Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə26/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   22   23   24   25   26   27   28   29   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Qaşqaylar İranın Fars əyalətində Şiraz ətrafında yaşayır-
lar. Son statistik hesablamalara görə sayları 3,5 milyon nəfərdir. 
Tədqiqatçıların əksəriyyəti qaşqayların dilini oğuz qrupuna aid 
müstəqil türk dili hesab edirlər (M.Çelik, T.Doğan və b.). Halbuki 
mühitində yerləşməsi, digər oğuz dialektlərindən təcrid olunması, 
dil xüsusiyyətləri baxımından oğuz dillərinin bəzi qədim xüsusiy-
yətlərini saxlaması və bir sıra innovasiya hallarına malik olması 
ilə səciyyələnir. Tədric olunmuş dialektlər spesifik əlamətləri ilə 
başqa dialektlərdən nə qədər fərqlənsə də, tarixi baxımdan onlar 
Azərbaycan dilinin cənub şivələri ilə bağlıdır” (40,s. 20).
İndiyə qədər İraqda yaşayan azərbaycanlıların dili İraq türk-
manlarının dili, 
Kərkük dialekti, İraq-türkman ləhcəsi və s. 
adlandırılmışdır. Tədqiqatçılardan H.Mirzəzadə, Ə.Bəndəroğlu, 
Hidayət Kamal Bayatlı, Sübhi Saatçı, F.Zeynalov, Q.Paşayev və 
b.araşdırmalarından aydın olur ki, türkmanların dili Azərbaycan 
dilinin dialekti səviyyəsindədir. Əsasən Kərkük şəhərində, qis-
mən də digər şəhər, qəsəbə və kəndlərdə yaşayırlar.Şivələr ara-
sında cüzi dialekt fərqləri vardır. Kərkük dialekti ilə dilimizin 
digər dialekt qrupları arasında qarşıya qoyulan fərqlər mövcud 
olmadığından ləhcə statusu daşımır. Buna görə də Kərkük şivələr 
qrupu ifadəsinin işlənməsi elmi baxımdan daha məqbuldur. Uzun 
yüzilliklər ədəbi dil mühitindən kənarda qalmasına, müxtəlif dil-
lərin təsirlərinə baxmayaraq, türkmanlar öz dillərinin özəllikləri-
ni daim yaşatmışlar. 
Kərkük şivələr qrupu əsas xüsusiyyətlərinə görə dilimizin cə-
nub ləhcəsinin əhatə və təsir dairəsindədir. : 1) sözün birinci heca-
sında a səsinin ə səsi ilə əvəzlənməsi : bəyrağ, qəymağ, qəmçi, əz, 
əyran və s.; 2) e səsinin ə səsi ilə əvəzlənməsi: ənni, ərkək, həgbə; 
3) o səsinin a səsi ilə əvəzlənməsi : awıç, qawın, nav; 4) ö səsinin 
ə səsi ilə əvəzlənməsi : çəmçə, əzbək; 5) sözün birinci hecasında e 
səsindən əvvəl k səsinin g səsi ilə əvəzlənməsi: geçəl, geçi, gevil; 
6) g səsinin c səsi ilə əvəzlənməsi: cəl, cet, cidən- cədən, cilas; 
7) bir çox hallarda şəkilçilərin sözün ahənginə tabe olmaması:-
yedığ, işdığ, görmağ; 8) saitlə bitən feillərin indiki zamanda- r 
şəkilçisi qəbul etməsi: tanır, oxur və s. (59a, 44), eləcə də bir çox 
xüsusiyyətlər həm Kərkük dialekti, həm də cənub ləhcəsi üçün 
səciyyəvidir. Bu dialektdə işlənən a~e dəyişməsi, qalın saitlərin 
ahənginin pozulması, diftonqabənzər səs birləşmələri, intonasi-


48
49
dqiqatçılarından olan V. Minorski və F.Zeynalov isə xalac dilini 
Azərbaycan dilinin dialekti hesab edirlər.
Xalac dialektinin xüsusiyyətləri: 1) söz köklərində qapalı e 
saiti işlənir: beş el “oba”, et “etmək”, keç, keçe “gecə”, ver, ye, 
bel ;2) ilkin uzun saitlər : a:ç, a:ş “aşmak”, a:t “ad”, sa:n “sayı”, 
ta:ğ, ta:ş “daş”, va: “bağlamaq”, be:ş, e:l, ve:r, qi:yz “qız”, ho:t 
“od”, so:l, to:l “dolmaq”, gö:l, kö:k “göy”, ö:z, tö:ş “döş”, yu:rt, 
kü:ç “güc”, tü:k, sü:z; 3) alınma sözlərdə də əslinə uyğun saitlər 
uzun tələffüz olunur: cafa:, a:lim, ba:ğ, bosta:n, ca:n, çira:ğ, xu-
ma:r “sərxoş”, ya:d; 4) alınma sözlərdə a> ə/e dəyişməsi: bext, 
heq, xemir,xeyif ”yazıq”, xeyir; milli sözlərdə a> e dəyişməsi: 
qeyne, seqqel, be:ğir “bağırmaq”; 5) ı> i dəyişməsi: siq “sıxmaq”, 
qiliç, qiyz “qız”, qiş, qiz “qızmaq”, yiqil “yıxılmaq”; 6) a> o də-
yişməsi: boş “baş”; 7) III şəxs əvəzliklərində o> u dəyişməsi: 
una, ullar; 8) l,m,n,r samitləri ilə bitən sözlərdə a,e/ə saitlərinin 
düşməsi: sürretdi, hürretdi, vurratdu, külletdik “gülərdik” ; 9) 
ikihecalı sözlərə saitlə başlayan şəkilçi artırdıqda qapalı saitlə-
rin düşməsi: bağriyn “bağrın”, qabri, qoyni “qoynuna”, boqzuça 
“ağzında”, köynüm “könlüm”; 10) saitlə başlayan sözlərin əvvə-
lində h səsinin artımı: hadax “ayaq”, haç, hadurluq “ayrılıq”, hay 
“demək”, ho:t “od”, ho:çaq “ocaq”, hoqu “oxumaq”, hürkmek; 
11) qədim d samiti mühafizə olunur: boda “boyamaq”, bidik ” 
böyük”, qudruk “quyruq”, hadaq “ayaq”, hadurul “ayrılmaq”, 
udan “uyanmaq”; 12) iki və çoxhecalı sözlərin sonunda q samiti 
mühafizə olunur: sa:rıq, ha:çuq “acı” nişa:nlıq, ta:tluğ “dadlı”, 
pu:lluq, bulutluq; 13) şəkilçilərdə qədim q ünsürünün saxlanma-
sı: tavusqan, kürgek, kaklukqa “kəkliyə”, kö:kge “göyə”, yürekge 
“ürəyə” ; 14) söz əvvəlində q səsinin möhkəmliyi: qaç, qa:l, qarru 
“yaşlı”, qiyz, qişla:q, qon “qonmaq”, qur, qoy; 15) söz əvvəlin-
də k səsinin möhkəmliyi: kel, kelin, ket, keç, keçe “gecə”, kö:k, 
kö:nder, kör, köz, kül “gülmək”, kün gö:l “göl”, güney sözləri 
istisnadır); 16) söz əvvəlində t səsinin möhkəmliyi: ta:ğ, ta:ş, ta:t 
“dadmaq”, til, toğ, to:l, tur, tüş, tüzül; 17) söz əvvəlində qədim 
y samitinin mühafizə olunması: yigit, yil, yilqi “ilxı”, yiraq, yü-
qaşqayların dili Azərbaycan dilinə çox yaxındır, ondan dialekt sə-
viyyəsində fərqlənir. İranda yaşayan qaşqayların dialektinin xü-
susiyyətləri:1) söz köklərində qapalı e səsinin işlənməsi: et, yer, 
ver, get, ye, de, sel; 2) ilkin uzun a saiti : a:d “ad”, da:ğ, da:ş, 
qa:l, ya:r “yarmaq”, ya:z “yaz, bahar”; 3) sonrakı uzanma: do:-
ran, gö:hər, so:da “sevda”, qoşunla:rı, bulutla:rı, yolla:ru, ağa:cı, 
qıra:ğında, yadıŋna:dır; 4) alınma sözlərdə a> e dəyişməsi: reh-
met, zehmet, eceb, eşq, heya:t, xeber, texte, qeter, xezan, emma 
və s.5) ı> i dəyişməsi: qiş, irağdan, qiç, çix; 6) alınma sözlərdə v 
səsindən əvvəl a>o, e>o, e>ö dəyişmələri: qovqa, dovran, qo:her, 
do:let, dövran, şövket; 7) a səsi ilə bitən sözlərdə y səsinin təsiri 
ilə a> ı dəyişməsinin meydana çıxması: bağlıyanna “bağlayınca”, 
ağlıyende, oynıyanna” oynayınca”, yorılmıyan; 8) söz əvvəlində 
d səsinin möhkəmliyi: daş, dil, don, dol, düz, dad; 9) t səsinin 
işlənməsi: tik, tök, toxu tut; 10) x səsinin möhkəmliyi: oxu, toxi, 
yaxşı, saxladan, qorxmalıydı, çox, ba:lıx; 11) intervokalda q> ğ 
dəyişməsi: qırağı, qonağıdı, ocağ öpirdi, uzağ iller, uşağ ıdım, 
oyağ idi; 12) söz və heca başında ç> ş dəyişməsi: üşdigi, geşdiler, 
köşdiler, aşdigi, bişdigi, geşdigi “qaçması”, heş; 13) velyar ŋ sə-
sinin işlənməsi: deŋiz, aŋla, yeŋi, seniŋ, gördiŋ, uca:lıŋ; 14) bəzi 
sözlərdə m səsinin işlənməsi: men, min ;15) samit qoşalaşması: 
quzzu, dirri, durru, geççi, neççe, kerre, atta “ata” ; 16) söz əvvə-
lində y səsinin düşməsi: il, ilan, uca, ürek, ük, igit, ulduz, üz; 17) 
təsirlik halda- ı,-yı şəkilçisinin işlənməsi: burmağı “barmağı”, el-
keleri, yolla:ru, kereyi “kərə yağını”, dunya:yu; 18) indiki zama-
nın – ır şəkilçisi ilə ifadə olunması: bilirem, gelireŋ, gedir, baxur, 
süzürdi; 19) nəqli keçmiş zamanın -mış,- ub formaları ilə ifadə 
olunması: gelmişem, uçurtmu şam, görmüşeŋ, salmışeŋ, olmuşaq 
“olmusunuz”, dolubdur (209,s.64-73).
İranın Savə, Qum, Əraq və Təfriş bölgələrində yaşayan 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin