Əynindəki paltar parça-parça olmuĢdu, sir-sifəti dırnaq yerlərində qanlı xətlərlə örtülmüĢdü.
Əyilib qulağını onun ürəyinə qoydu, nəbzini tutdu. Onun bədəni hələ soyumamıĢdı. O dəhlizə
qaçıb qıĢqırdı:
– Su gətirin.
Onun səsinə qalabəyi gözlərini açdı. Amma nə baĢ verdiyini dərk eləyə bilmədi, təəccüb
dolu baxıĢlarını Əbih Sultana dikib qıĢqırıqdan bir Ģey anlamağa çalıĢdı. FərraĢ əlində bir cürdək
qaça-qaça gəldi. O suyu qalabəyinin sifətinə çiləyəndə, Əbih Sultan cürdəyi aldı, Rüstəm
Mirzənin yanına qayıtdı. Suyu ovcuna töküb onun sifətinə çilədi, yanaqlarına vurub çağırmağa
baĢladı:
– Rüstəm Mirzə, Rüstəm Mirzə.
Sonra qollarını qaldırıb qatladı. Ona ümid verən bu idi ki, hələ onun bədəni nə qurumuĢ, nə
də soyumuĢdu. O ayağa qalxanda qalabəyini.yanında gördü.
– Bilirsən öz baĢına nə müsibət açmısan? Əmr eləmiĢdilər Rüstəm Mirzəni sağ-salamat
aparaq.
– Mən də padĢahımızı tanıyıram. Onun baĢını aparsan daha yaxĢıdır. – Belindəki xəncəri
çıxarıb dizini yerə vurdu. Rüstəm Mirzənin çənəsini qaldırdı ki, xəncəri rahatca onun hulqumuna
çəksin.
Əbih Sultan onun biləyindən tutub burdu, xəncəri aldı.
– Ağzımda bir quranlıq söz danıĢıram, sən də öz bildiyini eləyirsən. Sənə kim deyib onu
öldürəsən?
– Him-cim elədin, mən də səni belə baĢa düĢdüm. Diri getmək istəməyənin baĢını aparırlar,
bu olur salamatlıq.
– Axı sən nə bilirsən onu e‟dam eləməyə aparırlar? Bəlkə bir məmləkət bağıĢlayacaqlar.
– Bəysunqur ona bir kor piĢik də peĢkəĢ eləməz.
Əbih Sultana xəncər vursan bir damcı qanı düĢməzdi. Bədənindən vic-vicələr keçirdi.
XoĢbəxtliyə çatdığı yerdə gör necə bədbəxtliyə rast gəlmiĢdi. Birdən-birə o dəli kimi qıĢqırdı:
– Salamatdı.
Doğrudan da Rüstəm Mirzə tərpəndi. Əlini gətirib boğazına sürtdü. Zarıdı. Əbih Sultan
onun üzünə su çiləyəndən sonra soruĢdu!
– Mən haradayam?
Əbih Sultan qalabəyinə dedi:
– Anan namaz üstəymiĢ, ölməyib.
Qalabəyi uzun, qara dırnaqlarının arasına çirk dolmuĢ barmaqlarına baxdı.
88 www.sarigelin.net
– Demək qocalmıĢam. Bu barmaqlar məngənə kimiydi. Hələ onlardan bir adamın boğazı
salamat qurtarmayıb.
Əbih Sultan Rüstəm Mirzənin qoluna girib qaldırdı. Qapıya tərəf apardı. Daha getməyinə
də e‟tiraz eləmirdi. Dayçaları beləcə boğandan sonra belinə yəhər qoyub minirlər.
Arazı keçib xeyli gedəndən sonra yoldan çıxdılar. Qayaların arasına gəldilər. Bura əsl
ordugaha oxĢayırdı. Bir neçə min silahlı adam vardı. Rüstəm Mirzə bu məsələdən heç nə baĢa
düĢmədi.
Onu görəndə adamların heyrət nidalarını eĢitdi. Amma Rüstəm Mirzə baĢını qaldırıb heç
kimə baxmırdı. Bilirdi ki, onu Bəysənqurun yanına e‟dama gətiriblər. Bu heyrət də elə ona
görədir. Ordugahdan keçib baĢda qurulan çadırın qabağına qədər gəlib atdan düĢdülər və onu da
düĢürdülər.
– Çadıra buyurun, Rüstəm Mirzə.
Əbih Sultanın bu təklifinə Rüstəm Mirzə əhəmiyyət vermədi. Dayandığı yerdən
tərpənmədi, ona bir daha yol göstərəndə dedi:
– Mən Bəysunqurun ayağına getmirəm.
– Bəysunqur yoxdu.
– Necə yoxdu. Bəs mənim e‟damıma baxmaq istəmir o südəmər küçük? Qoy çıxsın görsün
ki, kiĢi kimi necə ölürlər. Qanımı qaba tutub verin, ac köpək kimi yalasın.
– Hər Ģey tərsinə olacaq, keçin çadıra, hər Ģeyi sənə danıĢacağam.
Rüstəm Mirzə heç nə baĢa düĢmürdü. Bu sözlərdən sonra çadıra girdi. Ġçəridə heç kim yox
idi: Əbih Sultanla bərabər Hüseyn Lələ bəy və Dədə bəy də çadıra girdilər. Əbih Sultan ona
baĢda yer göstərdi. O, biləklərindəki zəncir yerlərini ovuĢdura-ovuĢdura oturdu. Əbih Sultan
dedi:
– Məni Əlincə qalasına Bəysunqur göndərməmiĢdi. Mən özüm də onun qəzəbinə
gəlmiĢəm. O, dayısı Fərrux Yasarın çaldığını oynayır. Məsləhətçisi də qoca tülkü Süleyman
Bicanoğludur. Səni onun yerinə Təbrizə taxta çıxartmaq üçün xilas eləmiĢik. Uzun Həsənin
taxtında oturmağa layiq olan bir Ģəxs varsa, o da Rüstəm Mirzədi.
Rüstəm Mirzə elə bil ayıldı. Əlincə qalasından buraya qədər fikrindən keçən bu idi ki,
qılıncı onun boynuna endirəcəklər. Həmin qılınc da Əbih Sultanın əlindədir. Ġndi o əl enir, o
əldəki qılınc deyil, tacdır.
– Bu Ģəxsləri mən tanımıram, – deyə Hüseyn Lələ ilə Dədə bəyi göstərdi.
– Hüseyn Lələ rəhmətlik ġeyx Heydərin dostudur. Dədə bəy də həmçinin.
– ġeyx Heydərin?
– Bəli, ġeyx Heydərin, – deyə Hüseyn Lələ bəy təkrar elədi.
– BaĢa düĢmürəm. – Rüstəm Mirzə Əbih Sultana baxdı.
– Bəysunqur hələlik Təbrizdə taxtda oturub. QoĢunları Ərdəbil tərəfdədi. Səni Əlincədən
çıxarıb taxta oturtmaq istəyən bu qoĢun ġeyx Heydərin müridləridir.
– Onlar ki, bizim səltənətimizə həmiĢə düĢmən olublar.
– DüĢmənliyimiz bu hərəkətimizdən görünürmü?
Rüstəm Mirzə Lələ bəyin sözündə acılığı elə bil istiot kimi yeyib dilinin üstündə hiss elədi.
– Nə Ģərt qoyubsan?
– Bir Ģərtimiz var. ġeyx Heydərin övladlarını zindandan çıxarıb verin bizə.
Rüstəm Mirzə qarĢısında Ģərt qoyulmasını narazılıqla qarĢıladı.
– O uĢaqları sənə verməsək onda necə?
– Onda baĢqa daha asan yol var, biz də həmin yolnan gedərik. – Hüseyn Lələ bəy kükrəyib
özündən çıxmağa hazır olan Dədə bəyin dizini basdı.
– Hansıdı o yol?
– Rüstəm Mirzəni də, Əbih Sultanı da Bəysunqura verib əvəzində uĢaqları alarıq. Çünki bu
iki düĢmən ondan ötəri, ġeyxin uĢaqlarından daha qorxulu düĢməndi. Müridləri Təbrizə yeridib
qan tökməkdən də canımız azad olar.
89 www.sarigelin.net
Əbih Sultan Hüseyn Lələ bəyin bu fikrinin daha inandırıcı olduğunu görüb onu bu fikirdən
daĢındırmaq üçün əl-ayağa düĢdü. Əl atıb cibindən Hüseyn Lələ bəy ilə yazıb möhürlədikləri
müqavilənaməni çıxartdı. Əvvəl onu Hüseyn Lələ bəyə göstərmək, verdiyi sözü yadına salmaq
istəyirdi. Amma fikrindən tez daĢınıb Rüstəm Mirzəyə göstərdi.
– Bu mənim Hüseyn Lələ bəy ilə bağladığım əhd-peymandı. Burada yazılıb ki, Rüstəm
Mirzəni taxta çıxarandan sonra o, ġeyxin uĢaqlarını azad eləyəcək.
Rüstəm Mirzə hirsləndi:
– Mən səni vəkil eləmiĢdim?
– Yox.
– Bəs bu nə iĢdi mənim adımdan danıĢırsan?
Əbih Sultan da pərt oldu, kağızı qatlayıb cibinə qoydu.
Hüseyn Lələ bəyə baxıb çiyinlərini çəkdi. Yə‟ni daha mənim heç bir sözüm yoxdur.
– Belə olan yerdə bizim müqaviləmiz pozulur. – Hüseyn Lələ bəy cəld Əbih Sultanın
belindəki qılıncı çəkib çıxartdı. Dədə bəy onu sarıdı.
Rüstəm Mirzə isə Ģah kimi oturmuĢdu. Yerindən tərpənmirdi. Əbih Sultanın silahının
alınıb qollarının bədəninə sarınması onun vəziyyətini ona baĢa saldı.
– Əhdinizi nə tez pozdunuz, – deyə lovğa-lovğa dilləndi.
– Bu tək əhd pozmaq deyil, Bəysunqurun təzədən Ərdəbil müridləri üstünə yeriməyidi.
Köhnə düĢmənçilik təzələnir, ġeyxin övladlarını da ölüm gözləyir.
– Bəs məni niyə sarımırsan?
– Səni sarımaq çox asan iĢdi. Onsuz da buradan heç yana qaça bilməzsən.
Dədə bəyin gur səsi eĢidildi:
– Rüstəm Mirzə, yaxĢı-yaxĢı fikirləĢ, ya onlar deyənə qulaq asmalısan, ya da Bəysunqurun
cəlladlarının qabağında dayanacaqsan.
– Mən Ģərti elə qəbul eləyə bilmərəm. ġeyx Heydərin uĢaqları müridlərdən yeddi köynək
mənə yaxındı. Taxta çıxan kimi onları zindandan birbaĢa saraya gətirəcəm.
Əbih Sultan rahat nəfəs aldı.
– O saraydan onlar heç bir xeyir görməyiblər. Bizim Ģərtimiz qətidir. Ərdəbil neçə qərinədi
ki, ġeyx Səfiyyəddin övladlarının mülküdür. O mülk qayıtmalı, ġeyx Sultanəli Ərdəbildə
oturmalıdır.
Əbih Sultan da Rüstəm Mirzəni sakitləĢdirməyə çalıĢırdı.
– Rüstəm Mirzə, Bəysunqur gedəndən sonra ġirvanĢah sənə düĢmən kəsiləcək. Onun da
qabağında Sultanəli dayana bilər. Çünki qan düĢmənidilər. Hüseyn Lələ bəyin Ģərti sənə də
xeyirdi.
– Demək Sultanəli belə böyüyüb?
– Ġndi o, həddi-büluğa çatmıĢ oğlandı. Darül ĠrĢadın iĢləriylə məĢğul olacaq. Onu sarayda
saxlamaq istəsən də, qalmaz. – Hüseyn Lələ cavab verdi.
Rüstəm Mirzə dəlillərin qarĢısında təslim oldu.
– YaxĢı, mən razı.
– Onda müqavilənamə təzədən yazılmalıdır, – deyə Hüseyn Lələ fikrini bildirdi.
– Müqavilənamə?! Mən sözümün ağasıyam. Həm də hökmdar hökmdarla müqavilənamə
bağlayar?!
– Hələ hökmdarlığa var.
Rüstəm Mirzə tələsirdi. Elə bilirdi ki, artıq taxta oturub. Amma söhbətlər onu indiki
vəziyyətinə qaytarırdı.
Hüseyn Lələ bəy qələm-davat istədi. Gətirdilar. Oturub yazdı. Hər bəndi Rüstəm Mirzə ilə
razılaĢdırdı. Sonra onlar möhür basdılar. Rüstəm Mirzənin möhürü yox idi. Barmağını basdı.
Bundan sonra Rüstəm Mirzəyə hökmdara layiq libas, silah gətirdilər. Özləri çıxdı, o geyindi.
Əbih Sultan çadıra girəndə gördü ki, Rüstəm Mirzə iki balıĢı üst-üstə qoyub, dizinin
kündəsi balıĢları basıb aĢağı. Artıq qızıldan olmasa da, qaz tükündən özünə taxt düzəldib.
Hamıdan heç olmasa bir barmaq yuxarıda oturmaq istəyir.
90 www.sarigelin.net
– Əmir Ġbrahim, – deyə Əbih Sultana müraciət elədi. – Anan namaz üstəymiĢ. Mənim
köməyimə çatmasaydın, özüm taxta çıxanda and içmiĢdim birinci səni Təbriz qalasından asdırım.
Əbih Sultan onun bu xam xəyalına ürəyində güldü. Həm də sevindi. Sevindi ki, Rüstəm
Mirzə çox yola yaxın adamdı. Sarayda, o hökmdarın ən yaxın adamı olacaq, kəsdiyi baĢların
sorğu-sualı olmayacaq.
Dədə bəy Hüseyn Lələnin yanına gəlib onunla xısın-xısın danıĢmağa baĢladı.
– Tədbirimiz baĢ tutub. Cibo Səfər qayıdıb.
– Necə?
– Bəysunqur artıq Arazı keçib ġirvana gedib. Təbriz yolu açıqdır.
– Bir yandan bağlayan tanrı o biri yandan açır. Hüseyn Lələ bəy ġirvandan gələn çaparı
tutdurmuĢ, onun paltarını geydirib məktubunu da təzədən yazdırandan sonra Təbrizə
göndərmiĢdi. Fərrux Yasarın adından yazılan bu məktubda bildirilirdi ki, qoca ġirvanĢah ölüm
yatağındadır, halallaĢmaq üçün nəvəsi Bəysunquru yanına çağırır. Tək ona deyiləsi sözləri, sirləri
var. Cibo Səfəri göndərməkdə məqsədləri vardı. Səfər Ģamaxılı idi, danıĢığı, ləhcəsi Ģübhə
doğura bilməzdi. Ġndi bu tədbir öz iĢini görmüĢdü. Bəysunqur Suleyman Bicanoğlu ilə bərabər
ġamaxıya yola düĢmüĢdü. Taxt Ģəhəri Təbriz onların üzünə açıq idi. Təbriz camaatı Rüstəm
Mirzənin tərəfindəydi. Onun atası Maqsud Mirzə Təbrizi bir dəfə xilas eləmiĢdi. Ona görə də
təbrizlilər ġirvanĢahın qohumu Bəysunqurdan çox Rüstəm Mirzəyə məhəbbət bəsləyirdilər.
ġəhərdəki qoĢun nə qədər olsa da, Rüstəm Mirzənin adını eĢidən kimi silahlarını töküb onun
tərəfinə keçəcəkdi. Bəlkə də...
SONUNCU GÜN
Əkil bəkil quĢ idi,
Divara qonmuĢ idi.
Getdim onu tutmağa,
O məni tutmuĢ idi.
Meydanın ağacları,
Bar gətirib ucları.
Ġsmayıl Səkinənin oxuduğu Ģe‟rin qurtarmağını gözləyib dedi:
– Səkinə xala, niyə mən uĢağam?
– Sənin ağıllı canına qurban olsun Səkinə xalan. Atam-anam, bəs, necə Ģe‟r istəyirsən?
Boyat tayfasının Ģe‟rlərindən deyim?
– Hə, de.
Bu dağlar, ulu dağlar,
ÇeĢməli, sulu dağlar.
Burada bir qərib ölmüĢ,
Göy kiĢnər, bulud ağlar.
Göylər kiĢnəmirdi. Qara buludlar yox idi. Payızın günəĢi hər tərəfi soyuq bir iĢığa qərq
eləmiĢdi. Amma Səkinə elə deyirdi ki, elə bil ildırım da çaxırdı, bütün dünya qara libas geymiĢdi.
Kasa dolmaz,
Mərd əli kasad olmaz
Yüz namərdin çörəyini
Doğrasan, kasa dolmaz.
91 www.sarigelin.net
Ġsmayıl qonĢu hücrədəki qocanın avazla qur‟an oxumağını çox eĢitmiĢdi. O avazda ağır,
üzüntülü uzaq bir nida vardı. Dərd və ələm vardı. Amma onun oxuduqlarını baĢa düĢmək
mümkün deyildi. Səkinənin oxuduqlarında nə isə dərd-kədərlə bərabər aydınlıq da vardı.
Çay axdı, ada saldı.
CoĢdu sel, səda saldı.
Allah bizi unutdu
Əzrayıl yada saldı.
– Bunları kim qoĢub, Səkinə xala?
– Nə bilim, atam-anam. El-elat, çoban-çoluq. Dərd kimdə olar? Hərə öz dərdini deyib olub
bayatı.
Sultanəli hücrəyə girdi. Kəsik-kəsik nəfəs alırdı. Rəngi ağarmıĢdı. Çox həyəcanlı idi.
Divara söykənib Ġsmayılla Səkinəyə baxan anasına dedi:
– Gəlirlər.
– Kim gəlir? – AləmĢahbəyimin ağzında dili tikan-tikan oldu. Bütün bədənindən taqətsizlik
adlı bir gizilti keçdi.
– Qalaya çox böyük dəstə qalxdı. Yəqin bizi aparmağa gəlirlər.
Ġsmayıl qalxıb qardaĢından soruĢdu:
– Hara? Evimizə?
Sultanəli onunla açıq danıĢmaq istədi. Onun qarĢısında çöməldi.
– Evimizə yox, mənim balaca qardaĢım. Bu sonuncu günə oxĢayır. KiĢi kimi mərd
mərdanə dayan, ölüm ayağında özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox,
üzlərinə tüpürmək lazımdır.
AləmĢahbəyim quruyub qalmıĢdı. Dili söz tutar-tutmaz Səkinəyə dedi:
– Səkinə, mənim zümrüd qaĢlı üzüyümü mücrüdən çıxar ver. – Sultanəli tərs-tərs anasına
baxdı. Özünü saxlaya bilmədi.
– Ölüm ayağında neynirsən bər-bəzəyi?
AləmĢahbəyim oğlunun sözünə fikir vermədi. Sultanəli də anasının fikrini baĢa düĢüb
dinmədi. Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüd qaĢlı üzüyü gətirdi. O
üzüyü barmağına keçirtdi, sonra necə elədisə üzüyün qaĢı qalxdı.
– Bunu nənəm Sara xatun bağıĢlayıb. Dar ağacından, qılıncdan irəlidir. Səkinə, o birisiləri
də gətir. Amma Səkinə yerindən tərpənmək istəmirdi.
– Səkinə, – deyə yenə ona baxdı.
– Əlim gəlmir, atam-anam.
– Yerini de, özüm götürüm.
– Sazın içindədi.
Səkinə cürə sazı divardan götürdü. Simləri dartan aĢıqlardan birini çıxartdı. AĢığın içindən
Səmərqənd kağızına bükülən kiçik həbləri götürdü. AləmĢahbəyim bu həblərdən birini ağzına
atmaq istəyən Səkinənin biləyindən tutub saxladı.
– Neynirsən?
– Bu günü görmək istəmirəm, atam-anam.
– Sənin günahın nədi, Səkinə. – AləmĢahbəyim onu qucaqladı. – Əlbət mənim axırıncı
xahiĢimi eĢidəcəklər. Onda deyəcəyəm səni öz ellərinə göndərsinlər.
– Bundan sonra bu dünyada yaĢamaq istəmirəm, atam-anam.
Ġsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma iĢin məğzini baĢa düĢə bilmirdi.
Sultanəlidən soruĢdu:
– Nə olub?
Sultanəli onun qolundan tutub apardı.
– Ġsmayıl, biz kiĢiyik, axıra qədər də özümüzü kiĢi kimi aparmalıyıq. Atamızın düĢmənləri
bizi aparmağa gəlib. Onlar yəqin ki, bizi e‟dam edəcəklər. O düĢmənlərə əyilməməliyik. Onların
92 www.sarigelin.net
üzlərinə tüpürək, ağır sözlər deyək. Atamız da belə kiĢi olub. Bu həbi qoy cibinə. Zəhərdi.
Gördün ki, cəllad öz iĢini görməyə hazırlaĢır, onda bu həbi udarsan. – Sultanəli üzünü döndərib
arxasını çevirdi ki, kiçik qardaĢı onun gözlərindəki yaĢı görməsin. Sultanəli qorxmurdu. Özünü
belə bir gün üçün hazırlamıĢdı. Amma çox istədiyi kiçik qardaĢına zəhərli həb verəndə özünü
saxlaya bilmədi. Gözünün yaĢını siləndən sonra qardaĢının aydın, qorxu-hürküdən uzaq sifətinə
baxdı. Onu qucaqlayıb bağrına basdı.
– Sultanəli, atamız o gələn adamlardan qorxurdu?
– Yox!
– Onda biz niyə qorxaq ki?
– Əhsən, qardaĢım!
AləmĢahbəyim oğlanlarının söhbətinə qulaq asanda özünü saxlaya bilmədi, qəĢĢ eləyib
yıxıldı. Səkinə qalxıb su gətirib onun sifətinə çilədi. Gözlərini açanda baĢının üstündə
Sultanəlinin sifətini gördü.
– Sənə nə oldu, ana?
– Heç.
– DüĢmənlərimiz bizi belə görsə sevinər axı.
AĢağı qala ilə onların arasındakı qapının kilidinin səsi eĢidildi. Sultanəlinin gözləri içəri
girən adamlarda idi. Bu ucaboy, sifəti çox tanıĢ gələn kiĢinin baĢında dilim-dilim qırmızı çalma
vardı.
– Ana, qızılbaĢlar!
– Hüseyn Lələ?!
AləmĢahbəyim sevincindən qıĢqırdı, səsi batdı. Bəli, gələn Hüseyn Lələ idi. Yetirən kimi o,
Sultanəlini bağrına basdı. Ġsmayıl yeriyib onu itələdi. QıĢqırdı:
– Burax qardaĢımı, cəllad.
Hüseyn Lələ bəy dönüb ona baxdı. Onu qucağına götürüb baĢı üstünə qaldırdı.
– Ġsmayıl, gözümün iĢığı, maĢallah, necə də böyümüsən.
– Sən bizi öldürməyə aparırsan?
Hüseyn Lələ onu sifətinə sıxdı və gözlərinin yaĢını gizlətməyə çalıĢdı. Sultanəli dedi:
– Ġsmayıl, Hüseyn Lələ atamızın dostu, bizim lələmizdir. O, bizi xilas etməyə gəlib.
Hüseyn Lələ bəy Ġsmayılı yerə qoyub AləmĢahbəyimə baĢ əydi.
– Bacı, bu günə çox Ģükür.
AləmĢahbəyim yaĢmaq çəkdi, baĢını aĢağı əydi və soruĢdu:
– Bizi bir hali elə görək iĢimiz necə oldu?
– Hər Ģey yaxĢıdı. Bəysunqur ġamaxıdadı. QızılbaĢlar Rüstəm Mirzəni taxta çıxartdılar. O
da fərman verib sizi azad elədi. Ġndi gəlmiĢik. Təbrizə gedirik.
– Təbrizə niyə? Ərdəbilə getsək salamatlıq olar.
– Rüstəm Mirzə uĢaqları orada təntənə ilə qarĢılamaq istəyir. Oradan da Ərdəbilə
qayıdacağıq.
– Əmim oğlu Rüstəm qardaĢımdan da zalimdi. Birdən bir Ģey olar?
– Heç nə olmaz. O özü qızılbaĢların əlindədir.
TƏBRĠZDƏ
ġeyx Heydərin övladlarını böyük mürid dəstəsi əhatə eləmiĢdi ki, bu dəstəyə Hüseyn Lələ
bəy rəhbərlik eləmiĢdi.
Sultanəli ata minmiĢ, baĢına qızılbaĢ çalması qoymuĢdu. Bu çalmanı neçə illərdi Hüseyn
Lələ bəy saxlayırdı. Dostu Heydərin çalması idi, oğlu üçün qoruyub saxlamıĢdı. Ġsmayıl isə
Hüseyn Lələ bəyin atının tərkində oturmuĢdu. Dayanıb düĢərgə salanda Ġsmayıl qaçmaq, dağlara
dırmaĢmaq, ağaclara çıxmaq, düzənlərdə yüyürmək istəyirdi. Amma Lələ ondan bir addım da
93 www.sarigelin.net
ayrılmırdı. O da bilirdi ki, uĢaqlığını dar divarlar arasında keçirən Ġsmayıl indi azadlığı dadmaq
istəyirdi. Amma onların həsrətini çox çəkmiĢdilər, indi onları gözdən qoymaq fikrində deyildilər.
DüĢərgələrin birində Sultanəli Hüseyn Lələ bəyə dedi:
– Lələ, mən Rüstəm Mirzəylə görüĢmək istəmirəm.
– Niyə?
– Səbəbini özün bilirsən. Mən babam Həsən padĢahdan baĢqa heç bir Ağqoyunlu
hökmdarına hörmət eləmirəm. Onlar hamısı mənim qan qohumum olmaqla bərabər, həm də qan
düĢmənlərimdir.
Lələ əlini onun çiyninə qoydu.
– Sən böyük və ağıllı oğlansan. Atandan sonra Səfəviyyə təriqətinin baĢçısısan. Bu gündən
düĢmənlə də dost kimi danıĢmağı bacarmalısan.
– Axı mən hələ təriqət baĢçısı olmağa hazır deyiləm.
– Sən Ərdəbilə qayıdandan sonra müridlər hər yerdən axıĢıb gələcək. Ġndi Təbrizə də
qohum kimi yox, təriqət baĢçısı kimi gedirsən. Orada öz Ģərtlərini irəli sür.
– Hansı Ģərtləri?
– Ən əsas Ģərt odur ki, sən Ərdəbilin Ağqoyunlu paytaxtından asılılığına son qoymalısan.
– Mənim Ģərtimə razı olacaqmı?
– Olacaq. Müqavilənaməni imzalamıĢıq.
– Ərdəbil Azərbaycandan ayrılsın? – deyə Sultanəli təəccüblə soruĢdu.
– Bəli. Ölkə qan içindədir. Gündə minlərlə günah iĢlənir. Təriqətimiz özünün pak, təmiz
baĢçısını və paytaxtını əldə eləməsə, yenə də Ağqoyunlulardan asılı qalsa, onda öz iĢlərimizi
davam etdirə bilməyəcəyik.
– Lələ, sən atamızın dostusan. Ən çətin gündə köməyimizə gəlmisən. Sənin hər məsləhətin
də bizim üçün qanundur, Qur‟an ayəsi kimi müqəddəsdir.
Onlar Təbrizin gündoğan qapısına çatanda bütün Ģəhər əhli piĢvaza çıxmıĢdı. Yolların
kənarı, qala divarlarının üstü adamla dolu idi.
Ġsmayıl təəccüblə soruĢdu.
– Lələ, bu qədər adam olar?
– OlurmuĢ, qardaĢoğlu...
– Lələ, o adamlar niyə elə sallanıblar? ġəbeh çıxardıllar?
Qala qapısından bir neçə cəsəd asılmıĢdı və havada yellənirdi.
– Onlar yox, onları bu günə salanlar Ģəbeh çıxardır.
“Bu Əbih Sultanın iĢidi. XoĢuna gəlməyənləri asdırır. Ġndiyə qədər cəsədləri də
götürməyib. Yoxsa bizi qorxutmaq istəyir. ġeyx Heydər övladlarını belə qarĢılayarlar? Ġndidən
bizə buynuz göstərir. Nə olar, biz də iĢimizi bilərik”.
Ġsmayıl sualı sual dalınca yağdırırdı:
– Onun baĢına quĢ niyə qonub? PadĢah seçirlər?
Hüseyn Lələ bəy cavab tapmadı.
– Lələ, padĢah seçəndə quĢ onun çiyninə qonmalıdı. Bunun da çiyni uzanıb. Belə də çiyin
olar? Bəs o itlər niyə aĢağıda boğuĢur?
Lələ gördü ki, nə Rüstəm Mirzə, nə də Əbih Sultan onları qarĢılamağa çıxmayıb. Ona görə
də fikrini dəyiĢdi. Birdən ağlına gəldi ki, Dədə bəyin baĢında iĢ var. Heç o da görünmür. Bəlkə.
Nə desən onlardan gözləmək olar.
– Dayanın!
Lələnin əmrindən sonra hamısı dayandı.
– Döndərin o birisi darvazaya.
.Onlar yollarını dəyiĢdilər. Bürclər, divarlar Ġsmayıla Təbrizi görməyə mane olurdu.
– Lələ, Təbrizə niyə girmirik?
– Ġsmayıl, səni padĢah qarĢılamalıdı. Görünür o birisi qapıda gözləyir.
O birisi darvazada da camaat çox idi. Darvazalardan, aqaclardan burada da cəsədlər
asılmıĢdı. Burada da saraydan onları qarĢılamağa çıxan yox idi. Hüseyn Lələ pərt olmuĢdu.
94 www.sarigelin.net
– Burada təpənin üstündə çadır qurun. Qalan müridlər silahlarına qurĢanıb təpəni dövrəyə
alsın. ġeyx Heydərin uĢaqları Rüstəm Mirzənin ayağına getməyəcək.
Təpənin üstündə ağ çadır qurdular. AləmĢahbəyim Səkinə ilə çadırda oturmuĢdu. Sultanəli,
Ġbrahim, Ġsmayıl, Lələnin yanında dayanıb Təbrizə baxırdılar. Buradan baxanda Ģəhərin
içərisində uca minarəli məscid görünürdü. Onun kaĢıları firuzə rəngindəydi və bir neçə yerində
güzgü kimi günəĢ iĢığını əks eləyirdi.
– Lələ, o hansı məsciddi?
– Nəsriyyə məscidi. Təbrizin ən böyük məscididir. Baban Həsən padĢah tikdirib. Yanındakı
ölkənin ən böyük mədrəsəsidir.
– Bəs o göy bina nədi?
– O da “Səkkiz behiĢt” sarayıdı. Sultan Yaqub tikdirib.
– Lə‟nətulla, – deyə Ġsmayıl dilləndi. Lələ ona baxıb gülümsədi. Ġbrahim də gülümsəyirdi.
Amma söz deyə bilmirdi.
– Təbriz çox böyükdü, Lələ?
– Çox böyükdü. Karvan yollarının hamısı buradan keçir. Bir yol buradan gedir Diyarbəkrə,
oradan Mərdinə, Mərdinnən Qeysəriyyəyə, Qeysəriyyədən Ankaraya, oradan da Bursaya. BaĢqa
bir yol ilə Təbriz, Ərzurum, Ərzincan, Toqqat, Amasiya, Ankara yolu ilə yenə Bursaya gedib
çıxmaq olar. Buradan oraya, oradan buraya tacirlər gedib-gəlir. Venediktdən, Napoldan,
dünyanın bir çox baĢqa Ģəhərlərindən malları gətirib Təbrizdə satırlar. Bir yol da gündoğana,
hind ölkəsinə, biri də Çinə gedir. Düzdü, gediĢ-gəliĢ azalıb. Təbrizdə toxunan parçalar,
zərbaftalar dünyanın hər yerinə daĢınır. Azərbaycan ipəyinin heç yerdə misli yoxdur.
Lələnin göndərdiyi atlı “Səkkiz behiĢt” sarayına xəbər apardı ki, ġeyxin uĢaqları Təbriz
yaxınlığında düĢərgə salıb.
Dostları ilə paylaş: |