gümüĢ xəncərlər kimi göy otluqlara sancılırdı. Burada “qurban olduğum, sadağa olduğum, pirim,
mürĢüdüm” nidaları eĢidilmirdi. MeĢəni quĢ səsi baĢına götürmüĢdü. Dostunu yəhərdən endirdi.
Bir daĢın üstündə oturtdu. Ox ucluğunu çıxarıb atdı. Sinəsindən lələklə qarıĢıq oxu tutub çəkib
çıxartdı. Heybəsindən sarğı, məlhəm çıxartdı. Onu otlar üstündə uzandırdı.
Hardasa bülbül oxuyurdu.
Onun sulanmıĢ gözləri qarĢısında AləmĢahbəyim dayandı. Oğlanları əl-ələ verib elə bil ona
baxırdılar.
– Vaxt itirmə, qulaq as.
– Yaranı sarıyım, sonra.
31 www.sarigelin.net
– Keçdi. Məni dəfn eləyəndən sonra müridləri burax. Hərəsi öz yerinə qayıtsın. Özün də
Ərdəbilə qayıt. Oğlanlarımı, AləmĢahbəyimi sənə tapĢırıram. Babamın batin kitablarının yerini
bilirsən. Mənim iĢimi sən davam eləyəcəksən. Vaxt...
O, son sözlərini deyib qurtaranda Ülkər ayaqlarını yerə döyüb kiĢnəyirdi...
KÖRPƏ DUSTAQLAR...
Qala divarının üstündəki daĢ yolla yaĢlı bir qadın qaça-qaça gəldi. Uzun qara tumanının
ətəkləri ayaqlarına dolaĢırdı. BaĢına yaylıq örtmüĢ, baĢqa bir ləçəyi alnından çəpəki keçirib
yaylıqla bərabər bağlamıĢdı. O, AləmĢahbəyimlə Ġsmayıla çatdı. Gördü ki, AləmĢahbəyim
ağlayır, əllərini quru sinəsinə çırpdı.
– Atam-anam niyə ağlayırsan? Canım sənə fəda olsun, bu nə göz yaĢlarıdı?
AləmĢahbəyim qala diĢləri arasından gözlərini uzaqlara zilləyib, yanağından axan yaĢı
sildi. Cavab vermədi.
– Heç mən də bilmirəm, anam niyə ağlayır. Ġsmayıl kiĢi kimi xidmətçi qadın Səkinəyə
baxdı. AləmĢahbəyim uca, sərv qamətini düzəltdi:
– Səkinə, get süfrəni hazırla, uĢaqları da çağır, biz də gəlirik, – dedi.
O, öz dərdini özü çəkməyi öyrənmiĢdi. Qapılarında Ülkər ayaqlarını yerə döyüb kiĢnəyənə
qədər dərdini deməyə sirdaĢı vardı. Həmin gündən isə qol-budağı qırıldı, ümid evi yıxıldı.
Səkinə getmirdi. AləmĢahbəyimi ovutmağa çalıĢırdı.
– Atam-anam, canım sənə fəda, niyə ağlayırsan?
– Səkinə, sənin əslin hardandı?
Səkinə öz taleyindən çox danıĢmıĢdı. Ġndi də soruĢur. Yə‟ni yadından çıxıb. Çıxar, unudar.
Bu qədər dərdin içində adam öz adını da yadından çıxarır.
– Borçalı çökəyi adlı bir gözəl məmləkət vardı. Gəncədən o yana, Tiflisdən bu yana. Orada
böyümüĢəm. Kim daĢ deĢiyindən çıxır ki. Kənddən qırx qız yığılıb gəzməyə çıxanda hər daĢın
dalında bir oğlan gizlənib bizə baxırdı. Bir gün bir od gəldi, bir alov qaladı. Kəndimizi
yandırdılar. Atam-anam necə oldu bilmədim. Biz qırx qızı zəncirə vurub bazarlarda satdılar.
Gəlin olacaqdım, kəniz oldum. Daha qocalmıĢam, saçlarım da ağarıb. YaxĢı ki, sizin kimi
insanların arasına düĢdüm. Yoxsa heç bilməzdim günüm necə olacaq.
Ġsmayıl bu söhbəti ilk dəfə eĢidirdi.
– Bəs niyə evinizə getmirsən, Səkinə xala?
– Yollar qıfıllıdı, qurbanın olum.
AləmĢahbəyim əllərini oğlunun çiyinlərinə qoydu. Ġsmayıl qartal dimdiyinə oxĢayan
burnunu qaldırıb, aydın gözlərini anasına dikəndə o Səkinəyə deyirdi:
– Səni əsir gətirdilər, eləmi?
– Bəli, qadan ürəyimə.
– Mən də Ģah qızıyam.. QardaĢım taxtda oturub, amma körpə balalarımla dustağam. Sənin
mənə köməyin dəyə bilər?
Səkinə onun dərdini yüngülləĢdirmək üçün canıyananlıq eləyirdi. Ġndi AləmĢahbəyim öz
vəziyyətini ona baĢa salanda Səkinə də ona qoĢuldu, sel kimi göz yaĢı tökməyə baĢladı. Ağlaya-
ağlaya da çıxıb getdi.
Ġsmayıl qaladiĢinə söykənib anasına baxdı:
– Ana, mən balacayam. Hələ çox Ģeyi bilmirəm. Sən də mənə demirsən. Sultanəli də,
Ġbrahim də məndən hər Ģeyi gizlədirlər. Amma mən görürəm ki, nəsə olub. Nə olub, onu
bilmirəm. Sən ağlayırsan, Səkinə ağlayır, niyə ağlayır?
AləmĢahbəyim əlini oğlunun baĢına çəkib dedi:
– Böyüyəndə hər Ģeyi bilərsən.
– Deyin, bilim, mən də tez böyüyüm.
32 www.sarigelin.net
Anası onu qucaqladı. Ġsmayıl isə dartınıb onun qolları arasından çıxdı. Divar üstündəki
yolla qaçdı.
– Tut görüm.
Anası da onun dalınca qaçdı. Ġsmayıl özünü ciddi aparmaq istəyirdi. Amma uĢaqlıq özünü
göstərdi. Gülə-gülə qaçdı. Anası da onu qovmağa baĢladı. Amma çata bilmirdi. Onun cəmi-
cümlətanı iyirmi səkkiz yaĢı vardı. Gözəlliyi cilvələnib qızılgül kimi pardaxlanırdı. Bu yaĢda o,
al-əlvan geyinməliydi. Amma...
Ġsmayıl nəsə görüb dayandı. Heyrət içində gözlərini Savalana dikdi. Savalan nəhəng bir göz
dağına dönmüĢdü. Hər tərəf axĢamın bənövĢəyi göy rənginə bürünsə də, Savalan od tutub yanır.
GünəĢi elə bil özündə əks eləyirdi. Ġndi o, elə bil ikinci bir günəĢə dönmüĢdü. Zirvəsindəki
buzlaqlar daha gözqamaĢdırıcı idi, aĢağı endikcə o, kürədəki polad rənginə düĢürdü. Ġsmayıl bu
mö‟cüzə qarĢısında mat-məəttəl qalmıĢdı.
– Ana, Savalan yanır?
– Yanır, bala, yanır. Sən onun üstünə çıxsaydın, gör nə olardı ey. Ona görə ağlıyırdım da.
– Yox, o məni yandırmaz.
– O yüksəkliyə qalxmaq istəyənlərin çoxu yanıb, oğul.
– Məni yandırmaz. Böyüyəndə çıxacam, görüm o niyə belə qırmızıdı.
Anası heyran-heyran oğluna baxdı. YaxınlaĢıb arxadan onu qucaqladı. Oğlunun saçları
onun sinəsinə söykəndi, Ġsmayıl necə də böyümüĢdü.
– Ana, Savalan yanırdı, artıq sönür. Mənə de görüm Savalana qədər belə gömgöy görünən
o dağlar, dərələr, düzənlər ki, var, ora nədir?
– Ərdəbil mahalı.
– Yox.
– Bəs nədi?
– Vətən!
Ananın sinəsi alıĢdı. Oğlunu özündən araladı. Soyuq divara söykəndi. Amma döĢlərinin
arasında istilik gəzirdi. Bayaq oğlunun baĢını söykədiyi ürəyinə elə bil Savalanın közü
düĢmüĢdü. Əri Heydərin sifətimi toxundu, onun təmasımı keçdi? Bədəni əsirdi, titrəyirdi.
Qalanın diĢini qucaqladı. DaĢın üzü soyuq olar. Amma bu soyuqluq onun sinəsindəki közü
söndürmək əvəzinə daha da istilətdi, alovunu külək kimi üfürüb artırdı, kül basmıĢ közlərini
qızartdı.
“Ġsmayıl bu yaĢda atasına çəkib. Hələ onun qulağına babasının batin fikirləri
pıçıldanmayıb. Atasının iĢlərindən ona heç kəs danıĢmayıb. Mən yalvarmıĢam. Sultanəliyə də,
Ġbrahimə də demiĢəm ki, oğlanlarım, məni sevirsinizsə Ġsmayılı mənim əlimdən almayın. Ġkiniz
atanızın yoluyla getsəniz bəsdir. Ġsmayılımı mənə verin. Sizin yolunuz qandır, qadadır, ölümdür.
Mən yazığam, gözümü tikməyə bir qibləgahım olsun. Bu da hələ yeddi yaĢı tamam olmamıĢ
körpəm”.
– Ana, bəs niyə biz bu qaladan çıxıb getmirik? Mən o meĢələri, qızılgüllü həyətimizi,
evimizi görmək istəyirəm.
– Gedərik, oğul, gedərik.
Ülkər qapıda ayaqlarını yerə döyüb kiĢnəyirdi, az sonra Sultan Yaqubun fərraĢları
qızılgüllü həyətə doldular. Əbih Sultan saraydan fərmanla gəlmiĢdi. O, atının yüyənini dartıb
saxlayanda AləmĢahbəyim eyvanda idi. Yas paltarı onun ağ sifətini, yaĢlı mavi gözlərini, örpəyin
altından görünən qızıl saçlarını daha da iĢıqlı göstərirdi. Əbih Sultan onu görəndə bir müddət
danıĢa bilmədi. AləmĢahbəyim yaslı-yaslı da gözəl idi. Ġndi o daha duldu. QardaĢı yəqin ki,
bundan sonra heç bir hökmdara, Ģahzadəyə verməz. Onda onun oğlanları taxt-tac davasına
qalxmaq üçün imkan taparlar. Özündən çox aĢağı bəylərə, əsilzadələrə, saray adamlarına verəcək.
Yox, bu gözəldən heç keçmək olmaz. ġeyx Heydərdən qabaq onunla evlənə bilməmiĢdisə, ondan
sonra evlənər.
AləmĢahbəyim səsini qaldırıb onun üstünə qıĢqırdı.
33 www.sarigelin.net
– Sənə kim icazə verib bu həyətə at üstündə girəsən? ġeyx Heydər yoxdusa da, Uzun
Həsənin qızı hələ sağdır.
Əbih Sultan atdan endi.
– Hökmdar fərmanı gətirmiĢəm.
– O fərmanları çox görmüĢük. Rəiyyət qapısına aparmamısan. Çıx həyətdən, fərmanı
göndər.
Əbih Sultan atını həyətdən çıxarmalı oldu. Onun adamları evi mühasirəyə almıĢdı.
Fərmani-hümayunu göndərdi. AləmĢahbəyim onu alıb oxudu. QardaĢı ona baĢsağlığı verir
və onun Təbrizə gəlməsini məsləhət bilirdi. Amma bu məsləhətdə bir hökm də vardı. Yazırdı ki,
tə‟ziyyə məclisi Nəsriyyə məscidində baĢlayıb. ġeyxin oğlanlarının və əyalının sarayda olmağı
vacibdir.
Bu məktubdan sonra o yumĢaldı. Ərinin təziyyə məclisinin Təbrizdə baĢlaması ona hörmət
idi. Heydərdən sonra Ərdəbildə oturmağı da yaxĢı düĢməzdi. Elə fərman gələn gün o, oğlanlarını
da götürüb Təbrizə yola düĢdü.
“Səkkiz behiĢt” sarayında o qardaĢı ilə üz-üzə gələndə kövrəldi. Gözləri doldu. Gözləyirdi
ki, qardaĢı ona baĢsağlığı verəcək, onun dərdini yüngülləĢdirəcək. Amma Sultan Yaqub onun
qara libasına kinayə ilə baxdı, gözlərinin dolmağı xoĢuna gəlmədi. Qızıl kəmərindən asılan almas
qaĢlı xəncərini yarıya qədər çəkib təzədən sərt hərəkətlə qınına çırpdı.
– O dərviĢ övladından ötəri göz yaĢı da tökürsən?
Bu sözdən sonra AləmĢahbəyim hər Ģeyi baĢa düĢdü.
– QardaĢ, bu sənin iĢindi? Heydəri sən öldürtdürmüsən?
– O, öz ölümünə tərəf atını dördnala çapırdı.
– Sən öldürtmüsən?
Sultan Yaqub bacısı ilə ikilikdə danıĢırdı.
– Sən mənim ana ayrı olsa da, ata bir bacımsan. Ər eldən gələr, övlad beldən gələr, bəs
qardaĢ hardan gələr? Mən onun qanını ala bilərəm.Neçə yüz adam deyirsən boynunu vurdurum.
Bütün ölkədə qırx gün tə‟ziyyə məclisləri saxlatdırım, matəm e‟lan eləyim. Amma qardaĢını baĢa
düĢ. Bu sufi-salik taxtıma göz dikmiĢdi. QoĢun yığırdı, tə‟lim keçirdi. ƏfĢar, qacar, varsaq
tayfalarını mənim üstümə qaldırırdı. Mən gec tərpənsəm, sən bir gün ərinlə mənim matəmimi
saxlamaq barəsində danıĢacaqdın. Onda qardaĢını oxĢayıb ağlayacaqdın, indi ərinə ağlayırsan.
AləmĢahbəyim taqətdən düĢdü. Çin ipəyindən tikilmiĢ üstü əjdahalı döĢəyin üstünə çökdü.
Bu, Sultan Yaqubun acığına gəldi.
– Sən hökmdar qardaĢının yanında oturursan?
AləmĢahbəyimin ayaq üstündə dayanmağa taqəti qalmamıĢdı.
– Əvvəl məni öldürəydin.
– Sənə mə‟lumdur ki, qız olanda ağzına yastıq qoymaq adəti də var. Bundan da heç kim
kefini pozmayıb. Mənsə bacımı istəməsəydim, belə açıq-saçıq danıĢmazdım. ġeyx Səfi nəsli niyə
sümüyünü gətirib bizim sümüyümüzə calayıb? Bir fikirləĢ. Nə üçün? Hökmdara yaxın olmaq,
imkan düĢən kimi onun baĢını bədənindən ayırıb, özü taxtı tutmaq üçün.
AləmĢahbəyim qardaĢını eĢidirdi. Amma öz ərini görürdü. Heydərin iĢıqlı aydın gözləri ona
baxıb gülümsəyirdi. O, bu gözlərdə xəyanət axtardı. Tapa bilmədi. Yox, orada məhəbbətdən özgə
heç nə yox idi.
Sultan Yaqub deyirdi:
– Mən tərpənməsəm, o qılıncını mənim boynuma endirə – cəkdi.
O isə ərinin iri əllərini gördü. Sağ əli ilə belindən açdığı qılıncı divardan asdı, sonra bu əl
qartal kimi göydə uçdu və onun qızılı, ənbər qoxulu saçlarına endi. Elə sığalladı ki, bu əlin
sığalından bir tük də incimədi.
S
ultan Yaqub danıĢırdı:
34 www.sarigelin.net
– Ərin məni öldürəndən sonra meyitimin üstündə dayanıb deyəcəkdi ki, gəl bacısı,
qardaĢını cəhənnəmə vasil eləmiĢəm. Yol saçlarını.
Amma AləmĢahbəyim yenə ərinin dodaqlarını gördü. Həmin dodaqlar onun saçlarından
öpdü. Sonra aĢağı sürüĢdü, arvadının alnını, gözlərini öpüĢlərə qərq elədi. Sonra pıçıldadı.
– Gözümün nuru, baĢımın tacı...
QardaĢı onu inandıra bilmədi. O, qalxdı. BaĢını qaldırıb düz qardaĢının gözlərinin içinə
baxdı.
– O, tac hərisi deyildi. Onun baĢının tacı vardı. Ölübsə də yenə tac onundu.
– Tac? Hanı onun tacı?
– QarĢında dayanıb. YaxĢı bil ki, onun tacı həmiĢə hündürdü. Heç vaxt ayaq altına
düĢməyəcək.
Sultan Yaqub ucaboy, gövdəli cavan oğlan idi. Yeriyəndə yer titrəyirdi. Ağılda, tədbirdə
olmasa da boy-buxunda atasına çəkmiĢdi. Bu nəsildə kiĢilər qüvvətli, qollu-qabırğalı yaranırdı.
Sara xatundan baĢqa isə bütün qızlar zərif, incə, ucaboy idi. Ucaboy, heybətli, qorxunc Sultan
Yaqub zərif, gözəl bacısının baĢı üstündə dayandı.
– Mənim düĢmənlərimə tac olan bacım. Bacı kimi gözümün iĢığısan. Amma sənin nə ərin
olub, nə uĢaqların.
AləmĢahbəyim yenə aĢağı çökdü. QardaĢının ayaqlarını qucaqladı.
– QardaĢ, qurbanın olum, çıxar xəncərini, doğra məni. Ancaq uĢaqlarıma toxunma.
– Qurd balası qurd olar.
– Bəs mən. Onlar mənim də övladlarımdır. Məni öldür, o körpələrə qıyma. Bu dünyada
hökm versən də, o birisi dünyada cavab verməli olacaqsan. Atalarını öldürdün bəs deyilmi?
Körpələr sənə nə eləyib? Axı sən onların dayısısan. Atamız Uzun Həsən nə vaxt belə bir
qəddarlıq eləmiĢdi?
Sultan Yaqub ayaqlarını bacısının əllərindən qurtarıb xeyli gəzindi və fikirləĢdi: “Onların
atalarının qətlinə mən fərman vermiĢəm. Onlar böyüyəndə atalarının düĢmənini axtaracaq. Bacım
övladları dayılarına qəddar kəsiləcəklər. Gəlini gərdəkdə, küçüyü... Bəs o dünyada necə? Bacım
da düz deyir. Cavab vermək lazım gələcək. Ġndi istədiyimiz hökmü veririk, onun cavabını
fikrimizə də gətirmirik. Onlar hələ körpədi. Qan üstündə qan eləmək də... Qoy hələ yaĢasınlar.
Bir-bir böyüyüb ərsəyə çatdıqca onları götürmək çətin deyil”.
– Deyirsən atamız qəddar deyildi. Bəs qardaĢımız Uğurlu Məhəmmədi niyə asdırdı?
– O düĢmənimizə sığınıb atamızın üzünə qabarmıĢdı. Bu iĢdə atamızda heç bir günah
görmürəm. O, hansı körpəni öldürmüĢdü. Yox, qardaĢ heç atamıza oxĢamaq istəmirsən.
– UĢaqlarına toxunmasam, atama oxĢayarammı?
– OxĢayarsan. Yalvarıram, mənim balalarımla iĢin olmasın.
O dayanıb bacısına baxdı. Onların gözləri bir-birinə sataĢdı. QardaĢı gözlərini yayındırdı.
“Demək günahkar olduğunu baĢa düĢür. Gözlərimin içinə düz baxa bilmədi. YumĢalıb”.
– Bacı, ərinə görə də belə yalvarardınmı?
– Yox.
– Niyə? – Sultan Yaqub bacısının cavabından xoĢlanıb qımıĢdı.
– O kiĢiydi və istəməzdi ki, onun arvadı ərinə görə doğma qardaĢına da yalvarsın. Amma
bala Ģirindi.
– YaxĢı. Sən deyən olsun. Hökmümü dəyiĢirəm. Nə qədər ki, mən taxtdayam, onlar həbsdə
olacaqlar.
AləmĢahbəyimin ümidi artdı, ürəyi arxayınlaĢdı.
– QardaĢ, onların ən böyüyünün hələ heç on dörd yaĢı da yoxdur. Onlardan niyə belə
ehtiyat eləyirsən? Əlləri qılınc tutmur.
– On dörd yaĢ da bu nəslin övladları üçün bəsdir. Böyük, on dörd yaĢlı oğlun Sultanəli artıq
ġeyxdi. Müridlər hamısı ona biyət eləyir. Bu qorxu deyil? Tək sənin xətrinə zindana gedəcəklər.
– Mən də balalarımla bir yerdə çürüyəcəyəm.
35 www.sarigelin.net
Bir neçə gündən sonra AləmĢahbəyimi də oğlanları ilə bərabər indi salındıqları qalaya
gətirdilər.
Artıq dörd il idi ki, həbsdə idilər. Bu qaladan heç yerə çıxmamıĢdılar. Qalanın qapıları
onlara ərzaq gətiriləndə açılırdı. Ən geniĢ yerləri bürcün üstündəki yol idi, çıxıb gəzirdilər.
Tağların arasındakı meydan, su dolu hovuz, bu idi uĢaqların dünyası.
Ana-bala bürcün üstündəki yolla gələndə Ġsmayıl göydə quĢ səsi eĢitdi. Dayanıb əlini
gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quĢlar oxuyurdular.
– Ana, o quĢların adı nədi?
– Durnadı, oğlum.
– Onlar uçub hara gedirlər?
– Bağdada.
– Yorulanda hara qonacaqlar?
– Hara xoĢlarına gəlsə.
– Qonsunlar da, bura.
– Qaladan Allah da bezardı, bəndə də. QuĢların qanadı var. Hara xoĢlarına gəlirsə oraya da
uçub gedirlər.
Durnalar uçub getdilər. Gözdən itməmiĢ səfləri pozuldu. Aramla oxunan durna nəğməsi
bir-birinə qarıĢdı.
– Ana, onlara nə oldu?
– Oğul, kimsə yerdə daĢ çevirdi. DaĢı döndərəndə durnalar yollarını itirir. Azırlar.
– Kim çevirdi daĢı?
– Nə bilim, oğul. O qədər daĢ çevirənlər var. Ġndi fələyin çərxini çevirirlər. O da olsun
durnanın niĢan tutduğu daĢ ola.
Ġsmayıl canıyananlıqla durnalara baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o
çevrilən daĢı düzəldər, durnanın qatarını səfə düzər, dəvə kimi ovsarlarından tutub aparardı. Lap
Bağdada kimi. Çox eĢitmiĢdi Bağdad barəsində. Gedib görərdi. Birdən durnaların mahnıları
əvvəlki kimi aramla eĢidilməyə baĢladı. Onlar da yollarına davam elədilər.
Hovuz olan meydana düĢəndə Ġsmayıl yenə dayandı. Hovuzdan su axıb tökülür, harayasa
axıb gedirdi. O, suyun səsinə qulaq asdı. Ona elə gəldi ki, bu səs durnalardan qalıb. Durna
mahnısı qırılanda bir parçası bu bulağa düĢüb. O, əllərini suyun altına tutdu. Bumbuz idi. Həm də
o durna mahnısı kəsildi. Əlini çəkəndə mahnı yenə eĢidildi. Gördü ki, bulaq suyu da durna qatarı
kimidi. Səsi, mahnısı qalır, özü isə uçub, axıb gedir. Ġstədiyi yerə, istədiyi səmtə.
Səkinə onları səslədi:
– Atam-anam, süfrə hazırdı.
– Səkinə xala, nə biĢirmisən?
– Atam-anam, vətəni yadıma saldınız, anamın xoĢladığı bir xörək biĢirmiĢəm, qurutdu
xəngəl.
Sultanəli də, Ġbrahim də süfrə baĢında oturmuĢdular. Analarını görüb qalxdılar. Onun
əlindən öpdülər, anaları da onların üzündən öpdü. Oturdular. Ġsmayıl da məstlərini çıxartdı, gəlib
süfrə baĢında bardaĢ qurdu.
Səkinə iri məcməyidə xəngəli gətirib süfrənin ortasına qoydu. Qalaylı mis parçda dağ
olmuĢ yağı bir daha xəngəlin üstündə gəzdirdi. Hücrəni qovrulub qızarmıĢ soğanın xoĢ ətri
basmıĢdı. Onlar yeməyə baĢlayanda Səkinə çıxıb o birisi hücrəyə keçdi. Bir azdan oradan saz səsi
eĢidildi. Elə yanıqlı çalınırdı ki... Hamısı əl saxlayıb qulaq verdilər. Ġsmayıl əllərini silib qalxdı.
Bu səs onu əfsunlamıĢdı. Bayaq gördüyü Savalan da, anasının ağlamağı, durna qatarı, pozulan
durna mahnısı gəlib dayandı gözlərinin qabağında. Özü də bu iĢə heyran qaldı. O çalınan hava
hər Ģeyi təzələyə bilmiĢdi.
Qapıdan içəri boylandı. Səkinə oturub cürə sazını basmıĢdı sinəsinə, çalırdı, nə çalırdı. Heç
Ġsmayılın gəlməyindən xəbər tutmadı. Gözlərindən sel gedirdi. Bu yanıqlı hava elə bil o əsirliyə
gələndə qırx qızı bir-birinə bağlayan paslı zəncirin cingiltisi, o qızların ah-naləsi idi, taledən
Ģikayət eləyirdi. Ġsmayıl görürdü ki, Səkinə arvadın özündən, sözündən xəbəri yoxdur. Birdən-
36 www.sarigelin.net
birə o havanı dəyiĢdi. Elə bil qoĢunlar löhrəm yeriĢlə keçib gedirlər. Səkinə arvad isə bu balaca
sazla o yollara vurulan paslı kilidləri qırır, yolları açır. Zəncirdən qurtulan qırx qız da onunla
bərabər qayıdır. Öz yurdlarına, gözəl Borçalı çökəyinə qayıdırlar. Hamı onları qarĢılayır. Amma
bu qırx qızı tanıyan yoxdur. Qırx qızın yerində qırx qarı dayanıb.
Ġsmayıl da bu musiqinin seyrindən divara söykənib heyranlıqla bu əsir, kəniz qadına
baxırdı. Deməyəsən o xörək biĢirməkdən, paltar yumaqdan, daĢ döĢəmələri süpürməkdən baĢqa
gözəl iĢlər də bacarırmıĢ.
Havanı çalıb qurtardıqdan sonra baĢını cürə sazın üstünə qoyub hönkürdü. Sonra yavaĢ-
yavaĢ özünə gəldi. Yaylığının ucu ilə gözlərini sildi, baĢını qaldıranda divara söykənən Ġsmayılı,
qapıda Sultanəli ilə Ġbrahimi, onların baĢı üstündə AləmĢahbəyimi gördü. Onların hamısının
gözlərində kədər vardı. O, ayağa qalxdı:
– Atam-anam, keç günahımdan. Bayaq dərdimi danıĢdım, sonra evimizdə gördüyüm
xəngəldən biĢirdim, özümü saxlaya bilmədim. Nə qədər ağlayırdımsa ürəyim boĢalmırdı. Bircə
dəfə bu sazı çalmaqnan elə bil evimizə-eĢiyimizə getdim, atamı-anamı, qardaĢ-bacımı görüb geri
qayıtdım.
– Bəs bizdən niyə gizlədibsən bu sirrini, Səkinə, – deyə AləmĢahbəyim soruĢdu.
– Nə bilim, vallah, atam-anam. Birinin xoĢuna gəlir, birinin xoĢuna gəlmir. Mən nə
karəyəm ki, deyəm, saz çalım. Bu dərdin, ələmin içində.
– Çal, həmiĢə çal, elə saz da bizim kimi dərdlidi.
O, cürəni bir tərəfə qoydu.
– Gedim süfrəni yığıĢdırım.
– Sonra. Bir hava da çal.
Səkinə utana-utana sazı sinəsinə götürdü. Təzanəni gəzdirib havanın kələfinin ucunu tapan
kimi özü də dəyiĢildi. Elə bil heç kimin görmədiyi yerdə əlləri iĢləyib dünyanın ən iri
düyünlərindən birini açmağa çalıĢır. Bu anda hər Ģey yaddan çıxır. Sazın simlərindən qopan hava
gah adamı yandırıb-yaxır, gah qanadlandırır, gah mə‟yus eləyirdi.
O, çalıb qurtarandan sonra Ġsmayıl soruĢdu:
– Səkinə xala, bu havanın adı nədi?
– Ruhani.
– Niyə ruhanidi?
– Atam-anam, nə bilim. Rəhmətlik atam bu havanı çalıb qurtarandan sonra deyərdi Allah
rəhmət eləsin. Deyərdik kimə? Deyərdi Ģairə. Öz qəzəllərinə, sözlərinə görə onun dərisini
soyublar. O, hürufani olub. AĢıqlar da bu havanı onun mərdanəliyinə, igidliyinə qoĢublar:
– ġair Seyyid Ġmadəddin Nəsimi, – deyə Sultanəli dilləndi.
– Nəsimi? O, kimdi? – deyə Ġsmayıl Sultanəliyə yazıq-yazıq baxdı.
– Sus! – Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu.
– Onun adını çəkənin dərisini dırnaqdan tutmuĢ təpəsinə qədər soyurlar.
– Niyə axı? Onun günahı nə olub?
– Sonra bilərsən. O, hürufi Ģairdi.
– Hürufi nədir? – Ġsmayıl qardaĢının əlindən yapıĢıb buraxmır, öyrənməyə çalıĢırdı.
– Bir-iki kəlməylə baĢa düĢmək olmaz. Gərək onun yazdıqlarının hamısını oxuyasan.
Əvvəl özümüzü öyrən, sonra.
– Biz kimik?
– Sufi.
– Sufi nədir? – Ġsmayılın bu sualından sonra anası onun qolundan tutub qalxızdı,
çənəsindən yuxarı qaldırdı.
– Nə görürsən?
– Səqf.
– Nədəndi o səqf?
– DaĢdan. – Ġsmayıl təəccüblə anasına cavab verirdi.
– Necə daĢdan?
37 www.sarigelin.net
– Kobud.
– Bura nədi?
– Qala.
– Bax, sufilik də budu. Zindandı, zəncirdi, ayaqlarda kündədi. Sufilər də, hürufilər də
özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da.
Söhbətləri burada bitdi.
Öz hücrələrinə keçdilər. Sultanəli Ģamları yandırdı. Amma anası görürdü ki, Ģamı
yandıranda əlləri əsir. Amma heç nə soruĢmadı. Bilirdi ki, bayaq Ġsmayıla dediyi söz onun
xətrinə dəyib. Anası olduğuna görə cavab verməyib. Ġbrahim də tutulmuĢdu. O, böyük
qardaĢından iki yaĢ kiçik idi. Amma hamıdan hirsli, əsəbiydi. Əsəbiliyinin də səbəbi dilinin
tutulmağı idi. DanıĢmaq istədiyi yerdə, dilinə söz gəlmir, o qızarır, pörtür, dili-dodağı əsirdi.
Qapı döyüldü. Sultanəli getmək istədi, amma anası qoymadı. Qapını o özü açırdı. Ġstəmirdi
ki, bəla birdən-birə onun oğlanlarına gəlsin, özünü qabağa verirdi. Keçən illərdə qapıda onu
görən silahlı-əbləsəli bir fərraĢ özünü saxlaya bilməyib çöhrəsi açıq bu qadının gözəlliyinə görə
bircə kəlmə demiĢdi:
– Fətəbərəkallah!
Onun bu kəlməsini eĢidib saraya xəbər vermiĢdilər. Üstündən xeyli keçəndən sonra həmin
Dostları ilə paylaş: |