baĢını qaldırıb günəĢə baxdı:
– Neçə gündür gecə-gündüz yol gəlirik. Dərbəndə az qalıb. Çayı keçib çadır qursaq necə
olar? Əvvəla bu təhlükəlidi. Fərrux Yasar qoĢun gətirsə, onlar yuxarıdan aĢağı gələcək, biz pis
vəziyyətdə qalarıq.
ġeyx Heydər bahar buludu kimi dolmuĢdu. Hüseyn bəyin qolundan tutub özü ilə apardı.
– ġeyx Cüneydin qəbrini ziyarət eləməyək?
– Buradadı?
– Bəli. Burada, Quryan kəndindədir.
Onlar üstünə Ģax-Ģəvəl döĢənmiĢ, çay daĢı ilə hörülüb, palçıqla suvanmıĢ, divarlarında mal
təzəyindən yappalar olan meĢə içindəki kəndə girdilər. Silahlarını qurĢamıĢ, yanları ilə müridlər
də götürmüĢdülər. Kəndin ortasında, divar dibində oturan qocalara salam verdilər.
24 www.sarigelin.net
Qocalar ayağa qalxıb onların salamını aldılar. Bir gümrah qoca qabağa çıxıb atın
yüyənindən yapıĢdı:
– Qonağımız olmasanız, buraxmarıq. DüĢün atdan, – dedi.
– Sağ ol, əmi, bir iĢimiz var elə kömək eləsəniz qonaqlıqdı.
– Buyurun, qonaq qardaĢ.
– Burada bir ġeyx Cüneyd qəbri var, onu bizə niĢan verərsiniz?
– Niyə niĢan vermirik. Buyurun. O bir igid insan idi.
Ərdəbildən gəlmiĢdi. Onda mən lap gümrahıydım. Bax o, aĢağıda, çayın kənarında Ģah
qoĢunuyla vuruĢdular. Deyəsən heç vuruĢmağa da gəlməmiĢdi onlar. Hamısı qırıldı. Otuza qədər
adam qalmıĢdı. Özü də yaz idi. Samurda da su çox idi. Hava da qaralırdı. ġeyx onmu, on beĢmi
adamnan çayı keçdi. Yaralılar bə-
------------------------
1. Ġndi Qusar rayonunun Həzrə kəndi.
ri tayda qaldı. Gedə bilmirdilər. Bu vaxt Ġbrahimxəlilin atlıları çatdı. Bu yaralıları qılıncla
doğramağa baĢlayanda yaralılar qıĢqırdılar. Ġndiyə qədər qulaqlarımda səslənir:
– MürĢüdümüz, bizi atıb getmə!
Biz quzu otarırdıq, görürdük. Səsi eĢidib bir də döndü. Atı da yox idi, deyəsən
vurmuĢdular. Bir qolundan da qan axırdı. Özünü vurdu suya, yanındakılar da qayıtdı, çayı bir də
keçdilər. Onlar gələnə kimi burdakı yoldaĢlarını doğramıĢdılar. Gəldi, gəldi. Qılıncı hərləməyi ilə
bir atın ayaqlarını biçdi, atlı yerə gələndə, onu da. YoldaĢları da Ģir kimi vuruĢurdu. Onlar az,
atlılar çox. Aldılar araya. Bir azdan atlılar onların ciblərini, üst-baĢlarını axtardılar. Sonra
deyəsən nəsə qiymətli Ģey tapmıĢdılar. Onun üstündə özləri bir-birilərini qılıncladılar. Orasını
deyim ki, nə olduğunu nə gördük, nə eĢitdik.
ġirvanĢahın qoĢunu gedəndən sonra mənim atam, Allah ölənlərinizə rəhmət eləsin, o, el
ağsaqqalıydı, camaatı yığdı, gedib meyitlərin hamısını gətirdi, burada dəfn elədilər. YaxĢı ehsan
da verdi, üstlərində quran da oxutdu.
Ġndi o Ģeyxin qəbri pir olub. Sonsuzlar, xəstələr Ģəfa tapmağa bura gəlirlər.
Qoz ağacının altında adam boyundan hündür qəbir daĢı vardı. Arxa tərəfində qədim oğuz
qaydası ilə günəĢ Ģəkli qazmıĢdılar. AĢağıda isə at üstündə ova çıxan kiĢi təsvir edilmiĢdi. O
əlindəki nizə ilə əjdahanı öldürürdü.
ġeyx Heydər baĢdaĢını qucaqlayıb, sifətini soyuq daĢa söykədi. Qoca gəlib onun yanında
dayanmıĢdı.
– Ay oğul, atan varmı?
– Vardı, əmi! Budur, bu daĢın altında yatır atam.
Qoca elə bil yuxudan ayıldı. Gəlib onun çiyninə əli ilə vurdu:
– Oğul, belə ata üçün ağlamazlar. Gülərlər. O, əsl kiĢi, əsl qəhrəmandı. Onun
qəhrəmanlığını bu gözlərim görüb.
ġeyx Heydər qocaya tərəf döndü:
– Amma mən atamı görməmiĢəm, o da məni görməyib.
– Torpağı sanı yaĢayasan, elə özünə oxĢamısan. Yadımdadı da. Uzağ vaxtın sözü deyil ki,
yadımnan çıxa. Dünənin, sırağagünün söhbətidi.
Qəbrin yanında kiçik, oyuncaq yüyrük qurmuĢdular. Qoz ağacının budaqlarına isə əlvan
rəngli parça qırıqları bağlamıĢdılar.
Qoca ġeyx Heydərə dedi:
– Buranı pir eləyən də mənim atam olub. Övladı olmayanlara məsləhət gördü ki, buraya
Dostları ilə paylaş: |