Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar


[121]   M a d d ə  28-1.  Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   ...   12   13   14   15   16   17   18   19   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

[121]
 
M a d d ə
 28-1. 
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi
[122]
 
 
28-
1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın 
qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti 
orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat 
almalıdır.


28-
1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat 
aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi 
fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.
28-
1.3. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının 
rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, 
vəzifədə irəli çəkə bilər.
Maddə 29.
İnzibati vəzifələrin tutulması
 
[123]
 
29.1. 
Ali 
kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali
-
üçüncü təsnifatlarına
uyğun 
olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata 
keçirilir.
 [124]
 
29.2. 
Birinci-
beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı və 
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin 
olunan ticarət nümayəndələri vəzifələri
 
istisna olmaqla) inzibati vəzifələrin birinci
-yeddinci 
təsnifatlarına uyğun olan vəzifələrin
tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında 
bu Qanunun 28-
ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3
-
29.9-cu 
maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir.
Birinci-
beşinci kateqoriya 
dövlət orqanının
rəhbəri inzibati
vəzifələrin
birinci
-
yeddinci təsnifatlarına
uyğun olan vakant 
vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və
ya daxili 
müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir.
Müvafiq icra hakimiyyəti orqanının 
yaratdığı qurum
və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı 
həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin 
etməlidirlər.
[125]
 
Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə 
tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı
və qulluq funksiyası
eyni olan 
vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq 
edilmir.
[126]
 
Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında
(bu 
maddənin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu isə digər 
müvafiq icra hakimiyyəti orqanında)
tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı 
təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə 
bilər.
[127]
 
Müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin
beşinci
-yeddinci 
təsnifatlarına 
uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu 
qanunun 29.4-cü, 29.6-29.8-ci 
maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata 
keçirilir.
[128]
 
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda 
ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə 
bu Qanunun 29.12-
ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
[129]
 
29.3. 
Birinci-
beşinci kateqoriya dövlət orqanlarında
 
(müvafiq icra hakimiyyəti orqanı istisna 
olmaqla) inzibati vəzifələrin birinci
-
yeddinci təsnifatlarına uyğun olan vəzifələrin
həmin dövlət 
orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin 
təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və 
dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə 
həyata keçirilir.
Bu maddənin müddəaları bu Qanunun 29.2
-
ci maddəsinin dördüncü hissəsinə uyğun 
olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.
[130]
 


Birinci-
beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) 
inzibati vəzifələrin birinci
-
yeddinci təsnifatlarına uyğun olan vəzifələrin
tutulması məqsədi ilə dövlət 
orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə 
qulluq keç
ən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət 
qulluqçularının iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər. Müsahibə bu 
Qanunun 29.4-29.9-
cu maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6
-
cı 
maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
 
[131]
 
Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati 
vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4
-29.9-
cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin 
iştirakını nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya bu Qanunun 28
-
ci maddəsində 
nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.
[132]
 
Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata 
keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi 
şərtlərinin tələbləri gözlənilməlidir.
[133]
 
29.4. Bu Qanunun 29.3-
cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna 
olmaqla, müsahibə barədə elan
müvafiq 
dövlət orqanının müraciəti əsasında
müvafiq icra 
hakimiyyəti orqanının yaratdığı qurum
tərəfindən kütləvi informasiya vasitələri ilə 
müsahibənin keçirilməsi tarixinə bir ay qalmış v
erilir.
[134]
 
Müsahibənin bu Qanunun 29.3
-
cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə 
dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət 
orqanında rəsmi elan olunur.
[135]
 
29.5. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çox
u iki 
təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat 
aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və 
müsabiqəyə buraxılmırlar.
[136]
 
Bu maddənin birinci hissəsi məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci
-
yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı 
ilə tutulmasına şamil olunmur

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin