– Heç bilirsən nə danıĢırsan? Ad, san, namus, qeyrət bəyəm ilxıyla, var-dövlətlə ölçülür?
KiĢi susdu. Bir azdan yenə o dilləndi:
– Adam da yıxılıb ölür. Bir at nədir ki, özünü üzürsən.
– O da düĢmən iĢiydi. Oğru aparsa sevinərəm.
Onun iri, eĢmə, təzə-təzə dən düĢən bığları səyriyirdi.
– And olsun dədəmin üz qoyduğu torpağa, düĢmənçiliklə aparsalar, o nəsildə bir adam
qoymayacam.
Bu vaxt qarĢı təpədə bir dəstə atlı göründü. Alaçıqların yanından qalxan iri çoban itləri
gələnlərə tərəf götürüldülər. Dədə bəy qalxdı.
– Qonaq gəlir. Bənək, geri qayıt, – itlər dayandılar, Ģöngüyüb kəsik-kəsik hürdülər. Onun
çox gur səsi vardı. Bərkdən danıĢanda aĢağılarda qoyun otaran çobanlar eĢidirdi. Uzaqdan
gələnləri tanımasa da itlərin qalxmasından onların yad adam olduqlarını baĢa düĢdü.
– Qalxın, qonaqları qarĢılayın. Sürüdən qara ĢiĢəklər gətirin.
Dədə bəyin qardaĢı deyindi:
– Alapaçanı elə qonaq aparmayıb?
– Bəsdi. O qonaq yox, düĢmən olub. Tərpənin. Tez!
O, gələnləri saydı. Yeddi atlı idi. Amma səkkiz at vardı. O atlardan biri kiĢnədi. Dədə bəyin
elə bil çiçəyi çırtladı.
– Alapaçadı. – ġübhəsini dağıtmaq üçün təkrar elədi.
– Alapaçadı. Bəli, obaya çatanda bu kiĢnəyən Alapaça idi. Atlılar çatıb onun yanında
dayandılar. Ağ saqqalı sinəsinə tökülən, yüz yaĢı haqlamıĢ gümrah, yanaqları alma kimi qırmızı
qoca dedi:
– Salamin əleyküm. Dədə bəy, Allah qonağı istəyirsən?
– Allaha da qurban, qonağına da.
Qoca da, yanında gələnlər də atdan düĢdülər.
– Ay uĢaq, o yüyəni mənə verin.
Alapaçanın yüyənini gətirib qocaya verdilər. Qoca da gətirib Dədə bəyə tapĢırdı.
– Dədə bəy, bu at sənə yaraĢandı. Onu səndən özgə heç kim minə bilməz.
O, heyrət içində qalmıĢdı. Bunlar kim idi, atı niyə qaçırmıĢdılar, niyə da qaytarıblar.
Alapaçaya fikir verdi, sonra bir-bir adamlara baxdı. Heç birini tanıya bilmədi. Oğlunu çağırdı.
– Apar hörüklə.
“Yox, yalı da, quyruğu da yerindədir. Belə ata bir ilxı verərlər. Onu həmiĢə Ģah, vəzir, əmir,
bəylərbəyi gözündən gizlətmiĢəm. Yoxsa müĢtəri düĢəcəkdilər ki, bu elə hökmdara yaraĢan atdı.
Sözü yerə salsa gərək bu yerlərdən köçüb gedəydi”.
Üzünü qocaya çevirdi:
– Bu nə sirdi?
– DanıĢaram, darıxma.
O, qonaqları alaçığa çağırdı. Divar boyu buta güllü ġamaxı ipəyindən döĢəkcələr
düzülmüĢdü. Hərəsinin də yanında iri, qotazlı bir mitəkkə qoyulmuĢdu. Ağsaqqalı farmaĢın
üstündə yığılan yükün qabağına, məclisin baĢına, öz yanına keçirdi. Oturandan sonra söhbəti özü
açdı. Artıq Dədə bəyin iri, qırmızı yanaqlarının yanında sərt cizgilər yox idi.
– XoĢ gəlib, səfa gətirmisiniz. Amma tanımaq üçün gərək soruĢaq da. Hansı tayfadansınız?
– Biz təkəli tayfasındanıq. Keçəldağ tərəfdə düĢmüĢük. Bizim ata yurdumuz qalıb Ağ
dənizin kənarında, Qaramanda. Çox vaxt bazarlığa Hələbə gedərdik. Rəhmətlik Həsən padĢahın
57 www.sarigelin.net
vaxtında gəlib düĢmüĢük. Ġndi deyir, bir naxırın adını bir dana korlayar. Üzü qara olsun bizim
üzümüzü sənin yanında qara eləyənin. Alapaçanı nə vaxtsa görübmüĢ. ĠstəyirmiĢ onun dölünü
tutsun. Gəlib, Ģah kimi qarĢılayıb çörək vermisən, gecə də durub sənə xain çıxıb, çörəyə xain
çıxıb.
– Hanı özü?
– Özünün tənbehini eləmiĢik. Yorğan-döĢəkdədi, bel-buxununa yaxı salıblar. Səhər
gördüm bir at kiĢnəyir. Alaqaranlıqdan idi. Durdum gördüm gətirib. Dedim bu at hardandı?
Məndən söz daldalaya bilməzlər. DanıĢdı, dedi döl tutub qaytaracam. Sonra da danıĢdı ki, necə
tapqırı demisən, kəsib canını qurtarıb. UĢaqların hamısını yığdım. Namərdin cəzasını verdim.
Onu salmıĢıq yorğan-döĢəyə, demiĢəm sənin kimi kiĢinin o atın dölündən əmələ gələn kəhərə
minməyinə hələ min il var, götürüb gəlmiĢik. Arada düĢmənçilik olmasın. O ata da layiq bir
yəhərimiz vardı, onu da gətirmiĢəm. QaĢı qızıldı, özü gümüĢ yəhərdi. Babamızdan qalıb. O,
yəhərə layiq atımız olmayıb. At gəldi, yəhəri gətirdi.
Cavanlardan biri qalxıb, alaçığın qapısına qoyduqları bükülü yəhəri, yüyəni açdı. GümüĢü,
qızılı bərq vurdu. Sədəf, mina iĢləmələr göz oxĢadı.
Dəd
ə bəy ona nə deyəcəyini, nə edəcəyini bilmirdi. Nazik bığlı oğlunu çağırıb qulağına nəsə
pıçıldadı. Oğlu razılığını bildirib alaçıqdan çıxdı. O, üzünü qocaya tutub dedi:
– Mənim atımı qaytarıb gətirmisiniz, buna sevinmirəm, atı aparanın düĢmən olmadığı da
məni o qədər sevindirmir. Mənim ürəyimi dağ boyda eləyən ağsaqqalın müdrikliyidir.
Məmləkətdə sənin kimi beĢ-on ağsaqqal olsa qurd qoyunla otlayar.
– Atalarımızdan belə görmüĢük, övladlarımız da bizdən belə görməlidir. Mərdliyə gərək
mərdliklə cavab verəsən. Onsuz da dünya özü namərd dünyadı.
Obada hamı ayağa qalxmıĢdı. Qoyunlar kəsilir, düyü seçilir, qazanlar asılırdı. Dədə bəyin
oğlu ilxıdan yeddi at ayırıb gətirib qonaqların atlarının yanına bağladı. ĠĢini qurtaranda baĢını
qaldırıb gördü ki, obaya tərəf iki nəfər gəlir, yedəklərində də bir yabı, yabının da üstündə palaza
bükülü bir Ģey var. Dədə bəyin oğlu Mustafa onların qabağına çıxdı.
Sifəti mis rənginə çalan, qırmızı çalmalı adam ondan soruĢdu:
– Dədə bəyin obası buradı?
– Bəli. Düz gəlmisiniz.
– Dədə bəy qul alveri eləyir?
– Deyəsən artıq-əskik danıĢırsınız axı. Görmürsən, onun ilxılarının, sürülərinin, sənin kimi
elə əlli-altmıĢ çobanı var.
– Onda, heç! – deyə yekəpər dilləndi.
Mustafa bu sözdən Ģübhələndi.
– Bəs deyirlər o, seyidləri satın alır. – O biri yoldaĢı dindi.
– YaxĢı, onda gözləyin. – Özü tez alaçığa girib atasının qulağına pıçıldadı. Dədə bəy üzr
istəyib çıxdı. Yabının yükünə, iki yolkəsənə baxıb dedi:
– Seyid kimdi?
– Mənəm, – deyə səs eĢidildi. Palazın arasından gəlirdi o səs.
– Kimdi?
Qırmızı çalmalı yabının üstündəki yükü götürüb yerə qoydu. Diyirləyib açdı. Oradan
Hüseyn Lələ bəy çıxdı. Dədə bəy gözlərinə inanmadı.
– Ay Lələ, bu nə Ģəbihdi? – Sonra dönüb o iki nəfərin çiyinlərinə döydü. – Bərəkallah,
fərasətli uĢaqlarsınız.
Qırmızı çalmalı yoldaĢının üzünə baxdı, göz vurdu.
– Malımızı satası olmadıq.
Dədə bəy heç nə baĢa düĢmədi.
– Lələ, sənin nə zarafatcıl adamların var.
– Dədə bəy, məni doğrudan satmağa gətiriblər. Nə qədər verərsən?
Hüseyn Lələ bəyin qollarını da bədəninə sarımıĢdılar.
58 www.sarigelin.net
– Mən bu kiĢilərin əsiriyəm. Öldürmək istəyirdilər, dedim öldürməyin, satın, burada seyid
alan var.
Dədə bəy iĢi indi baĢa düĢdü. Əl atıb alaçığın yanındakı odun parçasını götürməyi ilə
qırmızı çalmalının baĢına endirməyi bir oldu. Ġkinci zərbə oxunu kamana qoymaq istəyəni onun
yanına sərdi. Onlar özlərinə gələnə qədər o Hüseyn Lələ bəyi sarıdıqları kəndiri açıb onları sarıdı.
– Ədə, yolkəsən sizsiniz? Çaqqaldan canavar olar? Mənim həndəvərimdə bunların
gördükləri iĢə bax, özü də gör kimi tutublar.
O, Hüseyn Lələ bəyi qucaqladı. Xeyli vaxtdı görüĢmürdülər.
– Ay e‟tibarsız qardaĢ, sən hardasan? Nə səsin var, nə sorağın. Nə iĢ görürsən, bu nə
qiyafədi?
– Belədi də. BaĢımıza çox iĢlər gəlib. Hərə bir tərəfə düĢdü. Təzəcə sənin yerini
öyrənmiĢəm.
– De görüm, ġeyx Heydərin uĢaqlarından xəbərin varmı?
– Var, yerlərini öyrənmiĢəm, onlar da müsibətdədir.
– Gəl, gəl, ayaq üstündə dayanma.
Alaçığa girdilər. Dədə bəy onu ağsaqqala göstərdi.
– Qonaq qonaq gətirər. Ayağın çox yüngüldü. Neçə ildi xəbər tuta bilmədiyim dostum özü
öz ayağıyla gəlib çıxıb. Gəlib deyəndə ki, quldurlar tutub gətiriblər ki, seyid satırıq.
Bayaqdan deyib-gülən ağsaqqal tutuldu.
– Seyid?
– Seyid olmağına seyid deyil. Bu libası geyib ki, yolda dəyib-dolaĢan olmasın. Ağsaqqal
soruĢdu:
– Siz sünnüsünüz, ya Ģiəsiniz?
– ġiəyik.
Bunu eĢidən ağsaqqal qalxdı, onun adamları da durdular.
– Ay ağsaqqal, bu nə hərəkətdi? Hara durursunuz? Siz mənim əziz qonaqlarımsınız.
– Yox, Dədə bəy, mən sizin Ģiə olmağınızı bilməmiĢəm.
Lələ də bu sözdən pərt oldu. Qızarıb pörtdü.
– Ağsaqqal, – deyə Dədə bəy ona baxdı. – Bunun oturub çörək yeməyimizə bir maneçiliyi
var? Məni təhqir eləyirsiniz?
Amma onlar dayanmadı. Alaçıqdan çıxdılar. Atlarına tərəf gedəndə Dədə bəy onların
qabağını kəsdi.
– Mən hərənizə bir at bağıĢlamıĢam.
Ağsaqqal bikef-bikef dedi:
– Yox, lazım deyil. Salamat qalın.
Onlar atlarına süvar olub tərpəndilər. Dədə bəy Lələnin üzünə baxdı.
– Gördün? Dilimiz bir, adətimiz bir, özləri də çox mərd adamlar. Amma Ģiə söhbətinə görə
durub getdilər.
– Getsin də, vaxt gələr, qaytararıq.
– Necə?
– Dədə bəy, mətləblər var ki, onları sənə incələmək lazımdı. Bayaq üz-üzə oturduğun
adamlar, səni Ģiə bilən kimi çörəyini kəsmədilər. Sənə təəccüblü gəlir bu iĢ. Elə deyilmi? Dilimiz
də birdi, qanımız da, bircə dini əqidəmiz ayrıdı. Elə bu bəla üzündən ġirvan bir tərəfə çəkir,
Qarabağ ayrı tərəfə, Qaradağ, Gilan, nə bilim fars, Ġraqi Əcəm, Ġraqi Ərəb ayrı yana. Neçə
əsrlərdir ki, onlar bir səltənətə tabe olsalar da, hamısı əlbir deyil. Onları ayrı salan da bu dini
təriqətlərdir. Osmanlı dövləti niyə birləĢdi, möhkəmləndi? Ona görə ki, orada yaĢayanların
əksəriyyətinin təriqəti sünnü-hənəfi təriqətidir. ġiələri də var. Ancaq onlara baĢ qaldırmağa
imkan vermirlər. Biz nə qədər ki, bir təriqətə qulluq eləmirik, birlik olmayacaq.
Dədə bəy onun bu sözlərinə diqqətlə qulaq assa da, dərinliyinə qədər baĢa düĢə bilmədi.
– Məni baĢa sal görüm, Peyğəmbər sünnülərin tərəfindəydi, Ģiələrin?
– Heç birinin. Peyğəmbərin vaxtında bu məsələlər yox idi.
59 www.sarigelin.net
– Onda bəs niyə belə oldu?
– Bu uzun söhbətdi. Ġndi mən dediyim ayrı məsələdir. Bütün ölkənin əhalisi Ģiəliyi qəbul
eləməsə, birlik olmayacaq. Bunu da həyata keçirən elə bir Ģəxs lazımdı ki, ölkə onun arxasınca
gedə bilsin. Həmin Ģəxs də ġeyx Heydərin oğlanlarıdır ki, dayıları zindanda saxlayır.
– Zindanda?
– Bəli. Bu yaxınlarda qala var. Oradadırlar.
Dədə bəyin oğlu Mustafa içəri girdi.
– Mustafa, tez olun bizə yemək gətirin.
– BaĢ üstə. YaxĢı, o əl-ayaqlarını bağladığın quldurları nə eləyək? ĠĢlərini bitirək?
Onun əvəzinə Hüseyn Lələ bəy cavab verdi.
– Yox lazım deyil. Aclıqdan, yoxsulluqdan yolkəsən olublar. Cəzalarını verib buraxın,
çıxıb getsinlər.
– Nə cəza verək, – deyə Dədə bəy ondan soruĢdu.
– Hərəsinə bir az unnan, dənnən verin. Yolda söhbətlərini eĢitdim. Evdə uĢaqlarının
yeməyə heç nələri yoxdu.
– BaĢına o cür oyun açıblar, sənin ürəyin gəlmir onların cəzasını verəsən? Elə belə
buraxsaq, gələn dəfə tutsalar, satmağa gətirməyəcəklər ha.
– Eybi yoxdu. Qoy əl-qollarını açıb içəri gətirsinlər.
– Gətir, Mustafa.
Mustafa çiyinlərini çəkib çölə çıxdı. Bir azdan baĢı qırmızı sarğılı və onun yekəpər yoldaĢı
alaçığa girib ayaq üstündə qaldılar. Hər ikisi də baĢını aĢağı salmıĢdı.
– Hə, yol kəsirsiniz, adam soyursunuz, qul satırsınız.
Qırmızı çalmalı diz üstə çökdü, yalvarmağa baĢladı.
– Qurban olum, ay bəy, bizi öldürmə. Əlimizi kəs, dilimizi, qulağımızı, burnumuzu kəs,
öldürmə. Mənim on üç uĢağım var. Hamısı da ac-yalavac, qarnı açıq.
– Niyə, ay qurumsaq, sən boyda heyvərə o uĢaqlara çörək qazana bilmir?
– Nəynən, baĢına dönüm, nəynən?
– Hardansan?
– Əkinçiyəm. Qarakollu kəndindənəm.
– Bəs bu heyvərə?
– O da. Qaynımdı. Diz üstə çök, – o qaynına pıçıldadı. O da diz üstə çökdü.
– Ġndiyə qədər neçə adam soymusunuz?
– Elə bir bu ağanı. Nə biləydik. Siftə eləmək istəyirdik. Siftəmiz qara gətirdi. Nə biləydik
ki, yol kəsmək də belə çətin iĢiymiĢ.
Hüseyn Lələ bəy dilləndi:
– Sizi yol kəsməyə vadar eləyən nədi?
– Aclıq. PadĢahın vergiyığanları qoyur ki, qazandığımızı yeyək? Malucahat, təfavüt, üĢr,
səranə, məvaĢi, mərai, kopçur, xanə-Ģümar, alafa, ulafa, ulaq, ulam, yəmbərdar, qonalqa, Ģülən
baha, süfrə baha, səd yek, səd dü, səd çahar, rüsm əs sədara, rüsm əs vüzara, darüğaki, rüsumi
ümmal, eydi, novruzu, peĢkəĢ, savəri, muĢtuluq, salamanə, nə bilim çərik, Ģikar, tamğa, bac,
morq, qusfəid... Döydüyüm taxılın hər çanağını bu verginin birinə verəndə gərək xıĢı, vəli,
yabanı, dırmağı yeyək. Göz görə-görə kəndə gəlib günün-günorta çağı bizi soyurlar. Gördük
hamını soyub aparanda heç kim bir Ģey demir, dedim qayın, bir silah tap. Nə bilim dədəsindən-
babasından qalan yay oxu götürdü, çıxdıq yola. Bizim balamızın boğazından kəsib aparıblar.
Onları ac qoyublar. Namaz qılanda həmiĢə deyirəm: “Ey tanrı, sən ki, bu tifillərin yeməyini
verməyəcəkdin, özlərini niyə verib məni dərdə salırsan?
– Ay qurumsaq, bu padĢah səndən az bilir ki, nə qədər vergi qoymaq lazımdı? – Dədə bəy
ona təpindi.
– BaĢına dönüm, bəy. PadĢahnan bizim nə iĢimiz? Mən olanı deyirəm. Yalan deyirəmsə,
dilimi kəsin.
60 www.sarigelin.net
Hüseyn Lələ ayağa qalxdı. Onlara yaxınlaĢdı. Diz üstə çökənlərin hər ikisi bədənlərini
qısdılar. Gözləyirdilər ki, onları öldürsə də, kəssə də o özü eləyəcək. Hüseyn Lələ bəy hərləndi,
qırmızı çalmalının arxadan bağlanmıĢ qollarını açdı. Qabağa keçib bu əllərin içinə baxdı. Bu
əllər qabar-qabar, kötük kimi idi. O, yekəpərin də əllərinə baxdı. Sonra Dədə bəyə dedi:
– Əkinçidilər. Dağılır, Dədə bəy, uçur. Bir azdan o səltənətin xarabaları qalacaq. Bir
məmləkətdə ki, əli qa-barlı əkinçi, balalarına çörək vermək üçün yol kəsməyə məcbur olacaqsa, o
məmləkət can üstündədir.
Qırmızı çalmalı özünü yerə atıb Hüseyn Lələ bəyin ayaqlarını qucaqladı, öpməyə baĢladı.
– ƏĢi, əlim qurusun, sənin kimi adamı incitmiĢəm. Nə cəzamdısa ver, razıyam.
Mustafa qapı ağzında dayanmıĢdı. Hüseyn Lələ ona baxdı.
– Bunlara yemək ver, yazıqdılar.
Mustafa yeməyi gətirib baĢ tərəfdəki süfrəyə düzmüĢdü.
– BaĢ üstə. Durun!
Onlar yalvara-yalvara, dua oxuya-oxuya qalxdılar. Hüseyn Lələ onlara dedi:
– Çörək yeyəndən sonra getməyin.
– BaĢ üstə.
O, gəlib Dədə bəyin yanında oturdu. Oturan kimi xidmətçi aftafa-ləyən gətirdi, o əllərini
yudu. Məhrəba ilə qurulayandan sonra yeməyə baĢladı. Dədə bəy bütöv biĢirdikləri qoyunun
budunu götürüb iri, ağ sağlam diĢlərinə çəkirdi. Hüseyn Lələ göy Ģirli nimçəsinə düyü çəkdi.
– Ġndi məni baĢa düĢdün?
– Hansı? – Dədə bəyin fikri yeməyin yanında idi. Hüseyn Lələ susdu. Fikrindən keçdi ki,
düzdür, o vaxt ġeyx Heydərə qoĢulmuĢdu. Ġndi üstündən xeyli keçib. ġeyx Heydər yoxdu
qabaqda. Bəlkə də heç bu iĢə qoĢulmayacaq. Varı, dövləti, ilxıları. Ağrımaz baĢına dəsmal
bağlamaq istəməz. Bəlkə də bu sirri ona nahaq yerə dedi. Bu da ġirvana hücum deyildi ki, var-
dövlət çoxlarını yoldan çıxarıb aparsın. ġeyx Heydərin uĢaqlarının xilası qan tökmək, qurban
vermək tələb eləyir. Onların sağ-salamat çıxmağı bir tərəfdən, dünənki körpə uĢaqlar bu hərəkatı
baĢa düĢüb ona baĢçılıq edə biləcəklərmi? Bu qədər sualları olan bir məsələyə baĢ qoymaq hər
adamın iĢi deyil.
– Hansı söhbəti deyirdin?
– ġeyxin övladları.
– O qalanı dağıdaq. – Dədə bəy elə dedi ki, guya məclisdəki düyü təpəsini dağıtmaqdan
gedirdi söhbət.
– Mümkün deyil. Onlara hücum çəksək, uĢaqları Allah eləməmiĢkən, elə ordaca.
– Onda tədbiri tök, məndən nə asılıdı, mən hazır. Rəhmətlik ġeyx Heydər bir dəfə bura
gəlmiĢdi. OturmuĢduq alaçığın qabağında, gözəl də bir gün idi. Dedi Dədə bəy, ilxıları artır,
lazım olacaq. Əlimi qaldırıb qoydum gözlərimin üstünə. O vaxtdan xeyli artıb.
Hüseyn Lələ bəy də yeməyə giriĢdi. Gördü ki, var-dövlət onun ürəyini hələ döndərə
bilməyib.
– Dədə bəy, qalanı üzük qaĢı kimi araya almalıyıq. Yoxsa, uĢaqlar əldən çıxar. Onları xilas
edə bilməsək bizim baĢladığımız iĢ heç bir nəticə verməyəcək.
Səkinə xalanın cürə sazı Ġsmayılı ovsunlamıĢdı. Tez-tez özünü onun yanına verir, çaldırır,
qulaq asır, özü çalmaq öyrənirdi. Səkinə ona dastanlar danıĢır, bu dastanlar qurtarmaq bilmir,
Ġsmayıl da elə hey qulaq asmaq istəyirdi. Amma səsi yox idi. Oxumurdu, çalırdı, sözlərini deyir,
yenə çalırdı.
– Rəhmətlik atam sağ olaydı, oxuyaydı, onda bilərdin aĢıq nədi, atam-anam.
– Səkinə xala, Ruhani çaldınız ha, sonra sözlərini niyə demədiniz?
– Çünki o Ģair batin əhli olub. Yanğısı da havada qalıb. Sözsüz də bəlli deyilmi?
– Elə bu havaların hamısı yanğılıdı.
Səkinə sazı döĢünə basıb mizrabı cəsarətlə simlərə vurdu. Hücrəni qüdrətli bir musiqinin
ahəngi doldurdu. Ġsmayıla elə gəldi ki, bəs daĢ divarlar da cingildədi, cana gəldi, səs verdi.
61 www.sarigelin.net
Ġsmayıl otura bilmədi. Ayağa qalxdı. Elə bildi ki, boyu bir az da ucaldı, məğrurlaĢdı. Bu hava onu
heyran eləmiĢdi. Ürəyini dağa döndərmiĢdi.
Sultanəli də gəlib qardaĢı ilə yanaĢı dayandı. Balaca qardaĢ qeyri-ixtiyari sağ qolunu onun
kürəyinə qoyub qucaqladı, sifətini onun qoluna söykəyərək iri, ağıllı gözlərini bu sehrli səslər
verən saza dikdi.
Elə bil qabaqda bir atlı çapırdı. Yuxarı qaldırdığı qılıncından odlu ĢimĢəklər çaxırdı.
GünəĢin zərrələri qılıncın iti tiyəsində doğram-doğram olub hər zəri bir tərəfə uçurdu. Ağ at elə
bil qanad açmıĢdı. Yox, heç bir qartal belə hündürdə, belə həvəslə, can-dildən, ildırım kimi uça
bilməz. O, qarĢısına çıxan qayaları da yıxardı. At üstündəki adam bir anlığa baĢını geri qaytardı.
Sifəti gün kimi alıĢıb yandı. Onun dodaqlarından nə‟rə qopdu.
– Oğullarım, ürəkli olun, arxamca gəlin, açın bu yolları.
Amma atlı nə qədər çapırdısa onlardan uzaqlaĢa bilmirdi. Çünki onların özləri də at belində
idilər, irəli Ģığıyırdılar.
QarĢıdakı atlının yolu üstünə alova bürünmüĢ köz dağı çıxdı, Savalana oxĢayırdı. Yolundan
dönmədi, atı bu dağın üstünə sürdü. At dördnala dağın baĢına qalxdı. Nallarından qucaq-qucaq
çınqı tökülürdü. Köhlən bu alovda yanmırdı, onun rənginə boyanmıĢdı, al rəngə düĢmüĢdü.
Ancaq sür‟əti azalırdı. O birdən-birə qabaq ayaqlarını yerə vurub dayandı. Zirvəyə çatmıĢdı. Atlı
əmud keçirdiyi qolunu qaldırıb əlini qaĢlarının üstünə qoydu. Burdan hər yer görünürdü. Buradan
yaĢıl düzənlər, diĢ-diĢ dağlar, burulğanlı çaylar...
Musiqi kəsildi.
– Bu havaya deyirlər: “Misri”. Səkinə xalanın səsi onu ayıltdı.
– Çal, Səkinə xala, çal.
Saz yenə dilə gəldi.
Elə bil qayalardan, mamırların göz yaĢından duru sular süzüldü, qotur, daĢ teĢtlərdən gur
axınla tökülüb Ģəlalə oldular. MeĢələr çiçək açdı. QuĢlar min bir səslə oxumağa baĢladılar.
Düzənlərdə yovĢanlar yaĢıl otlar arasında boz-bənövĢəyi rəngə çaldılar. Onların dibindən
bənövĢələr qalxdı. BənövĢənin iyi yovĢan iyinə qarıĢdı. YovĢanların üstündən ceyran sürüləri ox
kimi süzüb keçdi, torağayları hürküdüb göylərə qaldırdılar. Torağayın nəğməsi zirvələrdə
eĢidildi. Firuzə rəngli dağların baĢında pambıqdan ağ buludlar topa-topa dayanmıĢdı. Torağay
səsi o buludları firuzə dağların baĢından ayırdı. Buludlardan ağ yağıĢlar yağmağa baĢladı. Elə
yağdı ki, o yağıĢla, meĢələrin çiçəklərinin ləçəklərini Ģəlaləyə tökdü. Çaylarda çiçəklərin ləçəkləri
axmağa baĢladı.
– Bu havaya “Dübeyti” deyirlər, atam-anam.
Ġsmayıl qardaĢlarının qolundan tutdu.
– ”Misri”ni eĢitdiniz də?
– EĢitdik.
– Onunla dağı yıxmaq olar?
– Olar.
– Bu qalanı necə? – Onlar Sultanəliyə elə baxdılar ki, sanki hər Ģey qardaĢından asılı idi.
Ġmkan versə “Misri” qalanın daĢını daĢ üstə qoymazdı.
Oturdular. Səkinə xala da sakitcə çəkilib getdi. Araya dərin sükut çökdü. Bu sükutu
hardansa gələn səslər pozdu. Sultanəli qulaq verdi. Sonra baĢını xalçanın üstünə qoyub diqqətlə
qulaq asmağa baĢladı.
– Nə olub, – deyə sazın sehrli tə‟sirindən qurtarmayan Ġsmayıl təəccüblə qardaĢının
hərəkətinə baxdı və yavaĢcadan:
– Yerin altından səs gəlir. – dedi.
Doğrudan da səs yerin altından gəlirdi.
Bığlı qaya çapan külüngü var gücü ilə qayaya çırpırdı. DaĢ isə onun sözünə baxmırdı. O,
qayanın yarısını birdəfəyə qoparmaq istəyirdi. Amma oradan xırda qəlpələr düĢürdü.
Neçə vaxt idi ki, burada iĢləyirdilər. Ondan baĢqa da adamlar vardı. Heç biri də qayanı nə
üçün deĢdiklərini bilmirdilər. Əmr eləmiĢdilər, onlar da yerinə yetirirdilər. Amma çapar hamıdan
62 www.sarigelin.net
çox can yandırırdı. Onun qulağına çatmıĢdı ki, ağqoyunluların bütün xəzinəsi burada gizlədilib.
Onu tutanlar da quldurlar və həramilərdir. Lağım atıb xəzinəni aparmaq istəyirlər. Söz
vermiĢdilər ki, kim xəzinəyə çatsa, öz ağırlığı qədər qızıl verib evinə buraxacaqdılar. Ona görə də
hamıdan çox iĢləyirdi.
Bax indicə külüng daĢı yarıb keçəcəkdi, qızıllar oradan baĢıma töküləcək. Xəzinədə qızıllar
qum kimi oyulacaq, tökülüb əvvəl dizimə, sonra qurĢağıma, döĢümə, xirtdəyimə çıxacaq.
Qoymaram. Oradan bir qızıl düĢən kimi yerinə suvaq çəkib yolu çevirəcəm baĢqa səmtə. Sonra
bunların əlindən qurtararam. Quldurun ömrü uzun olmaz. Onları ələ verən kimi qayıdıb buradakı
qızılları siçovul kimi yavaĢ-yavaĢ daĢıyaram.
YaxĢı bəs onları ələ verəndə açıb xəzinəyə atılan lağımı deməyəcəklər? Desələr hər Ģey
əldən çıxar. Belə yerdə xəbərçilik mənə heç bir xeyir verməz. Onları bir-bir aradan götürərəm.
Xəzinəni bir ilə, bir il nədi, lap bir aya yox, bir həftəyə daĢıyıb gizlədərəm e‟tibarlı yerdə. Ondan
sonra ye də, nəsilbənəsil. Oğlanlarımı evləndirərəm, qızlarımı ərə verərəm. Arvadların sayını
artıraram, düzəldərəm hərəmxana. YaĢa da Ģah kimi.
Bu vaxt külüng daĢı deĢib keçdi. O, sevindiyindən bir an dayandı. Bədənindən axan isti təri
soyuq tər əvəz elədi. Tez o tərəf-bu tərəfə baxdı. Lap uzaqda, lağım əyilən yerdə məĢ‟əl yanırdı.
Yanında da heç kəs yox idi. O, külüngü çəkib çıxartdı. Gözünü lingin yerinə dikdi. Oradan Ģırıltı
ilə çirkab axıb üz-gözünə töküldü. Çapar qalanın rahatxanasını vurub deĢmiĢdi.
Dünya nədi hədərdi,
Ömür gəldi-gedərdi,
Ürək xırda, qəm böyük,
Hara yığım bu dərdi.
Köhnə börkünü boynunun ardına itələyən Cibo Səfər nazik, cır səslə oxuyurdu. Çarıqlarını
boynundan asıb yalın ayaqlarını sallayıb mindiyi uzunqulağın yeriĢiylə yırğalayırdı. Bezdən
tikilən Ģalvarın dizləri süzülmüĢdü, dizinin gözü görünürdü. Qabaq diĢləri salamat olsa da, arxa
diĢləri töküldüyündən ovurdları batmıĢdı. Köhnə köynəyinin yaxasından sinəsindəki ağ tüklər
Dostları ilə paylaş: |