Cri(2016)17 Version azerbaïdjanaise


II.  Azərbaycana xas olan m



Yüklə 0.72 Mb.
Pdf просмотр
səhifə5/7
tarix28.03.2017
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7

II. 

Azərbaycana xas olan m

övzular  

1. 

Dördüncü dövrün müvəqqəti monitorinq tövsiyələri

 

62.  ECRI-

ın  Azərbaycanla  bağlı  2011

-ci  il 


hesabatındakı  ilk  müvəqqəti  monitorinq 

tövsiyəsi  dövlət  orqanlarının  dini  icmaların  qeydiyyata  alınma  prosesinin  tez 

şəkildə başa çatdırılması və qeydiyyat qərarını hələ də gözləyən icmaların hüquqi 

vəziyyətinə,  onların artıq  qeydiyyatdan keçmiş icmaların

 

keçid dövründə  normal 



fəaliyyəti davam  edə bilmələrini  xüsusi  şəkildə  bildirərək,  aydınlıq  gətirmələri ilə 

bağlı olub. 

 

63. 


Ölkəyə səfər  zamanı  dövlət  orqanları  2015

-

ci  ilin iyununa kimi  615 dini  icmanın 



qeydiyyata alındığını ECRI nümayəndə heyətinə məlumat v

erib. Onlardan 594-ü 

müsəlman, 12

-si xristian, 6-

sı yəhudi, 2

-

si bahay və 1



-

i krişna icmasıdır.

103

 

Səkkiz 



                                                

102

 Azernews.az 2014.  



103

 

Dövlət orqanlarının verdiyi əlavə məlumatlara görə əvvəllər qeydiyyata alınmış təxminən 200 dini icma 



yenidən qeydiyyat üçün ərizə verməyib. 

 


 

28

 



ərizə icraatdadır və

104


 

bunların əksəriyyəti ikinci və ya üçüncü qeydiyyatı ölkənin 

digər  bölgələrində  əldə  etməyə  çalışan  dini  icmalarla  bağlıdır.  Dövlət

 

orqanları 



bütün  ərizəçilərə  ərizələrindəki  çatışmamazlıqlar  barədə  məlumat  verildiyini 

bildirir.  Yenidən  qediyyata  alınmamış  və  ya  qeydiyyat  sənədini  almamış  dini 

icmalar  öz  üzvlərinin  polis  müdaxiləsi,  həbs  və  ağır  cərimələrlə  bağlı  davamlı 

qorxu  içində  yaşadıqlarını  bildirir.  Dövlət  orqanları  əvvəlki  hüquqi  rejimlə 

qeydiyyata  alınmış  icmaların  qeydiyyatının  qüvvədə  qaldığını  söyləyir.    Amma 

onlar  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  internet  səhifəsindəki  dini 

icmalar  hissəsinə  daxil  edilmir.  Bu  siyahını  nəzərdən  keçirən  şəxslər  yanlış 

istiqamətləndirilə  və  bu  cür  icmaların  keçərli  qeydiyyatının  olmaması  nəticəsinə 

gələ bilərlər. 

 

64.  2013-



cü ilin mayında Şəmkirdə, 2013

-

cü ilin sentyabrında Əliabadda, 2014



-cü ilin 

yanvarında Gəncədə,  2014

-

cü ilin martında  Lənkaranda  və 2014



-

cü ilin  iyun  və 

oktyabr aylarında Gəncə və Mingəçevirdə polis qeydiyyata alınmış icmanın üzvü 

olmayan  az  sayda  dindarın  toplaşdığı  şəxsi  evlərə  basqın  edib.  Bunun 

nəticəsində onlarla dindar bir neçə saat polis bölmələrində saxlanılıb.

  

Şəmkirdə 



polis  rəisi  müavini  bir  dindarı  zorlama,  saçlarını  qırxma  və  on  beş  gün  həbsə 

atmaqla hədələyib. Dindarlar digər polis məntəqələrində də təhqirə məruz qalıb.  

Bir  çox  hallarda  məhkəmələr  1500

-2000  AZN  (1300-

1500  €)  cərimə  təyin  edib. 

Bir  məhkəmə

 

işində  alınan  qərar  Apellyasiya  Məhkəməsi  tərəfindən  ləğv  edilib. 



Digər  bir  işdə  rayon  məhkəməsi  təqsirli  bilinən  şəxsi  sərbəst  buraxıb.  Digər 

dindarlar  inanclarını  ictimai  yerlərdə  və  şəxsi  evlərdə  yaydıqları  üçün  saxlanılıb 

və  ağır  cərimələr  ödəyib.  Dini  ədəbiyyatı  icazəsiz  yaymaqda  günahlandırılan  iki 

dindar  üçün  2015-

ci  ilin  fevralında  məhkəməyə  qədər  üç  aylıq  həbsdə  saxlama 

qərarı verilib. Sonra bu müddət əlavə olaraq yeddi ay uzadılıb.

105

  

65. 



ECRI Venesiya Komissiyası və DTİHB

-in 2012-

ci ildə verdikləri birgə rəydə bəhs 

edilən  Dini  etiqad  azadlığı  haqqında  qanunun  bəzi  aspektləri  ilə  beynəlxalq 

normalara  qarşı  olan  hüquqi  çərçivəni  müəyyən  etdiyi  nəticəsinə  gəldiklərini 

vurğulayır.

106

 

Üstəlik,  ECRI  bu  tövsiyənin  tətbiqi  ilə  bağlı  2014



-

cü  ildə  gəldiyi 

nəticələrində etdiyi kimi qeydiyyata alınmamış dini məzhəbin fərdi üzvlərinin dua 

etdiyi və ya dini inanclarını ifadə etdiyi üçün cəzalandırılmasının AİHK

-

na uyğun 



olmayan  AİHM

-nin  presedent  hüququna  bir  daha  istinad  edir.

107

 

Yuxarıda  bəhs 



edilən  polis  basqınları,  saxlamalar  və  məhkum  etmələr  zərərçəkmişlərin  din 

azadlığını  açıq  şəkildə  pozur  və  onlara  qarşı  dini  zəmində  ayrı

-

seçkiliyə  səbəb 



olur. ECRI həmçinin irqçiliyə əsaslanan yanlış davranış hallarının ombudsman da 

daxil olmaqla səriştəli qurumlar tərəfindən araşdırılmalı olduğunu düşünür (ECRI

-

nin 11 saylı ÜST



-nün 9-

cu bəndi). 

 

66. 


ECRI dövlət qurumlarının, xüsusən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və 

Daxili  İşlər  Nazirliyinin,  dini  icmaların  qeydiyyatı  prosesini  tez  şəkildə  başa 

çatdırmalarını  və  qeydiyyat  prosesində  olan  dini  icmaların  üzvlərinə  qarşı 

gələcəkdə  ayrı

-

seçkilik  hallarının  olmamasını  və  onların  din  hüququnun  polisin 



pis  rəftarı,  qanunsuz  polis  basqınları,  saxlama  və  məhkum  etmələr  kimi 

hərəkətlərlə pozulmamasını təmin etmələrini təkidlə tövsiyə edir. 

 

67.  2014-



ci  ildə  gəldiyi  nəticələrdə  ECRI  dövlət  orqanlarının  ikinci  müvəqqəti 

monitorinq  tövsiyəsini  yerinə  yetirmədiklərini  hesab  edib.  Bu  tövsiyə  məhkəmə 

sistemi  ilə  əlaqələrində  ECRI

-

ın  istinad  şərtlərinə  cavab  verən  qruplara  aid 



şəxslərə qarşı istənilən birbaşa və ya dolayı ayrı

-

seçkiliyi aşkarlamaq məqsədilə 



ECRI    məhkəmə  sistemi  məlumatlarının  toplanması  üçün  sistemin 

yaradılmasından  bəhs  edib.  Bu  hesabatda  bəhs  edilmiş  zəif  qruplara  yönəlmiş 

                                                

104

 

Dövlət  orqanları  onların  baptistlər,  Yehovanın  Şahidləri  və  müsəlman  icmaları  tərəfindən  edildiyi 



söyləyir. 

 

105

 Forum18.org 2015b.  

106

 

Daha ətraflı məlumat üçün bax. Venesiya Kommissiyası və ATƏT/DTİHB 2012, §§ 12 və bəndlər. 



 

107

 Ma



saev Moldovaya qarşı

, N°. 6303/05, 12 may 2009-cu il, § 26.  



29 

cinayət hüququ hallarından başqa ECRI bu qruplara qarşı məhkəmələr tərəfindən 

edilən sistematik ayrı

-

seçkilik haqqında yeni məlumat almayıb.  Buna görə də o, 



bu məsələni bu hesabatda nəzərdən keçirməyəcək. 

 

2. 



Dini ayrı

-seçkilik  

68. 


ECRI  din  zəminində  baş  verən  əlavə  ayrı

-

seçkilik  hallarından  narahatlıq  duyur.  



65-

ci  bənddə  qeyd  edildiyi  kimi  Venesiya  Komissiyası  və  DTİHB  dini  azadlıqla 

bağlı  qanunvericilk  çərçivəsinin  bəzi  aspektlərinin  beynəlxalq  normalara  uyğun 

olmadıqlarını düşünürlər.  "Din azadlığı" tərifinə özəl və ictimai və həmçinin ibadət 

yerlərində  dini  ayinləri  yerinə  yetirmə  hüququ,  missionerlik  fəaliyyətinə,  tədrisə, 

praktikaya  və  riayətə  icazə  vermə,  dövlət  qeydiyyatı  olmadan  fərdlərə  və  dini 

icmalara 

dinlərini  yaşamağa  imkan  vermək  məqsədilə  dövlət  qeydiyyatı 

sistemində  islahat  aparma və dini  ədəbiyyatı  sərbəst  şəkildə  yaymaq  hüququna 

qarşı  olan  səbəbsiz  məhdudiyyətləri  aradan  qaldırma  kimi  hesabatlarında 

etdikləri  əsas  tövsiyələr  daxil  edilməlidir.  H

al-


hazırda  bu  sahədə  mövcud  olan 

əsassız  məhdudiyyətlər  çox  vaxt  azlıqların  müsəlman  icmalarına  və  qeyri

-

ənənəvi dini qruplara mənfi təsir edir və bu da onlara qarşı ayrı



-

seçkiliyə gətirib 

çıxarır. 

 

69. 



Din azadlığına bu cür müdaxilə və ayrı

-

seçkiliyə səbəb ola bilən praktika əsasən 



sünni  müsəlmanların  həbs  edilib  saxlanılması  ilə  bağlı  bir  çox  məlumatlarda  öz 

əksini tapır.  Azərbaycandakı müsəlmanların 65%

-

i şiə olduğu halda qalan 35%



-i 

sünnidir  və  bu  sünni  müsəlmanların  böyük  hissəsi  tarixi  ləzgi  azlığına 

mən

subdur.


108

 

Bu  hesabatlar  bunlardan  əlavə  5  oktyabr  2012



-

ci  ildə  keçirilmiş 

"Hicaba azadlıq" mitinqinin iştirakçılarının böyük hissəsinin saxlanılmasına, 2014

-

cü  ilin  noyabr  ayının  ortalarında  Naxçıvanda  200  müsəlmanın  həbsinə,  2015



-ci 

ilin  fevralından  bəri  icazəsiz  olaraq  dini  ədəbiyyatı  yaydıqları  üçün  Cinayət 

Məcəlləsinin  167.2.1 maddəsi  ilə sonradan  həbs  edilmiş  beş  sünni  müsəlmanın 

məhkəməyə  qədər  həbsdə  saxlanılmasına  və  22  sentyabr  2015

-

ci  ildə  Bakıda 



Səid  Nursi  tərəfdarlarının  85

-

nin  həbsinə  istinad  edir.  Digər  hesabatlar  sünni 



məscidlərinin  bağlanması,  məscidlərdən  kənarda  namaz  qılmanın  qadağan 

edilməsi  (Dini  etiqad  azadlığı  haqqında  qanunun  12.1

-

ci  maddəsi),  imamların 



uniforma geyinmə məcburiiyəti və dindarların məscidlərə girişinə polis tərəfindən 

m

ane  olma  ilə  bağlıdır.    Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  rəhbəri 



xaricdə  təhsil  almış  ruhanilərin  fəaliyyətləri  və  dini  bayraqların  istifadəsi  və  dini 

mərasimlərin  küçələrdə  aaprılması  ilə  bağlı  dini  etiqad  azadlığı  haqqında 

qanununa yeni məhdudlaşdırıcı dəyişikliklərin ediləcəyini bildirib.

109


  

70. 


Üstəlik, Azərbaycan 2001

-

ci ildə Avropa Şurasına üzv olduğu zaman söz verdiyi 



alternativ xidmət haqqında qanunu qəbul etməyib. Konstitusiya alternativ xidmətə 

imkan  versə  də  (Azərbaycan  Konstitusiyasının  76.

2-

ci  maddəsi)  dini  azlığa  aid 



olan və əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxs 2014

-

cü ilin aprelində 



və 2015

-

ci ilin avqustunda hərbi xidmətdən yayındığına görə məhkum edilib.  



 

71. 


ECRI həmçinin Səid Nursinin əsərləri də daxil olmaqla dini ədəbiyyatın

  senzura 

edilməsi  haqqında  məlumatlar  alıb.

110

 

Bundan  başqa  müvafiq  qayda  həddindən 



artəq  bürokratik  şəkildə  şərh  və  tətbiq  edilir.  Dini  etiqad  azadlığı  haqqında 

                                                



108

 UNPO 2013: 21. 



109

 

Bu və sonrakı abzas üçün bax.



 

Norveç Helsinki Komitəsi 2015: 43 və bəndlər; Yunus, L. və Cəfərov, R. 

2014: 47 və bəndlər.; Forum18.org 2015a və b; Beynəlxalq Sərhədsiz İnsan Hüquqları 2015; Azernews.az 

2015; Institute for War & Peace Reporting 2015a; meydan.tv 2015a. 2015-ci ilin noya

brında şiə “Müsəlman 

Birliyi Hərəkatı”nın qeydiyyatı rədd edilib.  Sonrakı həftələrdə onun ən azı 32 üzvü həbs edilib. İki üzv və 

beş  polis  işçisi  qrupun  rəhbəri  Tale  Bağırovun  həbsi  ilə  nəticələnən  polis  əməliyyatı  zamanı  öldürülüb. 

Dövlət  orqanları  qrupun  məqsədinin  konstitusiya  nizamnı  pozmaq  və  şəriət  qanunlarına  əsaslanan  dini 

dövlət  qurmaq  istədiklərini  bildirdiyi  zaman  digərləri  sözügedən  polis  əməliyyatlarında  din  azadığının 

müxtəlif şəkildə pozulduğunu iddia edir.  

 

110

 

AİHM



-

dəki  iş  və  Səid  Nursinin  yazılarının  dindar  olmayanlara  qarşı  düşmənçiliyi  və  nifrəti  artırıb 

artırmaması ilə bağlı mübahisə haqqında 4 aprel 2011

-

ci ildə verilmiş 28621/11 saylı 



Yedinoe Dukhovnoye 

Upravleniye Musulman Krasnoyarskogo Kraya 

Rusiyaya qarşı

 

işinə baxın



.  

 

30

 



qanunun 22.2-

ci maddəsinə görə dini məzmunlu ədəbiyyatın və digər materialın 

idxal  edilməsi  və  hazırlanmasından  öncə  ilkin  razılıq  tələb  edilir.  Venesiya 

Komissiyasının  və  DTİHB

-

nin  fikrincə  bu,  AİHK



-

nın  10.1

-

ci  maddəsinin  birbaşa 



pozulması  deməkdir.

111

 

Dövlət  qurumları  bu  ədəbiyyatın  yayılmasınına  razılıq 



vermək  üçün  əlavə  qərarın  tələb  edildiyini  bildirir.  Üstəlik,  dini  icmalara  yayılan 

hər  bir  materialın  möhürlənməli  olması  barədə  məlumat  verilib.  Lakin  Dini 

Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsində  lazımı  möhürlər  yox  idi.  Dini  icmaların 

üzvləri Cinayət Məcəlləsinin 167

-

ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 300



-

cü  maddəsi  ilə  cəzalandırılır  və  bu  qaydalara  riayət  etmədikləri  təqdirdə 

məhkəməyə qədər həbsdə saxlanma ilə üzləşirlər.  "Dini təbliğat həyata keçirən" 

şəxslərin  və  dinlə  bağlı  qanunvericiliyin  digər  müddəalarını  pozan  şəxslərin 

İnzibati  Xətalar  Məcəlləsinin  299

-

cu  və  300



-

cü  maddələri  ilə  cinayət 

məsuliyyətinə cəlb edilmək riski mövcuddur. 

 

72. 



Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsi  İnzibati  Xətalar  Məcəlləsinin  299

-cu 


maddəsinə  aid  olan  160  inzibati  xətanın  son  beş  ildə  qeydə  alındığını  və  id

xal 


edilən 5600 dini ədəbiyyat adından 300

-

nün qadağan edildiyini ECRI nümayəndə 



heyətinə bildirib.    Bundan əlavə  Dini  Qurumlarla  İş  üzrə Dövlət  Komitəsi  öncəki 

abzaslarda qeyd edilmiş hesabatları oxuduğunu, iddiaları rədd etdiyini və 2015

-ci 

ilin fevralından bəri dindarların saxlanılması ilə bağlı 



64-

cü bənddə təsvir edilmiş 

məlumatın  onda  olmadığını  qeyd  edib.  Dövlət  orqanları  həmçinin  bu  cür 

məhdudiyyətlərə  islamizmin  yayılma  təhlükəsi  kontekstində  baxılmalı  olduqlarını 

qeyd  ediblər.  Son  olaraq  onlar  əqidəsinə  görə  hərbi  xidmətdən  imtina  etmə 

məsələlərinin ölkənin təhlükəsizliyi üçün təhlükə yaratdığını iddia edirlər.  

 

73. 


ECRI dövlət orqanlarının din azadığı ilə bağlı ümumi münasibətlərini dəyişməyə 

ehtiyacları  olduğunu  düşünür.  Qanunvericiliklərini  Venesiya  Komissiyasının  və 

DTİHB

-

in 



birgə 

tövsiyələrinə 

uyğunlaşdırmaları, 

dini 


azadlığını 

məhdudlaşdırmaqla  bağlı  gələcək  planlarından  əl  çəkmələri  və  din  azadlığına 

qarşı  AİHK

-

nın  qəbul  etmədiyi  ayrı



-

seçkiliyə  və  məhdudiyyətlərə  son  vermələri 

həddindən  artıq  vacibdir.

112

 

Lazımi  hüquqi  dəyişikliklərin  qüvvəyə  minməsinə 



qədər  dövlət  orqanları    hazırki  qanunvericiliyi  xüsusən  AİHK

-

nın  9  və  14



-cü 

maddələrinin  məcburi  normalarınına  və  AİHM

-

nin  presedent  hüququna  uyğun 



şəkildə  şərh  və  tətbiq  etməli,  demokratik  cəmiyyətdə  din  azadlığına  bu  cür 

məhdudiyyətlərin  lazım  olması  barədə  aydın  məlumat  olmadıqda  polis 

basqınlarından, həbslərdən və cəza qərarlarından əl çəkməlidir. 

 

74. 



Bundan əlavə ECRI zəif qrupların insan hüquqlarını qorumağa yardım etmək və 

onları təşviq etmək məqsədilə ombusdsmanı sadəcə din azadlığı sahəsində deyil 

həmçinin nifrət nitqi, siyasi məhbuslar və LGBT şəxslərə qarşı şiddət kimi həssas 

məsələlərdə də öz gücünü və müstəqil mövqeyini istifadə etməyə təkidlə çağırır. 

 

75. 


ECRI  dövlət  orqanlarının  Venesiya  Komissiyası  və  ATƏT/DTİHB  tərəfindən  dini 

etiqad  azadlığı  haqqında  qanunun  barəsindəki  Birgə  Rəylərində  etdikləri 

tövsiyələri  tətbiq  etmələrini  təkidlə  məsləhət  görür.  Lazımi  hüquqi  dəyişikliklərin 

qüvvəyə minməsinə qədər dövlət orqanları xüsusən də polis və məhkəmə işçiləri 

üçün  təlim  təşkil  edərək  hazırki  qanunvericiliyin  Avropa  İnsan  Hüquqları 

Konvensiyasının (AİHK) 9 və 14

-

cü maddələrinə tamamən uyğun şəkildə tətbiqin



təmin etməlidir.  

 

76. 


Son olaraq, ECRI Azərbaycanı alernativ xidmətlə bağlı qanunvericiliyi qəbul etmə 

öhdəliyini  yerinə  yetirməyə  təkidlə  çağırır  və  bu  məqsədlə  regiondakı  yaxşı 

praktikalara istinad edir.  

                                                



111

 Venesiya K

ommissiyası və ATƏT/DTİHB 2012, §§ 101 və bəndlər.

 

112

 

Məhdudiyyətlərə  haqq  qazandrılması  ilə  bağlı    irqçiliklə  mübarizəyə  həsr  edilmiş  bu  hesabatın  3



-

dən 


16-

cı bəndlərinə və terrorizmlə mübarizə sahəsindəki "Terrorizmin qarşısının alınması haqqında" Avropa 

Konvensiyası kimi beynəlxalq normalara baxın. 

 


31 

77. 


ECRI  dövlət  orqanlarına  ölkənin  Avropa  Şurasına  qəbulu  zamanı  hərbi  xidmətə 

alternativlər  haqqında  qanunvericiliyin  hazırlanması  ilə  bağlı  üzərinə  götürdüyü 

öhdəliyi yerinə yetirmələrini təkidlə tövsiyə edir. 

 

3. 



LGBT-

lərə qarşı olan ayrı

-

seçkiliklə və dözümsüzlüklə mübarizə 

siyasətləri

113

 



Məlumat



 

78. 


Azərbaycandakı  LGBT  şəxslər  və  onların  həyat  şərtləri  ilə  bağlı  heç  bir  rəsmi 

məlumat mövcud deyil və hökumət cinsi orientasiya və gender kimliyi səbəblərinə 

görə  baş  verən  ayrı

-

seçkiliyə  qarşı  mübarizədə  Nazirlər  Komitəsinin 



CM/Rec(2010)5  saylı  Tövsiyəsinin  tətbiqi  ilə  bağlı  göndərilmiş  sorğuya  hələ 

cavab verməyib. Ombudsman son bir neçə ildə heç bir şikayət almadığını amma 

LGBT-

lərlə  bağlı  qaynar  xəttə  zəng  edildiyi  barədə  ECRI



-

yə  məlumat  verib.  

2009-

cu  ildə  aparılmış  araşdırmaya  görə  Azərbaycan  əhalisin



in  73%-i  LGBT 

şəxslərə  qarşı  mənfi  münasibət  bəsləyir.

114

  2014-


cü  ildə  aparılmış  digər 

araşdırma nəticəsində respondentlərin 60%

-

i bu cür mənfi münasibət bəsləyir və 



52%-

i homoseksuallığın anadangəlmə xəstəlik olduğu fikrindədir.  Onların 64%

-i 

LGBT şəxslə bir yerdə işləmək istəmədiyini söyləyib və 60%



-

i işə götürən olsaydı 

LGBT  şəxsi  işə  almamağa  üstünlük  verəcəyini  bildirib.

115


 

LGBT  şəxslərin 

Avropadakı  insan  hüquqları  vəziyyətilə  bağlı  2015

-

ci  il  vətəndaş  cəmiyyəti 



göstəricisində Azərbaycan sonuncu yeri tutur.

116

 



Aparılan siyasətlər 

 

79. 


ECRI  LGBT  məsələləri  ilə  bağlı

 

dövlət  orqanlarının  fəaliyyətləri  barədə  az 



məlumat  əldə  edib.    Ombudsman  həssaslığı  artırma  proqramları  çərçivəsində 

ictimaiyyətə  LGBT  şəxslərə  qarşı  heç  bir  ayrı

-

seçkilik  və  nifrət  nitqinin 



olmamasının  vacibliyini  izah  etməsini  ECRI

-

yə  bildirib.    Dövlət



 

orqanları  da 

həbsxanalarda  LGBT  şəxslərə  qarşı  heç  bir  ayrı

-

seçkilik  hallarının  baş 



verməməsini  və  nəşr  ediləcək  araşdırmada  LGBT  şəxslərlə  bağlı  bəzi 

məsələlərin olduğunu bəyan edib.  Son olaraq, ECRI polisin 2012

-

ci ildə Bakıda 



keçirilmiş "Eurovision" müsiqi yarışmasında LGBT şəxsləri qoruduğunu alqışlayır.  

 

80. 



ECRI  Azərbaycandakı  LGBT  şəxslərin  böyük  əksəriyyətinin cinsi  orientasiyasını 

və  gender  kimliyini  bildirməməyə  və  cəmiyyətin  qınağından,  nifrət  nitqindən  və 

şiddətdən qaçmaq üçün gözə girməməyə üstünlük verdiklərini qeyd edir. Sadəcə 

şou


-

biznes aləmindəki bəzi şəxslər LGBT

-

lərə aid olduqlarını açıq şəkildə göstərə 



bilirlər.  Vəziyyət  Bakıya  nisbətən  bölgələrdə  daha  pisdir.  LGBT

-

lər  cinsi 



oreintasiyaları  və  gender  kimliklərini  açıq  ifadə edərlərsə  sadəcə  cəmiyyət  deyil 

hətta ən yaxın ailə üzvləri və dostları tərəfindən də rədd edilə bilərlər. Valideynləri 

uşaqlarının LGBT olduqlarını qəbul etmək istəmir.  Polis işçiləri LGBT

-

ləri sadəcə 



tutmamış  həmçinin təhdid etməyib,  böhtan  atıb  və ya  onlardan pul  alıb.

117

  Cinsi 


orientasiyalarını bəyan etdikləri zaman LGBT şəxslərin üzləşdiyi yüksək dərəcəli 

şiddətlə bağlı ECRI bu hesabatın 

40-dan 44-

cü bəndinə qədər istinad edir. 

 

81. 


Azərbaycanda  LGBT  məsələləri  ilə  bağlı  ictimai  həssaslıq  azdır

118

,  çünki 

homoseksuallıq, biseksuallıq bə transgender olma tabu olan məsələlərdən sayılır. 

LGBT  məsələləri  nadir  hallarda  ictimai  müzakirə  mövzusu  olur  və  media  LGBT 

şəxslər və onların xüsusi vəziyyəti barədə həddindən artıq az məlumat verir. Belə 

bir mühitdə LGBT şəxslər adətən ayrı

-

seçkilik, nifrət nitqi və şiddətlə bağlı polisə 



                                                

113 

Terminologiya üçün Avropa Şurasının İnsan hüquqları üzrə komissarının verdiyi təriflərə baxın, 2011.

 

114

 USAid 2014: 43; NEFES LGBT 2014a; 3view.az (2010). 



115

 NEFES 2014. 



116

 ILGA_Europe 2015.  



117

 

Gender və inkişa



f 2013: 24.  

118

  NEFES  2014-

ə  görə  bu  araşdırmanın  respondentlərinin  40%

-

i  homoseksuallıq  və  bisekuallıq  barədə 



məlumata sahib olmadıqlarını bəyan edib.  

 


 

32

 



və  ombudsmana  məlumat

 

vermək  arzusunda  olmur.  Son  illərdə  artmağa 



başlamış  LGBT  vətəndaş  cəmiyyəti  təşkilatları  müxtəlif  tərəflərdən  gələn 

təzyiqlərə  görə  fəaliyyətlərini  azaltmağa  və  bəzən  dayandırmağa  məcbur  olub.  

Tanınmış LGBT fəalı olan bir şəxs intihar edib və digərləri ölkəni tərk edib. 

 

82. 



LGBT şəxslər bu cür təhlükəli şərtlər altında Azərbaycan əhalisinin digər hissəsi 

ilə bərəbər səviyyədə yaşaya bilmir (Azərbaycan Konstitusiyasının 25

-

ci maddəsi 



və  AİHK

-

nın  8  və  14



-

cü  maddələri).  Buna  görə  də  ECRI  dövlət  orqanlarının 

si

stematik yanaşmaya sahib olmasını  və LGBT məsələlərini müsbət şəkildə həll 



etməli olduğunu düşünür. Bunun üçün onlar LGBT şəxslər, onların həyat şəraitləri 

və  bərabər  rəftar  hüquqları  ilə  bağlı  həssaslığın  artırılması  kampaniyaları 

aparmalıdırlar.    Məqsəd  bu  zəif  qrupa  qarşı  olan  ümumi  rəftarı  yaxşılaşdırma 

olmalıdır.    Eyni  zamanda  dövlət  orqanları  həll  edilməli  olan  məsələlərin  başa 

düşülməsi  və  onların  bərabər  rəftar  hüquqlarının  reallıq  olması  üçün  LGBT 

şəxslərin  həyat  şərtlər  ilə  bağlı  araşdırma  həyata  keçirməlidir.    Xaricdəki  LGBT 

nümayəndələri  və  ekspertləri  cəlb  edilməlidir.    LGBT  şəxslərlə  təmasda  olan 

dövlət  məmurları  təlim  keçməlidir.  Polis  və  ombudsman  LGBT  icması  ilə 

mütəmadi  və  səmimi  əlaqə  qurmalı,  onları  ailə  və  digər  şiddət  növlərindən 

səmərəli  şəkildə  qorumalıdır.  Bu  fəaliyyətləri  koordinasiya  etmək  və  LGBT 

şəxslər  üçün  fəaliyyət  planını  hazırlamaq  məqsədilə  dövlət  qurumu  müəyyən 

edilməlidir.  Bu  qurum  həmçinin  son  bəndində  müzakirə  edilən  lazımı 

qanunvericilik düzəlişləri üçün edilən təşəbbüslərlə də məşğul olmalıdır.  

 





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə