Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə29/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   25   26   27   28   29   30   31   32   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Əfşarlar Azərbaycan, İran, Türkiyə, Əfqanıstan və b. əra-
zilərdə yaşayırlar. Mənbələrdə onların adları avşar~ afşar~ apşar~ 
ovşar kimi qeyd olunmuşdur. Əfşarların dilini tədqiq edən alim-
lər- L.Liqeti, F.Zeynalov, Ə. Abbasov və b. bu dili Azərbaycan 
dilinin dialekti hesab etmişlər. E.Abdullayev Azərbaycan Res-
publikasının Ağcabədi rayonunda yaşayan əfşarların, S.Hüsey-
nəlizadə isə İranın Urmiya bölgəsində yaşayan əfşarların dilini 
Azərbaycan dilinin dialekti kimi tədqiq etmişlər. Bu dialektin 
əsas xüsusiyyətləri: 9 sait, 24 samit səs vardır; a>ə: qara> qərə; 
ö> e: göl> gel; ü> i: gümüş> gimiş; y> g; iyirmi > igirmi; ç> ş: 
keçdi > keşdi; r> l: divar > dival; söz əvvəlində y səsinin artımı: 
yiç < üç, yüzük, yürək; ahəng qanununa riayət olunması: yasduq, 
yalquz, geldim, gördüm; damaq ahənginin pozulması: eliyərux, 
açuğ “geniş”, yaxçı, pis, yazı “eşik”, dünov “dünən”, başyuxarı 
” yoxuş”, baş- şağı “eniş”, yoğun, ince, yahalmağ “yanılmaq”, 
uce “uca” və s.
Qarapapaqlar azərbaycanlıların etnik qrupu kimi 1828-ci 
ilə qədər Qazax- Şəmşəddil xanlığında, Borçalı mahalında yaşa-
mışlar. Türkmənçay müqaviləsindən sonra siyasi təzyiqlər nəti-
cəsində İranın Sulduz vilayətinə, digər qolu isə Türkiyəyə (Qars, 
Çıldır, Sarıqamış, Arpaçay, İğdır və s. bölğələrə) köç etmişlər. 
Hazırda Gürcüstanda Aşağı Kartli (Borçalı) Azərbaycanda Qazax 
rayonunda yaşayırlar. Türkiyədə tərəkəmə, qarapapaq, qarapapağ 
adı ilə tanınırlar (207,s. 45). Son dövrlərdə qarapapaqlar müxtəlif 
ərazilərə yayılmışlar. Qarapapaqlar öncə Qazax, Dərbənd və Bor-
çalı mahallarında yaşamışlar. Hazırda Tiflis yaxınlığında Borça-
lı, Qarayazı, Qaraçöp, Mühren bölgələrində, Gəncə yaxınlığında 
Qazax, Ağstafa, Tovuz rayonlarında və Şirvanın ətrafında kənd-
lərdə yaşayırlar.
Türkoloji ədəbiyyatda qarapapaqlarla Orta Asiyada yaşayan 
qaraqalpaqlar eyniləşdirilir. Məşhur türkoloq N.A. Baskakov isə 
bu fikri təkzib edir, onları mənşəcə fərqləndirir. Alimin qənaətinə 
görə, qarapapaqlar oğuz qrupuna (azərbaycanlıların etnik qrupu), 
qaraqalpaqlar isə qıpçaq qrupuna daxildir (118, 224-225). F.Zey-
nalova görə, qaraqalpaq dili daha çox peçeneq//beçeneq dili ilə 
bağlıdır. Onlar əvvəllər (VIII-X) oğuz qəbilə ittifaqında olmuş, 
sonralar isə daha çox qıpçaqların təsiri altında olmuşlar (99, 180). 
Hazırda qarapapaqların dialektində oğuz, qaraqalpaqların dilin-
də isə qıpçaq xüsusiyyətləri üstünlük təşkil edir. Bunlar arasın-
da ümumi xüsusiyyətlər də mövcuddur (ç~ş dəyişməsi, mən, sən 
əvəzliklərinin yönlük halında mağan /mağa, sağan/sağa forma-
larının işlənməsi və s.). Azərbaycanda və Türkiyədə yaşayan qa-
rapapaqların dialektlərinin səciyyəvi xüsusiyyətlərini aşağıdakı 
şəkildə ümumiləşdirmək olar:
- qalınlaşma hadisəsi: ə~a, i~ı, ü~u, ö~o
- dodaq ahənginin güclü olması: olor, ötör
- velyar ŋ səsinin işlənməsi


54
55

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin