Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
– Allahı Ģahid gətirib, Sultanı təhqir eləyirsən, ələ salırsan. Bunun gətirdiyi hədiyyəyə bax, 
bəxĢiĢə fikir ver! 
Əbih Sultan gördü ki, Bəysunqurun yanında artıq onun kəndirini vurublar. Arası düzələsi 
deyil. Bəlkə də elə buradan onu zindana apardılar. Özünə haqq qazandırmağa çalıĢdı. 
– Sultani əzəm, bu monqol atıdı. Çingiz xan bunlarla dünyanı fəth eləməmiĢdirmi? 
– Monqol atı... Atı minirdilər, südünü sağıb içirdilər, ac qalanda da ətini yeyirdilər. Olmaya 
sən də madyan tapıb gətirmisən? 
– Bəli, hökmdar sağ olsun. Monqol atlarının madyanı daha qiymətlidir. 
– Əmir Süleyman, eĢitdin? 
– Bəli, Sultani əzəm. Ağ elədi ha... Elə buradaca.  
Əbih Sultan artıq vaxtın yetiĢdiyini görüb ayağını qaldırıb balaca atın belinə aĢırdı. 
– Qoy bir dövrə vursun, onda görərsiniz – o, monqol atını tərpətdi. Bu at elə bil ayaqlarının 
dördünü də birdən atır, qızıl ilan kimi Ģütüyüb gedirdi. 
– Zindana salınsın, Əmir Süleyman, zindana. Sonra da boynu vurulsun. 
Süleyman  Bicanoğlu  da  elə  bilirdi  ki,  o  dövrə  vurub  qayıdacaq.  Amma  qayıtmadı.  Cıdır 
meydanından çıxıb baĢ alıb getdi. 
Qoca sərkərdənin gur səsi eĢidildi. 
– Əbih Sultanı tutun. Atlanın.   

75  www.sarigelin.net 
 
FərraĢlar  atlara  minənə  qədər  Əbih  Sultanın  mindiyi  monqol  atının  ayağının  altından 
qalxan toz da yatmıĢdı. 
Muradın  köhləni  ayaq  saxlayıb  elə  bil  havanı  iylədi,  baĢını  qaldırıb  kiĢnədi.  Qulaqlarını 
Ģəkləyib  ayaqlarını  yerə  döydü,  qayalığa  tərəf  dartındı.  Amma  o  bu  yerlərdən  tezliklə 
uzaqlaĢmaq,  axĢam  qaranlığı  düĢməmiĢ  Ģəhərə,  kəndə  çatmaq,  karvansarada  ayaqlarını  yuyub 
yatmaq fikrindəydi. Bərk yorulmuĢdu. Bu yollarda adam az idi. Amma onun da qabağına qaçaq-
quldur çıxar. Düzdür, ömrü qaçaqlıqda keçən Murad özünün gücünə, fərasətinə bələd idi, özünə 
arxayın olmasa yollara çıxmazdı. Hər halda tanımadığı yerlərdi, kimsəsiz çöllərdi. Nə desən ola 
bilərdi. 
At  getmək  istəmirdi.  O  baxdı,  bir  Ģey  görmədi.  Günortadan  bəri  gəldiyi  yolun  kənarı  ilə 
uzanıb gələn qayalıqlar idi. Amma onun burnuna at tərinin türĢumuĢ iyi dəydi. 
Nə  qədər  sürdüsə  at  karvan  yolu  ilə  getmək  istəmədi.  Onun  özü  də  maraqlandı,  silahını 
yoxladı, atının baĢını buraxdı. Heyvan yoldan çıxıb qayaların arasına getdi. Onun hər tərəfindən 
bədheybət heyvana oxĢayan iki qara qaya ucalmıĢdı. Qabaqda geniĢlik, amma hər tərəfi bağlı bir 
yer idi. Balaca, qara bir madyanın yüyəni daĢa bağlanmıĢdı. Zərbaftalı, bahalı libas geyən adam 
baĢını yəhərin üstünə qoyub yuxuya getmiĢdi. Onun ətrafında keçi qəzilindən toxunan bir sicim 
yerdə sanki dairə çəkmiĢdi. Belə qəzil sicimə heç bir ilan yaxın düĢmür. 
Muradın  kəhəri  madyanı  görəndə  baĢını  geri  atıb  sağ  qolunu  qaldırıb  yerə  vurdu. Elə bil 
madyanı  yanına  çağırırdı.  Madyan  baĢını  oynatdı,  yalı  daranmıĢ  saç  kimi  əfsəndi.  Həvəslə 
fınxırdı,  ayaq  döydü,  arxa  ayaqları  onlara  tərəf  düĢdü.  Təpiyini  hazırladı.  Yüyən  baĢını 
qalxanının üstünə qoyub mürgüləyən Əbih Sultanın qolunda idi. Dartıb onu oyatdı. O, bir an key 
kimi oldu. Amma özünə gələn kimi qalxanı götürüb baĢına çəkdi. 
– Axır ki, məni tapdınız Ancaq Əbih Sultan hər əbləhə can verən igidlərdən deyil! 
Murad maddım-maddım ona baxırdı: 
– Mən yol adamıyam. Sənnən iĢim yoxdu – dedi. 
– Aldada bilməzsən, səni o qoca tülkü göndərib. – Onun səsi üstündə soyuq bir parıltı olan, 
quran ayələri dəyirmi cızılmıĢ qalxanın altından gəlirdi. O elə bil göbələyin altında gizlənmiĢdi. 
Birdən-birə göbələk qalxdı, onun qından çıxardığı qılıncın əyri, soyuq tiyəsi parladı. 
–  Kimdi  qoca  tülkü?  –  Murad  onun  yatağan  ilan  kimi  tullanıb  qılınc  çalmağına  hazır 
vəziyyətdə idi. Özü də qılıncını çıxartmıĢdı. Həm də yəhərdə oturmuĢdu. 
– Sən tülkünü mənim üstümə göndərən. 
Onun  sözü  Muradı  hövsələdən  çıxarda  bilərdi.  Amma  hövsələsini  basdı.  Yad  eldə, 
tanımadığı adamla səbəbsiz vuruĢmağı özünə sığıĢdıra bilmirdi. 
– Ağzını təmiz saxlamasan dilini itirərsən. 
Əbih Sultan özünün vəziyyətini öyrənmək üçün xeyli geri çəkilmiĢdi və daha qalxanın üst 
tərəfindən baxırdı. Bu adamı tanımadı. Geyimi də heç saray adamlarının geyiminə oxĢamırdı. 
– Mənim dilimi kəsən heç anasının qarnında da deyil. – O meydandan aralanmıĢdı, amma 
madyan  onu  dartırdı.  Belə  vəziyyətdə  o  vuruĢa  bilməzdi.  Madyanın  yüyənini  də  biləyindən 
çıxarsa payi-piyada qalardı. 
– DanıĢığınla madyan minməyin heç tutmur axı. Mən bura dönməmiĢəm. Kəhəri madyan 
çağırıb. – Murad ona lap öldürücü zərbəsini endirdi. Əbih Sultan sözə cavab tapa bilməyib pərt 
oldu. 
– Aslanın erkəyi-diĢisi olmaz. 
– Atın madyanı olur amma. Bura bax, mən sənin düĢmənin deyiləm, sən də mənim. Nahaq 
yerə acı-acı danıĢıb özünə düĢmən qazanırsan. VuruĢmaq istəyirsənsə min atına, çıx meydana. 
Əbih Sultan onun yumĢaldığını gördü, amma fürsəti əldən vermədi. Cəld madyanı mindi. 
Amma onun üzünü bu iri, cüssəli adama tərəf döndərə bilmirdi. Madyan kiĢnəyib dönür, kəhəri 
sanki qızıĢdırmaq üçün ona təpik atmaq istəyir. Əbih Sultanın imkanı olsa bu an madyanı qılıncla 
parça-parça eləyərdi. Onu lap biabırçı vəziyyətdə qoymuĢdu. 

76  www.sarigelin.net 
 
–  Mən  meydannan  qorxan  deyiləm.  Çox  meydanlarda  çox  özündən  deyən  igidlərin 
analarını  ağlar  qoymuĢam.  Sən  bura  mənim  yanıma  o  qoca  tülkü  Süleyman  Bicanoğlunun 
tapĢırığıynan gəlmisən. 
– O kimdi? 
– Tanımırsan? Bəysunqur Mirzəni?  
– Bəysunqur Mirzə kimdi? 
– Nə dilbilməz adamsan? Bəysunqur Mirzə padĢah. 
– O padĢah, mən rəiyyət. Onnan mənim nə alıĢ-veriĢim.  
 
Bığları qoç buynuzları kimi dayanan Muradın kəhəri qantarğanı çeynəyir, Ģahə qalxır, bu balaca 
madyanın üstünə cummaq üçün özünü yeyib tökürdü. 
– Heç rəiyyətə oxĢamırsan. 
– OxĢadım, oxĢamadım. Çuxur Səddən gəlirəm. 
– Hara gedirsən? 
– Ərdəbilə. 
–  Tacirsən?  –  Əbih  Sultan  onunla  öz  arasında  qılınc  məsafəsi  saxlayıb  sorğu-suala 
tutmuĢdu,  Murad  isə  ayaqları  atın  qarnından  xeyli  aĢağı  sallanan  bu  hikkəli  Ģəxsin  kimliyini 
öyrənməyə çalıĢırdı. 
Əbih Sultan elə bil ulağı minmiĢdi. Onu gülünc görkəmə salan bu madyan olmasa onu hələ 
iki gün bundan qabaq Təbriz qapılarında asmıĢdılar, qara qarğalar da gözlərini deĢirdi. Süleyman 
Bicanoğlunun  adamları  ovu  bütün  gün  qovmuĢ,  amma  çata  bilməmiĢ,  səpələnib  yollarda 
qalmıĢdılar.  O,  Diyarbəkrə  qardaĢının  yanına  gedə  bilməmiĢdi.  Çünki  yəqin  ki,  yolları  kəsmiĢ, 
Əbih Sultanın  mülklərini talamağa dəstə göndərmiĢdilər. Hələlik  ona sağ canı  lazım idi. Sonra 
hər Ģey gəlib öz yerini almalıydı. Təqibdən qurtarandan sonra gecələr at sürür, gündüzlər dalda 
bir  yerə  çəkilib  dincəlirdi.  O  artıq  tədbirini  tökmüĢdü.  Belə  bir  vaxtda  onun  arxasında  dayana 
biləcək tək bir qüvvə vardı. O da ġeyx Heydərin müridləri idi. Onları tapsa, inandırsa onda Əbih 
Sultanın  qarĢısında  nə  Süleyman  Bicanoğlu  dayana  biləcək,  nə  də  Bəysunqur  Mirzə.  Amma  o 
ġeyx Heydərin yaxın dostu Hüseyn Lələni tapa biləcəkmi? Axı neçə vaxtdır onu axtarıb tapmağı 
yaxın adamlarına tapĢırıb. Heç bir Ģey çıxmır. Ġndi sevinirdi ki, yaxĢı ki, Hüseyn Lələ bəy əlinə 
keçməyib.  Yoxsa  Bəysunqurun  əli  ilə  öldürtdürəcəkdi.  Bu  dar  ayaqda  isə  köməyinə  heç  kəs 
çatmayacaqdı. 
Düzdür,  Məsih  Mirzə  ilə  aralarında  söhbət  olmuĢdu  ki,  əgər  AləmĢahbəyim  ona  arvad 
olmağa  razılıq  versə,  onda  Əbih  Sultan  Məsih  Mirzəni  taxta  çıxarmağa  çalıĢacaqdı.  Amma 
Məsih  Mirzənin  niyyəti  baĢ  tutmadı.  Əbih  Sultan  da  oyundan  çıxdı.  Görünür  onun  bu  iĢi 
Bəysunqurun  qulağına  çatıb.  Özünü  onun  gözündə  qaldırmaq  üçün  Rüstəm  Mirzənin  tutulub 
Əlincəyə salınmasında böyük canfəĢanlıq göstərdi. Yenə də qoca tülkü Süleyman Bicanoğlu onu 
gözdən saldı. 
Əbih Sultan çox çətin vəziyyətdə idi. Onun beyni hər an bir tədbir tökür, elə iĢlər qururdu 
ki, nizənin ucu ona tərəf düĢməsin. Xəta ondan yan keçsin. Kimə dəyir-dəysin, kimin günahı belə 
yoxdursa,  qoy  asılsın,  baĢı  kəsilsin,  fikirlər  onunla  məĢğul  olsun.  Əbih  Sultan  isə  sudan  quru 
çıxsın. 
Onu əldən çıxardıqdan sonra Süleyman Bicanoğlunun kürkünə birə düĢmüĢdü. Bilirdi ki, 
nə  qədər  onun  meyitini  görməyibsə,  öz  baĢının  salamat  qalmağına  ümid  azdır.  O,  azan  çaylar 
kimidir. Birdən-birə gözləmədikləri yerdən vurub çıxacaq və sel çox Ģeyi yıxıb dağıdacaqdır. 
Əbih Sultan Muraddan yenə soruĢdu: 
– Tacirsən? 
– Dedim ki, rəiyyətəm. 
–  Rəiyyətləri  mənə  tanıdırsan?  Rəiyyətin  çuxasının  bir  sapından  tutub  dartsan,  lüt  qalar. 
Öküzü  də  borc  alır,  xıĢı  da,  arvadının  tumanını  da.  Sən  lap  saray  adamına  oxĢayırsan.  Çuxur 
Səddən gəlib Ərdəbilə niyə gedirsən?  

77  www.sarigelin.net 
 
Murad  görürdü  ki,  bu  çox  həngaməli  adamdı.  HəmiĢə  buyurub,  cavab  verməyib,  cavab 
istəyib. Ġndi də onu öz itaətində saxlamağa çalıĢır. 
– Məni nə sorğu-suala tutmusan? Sənə bir axça borcum varsa, de, ikisini qaytarım. 
Əbih Sultan gördü ki,  elə bu da onun kimi hökmlü-hikmətlidi, bir az səbrini basdı. ġirin 
dillə onun ürəyinə girmək istədi. 
– Rast düĢmüĢük. Ġkimiz də qəribik, gərək bilək də, kimik, nəçiyik. Ġndi elə bir vaxtdır ki, 
heç kimə e‟tibar eləmək olmur. 
– Mən kimliyimi dedim. Bu tərəflərdə, – əlindəki qılıncı günbatana tərəf uzatdı, – karvan 
yollarının üstündə bir qaçaq Murad vardı. EĢitmisən? 
Əbih Sultan maraqla ona baxdı. 
– EĢitmiĢəm. Onun nəyisən? 
– Qaçaq Muradın özü. Bəs sən kimsən? 
– Mən! Ġndi tanıyacaqsan. Bir dəfə Trabzondan Qarabağa dəvə karvanı gedirdi. Onu sağ-
salamat  çatdırmağı  mənə  tapĢırmıĢdılar.  Sonra  dedilər  ki,  burada  ən  qorxulu  qaçaq  Muradın 
dəstəsidir. Çox fikirləĢdim, axırda bir dəvəyə alma yüklətdirdim.  
Murad gülümsədi: 
–  Tanıdım.  Əbih  Sultan,  sarayın  ən  hörmətli  əmiri.  Sənin  tədbirin  baĢ  tutmadı. 
BilməmiĢdin  ki,  hələ  bir  igid  zəhərdən  ölməyib.  Almaları  zəhərləmiĢdin,  fikirləĢmiĢdin  qaçaq 
Murad  nəfs  əhlidir,  qırmızı  almalara  tamah  salacaq.  Yox,  yemədi.  Sən  bizi  siçan  bilib  zəhərlə 
qırmaq istədin. Ancaq zəhər sarayda daha çox lazım olur. 
Bu  söhbətdən  sonra  Murad  qılıncını  qına  qoydu.  Əbih  Sultan  da  onun  kimi.  Vaxtilə 
düĢmən olsalar da indi artıq tanıĢ çıxmıĢdılar. Biri-birilərini tanımıĢdılar. Ötüb-keçmiĢ məsələyə 
görə biri-birlərinə qılınc qaldırmayacaqdılar ki. 
– YaxĢı, neynədin bir karvan ipəyi? 
– Bir karvan niyə? Bir dəvə yükü. Sənin adamların qorxub qaçdı. Mən də tacirə dedim ki, 
sənin var-dövlətin bizə lazım deyil. Xarəzmdən yüz qızı satmağa aparırdılar. Onları qurtarmıĢdıq. 
Əyin-baĢları tökülüb, onları geyindirmək lazımdır. Tacir də gördü biz acgöz adam deyilik, dedi 
ki, almalar zəhərlidi. Bundan sonra karvanı Trabzona qədər yola saldıq. 
– Ay köpək oğlu! 
Murad yenə əlini qılınca atdı. Amma Əbih Sultan sözünü düzəltdi. 
–  Taciri  deyirəm.  Məni  aldatdı,  haqqımı  vermədi.  Dedi  tamam  soyublar.  Heç  nəyim 
qalmayıb. 
– Deyər də. Onu qaçaqlara verəndən sonra hələ bir haqq da istəyirdin? 
Əbih Sultan razılaĢdı. 
– Düz sözə nə deyəsən? YaxĢı, o yüz kənizi nə elədiniz? 
–  Onlar  uzaq  ellərdəniydi,  geri  qaytarmaq  mümkün  olan  iĢ  deyildi.  Hansı  qızın  hansı 
igiddən xoĢu gəldisə verdik ona. Hamısı da namuslu adamlara ərə getdi. 
Əbih  Sultan  bunların  hamısını  eĢitmiĢdi.  Amma  onu  təzədən  danıĢdırıb  özündə  yəqinlik 
hasil eləmək istəyirdi, görsün doğrudanmı o Muraddır, ya yox. 
Murad soruĢdu. 
– Sən ki, sarayda məĢhur adam idin, bu nə gündü düĢmüsən? 
– Sarayın vəfası bundan artıq olacaq?!  
Əbih  Sultan  baĢına  gələnləri  danıĢdı.  Dedi  ki,  onun  kimi  Ərdəbilə  gedir.  Onlar  yola 
düĢdülər.  AxĢama  qədər  getdilər.  Gün  əyilənə  yaxın  Murad  geri  dönüb  narahat-narahat  əlini 
qaĢının üstünə qoydu. 
– Böyük bir dəstə gəlir. 
– Hanı? – Əbih Sultan da baxdı, bir Ģey görə bilmədi. 
– Toz görürəm. 
Quru  təpələrin  üfüqlə  birləĢdiyi  yerdə  toz  qalxmıĢdı.  Gün  əyildiyindən  o  toz  aydın 
görünmürdü, narıncı rəngə çalırdı. 
Əbih Sultan əl-ayağa düĢdü. 

78  www.sarigelin.net 
 
– Onlar məni axtarır. Mən gizlənim. – O fikrini dəyiĢdi. Sən də mənimlə bərabər gizlən. – 
Ağlına gəlmiĢdi ki, onu tutsalar birdən Əbih Sultanın yerini deyər. Murad dedi: 
–  Atı  sür  dalımca  –  Murad  köhlənini  boz  yovĢanlığa  vurub,  qayalıqlara  tərəf  uzaqlaĢdı, 
Əbih  Sultan  da  onun  dalınca.  Qayaların  arasında  Murad  yəhərdən  düĢüb  qayıĢla  atın  ağzını 
bağladı.  –  Sən  də  bağla,  kiĢnəməsinlər.  Özləri  qayalardakı  kolların  arasından  baxırdılar.  Bir 
azdan dəstə göründü. BeĢ yüzə qədər atlı olardı. Qabaqdakı qara atlını Əbih Sultan tanıdı. 
– O qabaqdakı Süleyman Bicanoğludur. Qanımı ĢüĢəyə tutsa ürəyi soyumaz. Murad, onlar 
atların izini görəcək. 
– Görməz. Sənin fikrin özündə deyildi. Mən qaçaq Muradam. Atları yoldan çıxarmıĢdım. 
Onlara iz verərəm? 
– Mən heç buna fikir verməmiĢəm. 
–  Haradan  fikir  verəcəkdin.  HəmiĢə hökmlü olmusan, yollar səninki olub.  Mən də qaçaq 
düĢüb atımı həmiĢə dağ-daĢla sürmüĢəm. 
– Bu yana döndüyümüz yerə çatdılar. – Murad da baxdı. Amma dəstə ötüb keçdi. Ġzə fikir 
vermədilər.  Dönüb  Əbih  Sultana  baxdı.  Onun  ağarmıĢ  rəngi  qara  saqqalına  görə  daha  da 
ağarmıĢdı.  Alnında  iri  tər  damlaları  göründü.  Elə  bil  onu  sıxıb  bu  tər  damcılarını  zorla 
çıxarmıĢdılar. 
– Heç ölməyə adam göndərmisən?  
– Necə? 
–  Onların  da  anaları,  bacıları  var.  Onların  da  ürəyində  səndəki  kimi  qorxu  olur,  bunu 
bilirsən? 
Əbih  Sultan  dinmədi.  Murad  ilgəyini  biləyinə  keçirdiyi  toppuz  yırğalana-yırğalana 
qayalıqda gəziĢirdi. 
– Bu tezlikdə yola çıxmaq qorxuludu. Qoy qaranlıq düĢsün.  
– Qaranlıq düĢsün? 
– Hə. 
Bu “qaranlıq düĢsün” kəlməsi Əbih Sultanın ürəyinə qaranlıq, qara bir Ģübhə saldı. “Məni 
öldürmək  istəyir.  Əynimdəki  libasa,  monqol  atına,  dəstəyi  qaĢ-daĢlı  qılınca,  xəncərə  görə.  Axı 
quldurun biridi. Bəlkə mən ondan qabaq tərpənim”. 
– Qaranlıq düĢəndə niyə? 
Murad onun qorxusunu baĢa düĢdü. 
– YaxĢı, mənə inanmırsansa, mən çıxıb gedirəm. 
– Yox, heç yerə getmə. 
Əbih Sultan fikirləĢdi ki, o e‟tibarlı olsa ona arxalanmaq lazımdı. Ġndi o belə igid, qorxu 
bilməz adamları tapmalıdır. Getsə bəlkə də elə. Süleyman Bicanoğluya onun yerini deyər. Qaçaq-
quldurdan əl çəkibsə, üzə çıxmaq istəyəcək, üzə çıxmaq üçün də belə bir iĢ görməlidir. 
Əbih Sultan cibindən pul kisəsini çıxartdı, mamırlı daĢın üstünə qoydu, xəncərini da onun 
yanına. 
–  Varım,  dövlətim  çoxdu,  amma  yanımda  olan  budur.  Götür.  Özümdə  qalır  qılıncımın 
üstündəki  daĢ-qaĢ,  bir  də  bu  at.  Atın  əvəzində  sənə  bir  ilxı  bağıĢlayaram.  O  daĢ-qaĢın  yerinə 
xəzinəmin yarısını bağıĢlayaram. 
Murad yoğun barmaqları ilə bığlarını sığalladı. Onun qara bığları ağzının yanlarından qoç 
buynuzu kimi əyilmiĢ, çənəsinin bərabərində isə yuxarı qatlanmıĢdı. Ucları da xəncər kimi iti idi. 
– Çörəyin var? 
– Atın tərkində var – Əbih Sultan gedib xurcunu gətirdi. Çörək çıxartdı. Nəyi vardısa daĢın 
üstünə düzmək istəyirdi. Murad onu saxladı. 
– Gəl bir yerdə çörək kəsək, bu da olsun bizim biri-birimizə e‟tibarımız. 
Onlar adama bir tikə çörək kəsib duza batırdılar. Murad bu tikəni çeynəyə-çeynəyə dedi: 
– Bu çörəyə and olsun ki, məndən sənə heç bir xətər toxunmayacaq. 
– Mən də and içirəm. Səni həmiĢə özümə dost bilərəm. Mənə Əbih Sultan deyərlər, elə bir 
iĢ eləyəcəyəm ki, yaxın vaxtda yenə o saraya qayıdacağam. Onda məni tanıyarsan. Əgər arxamda 

79  www.sarigelin.net 
 
dayanıb  mənə  bu  iĢdə  kömək  eləsən  sənə  əmir  rütbəsi  verdirərəm.  Bir  el  bağıĢlayaram,  gedib 
yaĢayarsan. Hələlik bunları götür. 
Murad ona düĢmən kimi baxdı. 
–  Sən  elə  bilirsən  mən  qulduram,  soyğunçuyam.  Andımızı  içib,  əhd-peymanımızı 
bağlamıĢıq. – Murad gəzinib gecələmək üçün münasib yer axtarırdı. Birdən gözü qayaya sataĢdı. 
Orada  nə  vaxtsa  mağara  varmıĢ.  Amma  mağaranın  ağzını  hörüb  üstünü  suvamıĢdılar.  O,  Əbih 
Sultanı çağırdı. O gəldi. – Ora bax, ağzını hörüblər. 
Onlar qayanın dibinə gəldilər. Bu hörgü qədim hörgü idi. Üstünə elə suvaq çəkmiĢdilər ki 
qayadan heç seçilmirdi. Amma suvaq bir neçə yerdən uçub tökülmüĢ, hörgü üzə çıxmıĢdı. 
–  Bu  xəzinəyə  oxĢayır,  Murad.  Özü  də  çox  böyük  xəzinəyə.  Ya  Ġsgəndər  Zülqərneyinin 
Azərbaycanda  basdırıb  getdiyi  xəzinədi,  ya  da  Çingizxan  nəvələrinin  iĢidi.  Əgər  bu  xəzinə 
rastımıza  çıxıbsa,  onda  səltənətin  yolu  üzümüzə  açıldı.  Bəysunqurun  xəzinəsində  siçanlar 
oynayır,  xəzinə  boĢdursa,  qoĢun  da  yoxdur.  Murad,  gəl  and  içək  ki,  bu  xəzinə  də  bizim  əhd-
peymanımızı pozmayacaq. 
Murad yenə tərs-tərs ona baxdı. 
–  Deyəsən  sən  sözübütöv  adama  oxĢamırsan.  Əhd-peyman  belə  ucuz  Ģeydi  ki,  onu  bir 
xəzinə poza bilsin? 
Murad iĢə baĢladı. Suvağın qalanını da qılıncı ilə qoparıb tökdü. DaĢları söküb çıxarmağa 
baĢladı.  Əbih  Sultan  da  ona  kömək  eləyirdi.  Onlar  mağaranın  yolunu  açdılar.  Ġçəri  girdilər  və 
girdikləri  yerdə  donub  qaldılar.  Mağaranın  yuxarısından  düĢən  iĢıq  içərini  aydınlaĢdırmıĢdı. 
Mağaranın  hər  tərəfindən  onlara  quru  kəllələr  baxırdı.  Ġçəridə  insan  sümükləri  üst-üstə 
qalaqlanmıĢdı. Divara söykənən skeletin əynindəki paltarın cır-cındırı da qalmıĢdı. Amma rəngi 
də bilinmirdi. 
Mağaradan  çıxdılar.  Onlar  çox  ölümlər,  ölüm  vaxtı  insan  iztirabları  görmüĢdülər. Amma 
beləsinə rast gəlməmiĢdilər. Bəlkə də bir Ģəhərin əhalisini bura yığıb mağaranın ağzını hörmüĢ, 
acından öldürmüĢdülər. Bu Çingizxan övladlarının dəst-xətlərinə oxĢayırdı... 
Bu  dünyada  bir  mavi  dəniz  vardı.  O  dəniz  üfüqdə  mavi  göylə  qaynayıb  qarıĢırdı.  Sakit 
dənizin üstündə ağ qağayılar uçurdu. Həmin dənizin sahilindəki qara qayalar baĢında diĢ-diĢ qala 
hasarları  olan  bir  Ģəhər  o  maviliyə  qarıĢmıĢdı.  Hər  səhər  bu  Ģəhəri  qızıl  qübbəli  mə‟bədlərdə 
çalınan zəng səsləri oyadırdı. 
O  mavi  dünyanı  AləmĢahbəyim  körpə  vaxtı  görmüĢdü.  Hə,  yadında  da  o  uzaq,  sanki  bu 
dünyadan köçmüĢ, yox olmuĢ Ģəhər mavi və qızılı rənglər Ģəklində qalmıĢdı. Özünün saçları və 
gözləri kimi. 
Anası Dəspinə xatun həmiĢə o Ģəhərdən danıĢardı. 
Bizans  imperiyasının  son  qəlpəsi,  ana  yurdu  Trabzondan  söhbət  açardı.  Bir  də  o  Ģəhərdə 
mavi və qızılı bir saray vardı. Deyərdilər ki, həmən sarayda Ġsgəndər Zülqərneynin ruhu yaĢayır. 
SüstləĢən, qocalan, ağ dərisi altında göy damarları görünən imperator Dördüncü Ġohann bir gün 
qızı Feodaranı yanına çağırıb demiĢdi: 
– Mən qocalmıĢam. QoĢunlarımız, bürclərimiz Osmanlı sultanı Fateh Məhəmmədin topları 
qabağında  dayana  bilməyəcək.  Ġstanbul  da  əldən  çıxdı.  Avropa  ilə  əlaqə  saxladığımız  boğazlar 
əldən  çıxdı.  Daha  arxanı-köməyi  günbatanda  yox,  gündoğanda  axtarmalıyıq.  Yoxsa  öz 
xidmətimiz  də  bata  bilər.  Ağqoyunluları  özümə  arxa  bilirəm.  Onlarla  qohumluğumuzun  tarixi 
çoxdan baĢlayır. Həmin qohumluğu təzələməyi lazım bilirəm. Osmanlı Sultanı üzünü Avropaya 
tutub Serbiyanı,  Macarıstanı, Əflakı tutsa da, bir gün qayıdıb Azərbaycanı, Ərəmniyyəni, Ġraqı, 
Xorasanı almağa çalıĢacaqdır. Onların qabağında dayansa, tək Uzun Həsən dayana biləcək. Sənin 
xeyir-duanı verirəm. Get və Uzun Həsəni bizim imperator nəslimizə dost elə. 
–  Mən  atamın  əleyhinə  getmirəm.  Amma  Uzun  Həsən  bu  vilayətin  bəyidir,  mən  isə 
imperator qızıyam. 
–  Elədi,  amma  yaddan  çıxartma  ki,  onun  torpaqları  bizim  imperiyamızdan  dəfələrlə 
böyükdür. 
Feodara ilə Uzun Həsənin toyundan sonra onun adını dəyiĢib Dəspinə xatun qoymuĢdular. 

80  www.sarigelin.net 
 
Ər  evində,  Uzun  Həsənin  məmləkətində  Trabzonun  imperator  sarayındakı  süstlük, 
bədbinlik  yox  idi.  Dəspinə  xatun  hiss  eləmiĢdi  ki,  atası  kimi  onun  imperiyası  da  qocalıb.  Bu 
günlük,  sabahlıqdır.  Uzun  Həsənin  Amid  bəyliyi  isə  bığ  yeri  tərləyən  gəncə  oxĢayır,  baĢdan 
ayağa əzələdir, sinirdir, hərəkətdir, qala divarlarını dağıdan mancanaq yayı kimidir. 
Elə  bil  onun  ayağı  düĢdü.  Uzun  Həsənin  qılıncının  kəsəri  daha  da  artdı,  gündən-günə 
Ģöhrətləndi,  gündən-günə  yurdunun  hüdudları  böyüdü.  Elə  bil  Dəspinə  xatunun  getməyi  ilə 
Trabzon imperatorluğunun taleyi, baxtı, xoĢbəxtliyi də harayasa uçub getdi. Sarı Ģam kimi əridi. 
Osmanlı  Sultanı  Fateh  Məhəmmədin  qoĢunları  Ģəhərin  divarları  ilə  üz-üzə  ordugah  saldı. 
Qüdrətli sərkərdənin qarĢısında qoĢun əvəzinə Uzun Həsənin anası Sara xatunun baĢçılıq etdiyi 
səfərətxanadan baĢqa heç nə dayana bilmədi. Düzdü, Fateh Məhəmməd Sara xatuna “ana”, Sara 
xatun ona “oğul” dedi. “Ana” – “oğul” birləĢib mavi dəniz imperiyasını bərpa eləyə bilmədilər. 
Sara xatun gəlini Dəspinə xatunun imperiya taxtına varisliyini irəli sürdü, Məhəmməd də qəbul 
elədi. Ancaq nə Dəspinə xatun  taxta çıxdı, nə də imperiya qaldı. Təkcə imperiyanın xəzinəsini 
onlarla  yarı  böldülər.  Beləliklə  də  Dəspinə  xatunun  vətəni  yoxa  çıxdı,  yuxuya,  mavi  və  qızılı 
rəngli xəyala çevrildi. 
AləmĢahbəyim  dar  barmaqlı  pəncərənin  qabağında  oturmuĢdu  və  bütün  bunlar  onun 
xəyalından  gəlib  keçirdi.  Anası  kiçik  vətəndən  böyük  vətənə  düĢmüĢdü,  amma  o  özü  atasının 
sarayından  ərinin  kiçik  evinə,  oradan  da  zindana  gəlib  çıxmıĢdı.  Bu  qala  da  o  yuxuya  bənzər 
mavi Ģəhərə bənzəyirdi. Sonuna az qalmıĢdı. Ġndi bu daĢ qəfəsdə oturub qızılı saplarla qara ipək 
üstündə o mavi ölkənin yadda qalan cizgilərini tikirdi. Dəniz idi, qayalıqlar üstündə qalalar idi, 
qalanın içindən qalxan qızıl qübbəli ĢiĢ binalar idi. Səkinə də oturub onun iĢinə baxırdı. 
Ġsmayıl sevinə-sevinə gəldi. 
– Ana, gör necə oxuyuram. Bax, bu əlifdi, bu beydi, bu nundu, bu zeydi, bu da teydi. 
Anası oğlunun yazısına baxıb fərəhləndi. 
– Elə bircə gündə öyrəndin? 
– Bəs necə ana. Burada nə var ki?!  
Səkinə sözə qarıĢdı. 
– Çox qədim bir dastan var. Orda deyillər ki, xanın bir oğlu oldu. O qədər gözəl idi ki, ay 
onun sifətindən utanırdı. O bircə dəfə süd əmdi, qırx gündən sonra ova getdi, at mindi, ox atdı... 
Böyüyüb igid, bahadır oldu. 
– Onda mən hələ gecikmiĢəm. 
Onlar güldülər. Ġsmayıl anasının rəngli saplarla iĢlədiyi Ģəklə baxdı. 
– Nə gözəldi. Ana, bura haradı? 
– Bura? Bura nağıllarda bir ölkə vardı, oradı. 
– Sən Ģəkli necə çəkirsən, mənə də öyrət. – Ġsmayıl yazdığı vərəqi bir tərəfə qoyub anasının 
dizinə söykəndi. 
– Öyrədərsən?   
–  Öyrədərəm,  oğul!  Ġndi  gör  sənə  nə  göstərəcəyəm.  O,  bərbəzəkli,  sədəf  düzülmüĢ 
sandığına tərəf getdi. Dayanıb oğluna tərəf döndü. 
–  Yeddi  dəniz  arxasında  bir  Ģəhər  var,  oğlum.  Dənizin  içində  evləri,  sarayları  dirəklər 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin