fərraĢı Ərdəbilin mərkəzi meydanında e‟dam eləmiĢdilər. E‟lan eləmiĢdilər ki, o əsilzadə
ailələrindən birinin qadınının sifətinə baxıb.
Bu dəfə də özü getdi. Bilirdi ki, qardaĢının fitvası ilə oğlanları böyüdükcə bir-bir gedəcək.
Odur ki, gecələr də yuxusu ərĢə çəkilir. Ərinin xəncərini baĢının altında saxlayırdı. Yad səsi
eĢidən kimi, Səkinə də oyanırdı.
Ġndi qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-baĢından saray adamına oxĢayan bir nəfər
dayanmıĢdı. AləmĢahbəyim geri çəkildi.
– Sən kimsən?
– Bacı, qardaĢını tanıya bilmədin? AləmĢahbəyim diqqətlə baxdı. Məsih Mirzə idi.
AləmĢahbəyim onu sancdı.
– Günah bacıda deyil. QardaĢ bacının dar günündə görünməyəndən sonra onu necə
tanıyasan?
Məsih Mirzə içəri girdi.
– Bacımı, onun balalarını bu gündə görüncə gözlərim kor olaydı – deyib silahlarını
çıxartdı. Sultanəlinin yanında dayanan qardaĢları da onun kimi, indi sifətini gördükləri dayılarına
kinli-kinli baxırdı. – Sizin yanınıza gəlmək olurmu bəyəm. Taxt-tac Yaqubun gözlərini tutub, heç
nə görmür. Bura girmək üçün nə qədər vaxtdı əlləĢirəm. Əbih Sultan olmasaydı, bura yol tapa
bilməyəcəkdim.
AləmĢahbəyim qardaĢının gəliĢindən sevinsə də, həm də bərk narahat oldu. AĢkardır ki, o
bacısını elə-belə görməyə gəlməyib. “Yox, yəqin ki, uĢaqlarla iĢi yoxdur. Nəsə baĢqa məqsədi
var. Əbih Sultanla birləĢibsə, bu ayrı məsələdi.”
O, bardaĢ qurub oturdu.
– Səndən nə yaxĢı, qardaĢ?
– GəlmiĢəm də. Dedim, görüm necəsiniz.
– Belə də, günümüz xoĢ, dövranımız çağ.
Məsih Mirzə hal-əhval tutandan sonra uĢaqlara baxdı. Sonra da bacısına dedi:
– Səninlə ikilikdə sözüm var.
– YaxĢı, Sultanəli, keçin o birisi hücrəyə. – Onlar çox könülsüz getdilər. – Hə, eĢidirəm,
səni, – deyə qardaĢının qılıncını kəmər qarıĢıq cingildədə-cingildədə aparıb pəncərənin
qabağından asdı. Məsih Mirzə bardaĢ qurmuĢdu, dizlərinin kündələri Ģam iĢığında qızarırdı.
Qırmızı atlasdan Ģalvar geymiĢdi. Üstünə isə baĢı kölgə salmıĢdı. Əllərini də uzadıb dizlərinin
üstünə qoymuĢdu, iri barmaqları yerdən çıxarılan ağacın riĢələri kimi görünürdü.
– Bacı, dərdini təzələsəm də deməliyəm ki, ġeyxin ölümünə fitva verən adamı tapmıĢam.
Üləma Fəzlüllah ibn Rüzbahan Hünəci Yaqubu baĢdan-beyindən çıxarıb. O, Yaquba, bir də
38 www.sarigelin.net
Osmanlı Sultanı Bəyazidə məktublar yazıb. Yazıb ki, ġeyx Cüneyd kimi ġeyx Heydər də ürfan
və ruhaniyyət yolu ilə getmək əvəzinə, ölkə və vilayətlər ələ keçirmək istəyirlər. O, üsyanlar
baĢçısıdı, sufi nəsəbdi, xəyanətkardır. QardaĢımız da bu murdar fitnəkara inandı. Ağılsız
tərpəndi. Tək sənin yox, həm də öz xətrinə belə iĢ görməməli idi. Çünki ġeyx Səfinin qurduğu
binanı uçurmaq fikrinə düĢən ağılsız adamdır. Onun ziyarətinə Hinddən, Çindən, Rumdan,
Sərəndibdən1, Hicazdan, DəməĢqdən, Bağdaddan, Bəsrədən gəlirlər. Səfiyyəddinin oğlu
Sədrəddinə Məlik ƏĢrəf Çobaninin gücü çatmadı. Cəlayirlər də ona heç nə edə bilmədilər. Belə
adamlara arxalanıb səltənəti möhkəmlətmək əvəzinə, onlara qılınc qaldırdı. Ġndi ölkənin yarıdan
çoxu ona lə‟nət oxuyur.
– Ġndi məndən nə istəyirsən? – AləmĢahbəyim qardaĢının bal-
---------------------
1. Ġndiki ġri-Lanka.
tanı hara çaldığını yaxĢı baĢa düĢürdü. Amma fikrini açıq söyləməyini istəyirdi.
– Düzü, səninlə tamam baĢqa bir iĢdən ötrü məsləhətləĢməyə gəlmiĢəm.
– Buyur.
– Səni və balalarını bu müsibətdən qurtarmaq üçün bircə yol var. – Məsih Mirzə susdu.
Bacısı da dinməyib onun təklifini gözləyirdi. QardaĢı da fikrini deməyə görünür çətinlik çəkirdi.
Amma sözünü dedi. – Sən cavan vaxtında oturub qalmayacaqsan ha. Güclü, qüdrətli bir adama
getməyə razılıq versən, o səni də, övladlarını da buradan çıxarar, qanadı altına alar.
– Demək mənə elçiliyə gəlmisən, qardaĢ?
– Elçiliyə yox. Fikrini aramağa. Görüm nə deyirsən?
– Qüdrətli adam da yəqin ki, Əbih Sultandı, elə deyilmi?
– Hardan bildin? Əbih Sultan doğrudan qüdrətlidir. Ölkənin dirəklərindən biridir.
– O dirək qardaĢının laxlamıĢ səltənətini saxlasın da. – AləmĢahbəyim elə hirslənmiĢdi ki,
qardaĢı olmasa, o divardakı qılıncı onun köksünə sancardı. Amma özünü ələ almaq üçün bütün
iradəsini cəm eləmiĢdi. “Ġndi də bu taxt həvəsinə düĢüb. Ona görə qardaĢını da yay kiriĢi ilə
boğmağa, bacısını da kiminsə ağuĢuna atmağa hazırdı”.
– Laxlayan diĢin çəkilməkdən özgə əlacı yoxdur.
– Demək sən də qardaĢının baĢını yemək istəyirsən.
Söz Məsih Mirzəni tutdu. Fikrə getdi. Səsinə bir az da mehribanlıq verib dedi:
– BaĢını yemək niyə? QardaĢımız bacısını, bacısının uĢaqlarını həbsdə saxlamaqla özünü
tamam nüfuzdan salıb. Sən gərək mənə kömək əlini uzadasan.
AləmĢahbəyim yarpaq kimi əsirdi.
– Məni Əbih Sultana ərə verməyin xam xəyaldı, qardaĢ. Mən öldürülmüĢ ərimin namusunu
dünyanın ən böyük hökmdarına da dəyiĢmərəm. O ki qaldı mənim sənə köməyimə, mən özüm
qolu bağlı dustağam. Həm də bacıyam. Bir qardaĢa xeyir-dua verib baĢqa qardaĢın üstünə
göndərmək hansı bacının ürəyindən olar?
Məsih Mirzə onun bu sözlərini də sakitliklə qarĢıladı.
– Ərə getmək təklifinə bundan baĢqa bir cavab gözləmirdim. Sağ ol! Halal olsun! Ancaq
ġeyxin müridləri mənim tərəfimə keçməsə iĢlər yaxĢı getməyəcək.
– Mən Ģeyx deyiləm. Neçə ildir ki, bu qəfəsdəyəm. Heç nədən xəbər-ətərim yoxdur. Dur,
yoldan gəlib yorulmusan.
– Qayıtmalıyam. Məni gözləyirlər.
“Ġlahi, axı mən sənin yanında nə günah iĢlətmiĢəm? Niyə məni belə bəlalara düçar
eləyirsən? O biri qardaĢ bu körpələri bura salıb ki, qurbanlıq qoyun kimi, böyüyüb əmələ
gəldikcə baĢlarına bıçaq çəkə. Bu da onu yıxsa yenə də onların baĢını sığallamayacaq”. Sussa da
müsibət müsibət üstündən gələcək.
Sultanəli qapının dalında dayanıb onların söhbətini dinləyirdi. Dayısının “qayıtmalıyam”
kəlməsindən sonra qapını itələyib içəri girdi. Bayaq salam da verməmiĢdi.
– AxĢamın xeyir, dayı-dedi.
– Bu hansı igiddi, – deyə bacısından soruĢdu.
39 www.sarigelin.net
– Böyüyüdü, Sultanəlidi, – deyə narahatlıqla dilləndi. O, istəmirdi ki, onları yaxından
tanısınlar. Xüsusən Sultanəlini. Boy-buxunda atasına çəkmiĢdi. Özü də gecə-gündüz oxuyur,
özünü həyata hazırlayırdı.
– Yox, mən Sultanəli deyiləm. Mən ġeyx Sultanəliyəm. Atamın ölümündən sonra ġeyxlik
mənə çatıb.
– MaĢallah, maĢallah. – Dayısı qalxıb onunla görüĢdü. Sonra onun iti gözlərinə baxdı və
bundan sonra onun əlindən öpdü. ġeyx idi, bütün müridlərin mürĢidi bu uĢaq sayılırdı. Demək
Məsih Mirzə bacısı ilə yox, Sultanəli ilə danıĢmalıydı.
– Deyir on iki imama yalvarınca, bir Allaha yalvar.
– Dayı, dediklərinin hamısını eĢitmiĢəm. Əgər bizi zindandan qurtarmaqla ġeyx Səfi
nəslini öz əlində silaha çevirmək istəyirsinizsə mən buna qəti ziddəm. Niyə, ona görə ki,
müsəlman hökmdarların hamısı peyğəmbərin adından danıĢıb və öz bildiyini eləyib. ġeyx
Heydərin övladlarının qeyrətləri varsa özləri-özlərinə əncam çəkəcəklər. Yoxdursa, onda heç.
AləmĢahbəyim oğluna gözlərini ağartdı ki, dinməsin. Amma o öz sözlərini demiĢdi. Məsih
Mirzə də bacısı oğlunun dediklərini eĢitmiĢdi. Amma hələ də inana bilmirdi ki, bu sözləri uĢaq
dilindən eĢidib.
– Bacıoğlu, sizin gücünüzdən istifadə eləyib ölkəni möhkəmləndirmək istəyirlərsə buna
sevinmək lazımdır. Amma o nəslin kökünü kəsmək istəyənlər də var.
Ana oğlunun belə odlu-odlu danıĢdığını eĢitməmiĢdi. HəmiĢə o, hücrənin bir küncünə
çəkilib dəri cildli kitabları vərəqləyirdi. Oxuyurdu, yazırdı, oxuduqlarını yadında saxlamaq üçün
vird eləyirdi. QardaĢı Ġbrahimlə də məĢğul olur, onu oxutdurur, yazdırırdı.
Ġndi birdən-birə beləcə partladı, üsyan elədi. Ana həm sevinirdi ki, oğlu belə cəsarətlidir,
ağıllıdır. Həm də qorxurdu ki, dayıları onu tanıdılar.
Hökmdar üçün iki baĢ mövcud idi. Birinci baĢ həmiĢə sinəsinə əyilməli, “bəli, bəçeĢm”
deməlidir. Əgər bu baĢ dikəlirsə, ağılla beyindəki fikirləri söyləyirsə, öz fikrini izhar eləyib
qarĢıdakı hökmdarla razılaĢmırsa, onda həmin baĢ mütləq kəsilib atılmalıdır. Kəsik baĢ isə
danıĢmır. Hökmdara belə “danıĢmayan” baĢ daha xoĢ gəlir. Çünki o daha təhlükəsiz, daha
qorxusuz və zərərsiz idi. Sultanəlinin bu danıĢığı hökmranlıq eĢqiylə alıĢıb yanan dayısının
qəlbində o ağıllı baĢı təhlükəsiz eləmək e‟tiqadı doğura bilərdi.
Ġsmayıl da gümüĢ xəncərini belinə bağlayıb gəlib qapıdan baxırdı. Sultanəlinin bir sözü
həmiĢəlik onun ağlında qalmıĢdı. Gecə yarısı qalxıb baĢqa otağa keçmək istəyəndə də gərək
geyinəsən, yarağını qurĢayasan, çünki təhlükə həmiĢə baĢımızın üstündədir. O, qapıya yaxınlaĢıb
baxdı və bayaq gördüyü dayısı onun gözündə nağıllardakı divlərə oxĢadı. Bu divin kürəyi
görünürdü. Anasının sifətində isə dərin bir narahatlıq vardı.
Məsih Mirzə bir tikə uĢağın kamilliyinə heyran qalmıĢdı. BaĢa düĢmüĢdü ki, bacısı onun
ərə getmək təklifinə razı olsaydı belə, gedə bilməzdi. Deməli atalarının yerində adam var. “Tanrı,
məsləhət özünündür. Mən dediklərim sənə naxoĢ gəlməsin, bu nəsil nədir bəyəm. Birinin baĢını
vurursan, yerinə ondan da hündürə bir pöhrə qalxır ki, mən buradayam. Bəlkə də bunlara elə bir
ruh vermisən ki, ölənin nə‟Ģindən uçub getmir, bu dünyadakı övladlarından birinin bətninə
qayıdır. QardaĢım Sultan Yaqub bunu baĢa düĢməyib. Tanrı bu nəslin tərəfindədirsə, onları qırıb
qurtarmaq olmaz. Elə mənim kimi onlara arxalanmaq lazımdır. Özləri də çox möhkəm və
qorxmazdırlar. Neçə il daĢ divarlar arasında çürüyən bu uĢağı da ələ almaq müĢkül iĢdir”.
Məsih Mirzə dedi:
– Ya ġeyx, bəyəndim səni, sevdim səni. Sənə biyət eləyib-inam gətirirəm. Məni də özünə
mürid saya bilərsən.
QardaĢının bu sözlərindən sonra AləmĢahbəyim sevindi, ürəyində bir iĢıq yandı, günəĢ
boyda oldu, o qəlbin bütün Ģübhələrini, qorxularını əritdi. Oğlunun ipək kimi yumĢaq əlindən
tutub qardaĢının ovcuna basdı.
– BarıĢ, dayınla. Mehriban danıĢ.
Məsih Mirzə dedi:
40 www.sarigelin.net
– Bərəkallah sənin dərrakənə. Dayının indiki vəziri sənin yanında boĢ bir qabaqdır. Mən
taxta çıxan gün bacım oğlunu sağ tərəfimdə oturdacam.
– Ağqoyunlu səltənətinin vəziri?
– Bəli.
Sultanəli hind buddasını xatırladan, dizinin kündəsi qalxan ortasına oxĢayan dayısının
yanında ayaqlarını çarpazlayıb oturdu.
– Dayı, bizim nəsildən vəzir çıxmaz.
– Nə üçün. Elə hazır vəzirsən.
– Çünki vəzir tülkü kimi bic, ürəyində “yox” fikirləĢib dilində “bəli” deyən adamlardan
olur. Bizim ürəyimizlə dilimiz bir olub. Bu isə heç bir hökmdarın xoĢuna gəlmir. Onlar yalanı,
yaltaqlığı daha çox xoĢlayır. Yaltaqlanmasan, fikrini düz desən, onda gərək boynunu qılınc altına
verəsən.
Məsih Mirzə tutuldu. “Sultan Yaqub düz fikirləĢib. Bunlar vəzirlik yox, hökmdarlıq
fikrindədirlər”.
– Mənim vəzirim də, hökmdar fikirli olmalıdır. Amma bir Ģey də var da, bacıoğlu. ġeyx
Səfi nəslinin qəlbində sirr olur, indiyə qədər bir adama açmayıblar. Bəs ürəyindəki həmin sirr
niyə dilinizə gəlmir?
– Hə, o ayrı məsələdir. – Sultanəlinin əlində bıçaqla yonub naxıĢladığı bir çubuq vardı.
Həmin çubuğu ortadan qırdı, sonra dayısına göstərdi. – Bir Ģey yoxdu ki?
– Nə olmalıdı ki?
– Heç nə. Ağacdı da, elə deyilmi?
– Bəli, – deyə Məsih Mirzənin gözləri gəzdi, o təəccüblə baxırdı. Sultanəlinin mö‟cüzə
göstərəcəyini gözləyirdi.
Sultanəli ağacın bir tərəfini Ģamın oduna tutdu. Ağac alıĢdı, çırthaçırtla yanmağa baĢladı.
Məsih Mirzə heç nə baĢa düĢmədi.
– Yanır?
– Yanır.
– Niyə yanır? Biz baxanda bunun ki, içərisində alov yox idi. Amma oda verən kimi alıĢdı
və öz-özünə yanmağa baĢladı. Demək alovla aĢinalıq onun bətnində idi. Nə qədər alova tutmasan
o batin idi və yanmayacaqdı.
– Batindəki həmiĢə alova çevrilir? – Məsih Mirzə sınayıcı nəzərlə Sultanəliyə baxdı.
– O baxır batinə, oradakı sirrin xasiyyətinə. Bizdən həmiĢə Ģübhələnirlər. Qorxurlar ki,
hökmdar olmaq fikrindəyik. Sən də indi bu barədə düĢünürdün. Amma onu bilmirlər ki, biz
hökmdarıq. Öz batini fikrimizin hökmdarı. Biz əbədi bir yolun yolçusuyuq, beĢ günlük Ģahlıq
səviyyəsinə enmərik. Ona görə bizim sövdamız baĢ tuta bilməz. Anam sizə “yox” cavabı verdi.
Mən ondan bundan artıq cavab gözləmirdim. Öz qardaĢının qanına qəltan olunmasına fitva verib
sizinlə razılığa gəlsəydi, mən öz doğma anamdan ömürlük inciyərdim.
Sultanəli bu sözləri deyib ayağa qalxdı. Bu o demək idi ki, mən səninlə söhbəti qurtardım.
Məsih Mirzə də özünü itirib onunla bərabər qalxdı və yenidən oturmaq istədi. Amma gec
idi, özünü itirdiyi də hamıya aydın olmuĢdu. Bu körpə uĢaqla ağıl mübarizəsində məğlub
olmuĢdu. O, yeriĢini də itirdi. O, buraya hökmdar olmaq fikri ilə ayaq basmıĢdı, sanki tacqoyma
mərasiminə gəlir, cəvahiratla bəzənən tacı onun baĢına bacısı qoymalı idi, amma həmin tacı
bacısı oğlu onun baĢına çırpmıĢdı.
Keçib qılıncını götürdü. Hücrədən çıxmaq üçün qapıya getdi. Amma qapıya çatmamıĢ
dayanıb geriyə döndü və bacısına baxdı.
– Bacı, seçdiyim yolda sənə, sənin qohumlarına arxalanmaq istədim. Görünür qismət
deyilmiĢ. Nə olar, özümə bu qılıncla yol açaram. Buna gücüm çatar. Amma bundan sonra
məndən inciməyin.
– Yenə də qılınc, yenə də qan. Ey tanrı, sən bu ana-bacıları niyə yaradırdın? Onların nə
günahı vardı?!
41 www.sarigelin.net
O vaxtdan xeyli keçmiĢdi. Nə Sultan Yaqubdan, nə də Məsih Mirzədən bir xəbər
çıxmamıĢdı. Günlər isə bir-birindən üzücü gəlib keçirdi. Səkinə AləmĢahbəyimin qızılı saçları
arasında ağ tüklər görmüĢdü. Özünə deməmiĢdi. Bir kisə xınası vardı. Ġsladıb gətirmiĢdi.
– Atam-anam, saçlarına xına qoyum? AləmĢahbəyim hirslənməzdi, özündən çıxmazdı. Heç
vaxt Səkinənin üstünə səsini qaldırmamıĢdı. Ona yazığı gəlirdi. Onun xına söhbətindən sonra
özünü saxlaya bilmədi. Ġçində ilan zəhəri rəngində xına olan üstü yazılı mis camı alıb divara
çırpdı. Qab daĢa dəyib cingildədi, xına divara yayıldı. Qab isə divar dibi ilə diyirlənib qapının
yanında dayandı. Səkinə quruyub qaldı. Nə pis iĢ görmüĢdü ki, onu belə təhqir eləmiĢdilər?
Amma nə səsini çıxartdı, nə incidi, nə də gözünü qaldırıb ona baxdı. Gedib qabı götürdü, əski
gətirib divardakı xınanı təmizlədi. AləmĢahbəyim də bu müddətdə peĢman oldu.
– Səkinə, mənə xına yaraĢır?
Səkinə onun hirsinin səbəbini indi baĢa düĢdü. Onun qabağında çökdü. Əllərindən öpdü.
– Keç günahımdan, atam-anam. Gözəl-göyçəksən, məleykə kimisən, istəmirəm bu
gözəlliyinə bir xal düĢsün.
AləmĢahbəyim gedib barmaqlığın qabağındakı güzgünü götürdü. Xırdaca, qızıl çərçivəli
güzkü idi. Bunu əri rum tacirlərindan bir at qiymətinə almıĢdı. Əsil Venedikt güzgüsü idi.
Güzgüdə onun zənəxdanı, soluxmuĢ ağ qızılgül ləçəklərinin biri-birinə söykənməyinə oxĢayan
dodaqları, düz və xırda burnu, badamı gözləri, nazik çatma qaĢının üstündəki xal görünüb ötdü.
Qızılı saçlarının ayrıcına çatanda güzgünü bir yerdə saxladı. Orada bir neçə tük ağarmıĢdı.
– Heydər qayıtdı, Səkinə.
– Nə dedin, atam-anam?
– Heydər qayıtdı deyirəm.
– Necə qayıtdı?
– Saçımın ağıyla qayıtdı gəldi Heydər.
SULTANBUDDA TOY
Payızın son ayında Xudafərin körpüsündən keçən Sultan Yaqubun qəflə-qatırı Araz qırağı
yolla Beyləqan tərəfə yol almıĢdı. Qabaqda Sultanın seçmə mühafizə dəstəsinin geyimli-kecimli,
bığıburma süvariləri gedirdi. Aralıqda Sultan Yaqub günün altında bərq vura-vura atını yorğa
yeriĢlə sürürdü. Onlardan arxada Venedikt zər parçaları ilə bəzənən kəcavədə Qarabağ gözəlini
oturtmuĢdular. SəlcuqəĢahbəyim xatun da ayrı bir kəcavədə gedirdi O, oğlunu nə qədər eləsə də
bu toy fikrindən yayındıra bilməmiĢdi. Müxtəlif bəhanələrlə illər boyu toyu saxlasa da Sultan
Yaqub öz dediyinin üstündə dayanmıĢdı.
Arxada müxtəlif yüklər daĢıyan qırx dəvə zınqırovlarını səsləndirə-səsləndirə gəlirdi.
Haramı düzünə elatlar yaylaqdan təzə qayıtmıĢdılar. YağıĢlardan sonra bu geniĢ düzəndə ot
cücərmiĢ, xırda ağ çiçəklər də açmıĢdı. Alaçıqların yanında körpə qumral quzular oynaĢır, göz
iĢlədikcə uzanan düzdə sürülər otlayırdı.
Toyun günü ölkənin bütün əyalətlərinə xəbər verilmiĢdi. Hər yerdə Ģənliklər düzəltmək
üçün mə‟murlar qapı-qapı gəzib Ģallaq gücünə muĢtuluq vergisi yığırdılar.
Toyun olacağı Sultanbudda Gürcüstandan, ġirvan mahalından, qonĢu ölkələrin çoxundan
qonaqlar də‟vət edilmiĢdi. ġirvanĢah Fərrux Yasarın gəlməyinə ümid az olsa da, hər halda
oğlanlarından birini böyük hədiyyələrlə göndərəcəkdi.
Qafilə Beyləqan Ģəhərinin xərabələrinə az qalmıĢ düzdə dayandı. FərraĢlar əvvəl Sultanın
qızıl qübbəli çadırını qurdular.
Qarabağ gözəli kəcavədən düĢən kimi öz doğma düzlərini gördü. Yetirib yerdən bir ovuc
yovĢan qopardı. Burnuna yaxınlaĢdırdı:
42 www.sarigelin.net
– Oxxay, bütün müĢk-ənbərlərdən bu gözəldir, – dedi.
Sultan Yaqub dayanıb heyranlıqla ona baxırdı:
– Ey gözəllər gözəli, sənin vətəninə gəlmiĢik. Ġndi özünü necə hiss eləyirsən?
– Çox gözəl, hökmdar. Ġndi bir at verələr, yatam yalına, düĢəm ceyranların dalınca, onda
görərsiniz analar necə qızlar doğub.
– Ceyran? O ceyranın neçəsini desən mən ovlayıb gətirərəm. O, vəzirinə göstəriĢ verdi.
Ova çıxacağını dedi. Bir anda onun atını, kəməndini, oxunu, silah və əbləsələrini hazır elədilər.
Sultan Yaqub sıçrayıb atın yəhərinə qalxmağı ilə götürülməyi bir oldu. Vəziri, əmirsipəhsaları da
yanında idi. Süleyman Bicanoğlu da özünü xəstəliyə vurub gəlməmiĢdi. Yoxsa o da ovda iĢtirak
eləyərdi.
Ceyranı çox gözləməli olmadılar. Təpəni aĢan kimi bir sürü ceyran at ayaqlarının səsinə
sıçrayıb qalxdı. Sultan Yaqub atını onların üstünə sürdü. Sürü dağıldı. O, bir ceyranın dalınca
atını səyirtdi. Qaç-qov baĢladı. Onun əyanları xeyli arxada qalmıĢdılar. Sultan Yaqubun altındakı
atın burun pərələri irilmiĢdi. O, atası Uzun Həsənin atının balalarından idi. Yorğa yeriĢli, qaçıĢda
misilsiz, döyüĢdə çevik və dözümlü idi. O, ceyrana çox yaxınlaĢmıĢdı. Artıq kəməndini də
hazırlamıĢdı. Bir az da yaxınlaĢsa kəmənd gözləri irilmiĢ ceyrana çatacaqdı. Bir az da yaxınlaĢdı.
Dırnaqları parıldayan nazik ayaqlı, gözəl ceyran bayaq iri sıçrayıĢlarla tullanırdısa, artıq gücdən
düĢmüĢdü. O, kəməndi əlində dəstələyib tullamaq istəyirdi ki, ilxının qabağı açıldı. Sultan
Yaqubun atı ayaq saxladı. Ceyran uzaqlaĢdı, ilxı onunla Ģikarının arasından keçirdi. Sultanın qanı
sifətinə vurdu. Bu vaxt ə‟yan-əĢrəf də yaxınlaĢdı. Ġlxı keçib gedəndən sonra arıq bir yabını çılpaq
minən ilxıçını Sultan Yaqub yanına çağırdı.
– Mənim Ģikarımı niyə korladın?
Ġlxıçı paltarlarından, hökmlü danıĢmaqlarından böyük adamlar olduğunu görüb yabıdan
aĢırılıb düĢdü.
– Ağa, bu dünyada Ģikarı korlamayan bir adam tapsan, bu yabını muĢtuluq verərəm, – dedi.
– Bu zırramanın cəzasını verin.
– Cəza nədi, ay baĢına dönüm. Mən nə biləydim sən burada ov eləyirsən, ilxını o tərəfdən
sürəydim. Ovcumu iyləmiĢdim ki?!
FərraĢlar onu götürüb üz üstə yerə atdılar. KiĢi isə qıĢqırdı.
– Ġlxı gedib itər, sonra ġükür bəyin əlindən qurtara bilməzsiniz ha. Mən cəhənnəm,
özünüzə yazığınız gəlsin. Sultan Yaqub güldü.
– ġükür bəy belə zəhmli, zərli-zorlu adamdı?
Ġlxıçı qalxıb oturdu.
– Onun var-dövləti məndə olsa, elə mən də zərli-zorlu olaram da.
– Var-dövlətdən nəyi var?
– Sən soruĢ ki, nəyi yoxdu. Bir ilxısı budu, beĢ sürü qoyundu, nə qədər malı, çobanlarının
elə mən bilən əlli iti var. Ay baĢına dönüm, de məni buraxsınlar, ilxı itər, ġükür bəy mənim
dərimə saman təpər. Onda gərək mən də sizi axtarıb tapam heyfimi çıxam.
– FərraĢ, buna əlli çubuq.
FərraĢlar onun bez köynəyini cırıb əynindən çıxartdılar. Biri ayaqlarının üstündə oturdu,
ikisi qamçılarını qaldırıb onun kürəyini Ģallaqlamağa baĢladılar.
Vəzir Zəkəriyyə Keçəçi atını Sultan Yaqubun yanına sürdü. Pıçıltı ilə dedi:
– Sultani-əzəm, biz toya gəlmiĢik. Bu kiĢini döydürməyin xəbəri Qarabağa yayılsa yaxĢı
düĢməyəcək.
Bu fikir onun da ağlına batdı. ġallaq dəydikcə, kiĢi qıĢqırır, deyirdi:
– Üstümü unlu görüb adımı dəyirmançı qoymusunuz. Vallah, elə adamlarım var ki,
üstlərinə Ģikayətə getsəm, hamınızı zəncirə vurdurar. Vəzir iĢarə verdi, fərraĢlar əl saxladılar.
– Kimdi, a kiĢi sənin adamların? Yə‟ni burdakılardan da böyükdü?
KiĢi kinayə ilə güldü.
– Buradakılara bax ey. Mənim adamlarım Təbrizdədi, lap o “səkkiz behiĢt” sarayında.
– Kimdi saraydakı qohumun? Qapıçıdı, qulamdı, aĢbazdı, mehtərdi, nədi?
43 www.sarigelin.net
KiĢi qalxdı, ayaqlarını fərraĢın ayaqları altından çıxartdı. Onun üstünə çəmkirdi də.
– Üstümdə elə oturmusan ki, elə bil nənən salan döĢəkdi. – Yenə üzünü vəzirə tutdu.
Mənim özümə baxmayın. Mən qulama, qapıçıya adam demərəm. Sarayda bir kiĢi var, o da
sultandı, padĢahdı.
Sultan Yaqubun rəngi ağardı.
– PadĢahı görmüsən? – deyə ondan soruĢdu.
– Bəlkə də. Ancaq yadımda deyil. Mən Uzun Həsən Cənnət məkanı görmüĢəm.
– Harda?
– Harda, harda. YoldaĢım, dostum, tayım-tuĢum deyildi ha. Malatyada, osmanlılarnan
vuruĢmada. Uğurlu Məhəmməd də yadımdadı.
– Sən vuruĢmusan da?
O, köynəyinin cındırlarını dartıb əynindən çıxardı. Sağ döĢündə dərin çapıq yeri vardı.
– Bu da mənim Ģahidim. – O fərraĢın üstünə qıĢqırdı.
– Görmürsən kiĢilərlə söhbət eləyirəm, o ilxı dağıldı. Qaç onları bəri qaytar. – FərraĢ nə
edəcəyini bilmədi. O yenə də vəzirə döndü. – Belə.
– YaxĢı, sən demədin ki, sənin qohumun sarayda kimdi?
– Sultan Yaqub.
– Necə?
– Bəli. Ġnanmazsınız.
– Necə qohumundu?
– Necə,necə. Sultanın qayınatasıyam.
Onların hamısı bir-birinin üzünə baxdılar. Sultan Yaqub atdan düĢdü. Yer yarılsa o yerə
girərdi. Ġndi bu ilxıçı kiĢidən üzürmü istəməliydi? Bilmirdi nə eləsin.
– Adın nədi?
– Cahangir.
– Cahangir bəy.
KiĢini gülmək tutdu.
– BaĢına dönüm, məni ələ salmayın. Görürəm ki, alicənab adamlarsınız. Günah məndə
oldu ki, sənin Ģikarını əlindən çıxartdım. Əvəzində də mənə bir-iki Ģallaq vurdular. Hər Ģey
Dostları ilə paylaş: |