Azerbacan dialektologiyasi-2019. indd


a səsi sözlərin tərkibindən n, ğ, h, y



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə32/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   28   29   30   31   32   33   34   35   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

a səsi sözlərin tərkibindən n, ğ, h, y səslərinin düşmə-
si nəticəsində əmələ gəlir; məs.: ha:sı, ma:t (əksər şivə.), da:lıx, 
aşa:, qıra: (Ş.), da: ”daha”, ora:, tala: (Çəm.), da:z “dayaz”, 
qa: “qaya”, ha:n “hayan< haraya” ( Ağc.) və s.
Uzun ə səsi bütün şivələrdə türk və alınma mənşəli sözlərdə 
yayılmışdır. Əsasən 
h, y, n, q, r səslərinin düşməsi ilə söz kök-
lərində və köklə şəkilçi sərhədində özünü göstərir; məs.: şə:r, 
sə:r, tə:r, yə:r “yəhər” (əksər şivə.), mə:lə, zə:mət, də:- liz (B.,-
Muğ.,Şam.,Nax.). də:rman, sə:rtməx`, hə:t, lə:n, ə:r (Qaz., Cəb.), 
mə:m, sə:n, də:z (B., Şam., Muğ., Nax., Qb., Çəm.), gə:şmax 
“gənəşmək< məsləhətləşmək” (Təb.), də:qə (Nax., Qb.), də:rəm 
“dərirəm” (Çən.) və s.
Uzun 
o səsi sözlərin tərkibindən əsaən v, n, y, h, ğ samitlərinin 
düşməsi ilə meydana çıxır; məs.: do:ğa, do:şan, bizo:, ho:z, to:x, 
so:x, so:ra (əksər şivə.), o:lax, so:rux, qo:m (Qaz.), yo:r “yoğur”, 
bo:rux “boğurux”, o:llux “oğulluq” (Ş.) və s.
Uzun 
u səsi köklə şəkilçi sərhədində n,y, ğ, r səslərinin tələf-
füz zamanı düşməsi ilə baş verir; məs.: oğlu:n, u:n “onun”, ba-
şu:z (B.), su:n, yu:m (B.,Muğ.), qurdu:m “qurduğum” (Qaz.), 
otu:r, du:r, vu:r (Ş.) və s.
Uzun 
ı səsi dialektlər üçün səciyyəvi olmayıb, söz kökünün və 
şəkilçilərin tərkibindən 
n,r,ğ samitlərinin düşməsi ilə əmələ gə-
lir; məs.: atı:n, ağzı:n, hamsı:n, yandı:r, cı:r (Ş.), qarğı:y, darı:y, 
bajı:y, qamçı:y (Çən.), mı:n “mının< bunun”, qızzı:ram (Muğ.), 
yı:rdı, çı:rdı (Cəb.) və s.


58
59
meydana çıxır: 1) Velyar ŋ
səsinin düşməsi nəticəsində ondan 
əvvəl və sonra gələn sait burunda tələffüz olunur: oğluᾶ, qızuᾶ, 
ilxuᾶ, aruᾶ, qızıῖ, əlıῖ, gözoõ, öyuũ, qonşuũz (Ş.), cibuᾶ, əluᾶ, 
adıᾶ, yatuᾶ “yadına”, başıῖ, qapıῖ, qoluũ, yoluũ ( Nax.), yerüə, 
nəzərüə (Təb.), qaῖx “qaŋıx- qovun qabığı”, rəx`, doũz, qorxüǚş 
“qorxunc”, nənoõ (Meğ.) və s. 
2) Velyar ŋ səsinin düşməsi ilə iki sait uzanaraq burunda tələf-
füz edilir: atᾶ:, canᾶ:, belῗ:, dilῗ: işῗ:, pişiyõ, otũ:, əlũ: (Meğ.), qar-
daşῖ:z, davarῖ:z, qışlağũ:z, oğlannarũ:, gṏ:l “könül” (Təb.), də:z, 
bə:z “bəniz”, mᾶ:t, dᾶ:ş “danış”, sürũ:, oğlũ:, üzü:, sürü:, dṏ:t-
di” dönmüşdür” (Ş.), əvῖ:z, əlῖ:z, əvᾶ:, xalᾶ: (Cəb.), sözũ:, gözũ: 
(Nax.) və s. 
Lənkəran, Lerik Dərbənd və Meğri (Nüvədi) şivələrində a sa-
itinin dodaqlanan 
о
а
variantına da rast gəlinir; məs.: b
о
а
l, q
о
а
b, b
о
а
lduz (Lən.), q
о
а
bağ «alın» (Dər.), 
о
а
vçi, y
о
а
ğış (Meğ.), 
båş, båliş, såbın (L.) və s.
Qovuşuq ıi səsi. Bu səsin Şəki şivəsində söz sonunda işlən-
məsini N.Aşmarin də müşahidə etmişdir (quzıi, qobıi, aldıi, acıi, 
ağacıi, qaqa-bacıi). Muğan, Quba və Lerik şivələrində söz so-
nunda ı və i səslərinin birgə tələffüzü kimi özünü göstərir; məs.: 
yuxarıi, yaxşıi, sarıi, qarıi (Qb.), bacıi, qarıi, yarıi, darıi (L.), 
bacıi, oxıi (Muğ.). 
Azərbaycan dili şivələrində 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin