45
ƏLAVƏ:
HÖKUMƏTİN
NÖQT
EYİ
-
NƏZƏRİ
Bu əlavə ECRI-ın Azərbaycanda baş verən vəziyyət barəsindəki
analiz və təkliflərinin bir hissəsini təşkil etmir.
ECRI ölkənin monitorinqilə bağlı öz proseduruna uyğun olaraq hazırki
hesabatın birinci layihəsini hazırlamaq üçün Azərbaycan dövlət orqanları ilə
məxfi dialoq aparıb. Dövlət orqanlarının şərhlərindən bir hissəsi seçilib və
hesabatın son versiyasına daxil edilib (bu, sadəcə birinci layihə mətninin
nəzərdən keçirilmə tarixi olan 11 dekabr 2015-ci ilə qədər baş verən
hadisələri nəzərə alır.
Dövlət orqanları aşağıdakı nöqteyi-nəzərin hesabatın əlavəsi kimi daxil
edilməsini də xahiş edib.
47
İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Azərbaycan üzrə
beşinci monitorinq dövri hesabatı üzrə Azərbaycan hökumətinin şərhləri
Azərbaycan hər zaman İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRİ) ilə
əməkdaşlığa böyük əhəmiyyət vermişdir. 1-5 iyun 2015-ci il tarixində ECRİ-nin
Azərbaycana son səfəri zamanı qurum tərəfindən xahiş olunmuş bütün maraqlı
tərəflərlə görüşləri təşkil etməklə ölkəmiz ECRİ ilə tam əməkdaşlıq etmişdir.
Təəssüflər olsun ki, hazırki məruzə nümayəndə heyəti tərəfindən qaldırılan
məsələlərə dair real vəziyyəti, eləcə də rəsmilərin fikirlərini tam əks etdirməkdənsə,
etibarsız, qeyri-dəqiq mənbələrə istinadən yanlış qiymətləndirməyə üstünlük verir.
Azərbaycanın bu sahədə çoxsaylı nailiyyətləri və müsbət məqamlarına hesabatda yer
verilmir. Bu məruzə Azərbaycanın müqayisəli üstünlüyə malik olduğu dözümlülük və
multikulturalizm kimi sahələrdə müsbət nailiyyətlərini təhrif etmək cəhdi sayıla
bilər, bu səbəbdən məruzəni balanslı sənəd kimi nəzərdən keçirmək olmaz.
Azərbaycanın hökumət rəsmiləri dəfələrlə ECRİ nümayəndə heyətinə və onun
katibliyinə müraciət edərək, məruzədə iddia edilən Azərbaycanda “Ermənilərə qarşı
mənfi münasibət” kimi qələmə verilmiş məqamların səbəblərinə aydınlıq gətirməyi
xahiş etsə də, təəssüf ki, bu müraciət baxılmamış qalmışdır. Bu səbəbdən, biz bu
məruzənin
oxucularının
diqqətini
aşağıdakı
məsələlərə
yönəltmək
məcburiyyətindəyik:
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarında davam edən
silahlı münaqişə Azərbaycan ərazisinin 1/5-nin işğalı ilə nəticələnmiş və təqribən
ölkənin hər 9 vətəndaşından 1-nin məcburi köçkün və ya qaçqına çevrilməsinə səbəb
olmuşdur. Ermənistan Respublikası müharibənin başlanmasına və Azərbaycana qarşı
güc tətbiq edilməsinə, ərazilərinin işğal edilməsinə, münaqişə zamanı kütləvi etnik
təmizləmə aparmasına və digər ağır cinayətlər törədilməsinə görə məsuliyyət daşıyır.
Beynəlxalq ictimaiyyət davamlı şəkildə, Azərbaycana qarşı hərbi qüvvə istifadəsini və
ərazilərinin işğal edilməsini qətiyyətlə pisləmişdir. 1993-cü ildə BMT TŞ 822(1993),
853(1993) 874(1993) və 884(1993) saylı qətnamələr qəbul etmişdir. Belə ki, bu
qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi
pislənilib, eləcə də, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Sözügedən
qətnamələrdə BMT Dağlıq-Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi
olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan
ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər
beynəlxalq təşkilatlar da eyni mövqeni tutmuşlar. Belə ki, AŞPA “Sərhədyanı
zonalarda sakinlərin bilərəkdən sudan məhrum edilməsi” adlı 2085 saylı son
qətnaməsində Dağlıq Qarabağın və bitişik ərazilərin Ermənistan tərəfindən işğalını
pisləmiş və Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını
tələb etmişdir.
Son dövrdə, Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR) Azərbaycanın işğal edilmiş
Laçın bölgəsindən (Çıraqov və başqaları Ermənistana qarşı) olan bir qrup insan
tərəfindən Məhkəməyə çıxarılmış işə baxmışdır. Strasburq məhkəməsi son
qətnaməsində ərizəçinin xeyrinə qərar çıxarmış, Ermənistan tərəfindən “İnsan hüquq
və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasından irəli gələn bir sıra
azadlıqların, o cümlədən mülkiyyət hüququ (Protokol 1, Maddə 1), Şəxsi və ailə
həyatına hörmət hüququ (Konvensiyanın 8-ci maddəsi), səmərəli hüquqi müdafiə
vasitələri hüququ (Konvensiyanın 13-cü maddəsi) ilə əlaqəli hüquqların davamlı
pozulması faktlarını tanımışdır. Bundan əlavə, Məhkəmə Ermənistanın Azərbaycan
ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini
davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu.
Beynəlxalq ictimaiyyətin bu məsələyə münasibətinə tamamilə məhəl qoymadan və
beynəlxalq hüququ kobud surətdə pozaraq, Ermənistan işğalın mövcud status kvo
vəziyyətini saxlamaq, tutulmuş ərazilərdə hərbi qüvvələrin gücləndirilməsi, həmin
48
ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişmək və yüz minlərələ
Azərbaycanlı məcburi köçkünlərin bu ərazilərdə olan evlərinə, mülklərinə
qayitmasına mane olmaq məqsədilə səylər göstərməkdə davam edir.
2 aprel, 2016-cı il tarixində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki
mövqelərdən qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin
mövqelərini və təmas xəttinə yaxın ərazilərdə Azərbaycanın nəzarəti altında olan
mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv
atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində, qoşunların
təmas xətti boyunca şəhər və kəndlər atəşə məruz qalıb, uşaqlar da daxil olmaqla
bir neçə nəfər mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb. Sonradan həyata
keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan hərbi qulluqçularının
cəsədlərində ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə
alınıb.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən
hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insani davranışı
beynəlxalq humanitar hüququn və insan haqları hüququnun ciddi şəkildə
pozulmasıdır.
Bütün bunları nəzərə alaraq, biz Avropa Şurası tərəfindən yaradılmış müstəqil qurum
olan ECRİ-dən Ermənistan tərəfindən minlərlə etnik Azərbaycanlının sürgün edilməsi
və Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin işğal olunması məsələsində
daha səmimi və düzgün yanaşma gözləyirik.
Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, ECRİ ölkənin bu ərazilərində
vəziyyəti yoxlaya bilməmişdir. Təəssüf doğurur ki, ECRİ özünün 5-ci dövri hesabatında
“Dağlıq Qarabağ və ona bitişik 7 işğal olunmuş rayon bu məruzənin ünvanlandığı
Azərbaycan hökumətinin effektiv nəzarəti altında deyil. Buna görə də, ECRİ bu
ərazidə vəziyyəti nəzərdən keçirməyəcək” kimi bir sətiraltı qeydlə kifayətlənərək,
Ermənistanın təcavüzünü pərdələməyə çalışır. Halbuki, eyni cümlələr 5 il əvvəl qəbul
olunmuş 4-cü məruzənin əsas mətnində yer almışdı. Bundan əlavə sənədin dili çox
qeyri-dəqiqdir, aydın deyil, eyni zamanda işğalçının – Ermənistanın adını əks etdirmir
və bu da sanki Azərbaycanın öz rayonlarına məhəl qoymadığı və ya həmin əraziləri
tərk etməsi haqqında yanlış təəssürat yaradır. Bəzi məqamlarda çox detallara
gedərək məsələn guya Azərbaycanda həbsdə saxlanılan şəxsin polis tərəfindən irqi
mənsubiyyətinə görə təhqirə məruz qalması məsələsini işıqlandıran ECRİ-nin
Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini hərbi təcavüz altında saxlayan
işğalçını öz adı ilə çağırmaması suallar doğurur.
Ermənistanın təcavüzkar siyasətinə baxmayaraq, minlərlə etnik erməni Azərbaycanda
sülh şəraitində yaşamaqda davam edir və Azərbaycan qanunları vətəndaşlar arasında,
o cümlədən etnik ermənilərə münasibətdə istənilən ayrı-seçkiliyi qadağan edir.
Etnik və milli azlıqların vəziyyətinə gəlincə qeyd etmək istəyirik ki, Azərbaycanlılar
əsrlər boyu digər milli azlıqlar və xalqlarla bir yerdə sülh şəraitində yaşamışdır.
Konstitusiyada təsbit olunduğu kimi Azərbaycan Respublikası etnik mənşəyindən asılı
olmayaraq və vətəndaşlar arasında ayrı-seçkilik salmadan bütün Azərbaycan
Respublikası vətəndaşlarının əsas insan hüquqları və azadlıqlarını qoruyur.
Azərbaycan hökuməti Azərbaycan etnogenezisin formalaşmasında rolu olan
Azərbaycanlıların və milli azlıqların birgəyaşayışını eləcə də qanun qarşısında onların
bərabər hüquqlarını təmin edir.
Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycan dövlət strukturlarında geniş təmsil
olunublar. Milli azlıqların kompakt yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri
yerli icra hakimiyyətində, yerli dövlət strukturlarında və digər idarələrdə aparıcı
vəzifələr tuturlar. Milli azlıqların nümayəndələri Azərbaycan Prezidentinin
Administrasiyasında, Parlamentdə, Nazirlər Kabinetində, Konstitusiya Məhkəməsində,
Mərkəzi Seçki Komissiyasında, hüquq-mühafizə orqanlarında və digər dövlət
qurumlarında çalışırlar.
49
Məruzədə yer alan “talış milli azlığına qarşı nifrət nitqindən istifadə edilməsi”
ittihamlarını tamamilə rədd edirik. Başqaları kimi, talış etnik azlığına məxsus olan
vətəndaşlar da sülh şəraitində və qarşılıqlı harmoniya şəraitində bütün hüquqlardan
istifadə edərək yaşayırlar.
ECRI-nin bir QHT-yə istinad edərək Azərbaycanın tarix boyu qoruyub saxladığı dini
dözümlülük həqiqətlərini təhrif etməsinə cavab olaraq biz aşağıdakı faktları təqdim
etmək istərdik:
Konstitusiyaya (18-ci maddə, Din və dövlət) və “Dini etiqad azadlığı haqqında”
Qanuna görə bütün dinlər qanun qarşısında bərabərdir. Heç bir din və ya dini birlik
digərinə qarşı üstünlüyə sahib deyil və ya qadağalara məruz qalmır. Dövlət hər bir
dini qrup nümayəndələrini bərabər hüquqlarla təmin edir və dini icmalara fərqli
münasibət göstərmir. Bütün dini icmalara eyni səviyyədə dəstək verilir, maliyyə də
daxil olmaqla müvafiq yardımlar göstərilir. (2015-ci ildə, dövlət tərəfindən
qeydiyyatdan keçmiş müsəlman icmalarına 3 mln AZN və qeydri-müsəlman dini
icmalarına isə 400 min AZN maliyyə yardımı edilmişdir).
Müsəlman azlıqların və “qeyri-ənənəvi” dini icmaların qeydiyyat zamanı
çətinliklərlə üzləşməsi, qadağalara və ayrı-seçkiliyə məruz qalması iddialarına
gəlincə, onu qeyd etməliyik ki, ölkəmizdə dini dözümlülük yüksək səviyyədədir və hər
hansı bir dini ayrı seçkilik qadağan olunur. Müxtəlif dinlərə mənsub olan icmaların
nümayəndələri arasında qarşılıqlı hörmət var. Hazırda 1800 məscid, 5 Ortodoks,
1 Katolik, 1 Luteran, 2 Alban-Udi, 4 Gürcü-Ortodoks kilsəsi, 6 sinaqoq və digər ibadət
evləri ölkədə fəaliyyət göstərir. 700-ə yaxın İslam dini icması, 22-si Xristian, 9-u
Yəhudi, 2-si Bahai və 1-i Krişna olmaqla 34 qeyri-müsəlman dini icması fəaliyyət
göstərir. Azərbaycan müxtəlif din və etiqad nümayəndələrinin birgə və qarşılıqlı
anlaşma şəraitində yaşadığı bir müsəlman dünyəvi dövləti olmaqla yaxşı nümunə kimi
göstərilə bilər.
Məruzədə təxribat xarakterli iddia kimi səslənən Azərbaycanda sünni müsəlmanlara
qarşı ayrı seçkiliyin olması məsələsinin reallıqla heç bir əlaqəsi yoxdur. Bundan əlavə,
“bir çox sünni müsəlmanların tarixi etnik azlıqlara, məsələn ləzgilərə” aid olduğunu
qeyd etmək sadəcə düzgün deyil. Bir neçə ay əvvəl, Azərbaycanın böyük
məscidlərindən birində, Şiə və Sünni müsəlmanlar bir yerdə ibadət edirdilər. Bu hal
özü Azərbaycanda həm müsəlman icmaları arasında, həm də ümumiyyətlə bütün
cəmiyyətdə əlverişli şəraitin olmasından xəbər verir.
Xristianlıq Azərbaycanda ikinci ən geniş yayılmış dindir. Xristianlığın müxtəlif
istiqamətləri – Ortodoks, Katolik, Lüteran və Protestant təriqətləri fəaliyyət göstərir.
Məruzədə əks olunmuş Azərbaycanda yaşayan Yəhudi azlıqlarına dair paraqraflara
gəlincə, qeyd etməliyik ki, Anti-semitizmlə bağlı Azərbaycanda bir dənə də olsun fakt
qeydə alınmamışdır. Hazırda, ölkədə 8 sinaqoq, 2 Yəhudi məktəbi və Yəhudi
mədəniyyət mərkəzi fəaliyyət göstərir. ABŞ-dan, İsraildən və digər dövlətlərdən olan
Yəhudi nümayəndə heyətləri Azərbaycana səfər etmişlər. Onlar Azərbaycanın
Yəhudilər üçün bir çox Qərb dövlətlərindən də təhlükəsiz yer olduğunun şahidi
olmuşlar. Onların bəziləri ölkə haqqında təəssüratlarını Time Magazine, Yerusalem
Post qəzeti, Huffington Post və JNS.org internet portallarında bölüşmüşlər. Təkcə
həmin məqalə başlıqları (“Azərbaycan Orta Şərqdə Dözümlülük Vahəsidir”, David
Volpe, “Azərbaycanda Yəhudi Həyatı müsəlman çoxluqlu millətin dözümlülük
nümayişidir”, Peter Rotolz, “Azərbaycan mənim İsrail haqqında ümidlərimi necə
qaytardı?”, Yael Lerman Mazar, “Bakı – dialoq və sülhün unikal geosiyasi toplaşma
məkanı”, Annet Blum) müəlliflərin Azərbaycan həqiqətləri, ölkədəki etnik, dini və
mədəni vəziyyətlə bağlı təsəvvürlərini nümayiş etdirir. Yuxarıda adları çəkilən
məqalələrin internet ünvanları aşağıdakılardır:
http://time.com/4099548/azerbaijan-is-an-oasis-of-tolerance-in-the-middle-east/
;
http://www.jns.org/latest-articles/2015/11/12/jewish-life-in-azerbaijan-embodies-
muslim-majority-nations-culture-of-tolerance
;
50
http://www.jpost.com/Opinion/How-Azerbaijan-restored-my-hope-in-Israel-434507
;
http://www.huffingtonpost.com/annette-blum/baku-a-unique-
geopolitica_b_8936520.html
İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü kimi Azərbaycan
mədəniyyətlərarası dialoqun təşviq edilməsinin necə əhəmiyyətli və vacib bir məsələ
olduğunu anlayır. Bu səbəbdən, Azərbaycan son dövrdə 140-dan çox ölkədən olan
dövlət və hökumət başçılarının, rəsmilərin, alimlərin, ekspertlərin, vətəndaş
cəmiyyəti və KİV nümayəndələrinin daxil olduğu 4000-dən çox iştirakçının iştirak
etdiyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir.
Forumun sonunda Bakı bəyannaməsi qəbul edilmişdir ki, bu da ekstremizm və
zorakılığa qarşı mübarizə aparmaq, hamı üçün sülhü, təhlükəsizliyi və əmin-amanlığı
təmin etmək üçün mədəniyyətlərarası dialoqu və multikulturalizmi təşviq etmək
istiqamətində dövlətlər və beynəlxalq təşkilatlar üçün normativ sənəd rolunu
oynayacaq.
Dini icmaların yenidən qeydiyyatı məsələsinə gəlincə, qeyd olunmalıdır ki, həm
islam, həm də qeyri islam icmaları üçün bərabər şərait yaradılmışdır. Sənədlərin
qəbul olunması və onların qanunauyğunluğunun yoxlanılması prosesi, dövlət qeydiyyat
məsələsi effektiv təşkil olunmuşdur. 2009-cu il sentyabr ayından başlayaraq 800-dən
artıq dini icmanın sənədi qeydiyyat və yenidən qeydiyyat üçün qəbul olunmuşdur.
İndiyə qədər 577 dini icma qeydiyyatdan keçmişdir. Bu icmalardan 372-si yenidən,
205-i isə ilk dəfə qeydiyyatdan keçənlərdir. Qeydiyyata alınmış dini icmaların
təriqətlər üzrə bölgüsü belədir: 556 qeydiyyatdan keçən qurum islam və 21-i
(12 xristian, 6 yəhudi, 1 krişna və 2 bahai) isə qeyri-islam dini icmalarıdır.
Qeydiyyatından imtina edilmiş dini icmalar isə imtinaya səbəb olmuş
çatışmamazlıqları aradan qaldırandan sonra DQİDK-nə yenidən qeydiyyat üçün
müraciət edə bilərlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDİK) yenidən qeydiyyatdan keçməmiş dini
icmaları ləvğ etmək hüququna malik deyil. Buna görə də, yenidən qeydiyyatdan
keçməmiş dini icmaların şəhadətnamələri qüvvədə qalır və onların böyük əksəriyyəti
fəaliyyətini davam etdirir.
Alternativ hərbi xidmət məsələsinə gəlincə isə, qeyd olunmalıdır ki, Konstitusiyanın
76-cı maddəsinə (2-ci bənd) istinadən, “Əgər hərbi xidmət şəxsin əqidəsinə ziddirsə,
belə halda, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət alternativ xidmətlə əvəz
oluna bilər”. Bu qayda eyni zamanda 2012-ci il, 10 Fevral tarixli “Hərbi xdimət və
hərbi vəzifələr haqqında” Qanunun 3.3 maddəsində də öz əksini tapıb. Lakin,
Ermənistanla müharibə şəraitində olduğuna görə Azərbaycan alternativ xidmətlə
bağlı xüsusi bir qanun qəbul edə bilməmişdir.
Sonda onu da qeyd etməliyik ki, ECRİ-nin bəzi insanların konkret cinayət əməllərinə
görə məsuliyyətə cəlb oiunması hallarına və ümümi insan hüquqları məsələlərinə
qeyri-bərəbər diqqət göstərməsi çətin anlaşılır. Buna görə də, qeyd etmək lazımdır
ki, ECRİ daha çox öz nizamnaməsində nəzərdə tutulan məsələlərə, yəni irqçiliyə qarşı
mübarizə, irqi ayrı seçkilik, ksenofobiya, anti-semitizm və dözümsüzlük kimi
məsələlərə diqqət etməlidir.
Məruzədə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı qeydlər
əsaslandırılmayıb. Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin müxtəlif
sahələrdə və KİV-də müstəqil işləməsi üçün geniş imkanlar yaradılıb, onların bütün
hüquq və azadlıqları təmin olunub, onlar fəaliyyətlərinə görə cinayət məsuliyyətinə
cəlb olunmurlar. Məruzədə qeyd olunan həbs olunmuş şəxslər, konkret cinayət
əməlinə görə, məsələn vergidən yayınma, geniş miqyaslı dələduzluq, qanunsuz
sahibkarlıq və s. bu cür fəaliyyətə görə saxlanılanlardır. Buna baxmayaraq, humanizm
prinsiplərindən çıxış edərək, bir sıra həbs olunmuş şəxslər məhkəmə qərarları və
Prezident sərəncamları ilə azad edilmiş və ya əvf olunmuşdur.
51
Azərbaycan ölkədə tam müstəqil vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verir.
Azərbaycanda hal-hazırda 400-dən çox QHT fəaliyyət göstərir. Hökumətin vətəndaş
cəmiyyətinə dəstəyini həyata keçirmək üçün xüsusi bir qurum – QHT-lərə Dövlət
Dəstəyi Şurası yaradılmışdır. Açıq hökumət prinsiplərini - hesabat vermək, şəffaflıq
və açıqlığı təmin etmək üçün qanunvericilikdə QHT-lər tərəfindən qrant alınmasına
aid olan yeni düzəlişlər qəbul olunmuşdur.
Dostları ilə paylaş: |