– YaxĢı, Qur‟ani-Ģərifi gətir, and iç, inanım.
– Qur‟ana and içmək belə yüngül, asan iĢdi? Oturub çörəyinizi yeyin, mən hamama gedim,
yuyunub pak olum, kəfən geyim, bütün Lahican əhlini yığaq məscidə, axundların, üləmaların
yanında sənə and içim, razısan?
Qasım bəy gördü ki, bu elə mərasimdi ki, orada kim yalan danıĢsa arabadan düĢən boranı
kimi parça-parça olar. RazılaĢmalıdır.
– Mən razı.
– Belə olmaz. Sən də, yoldaĢların da hamamda çimib pak olmalıdı. Namazımızı da
qılmalıyıq.
– YaxĢı.
Onlar razılığa gəldilər. Mirzə Əli qalxıb otaqdan çıxdı. Ġndidən onun vücudunu titrəmə
tutmuĢdu. Ġsmayılı özü gizlədib saxladığı yerdə dünyada ən çox əyildiyi, öpdüyü, kəramətinə
inandığı Qur‟ani-Ģərifə necə and içəcəkdi. Bu and Ġsmayılı da, BiyəpiĢi də xilas edə bilərdi.
Mirzə Əlinin də baĢqa heç nəyə gümanı gəlmirdi. Arxa otaqların birində oğlunu yanına çağırdı.
Hündürboy, qollu-qanadlı böyük oğlu gəlib ayaq üstündə dayandı.
– Oğul, çox böyük bir imtahan qabağındayam. Əgər ondan çıxa bildim, bildim, çıxa
bilməsəm mənim yerimdə oturub camaatımızı atan kimi ağıl və təmkinlə idarə eləyərsən. Heç
kimi heç kimin ayağına verməzsən. Ədalət sənin birinci məsləhətçin olmalıdı.
Oğlu bu sözləri eĢidəndə kövrəldi, qəhərləndi.
– Nə imtahandı, atayi mehriban. Mən ölmüĢəm ki, sən özünü çətinliyə salasan?
130 www.sarigelin.net
– Yox, ay oğul. Mən Qasım bəyə Qur‟ana and içməliyəm ki, Ġsmayıl burada yoxdur.
Bilirsən ki, mən heç vaxt yalan danıĢmamıĢam. Ġndi o yalanı deməyə məcburam. Həm də Qur‟ani
kəbri də Ģahid gətirməliyəm. Bilirəm ki, o and içməkdən sonra çox yaĢamayacağam.
– And içmə, atayi mehriban.
– Ayrı çıxıĢ yolum yoxdur.
– Atayi mehriban, peyğəmbərin nökəri həzrəti Məhəmmədi bir çuvala qoyub atdı kürəyinə,
gəlib darvazadan çıxanda keĢikçilər soruĢdu ki, o çuvalda apardığın nədi? Dedi, peyğəmbərdi.
KeĢikçilər inanmadılar, gülüĢüb onu buraxdılar. ġəhərdən uzaqlaĢanda, Peyğəmbər soruĢdu, ya
Salman, mənim yerimi keĢikçilərə bildirdin? Dedi ki, ya peyğəmbər, səndən ötrü yalan
danıĢmalıydım? Ġndi Ġsmayıl kimi körpə bir uĢaqdan ötəri yalan danıĢmaq fikrindəsən?
– Bəli, oğul. Ġsmayıl elə bir pöhrədi ki, o böyüyüb qol-budaq atanda kölgəsi bütün ölkəni
tutacaq.
Birdən Mirzə Əli çıxıĢ yolu tapdı. Onun sifəti iĢıqlandı, gözləri nurladı. – Tapdım. Tez
atını minib Lələ bəyin yanına.
O, fikrini oğluna baĢa salandan sonra rahatca hamama yollandı.
Bütün Lahican əhli cümə məscidinə yığıĢmıĢdı. Minbərin qabağında burada saxlanan ən
qədim Qur‟anı gətirib rəhilə qoydular. Mirzə Əli əyninə ağ kəfən geymiĢdi. Ayaq üstündə
dayanıb dodaqları arasında nəsə oxuyur, zikr eləyirdi. Amma gözləri fərĢ üstündə bardaĢ quran
adamların baĢı üstündən qapıya zillənmiĢdi. Oğlunun qayıdıb gəlməyini gözləyirdi. Hələ ki,
böyük oğlu qayıdıb gəlməmiĢdi, ona görə də oxuduğu duanı dəfələrlə təkrar edir, mərasimi
uzadırdı.
Qasım bəy bardaĢ qurub üləmaların arasında oturmuĢdu. Lahican hamamından çıxandan
sonra rəngi xeyli dəyiĢmiĢdi. Sifətindəki kir, pasaq təmizlənmiĢdi. Mirzə Əlinin gecikməyini
oxuduğu dualarla əlaqədar bilib darıxırdı.
Birdən Mirzə Əli cana gəldi. Oğlu qapıda göründü və gözləri ilə iĢarəsini verdi ki, atasının
tapĢırığını yerinə yetirib. Mirzə Əlinin canını bayaqdan çulğayan titrətmə keçdi, o namaz qılırmıĢ
kimi Quranın qabağında diz çökdü. Onu götürüb dodaqlarına yaxınlaĢdırıb öpdü, sonra sağ əlinin
beĢ barmağını da onun dəri cildinə basıb üzünü Qasım bəyə tutdu:
– Qasım bəy, and olsun bu Qurani kəbirə, Qurani-Ģərifə ki, ġeyx Heydər oğlu Ġsmayıl
BiyəpiĢ torpağında yoxdur. Bundan sonra o Quranı bir daha öpüb yerinə qoydu və ayağa qalxdı.
Bu vaxt Lələ bəyin dəmirağacdan asdığı beĢikdə uzanan Ġsmayıl dərin və Ģirii bir yuxuya
getmiĢdi.
XUDAFƏRĠN KÖRPÜSÜ
II hissƏ
UZUN HƏSƏN, GÖDƏK ƏHMƏD
Yolların toz-torpağı sifətində, bədənində tərə qarıĢıb əl qalınlığında palçıq əmələ gətirən
çapar yaydan çıxan ox kimi Təbrizə tərəf süzürdü. Elə çapırdı ki, sanki arxadan onu canavar
bölüyü qovurdu. ġad xəbər aparana oxĢamırdı. Ġnsanın xilqəti belədir. ġad xəbəri tez çatdırmağa
heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır. Ona görə də deyirlər: “Bəd xəbərin atı
yüyrək olar”.
Təbrizin qala divarına çatanda atın dizləri qatlandı, çənəsi yerə dəydi, dal ayaqları göyə
qalxdı, boynu altında qalıb xırçıltı ilə qırıldı. Çapar isə bir az kənarda üzü üstə yerə gəldi. Əlləri,
sir-sifəti siyrildi. Ona bir Ģey olmasa da o qədər yorulmuĢdu ki, heç yerindən qalxmaq istəmədi.
Elə beləcə yatıb qalardı.
131 www.sarigelin.net
Qala divarından baxan fərraĢlar qapını açıb ona tərəf gəldilər, biri onun qolundan tutub
qaldırdı.
– Yaralanmamısan?
– ġükür Allaha, salamatam.
– Kimsən?
– Çaparam, məni saraya aparın, tez. Vacib xəbər var. At verin.
BaĢ fərraĢ qala divarının qapısının arxasındakı səkidə, tut ağacının kölgəsində oturub
xumarlanırdı. Üz-gözünə xeyli milçək qonmuĢdu. FərraĢ çaparı içəri gətirib ona əhvalatı danıĢdı.
O da gözünü açmadan əlini yellədi. Bilmək olmurdu milçəklərini qovur, ya da deyir ki, yola
salın. FərraĢ onu ikinci mə‟nada baĢa düĢdü. Çaparı baĢqa fərraĢa tapĢırıb darvazadan çölə çıxdı,
boynu altında qalıb qırılmıĢ çapar atının yəhər-yüyənini açmağa baĢladı. Lap köhnə yəhər idi.
Deyəsən heç çaparın özününkü deyildi, hardasa öz atını çatladıb bunu alıb gəlmiĢdi. Elə bundan
görünürdü ki, çox vacib və ağır xəbər gətirib. TurĢumuĢ at iyini uda-uda tapqırları boĢaldıb
yəhəri götürdü, quĢqunu atın quyruğundan çıxartdı. Atın tərkindəki köhnə xurcunu da götürüb
ələk-vələk elədi. Orada qurumuĢ təndir çörəyinin arasında duzlu Ģordan baĢqa heç nə yox idi.
FərraĢ gördü ki, qəniməti elə gözə dəyən bir Ģey deyil, gözləri axtardı, atın göydə qalan
ayaqlarında təptəzə nallar gördü. Xurcunu, yəhər-yüyəni götürüb içəri girdi. Tutun altında
xumarlanan, üz-gözünə milçək qonan fərraĢbaĢı əli ilə iĢarə verdi ki, qənimətini gətirib onun
yanına qoysun.
FərraĢ da ürəyində deyinə-deyinə yəhər-yüyəni gətirib onun yanında yerə qoydu, kəlbətin
götürüb nalları sökməyə getdi. “Neçə vaxtdı donluq vermirlər, ev-eĢiyə bir xeyrimiz dəymir,
dəyər ey, bu tiryəki köpəyoğlu qoysa. Bir dəfə gözünü də açmır, hər Ģeyi də görür. Qapıdan keçib
bazara gedənlərdən az-çox alırıq, onu da bizə çox görür. Milçəklər bunu yeyib tərk eləsəydilər,
canımız qurtarardı”.
Çapar artıq saraya çatmıĢdı. Onu sahib xəbər birbaĢ Əbih Sultanın yanına apardı. Çapar heç
əl-üzünü də yumamıĢdı. Tər alnından axıb sifətindəki palçıqdan izlər açaraq aĢağı gedirdi. BaĢ
əydi. Sahib xəbər Əbih Sultana onun vacib xəbərlə gəldiyini demiĢdi.
– Hə, de görüm nə xəbərlə gəlmisən?!
Çaparın dodağı çatladı. Həmin çatdan al qırmızı qan axıb tərə, palçığa qarıĢdı. Bilirdi ki,
Əbih Sultanın bəd xəbərdən xoĢu gəlmir. Bir dəfə də çaparlardan birini belə bir xəbərin üstündə
mal kimi ĢaqqalamıĢdı. Sahib xəbər əslində çaparın dediyini özü çatdırmalıydı, amma Əmir əl
ümaranın bu xasiyyətinə görə öz yaxasını kənara çəkmək üçün çaparları dartıb saraya gətirirdi.
Çünki son vaxtlar məmləkətin hər tərəfindən bəd xəbərlər alınırdı. Heç yaxĢı xəbər gəlib
çıxmırdı. Hər dəfə çapar gələndə, sahib xəbər elə bilirdi ki, o dünyaya gedib-gəlir.
Çaparın dili tutulmuĢdu. Bir kəlmə danıĢa bilmirdi. DanıĢmaq istəyir, amma bacarmırdı.
Desin, nə desin? Deməsə, aldatsa, onda iĢi lap pis olardı. Əmir əl ümara üzünü sahib xəbərə
tutdu.
– Sənin bu çaparın laldı deyəsən.
– Yox, həzrəti əmir əl ümara, dili var, özünü itirib.
– DanıĢ görək, nə xəbərlə gəlmisən?
Çapar özünü toplayıb danıĢdı, nə olar, olar:
– Mənə dedilər çatdırım ki, düĢmən Təbrizin iki mənzilliyindədir.
– DüĢmən? Hansı düĢmən?
– Osmanlı qoĢunu, əlahəzrət - çapar ikiqat əyildi.
– Çoxdu qoĢun? Özün görmüsən?
– Bəli, əlahəzrət, qarıĢqanın sayı var, qoĢunun sayı yoxdu.
– Sərkərdələri kimdi?
– Sərkərdələri, Ģahzadə Əhməd.
– Sən çaparxananın çaparısan?
Sahib xəbər nə qədər çapara baxıb iĢarə vermək istədi ki, “bəli” desin, amma çapar “yox”
dedi. Mən Urmiyyə tərəfdə Səməndər xanın çaparıyam. O göndərdi - xəbər verim.
132 www.sarigelin.net
Əmir əl ümara Əbih Sultan əllərini əllərinə vurdu.
Silahlı fərraĢ içəri girdi.
– Sarayın fərraĢbaĢını buraya çağır.
O, “bəçeĢm” deyib çıxdı. Bir azdan fərraĢbaĢı üç nəfər silahlı fərraĢla içəri girdi. Əmir əl
ümara Əbih Sultan xara kaftanını xıĢıldadaraq qolunu qaldırdı, Ģəhadət barmağını sahib xəbərə
uzatdı.
– Zindana. Əllərinə qandal, ayaqlarına kündə vurun. Özüm gəlib haqqına divan çəkəcəyəm.
Mənim sahib xəbərimə bax. DüĢmən gəlib çıxıb Təbrizə, biz indi xəbər tuturuq. Satqın. Səni
osmanlılar satın alıb. O aldığın qızılları əridib boğazına tökəcəyəm.
Sahib xəbər qılınca əl atmaq istədi, onun qollarını burub yerə yıxdılar. Qollarını arxada
qatlayıb sarıyanda, o, sifətini yerdə xalçaya sürtə-sürtə birtəhər baĢını döndərdi və qıĢqırdı.
– Mən satılmamıĢam. Mənim heç nədən xəbərim yoxdu. Heç kimdən heç nə almamıĢam.
– Xəbərin yoxdu? Bəs necə sahib xəbərsən? FərraĢ, bazardakı zərgərlərdən birini çağır,
bütün dəmdəstgahını götürüb gəlsin.
Sahib xəbəri sürüyə-sürüyə apardılar. Çapar isə dodağının qanını nə qədər sildisə, quruda
bilmədi.
Əmir əl ümara Əbih Sultan fikrə getmiĢdi. Ona Rüstəm Mirzə əmirlər əmiri rütbəsi
vermiĢdi və sarayın bütün açar-kilidi onun əlindəydi, bütün məsələləri də özü həll eləyirdi. Ġndi
qoĢun gəlməyi xəbərini ona verməyə tələsmədi.
Osmanlı qoĢunları heç vaxt Azərbaycan sərhədlərini keçib Təbrizə ayaq basmamıĢdı. Bəs
birdən-birə bu nə yürüĢdü?
Uzun Həsən vaxtilə Avropanın ən qüdrətli dövləti olan Venedikt cümhuriyyəti ilə saziĢə
girib Fateh Sultan Məhəmmədə meydan oxumağa baĢlamıĢdı. O, hətta yeznəsi Murad Mirzəni
Ġstanbula elçi kimi göndərmiĢ, özünün Teymur xələfi olduğunu, yə‟ni gündoğan türk
padĢahlarının hökmdarı kimi, osmanlıların Əmir Teymur oğlu ġahruxa verdikləri xəracı tələb
etmiĢdi. Avropadakı fəthləri ilə məĢğul olan fateh Sultan Məhəmməd daha bir çətinlik qarĢısında
qalmıĢdı. Münasibətlərin gərginləĢməsi iki, qüdrətli türk dövləti arasında müharibəyə gətirib
çıxarmıĢdı. Hərbi səfərə Uzun Həsən baĢlamıĢdı. O, Malatyada türk ordusunu məğlub etmiĢdi.
Lakin ən böyük zəfər elə bununla da qurtarmıĢdı. O vaxt bütün Avropa dövlətlərini titrədən fateh
Sultan Məhəmmədin çox yaxĢı tə‟lim görmüĢ, top və tüfənglə silahlanmıĢ ordusu vardı. Uzun
Həsən isə özünün süvarilərinə arxalanırdı və ordusunda bir dənə də olsun odlu silah yox idi. Belə
silahla vuruĢmağı özünə ar bilirdi. Ərzincan və Tircan arasındakı Otluqbelli düzündəki meydan
müharibəsində yüz doxsan minlik osmanlı ordusunu görəndə heyrətə düĢüb demiĢdi. “Qəhbə
osmanoğlu gör nə dərya yaradıb?!” və bu kəlam geniĢ yayılmıĢdı. Həmin döyüĢün sonu da Uzun
Həsənin faciə ifadə edən bir kəlamı ilə nəticələnmiĢdi. Qaramanlılara arxalanıb fatehin üstünə
gələn Uzun Həsən məğlub olub ordunun çox hissəsini itirəndən sonra üzünü qaramanlı Piri
Əhməd bəyə tutub demiĢdi: “Bihəya Qaramanoğlu, görüm sənin xanədanın xaraba qalsın, mənim
bədnamlığımın səbəbi sənsən. Osmanlılarla mənim nə iĢim vardı, axı?”.
Bu döyüĢdən xeyli sonra Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasının üzünə ağ olub
ġirazda qiyam qaldırmıĢdı. Atası onun üstünə qoĢun yeritmiĢ, hələ qoĢunlar üz-üzə gəlməmiĢ o,
xəcalətindən baĢ götürüb qaçmıĢdı. Sonra anasını və ölkənin ən hörmətli adamlarını atasına
minnətçi salmıĢdısa da, Uzun Həsən oğlu ilə barıĢmamıĢ, o da baĢ götürüb Ġstanbula gedərək,
atasının düĢməni fateh Sultan Məhəmmədə sığınmıĢdı. Fateh onu böyük dəbdəbə ilə qarĢılayaraq
yeganə qızı Gövhərxan sultanı ona ərə vermiĢ, onu əvvəl bəylərbəyi, sonra isə “paĢa” rütbəsinə
qədər yüksəltmiĢdi.
Atasının taxtına göz dikən Uğurlu Məhəmməd üçün bu rütbələr çox kiçik paylar idi. O,
Azərbaycan torpaqlarına qayıdıb vaxtilə sərkərdəlik məharəti (atasının ordusunda sağ cinah
sərkərdəsi idi), qılınc gücünə qoruduğu torpağa basqınlar eləyir, talayır, çapır, geri dönürdü.
Atası çox güdəndən sonra belə basqınların birində onu əsir aldı, Təbrizə gətirib hamının
gözü qabağında asdırdı.
Ġstanbulda isə onun fatehin qızından bir oğlu qalmıĢdı: Gödək Əhməd.
133 www.sarigelin.net
Ġndi Təbrizin yaxınlığında dayanan qoĢunu Gödək Əhməd gətirmiĢdi. Uzun Həsənin
taxtına Gödək Əhməd sahib durmağa gəlmiĢdi.
Əmir əl ümara baĢını qaldırdı və qarĢısında hələ də dodağından qan axan, palçıq heykələ
bənzəyən çaparı gördü:
– Sən hələ burdasan?
– Əmrinizə müntəzirəm, əlahəzrət.
O, xidmətçilərə göstəriĢ verdi ki, onu hamama aparsınlar, sonra yedirib içirsinlər və onun
yanına gətirsinlər. Əlini atıb sandıqdan bir kisə pul çıxarıb ona atdı.
– Götür, halalın olsun. Atın varmı?
– At çatdadı, əlahəzrət.
– Atın da olacaq, yanıma gələrsən, səninlə iĢim olacaq. Çaparı aparandan sonra xəbər gəldi
ki, bəs onun tapĢırdığı zərgər bütün dəmdəstgahıyla hazırdı.
– Aparın sahib xəbər salınan zindana, mən də gəlirəm. – O sandıqdakı pul kisələrindən
birini götürüb çin xarasından tikilmiĢ kaftanının cibinə qoydu, qalxıb “Səkkiz behiĢt” sarayının
divanxanasına getdi. Oradan aĢağı endi. Zərgərə yer düzəltdirdi, torbanın ağzını açıb qızılın
yarısını onun əritmə qabına tökdü, yarısını özünə verdi.
– Ərit, – dedi.
Zərgər kiçik kürəsini iĢə saldı. Bir azdan qızıl pullar əriyib su kimi bir-birinə qarıĢdı. Əbih
Sultan fərraĢlara buyurdu ki, sahib xəbəri gətirsinlər. Qolları bağlı, ayaqları kündəli sahib xəbəri
onun qabağında oturtdular.
– Boynunu geri qanırın bu satqının.
Sahib xəbər mal kimi böyürürdü. Söz deməyə imkan vermirdilər desin. O bağırır, gələcək
əzabın verəcəyi ağrının qıĢqırıqları əvvəldən zindana yayılırdı.
FərraĢlar onun baĢını geri qanırıb, elə tutdular ki, ağzı yuxarıda dayansın, ərinmiĢ qızılı
onun boğazına tökmək asan olsun.
– Ver bura görüm, – o özünü itirmiĢ zərgərə qıĢqırdı. Zərgər qızıl ərinmiĢ çömçəyə oxĢar
qabın qulpunu ona verdi. O özü götürüb sahib xəbərə yaxınlaĢdı. Amma bədbəxt sahib xəbər
artıq səsini kəsmiĢdi, diĢlərini kilidləyib dodaqlarını yummuĢdu. FərraĢbaĢı dedi:
– Ağzını açmır.
– Eybi yoxdu, indi açar.
O, qabı əyib qızılı örtülü dodaqların üstündən tökəndə, o birdən bağırdı və ərinmiĢ qızılın
hamısı onun boğazının yoluna axdı və o, bir neçə an çabalayıb boĢaldı.
Əmir əl ümara Əbih Sultan qızıl ərinən qabı zərgərə qaytardı və dedi:
– Qayıt iĢinə, bazarda bu gördüyünü danıĢ.
– Mənim nə iĢimə. Sarayın sözünü bazarda niyə danıĢım axı.
– Yox, mənə qulaq as, danıĢ, de ki, kim öz taxtına xain çıxır, onun boğazına qızıl əridib
tökürlər. Bir də onu de ki, qızılı hər adamın boğazına tökmürlər. Qara camaatın boğazına
qurğuĢun tökdürəcəm, o ucuz baĢa gələr.
– BaĢ üstə!
FərraĢlar qandalları açanda Əbih Sultan da heç bir Ģey olmamıĢ kimi qayıdıb öz otağına
getdi. O, çox qətllər eləmiĢ, çox qanlar tökmüĢdü. Amma yadında qalan, yuxusuna girən iki ölüm
vardı. Biri AləmĢahbəyimin ölümü idi ki, bu ölüm Əbih Sultanı alçaldıb heçə endirmiĢdi. Sanki
zəhər içib onun cəngindən qurtarmaqla ona ölüm hökmü kəsmiĢdi, ikinci ölüm isə “A...a...a”
deyə canını tapĢıran Ġbrahimin qətliydi. Bu ölüm ona görə tez-tez yuxusuna girib onu
diksindirirdi ki, onun da Ġbrahimə bənzəyən oğlu vardı. Bəzən dəhĢətli yuxular görürdü. Görürdü
ġeyx Heydər əlində kaman onun oğlunun yatdığı otağa girir və kamanın kiriĢini oğlunun
boğazına söykəyib sıxır, uĢağın gözləri çevrilir, rəngi qaralır, sonra kiriĢi çəkir, oğlu özünə gəlir,
kiriĢi bir də sıxır. Hər kərə onu üç dəfə öldürüb ölümdən qaytarır, durub gedəndə deyir:
– Sən nə qədər sağsansa mən hər gün səni üç dəfə boğacam. Atanın intiqamını bundan
baĢqa heç nə ilə almaq mümkün deyil.
134 www.sarigelin.net
Qalan qətllər isə onun heç yadına da düĢmürdü. Həm də indi bir sahib xəbərə görə fikrini
dağıtmayacaqdı ki...
Otağına döndü və Hüseyn Əlixaninin dalınca adam göndərdi. Ġki mənzili Gödək Əhmədin
ordusu ən çoxu iki günə gələcəkdi. Ġki gündə isə ordu toplamaq, onun qabağına çıxmaq heç cür
mümkün deyildi. Belə müharibəyə aylarla, illərlə hazırlıq tələb olunurdu. Təbriz çox mühasirəyə
dözərdi, on beĢ, iyirmi gün. Ya Təbrizdən çıxıb qaçmaq, paytaxtı düĢmənin ixtiyarına vermək, ya
da ayrı bir çıxıĢ yolu tapmaq lazım gəlirdi.
Rüstəm Mirzə taxta çıxandan eyĢ-iĢrətlə məĢğul idi. Tac Rüstəm Mirzənin baĢındaydı,
hakimiyyət, xəzinə, ordu, açar-kilid Əbih Sultanın. Onun kəsdiyi baĢın sorğu-sualı yox idi.
Hakimiyyəti əldə möhkəm saxlamaq üçün iti qılınclar lazımdı. Bu qılınclar isə ömrünü at
belində keçirən Türkəmən (tərəkəmə) elatlarındaydı. O köçəri tayfaları, onların baĢçılarını əldə
möhkəm saxlamaq lazım gəlirdi. Bunun üçün Rüstəm Mirzə əmirlərə, tayfa baĢçılarına syürqallar
bağıĢlayırdı. Syürqallar - dağda yaylaq, aranda qıĢlaq idi. Birini razı salmaq üçün o birisini
aradan çıxarmaq lazım gəlirdi. Çünki neçə ildi ki, heç yerdən bir qarıĢ torpaq tutmaq mümkün
olmamıĢdı. Ən yaxın qonĢuları osmanlılar idi. Uzun Həsən öləndə vəsiyyət eləmiĢdi. “Osman
oğulları ilə bir daha müharibə eləməyin”. Özü o müharibələrin acısını dadmıĢ, baĢqalarının da
özü kimi uduzmağını istəməmiĢdi, Ona görə də türklərdən torpaq qoparıb syürqal kimi bu
əmirlərə paylamaq müĢkül iĢ idi. Artıq tərəkəmə (türkəmən) əmirlərini syürqallar da razı
salmırdı. Onlar kütləĢən qılınclarını döyüĢlərdə cilalamaq, loĢlaĢan atlarını diribaĢ eləmək,
torpaqlar tutmaq, qənimətlər əldə etmək istəyirdilər.
ġəhər sənətkarlarının əksəriyyəti silah ustaları idi. Onların da bazarı bağlanmıĢdı. Bu
kasadlıqdan can qurtarmaq üçün onlar da tərəkəmə əmirlərinin, bəylərinin səfərə çıxmaqlarına
tərəfdar idi. Hamı ölkədə Rüstəm Mirzədən və onun əmirlər əmirindən narazı qalmıĢdı.
Çünki Rüstəm Mirzə Əbih Sultana hər Ģey – rütbə, ixtiyar, var-dövlət versə də, xalqa,
tərəkəmə bəylərinə heç nə verməmiĢdi. Sarayın xərcləri də o qədər artmıĢdı ki, ölkədə yığılan
qırx beĢ, qırx altı vergi belə onu ödəmirdi.
Əbih Sultan yenə “namaza” dayandı.
“Gödək Əhmədin qoĢunu çoxdur, onun arxasında isə Bayazid dayanıb. O, Təbrizi çox
asanlıqla alacaq, babasının səltənətində hökmdarlıq edəcək. Əvvəl Rüstəm Mirzənin baĢı
vurulacaq, məni də ona qoĢacaqlar. Bu çətin vəziyyətdən çıxıĢ yolu tapmaq lazımdır.
Ey ulu tanrı, sən özün Ģahidsən ki, bu dünyada hər kəs öz canına dua eləyib, hərə hamıdan,
lap öz övladlarından da qabaq öz dərdini çəkib. Mən də sənin köməyinlə özümə, nəslimə,
övladlarıma çıxıĢ yolu tapmalıyam. Mən Rüstəm Mirzəyə yox, o mənə borcludur. Onu taxta
sənin köməyinlə mən çıxartmıĢam. Yoxsa hökmranlıq görməmiĢ e‟dam ediləcəkdi. Ġndi ölsə
hökmdar kimi öləcək. Ġndi onunla bir yerdə dar ağacına getmək istəmirəm. Mən əgər canımı
qurtarıramsa, bu iĢdə məni günahkar görmə”.
Onun ağlına gəldi ki, yəqin ki, “Səkkiz behiĢt” sarayında tək o bu barədə fikirləĢmir. Vəzir,
vüzara, əmir-lər və sərkərdələr hamısı, bəlkə də bu saat Gödək Əhmədin tərəfinə keçmək üçün
tədbir tökür. Onların arasında Rüstəm Mirzədən savayı onun qohumları da ola bilər. Vaxtilə
Uğurlu Məhəmmədin asılmağına ürəkdən “əhsən” deyənlər indi nə qədər göz yaĢı axıtdıqları
zindanda gizlincə onunla görüĢüb ürək-dirək verdikləri Uzun Həsənin hökmünü dəyiĢmək üçün
nə qədər cəhd göstərdikləri barədə “nağıllar, əfsanələr” uydururlar.
Əbih Sultanı soyuq tər basdı. Öz gördüyü iĢə nə qədər peĢman oldu birdən-birə. Axı o heç
vaxt belə səhv addım atmazdı. Nə üçün o bədbəxt sahib xəbəri belə qəddarlıqla üstünə satqınlıq
adı qoyub boğazına qızılları əridib tökdürdü. Onun ki, rüĢvət aldığını sübuta yetirə bilməmiĢdi.
Ġkincisi də lap o rüĢvət alıb, qoĢunun irəliləməyini xəbər verməyibsə, bunun üstündə boğazına
qızıl əridib töküblərsə, həmin xəbəri də zərgər bazarda yayırsa, bu əhvalat onun öz əleyhinə
hazırladığı ən böyük ittihamdı. Gödək Əhməd Təbrizə girən kimi saray əhli bunu əllərində
dəstəvuz eləyib, Əbih Sultanı məĢhər ayağına çəkəcəklər.
Nə qədər ki, onlar hərəkət eləməyib iĢ görmək lazımdır.
135 www.sarigelin.net
Bu vaxt sifətində saqqal bitməyən, əyninə monqol xalatı geymiĢ yaĢlı bir kiĢi içəri girdi və
onun qarĢısında diz çökərək dedi:
– Ağam mənə muĢtuluq verəcək.
– Nə muĢtuluqdu o elə?
– Ġki muĢtuluq. – Barmaqlarını açdı, – iki muĢtuluq. Biri oğluna görə. ġahbikə xatunun
oğlu oldu. Ġkincisi də sənə bir qız gətiriblər, bir qız gətiriblər, on dörd yaĢında, öz əlimlə
hamamda çimizdirdim, döĢləri qızıl gül qönçələri, əllərimi gətirdim belinə, barmaqlarım bir-
birinə çatdı, hələ bir az da artıq qaldı. – Sonra o, elə bil ki, əllərini onun belindən aĢağı
sürüĢdürürdü. Qövs kimi tutduğu barmaqları getdikcə biri-birindən aralanırdı. Aralandıqca Əbih
Sultanın gözünün qarĢısında nazik belli qızın sağrısı canlanırdı. – Ah, ağa bir baldırları, bir
baldırları var, Venedikt ĢüĢəsi kimi parıldayır. Elə tarım dayanıb ki, elə bil partlayacaq. Sağ
budunun üstündə bir xal var ki, Bağdad gecəsindən qaradır.
Əbih Sultanın bədənində bütün qanı oynağa getdi, kü-rəklərində o qanın Ģiddətini hiss elədi
və xoĢhallıqla gərnəĢdi.
– Xacə, tez ol get o qızı hazırla, mən gəlirəm. Vaxtım çox azdı.
– Oğluna görə muĢtuluq vermirsən, ağa?
– Xacə, çərənləmə, mən bilmirəm baĢımı hara qoyum ki, canım salamat qalsın, sən
deyirsən oğlun!
Xacə sırtıq bir gülüĢlə hırıldadı.
– BaĢını qoyarsan o gözəlin qönçə məmələrinin üstünə.
– Get, əgər o nazənin sənəm xoĢuma gəlsə, muĢtuluğun ikiqat olacaq.
Xacə sevinə-sevinə getdi. Bilirdi ki, Əbih Sultanın hərəmxanasında belə gözəl yoxdur və
Dostları ilə paylaş: |