Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   ...   12   13   14   15   16   17   18   19   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

[145]
 
Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz 
məzuniyyətə göndərilə bilər.
[146]
 
30.4. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:
30.4.1. mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə 
ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil
sahəsi;
30.4.2. iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı;
30.4.3. digər zəruri texniki xidmətlər və sosial
-
məişət xidmətləri, o cümlədən onu göndərən 
orqanın vəsaiti hesabına xidmətlər.
30.5. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə 
aparmağa ixtiyarı vardır. Ona müəyyən
edilmiş
yaşayış normalarına uyğun gələn məişət 
ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki 
yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə 
düzəlməkdə kömək göstərilir, məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım 
gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. 
Müvəqqəti
olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər Azərbaycan 
Respublikasının
Əmək Məcəlləsi ilə tənzim olunur.
[147]
 
30.6. Yardımçı vəzifələr tutun dövlət qulluqçularının əmək münasibətləri
bu Qanunun 
müddəaları nəzərə alınmaqla
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
[148]
 
Maddə 30
-1. 
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi
[149]
 
30-
1.1. İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim 
ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyət
inin 
qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, 
tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin 
gələcək 
inkişafını 
müəyyən 
etməkdən 
ibarətdir.
Xidməti 
fəaliyyətin 
qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə 
alınır.
[150]
 


30-
1.2. Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə 
rəhbəri tərəfindən həyata keçirilir.
30-
1.3. Dövlət
qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında 
qiymətləndirilir:
30-
1.3.1. peşə bilikləri;
30-
1.3.2. xidməti vəzifələrə münasibət;
30-
1.3.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
30-
1.3.4. yaradıcılıq və təşəbbüskarlıq;
30-
1.3.5. əmək intizamı;
30-
1.3.6. iş təcrübəsi və onu bölüşmə;
30-
1.3.7. kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər.
30-
1.4. Rəhbər işçilərin xidməti fəaliyyəti 
bu Qanunun 30-1.3-
cü maddəsində 
göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-
1.4.1. təhlil və proqnozlaşdırma;
30-
1.4.2. idarəetmə;
30-
1.4.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;
30-1.4.4. komanda qurmaq baca
rığı.
30-
1.5. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:
30-
1.5.1. əla;
30-
1.5.2. yaxşı;
30-1.5.3. kafi;
30-1.5.4. qeyri-kafi.
30-
1.6. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri 
xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Bu sənəddə 
dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı 
şərhlər verilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti
qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilir.
30-
1.7. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına 
dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun 
şəxsi işinə əlavə edilir. 
M a d d ə 3 2 .
Dövlət qulluğunda irəli çəkilmək hüququ 
32.1 Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə, 
habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.
[159]
 
32.2. Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini 
müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant
vəzifə olması, habelə vakant vəzifənin 
tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə
alınmaqla həyata keçirilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin