Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   2   3   4   5   6   7   8   9   ...   35
nəzir gətirsinlər. Övladınız olmasa heç, olsa da qoy yaralı-yaralı yoldaĢlarını qurtarmağa qayıdıb 
özü də Ģəhid düĢən igidə oxĢasınlar. O vaxtdan da bu adət yarandı. 
ġeyx  Heydər  qoyunlar  kəsdirdi,  qazanlar  asdırdı,  bütün  kənd  camaatını  çağırdı.  Məclisin 
yuxarısında da qocanı əyləĢdirdi. 
Sonra yüzbaĢıları, minbaĢıları yığıb qəbrin üstünə, vidalaĢmağa gəldi. 
 

25  www.sarigelin.net 
 
–  Ey  ata,  oğlun  səninlə  görüĢməyə  gəlib.  Gəlib  desin  ki,  babamızın  baĢladığı  iĢ  yerdə 
qalmayıb, onu davam etdirəcəyik. Rahat yat, arxayın yat. 
Sonra o, müridlərin gətirdiyi sandığı açdırdı. Orada dilim-dilim tikilmiĢ qırmızı papaqları 
götürüb onlara payladı. Birincisini özü baĢına qoydu, çalmasını sandığa atdı. 
–  Ta  qədimdən  bizim  namusumuzun,  qeyrətimizin  rəmzi  baĢımızdakı  papaq  olub.  Onu 
özümüzdən  yuxarıda  saxlamıĢıq.  Bizim  seçdiyimiz  yol,  qandan-qadadan  keçir.  Qoy  bu  qırmızı 
börklər o qanın timsalı olsun. Bu gündən adımıza qoy “QızılbaĢ” desinlər. 
Bütün muridlər də qırmızı börk aldı və hamısı da Cüneydin qəbri üstündə öz əqidələrindən 
dönməyəcəklərinə and içdilər. 
ġeyx  Heydər  müridləri  Kürü  keçəndən  bir-iki  gün  sonra  Fərrux  Yasarın  çaparı  onun 
məktubunu  Təbrizə  bacısını  verdiyi  Sultan  Yaquba  gətirdi.  Məktubu  oxutdurub  fikrə  getdi. 
Otaqdan çıxıb anası SəlcuqəĢahbəyimin yanına gəldi. Anası oğlunu pəriĢan görüb alındı. 
– Səni tutqun görürəm, ay mənim sultan oğlum. Yenə kim sənin qanını qaraldıb? 
– Ġstəkli kürəkənimiz. 
– Yenə nə qələt qırıb o dərviĢ nəvəsi? – SəlcuqəĢahbəyim xatunun da onunla arası yox idi. 
Uzun Həsənlə mehriban olandan onun gözünün düĢməninə çevrilmiĢdi. 
– Al oxu. Qayınatam Fərrux Yasar göndərib. QoĢunu ġirvanı alt-üst eləyir. Məni də bacım 
inandırıb  ki,  o  qəzavata  gedir.  Deməyəsan  atasının  qanını  almağa  gedirmiĢ.  Burdan-bura  məni 
aldadır. 
SəlcuqəĢahbəyim  xatun  məktubu  ondan  aldı.  YaĢıl,  qumaĢ  mitəkkənin  üstünə  atıb,  əlini 
yerə dayaq verdi. Əvvəl  iri, kök yanbızları  qalxdı.  Artıq qocalmıĢdı. Özü də ağır, tökmə arvad 
olmuĢdu.  Qızıllarını  –  qolbaq,  zərniĢan,  bilərzik,  sinəbənd,  xalxallarını  cingildədə-cingildədə 
ayağa  durdu.  Sultan  Yaquba  elə  gəldi  ki,  anasının asan qalxmağına mane olan elə o qızıllardı. 
Anası əlini onun çiyninə qoydu. 
 
–  Sən  sultansan,  dərdin  olsa  da  bildirmə.  Bir  də  ki,  hökmdarın  nə  dərdi  ola  bilər.  Mən 
vəzirlə,  qayınatan  Süleyman  Bicanoğluyla  tədbir  tökənə  kimi  keç  abı  otağa.  Sultanbuddan 
gətirdiyim  gözəl  səni  gözləməkdən  sarı  yarpağa  dönüb.  Yazıq  qız  əriyib  ətini  tökəndən  sonra 
xoĢuna gəlməyəcək, deyəcəksən anam bu xortdanı haradan tapıb gətirib? 
Sultan Yaqub qayğılı idi. Bir fikrə gələ bilmirdi. 
– Abı otağa sonra. 
– Ġndi get. Dünyanın bir dərdini ürəyinə salma. Nə qədər ki, cavansan, kefini çək, heç nəyin 
fikrini eləmə. – O, ipək pərdəni qaldırıb qıĢqırdı: 
– Xacə Mənsim! 
Xacə Mənsim quĢ idi, cin idi, Ģəyatin idi, nədi, elə bil yerdən çıxdı, göydən düĢdü. 
– Bəli, həĢəmətli məleykə. 
– Yüz dəfə demiĢəm ki, mənə məleykə deyib çağırma. 
– BaĢ üstə, həĢəmətli məley... 
– Əy baĢını...   
Xacə Mənsim əyilib daz baĢını onun qarĢısında yerə qoydu. SəlcuqəĢahbəyim baĢmağının 
qırğı dimdiyinə oxĢayan burnunu xacənin baĢının parıldayan ortasına vurdu. 
– Bu baĢında birdəfəlik saxla ki, mən SəlcuqəĢahbəyiməm. Yadında qaldı? 
– Bəli, həĢəmətli xatun bəyim... 
– Sultanbud qızı hazırdımı? 
– Bəli... 
– Get, onun bəxti gətirdi. Hökmdar onu Ģan-Ģöhrətə çatdırır. 
Sultan Yaqubun iki hərəmi vardı. Biri Süleyman Bican-oğlunun qızı, o biri isə ġirvanĢah 
Fərrux Yasarın bacısı idi ki, bu yaxınlarda gəlin gətirmiĢdilər. Bunlardan əlavə əsirlər arasındakı 
gözəl cariyyələri, Ģahın adamlarının kəndlərdə və Ģəhərlərdə rast gəldikləri gözəlləri onun üçün 
bəsləyib saxlayırdılar. Onların heç birinin hərəm hüququ yox idi. Doğulan uĢaqlar belə sultanın 
övladı hesab edilmirdi. 

26  www.sarigelin.net 
 
Sultanbud  gözəli  dedikləri  qızı  SəlcuqəĢahbəyim  özü  Qarabağda  görmüĢ,  götürüb  saraya 
gətirmiĢdi.  O,  cariyyələrə  qoĢulmur,  həmiĢə  çəkilib  bir  tərəfdə  xısın-xısın  ağlayırdı.  Xacə 
Mənsim də hərdənbir SəlcuqəĢahbəyimə deyirdi. 
– Qarabağ gözəli ağlayır. 
–  Ağlasın,  ağlasın.  Bu  tezlikdə  mənim  oğlum  onun  otağına  ayaq  bassa  mənim  oğlum 
olmaz. 
Xacə  Mənsim  Süleyman  Bicanoğlunun  qızının  yanına  gedib  iməkləyə-iməkləyə  otağa 
girəndə  Gövhərtac  sevinirdi.  Bir  Ģeyə  məəttəl  qalmıĢdı ki,  bu xacə nə üçün iməkləyə-iməkləyə 
gəlir. Bilmirdi ki, onu buna məcbur eləyən sultan özüdür. Ayaq üstündə girsə onun hərəmlərinin 
sifətini görə bilər. Belə girəndə isə xalçanın naxıĢlarından özgə bir Ģey görmür. Deyəndə ki, bu 
axĢam  sultan  sənin  qonağındır,  Gövhərtac  onun  baĢına  qızıl  tökürdü.  Elə  bilirdi  ki,  sultanın 
gəlməyi xacə Mənsimdən asılıdır. 
Sultanbud  gözəlini  hərəmxanadan  kənar,  cariyyələri  Sultanın  ağuĢuna atdıqları  Abı otağa 
gətirmiĢdilər.  Xacə  Mənsim  də  həmin  otağa  iməkləyə-iməkləyə  girdi.  Özü  də  fikirləĢirdi: 
“Mənim  bədbəxtliyimə  bax  da.  Dünya  ləzzətindən  məhrum  olduğum  bəs  deyil,  qadınların 
qarĢısına iməkləyə-iməkləyə göndərirlər. Mən kiĢiyəm ki, onları mənə qısqanırlar?”. 
O,  xeyli  iməklədi,  amma  qadın  ayaqları  görmədi.  BaĢını  azacıq  qaldırıb  küncdə  qısılıb 
oturan qızı görəndə tez gözlərini aĢağı endirdi. 
– MuĢtuluğumu ver, həĢəmətlii məleykə, – yox, belə deməyə onun haqqı yox idi. Çünki bu 
sözlərlə Sultanın hərəmlərinə müraciət edirdi. “Eybi yoxdu. Bu sözlər onu daha da yumĢaldar. – 
Bir  azdan  böyük  Sultanımızın  vücudunu  görəcəksən.  Məmləkətdə  onun  qamətinə  çatan  boy-
buxun, igidliyinə çatan igidlik, ədalətinə çatan ədalət yoxdur. Bu gün Qarabağ böyük bir Ģərəfə 
nəsib olacaq. Sənə bu qoca bədbəxt bir sirr açsın. Sənin xeyrin üçün deyirəm. Bütün kiĢilər kimi 
Ģahlar,  sultanlar  da  qadın  qarĢısında  acizdirlər.  Əgər  onun  istəyini  yerinə  yetirməyi  bir  az 
gecikdirsən, onda sənin bütün arzularına əməl edəcək”. 
Amma Qarabağ gözəlindən səs çıxmırdı. Xacə isə sözlərini doğrayıb tökürdü. 
–  Əgər  desən  ki,  Hindistan  padĢahının  boynundakı  lə‟li  mənə  gətirməlisən,  gətirər.  Necə 
gətirər?  QoĢun  yığar,  bütün  xəzinəsini  xərcləyər,  minlərlə  cavanı  qurban  verər,  amma  gətirər. 
Zəmanənin sahibləri niyə bu qədər torpaqları alır, ölkələri tutur? Niyə? Məleykələrin sözü yerə 
düĢməsin  deyə.  Hər  ölkənin  də  öz  gözəlləri  var.  Hərəmxanalar  da  xəzinə  kimidir.  Orada  ən 
qiymətli  daĢlara  bərabər  gözəllər  saxlanır.  Düzdür,  səni  heç  vaxt  hərəmxanaya  qoymayacaqlar. 
Baxmayaraq  ki,  sən  bir  çox  Ģah hərəmlərindən gözəlsən, amma əslin, nəcabətin yoxdu. Amma 
istəsən  ki,  hökmdar  Qarabağı  dünyanın  cənnət  dilbər  guĢəsinə  çevirsin,  bax,  bunu  eləyər. 
Qohumlarını, qardaĢlarını ehtiyacdan qurtarar.Sultan əlində bu iĢlər nədi ki? Heç nə. 
Qarabağ gözəlindən səs-ün çıxmırdı. Ancaq deyəsən çox ağlamıĢdı. Ġndi içini çəkirdi. 
– Bu günahkar qocanın günahından keçin. Onu deyim ki, məleykənin ağlamasının səbəbini 
baĢa düĢürəm. Sevincdən ağlamaq, gülməkdən daha gözəldir.  
Bu  vaxt  nəsə  ağır  bir  Ģey  xacə  Mənsimin  baĢına  dəyib  xalçanın  üstünə  düĢdü.  Onun 
gözlərinin qabağı qaranlıq çaldı. Gözləri bir neçə an görmədisə də əlini sürtüb baĢına dəyib düĢən 
əĢyanı axtardı. Ağrıdan dini-imanı yansa da, fikrindən gələn o oldu ki, bunun muĢtuluğu hamının 
verdiyi muĢtuluqdan qiymətlidir. 
Xacə  yerdəki  “muĢtuluğu”  tapıb  götürdü.  Bu,  Qarabağ  gözəlinin  ona  tulladığı  bürünc 
Ģamdan idi... 
SəlcuqəĢahbəyim  oğlunu  Abı  otağa  yola  salıb  qotazlı  mitəkkənin  üstündəki  uzunsov, 
ġirvanĢah möhürlü, ətirli məktubu götürüb höccələyə-höccələyə oxudu. ġirvanĢah Fərrux Yasar 
yazmıĢdı  ki,  ġeyx  Heydər  ġirvanı  istila  elədi.  Mən  Gülüstan  qalasında  gizlənmiĢəm.  Əgər  o, 
böyük  hökmdarın  tapĢırığı  ilə  gəlibsə,  onda  bunu  açıq  deyəydiniz,  mən  qalaların,  Ģəhərlərin 
açarlarını qızıl nimçədə göndərəydim. Onsuz da, ġirvan sizə xərac verməyə hazırdı: ġeyx Heydər 
sizdən xəbərsiz ġamaxını tutub. 

27  www.sarigelin.net 
 
Burada  taxta  çıxmaq  niyyətindədirsə,  bu  ayrı  məsələ,  onda  elə  Təbrizin  də  taxtını  ona 
vermək lazım gələcək. Bu tezliklə bu boyda səltənəti bir Ģeyxin fitnəsinə qurban vermək isə ağıllı 
iĢ olmazdı. 
 
SəlcuqəĢahbəyim  bundan  sonra  kürəkəninin  əlindən  zəncir  çeynəməyə  baĢladı.  O,  oğlu 
taxta keçəndən Sara xatunun yeriĢini getmək istəyir, hər iĢə qarıĢırdı.  
–  Bütün  günahlar  bizim  qızımızdadı.  Arvad  necə  olsa  ərinin  fikrini  bilər.  Bilsə  də  bizə 
xəbər  verməyib.  Ərini  qardaĢlarının  üstünə  qaldırır.  Uzun  Həsənin  əziyyətlə  qurduğu  səltənəti 
dərviĢlərə  sədəqə  vermək  istəyir.  ġah  arvadı  olmaq  arzusuna  düĢüb.  Arzun  gözündə  qalar, 
inĢallah. YaxĢı deyiblər də, özgədən adama övlad olmaz. Tərsa qızından olan gəlib bizə canmı 
yandıracaqdı? 
Sultan  Yaqub  qızın  adını  anasından  soruĢub  Abı  otağa  getmiĢdi.  Ġçəri  girdi.  Onu  görüb 
ayağa  qalxan  qız  elə  bil  yerdə,  torpaqda  yaranmamıĢdı,  göydən  enmiĢdi.  Tanrı  özü  onu 
mələklərin  arasından  arayıb-axtarıb  tapmıĢ,  öz  adına  layiq  olanını  seçib  göndərmiĢdi  onun 
hüzuruna. 
Sultan Yaqub hər iki əlini göyə qaldırdı. 
 
– Ey ulu tanrı, səndən nə qədər razıyam. Cənnəti mənə bu dünyada bəxĢ elədin. O dünyada 
cəhənnəm oduna yandırsan da səndən razıyam. 
Ġri, qara gözləri hürkək-hürkək baxırdı. Sifəti, döĢlərinin ayrıldığı yerə qədər sinəsi, əlləri 
elə  bil  ağ  süd  rəngli  mərmərdən  yonulmuĢdu.  Mərmər  nədi?  Yox,  onun  mərmərə  heç  bir 
bənzəyiĢi yox idi. Onu fil sümüyündən yonmuĢdular. Bu məxluqu bəĢər övladı belə kamil, belə 
zərif  yona  bilməzdi.  Tanrı  bütün  iĢlərini  bir  kənara  qoyub  özü  onu  xoĢ  saatda  yaratmıĢdı.  Bir 
anda  onun  arvadlarının  ikisi  də  gözündən  düĢdü.  Gövhərtac  balacaboy  idi.  Səsi  kiĢi  səsinə 
oxĢayırdı.  ġirvanĢahın  bacısı  isə  bunun  yanında  qarayanız  göründü.  Düzdü,  əvvəllər  nə 
Gövhərtacın  səsinə  və  boyuna,  nə  də  ġirvanĢah  bacısının  yanağının  qarayanız  rənginə  fikir 
verməmiĢdi.   
O,  gözələ  yaxınlaĢdı.  Xeyli  baxdı.  Boğazı  sürahi  kimi  qalxırdı,  boynunun  yanlarından 
saçları  sallanıb döĢlərinin qabarıqlığını daha da aydınlaĢdırırdı. Əlini kisəyə salıb xeyli daĢ-qaĢ 
çıxarıb  onun  baĢına  səpdi.  Qız  onların  heç  birinə  fikir  vermədi.  DaĢ-qaĢ  xalının  üstündə  bərq 
vurdu. O, tutaĢ kipriklərini tərpətmədi də. Sultan Yaqub əlini uzadıb ona toxundurdu. 
 
– Sən bəĢərsənmi? 
 
O, yenə dinmədi. 
Sultan  əl  atıb  onun  qızıl  iĢləməli,  yüngül  donunu  parçalamaq,  onun  bütün  gözəlliyini 
aĢkara çıxarmaq istədi. Amma qız kənara çəkildi. Hardansa bir qəmə çıxartdı. 
– Yaxın gəlmə. Gəlsən özümü öldürəcəm.  
O, quruyub qaldı. 
– Necə? 
– Mənə əl vurmayın, hökmdar. 
Sultan  Yaqub  geri  çəkildi.  Dayanıb  ona  tamaĢa  eləməyə  baĢladı.  O,  hələ  də  özünə  gələ 
bilməmiĢdi. Geri çəkildi ki, birdən bu xəyal, bu əfsanə, bu nağıl yoxa çıxa bilər. ġirin yuxu kimi 
əriyib  gedər.  Amma  hökmdarlıq  qüruruna  da  toxundu.  Hələ  heç  kəs  onun  qarĢısında  “yox” 
kəlməsini iĢlətməmiĢdi. 
– Sultana təslim olmaq istəmirsən? 
– Mən indiyə qədər azad bir quĢ olmuĢam. Mən qızıl qəfəsə təslim olmaq istəmirəm. 
Qızın səsindəki məlahət də onu əfsunladı. 
– Sən həm də ağıllı gözəliymiĢsən. 
– Tanrıdan bir narazılığım varsa o da baxtımın qara yazılmasıdır. 
– Qara bəxt. Sultan sarayına, sultan ağuĢuna düĢmək ağ bəxtdir. 
– Kimin üçün ağdısa, mənin üçün qaradı. 
– Ey gözəl, mən səni baĢa düĢdüm. Cariyyə kimi saraya gətirilən belə mələyin bəxtindən 
inciməyə  haqqı  var.  Amma  mən  çox  ədalətli  hökmdaram.  Sənin  bəxtini  ağartmaq  da  mənim 
əlimdədir. Sən yalnız Sultan hərəmxanasına layiqsən. Belə gözələ çalınan toyun səsi Çini-Maçinə 

28  www.sarigelin.net 
 
getməlidir.  Sənə  elə  bir  toy  çaldıracağam  ki,  bütün  görənlər  heyrətə  gəlsin.  Səni  Ağqoyunlu 
tacının ən iri cəvahirinə çevirəcəyəm. ġərtlərini de. 
Qarabağ gözəli dinmədi. 
– ġərtlərini de. 
– Mənim bir Ģərtim var. 
– Buyur. 
– Məni buraxın, öz elimizə qayıdım. 
–  Bu  saraylar,  bu  səltənət,  o  xəzinə  hamısı  sənindir. Ondan özgə Ģərtin varsa buyur. Sən 
yalnız  mənim  kimi  hökmdara  layiqsən.  Tanrı  bizim  kəbinimizi  göylərdə  kəsib.  Toyunu 
Sultanbudda, öz elinin içində baĢlayıb, Təbrizdə qurtaracağam. 
O, sözlərini deyib Abı otaqdan çıxdı. Uçmağa qanadları yox idi. Amma uçurdu, yerimirdi. 
Özünü  anasına  yetirdi.  Onun  əllərini  tutub  öpməyə  baĢladı.  SəlcuqəĢahbəyim  təəccüblə  oğluna 
baxdı. 
– Nə olub? 
– Sən məleykələr padĢahını göylərdən endirmisən.  
SəlcuqəĢahbəyim gördü ki, oğlu qıza necə vurulubsa özünü-sözünü bilmir. 
– Sən hökmdarsan, bunu yadından heç vaxt çıxartma.  
– Allah olsam, allahlığımı da unudardım. 
– Ağlını baĢına yığ. O, kasıb bir ilxıçının qızıdır. 
– Mən o ilxıçını vəzir, əmir, sipəhsalar eləyərəm. Bu qız mənim tacımın ən qiymətli daĢına 
dönməlidir. Toya hazırlıq görülsün.  
Hikkəsindən  SəlcuqəĢahbəyimin  az  qalırdı  bağrı  çatlasın.  Ləngər  vura-vura  oğluna  tərəf 
getdi. Qapını kəsib onu çıxmağa qoymadı. 
– Sən çox vacib iĢ görməlisən. ġeyx Heydərin iĢi bitməlidir. Yoxsa...  
– Ġstəyirsən bütün nəslini yer üzündən sildir, mən razı. Özün bilirsən. Mən indi dünyanın 
ən xoĢbəxtiyəm. Məni elə boĢ-boĢ məsələlərə qoĢma. Qoy yaĢayım. 
Sultan  Yaqub  bər-bəzək  arasındakı  anasının  qırıĢmıĢ,  sümüklü  sifətini  ifritə,  cin,  Ģəyatin 
Ģəklində  gördü.  Gözlərindən  elə  bil  od  çıxırdı.  Qarabağ  gözəlinə  baxandan  sonra  hər  Ģey  ona 
kobud, yöndəmsiz, kifir görünürdü. Amma anasının gözləri onu bir anlığa özünə qaytardı. 
– Nə olub sənə? 
– Nə olub, nə olub?! ġeyx Heydər qayınatan Fərrux Yasarın hökmdar olduğu ġirvanı tutub, 
qalıb Dərbənd qalası. Sabah qoĢun yığıb sənin üstünə gələcək. Onda taxt-tac da çıxacaq əlindən, 
hələ deməyəsən ilxıçı qızı da. 
– Vermərəm, vermərəm, onun öz baĢı bədənindən ayrılmalıdır. 
– Otur oğlum. 
Sultan  Yaqub  oturdu.  “Vermərəm,  vermərəm”  deyəndə  o  Qarabağ  gözəlini  nəzərdə 
tutmuĢdu.  Taxt-taca  sahib  olanda  fikirləĢmiĢdi  ki,  xoĢbəxtlik  gəlib  çıxdı.  Ġndiyə  qədər  də  belə 
bilirdi.  Amma  bu  gün  o  gözəli  görəndən  sonra  hiss  eləmiĢdi  ki,  onunla  xoĢbəxtlik  arasında 
zəmin-asiman  fərq  var.  XoĢbəxtlik  elə  bu  gözələ  sahib  olmaqdır.  Belə  bir  anda  o,  hökmranlıq 
verərdi əldən? 
Bir  az  fikirləĢəndən  sonra  yenə  hökmdarlıq  taxtına  qayıtdı.  Yenə  gözünün  qabağına 
yastıbaĢlı,  qara,  haçadilli  ilanlar  gəldi.  Onlar  dörd  bir  tərəfdən  bu  taxta  tərəf  baĢlarını  qaldırıb 
sürünürdülər. Amma taxta yaxınlaĢanda hamısı qızıl ilan kimi quyruqları üstünə qalxdılar. Bir an 
da keçsə həmin ilanlar qızıl taxtın ayaqlarına dolaĢacaqlar. 
Fərrux  Yasar onun qayınatası  idi. Özü də hələ onun atasından da əvvəl  taxta oturmuĢdu. 
Siyasətin hər üzünü bilir. Onunla qohum olmaqda bir məqsəd güdmüĢdü. ġirvan Dərbəndə qədər 
olan  torpaqları  tutub,  əgər  o  tərəfdən  qorxu  olsa,  qabaqda  dayanacaq.  Bir  də  ġirvanĢahlar  hələ 
heç kimin torpağına qoĢun çıxarmayıblar. HəmiĢə öz baĢları öz iĢlərinə qarıĢıq olub. 
Amma bu ġeyx Səfi nəsli öz iĢini biləndir. Bütün hökmdarların da sirləri onlardadır. Hər 
sarayda, hər bəylikdə, hər vilayətdə, bəlkə də hər evdə onların müridləri var. Bu müridlər gəlir və 
həmin sirləri də özləri ilə gətirirlər. YaxĢı ki, Ələmut ismayililəri kimi hərəkət eləmirlər. Onlar 

29  www.sarigelin.net 
 
kimi  baĢlasalar  istədikləri  hökmdarı  oğurlayıb  gətirərlər,  xoĢlarına  gəlməyənlərin  hamısını 
öldürərlər. Ġndi onlar ġirvan üstünə getdilər. Oranı tutsalar sakit duracaqlarmı? Yox. Onda ġirvan 
hər yerə əl-qol uzadacaq. 
– Ana, qayınatam Süleyman Bicanoğlunu... Qoy bir qayınatam o birisinə köməyə getsin. 
–  YaxĢı  fikir  eləmisən,  oğul.  Bicanoğlu  igid  sərkərdədir,  özünün  də  ġeyx  Səfi  nəslini 
görməyə gözü yoxdur. 
O, qalxıb iri addımlarla otaqdan çıxdı. Taxt-tac salonuna getdi. Taxtda oturan kimi vəzirlə 
vəkil də onun yanında öz yerlərini tutdular. 
– Tək vəzir qalsın. Özün də yaxına gəl.  
Vəzir  Zəkəriyyə  Keçəçi  hələ  Uzun  Həsənin  vaxtından  bu  vəzifədə  idi.  Bir  dəfə  də  olsun 
hökmdar  onun  məsləhətindən  çıxmamıĢ,  yaxud  onu  cəzalandırmamıĢdı.  Bu  qoca,  arıq  vəzir 
sülalənin  dirəklərindən  biri  idi.  Uzun  Həsən  öləndə  də  vəsiyyət  eləmiĢdi  ki,  onun  oğlanları  bu 
sədaqətli,  ağıllı  vəzirin  sözünü  eĢitsin.  Uzun  Həsənin  məĢhur  “Qanunnamə”sinin 
hazırlanmasında vəzir yaxından iĢtirak etmiĢ, onu bütün ölkədə tətbiq eləmiĢdi. 
– Vəzir, Süleyman Bicanoğlu dörd-beĢ minlik qoĢun götürüb Dərbənd qalasına getməlidir.  
Vəzirin heç nədən xəbəri yox idi. 
– Onda biz ġirvanĢahla müqaviləni pozmuĢ olarıq. 
– Özü tələb eləyir. ġeyx Heydər onunla vuruĢmağa gedib. 
Vəzir inanmadı. 
– Sultani əzəm, ġeyx Heydər Çərkəzistana gedib. Fərrux Yasar onunla düĢməndi. Bəlkə də 
Uzun  Həsənin  qohumları  arasında  narazılıq  salmaq  istəyir?  Axı  biz  hər  Ģeyin  düzgünlüyünü 
öyrənməsək, belə addım atmağımız yerinə düĢməz. Sonra gec olar, səhvimizi düzəldə bilmərik. 
– Necə, Fərrux Yasar mənim qohumum deyil? Onun bacısı mənim əyalım deyil? 
– ġeyx Heydər necə? O da bacınızın əridir. Həm də Ərdəbil ocağına düĢmənçilik bizə xeyir 
gətirməz. Onların müridləri çoxdur. 
– Bəlkə vəzir də onların mürididir?  
Zəkəriyyə Keçəçi əlini döĢünə qoydu. 
– Sultani əzəm yaxĢı bilir ki, mən Ģiyə deyil, sünniyəm, hənəfiyəm. Onlarla mənim heç bir 
əlaqəm  yoxdur.  Rəhmətlik  Uzun  Həsən  deyərdi  ki,  bu  ocağın  gücü  mənə  bəllidir,  ona  görə  də 
onlarla  qohumluq  telləri  qurmuĢam.  Əbu  Səidlə  qarĢılaĢanda  ġeyx  Heydər,  onun  müridləri 
olmasa  bu  günkü  Ağqoyunlu  dövləti  də  olmazdı.  Məni  dar  ağacına  çəkdirsəniz  də  mən  onun 
üstünə qoĢun göndərməyin tərəfdarı deyiləm. 
– Sən gördüyün dövranlar keçib, vəzir. ġeyx Heydər indi Ģahlıq, sultanlıq həvəsinə düĢüb. 
Belə olmasa bu qədər qoĢun yığıb onları silahlandırmazdı. Qocalmısan vəzir, ürəyin yumĢalıb. 
Vəzir yenə əlini döĢünə qoyub baĢ əydi. 
– Ola bilər. Qocalıq bədbəxtliyin baĢlanğıcıdı. Ancaq mən yenə öz fikrimdə qalıram. Həm 
də ġeyx Heydərin getməyinə icazə vermisən. 
–  Vəzir,  get.  Məsləhət  qurtardı.  Mən  xacalət  çəkirəm  ki,  bir  dərviĢə  bacımızı  vermiĢik. 
Onun  hökmü  verilib.  ġeyx  Heydər  məhv  olmalıdır.  O  baĢ  nə  qədər  ki,  sağdır  onun  içində  nə 
qədər nəqĢələr çəkiləcək. 
Vəzir baĢ əydi, fikirli-fikirli çıxıb getdi. Cavan Sultanı öz fikrindən döndərə bilməmiĢdi. 
Süleyman Bicanoğlunun gətirdiyi dörd minlik qoĢun Fərrux Yasarın bundan da çox qoĢunu 
ilə birləĢdi. Oradan Dərbəndin üstünə getdilər. Neçə vaxtdan bəri ġeyx Heydərin müridləri Dəmir 
qapı Dərbəndi mühasirəyə almıĢdılar. Mühasirə də o vaxt baĢlamıĢdı ki, müridləri keçib getməyə 
qoymamıĢdılar. 
Qalanı almaq, bürcləri dağıtmaq üçün müridlərdə mancanaqlar, divar deĢən alətlər yox idi. 
Qalanın  müdafiəçilərini  aclıqla  təslim  olmağa  məcbur  eləməkdən  baĢqa  elə  bir  yol  yox  idi. 
Dərbənddə hələ xeyli yemək və su vardı. Onlar tükənənə qədər kömək gəlib çıxa bilərdi. 
Bu  kömək  Heydər  gözlədiyindən  gec  gəldi.  Qala  təslim  olmaq  istədiyi  gün  bürclərdə 
uzaqdan toz qalxdığını gördülər. Qalada təslim olmaq istəməyənlərin sevinc nidaları müridlərin 
təəccübünə səbəb oldu. Onlar da toz dumanını gördülər. 

30  www.sarigelin.net 
 
ġeyx Heydər bir dəstə müridi qabağa göndərdi ki, görsün kimlərdi gələn. Onları Süleyman 
Bicanoğlunun yanına gətirdilər. 
Qırx-qırx  beĢ  yaĢlı  bu  sərkərdə  atın  üstündə  oturub  gələn  elçiləri  dinlədi.  Sonra  onların 
baĢındakı qırmızı börkləri göstərib: 
– Məni bir baĢa salın görüm siz kimsiniz? 
– Biz qızılbaĢlarıq. 
–  QızılbaĢ,  –  deyə  Süleyman  Bicanoğlu  gülümsədi.  Qızıl  xəzinədə  olar.  Kəsilsin  o  qızıl 
baĢlar. 
Bir anın içində beĢ nəfər elçinin qırmızı börklü baĢları nizələrə keçirildi. 
ġeyx  Heydər  gördü  ki,  bu  qoĢunla  vuruĢmaqdan  baĢqa  çarə  qalmayıb.  Amma  burada 
döyüĢə  girmək  ona  qələbə  gətirə  bilməzdi.  Müridlərin  hamısını  Dərbəndin  mühasirəsindən 
çıxardı. Dağlarla üzü ġamaxıya tərəf yol aldı. Elə bir yerdə o döyüĢə girmək istəyirdi ki, üstünlük 
onun  tərəfində  olsun.  Amma  Süleyman  Bicanoğlu  da  təcrübəli  sərkərdə  idi.  Uzun  Həsən 
Otluqbellidə Fateh Sultan Məhəmmədə qalib gəldiyi döyüĢdə iĢtirak eləmiĢ, igidlik göstərmiĢdi. 
O,  baĢa  düĢdü  ki,  ġeyx  Heydər  müridləri  dağlara  aparmaqda  məqsədi  döyüĢdən  qaçmaqdı.  O, 
vaxt qazanır. Müridlər tə‟qibdən qurtarsalar, sonra elə bir yer tapıb onlarla döyüĢə girəcəkdir ki, 
orada  ġirvanĢahla  Ağqoyunlu  sərkərdəsinə  heç  nə  kömək  edə  bilməyəcək.  ġeyx  Heydərin 
müridləri  onların  əsgərlərindən  daha  möhkəm,  daha  iradəli  idi.  Onu  öldürə  bilərsən,  amma 
qaçmağa məcbur eləyə bilməzsən. 
Gecə keçdi. Hər iki qoĢun yatmadı. Hər ikisi yol gedirdi. Süleyman Bicanoğlu döyüĢ üçün 
yer seçmiĢdi. Onların yolu çayın sahilində yastanalara çıxdı. Hər tərəfi yarğandı. Özünün seçmə 
süvarilərini həmin yastanaya gətirdi. Sərrast oxatan Mosul atıcılarını da elə yerləĢdirdi ki, ensiz 
yolla gələn müridlərə çoxlu tələfat versinlər. 
DöyüĢ səhər iĢıqlaĢanda baĢladı. 
Müridlər düĢməni qarĢıda görəndə: “Qurban olduğum, sadağa olduğum pirim, mürĢüdüm”-
deyə  onların  üstünə  atıldılar.  Qılınclar  qalxanları  çeynəyib  tökür,  qollar,  baĢlar  üzülüb  düĢür, 
kiçik  bir  yastana  döyüĢ  üçün  darısqallıq  eləyir,  çoxlu  döyüĢçü  atla  bərabər  yarğanlara  uçurdu. 
Süleyman Bicanoğlunun süvariləri əzilib geri çəkilməyə baĢladılar. 
ġeyx Heydər atını bir dikin üstündə saxlayıb yeni-yeni dəstələri irəli göndərir, döyüĢü idarə 
eləyirdi. Hüseyn Lələ bəy də onun yanında dayanmıĢdı. Birlikdə tədbir görürdülər. 
–  AĢağıdan  gələnlərin  qabağını  saxlayıb  qalan  müridləri  çayın  kənarı  ilə  yuxarı 
aparmalıyıq. Yolu dəyiĢib, onları azdır. 
Söz  ġeyx  Heydərin  dodaqlarında  qaldı.  O,  qabağa  əyildi,  kürəyindən  qanlı  oxun  ucluğu 
göründü. Hüseyn Lələ bəy atını Ülkərə yaxınlaĢdırdı. Özü də qıĢqırdı: 
– Dədə bəy! 
Dədə bəy atını çapa-çapa gəldi. Əlində siyirmə qılınc vardı. Qan onun əlinə, paltarına, atın 
yalına sıçramıĢdı. 
– Dədə bəy, mən Ģeyxi bu meĢəyə endirirəm. Müridləri o dağa tərəf apar. 
– Qurban olum, ay ġeyx, nə oldu sənə? 
– Heç, yüngülcə yaralanmıĢam. Möhkəm dayanın. 
Dədə bəy onun kürəyindən ox çıxdığını görmədi. 
Hüseyn  Lələ  bəy  ġeyx  Heydəri  meĢəyə  gətirdi.  Ağacların  arasından  keçən  günəĢ  Ģüaları 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin