Cri(2016)17 Version azerbaïdjanaise



Yüklə 0.72 Mb.
Pdf просмотр
səhifə7/7
tarix28.03.2017
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7

 

 

 

45 


ƏLAVƏ:

 

HÖKUMƏTİN

 

NÖQT

EYİ

-

NƏZƏRİ

 

Bu əlavə ECRI-ın Azərbaycanda baş verən vəziyyət barəsindəki 

analiz və təkliflərinin bir hissəsini təşkil etmir.   

ECRI  ölkənin  monitorinqilə  bağlı  öz  proseduruna  uyğun  olaraq  hazırki 

hesabatın birinci layihəsini hazırlamaq üçün Azərbaycan dövlət orqanları ilə 

məxfi  dialoq  aparıb.  Dövlət  orqanlarının  şərhlərindən  bir  hissəsi  seçilib  və 

hesabatın  son  versiyasına  daxil  edilib  (bu,  sadəcə  birinci  layihə  mətninin 

nəzərdən  keçirilmə  tarixi  olan  11  dekabr  2015-ci  ilə  qədər  baş  verən 

hadisələri nəzərə alır. 

Dövlət  orqanları  aşağıdakı  nöqteyi-nəzərin  hesabatın  əlavəsi  kimi  daxil 

edilməsini də xahiş edib. 

 


 

47 


İrqçiliyə  və  Dözümsüzlüyə  qarşı  Avropa  Komissiyasının  (ECRİ)  Azərbaycan  üzrə 

beşinci monitorinq dövri hesabatı üzrə Azərbaycan hökumətinin şərhləri  

Azərbaycan hər zaman İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRİ) ilə 

əməkdaşlığa  böyük  əhəmiyyət  vermişdir.  1-5  iyun  2015-ci  il  tarixində  ECRİ-nin 

Azərbaycana  son  səfəri  zamanı  qurum  tərəfindən  xahiş  olunmuş  bütün  maraqlı 

tərəflərlə görüşləri təşkil etməklə ölkəmiz ECRİ ilə tam əməkdaşlıq etmişdir. 

Təəssüflər  olsun  ki,  hazırki  məruzə  nümayəndə  heyəti  tərəfindən  qaldırılan 

məsələlərə dair real vəziyyəti, eləcə də rəsmilərin fikirlərini tam əks etdirməkdənsə, 

etibarsız,  qeyri-dəqiq  mənbələrə  istinadən  yanlış  qiymətləndirməyə  üstünlük  verir. 

Azərbaycanın bu sahədə çoxsaylı nailiyyətləri və müsbət məqamlarına hesabatda yer 

verilmir.  Bu məruzə Azərbaycanın müqayisəli üstünlüyə malik olduğu dözümlülük və 

multikulturalizm  kimi  sahələrdə  müsbət  nailiyyətlərini  təhrif  etmək  cəhdi  sayıla 

bilər, bu səbəbdən məruzəni balanslı sənəd kimi nəzərdən keçirmək olmaz.  

Azərbaycanın  hökumət  rəsmiləri  dəfələrlə  ECRİ  nümayəndə  heyətinə  və  onun 

katibliyinə müraciət edərək, məruzədə iddia edilən Azərbaycanda “Ermənilərə qarşı 

mənfi  münasibət”  kimi  qələmə  verilmiş  məqamların  səbəblərinə  aydınlıq  gətirməyi 

xahiş  etsə  də,  təəssüf  ki,  bu  müraciət  baxılmamış  qalmışdır.  Bu  səbəbdən,  biz  bu 

məruzənin 

oxucularının 

diqqətini 

aşağıdakı 

məsələlərə 

yönəltmək 

məcburiyyətindəyik: 

Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  və  ətraf  rayonlarında  davam  edən 

silahlı  münaqişə  Azərbaycan  ərazisinin  1/5-nin  işğalı  ilə  nəticələnmiş  və  təqribən 

ölkənin hər 9 vətəndaşından 1-nin məcburi köçkün və ya qaçqına çevrilməsinə səbəb 

olmuşdur.  Ermənistan  Respublikası  müharibənin  başlanmasına  və  Azərbaycana  qarşı 

güc  tətbiq  edilməsinə,  ərazilərinin  işğal  edilməsinə,  münaqişə  zamanı  kütləvi  etnik 

təmizləmə aparmasına və digər ağır cinayətlər törədilməsinə görə məsuliyyət daşıyır.  

Beynəlxalq ictimaiyyət davamlı şəkildə, Azərbaycana qarşı hərbi qüvvə istifadəsini və 

ərazilərinin  işğal  edilməsini  qətiyyətlə  pisləmişdir.  1993-cü  ildə  BMT  TŞ  822(1993), 

853(1993)  874(1993)  və  884(1993)  saylı  qətnamələr  qəbul  etmişdir.  Belə  ki,  bu 

qətnamələrdə  Azərbaycana  qarşı  gücdən  istifadə  və  onun  ərazilərinin  işğal  edilməsi 

pislənilib,  eləcə  də,  Azərbaycanın  suverenliyi,  ərazi  bütövlüyü  və  beynəlxalq 

səviyyədə  tanınmış  sərhədlərinin  toxunulmazlığı  bir  daha  təsdiq  edilib.  Sözügedən 

qətnamələrdə  BMT  Dağlıq-Qarabağ  regionunun  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi 

olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan 

ərazilərindən  dərhal,  tamamilə  və  qeyd-şərtsiz  çıxarılmasını  tələb  edib.  Digər 

beynəlxalq  təşkilatlar  da  eyni  mövqeni  tutmuşlar.  Belə  ki,  AŞPA  “Sərhədyanı 

zonalarda  sakinlərin  bilərəkdən  sudan  məhrum  edilməsi”  adlı  2085  saylı  son 

qətnaməsində  Dağlıq  Qarabağın  və  bitişik  ərazilərin  Ermənistan  tərəfindən  işğalını 

pisləmiş  və  Erməni  silahlı  qüvvələrinin  Azərbaycan  ərazisindən  dərhal  çıxarılmasını 

tələb etmişdir.      

Son  dövrdə,  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  (ECHR)  Azərbaycanın  işğal  edilmiş 

Laçın  bölgəsindən  (Çıraqov  və  başqaları  Ermənistana  qarşı)    olan  bir  qrup  insan 

tərəfindən  Məhkəməyə  çıxarılmış  işə  baxmışdır.  Strasburq  məhkəməsi  son 

qətnaməsində ərizəçinin xeyrinə qərar çıxarmış, Ermənistan tərəfindən “İnsan hüquq 

və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında”  Konvensiyasından  irəli  gələn  bir  sıra 

azadlıqların,  o  cümlədən  mülkiyyət  hüququ  (Protokol  1,  Maddə  1),  Şəxsi  və  ailə 

həyatına  hörmət  hüququ  (Konvensiyanın  8-ci  maddəsi),  səmərəli  hüquqi  müdafiə 

vasitələri  hüququ  (Konvensiyanın  13-cü  maddəsi)  ilə  əlaqəli  hüquqların  davamlı 

pozulması  faktlarını  tanımışdır.  Bundan  əlavə,  Məhkəmə  Ermənistanın  Azərbaycan 

ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini 

davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu.                                

Beynəlxalq  ictimaiyyətin  bu  məsələyə  münasibətinə  tamamilə  məhəl  qoymadan  və 

beynəlxalq  hüququ  kobud  surətdə  pozaraq,  Ermənistan  işğalın  mövcud  status  kvo 

vəziyyətini  saxlamaq,  tutulmuş  ərazilərdə  hərbi  qüvvələrin  gücləndirilməsi,  həmin 


 

48 


ərazilərin  demoqrafik,  mədəni  və  fiziki  xarakterini  dəyişmək  və  yüz  minlərələ 

Azərbaycanlı  məcburi  köçkünlərin  bu  ərazilərdə  olan  evlərinə,  mülklərinə 

qayitmasına mane olmaq məqsədilə səylər göstərməkdə davam edir. 

2  aprel,  2016-cı  il  tarixində  Ermənistan  silahlı  qüvvələri  işğal  olunmuş  ərazilərdəki 

mövqelərdən  qoşunların  təmas  xətti  boyunca  Azərbaycan  Silahlı  Qüvvələrinin 

mövqelərini  və  təmas  xəttinə  yaxın  ərazilərdə  Azərbaycanın  nəzarəti  altında  olan 

mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv 

atəşə  tutub.  Ermənistanın  hücumları  və  sonrakı  həmlələri  nəticəsində,  qoşunların 

təmas xətti boyunca şəhər və kəndlər atəşə məruz qalıb,  uşaqlar da daxil olmaqla 

bir  neçə  nəfər  mülki  Azərbaycan  əhalisi  öldürülüb  və  yaralanıb.  Sonradan  həyata 

keçirilən  məhkəmə-tibbi  ekspertizası  nəticəsində  Azərbaycan  hərbi  qulluqçularının 

cəsədlərində  ölümdən  sonra  həyata  keçirilən  çoxsaylı  işgəncə  əlamətləri  qeydə 

alınıb.  

Ermənistanın  Azərbaycan  mülki  əhalisinə  və  mülki  obyektlərinə  birbaşa  və  qəsdən 

hücumları,  o  cümlədən  Azərbaycan  hərbi  qulluqçularına  qarşı  qeyri-insani  davranışı 

beynəlxalq  humanitar  hüququn  və  insan  haqları  hüququnun  ciddi  şəkildə 

pozulmasıdır.     

Bütün bunları nəzərə alaraq, biz Avropa Şurası tərəfindən yaradılmış müstəqil qurum 

olan ECRİ-dən Ermənistan tərəfindən minlərlə etnik Azərbaycanlının sürgün edilməsi 

və Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin işğal olunması məsələsində 

daha səmimi və düzgün yanaşma gözləyirik.    

Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, ECRİ ölkənin bu ərazilərində 

vəziyyəti yoxlaya bilməmişdir. Təəssüf doğurur ki, ECRİ özünün 5-ci dövri hesabatında 

“Dağlıq  Qarabağ  və  ona  bitişik  7  işğal  olunmuş  rayon  bu  məruzənin  ünvanlandığı 

Azərbaycan  hökumətinin  effektiv  nəzarəti  altında  deyil.  Buna  görə  də,  ECRİ  bu 

ərazidə  vəziyyəti  nəzərdən  keçirməyəcək”  kimi  bir  sətiraltı  qeydlə  kifayətlənərək, 

Ermənistanın təcavüzünü pərdələməyə çalışır. Halbuki, eyni cümlələr 5 il əvvəl qəbul 

olunmuş  4-cü  məruzənin  əsas  mətnində  yer  almışdı.  Bundan  əlavə  sənədin  dili  çox 

qeyri-dəqiqdir, aydın deyil, eyni zamanda işğalçının – Ermənistanın adını əks etdirmir 

və  bu  da  sanki  Azərbaycanın  öz  rayonlarına  məhəl  qoymadığı  və  ya  həmin  əraziləri 

tərk  etməsi  haqqında  yanlış  təəssürat  yaradır.  Bəzi  məqamlarda  çox  detallara 

gedərək  məsələn  guya  Azərbaycanda  həbsdə  saxlanılan  şəxsin  polis  tərəfindən  irqi 

mənsubiyyətinə  görə  təhqirə  məruz  qalması  məsələsini  işıqlandıran  ECRİ-nin 

Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini hərbi təcavüz altında saxlayan 

işğalçını öz adı ilə çağırmaması suallar doğurur.   

Ermənistanın təcavüzkar siyasətinə baxmayaraq, minlərlə etnik erməni Azərbaycanda 

sülh şəraitində yaşamaqda davam edir və Azərbaycan qanunları vətəndaşlar arasında, 

o cümlədən etnik ermənilərə münasibətdə istənilən ayrı-seçkiliyi qadağan edir. 



Etnik və milli azlıqların vəziyyətinə gəlincə qeyd etmək istəyirik ki, Azərbaycanlılar 

əsrlər  boyu  digər  milli  azlıqlar  və  xalqlarla  bir  yerdə  sülh  şəraitində  yaşamışdır. 

Konstitusiyada təsbit olunduğu kimi Azərbaycan Respublikası etnik mənşəyindən asılı 

olmayaraq  və  vətəndaşlar  arasında  ayrı-seçkilik  salmadan  bütün  Azərbaycan 

Respublikası  vətəndaşlarının  əsas  insan  hüquqları  və  azadlıqlarını  qoruyur. 

Azərbaycan  hökuməti  Azərbaycan  etnogenezisin  formalaşmasında  rolu  olan 

Azərbaycanlıların və milli azlıqların birgəyaşayışını eləcə də qanun qarşısında onların 

bərabər hüquqlarını təmin edir.  

Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycan dövlət strukturlarında geniş təmsil 

olunublar.  Milli  azlıqların  kompakt  yaşadığı  ərazilərdə  yerli  əhalinin  nümayəndələri 

yerli  icra  hakimiyyətində,  yerli  dövlət  strukturlarında  və  digər  idarələrdə  aparıcı 

vəzifələr  tuturlar.  Milli  azlıqların  nümayəndələri  Azərbaycan  Prezidentinin 

Administrasiyasında, Parlamentdə, Nazirlər Kabinetində, Konstitusiya Məhkəməsində, 

Mərkəzi  Seçki  Komissiyasında,  hüquq-mühafizə  orqanlarında  və  digər  dövlət 

qurumlarında çalışırlar. 


49 

Məruzədə  yer  alan  “talış  milli  azlığına  qarşı  nifrət  nitqindən  istifadə  edilməsi” 

ittihamlarını  tamamilə  rədd  edirik.  Başqaları  kimi,  talış  etnik  azlığına  məxsus  olan 

vətəndaşlar da  sülh şəraitində və qarşılıqlı harmoniya şəraitində bütün hüquqlardan 

istifadə edərək yaşayırlar.      

ECRI-nin  bir  QHT-yə  istinad  edərək  Azərbaycanın  tarix  boyu  qoruyub  saxladığı  dini 



dözümlülük həqiqətlərini təhrif etməsinə cavab olaraq biz aşağıdakı faktları təqdim 

etmək istərdik: 

Konstitusiyaya  (18-ci  maddə,  Din  və  dövlət)  və  “Dini  etiqad  azadlığı  haqqında” 

Qanuna görə bütün dinlər qanun qarşısında bərabərdir. Heç bir din və ya dini birlik 

digərinə  qarşı  üstünlüyə  sahib  deyil  və  ya  qadağalara  məruz  qalmır.  Dövlət  hər  bir 

dini  qrup  nümayəndələrini  bərabər  hüquqlarla  təmin  edir  və  dini  icmalara  fərqli 

münasibət  göstərmir.  Bütün  dini  icmalara  eyni  səviyyədə  dəstək  verilir,  maliyyə  də 

daxil  olmaqla  müvafiq  yardımlar  göstərilir.  (2015-ci  ildə,  dövlət  tərəfindən 

qeydiyyatdan  keçmiş  müsəlman  icmalarına  3  mln  AZN  və  qeydri-müsəlman  dini 

icmalarına isə 400 min AZN maliyyə yardımı edilmişdir).     



Müsəlman  azlıqların  və  “qeyri-ənənəvi”  dini  icmaların  qeydiyyat  zamanı 

çətinliklərlə  üzləşməsi,  qadağalara  və  ayrı-seçkiliyə  məruz  qalması  iddialarına 

gəlincə, onu qeyd etməliyik ki, ölkəmizdə dini dözümlülük yüksək səviyyədədir və hər 

hansı  bir  dini  ayrı  seçkilik  qadağan  olunur.  Müxtəlif  dinlərə  mənsub  olan  icmaların 

nümayəndələri    arasında  qarşılıqlı  hörmət  var.  Hazırda  1800  məscid,  5  Ortodoks, 

1 Katolik, 1 Luteran, 2 Alban-Udi, 4 Gürcü-Ortodoks kilsəsi, 6 sinaqoq və digər ibadət 

evləri  ölkədə  fəaliyyət  göstərir.  700-ə  yaxın  İslam  dini  icması,  22-si  Xristian,  9-u 

Yəhudi,  2-si  Bahai  və  1-i  Krişna  olmaqla  34  qeyri-müsəlman  dini  icması  fəaliyyət 

göstərir.  Azərbaycan  müxtəlif  din  və  etiqad  nümayəndələrinin  birgə  və  qarşılıqlı 

anlaşma şəraitində yaşadığı bir müsəlman dünyəvi dövləti olmaqla yaxşı nümunə kimi 

göstərilə bilər.               

Məruzədə  təxribat  xarakterli  iddia  kimi  səslənən  Azərbaycanda  sünni  müsəlmanlara 

qarşı ayrı seçkiliyin olması məsələsinin reallıqla heç bir əlaqəsi yoxdur. Bundan əlavə, 

“bir çox sünni müsəlmanların tarixi etnik azlıqlara, məsələn ləzgilərə” aid olduğunu 

qeyd  etmək  sadəcə  düzgün  deyil.  Bir  neçə  ay  əvvəl,    Azərbaycanın  böyük 

məscidlərindən birində, Şiə və Sünni müsəlmanlar bir yerdə ibadət edirdilər. Bu hal 

özü  Azərbaycanda  həm  müsəlman  icmaları  arasında,  həm  də  ümumiyyətlə  bütün 

cəmiyyətdə əlverişli şəraitin olmasından xəbər verir. 

Xristianlıq  Azərbaycanda  ikinci  ən  geniş  yayılmış  dindir.  Xristianlığın  müxtəlif 

istiqamətləri – Ortodoks, Katolik, Lüteran və Protestant təriqətləri fəaliyyət göstərir.    

Məruzədə  əks  olunmuş  Azərbaycanda  yaşayan  Yəhudi  azlıqlarına  dair  paraqraflara 

gəlincə, qeyd etməliyik ki, Anti-semitizmlə bağlı Azərbaycanda bir dənə də olsun fakt 

qeydə  alınmamışdır.  Hazırda,  ölkədə  8  sinaqoq,  2  Yəhudi  məktəbi  və  Yəhudi 

mədəniyyət mərkəzi fəaliyyət göstərir. ABŞ-dan, İsraildən və digər dövlətlərdən olan 

Yəhudi  nümayəndə  heyətləri  Azərbaycana  səfər  etmişlər.  Onlar  Azərbaycanın 

Yəhudilər  üçün  bir  çox  Qərb  dövlətlərindən  də  təhlükəsiz  yer  olduğunun  şahidi 

olmuşlar.  Onların  bəziləri  ölkə  haqqında  təəssüratlarını  Time  Magazine,  Yerusalem 

Post  qəzeti,  Huffington  Post  və  JNS.org  internet  portallarında  bölüşmüşlər.  Təkcə 

həmin  məqalə  başlıqları  (“Azərbaycan  Orta  Şərqdə  Dözümlülük  Vahəsidir”,  David 

Volpe,  “Azərbaycanda  Yəhudi  Həyatı  müsəlman  çoxluqlu  millətin  dözümlülük 

nümayişidir”,  Peter  Rotolz,  “Azərbaycan  mənim  İsrail  haqqında  ümidlərimi  necə 

qaytardı?”,  Yael  Lerman  Mazar,  “Bakı  –  dialoq  və  sülhün  unikal  geosiyasi  toplaşma 

məkanı”,  Annet  Blum)  müəlliflərin  Azərbaycan  həqiqətləri,  ölkədəki  etnik,  dini  və 

mədəni  vəziyyətlə  bağlı  təsəvvürlərini  nümayiş  etdirir.  Yuxarıda  adları  çəkilən 

məqalələrin internet ünvanları aşağıdakılardır: 

http://time.com/4099548/azerbaijan-is-an-oasis-of-tolerance-in-the-middle-east/

;  


http://www.jns.org/latest-articles/2015/11/12/jewish-life-in-azerbaijan-embodies-

muslim-majority-nations-culture-of-tolerance

;  


 

50 


http://www.jpost.com/Opinion/How-Azerbaijan-restored-my-hope-in-Israel-434507

;  


http://www.huffingtonpost.com/annette-blum/baku-a-unique-

geopolitica_b_8936520.html

 

İslam  Əməkdaşlıq  Təşkilatının  və  Avropa  Şurasının  üzvü  kimi  Azərbaycan 



mədəniyyətlərarası dialoqun təşviq edilməsinin necə əhəmiyyətli və vacib bir məsələ 

olduğunu  anlayır.  Bu  səbəbdən,  Azərbaycan  son  dövrdə  140-dan  çox  ölkədən  olan 

dövlət  və  hökumət  başçılarının,  rəsmilərin,  alimlərin,  ekspertlərin,  vətəndaş 

cəmiyyəti  və  KİV  nümayəndələrinin  daxil  olduğu  4000-dən  çox  iştirakçının  iştirak 

etdiyi  BMT  Sivilizasiyalar  Alyansının  7-ci  Qlobal  Forumuna  ev  sahibliyi  etmişdir. 

Forumun  sonunda  Bakı  bəyannaməsi  qəbul  edilmişdir  ki,  bu  da  ekstremizm  və 

zorakılığa qarşı mübarizə aparmaq, hamı üçün sülhü, təhlükəsizliyi və əmin-amanlığı 

təmin  etmək  üçün  mədəniyyətlərarası  dialoqu  və  multikulturalizmi  təşviq  etmək 

istiqamətində  dövlətlər  və  beynəlxalq  təşkilatlar  üçün  normativ  sənəd  rolunu 

oynayacaq.  



Dini  icmaların  yenidən  qeydiyyatı  məsələsinə  gəlincə,  qeyd  olunmalıdır  ki,  həm 

islam,  həm  də  qeyri  islam  icmaları  üçün  bərabər  şərait  yaradılmışdır.  Sənədlərin 

qəbul olunması və onların qanunauyğunluğunun yoxlanılması prosesi, dövlət qeydiyyat 

məsələsi effektiv təşkil olunmuşdur. 2009-cu il sentyabr ayından başlayaraq 800-dən 

artıq  dini  icmanın  sənədi  qeydiyyat  və  yenidən  qeydiyyat  üçün  qəbul  olunmuşdur. 

İndiyə  qədər  577  dini  icma  qeydiyyatdan  keçmişdir.  Bu  icmalardan  372-si  yenidən, 

205-i  isə  ilk  dəfə  qeydiyyatdan  keçənlərdir.  Qeydiyyata  alınmış  dini  icmaların 

təriqətlər  üzrə  bölgüsü  belədir:  556  qeydiyyatdan  keçən  qurum  islam  və  21-i 

(12 xristian,  6  yəhudi,  1  krişna  və  2  bahai)  isə  qeyri-islam  dini  icmalarıdır. 

Qeydiyyatından  imtina  edilmiş  dini  icmalar  isə  imtinaya  səbəb  olmuş 

çatışmamazlıqları  aradan  qaldırandan  sonra  DQİDK-nə  yenidən  qeydiyyat  üçün 

müraciət edə bilərlər.         

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDİK) yenidən qeydiyyatdan keçməmiş dini 

icmaları  ləvğ  etmək  hüququna  malik  deyil.  Buna  görə  də,  yenidən  qeydiyyatdan 

keçməmiş dini icmaların şəhadətnamələri qüvvədə qalır və onların böyük əksəriyyəti 

fəaliyyətini davam etdirir.    

Alternativ hərbi xidmət  məsələsinə gəlincə isə, qeyd olunmalıdır ki, Konstitusiyanın 

76-cı maddəsinə (2-ci bənd) istinadən, “Əgər hərbi xidmət şəxsin əqidəsinə ziddirsə, 

belə halda, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət alternativ xidmətlə əvəz 

oluna  bilər”.  Bu  qayda  eyni  zamanda  2012-ci  il,  10  Fevral  tarixli  “Hərbi  xdimət  və 

hərbi  vəzifələr  haqqında”  Qanunun  3.3  maddəsində  də  öz  əksini  tapıb.  Lakin, 

Ermənistanla  müharibə  şəraitində  olduğuna  görə  Azərbaycan  alternativ  xidmətlə 

bağlı xüsusi bir qanun qəbul edə bilməmişdir.     

Sonda onu da qeyd etməliyik ki, ECRİ-nin bəzi insanların konkret cinayət əməllərinə 

görə  məsuliyyətə  cəlb  oiunması  hallarına  və  ümümi  insan  hüquqları  məsələlərinə 

qeyri-bərəbər  diqqət  göstərməsi  çətin  anlaşılır.  Buna  görə  də,  qeyd  etmək  lazımdır 

ki, ECRİ daha çox öz nizamnaməsində nəzərdə tutulan məsələlərə, yəni irqçiliyə qarşı 

mübarizə,  irqi  ayrı  seçkilik,  ksenofobiya,  anti-semitizm  və  dözümsüzlük  kimi 

məsələlərə diqqət etməlidir.  

Məruzədə  Azərbaycanda  vətəndaş  cəmiyyətinin  vəziyyəti  ilə  bağlı  qeydlər 

əsaslandırılmayıb.  Azərbaycanda  fəaliyyət  göstərən  hüquq  müdafiəçilərinin  müxtəlif 

sahələrdə  və  KİV-də  müstəqil  işləməsi  üçün  geniş  imkanlar  yaradılıb,  onların  bütün 

hüquq və azadlıqları təmin olunub, onlar fəaliyyətlərinə görə cinayət məsuliyyətinə 

cəlb  olunmurlar.  Məruzədə  qeyd  olunan  həbs  olunmuş  şəxslər,  konkret  cinayət 

əməlinə  görə,  məsələn  vergidən  yayınma,  geniş  miqyaslı  dələduzluq,  qanunsuz 

sahibkarlıq və s. bu cür fəaliyyətə görə saxlanılanlardır. Buna baxmayaraq, humanizm 

prinsiplərindən  çıxış  edərək,  bir  sıra  həbs  olunmuş  şəxslər  məhkəmə  qərarları  və 

Prezident sərəncamları ilə azad edilmiş və ya əvf olunmuşdur.  



51 

Azərbaycan ölkədə tam müstəqil vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verir. 

Azərbaycanda  hal-hazırda  400-dən  çox  QHT  fəaliyyət  göstərir.  Hökumətin  vətəndaş 

cəmiyyətinə  dəstəyini  həyata  keçirmək  üçün  xüsusi  bir  qurum  –  QHT-lərə  Dövlət 

Dəstəyi  Şurası  yaradılmışdır.  Açıq  hökumət  prinsiplərini  -  hesabat  vermək,  şəffaflıq 

və  açıqlığı  təmin  etmək  üçün  qanunvericilikdə  QHT-lər  tərəfindən  qrant  alınmasına 

aid olan yeni düzəlişlər qəbul olunmuşdur.    

 


 

 

 





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə