Azerbacan dialektologiyasi-2019. indd


) c>j: ağajdar, güjdi, bijdig, xəjdig (Muğ.), aldıx, vijdan (Qub.)  və s. 6) c>



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə55/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   51   52   53   54   55   56   57   58   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

5) c>j: ağajdar, güjdi, bijdig, xəjdig (Muğ.), aldıx, vijdan (Qub.) 
və s.
6) c>ş: ağaşdar, turaşdar, kərpişdər, oruşdux, dişdix` “dinclik” 
(əksər şivə.).
Yerdəyişmə də şivələrə xas olan fonetik hadisələrdəndir. Bu 
hadisə şivələrdə iki şəkildə özünü göstərir: 1) yanaşı yerdəyişmə; 
2) yanaşı olmayan yerdəyişmə.
Yanaşı yerdəyişmədə qonşu səslər dəyişir. Əsas tipləri bun-
lardır: 
1) br>rb: Tərbiz ( Təb., Nax.), İrbahım, gürbə (Nax., Ord.), 
kirbit (Qb.,Muğ.) 
2) by>yb: loyva “lobya” (Bor., Qaz.)
3) ğz>zğ: vazğal (əksər şivə.)
4) dy>yd: maydan ( Qaz.,Nax., Şam.), bayda (Ord., Nax., 
Muğ.)/ baydə (Ab.). 
5) gr>rg: örgənir ( Tov., Nax., Təb.), örgən (Ab.).
6) rp>pr: kiprix` ( Qaz., Tov., Şam., Muğ.), toprağ (Dər.), yap-
rağ, kipri, köprü (İt.).
7) rh>hr: Fəhrad (əksər şivə.), səhrəd (Çən.), məhrum (Qub.)
8) hr > rh: sərha, pərhiz (Qaz.), çərhayı (B.).
9) mğ>ğm: dağma “damğa” (Qb.)
10) sk> ks: öksürək (Muğ.)/ öysürüx` (Qaz.), əysi, əysix` (Cəb.).
11) rv> vr: dəvriş (Qaz.,L.), kivrə, givrənkə (Qaz.,Qub.,Cəb.), 
kavran, davraza, kivrənkə (B.Qk.).
12) lv> vl: şavlar (Qub., Nax.), əvlan, havla, tavlar (Ord.,Nax.), 
havla (Cəb.). 
13) rm>mr: dımrıx (Qaz.,Qub., Cəb.), xumra “xurma” (Ab.).
14) lx>xl: saxlım, çaxla “çalxa” (Qub.).
15) ğr> rğ: dorğa, arğı, orğu, dorğu (Cul., Şr.).
16) vr> rv: Narvız, qırvax, qırvım (Şr., Ord.,Şah.).
17) sx> xs: axsırmax 2) nm>mm: qammaz, dimmə, bəyəmmir, qazammışam, alım-
madı, görümməz, bəzəmməx`(Qaz.,G.),dolammax, yammaz, 
tərpəmməz,diksimməx`, dilləmməx`, mimmax/ mimməx`(-
Nax.,Ord.), qammaz, bilimməz (Qb.), ö:rəmməg, inammağ, 
dimməz, oyammağ, diyimməg, görümməg (Muğ.) və s.
3) ts>ss: yassın, gessə, pissin “bitsin”, eşissə, ossuz “otsuz”, 
oynassın “oynatsın”, ağlassın, bassın (Qaz., Çən.), issən, 
gessax, bərəkəssiz, urvassız “hörmətsiz”, sənəssiz, üşüssə 
(Ş.), issə, assoğ (Muğ.), çassın, sassın, tussun, össün, əssiz 
(Qub.) və s. 
4) zs>ss: yassın, görməssən (əksər şivə.), yazmassuz, yiməs-
sən, gidməssən, oxımassuz (Qb.), bilməssən, qoymassan, 
dussuz, sissiz, üssilən “üzsilən” (G.,Qaz.), sössüz, gössüz, 
bıynıssız, yazmassuz, gəlməssən, almassan (Muğ.) və s. 
5) nb>mb: sümbül, ambar, ombir, ombeş, zəmbil, şəmbə (əksər 
şivə.), təmbəki, zəmbil (Qub.), gümbəz, cambir, sombeşik, 
hambəl, təmbeh (L.) və s.
Dissimilyasiya hadisəsinə görə eyni cinsdən olan iki səsdən 
biri fərqli başqa səslə əvəz olunur və ya düşür. Dissimilyasiya da 
təsir istiqamətinə görə irəli və geri olur: 
İrəli dissimilyasiyada eynicinsli səslərdən ikincisi başqa səsə 
çevrilir. Əsas tipləri bunlardır: 
1) r>l: qəral/ qərəl, zərəl (B., Ş., Nax., Qaz.), qurtal, murdal 
(Qaz.,Qb.,Ş), əncil (Qb.), zəryal “zərgər”, tehral “təkrar” 
(Ş.), paltal, xıncal (Dər.) və s.
2) n>l: fantal (B.,Nax., Ord., Qb., Qaz.).
3) m>b: əmbə (əksər şivə.)/ amba/ həmbə, Hümbət (Cəb.).
4) n>r: qanur “qanun” (B., Şah.,Şr.,Səd.).
Geri dissimilyasiyada eyni cinsli səslərdən birincisi başqa səslə 
əvəz olunur: 
1) r>l: muldar, ülkər “hürkər”(Qaz.,Tov., Ağs.,Bor.). 
2) r>n: mundar/ mındar (əksər şivə.).
3) n>l: lərdivan (Muğ.).


86
87
1) i səsinin artımı: ispirt, iskan // istikan, isdansiya, İrza, ilanpa 
(S.), işkaf, işqalat “şokolad”, irəd, irast, ispirt/ispird, isgan 
(B.,Qb.), ira:zı, ire:han, İrəşxəndə, İrəcəf, irəhmət, İrəmə-
zan (Ş.), iras, irazı, İrza, irəf, ireyhan, irəndə. isdol, istaj, 
isdansiya, irazılıx, irəyon, irəsmi, irezin (Nax.,Ord.), isırqı/
isırğa “sırğa” (Qub.) və s.
2) ı 
səsinin artımı: ısdol // ıstol, ırazı, ışqaf, ırayon, ırasd, ıra-
bitə (K.,Çən.)
3) u 
səsinin artmı: ustul // ustol, usu (B., Qaz.), Urbaba, uruh, 
urus, ussil “stol”, uruzgar (Nax.), uruzu (Dər.), Urusdam 
“Rüstəm” (Çən.) və s.
4) ü 
səsinin artımı: ürüzgar, ürüsvay, Ürbaba (Ş.), ürüşvət, 
ürütbə (Çən.)
Söz əvvəlində samitlərin artımı:
1) y səsinin artımı şivələrdə qapalı saitlərdən və açıq a səsin-
dən əvvəl müşahidə olunur: yeniş (Nax.), yıldız, yıldırım, yuca, 
yüzük, yülgüc, yüzəngi, yüzməx`, yurag “ürək”, yuğna “iynə”, 
yütü, yüzüm (Zaq., Q.), yılxı, yaloy/ yalov, yıldız, yallatmax, 
yürəx`li “igid”, yığval “iqbai”, yesir ( Qaz.), yaloy, yulduz, yeniş, 
yuca (Gəd.) və s.
Şivələrdə söz önündə səsinin işlənməsində özünü göstərən 
xüsusiyyətlərin XI əsrdə mövcud olduğu mənbələrlə təsdiq olu-
nur. M.Kaşğarinin «türk» adlandırdığı tayfaların dilində adların 
və feillərin əvvəlində işlənən y səsinə oğuzların və qıpçaqların 
dilində ya «sıfır səs», ya da c səsi uyğun gəlmişdir. M.Kaşğariyə 
görə, türklər yelkin «səyahətçi», yılığ «ilıq», oğuzlar isə elkin, 
ılığ demişlər.
XI əsrdə türk tayfa dillərində söz önündə y səsinin işlənmə-
si Azərbaycan yazılı abidələrinin dilində də öz əksini tapmışdır. 
«Kitabi-Dədə Qorqud» abiləsindən XVIII əsrədək yazılı mən-
bələrdə bu xüsusiyyət mövcud olmuşdur. 
2) h səsinin artımı əksər şivələrdə, xüsusilə də Zaqata-
la və Qax şivələrində nəzərə çarpır: haçar hindi, hasan (əksər 
şivə.), herik, ho, hoны//huna, həmək (Zaq., Q.), hələsi “eləsi”, 
Yanaşı olmayan yerdəyişmə də müxtəlif mövqeli səslər dəyi-
şilir. Aşağıdakı tipləri yayılmışdır: 
1) ğd>dğ: qardığalı ( Ş.,Qub.)
2) ğn>nğ: yornuğ (Ş., Qub., Şah.)
3) lr>rl: partal
 (Qb., Ş., Dər.)
4) mn>nm: intaham (Ş., Meğ., Qaz., Şah.)
5) mh>hm: cahamat (Qaz.)
6) rn>nr: xuncur>xurcun (B., Bor.)
7) nr> rn: gerenal (Tov.)
8) ğy> yğ: kələyağı “kəlağayı” (Qb.)
9) ln>nl: nəhlət “lənət” ( Şah., Qub., Qaz.)
10) tr>rt: görsət “göstər” (əksər şivə.)
11) nl>ln: lənbəki “nəlbəki” (Qub.)
12) rn> nr: xuncur “xurcun” (Ab.).
13) sr> rs: risa “sıra” (Ab.).
Saitlə samitin yerdəyişməsi:
1) ru>ur: doğurdan (Qb.. Çən., Qub., Şah.)
2) su>us: ussuz “susuz” (Bor., Qaz.)
3) şü> üş: üşşə (Bor., Çən., Qaz.)
4) rü>ür: təcürbə (L., Qub.)
5) mi> im: qədmi “qədim” (L.)
6) ğı>ığ: qarığdalı (Qaz.)
Səs artımı hadisəsinə şivələrdə tez-tez rast gəlinir. Bu ha-
disə həm saitləri, həm də samitləri əhatə etməklə sözün bütün 
mövqelərində özünü göstərir. 
Söz əvvəlində saitlərin artımı (proteza). Bu hadisə alınma 
sözlərdə st, sk, sp, şkş, r, l səslərindən əvvəl baş verir: Alın-
ma sözlərdə st, sk, sp, şk səslərindən əvvəl qapalı saitlərin artımı 
Azərbaycan dilində söz əvvəlində iki kar samitin yanaşı işlən-
məməsi və st, sk, sp, şk, r samitləri ilə başlayan heca tiplərinin 
olmaması ilə bağlıdır:


88
89
y 
səsinin artımı əsasən qərb şivələrinə aid olub, alınma söz-
lərdə özünü göstərir: fayız, zayıf, şöybə, dayır, tiyatır, döyşəmə 
(Qaz.), beysavad, ayid, siyirğa, biyavır (Ş,), dayva, yayxalamax, 
şayir (Nax.), eylə, ziynət, seygah, həmeyşə, heysav “hesab”, may-
na (Çən.) və s.
h 
səsinin artımı: sahat, camahat (əksər şivə.), məhəllim 
(Qb.), təhni “tənə” , mahna “məna”(Dər.), dəhvən (Təb.) və s. 
n 
səsinin artımıkilint (Ş.), sərhənd, balanca, turanc (Qaz.,-
Bor.), zirəng “zirək” (Qb.), qovanq (Dər.), eləncə, beləncə (Çən.) 
və s.
d səsinin artımı: yumurtda (Çən., Zən.), vərəsdə (Qaz.), yırt-
dıx, basdırıx (Zən.)
g səsinin artımışüşəgə “şüşə” (Qb.), köçərgi (Nax.), gedərgi 
(Meğ.) və s. 
m səsinin artımıçumbux, samat (Zən.).
v səsinin artımı: tərəvzi, ərvişdə (Zən.), suval/saval, duva 
(Cəb.).
q səsinin artımımuşqar, danışqan (Zən.).
Söz sonunda saitlərin artımı. Şivələrdə bu hadisəyə az hallar-
da sonor səslərdən sonra rast gəlinir: həmi, qədərə, metrə, qəfəsə 
(Ş.), balqabağı “balqabaq” (Qb.), ilkinə, qançıra (Çən.), egənə 
“əgər” (Dər.) və s. 
Söz sonunda samitlərin artımı.
n 
səsinin artımıkimin, ərəbcən, ötrün (əksər şivə.), kərən, 
amman, paltun, dalıncan (Qb.), kın, kin, kun, kün (Qar., Qaz.), 
dəfən, safayın “savayı”, qabaxcan, yanıncan (Nax.), dəhvən, kər-
rən (Təb.), əvvəlcən, qabaxcan (Çən.) və s.
m 
səsinin artımıbərkəm “bəlkə” (Dər.,Qb), soram, kərəm 
(Ş.), dənəm, yalxım “tək” (Təb.) və s. 
y 
səsinin artımıkiloy (əksər şivə.), çantay (Ş.), çamtay “çan-
ta” (Zən.) və s.
x səsinin artımıdalıcax, yanıncax, qavaxcax (K.,Çən.) və s.
x` səsinin artımıfərix` “fərə” (Zən.).
hələ “elə”, hövəlüg (Dər.), hasand, harava, həlbət, hasa, horax 
(G.,Qaz.), hindi, həçər, hancağ “ancaq”, hülmeg “ilmək”, həylim 
“elm”, hayıb “eyib” (Qb.), hora, horda, holar, halçə, hağıl, hama 
“amma” (Ş.), hüskük, heylisə “elə isə”, həsa, heşqırmax, hörüş, 
həlbət, hamma (Zən.), hasand, haçar, hancağ, halo:, haftamabil, 
halağ “alaq”, hamba, həlbət, helə, hindi, həfmək “aptek” (Muğ.). 
Bu hadisə xalac dialekti üçün xarakterikdir. Həmin dialektdə sa-
itlə başlayan sözlərin əvvəlinə 
h səsi əlavə olunur; məs.: hadax 
“ayaq”, haç, hot, hocaq və s.
M.Şirəliyev M.Kaşğariyə əsaslanaraq, söz önündə h səsinin 
işlənməsini türk tayfa dillərinə hind dilinin təsiri hesab edir. M.
Kaşğari qeyd etmişdir ki, əsl türk dillərində boğazdan çıxan h 
səsi yoxdur. Onun fikrincə, xotan və gəncək dillərində h səsi iş-
lənsə də, bunlar əsl türklər deyil, türklər ölkəsinə son gələnlərdir. 
M.Kaşğari xotanların və gəncəklərin dilindən belə misallar verir: 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin