– Mən duz-çörək kəsdiyim adama ürəyimi verərəm. O ürəyin ona dəxli olmayan sözünü isə
vermək hələ mənim kiminin qeyrətinə yazılmayıb.
– Bu yaxĢı, bu oldu çox pakizə. – O, Səfərə baxdı. – Sənin bu dostundan heç gözüm su
içmir. Gözləri göy, diĢləri seyrəkdi. – O sözünə ara vermədən əlavə elədi. – Belə adam bizə hava
kimi, su kimi lazımdı. Götürərsən öz yanına. Nə deyirsən?
Əbih Sultan elə danıĢırdı, sanki Ərdəbildə Səfəri görməmiĢdi. Onu çox yaxĢı tanıyırdı,
amma üzə vurmur, onu istədiyi yerlərdə sınaqdan keçirmək istəyirdi.
– Yox, Əmir sağ olsun. Mən Təbrizdə qala bilmərəm. Mənim Ərdəbildə dükanım var.
– Harada? Ərdəbildə?
– Bəli, ağa.
– O dükanı Təbrizdə açarsan, olmaz?
– Niyə olmur, ağa, ancaq mənim Ərdəbildə əhli-əyalım var. Mən gətirsəm də, qayınatam
qoymaz.
– Özün Ərdəbildənsən?
– Yox, ġirvanlıyam, ġamaxıdan.
– Bəs ġamaxı sünnüsü Ərdəbil qızılbaĢlarının arasında necə baĢ çıxarır?
Səfər tez cavab verdi:
– Elə özüm də qızılbaĢam.
– Bəs nə tez məzhəbini dəyiĢdilər?
– Özüm dəyiĢdim.
– Qoçaq adamsan.
Murad Əbih Sultanın danıĢığındakı təhqiramiz kinayəni baĢa düĢürdü, ona görə də araya
söz qatmaq istədi.
– O mənim dostumdu. Hər iĢinə mən cavabdehəm.
– Çox yaxĢı. – Əbih Sultan tezcə razılaĢdı. Amma Səfərin Ərdəbil pirində onların baĢına
qara örtük saldırıb məĢhər ayağına çəkdirdiyi yadından çıxmamıĢdı. Amma gözünü dolandırıb
ona elə iti, xəncər baxıĢlarını sancdı ki, sanki onun ürəyini görmək, onun sünnülü, Ģiəli ürəyi
olduğunu bilmək istəyirdi.
101 www.sarigelin.net
– Ġnsan əqidəsini dəyiĢə bilər. Bu qəbahət deyil. O vaxt ki, onun doğrudan da görür ki,
ürəyi daha sözünə baxmır. Belə deyilmi, Murad bəy?
– Düzdü, Səfər öz ürəyinə qulaq asıb.
Səfər nədənsə elə bil onun əfsununa düĢmüĢdü. Rüstəm padĢahın sağ əli olan Əbih
Sultanın qarĢısında, “Səkkiz behiĢt” sarayının otaqlarının birində oturub söhbət eləmək onu
dəyiĢdirmiĢdi. Bütün baĢına gələnlərn açıb söyləmək istəyirdi.
– Ya Əmir, dostlarım mənim müflis olduğumu körüb hamısı məndən üz döndərmiĢdi. BaĢ
götürüb ġirvan elindən çıxdım. Ulağımı canavar yedi, qızılbaĢlar əvəzində mənə at verdilər, bez
paltarım əynimdən tökülürdü, yerinə atlas paltar geydirdilər.
Əbih Sultan güldü.
– Demək qızılbaĢ olan kimi libasın atlas, eĢĢəyin at oldu.
– Bəli.
– Minik, paltar dəyiĢmisən. Əqidə bir az dərində olur. O əl atıb yanındakı üstü sədəf naxıĢlı
sandığı açdı. Oradan qırmızı ipək torba çıxarıb Səfərin xalçanın üstünə qoĢa basdığı dizlərinin
qabağına atdı. Torba yerə dəyəndə pul cingildədi və bu səsdən Murad bildi ki, oradakı mis,
gümüĢ sikkə deyil, xalis qızıldı. Əbih Sultan dedi:
– Götür, get libasını da, atını da dəyiĢ, sonra yanıma gələrsən.
Səfər pulu götürmək istəmədi.
– Onu mənə niyə verirsən, ya əmir?
– Götür, saraya gələn ya cəza alar, ya ən‟am. Get, günorta namazından sonra yanıma
gələrsən. Rüstəm padĢahın yanına aparacam. Mən səni yaxĢı tanıyıram. Bizim bu iĢimizdəki
xidmətlərini də bilirəm. Onun ən‟amı hələ sonra olacaq.
Səfər torbanı götürüb cibinə qoydu, əlini döĢünə basıb baĢ əydi, dalı-dalı qapıya getdi.
Gözləri Muradın gözlərinə sataĢanda dayandı.
– Səni gözləyim?
Onun yerinə Əmir Ġbrahim cavab verdi.
– O burada olacaq. ĠĢini qurtar, gəl saraya.
– BaĢ üstə.
Səfər gedəndən sonra Əmir Ġbrahim üzünü Murada çevirdi. Amma onun iri, qəzəbli
gözlərinə baxa bilmədi. BaxıĢını yayındırıb bir nöqtədə cəm eləmək istədi, nəhayət, süfrədəki
çörək qırıntılarında qaldı gözləri.
– Sənin barəndə padĢaha danıĢmıĢam, xoĢuna gəlmisən. Sən gərək bundan sonra öz yerini
biləsən. Mindiyi eĢĢəklə bərabər əqidəsini, məzhəbini dəyiĢən adamlarnan oturub-duran vaxtın
getdi. Sənin boyuna biçilən bir iĢ tapmıĢıq.
– O nə iĢdi elə?
– Olursan Səltənətin sahib xəbəri.
– O necə iĢ-gücdü, elə?
– Belədi də, var səltənətin sahibi, var qoĢunun sahibi, var xəzinənin sahibi, bir də var
ölkənin hər tərəfindən axıb gələn, padĢah hüzuruna çatmalı olan xəbərlərin sahibi. Hansı
məmləkətdə nə var, onu səndən əvvəl heç kim bilməyəcək. Səltənətin bir tərəfi Xorasandı, o
tərəfi ġirazdı, aĢağısı Ġraqdı, günbatanı da Diyarbəkrdi. Yüyrək atla ölkənin bu baĢından o biri
baĢına yalançılar sözü olmasın, iki aylıq yoldur. Hər rustaqda, hər keçiddə sənin çaparxanaların
olacaq. Hökmdar fərmanlarını, xəbərlərini çaparların aparacaq rustaqlara, qonĢu ölkələrə, oradan
xəbərləri, namələri gətirəcəklər sənə. Özünə də Rüstəm Mirzə böyük bir syürqal bağıĢlayır.
Nəsilbənəsil bəsindi.
Əbih Sultan əlini əlinə vurdu. FərraĢ qapını açıb içəri girdi. Amma Murad onun sifətini
yox, baĢındakı papağın üstünü gördü. BaĢ aĢağı enmiĢdi.
– Apar Murad bəyə dəftərxanasını göstər. Murad iri əllərini palıd kötüyündəki hura oxĢar
dizinin kündəsinə basıb ayağa qalxanda dedi:
– Axı mən əlif-beyi tanımıram.
Əbih Sultan
102 www.sarigelin.net
– Çox gözəl, çox pakizə, – dedi.
Bu Ģəxsin nahaq yerə üç adı yoxdu. Əybə Sultan, Əbih Sultan və Əmir Ġbrahim. Bayaq
fərraĢın papağının üstünü o da görmüĢdü və onun ürəyini də oxumuĢdu. Ġnsanın fikrini
gözlərindən yox, boynunun dalından oxumağı bacarırdı. HəmiĢə otu itə, əti ata verib hər ikisini
özünə möhtac qoyar, əlində möhkəm saxlayardı.
Murad oxuyub-yazmaq bilsəydi, ona sahibxəbərliyi yox, əmiraxurluğunu verərdi. Ġndi isə
ölkənin hər yerindən gələn xəbərlərdən Muradın yox, onun özü xəbərdar olacaqdı. Otaqda tək
qalanda o Səfər barəsində fikirləĢirdi: “Ərdəbildə də, Hüseyn Lələ bəyin yanında da adamımız
var artıq”.
SĠRR AÇILIR
Ərdəbil bayram eləyirdi. Bu Ģəhər hələ belə piĢvaz görməmiĢdi. Əmir Teymur da Ģəhərə
girəndə onu belə təmtəraqla, ən baĢlıcası isə sevinclə qarĢılamamıĢdılar.
ġəhər küçələrinin divarları görünmürdü. Hər iki tərəf adamlardı, onların sifətindəki sevinc
idi, xoĢbəxtlik idi. Elə bil divarı sevincdən tikmiĢdilər. Evlərin damı, hasarların üstü, ağacların
budaqları, məscidlərin minarə və günbəzləri elə bil adam gətirmiĢdi.
Küçələrin yanlarındakı arxlarla qan axırdı. Qurbanlıq qoyunların qanı. Hər tərəfdən
çalanların, oxuyub oynayanların xoĢ nidaları eĢidilirdi.
Qabaqdakı ağ atın üstündə ağ libasda, baĢına on iki dilimli qırmızı tac-çalma qoyan
Sultanəli gedirdi. Ancaq o tək gedə bilməzdi. Atının ayaqlarını qucaqlayan, qabağında qurban
kimi baĢını gətirib yerə qoyan adamların əlindən keçib getməyi çətin idi. Amma bir dəstə ona yol
açırdı. Ondan arxada Hüseyn Lələ bəy atını sürürdü. Kəcavədə isə AləmĢahbəyim oğulları
Ġsmayıl və Ġbrahimlə oturmuĢdu. Dədə bəyin süvariləri, yolların toz-torpağına batmıĢ qara
geyimli, yorğun və xoĢbəxt müridlər yeriyirdi. Onlardan sonra gələnlərin ardı-arası kəsilmirdi.
Birdə gördülər ki, gələnlər Ģəhərin öz camaatından da çoxdur. Təbrizdən Ərdəbilə qədər bütün
Ģəhərlərin, kəndlərin, qəsəbələrin baĢıpapaqlıları da onlara qoĢulmuĢdu.
Zindanda qaldıqları müddətdə onlara olan məhəbbət ölməyibmiĢ, əksinə, daha da coĢub-
daĢıbmıĢ.
Sultanəli Ģəhər meydanında atını saxladı, əlini yuxarı qaldırdı. Hamı susdu.
– Salam olsun, ey camaat.
– Salam olsun! – Elə bir gurultu qopdu ki, göydə uçan quĢlar da hürkdü.
– Heydəri Kərarın özünə çəkib!
– Gün parçasına bənzəyir maĢallah!
– ġeyxin özünə oxĢayır da!
– Ġgidlikdə də ona oxĢasın!
Sultanəli ağ atı dikdirə çıxartdı ki, hamı onu görsün. Yenə əlini yuxarı qaldırdı.
– Ey camaat! ġeyx Heydər övladlarının kökünü kəsə bilmədi düĢmənlər. Çünki Allah
həmiĢə baĢımızın üstündə olub. Ulu babamız Həzrət Əlinin övladları kimi, babam Cüneyd, atam
Heydər də bu müqəddəs yolda Ģəhid oldular. Lazım gəlsə onun övladları da Ģəhid olacaq, ancaq
atalarının yolundan geri dönməyəcəklər.
Minlərlə mürid bir ağızdan qıĢqırdı.
– Qurban olduğum, sadağa olduğum, pirim, mürĢidim, Sultanəli!
Ġsmayıl anasına baxırdı. Gözləri gülən AləmĢahbəyimin gözlərindən yaĢ axırdı.
– Ana, bu qədər adam bilirdi biz zindandayıq?
– Bəli, oğlum, bilirdilər.
– Bəs niyə gəlib bizi qurtarmırdılar?
– Gücləri çatmırdı.
Bunlar lap o qalanı götürüb bura gələrdi.
– Bu qədər adamın gücü o keĢikçilərə çatmırdı? Çatardı!
103 www.sarigelin.net
Anası əlini onun çiyninə qoyub özünə tərəf sıxdı.
– Onda hamı bizim dərdimizi çəkirdi.
– Ġndi niyə belə qıĢqırırlar?
– Sevinirlər, ona görə. Axı biz azad olmuĢuq.
Ġsmayıl suallarına ara vermirdi.
– Bu qədər adamın hamısı Sultanəlini tanıyır?
– Tanıyır, oğlum, tanıyır.
– Məni də tanıyırlar?
– Bəli, səni də tanıyırlar.
– Harada görüblər məni?
Anası söz tapmadı.
– Yuxuda.
– Yox, ana. Onlar atamızı tanıyırmıĢ. Bizi də atamıza görə tanıyırlar.
Anasının gül yarpağı rəngli dodaqları onun alnına toxundu.
– Ağıllı balamsan. Siz də atanızın adını həmiĢə uca tutun.
Ərdəbil Sultanəlinin paytaxtı olandan sonra hər tərəfdən yenə də səfəviyyə müridləri axıĢıb
buraya gəlirdi. ġəhər, ġeyx Səfiyyəddin türbəsi beĢ il əvvəlki gur geyimli-kecimli həyatını
yaĢayırdı. Amma iĢ təkcə bu müridlərin sayının çoxalması, onların arasında Ģiə məzhəbinin
yayılması ilə bitmirdi.
Sultanəlinin, Hüseyn Lələ bəyin bir məqsədləri vardı. O məqsədi həyata keçirmədən rahat
nəfəs ala bilməyəcəkdilər. ġeyx Cüneyd də, oğlu ġeyx Heydər də ġirvanĢahlar tərəfindən
öldürülmüĢdü. Sultanəlinin Ərdəbil padĢahlığını yaratması ġirvanĢahlar sarayında təĢviĢ əmələ
gətirmiĢdi. Əgər bu padĢahlıq güclənsə onların oxunun birinci hədəfi ġirvan olacaqdı. Otuz ilə
yaxın ġirvan taxtında oturan Fərrux Yasar hər vasitə ilə ġeyx Heydər oğlanlarını aradan
qaldırmaq üçün vasitələr axtaracaqdı. Təzə yaradılan padĢahlığın isə ġirvana heç vaxt gücü çata
bilməzdi. Amma hər gün, hər saat o gücü, qüvvəni toplamağa çalıĢırdılar. Məsciddə oxunan
xütbələr Fərrux Yasarın adı Yazid və Müaviyyə ilə yanaĢı çəkilir. Adamlar biri-birini söyəndə
“Yasar oğlu Yasar” deyirdilər.
Hər gün axıĢıb gələn müridləri toplayır, onların döyüĢə yararlı olanlarına məĢq keçir,
kəmənd tullamağı, ox atmağı, at çapmağı öyrədirdilər. Hüseyn Lələ bəy padĢahlığın ordusunu
yaratmaq hazırlığı görürdü. Amma ən böyük bir çətinlikləri vardı. Xəzinə boĢ idi. Ordunu
silahlandırmaq üçün qurxana yaratmaq lazım gəlirdi. Vaxtilə ġeyx Heydərin belə bir qurxanası
vardı və bir dəfəyə iyirmi min qoĢunu silahlandırırdı. Tək ġeyxin pirində yığılan nəzir-niyazla
ordu yaratmaq mümkün deyildi. Onsuz da Ağqoyunluların soyub var-yoxdan çıxardığı Ərdəbil
əhalisindən çoxlu vergi almaq onları tez bir vaxtda dilə gətirə bilərdi. ġeyx Heydər belə vaxtlarda
hərbi səfərlərə çıxır, ələ keçirdiyi qənimətlə ordunu saxlayırdı. Ġndi isə belə bir qəniməti əldə
eləmək üçün nə ordu, nə də imkan vardı. Hüseyn Lələ bəyə görə ən birinci səfər edəcəkləri bir
yer vardısa, o da ġirvan olmalı idi. Bütün kin-küdurətin hamısı Fərrux Yasara doğru yönəlmiĢdi.
Həm də belə bir səfər üçün Rüstəm Mirzə də onlara kömək göstərərdi. Çünki Bəysunqur Mirzə
ġamaxıdaydı. Təbriz taxtından qaçıb belə bir siyasətçi, qocaman hökmdarın yanında oturmuĢ
keçmiĢ hökmdar ən böyük təhlükə idi. Hər vaxt böyük qoĢun düzəldib Bəysunqur Mirzənin
baĢçılığı ilə Kürü keçib taxt-tac üstündə müharibəyə baĢlaya bilərdi. Rüstəm Mirzə məğlub
edilsə, onda Ərdəbillə haqq-hesab çəkmək onlar üçün lap asan olacaqdı. Bütün bu incəlikləri
duyan Hüseyn Lələ bəy gecə-gündüz fikirləĢir, çıxıĢ yolu axtarırdı.
Bir gün o, Sultanəli ilə oturub məsləhətləĢirdi.
– Ya ġeyx, – deyə o, Sultanəliyə müraciət elədi. – Səni təriqətimizin yalnız bu mərtəbəyə
çatan adamlarına agah olmalı sirləri ilə hali etməyin vaxtı artıq yetiĢib. Atanız həmin sirləri mənə
açmıĢdı ki, sizin üçün qoruyub saxlayım.
Sultanəli dikəldi. Ona elə göründü ki, çoxdan gözlədiyi saat yetiĢib. Lələsi qoĢunu
silahlandırmaq üçün gizlətdikləri xəzinənin yerini deyəcək.
– Xəzinənin yerini deyəcəksən, Lələ?
104 www.sarigelin.net
– Bəli, xəzinənin. Bu elə bir xəzinədir ki, onun cəvahiratının qiyməti heç bir xəzinədə
yoxdur.
– Haradadır?
Bu sualdan sonra Hüseyn Lələ bəy onun fikrini dürüst anladı. Bir an tutuldu. Düzdür, o
Sultanəlidən də çox bu fikri çəkirdi. Amma əsl sirr xəzinəsini o hər Ģeydən üstün hesab eləyirdi.
– Səni dünya varı düĢündürməsin, ġeyx. Mən açacağım sirrə vaqif olan hökmdar, o biri
xəzinələrin açarını daha tez tapar.
Sultanəli çox ciddi bir görkəm aldı. Yumruğunu təzəcə tərləyən çənəsinə söykədi.
– EĢidirəm.
– Mən elə sözlər deyəcəyəm ki, onların hamısına üsyan eləyə bilərsən. Amma səbrin olsun.
Axıra qədər qulaq as. Hər sözün əsl mahiyyətinə get. Əvvəla nəsabnamə məsələsindən danıĢaq.
Hamı bilir ki, nəslinizin kökü gedib imam Museyi Kazıma yetiĢir.
– Bəli, düzdür.
– EĢit məni, ġeyx. Bu, ġeyx Səfiyyəddinin müəyyən məqsəd üçün düzəltdiyi təcərrəyə görə
düzdür, amma əslində belə deyil.
Sultanəli az qaldı ki, əlini qılıncına atsın, amma özünü saxladı. Yanaqlarında və
gicgahlarında qanın necə sür‟ətlə vurduğunu hiss elədi. Ucaboy, qarasaqqal, iri alınlı Lələ bəy
onun gözündə dəyiĢməyə baĢladı. Ġnsan Ģəkli itdi, o Ģeytan cildində göründü.
Sultanəli özünü güclə saxlayıb sərt səslə dedi:
– Sonra?
– Ġnanmırsan. Bu mənə aydındır. Belə də olmalıdır. Amma bu barədə məndə ġeyx Səfi
həzrətlərinin yalnız nəslində ġeyxliyə çatan adamların görə biləcəyi kitabı var. Nəsəbi
peyğəmbərə çatmayan bir ailədən çıxan Ģəxslərin ali mərtəbələrə yetiĢməyinin necə müĢgül iĢ
olduğunu yəqin ki, bilirsən. ġeyx Səfi də bunu nəzərdə tutub. Bu bir. Ġkinci bir tərəfdən ġeyx Səfi
həzrətləri əvvəllər təriqət cəhətdən sünnülüyə qail olsalar da, sonradan Ģiəliyi seçib.
ġiəməzhəblər sayca az olsalar da, Peyğəmbər əleyhisalama qohumdurlar, daha yaxındırlar. Bütün
bunların isə çox böyük və mühüm bir səbəbi var.
Bilirik ki, Ġranda, Azərbaycanda, Arranda, Xorasanda yaĢayan Ģiələrin bir tərəfdən
gündoğan türk xaqanlığı, bir yandan da osmanlı türk sultanlığı araya alıb ki, onların gücləri
bizimkindən yüz qat çox olmaqla yanaĢı, özləri sünnü məzhəbdirlər. Belə olanda biz qalırıq iki
məngənə arasında. Əgər bu iki qüvvənin arasında baĢı salamat yaĢamaq istəsən onda gərək biz də
sünnü məzhəbinə keçməliyik. Amma ġeyx Səfiyyəddin tərsinə eləyib. Mən bu hərəkətini böyük
babamızın səhvi yox, uzaqgörənliyi, böyüklüyü kimi qiymətləndirirəm. Bildiyimiz kimi Ģiəlik
müsəlmanlığın ən qatı, dönməz, barıĢmaz məzhəbidir. ġeyx Səfi də bundan faydalanıb Ġran və
Azərbaycanda onu təbliğ eləyib yaymaqla bizi sıxan məngənəni kənara atmaq, ölkəni sərbəstliyə
çıxarmaq fikrini irəli sürüb. Belə böyük məqsəd üçün bə‟zən yalan deməyin özü də çox vacib və
bəlkə də lazımdır. O vaxt bu torpaqda qüdrətli, güclü dövlət yaratmaq mümkün olar.
Atanız ġeyx Heydərin ətrafına toplaĢan müridlər onu görəndə namazlarını, oruclarını,
ibadətlərini də yaddan çıxarardılar. O, müridləri arasında Babəkin ehkamlarını təbliğ edərdi.
Buna mən özüm Ģahidəm. Özünü onların heç birindən ayırmaz, onlarla bir qabdan xörək yeyər,
su içərdi. Bəlkə də elə bu iĢlərinə görə onu çox istəyirdilər.
Söz bu yerə çatanda Sultanəli əlini qılıncının qəbzəsinə qoyub hövlnak yerindən qalxdı.
– Bu da həqiqətdi?
– Bəli. Mən rəhmətlik ġeyx Heydərin siğə qardaĢıyam. ġeyx Səfinin dostu və qayınatası
Tacəddin Gilaninin nəslindənəm. Atanızın vəsiyyətlərini də sənə olduğu kimi çatdırmalıyam.
Hövsələli ol və sözümü kəsmə.
Aylarla əzab-əziyyətli yol keçib Məkkəyə ziyarətə gedənlərin heç birisi orada müridə
çevrilmir, qayıdıb öz yerinə-yurduna gəlir. Bəs nə üçün ġeyx Səfiyyəddin türbəsinə gələnlərin
əksəriyyəti müridə çevrilir? Çünki bu pirin Ģeyxləri insanları arzularına tərəf, həyati istəklərinə
doğru aparıblar. Bu yer tək ziyarətgah deyil, həm də insanların sabahı üçün inam məkanıdır. Belə
yolun zəvvarının arxasınca isə minlərlə adam gəlir.
105 www.sarigelin.net
Atan ġeyx Heydər belə adam idi. Dərdini də, sevincini də onların hamısı ilə bərabər
bölürdü. Bəs Babəkin ehkamı nə idi? Mən onun dinsizliyindən danıĢmıram. Babək hamını
bərabər görmək istəyirdi. Görmək ayrı Ģeydi, onu həyata keçirmək, adamları bərabər eləmək
ayrıdır. Babəkin də, atanın da ətrafında həmiĢə iyirmi-otuz min özünü ölümə atan adam olub.
Bərabərlik deyirik. ġeyx Səfiyyəddinin bir əqidəsi var həmin bərabərlik barəsində. O nədir?
Baban yazır ki, dünya zərrələrdən yaranıb. GünəĢ də, torpaq da, ağac da, insan da, sünbül də eyni
zərrədəndir. Nurdan. GünəĢ nuru olmasaydı, dünya da olmazdı. Həmin nur insanı da yaradıb.
Əgər o GünəĢlə eyni zərrədirsə, o niyə də bərabər olmamalıdır.
– Bəs o bərabərliyi necə həyata keçirmək olardı?
– ġeyx Heydər onu öz əlləriylə yaratmaq fikrindəydi. Bunun üçün Ģərait, vaxt və məkan
lazım idi. O, bu iĢ üçün ġirvan torpağını seçmiĢdi. Çünki bir tərəfi dəmir qapı Dərbəndə
söykənən bu torpaqda ġirvanĢahlar heç vaxt güclü qoĢun toplaya bilməyiblər. Teymura xərac
verməklə özlərini qoruyub saxlaya biliblər. Oranı ələ keçirməyə baban da, atan da cəhd elədilər.
– Burada o bərabərliyi qurmaq olmazdı?
– Yox. Yol əlveriĢsizdi. Hər tərəfdən qoĢunların üzünə açıqdı. Bir neçə dövlətin üzünə
açıqdı.
Hüseyn Lələ bəy susdu. Sultanəli də fikrə getdi və birdən– birə dilləndi:
– Biz də ġirvanĢah Fərrux Yasarı özümüzə düĢmən bilirik.
– Bəli. O bizim qan düĢmənimizdir. Belə düĢmənçilik isə yaddan çıxmır. Sənin sözünün
mə‟nasını da izah edim. Bayaq dedim ki, bərabərlik, nurdan yaranmıĢ, nurlu bir ölkə yaratmaq
ümidi ilə getmiĢdi atan. Oranı zülmətə çevirib, xarabazara çevirmək üçün getsəydi, onda mən
sənin kimi düĢünərdim. Nur gətirənin çırağını söndürmək isə ən böyük cinayətdir. Həm də ki,
orada əhali ilə hökmdarlar arasında uçurum var. Camaat türkdü, hökmdarlar isə kəsrani-fars.
Neçə qərinələrdir ki, bu belə davam eləyir. O hiyləgər hökmdarlar olmasa ġirvan Ģahlığı çoxdan
məhv olardı.
Onu da deyim ki, qurbanlarımız bu gün və sabah üçün bir ordunun əvəzidir. Çünki ġeyx
Heydərə görə hər mürid bir Ģirə çevriləcək. Yadında saxla, kiçik bir torpaqda oturub böyük
arzularla yaĢamaq olmaz. Belə ölkənin dərdi də, düĢməni də, fəlakəti də böyük olur. Sərhədlər
geniĢlənməsə, xəzinə dolmasa, qüvvələr artmasa, heç nəyə arxalanmaq olmaz. Dayın Rüstəm
Mirzəyə sən hələ lazımsan. O da çox müddətə görə yox. Onun da qüdrəti artan kimi Ərdəbil
padĢahlığını tanımayacaq və onu öz taxtının ayağı altına çəkməyə çalıĢacaq. Belə vaxtda hər
addımımızı ölçüb-biçməli, hər tədbirimizi məqsədimizə tabe eləməliyik. Açığı budur ki, azadlığa
çıxsaq da taleyimiz hələ də tükdən asılıdır.
Bayaq ona cin, Ģəyatin cildində görünən Hüseyn Lələ bəy el bil gözəlləĢdi, özündən də
gözəl oldu. Sultanəli onun Ģəxsində ən yaxın məsləhətçisini, ata kimi e‟tibarlı, qayğıkeĢ adamını
gördü. O, bayaq danıĢdığı nura çevrildi.
– ġirvana yürüĢü nə vaxt məsləhət görürsən?
– Hələ tezdi. Bəysunqur mütləq qoĢun yığıb Kürü keçəcək. Rüstəm Mirzə ilə onun arasında
toqquĢma olmalıdır. Ġndi sən bizim vəziyyətimizə bir bax, əgər Rüstəm Mirzənin tərəfində olub
Bəysunquru darmadağın eləsək, onda düĢmənimiz Rüstəm Mirzə olur, yox, Rüstəm Mirzə
məğlub olsa, onda düĢmən bütün qüvvəsini Ərdəbilə yeridəcək. Amma bizim əsas məqsədimiz
bu olmalıdır ki, Bəysunqur məğlub olsun, hətta bu döyüĢ nə qədər uzansa, bir o qədər bizim
xeyrimizə olar. Uzun müddət silahlı qoĢun saxlamaq çox çətindi, xəzinəyə süpürgə çəkilir. Arada
gərginlik olsa, qoĢunları hazır saxlasalar hər iki xəzinə boĢalar. Birdən fikirləĢərsən ki, Lələ gör
necə də hamının pisliyini istəyir. Yox, həmiĢə xeyirxah olmuĢam. Amma dünya mənə çox dərslər
verib. YaxĢını pisdən, ağı qaradan, acını Ģirindən seçmək üçün hər incəliyə baĢ vurmaq lazım
gəlir.
Sultanəli alnına enən qızılı saçını ağ zərif barmaqları ilə çalmanın altına yığdı.
– Ġndi hansı tədbirləri görməliyik?
– Tədbirimiz çoxdur. Ən birinci tədbir tayfa baĢçıları ilə əlaqə yaratmaqdı. Vaysaqları,
qacarları, əfĢarları, ustaclıları öz tərəfimizə çəkməliyik. Çəksək, onda qüvvələrimiz birləĢər,
106 www.sarigelin.net
bundan əlavə Azərbaycan da bir olar. Yarımköçəri tayfalar bizim tərəfimizdə dayansa, onda əsas
məqsədlərimizə çatmaq üçün çox iĢ görmüĢ oluruq. Əvvəl tayfalar gələcəkdə birləĢib bir xalq
olar, bu xalq isə hər bir düĢmənə qarĢı dayana bilər. Bizə ən yaxın belə tayfa baĢçısı Dədə bəydi.
Sizi xilas etmək üçün əziyyətin çoxunu öz boynuna götürüb. Köçəri elləri arasında nüfuz
sahibidi. Onu özünə sərkərdə götürsən, xeyrimizə olar.
Bu axırıncı təklif Sultanəlini o qədər də açmadı, fikrini də açıq dedi:
– HəmiĢə qoĢuna atamın özü sərkərdəlik eləyərdi.
– Düzdür. Səninlə atan arasında bir fərq var. O yalnız ġeyx idi. Sən isə həm də padĢahsan.
PadĢahın isə sərkərdələri olmalıdır. Onsuz da bütün səfəri humayunlarda o böyük məram sənin
üzərinə düĢəcək.
Həyətdə at kiĢnədi və ayaqlarını yerə döydü. Hüseyn Lələ bəy pəncərəyə yaxınlaĢıb, Ģəbəkə
arasından baxdı. Sultanəli də yaxınlaĢıb baxdı. Çünki bu həyətdə ayağını yerə döyüb kiĢnəyən at
bu evə faciə xəbəri gətirmiĢdi. Hüseyn Lələ bəy atı tanıdı. Dədə bəyin Alapaçasıydı. Lələ onun
oğurlanması əhvalatını müxtəsərcə Sultanəliyə danıĢdı. Sultanəli də Dədə bəyi qarĢılamaq üçün
qapıya getmək istəyəndə Lələ ona mane oldu.
– Sən padĢahsan və hamı sənin ayağına gəlməlidi.
Sultanəli mə‟nalı-mə‟nalı ona baxdı. Lələ də kipriklərini endirməklə fikrini təsdiq etdi və
ona “bəli” dedi.
– Dədə bəy xilaskarımız, mənim də dostum olsa da, ağsaqqallığına baxmayıb onun
qarĢısında ayağa qalxmaq lazım deyil. Sarayda hamı öz həddini, yerini bilməsə sabah hökmdarın
da üstünə ayaq alarlar. Burada söhbət Dədə bəydən getmir. Hər iĢin öz yolu, yolağası var.
Dostları ilə paylaş: |