Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar


[7]   4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul  edilməsi; [8]



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   2   3   4   5   6   7   8   9   ...   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

[7]
 
4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul 
edilməsi;
[8]
 
4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına 
uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini
tutmaqda hüquq bərabərliyi;
4.1.9. irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, 
ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə 
mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli ol
mayan 
başqa
səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;
[9]
 


4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və
peşəkarlıq 
səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;
[10]
 
4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri 
üçü
n ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;
4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik 
daşıması, eləcə də dövlət qulluqçusunun
hərəkətlərinə görə dövlət orqanının 
cavabdehlik daşıması.
4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları 
yaradılmır.
4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası 
Konstitusiyasını
qanunlarını
və onlara müvafiq olaraq qəbul edilmiş digər 
qanunvericilik aktlarını
rəhbər tuturlar və siyasi
partiyaların və ictimai birliklərin 
qərarlarının onlara dəxli yoxdur.
[11]
 
M a d d ə 5 .
Dövlət qulluğunu idarəetmə orqanları 
5.1. 
Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət 
qulluğunun normativ
-
metodiki təminatını, Azərbaycan
Respublikasında dövlət 
qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan 
Respublikasının Dövlət
Qullu
ğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra—
Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan
Respublikasının 
Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri 
tərəfindən, 6 üzvü isə Azərbaycan
Respublikas
ı Konstitusiya Məhkəməsinin sədri 
tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə 
müəyyən
edilir.
5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla 
həyata keçirirlər.
5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün 
müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti,
Azərbaycan Respublikası Milli 
Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri 
tərəfindən təmin edilir.
M a d
d ə 6 .
Dövlət qulluğu haqqında qanunvericilik 
Dövlət 
qulluğu 
haqqında 
qanunvericilik 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı 
beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğ
unu hüquqi 
cəhətdən tənzim edən və dövlət
qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini 
müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.
I I f ə s i l

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin