Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə56/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   52   53   54   55   56   57   58   59   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

hata «ata», hana (ana). Lakin dil faktları h səsinin bəzi türk dillə-
rində daha qədimdən işləndiyini təsdiq edir. Dilin nisbətən qədim 
leksik təbəqəsi olan vokativ sözlərdə də h səsi xüsusi yer tutur. 
Söz ortasında sait artımı (epenteza). Şivələrdə alınma sözlər-
də iki samit arasına sait artımı nəzərə çarpır: 
i 
səsinin artımı: əmir, elim, sədir, xeyir, hərif, qətil (əksər 
şivə.), ilim, bilan (Ş.), altimiş, yimişax, mitir, dövir (Dər.), litir, 
pilov (Nax.), töyilə, nəşir, sehir, seyir, mehir, giram (Təb.) və s. 
ı 
səsinin artımıqırıx, zurına, qalıxdı (Qaz.), cınıs, vaxı, sa-
vır, qatıran (K., Çən.), çayıçı, altımış, qorıxdım, satılıx (İt.) və s. 
u 
səsinin artımızulum, turup, yumurux, yumuşax, qulup (ək-
sər şivə), qoruxmax, quluflu, turuş (Qaz.), qomuşu (Dər.) və s.
ü 
səsinin artımı: ötürü, höküm (əksər şivə.), ülükdü “hürkdü”, 
kürük (Qaz.), nöyüt, hərüf, dövüründə (Dər.), mücürü, Gülüzar
Gülüsüm (Ş,), zülüm, örümüçəx`, nömürə, zümürüt (Zən.) və s.
o 
səsinin artımıoxoley (Zaq.)
ə 
səsinin artımı: gələmə, kələmə, ötəri, cürəbəcür (Təb.), 
dəsəmal, güləmeg (Dər.) 
Söz ortasında samitlərin artımı:


90
91
umax, urt (Qaz.), iməli (Zaq.), Usup, üzbaşı (Nax.), umala, um-
burux “yumquq”, imişax “yumşaq”, asəmən (Ş),uva, uxa (Təb.), 
ığmax, umuşax, üx`ləməx`, üx`səx` (Çən.,K.), qəçi, ağır “ayğır”, 
ük (Muğ.) və s. 
Söz ortasında samit düşümü

səsinin düşümüso:ra, qoşi, gölüm, kət (əksər 
şivə.), qazaş, qılış, tüəh (Tov.,Qaz.), irəx`, qəşəx`, hası, bılar (Ş.), 
dalıca, diş “dinc”, qaxış, qırmaş, qorxuş, saş “sanc” (K.,Çən.) və s.
v 
səsinin düşümüdo:şan, ö:lad, doğa, noruz (əksər şivə.), 
nüə, göəli, yuaş “yavaş”, ouc, qoala, çoğun, çual (Tov.,Qaz.), 
Mö:lud, o:mağ, o:lamağ, qo:mağ, quvat “qüvvət”, o:çi, əvəl 
(Qb.), yua “yuva”, dua, qoa- qoa, qourma, küər “kəvər” (Ş.), 
duar, qırqoul, qoağ, qoun “qovun”, dö:r (Dər.), suar(mağ), qoar, 
çual, duağ, nərduan (Muğ.) və s.
y səsinin düşümü: i:nə, i:də, ci:ran, Tiyub, İyub “Eyyub”, 
gö:çeg, bö:üg, to:uğ, sö:kənməg (Qb.), Hesen, də:rman, də:l, 
hə:tdə, i:rmi, qəçi, di:sən, gö:çəx` (Ord.,Nax.), göərçin/ güərçin, 
sö:kəndi, böələx` “həşarat”, oanmax, yiəjəx`, güərmir, çiələm, 
yüən, göəm, soux, hiləgər, Temir, qaçı (Qaz., Bor.), yalıx, gua, 
kürəim, ürəim, Hüsenqulu (Ş.) və s.
r 
səsinin düşümüqutar, gəlisə, fəş, bəx`, boş “borc”, dəs, döt, 
gidə yımıtda, bidən, gödüm, qopadıp, biləzik, qıx (Təb.), qutul/
qutal, bəx`”bərk”, qadaş “qardaş”, tala “tarla”, çəyitgə, şəf, axlar, 
qıxınca (Ş.), otumax, qaldımax, gətməx`, qoxmuş (Nax.,Ord.) və s.
h səsinin düşümüşə:r, sə:r, xa:ş, e:tiram, e:tiyaş, mö:kəm, 
zəmət (əksər şivə.), mələ, zəmət (B.), və:şi, mə:sil, tə:fil, səf 
(Qaz.,Tov.), pəlivan, Hacəsən, qozal- vası (Ş.) və s. 

səsinin düşümüatmış, qax, bəkə (Nax.), birişəx`”birləşək”, 
miçəx`, qaranığ, diritməx`, düzətdilər, xax (İt.), müx`, piləkən, quf 
“qulp”, öşdü, atdan (Ş.) və s.
d səsinin düşümügünüz, pənir/ penir (Nax.,Təb.,Cəb.), tə-
nur (Təb.), midət (Meğ.). 
g səsinin düşümü: alö:z, qaö:z, təpö:z, maŋö:rə, saŋö:rə, yu-
nul (Qaz., Bor.)
 
Səslərin düşümü hadisəsi də sözün əvvəlində, ortasında və 
sonunda müşahidə olunur.
Saitlərin düşümü hadisəsi vurğusuzluqla bağlı və sözlərin 
birləşməsi nəticəsində meydana çıxır: 
ı saitinin düşməsi: qarşıx, hamsı, yanna (Ş,), yadma, yarsı 
(Qb.), adna, qapnın, bacya, hacya, yarmın, qeydər, danşır, çal-
şır, dayqızı, daynəvəsi (Təb.), qarşıx, aşağda, dammız (Çən.), 
başşağı, oxardan “yuxarıdan”, Hajsöyün (Qaz.), qapbaca, qap- 
pencərə, Həcağa, Həcboba (B.), qaynata, qaynata, orda, bırda 
(Muğ.) və s.
i saitinin düşməsiSmeyil, Ayşə, xəlfə, həmşə, nişil, həqqətən
xəznə, gətrir, əyrir, əmsi, əmoğlu (Qaz.), Səlmə, Səhnə “Səkinə”, 
səlqə, Hənfə, bibqızı, əmdossi, Əlquli, Əlsoltan, Əlxan (Nax., 
Ord.), yirmi, Srafil, diyrıx (Ş.), Həlmə, iksi, əmqızi (Qb.), xəznə, 
Həlmə, Seknə, paprus, Hənfə, pəlvan, bəz “bəzi” (Muğ.) və s.
u saitinin düşməsitoyni, qoltuğna, otduğ “oturduq”, qolnu, 
çoxsu (Ş.), vurrux, durrux, otrar, quyya (Təb.), qoylur, qoynun, 
oxyor (Qaz.) və s.
ü saitinin düşməsi: günnə, düynü, öyünü, gtrüf, ötrüf, göza-
çıx (Ş), döylör, götrör (Qaz.), böyyür, görrux, sə:nçün, mə:mçün 
(Təb.), mə:yyən, mə:llim, ma:licə (Muğ.) və s.
a saitinin düşməsi: şomma, prəxod, tay “daha” (Muğ.), bır-
da, oturram, ayırram, yannam, allam (B.), doydurram, vurdur-
ram, orya, burya (Qaz.) və s.
ə saitinin düşməsi: girrəm, silləm, düşcam, vərjix`di “verə-
cəkdi” (Ş.), billəm, verruğ, bişirruğ, gəzinnuğ, gəlləm (Qb.), gəl-
lix`, isinnəm, görrüx`(Ord.) və s.
Samitlərin düşümü hadisəsi sözün əvvəlində, ortasında və 
sonunda müşahidə olunur:
Söz əvvəlində samit düşümü
h 
səsinin düşümü : elimçəx`/örümçəx` “hörümçək”, örər, 
ülükdü (Qaz.), ürig, əşqırmağ (Qb.), induşgə, ürüg (Dər.), Üseyn, 
üyrür/ ürür, İdayət (Ş) və s. 
y 
səsinin düşümü: uxarı/ oxarı, umrux, uxu, murtda, ük, 


92
93
Morfologiya
Azərbaycan dili şivələri özünəməxsus morfoloji xüsusiyyət-
ləri ilə həm ədəbi dildən, həm də bir-birindən fərqlənir. Dialekt 
fərqi yaradan morfoloji xüsusiyyətlər aşağıdakı şəkildə ümu-
miləşdirilir:
1) Şəkilçilərin təsiri ilə söz köklərinin fonetik formasının də-
yişməsi: aton, mə:m, mə:, mağa, sağa və s. 
2) Qərb şivələrində sonu saitlə bitən isimlərin təsirlik halda 
–yı
4
şəkilçisi qəbul etməsi: qapıyı, quzuyu, arıbıyı və s.
3) Mənsubiyyət kateqoriyasının II şəxsində müxtəlif formala-
rın işlənməsi: ataŋ, atav, atayız, atouz, baş:z və s.
4) Şəxs şəkilçilərinin II şəxs cəmdə müxtəlif şəkildə ifadəsi: 
babasıŋız, baba-su:z, babasaŋız, babasığız, nənəsiyiz və s. 
5) Sifətin dərəcələrinin müxtəlif şəkildə ifadə olunması: ağın-
tul, qaramtul, cannırax, bozarax, qırmızımturux, ağcavaz, gö-
yümsül, dəsdəyirmi, unuzun və s.
6) Sıra saylarının – minci şəkilçisi ilə əmələ gəlməsi: birimin-
ci, ikiminci və s. 
7) Şəxs əvəzliklərinin yönlük halda müxtəlif şəkildə işlənmə-
si: maŋa, maã, məyə, mağa, saŋa, saã, sağa, oa, oya və s. 
8) Əvəzliklərinin müxtəlifliyi: habu, budey, odey, odura-
na, budurana, otana, butana, onək, bunək, oqıbıl, bıqıbıl, bilə, 
nəmənə, nöhün, hər küşdə və s. 
9) Feilin əmr şəklində -ayın,- əyin və -qınan//ginən
2
formala-
rının işlənməsi: alayın, gələyinyazqınan, algınan, gəlginən və s. 
10) Nəqli keçmiş zamanın II və III şəxslərində -ıf
4
, -ıtdı
2
for-
malarının işlənməsi: alıfşan, alıfşıŋız, alıtdı, gəlitdi və s. 
11) İndiki zamanın –ad, əd;- a.-ə;- ı,-i,u,- ü;- er,-or,-or;-ey,-oy,-
öy formaları ilə ifadə olunması: vuradı, gedədü, alasan, gələsən, 
duror, görör, açer, aleysən və s.  
12) –ıban
2
, -ıbannarı
2
feili bağlama şəkilçilərinin işlənməsi: 
baxıban, gəlibən, durubannarı və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin