Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   7   8   9   10   11   12   13   14   ...   35
görünürdü.  O,  əlini  torbasına  atıb  çörək  çıxartmaq  istədi,  gördü  ki,  lavaĢın  qırın-qırtısı  qalıb. 
Xırım-xırdanı ovcuna yığıb ağzına atdı. Uzunqulağı döyəclədi. Amma eĢĢəyi də özü gündə idi. 
Palanı cırıq, özü qoca. QaĢqasına da dəmrov düĢüb tüklərini tökmüĢdü. 
Qalaya dönən yerdə, köhnə dəyirmanın yanına çatanda gördü ki, cinə-Ģəyatinə oxĢayan bir 
məxluq dayanıb. Vecinə də almadı. Yanından keçib getmək üçün yalın dabanlarını uzunqulağın 
yanlarına vurdu. Amma gördü yox, cin-Ģayətin onun baĢı ilə oynayır, “toqquĢ” deyib uzunqulağı 
saxladı. 
 
– Bura bax, sən cinsənsə, mən də Ģayətin kimi bir Ģeyəm. Biz bir-birimizin dilini bilərik. 
Əgər bu yazıq heyvanı hürkütmək istəyirsənsə, keç sol tərəfinə, çünki sağ gözü kordu. 
Salmanı gülmək tutdu. 
– Ay bəni adəm, haradan gəlib, hara gedirsən? 
– Ey Məhəmməd hümməti, uzaqdan gəlib uzağa gedirəm. 
– Hansı uzaqdan, hansı uzağa? 
Cibo  Səfər  eĢĢəkdən  düĢüb  çarıqlarını  palanın  üstünə  atdı.  YaxınlaĢıb  onunla  yanaĢı 
dayandı. Elə özü də Salmana oxĢayırdı. Geyimdə, boy-buxunda. 
– Sənə adam dilində salam verim, ya cin-Ģayətin ləfsində? 
– Hansında istəsən. 
– Əssəlamün əleyküm. Cin dili bilmirəm. 
– Əleyküm əssalam. Hardansan? 
– ġamaxıdan gəlirəm, gedirəm Məkkə ziyarətinə. Gedim, getməyim? 
Salman ona baxdı, eĢĢəyinə baxdı, üst-baĢına, yalın ayaqlarına baxdı. 
– Ay adəm övladı, niyə ayaqyalınsan? 

63  www.sarigelin.net 
 
– Çarığı geysəm, qurban olduqlarımın ziyarətinə çatanda ayaqyalın qalaram. Ziyarətə gələn 
o qədər məxluqun  içində deyirsən adam  kimi  çarıqlı-patavalı, adam Ģəklində olsam pis olar? – 
Cibo Səfər gəlib Salmanın yanında, daĢın üstündə oturdu. 
– EĢĢəyin belində çarığın cırılacaq? 
–  Eh,  ay  qadan  alım,  bu  eĢĢəyin  bu  gündən  sabaha  çıxmağa  ümidi  var  ki?  Mən 
naxoĢlayanda o məni aparır, o naxoĢlayanda mən onu. 
Salman onun zarafatından ciddiləĢdi. 
– Dərdli adama oxĢayırsan. – Cibo Səfər bu sözdən sonra onun sir-sifətinə baxdı. Gördü ki, 
əməllicə-baĢlıca adama oxĢayır. 
–  Dərd?  Bəxtəvərlikdən  danıĢırsan.  Dərd  elə  bir  sərvətdir  ki,  o  padĢahlarda,  var-dövlət 
əlindən  üzülənlərdə  olar.  Mən  lüt-üryanın  biriyəm.  Yeməyə  çörəyim  də  yoxdur.  Nəyin  dərdini 
çəkəcəyəm. 
EĢĢək yolun soluna, çayın qırağına çıxıb otları, qurumuĢ, toz basmıĢ qart yarpızları qırpırdı. 
– Bir ora bax, özgə vaxt bəyənmirik. Suyu gör necə ustuplu içir. Deyirəm ay qardaĢ, Allah 
niyə  məni  də  beləcə  qanmaz  bir  heyvan  yaratmayıb?  O  eĢĢək  kimi  iĢləyirik,  yük  çəkirik, 
döyülürük, söyülürük, yenə dözürük. Eh, insan olmaq da bir köpəkoğluluq deyilmiĢ. 
–  Elə  demə.  Ġnsan  yer  üzünün  əĢrəfidi.  Ziyarətə  gedirsən.  O  yuxarıdakı  kiĢinin  xoĢuna 
gəlməz. 
– Bu sözü elə yuxarıdakı kiĢi dedirdir də. Biz hamımız onun iradəsindən asılı deyilikmi? 
Salman qalxıb xaraba dəyirmana getdi. Əlində bir bağlama ilə qayıtdı. 
– Al, götür. 
– Allah sənə uzun ömür əta eləsin. 
Bu vaxt lağımın ağzından zəncirləri cingildəyən məxluq özünü çaya atdı. Elə bil meĢənin 
min bir ətri çəkildi. Salman tez özünü çaya tərəf atdı. Bığlarından çapara oxĢayan adam quduz it 
dəymiĢ  kimi  özünü  ordakı  daĢlara,  sel  gətirmiĢ  kötüklərə  sürtürdü.  Cibo  Səfər  iki  barmağı  ilə 
burnunu sıxıb Salmana dedi: 
– Bu da yer üzünün əĢrəfi insan. Boğazacan, yox lap təpəsinə kimi zibilin içindədi. 
– O insandı bəyəm? Biz insandan danıĢdıq.  
Cibo  Səfər  gördü  ki,  xaraba  dəyirmandan  da  adamlar  çıxır.  EĢĢəyini  minib  sürə-sürə 
Salmana dedi: 
– Salamat qal. 
Gün əyiləndə, axĢam namazının vaxtı çatanda Cibo Səfər eĢĢəyi saxlayıb düĢdü. Heyvanı 
otlamağa  buraxdı,  özü  də  canamazını  çıxarıb  açdı,  palçıq  möhürünü  qara  dəsmalın  ortasına 
qoydu. Çayda dəstəmaz aldı, qayıdıb üzünü qibləyə tutdu, əllərini göyə qaldırdı. 
Günortadan bəri Cibo Səfəri bir ac canavar izləyirdi. Cibo Səfərlə iĢi yox idi, tamahından 
qotur,  kor  uzunqulaq  keçirdi.  Ġndi  əlinə  girəvə  düĢmüĢdü.  Ġnsanın  əyilib  qalxdığını  görüb 
kolluqdan  çıxdı,  uzunqulağa  tərəf  cumdu.  EĢĢək  də  canavarı  görüb  anqıra-anqıra  ona  tərəf 
götürüldü.  Elə  bil  canavarı  yox,  çoxdan  bu  dünyadan  köçmüĢ  anasını  görmüĢdü.  Canavarla 
uzunqulaq üz-üzə gəldilər və... 
Cibo Səfər bunu hiss elədi. Amma namazını yarımçıq qoyub batin eləmək fikrinə düĢmədi. 
Amma dili namazın duasını vird eləsə də ürəyində ayrı Ģey deyirdi: “Ey ulu tanrı, axı mən sənə 
nə pislik eləmiĢəm? Nə də eləyə bilərəm? Əlimdən nə gəlir ki. Bir yazıq adamam, var-dövlətdən 
vur-tut  bir  ulağım  vardı.  Dedim  onun  köməyilə  müqəddəs  yerlərə  gedib  çıxaram.  Səni  ziyarət 
eləyərəm.  Geri  qayıtmağa  onsuz  da  ümidim  yox  idi.  Ölüb  qarıĢacaqdım  qurban  olduqlarımın 
torpağına.  Axırıncı  ümidimi-pənahımı  da  əlimdən  aldın.  O  yırtıcı  canavar  sənə  məndən  əziz 
oldu?  Kimə  danıĢsam,  deyəcəklər  bəs  tanrı  səni  imtahana  çəkir,  sınayır,  görsün  sən  onun 
yolundan  dönməyəcəksən?  Dönüb  neyləyəsiyəm,  dönməyib  neyləyəsiyəm.  Tanrı  bu  dünyada 
mənə  cənnəti  də  göstərib,  cəhənnəmi  də.  Cənnəti  beĢ  gün  görmüĢəmsə,  elə  ömrümün  hamısı 
cəhənnəmdə keçib. Ġkisinə də dözmüĢəm. Hər ikisinə də mənim bu pis sifətim öyrəĢib. Mən bu 
dünyada da, o dünyada da dəvəsi ölmüĢ ərəbəm”. 

64  www.sarigelin.net 
 
Dədə  bəy  yoldan  keçirdi.  Canavarın  uzunqulağı  parçalamasını  da,  cır-cındırlı  kiĢinin 
namazını batin elədiyini də görürdü. Alapaçanı saxlayıb tamaĢa eləyirdi. 
Cibo Səfər canamazını yığıĢdırıb qalxanda Alapaçanı onun yanına sürdü. 
– AxĢamın xeyir, müsəlman qardaĢ. 
– Hər vaxtın xeyir. 
– Bu nə iĢdi sənin baĢına gəldi? 
Cibo Səfər altdan yuxarı padĢah görkəmli adama baxdı. Ürəyindən keçirtdi: “Tanrı mənnən 
gizlənpaç  oynayır.  Bu  gələn  ya  Əzrayıldı,  ya  Cəbrayıldı.  Ayrısı  ola  bilməz.  Ziyarət  yerinə 
çatmağa heç bir ümid yoxdu. Ömrüm də eĢĢəyimin ömrü kimi burada tamammıĢ. Elə yaxĢı oldu, 
heç olmasa sözümü deyərəm”. 
– Bura bax; ağam məni barmağına dolayıb?  
Dədə bəy onun sözünə təəccüb elədi. 
– Ağan kimdi? 
–  Ağanı  mən  sənə  tanıdacam?  Mənnən  çox  zillət  çəkən  yox.  Bu  günnən  onun  ziyarətinə 
gedirəm. XoĢuna gəlmirəm, alsın canımı. XoĢuna gəlirəmsə, qoysun adam kimi gedim ziyarətimi 
eləyim. Mən onnan tay-tuĢ ola bilmərəm. Mənnən niyə gizlənpaç oynayır? 
Dədə bəy onu indi baĢa düĢdü. 
– ġükür elə. Ağam bir yandan bağlayanda, bir yandan açır. Məni sənin köməyinə yetirib. 
Bəlkə də xeyir elə bundadı. 
Cibo Səfər yəqin elədi ki, bu elə Əzrayılın özüdü. Üzünü qibləyə çevirdi. 
–  ƏĢədü  la  illəha  illəllah,  əĢədü  Məhəmmədin  Rəsul  illah,  əĢədü...  hə,  al  canımı  nə 
gözdüyürsən. Yoxsa öləndə də mənə əzab verəcəksən. 
Dədə bəyi gülmək tutdu: 
– A kiĢi, əstəğfürullah de. Mən Əzrayıl deyiləm. Qalx, gedək. Mənə qonaqsan. 
O, altdan yuxarı baxdı, inanmadı ki, bu padĢah görkəmli adam onu qonaq aparır. 
“Sənin  birliyinə  inanmayan  namərddi.  Olubsan,  varsan,  olacaqsan”.  –  dedi.  Canavarın 
uzunqulağı parçaladığı tərəfə getdi. 
– Hara belə? 
–  Çarıqlarımı  axtarıram.  Canavar  onları  da  yeməyibsə,  götürüm.  Qonağı  ayaqyalın 
aparmayacaqsan ha.  
Dədə bəy Alapaçanı sürüb onun qabağını kəsdi. 
– Əlini bəri ver görüm. 
– Cibo Səfərin əli Dədə bəyin iri əllərinin arasında yoxa çıxanda o artıq atın tərkindəydi. 
– Məndən bərk yapıĢ, qorxursansa gözlərini yum. 
“Yox, bu nə Əzrayıldı, nə də Cəbrayıl. Dirilik suyunun sahibi Xızr peyğəmbərdi. O kiĢidi 
mənim  kimi  darda  qalanların  köməyi.  O  kiĢidi  günahsızların  pənahı”.  Bu  fikirləri  deyəndə 
gözlərini  yummuĢdu  və  fikir  onu  aparmıĢdı.  Həm  yollar  yorğunuydu,  həm  də  öz-özünə 
danıĢmağın aĢinası. Alapaçanın da yorğa yeriĢi onu yırğaladı. Fikrəmi getdi, yuxumu gördü, bir 
də eĢitdi ki, “Xızr peyğəmbər” ona deyir: 
– Çatdıq. 
Gözlərini  açdı.  Bir  güclü  əl  onu  götürüb  yerə  qoydu.  Gördü  ki,  ətrafında  beĢ-altı 
qurdboğan,  boynu  xaltalı  it  var  ki,  hər  biri  bayaqkı  canavarın  beĢini  bir  göz  qırpımında 
parçalayar. Amma heç biri hürmür, ona toxunmur, bəlkə də bir az mehriban baxırlar. 
– Çəkilin, – deyən kimi itlərin hərəsi çəkilib bir tərəfə getdi. Onun qabağında cavan, nazik 
bığlı bir oğlan dayandı. 
– Dədə, bu kimdi? 
– Qonaq. Allahın ən əziz bəndəsi. Paltar gətir, elə geyindir ki, bəy balası kimi. 
Bayaqdı  Mustafa  Cibo  Səfəri  götürdü.  Gözünü  açanda  özünü  yaĢıl  əbanın  içində  gördü. 
Dəvə rəngli yun parçadan Ģalvar, qara məstlər. Özünə baxdı, gözünü yenə göylərə qaldırdı. 
– Ey tanrı, sənə inanmayana min lə‟nət. 

65  www.sarigelin.net 
 
Qaranlıq düĢmüĢdü. Dədə bəy Cibo Səfərlə alaçıqda üz-üzə oturmuĢdular. Aralarında saxsı 
çıraq yanır, hərəsinin kölgəsini iki dəfə böyüdüb arxa tərəfə salırdı. 
– Deyirsən ġamaxıdansan? 
– Hə, baĢına dönüm. Olmusanmı? 
Dədə bəy ġeyx Heydərlə ġamaxıya getmiĢ, Ģəhəri tutmuĢdu da. Amma boynuna almadı. 
– GörməmiĢəm. Deyillər gözəl Ģəhərdi. YaxĢı bazarı var. 
– Kiminə cənnətdi, kiminə cəhənnəm. 
– Nə iĢ görürdün? 
–  Sənətkaram.  Bu  çıraqlardan  düzəldirdim.  –  O  çırağı  götürdü,  baxdı.  Barmağını  çırağın 
altına sürtdü, – mənim çırağımdı. Mən düzəltmiĢəm. 
– YaxĢı çıraqdı. Mən bunu Ərdəbildən almıĢam... YaxĢı, Səfər kiĢi, niyə bu kökdəsən? 
– Eh, ay bəy, aləmi bəzər, özü lüt gəzər deyiblər. ġamaxı bazarında dükanım vardı. O qoca 
ulaqla gedib gil gətirirdim, çıraq düzəldirdim, ocaqda biĢirirdim. Satırdım. Usta da çox idi, çıraq 
da.  Qiyməti  də  bir  Ģey  deyil.  UĢaqlarım  da  çox  idi.  On  bir  uĢaq.  Dükanımın  yanında  ev 
tikmiĢdim.  Güc-bəla  ilə  dolandırırdım.  Zəlzələ,  bəy,  zəlzələ  Allahın  elə  bir  bəlasıdı  ki,  ondan 
yaxa qurtarmaq da çətin iĢdi. On bir uĢaq da, arvad da, sonsuz bacım da evin altında qaldılar. Bir 
gün  qazdım,  meyitlərini  çıxartdım.  Gecə  yarısı  zəlzələ  baĢlamıĢdı.  Mən  çıraq  biĢirirdim.  Ayaq 
üstəydim.  Gördüm  divarlar  laxladı,  özümü  atdım  çölə.  Yer  nənniyə  dönmüĢdü.  Özümü  evə 
çatdırana  qədər  neçə  yerdə  yıxıldım,  durdum.  Evi  görmədim.  Divarlar  balalarımın  üstünə 
yatmıĢdı.  Dəli  kimi  oldum,  havalandım.  Səhərə  qədər  qazdım.  Bütün  Ģəhər  yerlə-yeksan 
olmuĢdu.  Səhər  baxdım  ki,  Gülüstan  qalasına  heç  nə  olmayıb.  Dili  qurtlu  kimi  dedim  ki,  bəs 
zəlzələ də varlıyla kasıbı ayırır. Onun bir daĢı düĢməyib, bizim bir daĢımız daĢ üstündə qalmayıb. 
Tez  qaçıb  Ģəhər  rəisinin  ovcuna  qoydular.  Balalarımı  torpağa  tapĢırmamıĢ,  özümü  zindana 
saldılar.  Yalan  demiĢəm,  ay  baĢına  dönüm?  Düz  söz  yerimir  də.  BaĢıma  min  oyun,  müsibət 
açdılar. 
– ġirvanĢah Fərrux Yasar hələ durur? 
–  Ona  nə  olasıdı  ki,  zülmü də ərĢi əladadı,  Allahın yanında hörməti də ondan bir baĢ da 
hündürdədi. Bu Ərdəbildən ġeyx Heydər gəlmiĢdi. Camaat, yə‟ni mənim kimi kasıb-kusub dedi 
ki, bu dəfə haqqına əncam çəkəllər. Qaçdı gizləndi qalada. Ona nə olacaqdı ki, yenə mənim kimi 
kasıb-kusub baĢını, qolunu, qıçını verdi. 
Dədə  bəy  gördü  ki,  Səfər  elə  onlara  lazım  olan  adamdı.  Gələcəkdə  iĢlər  görə  bilər.  Öz 
yanında saxlamağa qərar verdi. Hələ Hüseyn Lələ bəyin deməyinə görə o tərəflərə yenə də səfərə 
gedəcəklər. Onda bu adamın onlara köməyi dəyə bilərdi. 
–  Qoçaq  adamsan.  Allah  səndən  üz  döndərib,  sən  hələ  də  ondan  üz  döndərmirsən. 
Doğrudan da müsibətlər görmüsən. 
– Bilirsən səni niyə götürdüm? 
– Yox. 
– Vur-tut bir eĢĢəyini canavar dağıdırdı, sən də namazını pozmurdun. Dedim gör Allahın 
necə sadiq bəndəsidi ey. Elə ona görə sənə yazığım gəldi. Götürüb gəldim. Bəs ziyarətə niyə tək 
gedirsən? Yolları tanımırsan, eĢĢəyin e‟tibarsız, özün ac-susuz. 
–  Zəvvara  qoĢulanların  hamısı  atları  kiĢmiĢ  yeyən  kiĢiləriydi.  Məni  oturub 
gözləməyəcəkdilər.  Bir  mənzil  gəldik.  Sonra  mənə  dedilər  ki,  sən  yolda  qalsan  da,  sənin 
əvəzindən  də  ziyarət  eləyərik.  Məni  çölün  düzündə  tək  qoyub  çapıb  getdilər.  Mən  də  onların 
acığına qayıtmadım. Dedim mən bu əziyyətlə ki, gedirəm, mənim həccim sizinkindən müstəcəb 
olacaq. Belə. 
– Gəl sənə Ərdəbildə bir dükan düzəldim, ev alım, evləndirim, otur iĢini gör. Çıraq düzəlt, 
sat. 
– O borcun altından mən çıxa bilmərəm. 
– YavaĢ-yavaĢ verərsən.  
– Bəlkə verə bilmədim. 

66  www.sarigelin.net 
 
–  Onda  ana  südü  kimi  halal  eləyərəm.  ĠĢləyərsən,  qazanarsan,  ziyarətə  getməyə  pul-para 
yığarsan. Bəlkə elə o vaxt mən də getdim. Bir yerdə gedərik ziyarətə. 
Ağ atın qanadları yandı. Buludların arasından alovlana-alovlana düĢdü. O düĢdüyü kövĢən 
də od aldı. Yerdən qara toz duman kimi qalxdı. Nə ağ at göründü, nə də qırmızı paltarlı süvari. 
AləmĢahbəyim bayaq durna qatarından ayrılan tək durnanı seyr eləyirdi. Həmin tək durna 
dönüb  ağ,  qanadlı  at  oldu.  AlıĢıb  yananda,  ayaqyalın,  baĢıaçıq  kövĢənə  tərəf  qaçmağa  baĢladı. 
KövĢənə çatmamıĢ dəmirtikanlığa düĢdü. Dəmirtikanlar yetiĢib torpaq rənginə düĢmüĢdü, topuğu 
xal-xallı,  xınalı  ayaqlarını  didib-dağıdırdı.  Səmərqənd  kağızı  kimi  ağ  topuqlarını  yaralayır, 
qanına qəltan eləyirdi. Qan narıncı, xoĢ rəngli xınanın da rəngini dəyiĢdi. 
Amma  o,  ağrı  hiss  eləmirdi.  Var  kücü  ilə  qaçır,  dəmirtikanlar  ayağına  daha  dərindən 
batırdı. Bir azdan ayaqlarında dəmirtikandan baĢmaqlar vardı. 
Göydən  hərlənə-hərlənə  ağ bir lələk düĢürdü. AləmĢahbəyim onu yerə çatmağa qoymadı, 
göydə tutdu. Elə bildi ki, ağ atın yanan qanadından ayrılıb. 
Yox, bu yaĢıl, mavi, qırmızı rənglə parlayıb yanan durna lələyi idi. BaĢını qaldırıb gördü ki, 
durnaların  səfi  pozulub.  Biri-birilərinə  qarıĢıb,  qarıĢıq  səslər  çıxardırlar.  ġirin  avazları  da 
yadlarından çıxıb. 
–  Ay  durnalar,  bu  lələyi  göndərmisiniz  dərdlərimi  yazım?  Qanadlarınızla  dərdim  yazılsa 
səfiniz heç vaxt düzəlməz. Ah-naləm sizə çatsa heç vaxt oxumazsınız. Göz yaĢımdan o kağıza 
bir damcı düĢsə bulaqlardan içməyə bir damcı Ģirin su da tapmazsınız. Lələyi tulladı, lələk uça-
uça harasa getdi. O, yerdən qalxan qara burulğana tərəf yeridi. 
Birdən səs eĢitdi: “Ana”-dedilər. Döndü. Gördü ki, qayanın baĢında üç dar ağacı qurulub. 
Biri böyük, biri ortancıl, biri kiçik. Hara getsin, hara üz tutsun? Qabaqdakı burulğanamı, yoxsa 
arxadakı dar ağaclarınamı? 
Bir də gördü ki, burulğandan bir adam çıxdı. BaĢdan ayağa ağ örtüyə bürünmüĢdu. Sifəti də 
ağ  örtüyün  arxasında  idi.  Ona  tərəf  gəlirdi.  AləmĢahbəyim  quruyub  qaldı.  Ağ  paltarlı  onun 
yanından keçib qayalara özünü yetirdi. Ağ örtüyün altından bir ağ qılınc çıxartdı, dar ağaclarını 
doğradı.  Sonra  ağ  libasın  rəngi  dəyiĢdi.  O,  qırmızı  paltara  büründü.  Qollarını  açıb 
AləmĢahbəyimə tərəf gəldi. Dəmirtikanlığa çatanda dayandı və qollarını ona tərəf uzatdı. 
– Gəl! 
– Məni sınayırsan? Səndən ötrü bu dəmirtikanlığı keçmiĢəm, uf da deməmiĢəm. 
Qırmızı  libaslı  kiĢi  özünü  dəmirtnkanlığa  vurdu.  Və  özünü  AləmĢahbəyimə  yetirdi.  Onu 
bağrına  basdı.  Qara  saqqalı  və  bığları  kimi  yumĢaq  dodaqları  onun  alnında,  gözlərində, 
yanaqlarında  gəzdi  və  qaymaq  bağlamıĢ  dodaqlarında  dayandı,  onun  sinəsi,  vücudu  titrəməyə 
baĢladı.  Birdən-birə  hər  Ģey  yoxa  çıxdı.  AləmĢahbəyim  gözlərini  açıb  hücrənin  səqfini  gördü. 
Öləziyən  Ģamın  iĢığı  səkkiz  künclü  səqfi  güclə  iĢıqlandırırdı.  Pəncərəyə  baxdı.  Dan  yeri 
sökülürdü. Əcayib bir heyvana oxĢayan bulud parçası narıncı rəngə boyanırdı. Buluddan aĢağıda 
quĢlar uçuĢurdu. Bu quĢ səfləri dəniz dalğası kimi sağa-sola çevrilirdi. 
At kiĢnərtiləri, çöl qalanın keĢikçilərinin səsləri eĢidilirdi. Onlardan biri car çəkirmiĢ kimi 
hündür səsilə bağırırdı. 
O,  Səkinəni  oyatdı.  Birlikdə  qala  meydançasına,  oradan  divarın  üstünə  çıxdılar.  QarĢı 
tərəfdə,  qala  ilə  bərabər  dayanan  təpələrin  üstündə  tonqallar  yanırdı.  Çoxlu  ilxı,  qoyun  sürüsü 
vardı. Alaçıqlar qalanı dövrəyə almıĢdı. 
Qaladan qıĢqırırdılar. 
– Ġlxılarınızı çəkin, alaçıqlarınızı sökün, yoxsa gəlib hamısına od vurarıq. – Təpə baĢındakı 
adamın gülüĢünü eĢitdilər. – Qala içində gizlənib hökm verən igid, qarĢındakının gücünü bilsən, 
belə deməzsən. 
Onların canına qorxu düĢdü... 
 
 
GÖRÜġ 
 

67  www.sarigelin.net 
 
Atlı təpədən enib çaya duĢdü. Və atın yüyənini buraxdı. At dodaqlarını suya söykədi, amma 
içmədi.  BaĢını  geri  atıb  suyu  ətrafına  çiləyib  fınxırdı.  Atlı  özünü  yəhərdən  yerə  atıb  çarığlı, 
patavalı  suya  girdi,  ovuclarını  qoĢalaĢdırıb  içmək  üçün  üzünə  qaldırdı.  Buz  kimi  sərin  su  idi. 
AxĢamdan bəri yol gəlirdi. Heç yerdə bulaq görməmiĢdi. Yol quruyub, yanmıĢ təpələrin arası ilə 
keçirdi.  Heç  yerdə  su  görməmiĢdi.  Həm  özü,  həm  də  atı  susuzluqdan  od  tutub  yanırdı.  Ġndi 
ləzzətlə  bu  sərin  sudan  içib  ürəyinin  yanğısını  söndürəcəkdi.  Dodaqlarını  ovcundakı  suya 
söykəyib  sümürdü  və  ağzında  duzlu,  acı  bir  tam  duyub  içdiyini  də  qaytardı.  Çayda  ilan  zəhəri 
kimi, acı, motal Ģoru kimi duzlu su axırdı. Əl-üzünü yudu. Sonra yəhərə qalxıb tərpəndi. Buradan 
tez  uzaqlaĢmaq,  bir  kəndə,  bir  insan  məskəninə  çatmaq  üçün  tələsmək  lazım  idi.  Yol  təpəyə 
qalxdı. Oradan uzaqlar da görünürdü. Hər tərəf duz dağları idi. Duz kəllə qəndlər kimi ağarırdı. 
Üfüqdə o, ağac gördü. Ağac varsa demək su da var. Atı tərpətdi. Karvan yolunun torpağı qaysağ 
bağlamıĢ, qaysağın  üstünə isə elə bil narın duz səpilmiĢdi.  Deməli,  buradan çoxdan bəri keçən 
olmamıĢdı. Yoldan kənarda kola iliĢib qalan iri bir ilan qabığı ağarırdı. 
Murad iri qayalıqlara çatdı. Qayaların arasında əncir kolları bitmiĢdi. Meyvələri də saralmıĢ 
iri yarpaqların arasında quruyub qalmıĢdı. Onları yığıb kiĢmiĢ kimi atı da yedirdə bilərdi, özü də 
yeyərdi. Çörəyi xurcunda quruyub daĢa-kəsəyə dönmüĢdü yəqin. 
Qayalıqlar  hamar  deyildi.  Elə  bil  qazanda  yanıb  qaralmıĢ  qənd  parçalarını  baltayla 
doğramıĢdılar. Ġri daĢın üstündə yağıĢ suyu yığılmaq üçün çökək vardı. O çökəyin yanında iri bir 
kərtənkələ-qayaqanan  qaçmağa  hazır  bir  vəziyyətdə  dayanmıĢdı.  Boğazının  yanlarında 
tuluqlanmıĢ yaĢıl, qotur dəri tez-tez qalxıb enirdi. 
O,  atı  sürdü,  yolda-izdə  iĢartı  axtarırdı.  Qayaların  üstündən  gözlərinə  qovaq  ağacı  dəydi. 
Yüngül  meh  vurduqca  ağacın  yarpaqlarının  arxası  gümüĢ  kimi  parıldayırdı.  Yəqin  ki,  bulaq  o 
qovağın dibindədir. Ġri qaya parçalarını hərlənib keçdi. Bir dağ keçisi baĢını qaldırıb onu gördü 
və  var  gücü  ilə  tullanıb  qaçdı.  Deməli  o  da  su  içməyə  gəlib.Amma  bulağa  yaxın  düĢmək 
istəmirdi,  qorxurdu.  Bu  vaxt  bulağın  baĢında  çoxlu  ilan  ola  bilərdi.  Atdan  düĢdü,  ehtiyatla 
yaxınlaĢdı.  Arxadan  fıĢıltı  eĢitdi.  Dönüb  daĢların  üstündə  quyruqları  üstünə  qalxıb  biri-birinə 
dolaĢan iki qızıl ilan gördü. DaĢ götürüb onlara tərəf tulladı: 
– Çəkilin, ay Allahın heyvanları. 
Onların dolaĢığı açıldı, quyruqları ucunda ox kimi süzüb bir anda yoxa çıxdılar. O, bulağa 
yaxınlaĢdı.  Bulağın  yuxarısında  iri  bir  gürzə  kürəĢkələnmiĢdi,  baĢını  da  ala-bəzək  kürəĢkənin 
ortasından  çıxarmıĢ,  zəhmli  ilan  gözlərini  harasa  zilləmiĢdi.  Bəlkə  də  onun  qorxusundan  dağ 
keçisi  suya  yaxın  düĢməmiĢdi.  Yolçu  iri  bir  daĢ  götürüb  bu  kürəĢkənin  üstünə  saldı.  DaĢın 
altından  güclə  sürünüb  çıxan  gürzə  haça  dilini  göstərə-göstərə  güclə  sürünüb  getmək  istədi. 
Amma  daĢ  onun  belini  qırmıĢdı.  Yolçu  bir  daĢla  da  onun  baĢını  əzdi.  Ətrafına  baxdı.  Burada 
çoxlu  ilan qabığı,  ilan izləri  vardı. Bulağın  aĢağısında isə dağ keçisi ləpirləri, canavar, dovĢan, 
tülkü izləri gördü. Tez atın yanına qayıtdı, xurcundakı cürdəyi çıxarıb doldurdu, xurcuna qoydu. 
Camı isə bir neçə dəfə doldurub içdi. 
–  Lə‟nət  yezidə,  –  deyib  camı  da  cürdəyin  yanından  xurcuna  qoydu.  Atını  da  bulağın 
yanına çəkdi. At da baĢını əyib sısqa bulağın gölməçəsini qurutdu. Sonra yəhərə qalxıb rahatca 
yoluna davam elədi. 
Qaçaq  Murad  kimi  tanınan  bu  adam  neçə  illər  idi  ki,  Çuxur  Səddə,  Diyarbəkrə,  ġərura, 
Ġstanbula  gedən  karvan  yolu  üstündə  qaçaqçılıq  eləyirdi.  Özünün  də  ən  çox  soyduğu  divan 
mə‟murları  idi.  Vergiləri  yığıb  qayıdanda  yolda  hamısını  əllərindən  alır,  qaytarıb  bir  də  həmin 
kəndlərdə  paylayırdı.  Karvanlardan  isə  bə‟zisinin  yükünü  alıb  buraxır,  bə‟zisindən  isə  pul  alıb 
yola verirdi. 
Bir  gün  ona  demiĢdilər  ki,  Urmiyyətli  bir  tacirin  evində  bir  mücrü  qiymətli  daĢ-qaĢ,  lə‟l 
cəvahirat  var.  Muradın  dəstəsi  neçə  gün  Ģəhərə  girməyə  imkan  gözləmiĢdilər,  hamıdan 
gizlənmiĢdilər.  AxĢam  Ģəhərə  girmiĢ,  tacirin  evinə  ayaq  qoyanda  görmüĢdülər  ki,  ziyafətdi. 
Süfrədə hər cür naz-ne‟mət  var. Kuzələrdən piyalələrə Ģərab süzüblər. Məclisin baĢında bardaĢ 
qurub oturan söz demək istəyirdi ki, Murad onun sözünü kəsdi. 

68  www.sarigelin.net 
 
–  Qaçaq  Murad  sənin  sözünü  Ģəkərnən  kəsir.  Dediyini  yadından  çıxartma,  biz  iĢimizi 
qurtarıb gedəndən sonra danıĢarsan.  
Qılıncın üzü soyuq olur. Qaçaqların əllərindəki yalın qılınclar elə bil hamının üstünə soyuq 
su çiləmiĢdi. Həm də qaçaq Muradın adını eĢitmiĢdilər. 
O  yetirib  yük  yerindən,  farmaĢdan  ipəyə  bükülü  mücrünü  götürmüĢdü.  Gəlib  tacirə 
demiĢdi: 
– Ġndi sözünü deyə bilərsən. 
Tacirin dili söz tutardı?! Murad qapıya qədər getmiĢ və dönüb: 
– Halal elə, hörmətli tacirbaĢı. Bundan sonra karvan yolları daha sənin üzünə açıqdı. Neçə 
dəfədi xərac verməmiĢ ötürdün, elə bilirdin Murad bunları yaddan çıxardır? – Amma birdən-birə 
o  fikrini  dəyiĢmiĢ,  mücrünü  qaytarıb  yerinə  qoymuĢdu.  Tacir  bunu  görüb  ürək  döyüntüləri 
azalmıĢ, dili topuq vura-vura ondan soruĢmuĢdu: 
– O mücrüyə görə gəlmiĢdinsə, niyə aparmadın? 
– Mən sənin çörəyini yemiĢəm, çörəyə isə bizdə xəyanət olmaz. 
– Mən sənnən nə vaxt duz-çörək kəsmiĢəm? O mücrünü apar, ancaq bu sözü demə. Bilərlər 
ki,  mən  qaçaq  Muradla  duz-çörək  kəsirəm,  hamı  mənə  düĢmən  olar.  Elə  biləcəklər  onların 
karvanının qabağını kəsdirən mənəm. Mən tacir, sən qaçaq. Biz harda görüĢmüĢük ki, duz-çörək 
kəsək. De, qoy oturanlar da eĢitsin. 
Murad  qapının  ağzında  oturub  süfrədən  plov  dolu  nimçəni  qabağına  çəkib  Ģapalaqlayıb 
aĢıran yoldaĢını göstərmiĢdi. 
– Budur, baxın. Mən olmayım, yoldaĢım olsun. Nə fərqi. Qaçaq Murad hələ kəsdiyi duz-
çörəyə xəyanət eləməyib. Bu bir tikə çörək məndən ötrü o mücrüdən qat-qat qiymətlidi. Ġndi halal 
elə, mən də sənin çörəyindən kəsim. 
Tacirin rəngi-ruhu üstünə gəlmiĢdi. 
– Ana südü kimi halal xoĢun olsun. O, qalxıb mücrünü gətirib onun qabağında açdı. 
– Sən ki, belə mərd adamsan, bunun hamısını sənə bağıĢlayıram. 
– Yox, mən sözü bir dəfə deyirəm. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin