i səsi söz köklərində və köklə şəkilçi sərhədində y, n sa-
mitlərinin düşməsi nəticəsində meydana çıxır; məs.: i:nə, mi:və,
i:də, çi:t, i:rmi, di:r, yi:r (əksər şivə.), kətçi:x`, dəmirçi:x`, qavzi:r
(Nax.), başdi:r, isdi:r, eli:r, təmizzi:r (B.,Muğ., Şam.). biri:z, gəl-
di:z, verdi:z (Təb.), dəri: “dərini”, nəni: “nənəni”, cəhri:”cəhrə-
ni” (Cəb.).
Uzun
ö səsi türk və alınma mənşəli sözlərdə əsasən v, y , qis-
mən də
n,r samitlərinin düşməsi ilə meydana çıxır; məs.: küsö:,
bötö: (Qb.), tö:bə, ö:lad, ö:lənib, bülö: (B.,Qb.), kərö:z, dö:lət,
dö:rə, dö:ran, sö:t (Təb.), nö:bə, bənö:şə, mö:süm, bö:x`/g (əksər
şivə.), kö:lüm (B.), kö:nək (İt.), gö:çex`, bö:rtgan (Meğ.) və s.
Uzun
ü səsi söz köklərində və şəkilçilərdə n,y samitlərinin
düşməsi ilə əmələ gəlir; məs.: dü:n, şü:t, bərəkətü:z, qərdə-
şü: (Təb.),
gü:m, dü: “düyü”, sözü:z (Nax.), yü:rüx`, yü:rün-
cəx`(Qaz.), gü:lə, ipü:, özü:, dişlərü: (İt.) və s.
Uzun
e səsi türk və alınma mənşəli sözlərdə y, h, r, d samitlə-
rinin düşməsi ilə meydana çıxır; məs.: he:ran, çe:nəməx`(Cəb.),
ce:ran, me:və, pe:n (Sab., Cəb., Sal., Çən.), de:r, ye:r, bağle:rıx
(Qaz., Çəm.), ve:r, ge:r “gedir” (Ş.), ye:n “yeyin”, be:n (Təb.),
xe:r (İt ), e:tiram “ehtiram”, e:tiyac (Qb.)və s.
Bəzi şivələrdə, xüsusilə Şəki şivəsində səs düşümü hadisəsi
baş vermədən ikihecalı sözlərdə a, ə, e, o, ö saitləri uzun tələffüz
olunur və sözlərdə məna dəyişikliyi əmələ gəlmir: qa:rı, sa:rı,
a:rı, sə:rin, də:li və s. Şəki dialektinin tədqiqatçısı M.İslamov
uzanmanın bu tipinin saitin fonetik mövqeyindən asılı olduğunu
qeyd edir.
Şivələrdə qapalı saitlər qısa tələffüz olunur. Qısa saitlərin
əmələ gəlməsi vurğu- suzluqla izah olunur. Belə saitlər aşağıdakı
fonetik şəraitdə meydana çıxır: 1) sonor səslər arasında; 2) sonor
səslərlə y səsi arasında; 3) iki y səsi arasında; 4) cingiltili səslərlə
sonor səslər arasında; 5) kar səslərlə sonor səslər arasında; 6) kar
samitlər arasında (89,s.31) aşağıdakı sözlərdə yayılmışdır:
Qısa ǐ səsi: qǐrağ, bǐlağ (Dər.), qǐfıl, bǐçağ, bǐzo (Qb.), qǐrıx,
qǐzıl, qǐrçın, çǐrax (Çən.), ayǐya, danǐya, qapǐya (Nax.), arǐyax,
dilinə xas olan xüsusiyyət deyil, lakin onun izi şivələrdə təkheca-
lı sözlərdə qalır; məs.: gö:l, dö:rt, çö:l, qa:x (Dm.), a:t “ad”, ta:ş
“daş”, ho:t “od”(xalac). Qədim türk dilinin bu xüsusiyyəti daha
çox türkmən, yakut və Tuva dillərində mühafizə olunmuşdur.
Azərbaycan dili şivələrində sonrakı uzanma hadisəsi geniş
yayılmışdır. Bu hadisə samitin düşməsi nəticəsində əmələ gəlir.
Şivələrdə ŋ, n, ğ, h, y, g, q, k, d, v, r samitlərinin düşməsi ilə bütün
saitlərin uzun variantları meydana çıxır:
Uzun
Dostları ilə paylaş: |