qurtardı getdi. Daha məni ələ niyə salırsan? Mən hara, bəy hara. Ġlxıçı babayam, o ilxıdan bir
çöpüklü qulun itsə, gərək alaçığımı, palımı-paltarımı da satıb verəm. Amma yalan da demirəm,
Sultan Yaqub mənim kürəkənimdi. Ancaq qapıma elçi göndərməyib, toy eləyib qızımı
aparmayıb. Anasının xoĢuna gəlib qız, götürüb aparıb. Bundan sonra yüz il yaĢasam da nə mən
qızımı görə bilərəm, nə də o məni. Kasıb kasıbdısa gərək arvadı da, qızı da kifir olsun, heç kimin
də gözü düĢməsin. Yoxsa bax beləcə götürüb gedirlər, qalırsan baĢına döyə-döyə. Bəynən bostan
əkən kasıbın çiynində bitər o bostanın tağı.
– Mən düz deyirəm. Sən Cahangir bəysən, özün də ilxıçı deyil, əmiraxursan. Vəzir,
Cahangir bəyin vəzifəsini ona baĢa salarsan. Cahangir bəyin libasını gətirin.
Cahankir kiĢi elə bil ayıldı.
– Ay baĢına dönüm, axı sən kimsən?
– Mən Ağqoyunlu hökmdarı Sultan Yaqub.
Cahangir kiĢi onun ayaqlarına düĢdü.
– BaĢına dönüm, artıq-əskik danıĢmıĢam, keç günahımdan.
– Qalx ayağa. Hər Ģey keçib getdi. GəlmiĢəm Sultanbudda sənin qızına elə toy çaldıram ki,
səsi bütün ölkələrə düĢsün.
Cahangir əllərini göyə qaldırdı. Allahına dua elədi. Amma birdən yadına nə düĢdüsə dönüb
ilxıya baxdı. Ġlxı uzaqlaĢırdı, O, əlini dodaqlarına qoyub fit çaldı. Ayğır fiti eĢidəndə ilxını
döndərib onlara tərəf gətirdi. Sonra Sultan Yaqubun narazı baxıĢını görüb dedi:
– BaĢına dönüm, ġükür bəy pis adamdı. Ġlxısı itsə harda olsam, məndə heyif qoymaz.
– ġükür bəy oldu sənin kiçiyin. Ġstəyirsən elə eləyim, o gəlib sənin üzəngini tutan olsun.
BaĢına nə oyun istə– yirsən gətir, bütün heyflərini ondan çıx.
44 www.sarigelin.net
Bir azdan fərraĢlar libas gətirdilər. Cahangir kiĢini çəkib apardılar, kolların arxasında
geydirib gətirdilər. Bayaqkı ilxıçı Cahangirdən əsər-əlamət qalmamıĢdı.
Onlar ceyran ovlamamıĢ düĢərgəyə qayıtdılar. Vəzir onu qızı olan ağ, qızıl qübbəli çadıra
apardı. Bu həmin çadır idi ki, onun içində Əbu Səid Sara xatunla ġeyx Heydəri qəbul eləmiĢdi.
Sonradan qənimət almıĢdılar. Cahangir kiĢi elə bil yuxu görürdü. Çadıra girəndə mavi paltarlı bir
gözəl gördü. Geyimdən yox, gözlərindən tanıdı qızını.
– Ay mənim itkin balam.
– Dədə...
Ata-bala qucaqlaĢdı. Neçə ilin həsrətliləri biri-birilərinə qovuĢdular. Qız atasının əllərini
öpürdü, o kobud əllər göz yaĢlarından islanmıĢdı.
– Anam necədi?
– YaxĢıdı, qurbanın olum. Çox Ģükür, çox Ģükür, bizim də baxtımız varmıĢ.
– Sən də Ģükür eləyirsən, dədə? Səni də yola gətirdilər.
– Sus. EĢidəllər, yaxĢı düĢməz.
– EĢitsinlər də. Comərd necədi?
– Kəs. Bunun Comərdinə bax. Ġtin baĢını qoydular xonçaya diyirlənib düĢdü. Sən o boyda
hökmdarın arvadı olacaqsan. Sənə belə təmtəraqla toy çaldırır, sən də atdan yıxılıb hüt-hütünü
əldən qoymursan.
– Neynirəm ey o qızıl teĢti, içinə qan qusam. Ömrümün axırına kimi nə səni görəcəm, nə
anamı, nə də qardaĢ-bacılarımı.
Cahankir kiĢi əllərini qızıl iĢləməli, qan rəngli libasına çəkdi.
– Mən də sənin yanında olacam. Ġndi mən Cahangir bəyəm. QoĢunun əmiraxuru. Bütün at
axurlarının böyüyü. Təbriz yanında da beĢ para kəndimiz olacaq.
SəlcuqəĢahbəyim onların söhbətinə çadırın arxasından qulaq asırdı.
Comərd adını eĢidəndə alt dodağının üstündəki xalı diĢlərinin arasına alıb gəmirməyə
baĢladı. “YaxĢı. Demək bu ilxıçı qızını hökmdara təslim olmağa qoymayan Comərddi. Mən onun
tədbirini tökərəm”.
Sultanbudda toy mərasimi baĢlamıĢdı. O qədər qoyun kəsilmiĢdi ki, arxla bir qan axırdı. O
qədər adam yığılmıĢdı ki, nə mağarlar tuturdu, nə düzənlik. Dikdirdə köĢk düzəltmiĢdilər.
Qarabağ gözəli də həmin köĢkdə oturmuĢdu. Pərdəni qaldırıb nəmli gözlərini adamların arasına
zilləmiĢdi. O, Comərdi axtarırdı. Çoban Comərdi, elatda cavanların hamısının kürəyini yerə
vuran, cıdırda hamıdan əvvəl gələn Comərdi. AĢağıda, məclisin baĢında Sultan Yaqub taxtında
əyləĢmiĢdi. Toy təbriklərini və hədiyyələri qəbul eləyirdi.
Gürcü knyazı hökmdarın qarĢısında dayanıb deyirdi.
– Ey Sultani-əzəm, gürcü xalqı sənin toyuna mübarək deyir. Səni həmiĢə toy içində görmək
arzusundadır. O, sandıqdakı qiymətli əĢyalardan baĢqa sultanıma qulluq eləmək üçün qırx kəniz
gətirmiĢəm.
Sultan Yaqub baĢını tərpədib öz razılığını bildirdi.
Knyaz sözünə davam elədi.
– Ġcazə versəniz toyu gürcü adəti ilə təbrik eləyərdim.
– Buyurun, ixtiyar sizindi. Toyda olar.
O dönüb öz adamlarına iĢarə elədi. Ġri bir buynuz gətirdilər.
– Sultani-əzəm, bu buynuz ki, var, onu Qarabağ bəyi göndərib. CamıĢ buynuzudu.
Dünyada bu buynuzdan böyük buynuz ola bilməz. Bu Qarabağ buynuzu bütün qədəhlərdən çox
çaxır tutur, sənin sağlığına içirəm.
– Ġç, Dmitre, iç.
– Qatso, doldurun. – Gürcülərdən biri tuluğu açıb az qala yarısını buynuza boĢaltdı. Knyaz
onu yavaĢ-yavaĢ içdi, axırıncı qurtumda güclə nəfəs alıb buynuzu öz adamlarına tərəf tulladı.
– Gördün, içdim.
– Sağ ol.
45 www.sarigelin.net
O, artıq yeriĢini itirmiĢdi. Gürcü aznaurları onun qolundan tutub götürüb öz çadırlarına
apardılar.
ġirvanĢah Fərrux Yasar toya gəlməmiĢdi. Bacısının əri təzədən evlənirdi, onu da toya
çağırmıĢdı. Oğlunu toy hədiyyələri ilə yola salmıĢdı.
ġirvan Ģahzadəsi Qazı bəy gəldi. Sultan Yaquba baĢ əyib dedi:
– ġirvanĢah qocalıb, xəstədi. Toya gələ bilmədiyi üçün üzrxahlığını çatdırdı. Hədiyyələr
vəzirə təhvil verilmiĢdir.
Sultan Yaqub gördü ki, onun bu evlənməyi Fərrux Yasarın ürəyindən deyil və bunu açıq-
aĢkar bildirir. O toya qanqaralıq gətirməmək üçün üstünü vurmadı. Bircə söz atdı:
– O qocadı, belə Ģeylərin ləzzətini yəqin ki, yaddan çıxarıb.
ġirvan Ģahzadəsi baĢını aĢağı salıb çəkildi.
Sultan Yaqubun daha nümayəndələri qəbul eləmək həvəsi qalmadı. Bunu baĢqa vaxta
saxladı.
– Qoy cıdır baĢlasın.
Cıdırı SəlcuqəĢahbəyim xatun öz istədiyi kimi təĢkil eləmiĢdi. Birinci də cıdıra Qarabağ
gözəlinin tayfasındakı cavanlar çıxmalı idi. Bu həm onlara hörmət əlaməti idi, həm də
SəlcuqəĢahbəyim xatun adını eĢitdiyi Comərdi görmək istəyirdi. Əgər Comərdlə qızın
məhəbbətindən hamı xəbərdardırsa cıdırda hamı onu irəli buraxacaqdı. Bu cıdırın qalibinə
hökmdarın özü xələt verəcəkdi. Bundan əlavə də SəlcuqəĢahbəyim iki cam Ģərbət hazırlamıĢdı.
Biri qızıl camda, biri də saxsı kasada. Saxsı kasadakı Ģərbəti Sultan Yaqub Comərdə verməli, özü
qızıl kasada içməli idi. O, hər Ģeyi ölçüb biçmiĢdi. Comərd Ģərbəti içən kimi onu baĢları üstündə
xüsusi ayrılmıĢ çadıra aparacaq, orada zəhər öz iĢini görəcəkdi. Həmin kasanın içinə zəhəri
SəlcuqəĢahbəyim Sara xatunun ona verdiyi üzüyün qaĢından tökmüĢdü.
Cıdıra çıxan atlılar toy məclisindən xeyli aralıda düzülmüĢdü. Comərd də onların arasında,
xına rəngli köhlənində gəlmiĢdi. Nə toya gəlmək istəyirdi, nə də cıdıra çıxmaq. Onu Cahangir
kiĢi razı salmıĢdı.
– Səni də özümlə Təbrizə aparacağam. Mən bu gün varam, sabah yox. Mənnən sonra
keçərsən o vəzifəyə, bir də gördün ki, gəldin oldun bir mahalın bəyi. Nə vaxta kimi qoyun
otaracaqsan? Sənsiz mən orada nə eləyə bilərəm.
Comərd fikirləĢmiĢdi ki, heç olmasa uzaqdan qızın kəcavəsini görər. GəlmiĢdi. Zurnaçılar
çalmağa baĢlayanda atlar oynağa getdi. Cıdırın baĢlanğıcına iĢarə verdilər. Otuza qədər atlı irəli
Ģığıdı. Bir azdan xına rəngli at hamını ötüb irəli çıxdı. Cıdır meydanının hər iki tərəfində dayanan
adamlar qıĢqırırdı.
– Sağ ol!
– Comərd!
– Ədə, qoyma çatdı.
Qarabağ gözəli pərdəni aralayıb baxır, amma yaĢın arasından heç nə seçə bilmirdi. Atlılar,
bir də göyə qalxan tozdan baĢqa heç nə görmürdü. O, Comərdin gözlərini görmək, nəfəsini
duymaq istəyirdi. Atlar yaxınlaĢanda o Comərdi tanıdı. QıĢqırmaq, onu cuĢə gətirmək istəyirdi.
Səsi çıxmadı, diĢləri bir-birinə dəyirdi.
Cıdırı Comərd uddu. FərraĢlar onun atının cilovunu əlindən aldılar. Hökmdara
yaxınlaĢmağı tapĢırdılar. O, yavaĢ, ağır addımlarla gəlirdi. O, hökmdara tərəf düĢmən kimi
gedirdi, onu nə döyərdi, çomaqla nə əziĢdirərdi. Neyləsin, eləyər, özü o yana, bütün nəslini
qılıncdan keçirərlər. Ta ki, Apağ sağ, xoĢbəxt olsun. Tale, qismət beləymiĢ. O taxtın yanına çatıb
dayandı. FərraĢlar ona dedilər ki, baĢ əysin. O, yüngülcə baĢ da əydi. Sultan Yaqub ayağa qalxdı.
Əmr elədi ki, onun çiyninə bahalı xələt salsınlar. Sonra da yanına çağırdı. GörünməmiĢ bir
mərasim baĢladı. Hökmdar cıdırı udan çobanla Ģərbət içmək istəyirdi. Yalnız Apağın xətrinə. O,
piyalələrə baxdı. Qızıl piyaləni Comərdə uzatdı.
– Qızıl piyalədən Ģərbət içibsənmi?
– Yox, içməmiĢəm.
– Ġç, ləzzətini gör.
46 www.sarigelin.net
Özü isə saxsı piyaləni götürdü. Bir qurtum içmiĢdi ki, SəlcuqəĢahbəyim xatun qıyya çəkdi.
– Onu yox, onu yox. Ġçmə!
Sultan Yaqub dayandı. Dizləri taqətdən düĢən SəlcuqəĢahbəyim xatun güclə özünü yetirdi,
piyaləni oğlunun əlindən aldı.
– Ġçdin?
– Ġki qurtum.
– Evim yıxıldı, – deyib qalan Ģərbəti öz baĢına çəkdi. Toy əhli biri-birinə dəydi.
Təbrizdən Apağı Sultanbuda gətirən Kəcavədə Sultan Yaqubun meyitini aparırdılar.
Kəcavə Beyləqan xərabələrini keçəndə alaçıqlardan yuxarıdakı dikdə dayanan Cahangir kiĢi elat
qızları kimi geyinən Apağa qəfilə-qatırı göstərib dedi:
– Qızım, adamın bəxti necə bağlanırmıĢ ey!
– Kimin bəxti, bizim, yoxsa Sultan Yaqubun?
Hamı yatmıĢdı. AləmĢahbəyim oğlu Ġsmayılı bağrına basıb uzansa da axĢamdan bəri
gözlərinə yuxu getməmiĢdi. Dar, ensiz pəncərədən Savalanın üstündə bir ulduz görünürdü. Elə
parlaq, elə iĢıqlı ulduz idi ki.
Qapı döyüldü.
“Kim olar? Niyə gəliblər? Bu gecə vaxtı nə istəyirlər? Yoxsa yenə Məsih Mirzədir? Yox, o
qapını ürəklə döyərdi. Bu kimdisə, aciz adama oxĢayır.” O döĢəyin altından ərinin bir yerə
gedəndə ona verdiyi xəncəri götürdü. Səkinə də qalxıb oturdu, qorxa-qorxa baxdı. Heç kim
dinməyə ürək eləmirdi. Qapı bir daha döyüləndə Sultanəli də qalxdı, O da xəncərini götürdü,
qapıya tərəf gedəndə AləmĢahbəyim özünü ona çatdırdı, əlinin hərəkəti ilə kənara itələdi. O, heç
vaxt oğlanlarına qapını açmağa icazə vermirdi. Qapı bu dəfə taqqıldayanda soruĢdu:
– Kimdi?
– Xacə Bədrəddindir.
– Gecənin bu aləmi nə istəyirsən?
– Vacib söz var, çapar gəlmiĢdi.
– Səkinə.
– Burdayam.
– Qoy geyinim, aç görək bu qoca nə deyir. – O geyindi, baĢına örpək atdı.
– Hə, aç.
Qapını açanda qocanın əlində tutduğu tunc çırağın titrəyən alovunun iĢığı onların üzünə
düĢdü. Qocanın da sarı saqqalı, kağız kimi nazik dərisi, göy gözləri iĢıqlanmıĢdı.
– Nədi, nə olub?
– Xanım, bu fağır qocanı içəri buraxın.
– Söhbət uzundu?
– Bəli.
– Sabaha saxlaya bilməzdiniz?
– Olmaz, tapĢırıq belədi.
Onun qabağını kəsən yox idi. Keçib içəridə, qapının ağzında çöməldi. Çırağı yerə qoydu.
ĠĢıq onun kölgəsini hücrənin səqfinə qədər uzatdı.
Qoca da qonĢu hücrədə idi. Onlara kömək üçün göndərmiĢdilər. Amma bu xacənin
köməyinə heç kəsin ehtiyacı yox idi. Özü ilə çoxlu kitab gətirmiĢdi. Əbdülsalam əl Qəzvinin yüz
il qabaq üzü köçürülmüĢ Qur‟anın üç yüz cildlik təfsirini oxumaqla məĢğul idi. Kitabı rəhilə
qoyub avazla oxuyur, səsi hücrənin səqfinə dəyib yayılırdı. Səkinə onun səsini eĢidəndə deyirdi:
– BayquĢ ulayır.
Bu qocanın da öz uğursuz taleyi vardı. UĢaq vaxtı yadında qalmıĢdı ki, onun ətrafındakılar
ayrı dildə danıĢırdılar. Anasının göy gözləri, qızılı saçları yadına düĢürdü. Bir də meyvəsiz
meĢələr, üstü küləĢ evlər gözləri qabağına gəlirdi. Bir dəfə bir ordu gəldi, süvarilərin yanar
məĢ‟əlləri vardı. MəĢ‟əlləri onların komalarının damına tutur, evlər od alıb yanırdı. Onu isə
götürüb apardılar. Uzun bir yol keçdilər. Görmədiyi yerlər gördü, eĢitmədiyi dillər eĢitdi!
47 www.sarigelin.net
Bazarda satdılar. Onu alan adam uca hasarlı bir həyətə gətirdi. Ömrünün ən ağrılı, acılı günləri
orada oldu.
Cəlladmı gəldi onun üstünə? Yox, cəllad qırmızı geyinir. O isə ağ paltar geymiĢdi. Əlində
də qılınc yox, iti, parlaq ülgüc vardı. Onun ayaqlarını zəncirləmi, kəndirləmi bağlayıb yanlara
çəkdilər. Qollarını da iki adam tutdu. Ağ adamı görəndə gözləri qabağında kəndlərindəki ağ qüllə
gəlib dayandı. Həmin adam kobud barmaqlarını onun ayaqları arasına soxdu və ülgüc çəkdi. Ağ
qüllədəki zənglər çalındı. O səs qulaqlarından uzun müddət getmədi. Ayılanda ağrıdan çox
susuzluqdan əziyyət çəkirdi. BaĢının üstündə anasının göy gözlərini axtardı, görmədi. Sifətində
onun qızılı saçlarının gəzməyini istədi. Eh, bunların heç biri yoxmuĢ.
O vaxtdan altmıĢ ilə yaxın bir vaxt keçirdi. Amma o zəng səsi indi də hərdənbir
qulaqlarında eĢidilirdi.
Sağalandan sonra onu beli qurĢaqlı, qırmızı saqqallı kiĢi bazara apardı. Bazarda Ģirniyyat
satırdılar, qızıl bər-bəzək, xalçalar, atlar, qılınc-qalxanlar, küplər satırdılar. Onun ürəyi Ģirni
istəyirdi. Dilini bilmədiyi adama baĢa saldı, amma əvəzində sillə yedi. Sonra bir nəfər gəlib küp
aldı. Sonra qurĢaqlı adamla da danıĢdı. Kisəsindən pul sayıb verdi. Onu da aldı. O küpü də
qucağına alıb apardı. Onu küplə bir :yerdə almıĢdılar. Sonra da baĢına min cür oyun gəlmiĢdi.
– Hə, nə olub?
– Deməyə dilim gəlmir.
– Sənin, – deyə Səkinə onu sancdı. – Hərəmxanalarda o qədər laqqırtı vurmusan ki, Molla
Nəsrəddinin arvadından da naqqal olmusan. Sən çinədanını boĢaltmasan, arxayın olmazsan.
– Hərəmxanada arvad olasan, xacə olmayasan. Kim istəyər qara günlərə qalsın.
– Çapardan danıĢ. Nə vaxt gəlmiĢdi? Nə xəbər gətirmiĢdi?
– Bu gün gəlmiĢdi.
Yenə də susdu.
Sultanəli onun üstünə təpindi.
– Qoca, bu qadınları ələmi salmısan? Əgər qanın artıqlıq eləyirsə, adam göndər zəli
gətirsinlər. Yoxsa ġeyx Səfi nəslinin qılıncı müqəddəsdir, hər həĢəratın qanına bulanmaz.
Onun da bu qocadan zəhləsi gedirdi. FikirləĢirdi ki, onların söhbətlərinə qulaq asıb xəbər
vermək üçün burada saxlayırlar.
Qoca əllərini yerə basıb Sultanəlinin qarĢısında baĢını yerə əydi, alnını xalçaya
toxundurmaq istədi. Sultanəlinin cingiltili səsi eĢidildi.
– Qalx və sözünü de.
O qalxdı, dodaqaltı dua oxudu.
– Allah min rəhmət eləsin.
– Ürəyimizi üzmə, rəhmətə gedən kimdi?
– Sultan Yaqub ömrünü sizə bağıĢlayıb. Özü də düz bir il qabaq. Və toy əhvalatını olduğu
kimi danıĢdı.
– Ġndi onun yerinə kim keçib?
– Müharibədə Məsih Mirzəni öldürən Sultan Yaqub oğlu Baysunqur.
– Allah, Allah, atamdan sonra üstümüzə gör necə bədbəxtlik birdən yağır. Ġki qardaĢ birdən
getdi. – AləmĢahbəyim Səkinəni qucaqlayıb ağladı. Səkinə də ona qoĢuldu.
Sultanəli ciddi bir ahənglə anasına dedi:
– Niyə ağlayırsan, kimə yas saxlayırsan?
AləmĢahbəyim bu dəfə oğlunu qucaqladı.
– Qorxuram, oğlum, qorxuram.
UNUDULMAYAN AND
MeĢələr saralırdı. Cır armud ağacları lalə kimi qızarmıĢdı. Həmərsinlər, zoğallar çılpaq
ağaclardan mərcan dənələri kimi sallanıb qalmıĢdı. Suyu azalmıĢ dağ çayı ilə xəzəl axırdı.
48 www.sarigelin.net
Durğun yerlərdə xəzəllər suyun üzündə üst-üstə qalanmıĢdı. Havalar yaxĢı keçdiyindən köçməyə
tələsməyən quĢların səsi meĢəni baĢına götürmüĢdü. Bu səsləri çayın yatağından sivri qalxan
qaya daha da artırırdı. Qayanın sağ tərəfində itən yol aĢağıda ağarırdı. Qayanın baĢında isə
qalanın divarları bozarırdı.
Bu ağaran yol enib çayın üstündəki qırmızı kərpicdən hörülən iki tağlı körpünün yanında
karvan yoluna qovuĢurdu. Yollar qovuĢan yerdə çaylar da qovuĢurdu. Qala tərəfdən axan çay
ensiz olsa da, gur idi. Büllur kimi Ģəffaf suyun yatağı qayanın davamı olan daĢ suvağı idi. Orada-
burada sudan daĢ-qaya parçaları çıxmıĢdı.
Karvan yolunun üstündə, sağ tərəfdə xaraba dəyirman görünürdü. Yuxarıdan baĢlanıb gələn
arx dəyirmanın çürüyüb tökülmüĢ novunda qurtarırdı. Bəlkə də bu dəyirman yüz il idi ki, un
iyinə həsrət qalmıĢdı. Dəyirmanın yanındakı baĢqa bir tikilinin xarabalığında həmərsin,
böyürtkən kolları bitmiĢdi. Böyürtkən salxımları qaralmıĢ, çoxusu qurumuĢdu. Qalaya qalxan yol
bu xaraba binanın sağ tərəfindən keçirdi.
Karvan yolunun üstündə bir torba zoğal qoymuĢdular. Torbanın ağzını səliqə ilə qatlamıĢ,
zoğalı təpə kimi qalamıĢdılar. Sanki xırdavatçı onu Ərdəbil bazarında açıb müĢtəri gözləyirdi.
Bu bir torba zoğal olmasa, bir də o qala görünməsə, elə bilmək olardı ki, bu yerlər quĢ və
vəhĢi heyvandan baĢqa heç nə görməyib, təbiətin bakirəliyini pozacaq heç nə yoxdur. Dəyirman,
xaraba bina və körpü o qədər köhnəlmiĢdi ki, elə təbiətin özünə qarıĢmıĢdı.
Hardasa kollar Ģaqqıldadı, xəzəllər töküldü, paltarını indicə soyunan budaqlar arasında
daha gözəl Ģaxəli budaqlar göründü. Maral buynuzları idi bu Ģaxələr. Cavan bir maral açıqlığa
çıxdı, ot basmıĢ karvan yolunu keçdi, çayın sahilində baĢını çevirib ətrafa baxdı və əyilib su
içəndə hürküb baĢını qaldırdı. Onu hürküdən balıqlar quyruqlarını çalaraq çay yuxarı üzüb
getdilər. Maral təhlükənin sovuĢduğunu yəqinləĢdirəndən sonra zərif dodaqlarını suya salıb
içməyə baĢladı. Amma axıra qədər içə bilmədi. Diksinib yıxıldı, dal ayaqları üstünə çökdü, sonra
bu ayaqlar onu irəli tulladı. Nal səsini eĢitmiĢdi.
Bir azdan yolda ĢiĢ uclu polad dəbilqə parıldadı. Atın yanında uzun qılınc atılıb düĢdü.
Atlının polad qolçaqları iĢıldadı. Əynində dəmirdən toxunmuĢ köynək vardı.
Nal səsinə xaraba dəyirmandan cındırından cin hürkən bir məxluq çıxdı. BaĢı pırtlaĢıq,
ayaqları yalın, paltarı yamaqdan ibarət bu məxluq qaçıb zoğal torbasının yanında dayandı, üzünü
atlıya tərəf tutub min bir oyun çıxarmağa baĢladı. At hürkdü, atlı bunu gözləmirdi. Özünü
yığıĢdırana qədər gec oldu, yəhər çevrildi, o yerə gəldi, ayağının biri üzəngidən çıxmadı, atın
dalınca süründü, qılıncı daĢlara dəyib cingildədi, dəbilqəsi daĢlara dəydi, diyirlənib çaya düĢdü.
Cır-cındırlı məxluq özünü yetirdi, atın üzəngisini əlinə keçirmək istədi, amma heyvan daha
da hürkdü və götürüldü. Atlının ayağı üzəngidən qopdu, o zərblə yuxarıdan atılan çul kimi yerə
sərildi. At da maral gedən səmtə qaçdı.
Məxluq yetirib atlını qaldırmağa çalıĢdı. O, zarıyırdı. Qoltuqlarının altından yapıĢıb
sürüyüb onu xaraba dəyirmana apardı. Dəyirmanın qurd yeyib deĢik-deĢik elədiyi palıd qapısı
paslanıb yeyilmiĢ dəmirlərindən daha pis gündə idi. Qapını açıb atlını da ora sürüdü.
– Lələ, Lələ...
Unluğun dibindəki çürük taxtalar qalxdı. Oradan bir gözəl sima göründü. Bu Hüseyn Lələ
bəyin sifəti idi.
– Salman, nədi bala, öldürmüsən?
– Yox, ay Lələ. Mən hələ heç toyuq da öldürməmiĢəm. Vəfalı dostu bunu bu günə saldı.
– Axtar ciblərini.
Salman zarıyan adamın ciblərini axtarmağa baĢladı. Ancaq qılıncı yaman mane olurdu.
Əvvəl kəmərini açdı, qılıncı bir tərəfə qoyub, cibindən cingildəyən kisəsini tapıb çıxartdı.
Qırmızı kisənin büzməsini açdı. Əlini salıb xeyli qurdalandı, axırda kisədəki pulları yerə tökdü.
Kisəni də çevirdi.
– Heç nə yoxdur.
– Görürəm, – Hüseyn Lələ bəy arxayın olmaq üçün kisəyə özü də baxdı. Kisə təkqat
parçadan tikilmiĢdi.
49 www.sarigelin.net
– Qoynunu-qoltuğunu gəz.
Axtardılar. Amma istədiklərini tapa bilmədilər. Hüseyn Lələ bəy əyilib qulağını onun
sinəsinə qoydu.
– Ölənin nəfəsini güzgüylə öyrənirlər.
– Bu güzgüyə layiq deyil.
Bunu deyib Lələ cibindən xırda qızıl bir kuzəcik çıxartdı, ağzını açdı, onun lopa bığlarını
aralayıb burnuna tutdu.
– Bığı bir putdu, ürəyi bir misqal.
Mayenin iyi dəyən kimi onun bədəni çimçəĢdi. Üz-gözünü büzüĢdürdü. Ġri gözlərini açdı.
Ġlk gördüyü qabağına çıxıb atını hürküdən Salman oldu.
– Atasından xəbərsiz ləvənd. Ġndi sənin baĢını bədənindən ayırım gör ləzzətini. Əlini belinə
atdı, amma əlinə qılınc əvəzinə dəyirmanda bitən gicitkan kolu keçdi. Əlini daladı. – Bismillah,
deyəsən cin yığıncağına düĢmüĢəm.
Salman baĢ barmaqlarını qulaqlarına qoyub, əllərini oynatdı. Özü də atılıb düĢdü.
– Ya Zəlixə, ya Məlixə.
Yekəbığın huĢu yenə getdi. Lələ bəy Salmana tərəf döndü.
– Oyunbazlıq yeri deyil. Sən çıx yola, mən onu danıĢdıracağam.
Yenə də kuzəciyi onun burnuna tutdu. Bu dəfə o gözünü açanda baĢının üstündə gözəl bir
sima gördü. Bığının yarısı enində olan qaĢlarının altından biri-birinin üstünə minən kirpiklərini
qırpdı. Dili topuq vura-vura soruĢdu:
– Sən cinsən, ya Ələddinsən?
– Ələddinəm.
– Məndən nə istəyirsən?
Lələ təmkinlə dilləndi:
– Ġstədiyimi deməsən cin gələcək ha.
– Gəlməsin, gəlməsin, deyərəm.
– Hanı məktub?
Çapar əlini baĢına atdı. Ancaq əli polad dəbilqəyə deyil, təmiz, ülgüclə qırxılan daz baĢına
dəydi. Barmaqları qana bulaĢdı.
– Hanı dəbilqəm?
Lələ dönüb təmkinlə dedi:
– Bunun dəbilqəsini tapıb gətirin.
Salman çayın sahilinə qaçdı. Dəbilqəni tapa bilmədi. ÇayaĢağı qaçdı. Gördü ki, dəbilqənin
ĢiĢ ucu suyun içindən çıxıb. Özünü çaya vurub onu götürdü. Çevirib içərisinə baxdı. Orada bir
araqçın da varmıĢ. Araqçını çıxartdı, dəbilqəyə içəridən dördqat bükülüb keçirilmiĢ kağızı
götürdü. Açdı, amma bir kəlmə də oxumaq mümkün deyildi.
Kağızı gətirib Lələyə verdi, dəbilqəni isə lazımsız bir Ģey kimi dəyirmanın küncünə atdı.
Lələ kağıza peĢman-peĢman baxdı. Məzəmmət dolu baxıĢlarını Salmanın üzündə saxladı.
Salman dedi:
– Bu heyvərə papağını baĢında saxlaya bilmir, buna mən nə eləyim?
Lələ kağızı sərib üzünü çapara çevirdi:
– Məktubda nə yazılmıĢdı?
– Bilmirəm.
– Hara aparırdın?
– Qalabəyinə.
– Məzmunundan xəbərin yox idi?
– Ağa, çapar eĢĢək kimi bir Ģeydi. Sə‟di deməli, eĢĢək nə bilsin yükü kitabdı, ya odun.
Lələ dönüb baxıĢı ilə Salmanı yanına çağırdı. Salman çatanda onun ətəyindən tutub cırdı,
çaparın gözlərini bağladı.
– Ələddin, axı sən ədalətlisən, məni öldürmə. Mən heç, uĢaqlarım yazıqdı! Üç arvaddan
iyirmi dörd uĢağım var, onun iyirmi biri qızdı. Hamısı da körpə-körpə.
50 www.sarigelin.net
– Kimə qulluq eləyirsən?
– Ağqoyunlu padĢahlarına.
– Haralısan?
– Təkəli tayfasındanam, qurbanın olum.
Dostları ilə paylaş: |