Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə28/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   24   25   26   27   28   29   30   31   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Sunqurlar İranın Sunqur şəhərində və onun ətrafındakı kənd-
lərdə (Qaleyi- Fərhad, Gurve və s.) məskunlaşmışlar.Sunqurla-
rın dilini G.Dörfer, C.Heyət, A.Atıcı və b. alimlər araşdırmışlar. 
C.Heyətin fikrincə, Sunqur türkcəsi Azəri və Eynallu ləhcələri 
arasında ortaq türk dilidir. Hətta fonemlər baxımından (o-u,ö-ü) 
Eynallu ləhcəsinə yaxın danışırlarsa, bir azərbaycanlı tərəfindən 
anlaşılır və prof. G.Dörferə görə, Azeri türkcəsinin bir ləhcəsidir 
(212,s.675).Aparılan araşdırmalardan və bəlli dialektoloji mət-
nlərdən aydın olur ki, sunqurluların dili Azərbaycan dilindən 
və onun şivələrindən cüzi fərqlənir, Təbriz dialekti ilə daha çox 
ümumi cəhətlərə malikdir və cənub ləhcəsinin xüsusiyyətlərini 
daşıyır. Sunqur dialektinin əsas fonetik, morfoloji və leksik xü-
susiyyətləri: 1) yeddi sait fonemin olması (ı,ö saitləri yoxdur); 2) 
o>u, ö> ü dəyişmələri mövcuddur; 3) o səsi v samitindən əvvəl 
işlənir: tovlamağ, kovmağ, tovux, sovux; 4) e> i dəyişməsi: ir 


52
53
- k səsinin milli sözlərdə işlənməsi
- karlaşma hadisəsi: b~p, d~t, b~f, c~ş
- d~ç, b~v, c~j, v~y samit dəyişmələri
- təsirlik halda-yı şəkilçisinin işlənməsi
- mənsubiyyətin II şəxsində- yın formasının işlənməsi
- olar/ollar, maŋa, saŋa, kəndi əvəzliklərinin işlənməsi
- əmr şəklinin I şəxs təkində-em,-om,-öm şəkilçisinin işlən-
məsi və s.
Qaraqalpaq dialektinin lüğət tərkibi Azərbaycan dilindən və 
onun dialektlərindən cüzi fərqlənir, qədim sözlərlə yanaşı, spe-
sifik sözlər də işlənməkdədir: ağa “böyük qardaş”, ağartı, ağıl 
“heyvanların salıdığı yer”, avlı “evin koridoru”, bıçğı, bişi “yağ-
da bişirilən çörək növü”, bişka “kibrit”, bitig “it balası”, buğaru 
“buxarı”, camış, cancur “əriyin növü”, cıcık “gözəl”, cırnağ “dır-
naq”, cice “böyük bacı”, çağıldamax “gülmək”, çalğı “süpürgə 
növü”, çəpər, çit “qadın örtüsü”, dadax “qardaş”, davar “qoyun”, 
doydoy “göyərçin”, kartol “kartof”, qaşqa “əl arabası”, küllah 
“böyürtkən”, kütan “kotan”, loda “böyük ot topası”, mahna “bə-
hanə”, mar “ilan”, naxır və s. Göründüyü kimi, Qarapapaq dila-
lektnin xüsusiyyətləri qərb ləhcəsinin xüsusiyyətlərinə uyğundur 
və bu qrupa aid edilməlidir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin