üstündə tikilib. Deyirlər o Ģəhər gözəlliyində dünyada ikinci Ģəhər yoxdur. Adına Venedikt
deyirlər. Orada dünyanın ən məĢhur rəssamı və nəqqaĢları yaĢayır.
– Evləri suyun içində tikilibsə küçələri necədi?
– Küçələri də sudu. Evdən-evə qayıqla üzürlər.
– Bunları sən hardan bilirsən, ana?
– Baban Uzun Həsənin sarayında bu Ģəhərin səfiri yaĢayırdı, Cənabi Zenon. Həm də bizə
qohum idi. ġəkil çəkməyi də mənə o öyrətmiĢdi. Onun Venediktdən gətirdiyi bir Ģəkli neçə
illərdir ki, saxlayıram.
O, sandığın qapağını qaldırdı, oradan ipəyə bükülmüĢ bir Ģey çıxardı. Açdı, qızıl çərçivədə
kiçik bir Ģəkil idi. Ġsmayıl heyran-heyran o Ģəklə baxmağa baĢladı. ġəkildə danıĢdığı Ģəhər təsvir
81 www.sarigelin.net
edilmiĢdi. O yerlərin binaları bu yerlərdəkilərə bənzəmirdi. Küçələr, dəniz, eyvanlar nəfis
Ģəbəkəli... Uzun, qara qayıqda isə qırmızı məxmər paltarlı adamlar oturmuĢdu.
Qızıl çərçivəli kiçik Ģəkildə hər Ģey canlı idi. Ġsmayıl heç vaxt görmədiyi dənizin sanki
səsini eĢidirdi. Adamların hənirtisini duyurdu. GünəĢin istisini hiss eləyirdi.
– Gör necə gözəldi.
– Bəli, gözəldi. Ġnsan əlindən hər iĢ gəlir.
Sultanəli hücrəyə girdi. Amma özündə deyildi. Körpə pələng kimi gəziĢirdi. Ġsmayıl onu
görüb sevinclə qıĢqırdı:
– Hələ bir bura bax!
Sultanəli baxdı, amma üzünü tez də çevirdi.
– XoĢuna gəlmədi?
– Yox. Bizim dinimiz insan Ģəkli çəkməyi qadağan eləyir.
– Nə üçün? – deyə Ġsmayıl soruĢdu.
– Ona görə ki, insanın əksini çəkən Ģəxs, sonradan ona can, nəfəs vermək iddiasına düĢə
bilər. Bunun isə necə küfr olduğunu sən bilməlisən. Bütpərəstlər ağacdan, palçıqdan, daĢdan
insan düzəltdilər və ona sitayiĢ elədilər.
Ġsmayıl qardaĢı ilə ürəyində razılaĢmadı.
DÜġMƏNLƏR VƏ DOSTLAR
Yüklü dəvələr karvansarayın qabağında dayandı. Sarvan qabaqdakı dəvənin ovsarından
yapıĢıb çubuqla dizinə vurdu, “hıx” deyən kimi qara, qoca nər ayaqlarını yığıb aĢağı yatdı, o biri
dəvələri də yatırtdılar. OrtayaĢlı, qara saqqallı tacir iĢlərin gediĢinə göz qoyub karvansarayın
qapısında atdan düĢdü. DaĢ döĢəməyə dəvə qığı, at təsi tökülmüĢdü, daĢlardan turĢumuĢ iy
qalxırdı.
Karvansarayın qapısı açıldı, əli təsbehli, uzun əbalı, qırmızı saqqallı kiĢi çıxdı. Atdan
düĢən tacirlə görüĢdü, əlini onun əlindən çəkəndən sonra dodağına aparıb öpdü.
– Yorulmayasan, Hacı HəĢim, – dedi.
– Sağ ol, Kərbəlayi. Hə, nədi, gedirsən həccə? Qurban bayramına Məkkəyə çatarıq.
– Mənə niyyət düĢmür, Hacı. Ġndi də böyük oğlum azarlayıb. Bir yönlük eləyim, görüm
necə olacaq.
– Allah Ģəfa versin. Amma nə qədər ki, həccə gedib borcunnan çıxmamısan, xəlluqaləm
hələ səni çox sınayacaq.
Onlar hal-əhval tutub həsb-hal eləyirdilər. Karvanın adamları dəvələrin cihazlarındakı
yükləri yerbəyer eləyirdilər.
Karvansarayın darvazasından içəridə kiçik bir həyət vardı. Bu həyətdə səkkizkünclü daĢ
hovuza daĢ novdan su tökülürdü. Cibo Səfər həmin novdan mis aftafanı doldurdu. Dəstəmaz alıb
axĢam namazına baĢlayacaqdı.
O, bu yaxın vaxtlarda karvansaraya düĢmüĢdü. Ona bazarda dükan almıĢdılar. Kürəsi vardı,
palçıqdan çıraq düzəltməyə baĢlamıĢdı. ĠĢləri də yaxĢı gedirdi. Ġki gün əvvəl onun hücrəsiylə
yanaĢı hücrəyə iki müsafir düĢmüĢdü. ÖyrənmiĢdi ki, ziyarətə gəliblər. Amma bu iki gündə
hələlik Darül ĠrĢada baĢ çəkməmiĢdilər. Elə bil nəyisə gözləyirdilər. Bığları qoç buynuzuna
oxĢayan adam həyət-bacada daha tez görünürdü, Cibo Səfərlə də bu iki gündə ülfət bağlamıĢdı.
Səfəri bazara da göndərmiĢdi. Hücrələri də yanaĢı idi.
Ġndi Cibo Səfər aftafasını doldurub aparanda onunla üz-üzə gəldi.
– AxĢamın xeyir, – dedi.
– Hər vaxtın xeyir.
Bu Murad idi. Birdən-birə o baĢını qaldırdı, tacir karvansarayının həyətində, hovuzun
kənarında dayanıb ona baxırdı. Murada bu sifət tanıĢ gəldi. Paltarından tacir olduğunu gördü.
82 www.sarigelin.net
Tacir diqqətlə baxırdı. Rəngi də əməlli-baĢlı ağarmıĢdı. Murad vaxt itirə bilməzdi. Karvan
adamları gəlsə iĢlər korlana bilərdi.
Bir sıçrayıĢla özünü tacirə yetirdi.
– Tərpən!
O elə hökmlə dedi ki, tacir belindəki xəncərini də yadından çıxarıb, silahsız Muradın
qabağına düĢüb yeridi. Murad taciri öz hücrələrinə yox, Cibo Səfərin hücrəsinə apardı, Səfər hələ
namaz qılmağa təzə hazırlaĢırdı. Muradın yad adamla içəri girməsi onu duruxmağa məcbur elədi.
Murad ona heç nə deməyib tacirin qolunu burdu, hücrənin küncündə yıxıb Cibo Səfərin yerə
sərdiyi canamazı götürüb onun ağzına tıxadı, əllərini və ayaqlarını bağladı.
– Nə iĢ görürsən, a kiĢi?
– Bəri gəl. Qapını bağla, tez. Sonra bilərsən.
O, Cibo Səfərin qolundan tutub hücrədən çıxardı. Muradın iri barmaqları arasında onun
nazik qolu çöp kimi idi və bərk sıxsa ovxarlanıb tökülərdi. Onlar qonĢu hücrəyə girdilər.
Xalçanın üstündə uzanıb əllərini baĢının altına qoyub sağ dizini qaldıran Əbih Sultan onlara
baxırdı. Muradı təlaĢlı görüb soruĢdu.
– Nə var?
– Dedim karvansaraya düĢməyək də. DüĢmənlərimiz hamısı bura gələcək, görüb
tanıyacaqlar.
Əbih Sultan yerindən qalxıb oturdu.
– DüĢmənimiz budu?
– A baĢına dönüm, mən sizi heç tanımıram? Mən düĢmən olsam sizə nə eləyəsiyəm?
Murad onun qolunu dartdı. Yə‟ni “sən sus”: – Tacir gəlib. Məni də yaxĢı tanıdı. Adamları
da çoxdu. Tərpən, qan tökməmiĢ buradan çıxaq.
Onlar keçən gündə ġeyxin müridlərindən heç kimi tapa bilməmiĢ, əlləri Hüseyn Lələyə
çatmamıĢdı. Ġndi də bu hoqqa çıxıb. Murad gec tərpənsə bəlkə də artıq karvansarayın həyətində
qılınc qırğını baĢlamıĢdı.
– Hara gedək? – Əbih Sultan sanki öz-özündən soruĢdu, amma bu kəlməni hündürdən dedi.
– Mən bilirəm, – Cibo Səfər qorxa-qorxa dilləndn
– Sən nəyi bilirsən? – Murad hələ də onun qolunu buraxmamıĢdı.
– Gizlənməyə yer. Allahdan baĢqa orada sizin xətrinizə bir kimsə toxuna bilməz.
Onlar silahlarını qurĢadılar. Həyətə çıxanda karvan adamları yükləri yerbəyer eləyirdilər.
Deyəsən hələ tacirin baĢına gələndən heç kimin xəbəri yox idi. Onu axtarmırdılar. Əbih Sultan
üzünə qara niqab çəkmiĢdi, gözlərindən isə onu burada heç kim tanımayacaqdı. Murad isə sir-
sifətini gizlətmək niyyətində deyildi.
– Uzaqdı, yaxındı?
– Yaxındı.
Onlar karvansaranın həyətindən çıxdılar. Atları götürmədilər. Bu, vaxt aparardı və hər Ģey
məhv olardı. Onlar tayları daĢıyan karvan adamlarının yanından keçəndə tayın bir tərəfindən
tutan kiĢi dayandı, tay əlindən yerə düĢdü, əlinin dalı ilə alnının tərini sildi. Gözləri Muradda
qaldı. Murad da ona baxdı. Elə baxdı ki, onun əli-qolu boĢaldı. Tayın o biri tərəfindən tutan
adam bu baxıĢlara fikir verəndən sonra qıĢqırdı.
– Qaçaq Murad, Qaçaq Murad.
Amma heç biri onun üstünə gəlməyə cəsarət eləmədi. Hamısı yükü qoyub karvansarayın
həyətinə, tacirin yanına qaçdılar. Tərini silib hələ də nə edəcəyini bilməyənin yaxasını əlinə
keçirən Murad dar küçəyə, evlərin arasına çəkdi.
– Mənim dalımca gəlsəniz, salamat qurtaran deyilsiniz. Bu sözlərdən sonra o bir anda
yığıldı, üz-gözü əyildi. Murad onun yaxasını buraxanda tir-tap yerə düĢdü.
– Buna nə oldu?
– Heç, – deyə Əbih Sultan xəncəri qara əbasının altında qına saldı. – Tərpən. Murad
heyfsilənsə də heç bir Ģey demədi. Onlar Cibo Səfərin dalınca dar küçələri keçib baĢqa bir küçəyə
83 www.sarigelin.net
döndülər. Karvansara tərəfdən hay-küy eĢidiləndə onları Cibo Səfər – artıq Darül ĠrĢada, ġeyx
Səfiyyəddin türbəsinə çatdırmıĢdı.
– Buyurun.
Onlar qapıda dayanıb baĢmaq cütləyən adamın yanında, ayaqqabılarını çıxarıb çəkələk
geydilər və həyətə girdilər.
– Bizi hara gətirdin?
– Buradan yüz il çıxmasanız heç kim sizə barmaq toxundura bilməz. Hələ Əmir Teymur bu
ibadətgaha on kənd alıb bağıĢlayanda belə bir qayda qoymuĢdu ki, kim buraya pənah gətirsə onu
oradan çıxarmağa heç bir hökmdarın ixtiyarı yoxdur.
Murad buranı ziyarət eləmiĢdi. Ġndi burada qalmağı ağlına sığıĢdırmadı. Ürəyi darıxacaqdı.
– Əbih Sultan, indi oturub burada gözləyək ki, gəlib bizim keĢiyimizi çəksinlər.
Əbih Sultan Cibo Səfərə dedi.
– Sən bura deyəsən məhrəm adamsan?
– Bir az. Necə?
– Onda bizi Hüseyn Lələ bəyin yanına apar.
– Hüseyn Lələnin? Qoy öyrənim görüm burdadı? O, uzaqlaĢdı, kaĢılarla iĢlənmiĢ dəbilqə
Ģəkilli qapıdan içəri girdi. Amma gəlib çıxmaq bilmirdi. Əbih Sultanla Murad tut ağacının saralıb
tökülmüĢ xəzəllərinin üstündə gəziĢdilər, darıxdılar, ancaq Cibo Səfər gəlmədi ki, gəlmədi.
– Bizi aldadıb tələyə saldılar, Murad.
– Yox, bu fağır adamdı, aldatmaz.
– Onda Hüseyn Lələ bəy buradadı. Burdadısa iĢlər düzəldi.
Bir azdan dörd nəfər qara paltarlı, qırmızı börkülü adam gəldi. Aralarındakı ən yaĢlısı
pəltəkləyə-pəltəkləyə soruĢdu.
– Ziyarətə gəlib ağalar?
– Bəli, – deyə Əbih Sultan dilləndi.
– Onda silahları verin. Çıxanda qaytarallar. Ġmam övladının qəbri üstünə heç kim silah
gətirməyib.
Əbih Sultan bu kəlmələrlə Cibo Səfər arasında bir əlaqə gördü. Geri çəkilmədi. Bu iĢin
sonuna qədər getmək fikrinə gəldi. Belindən xəncərini, qılıncını açıb verdi.
Murad da qılıncını açdı.
– Qayıdanda bu silahları bizə verəcəklər?
– Bəli, ağa.
Onlardan biri silahları götürdü. Pəltək qabağa düĢdü, iki nəfər arxada onları müĢayiət elədi.
Səfər girdiyi qapıdan içəri girdilər, sağa döndülər. Qaranlıq bir dəhlizə ayaq qoyan kimi Muradın
da, Əbih Sultanın da baĢına qara örtük atdılar. Hərəni bir neçə adam sarıdı və götürüb harayasa
apardılar.
Karvanın adamları karvansarayın həyətində nə qədər axtardılarsa tacir Hacı HəĢimi tapa
bilmədilər. Karvansaray sahibi də məəttəl qalmıĢdı.
– Nökərlər hücrəni təmizləyirdi. Bu necə ola bilər.
– Ağanı öldürdülər. Qaçaq Muradı mən özüm gördüm,– deyə bayaq qıĢqıran nökər
ağlayırdı.
– Kim öldürəcək?
– Qaçaq Murad.
– O kimdi? Qaçağın, quldurun mənim karvansarayımda nə ölümü var?
– Öz gözlərimnən gördüm, ağa. Belə iri bığları var.
Kərbəlayi qabağa düĢüb hücrələrə baxmağa baĢladı.
– Yekə bığlı... Elə hamı yekə bığlıdı da. Hə, dediyin Hacı Nəsib ağadı. Ġki nəfərdilər, bu
hücrəyə düĢmüĢdülər. Ziyarətə gəliblər.
Kərbəlayi qapını itələyib açdı. Qaranlıq hücrədə heç nə görmədi.
– ġam gətirin, – deyə səsləndi. ġamı gətirdilər. Hücrədə qalxan, əmud vardı, bir küncdə iki
qiymətli yəhər görünürdü.
84 www.sarigelin.net
– Yoxdular.
Bu vaxt karvan adamlarından biri baĢılovlu gəldi.
– Öldürüblər.
– Kimi?
– Xəncəri lap ürəyinə soxublar.
– Kimin?
– Nökər Niyazın.
– Cəhənnəmə soxsunlar. Ürəyim düĢmüĢdü, dedim bəs Hacı HəĢim ağanı deyirsən. – O,
hücrədən çıxdı. Cəftəsi keçirilən hücrəni göstərib dedi:
– Burada da bir çıraxçı olur. ġamaxılı Səfər. O da sakit adamdı. Heç sərçə də öldürə
bilməz. Ġndi yəqin namaz qılmağa gedib.
– Aç hücrəni.
Kərbəlayı cəftəni qaldırıb qapını açdı. Ġçəridə səs eĢitdi. Ġniltiyə bənzəyirdi. Çırağı baĢının
üstünə qaldıranda qolu-qıçı bağlı bir adam gördü. Qorxub çəkildi.
– Balam bu nə müsibətdi. Görün kimdi.
Nökərlər içəri girib tacir Hacı HəĢim ağanın ağzından canamazı çıxartdılar. Canamazı onun
dodaqları arasına möhürqarıĢıq tıxamıĢdılar. Əl-qolunu açıb ayağa durğuzdular.
– Ay uĢaq, kiĢiyə bir qurtum su verin, qorxub. ġükür, sağ-salamatdı.
Karvansaray sahibi Ģəhər valisinin yanına getdi. Əhvalatı danıĢdı. Öyrəndi ki, elə bu gün
Süleyman Bicanoğlu qoĢunla Ərdəbilə gəlib. Onunla bərabər Ģəhər valisi karvansaraya gəldi,
taciri danıĢdırdılar, Ģahidləri dindirdilər, Muradla Əbih Sultanın əĢyalarını da, yəhərləri, atları
apardılar. Onları axtarmaq üçün Ģəhərə adamlar saldılar. ġəhər valisi qiymətli yəhəri Muradın
atının belinə qoymuĢdu, monqol madyanını isə yəhərsiz gətirtdirmiĢdi. Ġmkan tapan kimi öz
ilxılarının içinə göndərmək fikrindəydi. Süleyman Bicanoğlu monqol atını görüb elə bil
axtardığını tapdı.
– Bu madyanın sahibi hanı?
– Yoxa çıxıb, ya əmir.
– Yerin altından olsa çıxart gətir mənim yanıma. Dirisini. QoĢun sənin ixtiyarında, nə
qədər istəyirsən, götür.
QoĢundan ayırıb Ģəhərin ətrafında gözətçilər qoydular. Gəlib-gedənləri saxlayır, sorğu-
suala tuturdular. Amma səhər iĢığına qədər bir nəticə hasil olmamıĢdı.
Əbih Sultanın baĢından qara örtüyü götürəndə onun rəngi boğulmuĢ, nəfəsi qıncıxmıĢdı.
Gözləri iĢığa öyrəĢəndə çıraq hisinin iyini duydu və nəm divarlar arasında olduğunu gördü.
Sifətini qara bir kölgə kimi gördüyü adam deyirdi:
– Əbih Sultan, sən bizim qan düĢmənimizsən. Cəzanı özün de. Asaq, kəsək, ya...
– Kimdi məni danıĢdıran? Mənim bu dünyada düĢmənim çoxdu. Hansıdı məni Ġmam
övladının ziyarətində yaxalayan?
– ġeyx Heydərin yaxın dostları. Dərbənd yanında sən də vardın. Sənin də əlin ġeyxin
qanına bulanıb. Cəzanı özün kəs.
– Düzdü. Mən günahkaram. Ancaq ziyarətə gələn düĢməndən heyf almazlar. Mən onun
babasının qəbrinə pənah gətirmiĢdim. Ġmam övladı məni kölgəsində saxlaya bilmədi?
– Ziyarətlə sənin günahın bağıĢlanası günah deyil.
Səsin sərtliyindən, Əbih Sultan baĢa düĢdü ki, onun sonu çatıb. Amma ümid iĢığı görürdü.
O özü elə bu adamları axtarırdı. Tapıb...
– Mən günahımı yuyaram
– Nəylə?
– ġeyxin övladlarını verərəm.
– Aldada bilməzsən. Sənin özünü Süleyman Bicanoğlu axtarır. Daha əlində ixtiyarın
qalmayıb.
85 www.sarigelin.net
Əbih Sultanın baĢını açsalar da, onun qolları bədəninə sarınmıĢdı. Kötük kimi yanı üstə
yıxmıĢdılar. Onsuz da indi ona qolları lazım deyildi. Qolları açıq olsa, əlində qılınc olsa belə
buradan özünü xilas eləyə bilməyəcəkdi. Ona dil lazım idi. Dilini də iĢə salmıĢdı.
– Mən kimnən danıĢıram? Hüseyn Lələ bəylə?
– Tutaq ki, ġeyx Heydərin uĢaqlarını bizə necə verərsən?
– Mənə kömək eləsən, adam versən, onların xilası əlimdə olacaq.
– Necə?
– Rüstəm Mirzə Əlincədədi. Onu qurtarıb taxta çıxarmaq lazımdı.
– Tutaq ki, onu qurtardıq, taxta çıxartdıq. Sonra uĢaqları bizə verməsə necə?
– Verər. Onun gücü yoxdu. Onu taxta sənin adamların çıxarandan sonra hər Ģeyə razı olar.
Bu fikir Hüseyn Lələnin ağlına batdı.
– Sözlərinə inana bilmirik.
– Siyasətin nə olduğunu bilməmiĢ deyilsən. Dünən qanını içdiyin adama bu gün qurban
getməyə razı olursan. Ağqoyunlu sarayı üçün nələr eləmiĢəm, bunu bütün məmləkət bilir. Ġndi
heç bir günahım olmasa da həyatım bir tükdən asılıdır. Rüstəm Mirzəni taxta çıxarmaq üçün səni
görməyə gəlmiĢəm. Əslində mən ġeyxin övladlarından çox, özümü fikirləĢirəm. Əbih Sultan elə-
belə, səssiz-küysüz, rüsvayçılıqla həyatdan gedə bilməz. Əvvəlki mərtəbəyə qayıtmağım üçün
hökmdar dəyiĢməlidir. Qurana əl basıb söz verirəm ki, Rüstəm Mirzə taxta çıxan kimi Sultanəli
Ərdəbil padĢahı olacaq.
– Onda Ģərtlərimizi yazaq, möhür basaq.
Əbih Sultan fikrə getdi.
Bəlkə onlar bu yazını alandan sonra Bəysunqurla əlaqə yaradacaqlar, Ģeyxin övladları üçün
onu verəcəklər. Yox. Bəysunqur bu alıĢ-veriĢə getməz. Onsuz da Əbih Sultan artıq onun üçün
yoxdur.
– Yaman fikrə getdin Əmir Ġbrahim? – Əbih Sultanın bir adı da Əmir Ġbrahim idi.
– Yox, mən razı. Yazaq.
Onlar Ģərtlərini yazdılar. Bundan sonra hər ikisi barmaqlarındakı üzükləri çıxardılar.
Müridin gətirdiyi davada batırıb kağıza basdılar.
ƏLĠNCƏ QALASINDA
Əlincənin qapıları açıldı. Əbih Sultap dönüb Hüseyn Lələyə baxdı. Demək burada hələ də
onun hökmü iĢləyir. Əvvəl o atını sürdü. Bu onun Bəysunqura hədiyyə apardığı qara monqol
madyanı deyildi. Dədə bəy ilxılarını yəhərlətdirmiĢ, müridlər atlara süvar olub Əlincəyə
gəlmiĢdilər. Dədə bəy özü də burada idi. Hər əmri o verməli idi. Əgər Əbih Sultanda satqınlıq
görsələr, özü qılıncı onun baĢına endirəcəkdi.
Atın ayaqları daĢ döĢənmiĢ qala meydanında çaqqıltı salaraq yeridi. Dədə bəy də onun
yanında. Qalabəyi onları qarĢılayırdı. Yeriyib Əbih Sultana baĢ əydi:
– Ya əmir, müntəzirəm hökmünə.
Qalabəyi yaĢlı, ağ saçları dəbilqəsinin altından çıxan cəngavər idi. Qara sifəti vardı, iri,
çevrilmiĢ dodaqları sifətindən də qara idi, O, Əbih Sultanın hökmünə, hikkəsinə çoxdan bələd
olmuĢdu. Ġndi uzatdığı möhürlü fərmanı açıb baxmadı.
– Rüstəm Mirzəni aparmağa gəlmiĢəm. Bu da fərmani hümayun.
– Atlardan düĢün, ya əmirül-ümara, yol gəlib yorulmusunuz.
– Qayıtmalıyam. Bir qurtum su içməyə də vaxt yoxdu.
O, Əlincə qalasına qalxmağa ürək eləməmiĢdi. Qaladan adam çıxmasını gözləmiĢdilər.
Təbrizə gedən atlını saxlayıb sorğu-suala tutmuĢ, atdan salıb əl-qolunu bağlamıĢ, öyrənmiĢdilər
ki, Əbih Sultan barəsində Təbrizdən hələlik heç bir xəbər gəlməyib. Görünür nə Bəysunqur, nə
Süleyman Bicanoğlunun ağlına gəlməmiĢdi ki, Əbih Sultan Əlincəyə gələ bilər. Ona görə də
onun Ģah qəzəbinə gəlməsi barədə heç bir fərman, sərəncam gəlməmiĢdi. Əbih Sultanın da
86 www.sarigelin.net
qorxduğu bir bu idi. Əgər Əlincə qalabəyisi bilsə, o qalaya girə bilməyəcək, Rüstəm Mirzəni də
xilas etmək mümkün olmayacaqdı. Belə olduqda baĢqa bir tədbir fikirləĢmiĢdi. Üç min nəfərlik
mürid qoĢunu Təbrizin üstünə yeriyib Bəysunquru tutmalı, e‟dam etməli idi. Amma bu fikrini nə
Dədə bəyə, nə də Hüseyn Lələ bəyə demiĢdi. Desə, bəlkə də razı olmayacaqdılar. Onda Əbih
Sultanın boynu qılınc ağzında olacaqdı.
– Tez olun, əlli tərpənin.
Onlar burada olan müddətdə Təbrizdən çapar gəlsə, yenə də hər Ģey alt-üst ola bilərdi.
Rüstəm Mirzəni gətirdilər. Qollarında zəncir, ayaqlarında kündə vardı. Kündələr o addım
atdıqca, daĢ üstündə sürünür, ət ürpədən səs çıxarırdı. Qollarını qaldırıb qaĢlarının üstünə qoydu.
GünəĢ iĢığından az qalmıĢdı kor olsun.
– Asmağa aparırsan? – Rüstəm Mirzə kinayə ilə soruĢdu.
– Mən buyruq quluyam. Hökmdar istəyib, mən də aparıram. Fərman belədir ki, Təbrizə
qədər baĢından bir tük əskik olmasın.
– Təbrizdə hər tükümdən intiqam alacaqlar, eləmi?
– Onu Sultan bilər, sən bilərsən. – Açın əllərini, ayaqlarını, ata mindirin.
Əbih Sultanın əmrini yerinə yetirdilər. Murad Rüstəm Mirzənin mindiyi atın yüyənini öz
əlinə aldı.
– Bağlayın gözlərimi! – GünəĢ iĢığına baxandan sonra elə bil gözlərinə qum dolmuĢdu. –
Sonra da əlavə elədi:– Lazım deyil, bağlamayın. Bəlkə də Təbrizdə gözlərimdən birdəfəlik
məhrum oldum, heç olmasa yollara axırıncı dəfə baxaram. Nə görsəm qənimətdi.
– Narahat olma, Rüstəm Mirzə.
Bu səsdən sonra Rüstəm Mirzə susdu. Elə bil qaranlıq mağaraya düĢmüĢdü. Göz-gözü
görməyən yerdə əllərini sürtüb özünə kömək axtaranda əlləri yumĢaq bir bədənə toxunmuĢdu.
Soyuq və yumĢaq bu bədənin ilan olduğunu birdən-birə bilmiĢdi.
– Məni kim aparır?
– Əbih Sultandı, – deyə o səsinə mülayimlik verdi ki, Rüstəm Mirzə e‟tirazını bildirməsin.
Rüstəm Mirzə sürüĢüb yəhərdən düĢdü.
– Getmirəm. Qoy məni gəlib buradan Bəysunqurun cəlladı aparsın. Ona razıyam. Əbih
Sultan aparmasın. Əbih Sultan, yadında saxla, mən taxta çıxacam. BaĢıma tac qoyduğum birinci
gün sənin ananı mən ağlar qoyacam.
Dədə bəy təəccüblə Hüseyn Lələnin üzünə baxdı. Onun razılığını istəyirdi. Rüstəm Mirzəni
götürüb aradan çıxarmaq üçün onun gözləri ilə razılığını bildirmək bəs edərdi. Lələ qılıncının
qəbzəsini bərk-bərk sıxıb dayanmıĢdı. Him-cimlə Dədə bəyə baĢa saldı ki, özünü ələ alsın.
Əbih Sultan əhvalatın gediĢinin belə dönməsini gözləmirdisə bir anlığa özünü itirdi.
Qalabəyinin yanında ona öz fikrini baĢa sala bilməzdi. Üstünə hirslənmək, ona kobudluq da
göstərmək istəmirdi. Onsuz da onun yanında günahı çox idi. Sabah taxta çıxarsa ixtiyar Rüstəm
Mirzənin əlində olacaq. Hökmdar nəsli də dəvə kimi kinli olur. Barmağının onunu da Ģama
çevirsən belə yaxĢılığı yadlarında saxlamırlar.
Rüstəm Mirzə qalanın meydançasında dayanıb var kücü ilə bağırırdı.
– Qaytar məni zindana, çal köpəkoğlu. Rüstəm Mirzənin ölüm hökmü gəlməyinə baxma,
taxta çıxacam. Onda sənin də o ağ saçlarını qana bulamaq mənə borc olsun. Hələ gözlərimə mil
çəkməyiblər, hələ boğazıma kəndir salıb dar ağacına qaldırmayıblar. Qaytar məni zindana.
Rüstəm Mirzə son iki gündə zəncirləndiyi divarda qarĢısındakı hürufi ilə çox danıĢırdı. Elə
özü deyir, özü də eĢidirdi. Pirani qoca isə ona cavab vermək istəmir, bir kəlmə də cavab
qaytarmırdı. Dünən keĢikçi içəri girəndə görmüĢdü ki, qocanın son nəfəsidir. Zəncirdən azad
eləyib samanın üstündə uzatmıĢdı. Qocanın saqqalının və bığlarının arasında görünən dodaqları
tərpənib son sözlərini pıçıldamıĢdı:
– Mən hələ çox yaĢayacaqdım. Bu nadanın sözləri məni öldürdü.
Rüstəm Mirzə yenidən zindana qayıtmıĢdı. Qalabəyi isə sual dolu baxıĢlarını Əbih Sultana
dikmiĢdi, yə‟ni nə eləyək? Əbih Sultan da ona baxdı, iĢarə verdi ki, gətirsinlər. Qalabəyi baĢ əyib
dedi: – Ya əmir, səni baĢa düĢdüm – deyib içəriyə getdi.
87 www.sarigelin.net
Birdən onun fikrindən nə keçdisə qalabəyinin dalınca zindana qaçdı. Qapıları bir-bir
itələdi. Heç biri açılmadı. Pillələrlə aĢağı endi. Burada da qapılar bağlı idi. “Necə fürsəti əldən
verirəm. Allahın mənə göndərdiyi bu imkan əldən çıxsa, get qəbrini qaz, Əbih Sultan. Amma o
qəbirdə basdırılmağa sənin bir sağ tikən də tapılmayaçaq”
O, zirzəminin dar dəhlizində o tərəf, bu tərəfə qaçıb qalabəyini səsləyirdi. Bu vaxt
qapılardan biri açıldı. Qoca qalabəyi qan-tərin içində, gülümsəyə-gülümsəyə çıxdı.
– Hazırdı.
– Nə hazırdı?
– Rüstəm Mirzəni deyirəm.
– Getməyə razılıq verdi?
– Verdi.
Əbih Sultan gördü ki, qalabəyi özündə deyil. Onun yaxasından yapıĢdı. Sövqi-təbii hiss
eləmiĢdi ki, nəsə bir əhvalat baĢ verib. Həmin əhvalat isə onun ümidlərini alt-üst eləyib.
– Nə iĢ tutmusan?
– Heç nə. Boğdum Rüstəm Mirzəni.
– Neynədin? Boğdun?
O, qalabəyini divara necə vurdusa baĢı daĢa dəydi, gözləri süzüldü, dizləri qatlandı, tir-tap
döĢəməyə uzandı. Əbih Sultan içəri girdi. Əvvəl Rüstəm Mirzənin məstlərinin altını gördü.
Dostları ilə paylaş: |